Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-125/2025 17.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2-2(119)-1091/2025 nömrəli qərardadından iddiaçı X2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbi barədə iddia ərizəsi ilə 16 aprel 2024-cü il tarixdə ünvan 1i ünvanında DƏDRX-də 25 yanvar 2023- cü il tarixdə qeydiyyata alınmış qeydiyyat nömrəsi ********* nömrəli mülkiyyət hüququ haqqında çıxarışda göstərilən 2 ha torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa edilmiş qanunsuz tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli e-2(012)-2933/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsindən verilmiş Abşeron rayonu, Masazır kəndində yerləşən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ********** qeydiyyat nömrəsi, **********27 reyestr nömrəsi ilə 25 yanvar 2023-cü il tarixli mülkiyyət hüququ haqqında çıxarışda göstərilən 2 ha torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa edilmiş qanunsuz tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi və aparılmış ekspertiza tədqiqatına görə 50 manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim Habil Əhmədov). Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2025-ci il tarixli 2(105)-537/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli e-2(012)-2933/2024 nömrəli qətnaməsi ləğv edilərək, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (hakimlər Zahid Məmmədov (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Mirbahəddin Hüseynov). Cavabdeh nümayəndəsi Vəkil2 14 iyul 2025-ci il tarixdə məhkəməyə vəsatət ilə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər X4 və İddiaçı qarşı "əqdin etibarsızlığı” tələbi barədə e-2(060)-3097/2025 nömrəli iş üzrə yekun məhkəmə qərarı çıxarılıb qanuni qüvvəyə minənədək Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan 2-2(119)-1091/2025 nömrəli kommersiya işinin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının hazırkı iddia tələbini qaldırmasına əsas Abşeron rayonu, Masazır kəndində yerləşən 2 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsindən İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli, 25 yanvar 2023-cü il tarixli çıxarış və çıxarışın verilməsinə əsas olan alqı-satqı müqaviləsidir. Hazırda hər iki əqdin etibarsızlığına dair Cavabdeh iddia ərizəsi Sumqayıt Şəhər Məhkəməsində baxılmaqdadır. Sumqayıt Kommersiya Məhkəməsinin 29 iyul 2025-ci il tarixli 2-2(119)-1091/2025 nömrəli qərardadı ilə Cavabdeh nümayəndəsi Vəkil2 vəsatəti təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər X4 və İddiaçı qarşı "əqdin etibarsızlığı” tələbi barədə e-2(060)-3097/2025 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbi barədə e-2-2(119)-1091/2025 nömrəli kommersiya işi üzrə icraat dayandırılmışdır (hakim Həlimə Alıyeva). İddiaçı 26 avqust 2025-ci il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin 29 iyul 2025-ci il tarixli 2-2(119)-1091/2025 nömrəli qərardadından şikayət verərək Sumqayıt Kommersiya Məhkəməsinin 29 iyul 2025-ci il tarixli 2-2(119)-1091/2025 nömrəli qərardadının ləğv edilərək iş üzrə icraatın təzələnmasi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən cavabdehin vermiş olduğu vəsatət təmin edilərək icraatın dayandırılması barədə qərardad qəbul edilərkən mübahisəli torpaq sahəsi üzərində iddiaçının tam mülkiyyət hüququna sahib olması və həmin torpaq sahəsinə dair rəsmi Çıxarış alması nəzərə alınmamışdır. Halbuki, iddiaçı Abşeron rayonu, Masazır kəndi ünvanında DƏDRX-də 25 yanvar 2023-cü il tarixdə qeydiyyata alınmış qeydiyyat nömrəsi ********* nömrəli mülkiyyət hüququ haqqında çıxarışda göstərilən 2 ha torpaq sahəsinin tam mülkiyyətçisi olması və Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsində özbaşına tikinti işlərinin aparılması işin mübahisəsiz halı olmuşdur. Belə olan halda, məhkəmə tərəfindən mülki iş üzrə məhkəmə icraatının qeyri-müəyyən vaxtadək dayandırılması iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozulmasına və cavabdeh tərəfindən aparılan qanunsuz və özbaşına tikinti işlərinin davam etdirilməsinə şərait yaradır. Hansı ki, iddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh öz qanunsuz hərəkətlərini bu günədək davam etdirir. Məhkəmə tərəfindən iddiaçının mülkiyyətində olan müvafiq torpaq sahəsində cavabdeh tərəfindən özbaşına inşa edilmiş qanunsuz tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə iddia tələbinə baxılmasının gecikdirilməsi iddiaçını mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyə mane olmaqla mülkiyyət hüquqlarının istifadəsini tamamilə məhdudlaşdırır. Sumqayıt Kommersiya Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2-2(119)-1091/2025 nömrəli qərardadı ilə İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2-2(119)-1091/2025 nömrəli qərardadından şikayətinin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, Sumqayıt Kommersiya Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2-2(119)-1091/2025 nömrəli qərardadından iddiaçı X2 tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Həlimə Alıyeva). Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlər ilə müəyyən olunur ki, iddiaçı Cavabdehlər X4 və İddiaçı qarşı "əqdin etibarsızlığı” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Masazır kəndində yerləşən 2 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsindən İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli, 25 yanvar 2023-cü il tarixli çıxarışın və çıxarışın verilməsinə əsas olan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, e- 2(060)-3097/2025 nömrəli həmin iş hazırda Sumqayıt Şəhər Məhkəməsinin Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, Qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır.Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Hazırki işin hallarına əsasən də kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Masazır kəndi ünvanında DƏDRX-də 25 yanvar 2023-cü il tarixdə qeydiyyata alınmış qeydiyyat nömrəsi ********* nömrəli mülkiyyət hüququ haqqında çıxarışda göstərilən 2 ha torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa edilmiş qanunsuz tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki iş üzrə icraatın dayandırılmasına səbəb olmuş mülki işdən də görünür ki, Cavabdeh həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsindən İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli, 25 yanvar 2023-cü il tarixli çıxarışın və çıxarışın verilməsinə əsas olan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edir.Göründüyü kimi hər iki iş üzrə tərəflər müxtəlif olmaqla mübahisənin predmeti Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən 2 ha torpaq sahəsi ilə bağlıdır. Belə olan halda isə mülki iş üzrə çıxarılmış məhkəmə qərarının hazırki kommersiya işi üzrə çıxarılacaq yekun qərara təsiri vardır. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan yuxarıda qeyd edilən mülki işə baxılarkən preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi mümkündür, belə olan halda tərəflər arasında hüquq münasibətləri başqa xarakter ala və digər hüquqi nəticələrə səbəb ola bilər, bu isə hazırkı kommersiya işi üzrə qəbul ediləcək yekun məhkəmə qərarına təsir etmiş olar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmaqla düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 133, 263-264, 397.2, 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2-2(119)-1091/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-125/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-125/2025
17.09.2025 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver