Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-157/2025 04.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı Heydər Əliyev adına X23 cavabdehlər Bağçalı Evlər Mənzil Tikinti Kooperativinə və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə2, Nümayəndə1, cavabdehin nümayəndəsi Vəkil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16, X18, X4 iştirakları ilə, İddiaçı Heydər Əliyev adına X23 cavabdehlər Bağçalı Evlər Mənzil Tikinti Kooperativinə və Cavabdeh1 (Abşeron rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı “tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2-2(119)-67/2025 nömrəli qətnaməsindən cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. 25 sentyabr 2020-ci il tarixli arayışın məzmununa əsasən, Heydər Əliyev adına X21 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm. (dizel yanacağı) və Dş-300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm. (quru qaz), Dş- 250 mm. (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. Arayışa neft borcu kəmərlərinin texniki parametrlərini əks etdirən cədvəl əlavə edilmişdir.
2. İddiaçı təşkilatın Təhlükəsizlik İdarəsinin 30 saylı komandasının əməkdaşları tərəfindən tərtib edilərək imzalanmış 20 aprel 2023-cü il tarixli aktın məzmununda qeyd edilmişdir ki, 20.04. 2023-cü il tarixində saat 14:05-də 19 saylı (H.Əliyev adına NEZ-ə məxsus boru kəmərləri üzrə (saat 08:00-dan 20.00-a kimi) müşahidə) postun ərazisində keçirilən monitorinq zamanı ünvan 1 ünvanında NEZ-ə məxsus yeraltı neft məhsulları nəql olunan boru kəmərlərindən təqribən 45 metr aralı məsafədə, köhnədən hasara alınmış boş ərazidə, özünü Xəyyam kimi təqdim edən iş icraçısı tərəfindən təqribən 40x50 m ölçüdə bina tikilisi üçün təməl qazıntısı işlərinin aparılması aşkarlandı. İş icraçısı Xəyyam adlı şəxsə aparılan tikinti işlərinin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilərək xəbərdarlıq olunaraq dayandırılması tələb edilsə də, həmin şəxs müvafiq sənədləri, yəni ******* nömrəli çıxarışı təqdim edərək görülən işlərin qanuna uyğun olduğunu bildirərək tikinti işlərini dayandırmayacağını, eləcə də davam etdirəcəyini bildirmişdir. Bu barədə NEZ-in MP-nin rəis müavini Rəşid Nəcəfova məlumat verilmiş, o da öz növbəsində müvafiq sənədləşdirmə aparılaraq ərazini nəzarətdə saxlayacaqlarını bildirmişdir. Faktla bağlı XTŞ-nin növbə rəisinə və NEZ-in (SDM-in) məsul şəxslərinə məlumat verilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 07 yanvar 2015-ci il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu Masazır kəndi ünvanında yerləşən 2 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir.
4. Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 02 dekabr 2009-cu il tarixli 1153 nömrəli sərəncamının birinci bəndinə əsasən, Bağçalı Evlər MTK-ya Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 05 oktyabr 2007-ci il tarixli 737 saylı sərəncamı ilə Masazır kəndində 3,35 ha sahədə çoxmərtəbəli evlərdən ibarət kompleksin tikintisinin əlavə 2 ha sahədə (cəmi 5,35 ha) genişləndirilməsinə icazə verilmişdir. Həmin sərəncamın ikinci bəndinə əsasən, sifarişçiyə tapşırılmışdır ki, tikinti nəzərdə tutulan torpaq sahəsinin kateqoriyası və mülkiyyət hüquqları aidiyyəti təşkilatlarla həll edilsin, tikinti nəzərdə tutulan ərazi rayonun müvafiq təşkilatları ilə razılaşdırılsın; tikinti quraşdırma işləri Azərbaycan Respublikasının müvafiq qanunlarına və normativ sənədlərinə uyğun aparılsın.
5. 28 iyun 2023-cü il tarixli aktın məzmununda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixində saat 14:00-da 15 saylı postun ərazisində ünvan 2 ünvanında NEZ-ə məxsus yeraltı neft məhsulları nəql olunan boru kəmərlərindən təqribən 45 metr aralı məsafədə köhnədən hasara alınmış boş ərazidə, özünü Xəyyam kimi təqdim edən iş icraçısı tərəfindən təqribən 40x50 metr ölçüdə bina tikilisinin 3-cü mərtəbəsi üzrə tikinti işlərinin tamamlanması və 4-cü mərtəbə üzrə tikinti işlərinin başlayaraq surətlə davam etdirilməsi, eləcə də həmin ərazidə hasarın içərisində olan digər 40x50 metr ölçüdə bina tikilisi üçün nəzərdə tutulan bünövrənin içərisinə beton tökülməsi və içərisinə taxtalardan istifadə etməklə taxta konstruksiyaların quraşdırılması aşkarlandı. İş icraçısı Xəyyam adlı şəxsə aparılan tikinti işlərinin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və şifahi xəbərdarlıq olunaraq dayandırılması tələb edilsə də, o, müvafiq sənədlərinin olduğunu və görülən işlərin qanunauyğun olduğunu bildirərək tikinti işlərini dayandırmayacağını, eləcə də davam etdirəcəyini bildirmişdir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçı Heydər Əliyev adına X27 ünvanlanmış 19 iyun 2023-cü il tarixli 3-21-3/2-8339/2023 nömrəli məktubun məzmununda “müraciətdə qeyd olunan məsələ Xidmətin Abşeron ərazi şöbəsinin işçiləri tərəfindən yerində araşdırılan zaman sözügedən ünvanda vətəndaş Cavabdeh1 tərəfindən xüsusi mülkiyyətində olan 2 hektar ehtiyat fondu təyinatlı və 7,500137 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı dəyişdirilmədən çoxmərtəbəli binalar kompleksinin inşası məqsədilə tikinti işlərinin aparılması faktları təsdiqini tapmış və bu barədə səlahiyyətlərinə aid tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə və Abşeron Rayon İcra Hakimiyyətinə məktub göndərilmişdir” qeyd edilmişdir.
7. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçı Heydər Əliyev adına X27 ünvanlanmış 17 noyabr 2023-cü il tarixli 5-29/1-1232/2023 nömrəli məktubun məzmununda “monitorinqlər zamanı, ünvan 5 ünvanında vətəndaş Cavabdeh1 mülkiyyətində olan 2 ha ehtiyat fondu torpaqlarda kəmərdən təxminən 45 metr aralı məsafədə tikinti işləri aparan Xəyyam adlı şəxs tərəfindən 50 metr uzunluğunda, 40 metr enində bina tikintisi üçün təməl qazıntısı işlərinin aparılması faktı aşkarlanmışdır. Vətəndaşa istifadə etdiyi torpaq sahəsində tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq edilsə də, o buna əməl etməmişdir. Vətəndaş barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntu barədə aidiyyəti üzrə orqanlara məlumat verilmişdir. Vətəndaşa qanunamüvafiq qaydada torpaq ayırma sənədlərinin qaydasına salındıqdan sonra tikinti norma və sanitar qaydalarına riayət edilməsi ciddi tapşırılmışdır” qeyd edilmişdir.
8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən iddiaçı Heydər Əliyev adına X27 ünvanlanmış 17 noyabr 2023-cü il tarixli 3-18- 2/2-10354/2023 nömrəli məktubun məzmununda “ünvan 5 ünvanında neft məhsulu nəql olunan boru kəmərlərinin mühafizə zonasında bünövrə qazıntısının aparılması barədə 13 oktyabr 2023-cü il tarixli 14-2-27/2-2161 /2023 nömrəli müraciətinizə baxılmışdır. Qeyd edilən ünvanda "xxxx" MTK tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla tikinti işləri aparıldığı üçün Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə 18 aprel 2023-cü il tarixli 0299 nömrəli "Qərar” verilmişdir” qeyd edilmişdir.
9. "xxxx" MMC-nin əməkdaşları tərəfindən tərtib edilərək imzalanmış 17 may 2024cü il tarixli 22/124 nömrəli aktın məzmununda “"xxxx" MTK tərəfindən (həmin ərazidə aparılan tikinti işləri ilə bağlı təqdim olunmuş çıxarış Cavabdeh1 adınadır) ünvan 6 ünvanında yerləşən ərazidə Heydər Əliyev adına X27 məxsus neft məhsulu nəql olunan Dş-250 mm boru kəmərinin mühafizə zonasının 45 metrliyində inşa edilməkdə olan, uzunluğu 45 metr, eni 40 metr, hündürlüyü 21 metr olan 7-ci mərtəbəsi tamamlanmış 1-ci çoxmərtəbəli yaşayış binası, uzunluğu 45 metr, eni 40 metr, hündürlüyü 12 metr olan 4-cü mərtəbəsi tamamlanmış 2-ci çoxmərtəbəli yaşayış binası, uzunluğu 45 metr, eni 40 metr olan 3-cü çox mərtəbəli yaşayış binasının tikintisi üçün qazılmış bünövrə aşkar edilmişdir. Bundan başqa, həmin ərazidən Dş-250 mm neft məhsulu nəql olunan boru kəmərinə paralel Dş- 200 mm neft məhsulu nəql olunan boru kəməri keçir” qeyd edilmişdir.
10. "xxxx" MMC-nin əməkdaşları tərəfindən tərtib edilərək imzalanmış 17 may 2024cü il tarixli 20 nömrəli arayışın məzmununda “Heydər Əliyev adına X23 obyektlərinin və kommunikasiyalarının mühafizəsinin gücləndirilməsi, o cümlədən, daimi istifadəsində olan torpaq sahələrinin özbaşına zəbt olunması və qeyri-qanuni tikililərə qarşı mübarizə aparılması üçün daimi fəaliyyət göstərən monitorinq komissiyasının işçi qrupu tərəfindən 17 may 2024 cü il tarixində ünvan 7 ünvanına baxış keçirildi. Baxış zamanı aşkar olundu ki, həmin ünvanda özünü iş icraçısı kimi təqdim edən Xəyyam adlı şəxs tərəfindən tikintisi həyata keçirilən hündür mərtəbəli binalar NEZ-dən “Azərkimya” İB-yə gedən, NEZ-ə məxsus yüksək təzyiqli nafta və quru qaz nəql olunan boru xətlərindən 45 m məsafədə yerləşir. Ərazidən keçən boru xətləri haqqında texniki məlumat aşağıda göstərilmişdir: 1) Nafta: Dş 250 mm; 2) Quru qaz xətti: Dş 200 mm; 3) Hər iki xətt 2011-ci ildən istismardadır. Tikinti aparılan sahə boru xətlərinin mühafizə sahəsində yerləşir” qeyd edilmişdir.
11. Cavabdeh Bağçalı Evlər MTK-nın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 09 avqust 2024-cü il tarixli 01-112/24 nömrəli mütəxəssis rəyinin “Tədqiqatın nəticəsi” hissəsində “Abşeron rayonu, Masazır kəndində, "xxxx" MTK-ya məxsus, mərkəz koordinatları X-394256, Y-4482756 və X-394236, Y- 4482710 olan yaşayış binasının mişar daşından inşa olunmuş hasarı ilə SOCAR X27 məxsus olan Dş-250 mm-lik nafta yeraltı neft məhsulları nəql olunan boru kəməri arasında nə qədər məsafənin olmasının müəyyən edilməsi üzrə aparılan tədqiqat zamanı müəyyən edildi ki, mərkəz koordinatları X- 394256, Y-4482756 olan ‘Bağçalı evlər” MTK-ya məxsus yaşayış binası ilə yaxınlığında, cənub tərəfində yerləşən mişar daşından inşa olunmuş hasar arasında 2,0 metr məsafə vardır. Həmin mişar daşından inşa olunmuş hasardan SOCAR X27 məxsus olan Dş-250 mm-lik nafta yeraltı neft məhsulları nəql olunan boru kəmər arasında isə 54,64 metr məsafənin olması müəyyən olundu. Mərkəz koordinatları X-394236, Y-4482710 olan "xxxx" MTK-ya məxsus yaşayış binası ilə yaxınlığında, cənub tərəfində yerləşən mişar daşından inşa olunmuş hasar arasında 1,70 metr məsafə vardır. Həmin mişar daşından inşa olunmuş hasardan isə SOCAR X27 məxsus olan Dş-250 mmlik nafta yeraltı neft məhsulları nəql olunan boru kəmər arasında 55.53 metr məsafənin olması müəyyən olundu. Beləliklə SOCAR X27 məxsus olan Dş-250 mm-lik nafta yeraltı neft məhsulları nəql olunan boru kəmərindən mərkəz koordinatları X-394256, Y-4482756 olan “Bağçalı evlər" MTK-ya məxsus yaşayış binası arasında 56,64 metr, həmin yaşayış binası ilə yaxınlığında, cənub tərəfində yerləşən mişar daşından inşa olunmuş hasar arasında isə 54,64 metr məsafənin olması müəyyən olundu. Həmçinin SOCAR X27 məxsus olan Dş-250 mm-lik nafta yeraltı neft məhsulları nəql olunan boru kəmərindən mərkəz koordinatları X-394236, Y-4482710 olan "xxxx" MTK-ya məxsus yaşayış binası arasında 57,23 metr, həmin yaşayış binası ilə yaxınlığında, cənub tərəfində yerləşən mişar daşından inşa olunmuş hasar arasında isə 55.53 metr məsafənin olması müəyyən olundu” qeyd edilmişdir.
12. Cavabdehlər Bağçalı Evlər MTK və Cavabdeh1 arasında bağlanmış 16 sentyabr 2016-cı il tarixli birgə fəaliyyət haqqında müqavilənin 1.1-ci bəndinə əsasən, tərəflər Abşeron Rayon İcra Hskimiyyəti başçısının 737 saylı 05 oktyabr 2007-ci il tarixli sərəncamı ilə Abşeron rayonu Masazır kəndi (Masazır-Novxanı şossesinin sol tərəfi) ərazisində 2,0 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının, məişət, digər obyektlərin tikintisi və istismarı (satışı, icarəyə verilməsi və s.) sahəsində birgə fəaliyyət barədə razılığa gəlirlər. Həmin müqavilənin 3.2-ci, 3.3-cü və 3.5-ci bəndlərinə əsasən, fiziki şəxs Cavabdeh1 verdiyi torpaq sahəsində tikinti-quraşdırma işlərinin aparılması, tikintiquraşdırma işlərini layihə sənədlərinə, tikinti norma və qaydalarına tam olaraq aparmaq, tikinti ilə bağlı digər işləri yerinə yetirmək cavabdeh Bağçalı Evlər MTK-nın vəzifəsidir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 17 aprel 2024-cü il tarixli 3-16-16/2-10/8238 nömrəli ekspert rəyinin nəticə hissəsində “Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Abşeron rayonu, Masazır kəndində, Qurtuluş yaşayış kompleksində yerləşən, Dş- 250 mm-lik nafta neft boru kəmərindən 42 metr məsafədə daş hasarın, 45 metr məsafədə isə yarımçıq çoxmərtəbəli yaşayış binasının inşa olunduğu nəzərə alınaraq, həmin tikililərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X31 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndi ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən edilmişdir” qeyd edilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 20 fevral 2025-ci il tarixli 10/7268 nömrəli ekspert rəyinin nəticə hissəsində “X27 məxsus neft məhsulu nəql olunan Dş-250 mm boru kəməri yer altı olduğundan həmin neft kəmərinin keçdiyi hissəni naturada dəqiqliklə müəyyən etməklə müvafiq ölçü işlərinin aparılması mümkün olmamışdır. Qeyd olunan səbəbdən mübahisə predmeti olan tikililərin X27 məxsus neft məhsulu nəql olunan Dş-250 mm boru kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşib-yerləşməməsinin müəyyən edilməsinə dair tədqiqat aparılmadı” qeyd edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 07 iyul 2025-ci il tarixli 10/2349 nömrəli ekspert rəyinin nəticə hissəsində “Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Abşeron rayonu, Masazır kəndində, Qurtuluş yaşayış kompleksində yerləşən hasarın Dş-250 mmlik neft boru kəmərindən 42 metr məsafədə yerləşdiyini, 1 ədəd inşası davam edən yaşayış binasının və 2 ədəd çoxmənzilli yaşayış binasının həmin neft kəmərindən 46,5 metr məsafədə yerləşdiyini nəzərə aralaq, həmin tikililərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 №-li qərarı ilə təsdiq edilmiş “İstismar olunan X31 kəmərlərinin mühafizə zonasının müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndi ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən edilmişdir” qeyd edilmişdir.
16. 12 avqust 2025-ci il tarixli 165 nömrəli arayışın məzmununda “Abşeron rayonu, Masazır kəndində, Qurtuluş yaşayış kompleksinin yaxınlığında Heydər Əliyev adına X21 (NEZ) “Azərkimya” İB-ə nəql olunan yüksək təzyiqli nafta və quru qaz xətləri haqqında texniki məlumat göstərilmişdir: Dş 250 mm boru xətti ilə NEZ-dən “Azərkimya” İB-ə nafta nəql olunur. Boru xətti 2011-ci ildən etibarən istismara verilmiş və hal hazırda istismarı davam etdirilir; Dş 200 mm boru xətti ilə NEZ-dən Azərkimya” İB-ə quru qaz nəql olunur. Boru xətti 2011-ci ildən etibarən istismara verilmiş və hal hazırda istismarı davam etdirilir” qeyd edilmişdir.
17. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 17 iyun 2025-ci il tarixli 3-21-3- 32/2-9600/2025 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyinin məzmununda “İddiaçının iştirakı ilə torpaq sahəsinə baxış keçirildi. İddiaçının nümayəndələri tərəfindən yeraltı X27 məxsus boru kəmərlərini aşkar etmək üçün torpaq sahəsinin 3 hissəsində qazıntı işləri aparılmış, həmin qazıntı işlərindən sonra yeraltı neft kəmərinin boru xətti ilə cavabdeh "xxxx" MTK-ya məxsus daş hasarla ara məsafəsi 43.86 metrlə, 44.55 metr artan məsafədə yerləşir. Yeraltı neft kəmərinin boru xətti ilə **********50 reyestr nömrəli çıxarışla (sənəd üzrə yerləşməsi ilə) ara məsafəsi 41.4 metrlə 41.7 metr artan məsafədə yerləşir” qeyd edilmişdir.
18. İş materiallarında olan payçılıq vəziyyəti barədə "xxxx" MTK-dan X17, X5, X16, X7, X18, X9, X1, X2, X10, Davudov Məzahı̇ r Qələmşah oğlu, Əlı̇ yeva Sadı̇ yyə Seyı̇ dağa qızı, X6, X13, X8 məxsus maliyyə arayışları ilə müəyyən edilir ki, hər biri özlərinə məxsus mənzilin dəyərini tamamilə ödəmiş və hazırda MTK-ya borcu yoxdur.
19. Abşeron Rayon Məhkəməsinin 16(012)-271/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə müəyyən edilir ki, Abşeron rayonu, Masazır qəsəbəsində (Qurtuluş yaşayış kompleksi) NEZ-ə məxsus neft məhsulu nəql olunan boru xəttindən təxminən 45 metr aralı məsafədə tikinti işlərinin aparılması cavabdehlər Bağçalı Evlər Mənzil Tikinti Kooperativinə və Cavabdeh1 qadağan edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
20. İddiaçı Heydər Əliyev adına X30 cavabdehlər Bağçalı Evlər Mənzil Tikinti Kooperativinə və Cavabdeh1 (Abşeron rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayonu Masazır kəndində Qurtuluş yaşayış kompleksində iddiaçıya məxsus neft məhsulu nəql olunan boru xəttindən təxminən 45 metr aralı məsafədə cavabdehlər tərəfindən inşa edilmiş tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR-ın) Təhlükəsizlik İdarəsi tərəfindən Heydər Əliyev adına X27 daxil olmuş məktubda qeyd edilmişdir ki, 20 aprel 2023-cü il tarixdə Abşeron rayonunun Masazır kəndində (Qurtuluş yaşayış kompleksi) iddiaçıya məxsus boru xəttindən təxminən 45 metr aralı məsafədə 50 metr uzunluğunda, 40 metr enində bina tikintisi üçün təməl qazıntı işlərinin aparılması faktı aşkar edilmişdir. Zavodun obyektlərini mühafizə edən polis idarəsinin əməkdaşları ilə birlikdə mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olması həmin işləri həyata keçirən iş icraçısı Xəyyam adlı şəxsə izah edilərək tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq edilmişdir. 28 iyun 2023-cü il tarixdə həmin əraziyə təkrar baxış zamanı 40x50 metr ölçüdə bina tikilisinin 3-cü mərtəbəsi üzrə tikinti işlərinin tamamlanması və 4-cü mərtəbə üzrə tikinti işlərinin başlayaraq sürətlə davam etdirilməsi, eləcə də həmin ərazidə hasarın içərisində olan digər 40x50 metr ölçüdə bina tikintisi üçün nəzərdə tutulan bünövrənin içərisinə beton tökülməsi və içərisində taxtalardan istifadə etməklə taxta konstruksiyaların quraşdırılması aşkarlanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 19 iyun 2023-cü il tarixli 3-21-3/2-8339/2023 nömrəli məktubda göstərilmişdir ki, müraciətdə qeyd olunan məsələ Xidmətin Abşeron ərazi şöbəsinin işçiləri tərəfindən yerində araşdırılan zaman sözügedən ünvanda Cavabdeh1 tərəfindən xüsusi mülkiyyətində olan 2 hektar ehtiyat fondu təyinatlı və 7,500137 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı dəyişdirilmədən çoxmərtəbəli binalar kompleksinin inşası məqsədilə tikinti işlərinin aparılması faktları təsdiqini tapmış və bu barədə səlahiyyətlərinə aid tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə və Abşeron Rayon İcra Hakimiyyətinə məktublar ünvanlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07 yanvar 2015-ci il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində 2 ha ehtiyyat fondu torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 02 dekabr 2009-cu il tarixli 1153 nömrəli sərəncamının surətindən görünür ki, Bağçalı Evlər MTK-ya Abşeron Rayon İcra Hakimiyyəti başçısının 05 oktyabr 2007-ci il tarixli 737 saylı sərəncamı ilə Masazır kəndində 3,35 ha sahədə çoxmərtəbəli evlərdən ibarət kompleksin tikintisinin əlavə 2 ha sahədə (cəmi 5,35 ha) genişləndirilməsinə icazə verilmiş, tikinti nəzərdə tutulan torpaq sahəsinin kateqoriyasının və mülkiyyət hüquqlarının aidiyyəti təşkilatlarla həll etməsi sifarişçiyə tapşırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneəçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrıayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşməsi nəzərə alınaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən edilmişdir. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Bundan başqa, Cavabdeh1 ayrılmış torpaq sahəsinin ehtiyat fondu torpaqlarının kateqoriyasına aid olmasına və Abşeron Rayon İcra Hakimiyyəti başçısının 02 dekabr 2009-cu il tarixli 1153 nömrəli sərəncamı ilə tikinti nəzərdə tutulan torpaq sahəsinin kateqoriyasının və mülkiyyət hüquqlarının aidiyyəti təşkilatlarla həll etməsinin cavabdehə tapşırılmasına baxmayaraq, cavabdeh bu göstərişlərə əməl etmədən, yəni torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi üçün müvafiq orqana müraciət etmədən hazırda sözügedən ərazidə təyinatı ehtiyat fondu torpaqları və kənd təsərrüfatı torpaqları olan ərazidə tikinti işlərini davam etdirir.
22. İddiaçı 21 may 2024-cü il tarixində məhkəməyə iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə müraciət edərək məhkəmədən Abşeron rayonu Masazır kəndində, Qurtuluş yaşayış kompleksində iddiaçıya məxsus neft məhsulu nəql olunan boru xətlərinin mühafizə zonasında inşa edilmiş hündürmərtəbəli yaşayış evlərinin özbaşına tikili hesab edilməsi və həmin tikililərin (hündürmərtəbəli yaşayış evlərinin) sökülərək torpağın əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Abşeron Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli 2(012)-223/2024 nömrəli qərardadı ilə iddiaçı Heydər Əliyev adına X23 cavabdehlər Bağçalı Evlər Mənzil Tikinti Kooperativinə və Cavabdeh1 (Abşeron rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərilmişdir) qarşı “tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 24.Cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativinin nümayəndəsi 14 avqust 2024cü il tarixində məhkəməyə vəsatətlə müraciət edərək iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini xahiş etmiş və vəsatəti onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2024-cü il tarixli ekspert rəyində ərazidəki binaların və daş hasarın mərkəz koordinatları, ərazinin ümumi görüntüsü və şərti xətləri göstərilməmişdir. Bundan əlavə, "xxxx" MMC ilə Bağçalı Evlər Mənzil Tikinti Kooperativi arasında bağlanmış 05 avqust 2024-cü il tarixli 112 nömrəli xidmət müqaviləsinə əsasən "xxxx" MMC-nin mütəxəssisi tərəfindən verilmiş 09 avqust 2024-cü il tarixli mütəxəssis rəyində ekspert rəyindən tamamilə fərqli məsafələr göstərilmişdir və ekspert rəyi ilə istinad edilən mütəxəssis rəyi arasında ziddiyyətlər mövcuddur. 25.İddiaçı 29 avqust 2024-cü il tarixində məhkəməyə vəsatətlə müraciət edərək Abşeron rayonu, Masazır kəndində Qurtuluş yaşayış kompleksində Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsində Bağçalı Evlər MTK tərəfindən iddiaçıya məxsus neft məhsulu nəql olunan Dş-250 mm boru kəmərinin mühafizə zonasında uzunluğu 45 metr, eni 40 metr, hündürlüyü 12 metr olan 4-cü mərtəbəsi tamamlanmış çoxmərtəbəli yaşayış binası (2-ci bina), uzunluğu 45 metr, eni 40 metr olan 3-cü çoxmərtəbəli yaşayış binasının tikilisi üçün qazılmış bünövrə ilə iddiaçıya məxsus neft məhsulu nəql olunan Dş-250 mm boru kəməri arasında olan məsafənin müəyyən olunması üçün iş üzrə tikinti-texniki ekspertizasının təyin olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin müvafiq qərardadı ilə X27 məxsus neft məhsulu nəql olunan boru xəttinin mühafizə zonasında tikinti işlərinin aparılması cavabdehlərə qadağan edilsə də, cavabdehlər məhkəmənin qərardadına məhəl qoymayaraq qeyd olunan ünvanda əlavə bir neçə binanın tikinti işlərini həyata keçirməkdə davam etmişlər. Belə ki, xx.xx.2024-cü il tarixdə X23 əməkdaşlarının iştirakı ilə sözügedən əraziyə baxış keçirilmiş və baxış zamanı Bağçalı Evlər MTK tərəfindən X27 məxsus neft məhsulu nəql olunan Dş 250 mm boru kəmərinin mühafizə zonasının 45 metrliyində artıq 7-ci mərtəbəsi tamamlanmış uzunluğu 45 metr, eni 40 metr, hündürlüyü 21 metr olan çoxmərtəbəli yaşayış binası (1-ci bina), uzunluğu 45 metr, eni 40 metr, hündürlüyü 12 metr olan 4-cü mərtəbəsi tamamlanmış çoxmərtəbəli yaşayış binası (2-ci bina), uzunluğu 45 metr, eni 40 metr olan 3-cü yaşayış binasının tikilisi üçün qazılmış bünövrə aşkar edilmişdir. İddiaçının nümayəndəsi göstərilənlərə əsasən cavabdehlər tərəfindən iddiaçıya məxsus neft məhsulu nəql olunan boru kəmərlərinin mühafizə zonasında tikilən digər binalara da münasibətdə ekspertizanın keçirilməsi zərurətinin yarandığını qeyd etmişdir. 26.Sumqayıt Kommersiya Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli 2-2(119)- 1257/2024 nömrəli qərardadı ilə kommersiya işi üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. 27.İddiaçı 11 avqust 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə müraciət edərək məhkəmədən cavabdehlər tərəfindən Abşeron rayonu, Masazır kəndində, Qurtuluş yaşayış kompleksində iddiaçıya məxsus neft məhsulu nəql olunan Dş-250 mm-lik neft boru kəmərinin mühafizə zonasında kəmərdən 42 metr aralı məsafədə tikilmiş hasarın, eləcə də həmin neft boru kəmərindən 46,5 metr aralı məsafədə uzunluğu 45 metr, eni 40 metr olan tikintisi başa çatmış 2 ədəd hündürmərtəbəli yaşayış binasının və uzunluğu 45 metr, eni 40 metr olan tikintisi davam edən hündürmərtəbəli yaşayış binasının sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi və iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 28.Cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativinin nümayəndəsi 28 avqust 2025ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək qeyd etmişdir ki, 17 aprel 2024-cü il tarixli ekspert rəyinə əsasən, Abşeron rayonu, Masazır kəndində, Qurtuluş yaşayış kompleksində yerləşən hasar Dş-250 mm-lik neft boru kəmərindən 42 metr məsafədə, 1 ədəd inşası davam edən yaşayış binasının həmin neft kəmərindən 45 metr məsafədə yerləşir. 09 avqust 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçıya məxsus olan Dş-250 mm-lik nafta yeraltı neft məhsulları nəql olunan boru kəmərindən cavabdeh Bağçalı Evlər MTK-ya məxsus yaşayış binası arasında 56,64 metr, həmin yaşayış binası ilə yaxınlığında, cənub tərəfində yerləşən mişar daşından inşa olunmuş hasar arasında isə 54,64 metr məsafə vardır. 20 fevral 2025-ci il tarixli ekspert rəyində isə göstərilmişdir ki, neft kəmərinin keçdiyi hissəni naturada dəqiqliklə müəəyyən etməklə müvafiq ölçü işlərinin aparılması mümkün olmamışdır. Qeyd olunan səbəbdən mübahisə predmeti olan tikililərin iddiaçıya məxsus neft məhsulu nəql olunan Dş-250 mm-lik boru kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşib-yerləşməməsinin müəyyən edilməsinə dair tədqiqar aparılmamışdır. 07 iyul 2025-ci il tarixli ekspert rəyinə əsasən, Abşeron rayonunun Masazır kəndində, Qurtuluş yaşayış kompleksində yerləşən hasar Dş-250 mm-lik neft boru kəmərindən 42 metr məsafədə, 1 ədəd inşası davam edən yaşayış binası və 2 ədəd çoxmənzilli yaşayış binası həmin neft kəmərindən 46,5 metr məsafədə yerləşir. Sumqayıt İnzibati Məhkəməsinin 17 mart 2025-ci il tarixli 2-1(118)-525/2025 nömrəli müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, yeraltı neft kəmərinin boru xətti ilə cavabdeh Bağçalı Evlər MTK-ya məxsus daş hasarla ara məsafəsi 43,86 metr, 44,55 metr artan məsafədə yerləşir. Binaların və boruların yerləri dəyişmədiyi halda ekpertlər tərəfindən hər dəfə fərqli məsafələr qeyd olunmuşdur. Nümunə üçün mütəxəssis rəyində daş hasarla ara məsafə 43,86 metr, 44,55 metr artan məsafədə yerləşdiyi göstərilmiş, lakin rəylərdə 42 metr, rəyin birində bina ilə ara məsafə 46,5 metr, digərində 45 metr göstərilmişdir. Nəticə olaraq rəylər arasında kifayət qədər ziddiyət mövcuddur. Cavabdeh Bağçalı Evlər MTK-nın nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini xahiş etmişdir. 29.Sumqayıt Kommersiya Məhkəməsinin 28 avqust 2025-ci il tarixli 2-2(119)-67/2025 nömrəli qərardı ilə cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativinin nümayəndəsi tərəfindən verilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə dair vəsatətin təmin edilməməsi qərara alınmışdır. 30.Cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativinin nümayəndəsi 28 avqust 2025ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək qeyd etmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 02 dekabr 2009-cu il tarixli 1153 saylı sərəncamına əsasən, Bağçalı Evlər MTK-ya Masazır kəndində 3,35 ha sahədə çoxmərtəbəli evlərdən ibarət kompleksinin tikintisinin əlavə 2 ha sahədə (mübahisəli torpaq sahəsi) genişləndirilməsinə icazə verilmiş və bu sərəncama əsasən, tikinti işləri aparılmaqdadır. İddiaçının özünün təqdim etdiyi arayışdan görünür ki, boru xətləri 2011-ci ildən istismara başlamışdır. Lakin cavabdehə verilmiş sərəncamın tarixi isə 2009-cu ildir. Hazırda iddiaçı, həmçinin Sumqayıt İnzibati Məhkəməsinə (2-1(118)-525/2025 nömrəli iş) müraciət edərək həmin sərəncamın etibarsız sayılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(118)-525/2025 nömrəli iş üzrə yekun qərar qəbul edilib qanuni-qüvvəsini alanadək kommersiya işinin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin cari tarixdə keçirilən iclasında həmin vəsatətin təmin edilməməsi qərara alınmışdır.
31. Sumqayıt Kommersiya Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2-2(119)-67/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativi tərəfindən Abşeron rayonu, Masazır kəndində, Qurtuluş yaşayış kompleksində iddiaçı Heydər Əliyev adına X23 balansında olan və neft məhsulu nəql olunan Dş-250 mm-lik neft boru kəmərindən 42 metr aralı məsafədə inşa edilmiş hasar, 46,5 metr aralı məsafədə inşası başa çatdırılmış 2 ədəd hündürmərtəbəli yaşayış binası və inşası davam etdirilən hündürmərtəbəli yaşayış binasının sökülməsi, cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativindən 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçı Heydər Əliyev adına X23 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativindən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Fərman Həmidli).
32. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Heydər Əliyev adına X23 balansında olan, neft məhsulunun nəql olunduğu Dş-250 mm-lik neft boru kəmərindən 42 metr aralı məsafədə cavabdeh Bağçalı Evlər MTK tərəfindən Abşeron rayonu, Masazır kəndində, Qurtuluş yaşayış kompleksində hasar tikilmiş, 46,5 metr aralı məsafədə isə 2 ədəd hündürmərtəbəli yaşayış binası tikilmiş və tikintisi davam edən hündürmərtəbəli yaşayış binası mövcuddur. Həmin tikililər inşa edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X31 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4.1-ci bəndində nəzərdə tutulmuş məsafəyə, yəni boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafənin mühafizə zonası hesab edilməsi barədə tələbə riayət edilməmişdir. Qeyd edilməlidir ki, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə və həmin qanunun 1 nömrəli Əlavəsinin 6cı bəndinə əsasən, neft-qazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərləri daxil olmaqla) əhali və ətraf mühit üçün təhlükə yaradan təhlükə potensiallı obyektlər hesab edilir. Digər tərəfdən, xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması bilavasitə konstitusion normadır. Eyni zamanda, mülkiyyətçinin, digər qanuni sahibin özünün əmlakından qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə sahib ola bilmək, ondan istifadə edə bilmək və ona dair sərəncam verə bilmək hüquqları vardır (Mülki Məcəllə, 152.5). Belə olduğu halda, cavabdeh Bağçalı Evlər MTK Abşeron rayonu, Masazır kəndində, Qurtuluş yaşayış kompleksində tikililəri inşa edərkən qanunvericilikdə müəyyən edilmiş məhdudiyyəti nəzərə almamış, əhali və ətraf mühit üçün təhlükə yaradan təhlükə potensiallı obyekt hesab edilən iddiaçının balansında olan, neft məhsulunun nəql olunduğu Dş-250 mm-lik neft boru kəmərinin oxlarının hər tərəfindən mühafizə zonası kimi müəyyən edilmiş 50 metrlik məsafəni pozaraq 42 və 46,5 metr məsafədə tikililər inşa etməklə qanunvericiliyin istinad edilən normalarını pozmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, cavabdeh Bağçalı Evlər MTK tərəfindən Abşeron rayonu, Masazır kəndində, Qurtuluş yaşayış kompleksində iddiaçının balansında olan və neft məhsulu nəql olunan Dş-250 mm-lik neft boru kəmərindən 42 metr aralı məsafədə tikilmiş hasar, 46,5 metr aralı məsafədə tikintisi başa çatmış 2 ədəd hündürmərtəbəli yaşayış binası və tikintisi davam edən hündürmərtəbəli yaşayış binası sökülməlidir. Məhkəmə cavabdeh Bağçalı Evlər MTK-nın iş materiallarına əlavə edilmiş ekspert rəyləri və mütəxəssis rəyi arasında ziddiyyətlərin mövcud olması ilə bağlı dəlilinə münasibətdə aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 17 aprel 2024-cü il tarixli 3-16-16/2-10/8238 nömrəli ekspert rəyində Dş250 mm-lik nafta neft boru kəmərindən 42 metr məsafədə daş hasarın, 45 metr məsafədə isə yarımçıq çoxmərtəbəli yaşayış binasının inşa olunduğu, həmin tikililərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X31 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndi ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü qeyd edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 07 iyul 2025-ci il tarixli 10/2349 nömrəli ekspert rəyində Dş-250 mm-lik neft boru kəmərindən 42 metr məsafədə daş hasarın, 46,5 metr məsafədə isə 1 ədəd inşası davam edən yaşayış binasının və 2 ədəd çoxmənzilli yaşayış binasının inşa olunduğu, həmin tikililərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X31 kəmərlərinin mühafizə zonasının müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndi ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 17 iyun 2025-ci il tarixli 3-21-3-32/2-9600/2025 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyində yeraltı neft kəmərinin boru xətti ilə cavabdeh Baxçalı Evlər MTK-ya məxsus daş hasarla ara məsafəsinin 43.86 metrlə, 44.55 metr artan məsafədə, yeraltı neft kəmərinin boru xətti ilə **********50 reyestr nömrəli çıxarışla (sənəd üzrə yerləşməsi ilə) ara məsafəsi 41.4 metrlə 41.7 metr artan məsafədə yerləşdiyi müəyyən edildiyi qeyd edilmişdir. Göründüyü kimi, hər iki ekspert rəyi və 17 iyun 2025-ci il tarixli mütəxəssis rəyində iddiaçının balansında olan Dş-250 mm-lik neft boru kəməri ilə cavabdeh Baxçalı Evlər MTK tərəfindən inşa edilmiş tikililərin arasındakı hesablanmış məsafələr arasında əhəmiyyətli və ya nəzərəçarpacaq fərq yoxdur. Ən əsası isə həmin məsafələrin hər biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin istinad edilmiş qərarında müəyyən edilmiş 50 metrlik mühafizə zonasının sərhədlərini keçmədiyindən cavabdehin nümayəndəsinin bu barədə dəlili əsaslı hesab edilə bilməz. Üstəlik, o da nəzərə alınmalıdır ki, cavabdehin nümayəndəsi tərəfindən iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 09 avqust 2024-cü il tarixli mütəxəssis rəyinin məzmununa əsasən, həmin tədqiqat zamanı bilavasitə Dş-250 mm-lik neft boru kəmərindən inşa edilmiş tikililərə qədər olan məsafə ölçülmədiyindən həmin rəy hazırkı iş üzrə mötəbər dəlil hesab edilə bilməz. Bundan başqa, cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativinin nümayəndəsinin Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan hazırkı iş üzrə iddiaçının Abşeron rayon İcra Hakimiyyəti başçısının 02 dekabr 2009-cu il tarixli 1153 saylı sərəncamını mübahisələndirdiyi 2-1(118)-525/2025 nömrəli inzibati işə baxılanadək hazırkı iş üzrə icraatın dayandırılması barədə vəsatətinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırmalıdır (MPM, 254.1.4-cü maddə). Məhkəmə hesab etmişdir ki, hazırkı işə baxılması Abşeron rayon İcra Hakimiyyəti başçısının 02 dekabr 2009-cu il tarixli 1153 saylı sərəncamının mübahisələndirilməsi ilə bağlı inzibati işə baxılmadan da mümkündür, həmin inzibati iş üzrə iddianın təmin edilməsi və ya rədd edilməsi barədə nəticə hazırkı işin mahiyyətinə bilavasitə təsir etmir, çünki hazırkı iddia inşa edilmiş tikililərin neft boru kəmərlərinin mühafizə zonasında yerləşməsi barədədir. Digər tərəfdən, istinad edilmiş Qaydaların 1.3-cü bəndinə əsasən, Qaydaların tələbləri torpaq mülkiyyətçiləri ilə yanaşı, torpaq istifadəçilərinə də şamil edildiyindən, o cümlədən cavabdehlər Bağçalı Evlər MTK və Cavabdeh1 arasında bağlanmış 16 sentyabr 2016-cı il tarixli birgə fəaliyyət haqqında müqavilənin 3.2-ci, 3.3-cü və 3.5-ci bəndlərinə əsasən, torpaq sahəsində tikinti-quraşdırma işlərinin aparılması, tikinti-quraşdırma işlərini layihə sənədlərinə, tikinti norma və qaydalarına tam olaraq aparılması, tikinti ilə bağlı digər işlərin yerinə yetirilməsi bilavasitə cavabdeh Bağçalı Evlər MTK-nın vəzifələrinə aid edildiyindən, məhkəmə tədqiqatı zamanı da sözügedən tikililərin Cavabdeh1 tərəfindən deyil, məhz digər cavabdeh Bağçalı Evlər MTK tərəfindən inşa edildiyi müəyyən edildiyindən, iddia Cavabdeh1 münasibətdə təmin edilə bilməz və məhkəmənin gəldiyi nəticəyə əsasən, hazırkı iş üzrə cavabdeh yalnız Bağçalı Evlər MTK hesab edilməlidir.
33. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci hissəsinə, Mülki Məcəllənin 14.1, 152.5, 180.1, 180.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 64.1, 76.1, 76.2, 77.1, 88, 218.3-cü, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddələrinin, həmin Qanuna əlavə edilmiş “Əlavə 1”in 6-cı, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X31 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 1.1-ci, 1.2, 1.3, 4.1-ci bəndinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
34. Qətnamədən narazı qalan cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativi apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2-2(119)-67/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı istismarçı təşkilat olduğu üçün sadəcə rəy vermək səlahiyyətinə sahibdir, iş üzrə iddiaçının bu əsaslarla iddia verməyə subyektiv hüququ mövcud olmamışdır. Birinci instansiya məhkəməsində yuxarıda qeyd olunanlar məhkəmənin diqqətinə çatdırılmış, lakin məhkəmə tərəfindən bu hal nəzərə alınmamışdır. İş üzrə cavabdeh tərəfindən tikinti işlərinin tikintiyə icazəyə uyğun aparılmadığı müəyyən edilərsə, eyni zamanda həmin tikintinin hazırki işdə iddiaçının təhlükəsizliyinə və etibarlılığına təhlükə yaratdığı aşkar edildiyi halda həmin tikilinin sökülməsi barədə iddia qaldırmaq hüququ yalnız Fövqəladə Hallar Nazirliyinə verilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin 15-ci səhifəsinin sonuncu abzasında göstərilmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 02 dekabr 2009-cu il tarixli 1153 saylı sərəncamının mübahisələndirilməsi ilə bağlı inzibati işə baxılmadan da mümkündür, həmin inzibati iş üzrə iddianın təmin edilməsi və ya rədd edilməsi barədə nəticə hazırkı işin mahiyyətinə bilavasitə təsir etmir, çünki hazırkı iddia inşa edilmiş tikililərin neft boru kəmərlərinin mühafizə zonasında yerləşməsi barədədir. Halbuki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 02 dekabr 2009-cu il tarixli 1153 saylı Sərəncamına əsasən, "xxxx" MTK-ya Abşeron RİH Başçısının 737 saylı, 05 oktyabr 2007-ci il tarixli sərəncamı ilə Masazır kəndində 3,35 ha sahədə çoxmərtəbəli evlərdən ibarət kompleksin tikintisinin əlavə 2,0 ha sahədə (mübahisəli torpaq sahəsi) genişləndirilməsinə icazə verilmişdir. Bu sərəncama əsasən tikinti işləri aparılmaqdadır. İddiaçın özünün təqdim etdiyi arayışdan görünür ki, boru xətləri 2011-ci ildən istismara başlamışdır. Lakin cavabdehə verilmiş sərəncamın tarixi isə 2009-cu ildir. Hal-hazırda iddiaçı həmçinin Sumqayıt İnzibati Məhkəməsinə (2-1(118)-525/2025 nömrəli iş) müraciət edərək sərəncamın etibarsız sayılmasını xahiş etmişdir. Vəsatət verilərək Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(118)-525/2025 nömrəli iş üzrə yekun qərar qəbul edilib qanuni qüvvəsini alanadək məhkəmənin icraatında 2-2(119)- 67/2025 saylı olan işin icraatını dayandırılması xahiş edilmiş, lakin məhkəmə vəsatəti təmin etməmişdir. İlk əvvəl hazırkı iş üzrə iddianın söykəndiyi faktiki halların Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtlərinə uyğun olub-olmadığı yoxlanılmalı və bu araşdırmanın nəticəsindən asılı olaraq mübahisəyə hüquqi qiymət verilməlidir. Belə ki, mübahisə predmetinin özbaşına tikili olması faktı özü-özlüyündə iddianın təmin edilməsi üçün yetərli deyil, bununla yanaşı həmin tikililərin söküntünü tələb edən tərəfin mənafeyini pozduğu və iddiaçının həqiqətən də maraqlı tərəf olduğu müəyyən edilməlidir. Bu zaman formal mülahizələrdən çıxış edilməməli, mənafenin konkret olaraq nədən ibarət olması göstərilməli, tikililərin bu mənafeyə hansı formada xələl gətirməsi, yəni iddiaçı üçün hər hansı texniki və ya başqa məhdudiyyət yaratması, real maneçilik törətməsi və s. sübuta yetirilməlidir. Hazırki işin müəyyən edilmiş mübahisəsiz hallarına görə, cavabdeh verilmiş sərəncam əsasında tikinti işləri aparmaqdadır, yəni tikinti qanuni əsaslarla aparılmaqdadır. İddiaçının iddiası isə ara məsafəsinin qanunvericiliyin tələblərinə zidd olmasıdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 180.4-cü maddəsinə əsaslanması qanunvericiliyin tələblərinə ziddir. İddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim etməmiş, araşdırma zamanı isə boruların qazılaraq göstərilməsinə şərait yaratmamış, ayrıca boruların istismarı haqqında arayış ancaq iddiaçın özü tərəfindən verilmiş arayışla nəzərə alınmış, digər qurumlardan boru xəttinin istismarda olması barədə məlumatlar əldə olunmamışdır.
Apellyasiya şikayətinə etiraz
36. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək qeyd etmişdir ki, 25 sentyabr 2020-ci il tarixli arayışından görünür ki, Heydər Əliyev adına X21 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm. (dizel yanacağı) və Dş-300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen- Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm. (quru qaz), Dş-250 mm. (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. Arayışa neft borcu kəmərlərinin texniki parametrlərini əks etdirən cədvəl əlavə edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 02 dekabr 2009-cu il tarixli 1153 nömrəli sərəncamının birinci bəndinə əsasən, Bağçalı Evlər MTK-ya Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 05 oktyabr 2007-ci il tarixli 737 saylı sərəncamı ilə Masazır kəndində 3,35 ha sahədə çoxmərtəbəli evlərdən ibarət kompleksin tikintisinin əlavə 2 ha sahədə (cəmi 5,35 ha) genişləndirilməsinə icazə verilmişdir. Həmin sərəncamın ikinci bəndinə əsasən, sifarişçiyə tapşırılmışdır ki, tikinti nəzərdə tutulan torpaq sahəsinin kateqoriyası və mülkiyyət hüquqları aidiyyəti təşkilatlarla həll edilsin; tikinti nəzərdə tutulan ərazi rayonun müvafiq təşkilatları ilə razılaşdırılsın; tikinti quraşdırma işləri Azərbaycan Respublikasının müvafiq qanunlarına və normativ sənədlərinə uyğun aparılsın. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən iddiaçı Heydər Əliyev adına X27 ünvanlanmış 17 noyabr 2023-cü il tarixli 3-18-2/2- 10354/2023 nömrəli məktubun məzmununda “ünvan 5 ünvanında neft məhsulu nəql olunan boru kəmərlərinin mühafizə zonasında bünövrə qazıntısının aparılması barədə 13 oktyabr 2023-cü il tarixli 14-2-27/2-2161 /2023 nömrəli müraciətinizə baxılmışdır. Qeyd edilən ünvanda "xxxx" MTK tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla tikinti işləri aparıldığı üçün Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə 18 aprel 2023-cü il tarixli 0299 nömrəli "Qərar” verilmişdir” qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçı Heydər Əliyev adına X27 ünvanlanmış 19 iyun 2023-cü il tarixli 3-21-3/2-8339/2023 nömrəli məktubun məzmununda “müraciətdə qeyd olunan məsələ Xidmətin Abşeron ərazi şöbəsinin işçiləri tərəfindən yerində araşdırılan zaman sözügedən ünvanda vətəndaş Cavabdeh1 tərəfindən xüsusi mülkiyyətində olan 2 hektar ehtiyat fondu təyinatlı və 7,500137 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı dəyişdirilmədən çoxmərtəbəli binalar kompleksinin inşası məqsədilə tikinti işlərinin aparılması faktları təsdiqini tapmış və bu barədə səlahiyyətlərinə aid tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə və Abşeron Rayon İcra Hakimiyyətinə məktub göndərilmişdir” qeyd edilmişdir.Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçı Heydər Əliyev adına X27 ünvanlanmış 17 noyabr 2023-cü il tarixli 5-29/1-1232/2023 nömrəli məktubun məzmununda “monitorinqlər zamanı, ünvan 5 ünvanında vətəndaş Cavabdeh1 mülkiyyətində olan 2 ha ehtiyat fondu torpaqlarda kəmərdən təxminən 45 metr aralı məsafədə tikinti işləri aparan Xəyyam adlı şəxs tərəfindən 50 metr uzunluğunda, 40 metr enində bina tikintisi üçün təməl qazıntısı işlərinin aparılması faktı aşkarlanmışdır. Vətəndaşa istifadə etdiyi torpaq sahəsində tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq edilsə də, o buna əməl etməmişdir. Vətəndaş barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntu barədə aidiyyəti üzrə orqanlara məlumat verilmişdir. Vətəndaşa qanunamüvafiq qaydada torpaq ayırma sənədlərini qaydasına salındıqdan sonra tikinti norma və sanitar qaydalarına riayət edilməsi ciddi tapşırılmışdır” qeyd edilmişdir. Cavabdeh Bağçalı Evlər MTK-nın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 09 avqust 2024-cü il tarixli 01-112/24 nömrəli mütəxəssis rəyinin “Tədqiqatın nəticəsi” hissəsində “Abşeron rayonu, Masazır kəndində, "xxxx" MTK-ya məxsus, mərkəz koordinatları X-394256, Y-4482756 və X-394236, Y-4482710 olan yaşayış binasının mişar daşından inşa olunmuş hasarı ilə SOCAR X27 məxsus olan Dş- 250 mm-lik nafta yeraltı neft məhsulları nəql olunan boru kəməri arasında nə qədər məsafənin olmasının müəyyən edilməsi üzrə aparılan tədqiqat zamanı müəyyən edildi ki, mərkəz koordinatları X- 394256, Y-4482756 olan "xxxx" MTK-ya məxsus yaşayış binası ilə yaxınlığında, cənub tərəfində yerləşən mişar daşından inşa olunmuş hasar arasında 2,0 metr məsafə vardır. Həmin mişar daşından inşa olunmuş hasardan SOCAR X27 məxsus olan Dş-250 mm-lik nafta yeraltı neft məhsulları nəql olunan boru kəmər arasında isə 54,64 metr məsafənin olması müəyyən olundu. Mərkəz koordinatları X-394236, Y-4482710 olan "xxxx" MTK-ya məxsus yaşayış binası ilə yaxınlığında, cənub tərəfində yerləşən mişar daşından inşa olunmuş hasar arasında 1,70 metr məsafə vardır. Həmin mişar daşından inşa olunmuş hasardan isə SOCAR X27 məxsus olan Dş-250 mm-lik nafta yeraltı neft məhsulları nəql olunan boru kəmər arasında 55.53 metr məsafənin olması müəyyən olundu. Beləliklə SOCAR X27 məxsus olan Dş-250 mm-lik nafta yeraltı neft məhsulları nəql olunan boru kəmərindən mərkəz koordinatları X-394256, Y-4482756 olan “Bağçalı evlər" MTK- ya məxsus yaşayış binası arasında 56,64 metr, həmin yaşayış binası ilə yaxınlığında, cənub tərəfində yerləşən mişar daşından inşa olunmuş hasar arasında isə 54,64 metr məsafənin olması müəyyən olundu. Həmçinin SOCAR X27 məxsus olan Dş-250 mm-lik nafta yeraltı neft məhsulları nəql olunan boru kəmərindən mərkəz koordinatları X-394236, Y-4482710 olan "xxxx" MTK-ya məxsus yaşayış binası arasında 57,23 metr, həmin yaşayış binası ilə yaxınlığında, cənub tərəfində yerləşən mişar daşından inşa olunmuş hasar arasında isə 55.53 metr məsafənin olması müəyyən olundu” qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 07 iyul 2025-ci il tarixli 10/2349 nömrəli ekspert rəyinin nəticə hissəsində “Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Abşeron rayonu, Masazır kəndində, Qurtuluş yaşayış kompleksində yerləşən hasarın Dş-250 mm-lik neft boru kəmərində 42 metr məsafədə yerləşdiyini, 1 ədəd inşası davam edən yaşayış binasının və 2 ədəd çoxmənzilli yaşayış binasının həmin neft kəmərindən 46,5 metr məsafədə yerləşdiyini nəzərə aralaq, həmin tikililərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02.11,2004-cü il tarixli 167 №-li qərarı ilə təsdiq edilmiş “İstismar olunan X31 kəmərlərinin mühafizə zonasının müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndi ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən edilmişdir” qeyd edilmişdir.Məhkəməyə təqdim olunmuş 12 avqust 2025-ci il tarixli 165 nömrəli arayışın məzmununda “Abşeron rayonu, Masazır kəndində, Qurtuluş yaşayış kompleksinin yaxınlığında Heydər Əliyev adına X21 (NEZ) “Azərkimya” İB-ə nəql olunan yüksək təzyiqli nafta və quru qaz xətləri haqqında texniki məlumat göstərilmişdir: Dş 250 mm boru xətti ilə NEZ-dən “Azərkimya” İB-ə nafta nəql olunur. Boru xətti 2011-ci ildən etibarən istismara verilmiş və hal hazırda istismarı davam etdirilir; Dş 200 mm boru xətti ilə NEZ-dən Azərkimya” İB-ə quru qaz nəql olunur. Boru xətti 2011-ci ildən etibarən istismara verilmiş və hal hazırda istismarı davam etdirilir” qeyd edilmişdir.“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 17 iyun 2025-ci il tarixli 3-21-3- 32/2-9600/2025 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyinin məzmununda “İddiaçının iştirakı ilə torpaq sahəsinə baxış keçirildi. İddiaçının nümayəndələri tərəfindən yeraltı X27 məxsus boru kəmərlərini aşkar etmək üçün torpaq sahəsinin 3 hissəsində qazıntı işləri aparılmış, həmin qazıntı işlərindən sonra yeraltı neft kəmərinin boru xətti ilə cavabdeh "xxxx" MTK-ya məxsus daş hasarla ara məsafəsi 43.86 metrlə, 44.55 metr artan məsafədə yerləşir. Yeraltı neft kəmərinin boru xətti ilə **********50 reyestr nömrəli çıxarışla (sənəd üzrə yerləşməsi ilə) ara məsafəsi 41.4 metrlə 41.7 metr artan məsafədə yerləşir” qeyd edilmişdir. Məhkəməyə təqdim olunmuş ekspert rəylərindən də göründüyü kimi Abşeron rayonu, Masazır kəndində, Qurtuluş yaşayış kompleksində yerləşən hasar NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş-250 mm-lik neft boru kəmərindən 42 metr məsafədə, 1 ədəd inşası davam edən yaşayış binası və 2 ədəd çoxmənzilli yaşayış binası isə həmin neft kəmərindən 46,5 metr məsafədə yerləşir. Qanunvericiliyin tələbinə görə həmin boru xətlərini qorumaq və təhlükəsizlik qaydada istimarına nəzarət etmək NEZ-in vəzifəsi olduğundan Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X31 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın və Mülki qanunvericvliyin yuxarıda istinad olunan tələbləri baxımından NEZ-in “Mühafizə Zonası”nda tikilmiş tikilələrin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır.
37. İddiaçı apellyasiya şikayətinə etirazı Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X31 kəmərlərinin “Mühafizə Zonasının müəyyənləşdirilməsi Qaydalan”nın 1.1-ci, 1.2-ci, 1.3-cü və 4.1-ci bəndləri, Mülki Məcəllənin 180.1, 180.4, 152.5-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır.
İşdə iştirak edən şəxslərin izahatları
38. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilərini müdafiə edərək təmin edilməsini xahiş etdi.
39. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri Nümayəndə2 və Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
40. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16, X18, X9 apellyasiya şikayətin təmin edilməsini xahiş etdilər.
41. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
Tətbiq edilən hüquq:
42. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
43. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun:
2.1-ci maddəsinə əsasən, əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) təhlükəli maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadəsi və ləğvi ilə məşğul olan, həmçinin radioaktiv və ionlaşdırıcı şüa mənbələrinə, partlayış və digər qəza təhlükəli tikililərə, qurğulara və avadanlıqlara malik istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin Qanuna əlavə edilmiş “Əlavə 1”in 6-cı bəndinə əsasən, neft-qazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) və geoloji kəşfiyyat işləri təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aiddir.
44. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X31 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın:
1.1-ci bəndinə əsasən, bu Qaydalar Azərbaycan Respublikasının ərazisində Bakı- Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri istisna olmaqla, istismar olunan neft ixrac boru kəmərlərinin qorunması, onların təhlükəsiz və etibarlı istismarı üçün normal şəraitin yaradılması və baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə hazırlanmışdır. 1.2-ci bəndinə əsasən, X31 kəmərləri yeraltı, yer üzərində, tökmə torpaq altında, yerüstü dayaqlarda, sualtı boru kəmərləri və onlarla bağlı neftin istehlakçıya nəqlini, qəbulunu, təhvilini, boşaldılıb-yüklənməsini təmin edən nasos stansiyaları, neft anbarları və digər texnoloji obyektlərdən ibarət mühəndis qurğularıdır. 1.3-cü bəndinə əsasən, bu Qaydaların tələbləri torpaq mülkiyyətçiləri ilə yanaşı, torpaq istifadəçilərinə də şamil edilir. 4.1-ci bəndinə əsasən, X31 Kəmərlərinin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
47. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisə predmeti Abşeron rayonu, Masazır kəndi, Qurtuluş yaşayış kompleksi ərazisində yerləşən torpaq sahəsində inşa edilmiş tikililərin Dş-250 mm diametrli neft boru kəmərinin mühafizə zonasına düşməsi və bunun nəticəsində həmin tikililərin sökülməsi tələbi ilə bağlıdır. Sözügedən boru kəməri Heydər Əliyev adına X23 balansındadır və həmin müəssisə tərəfindən istismar olunur.
48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X31 kəmərlərinin mühafizə zonasının müəyyənləşdirilməsi Qaydaları”nın 4.1-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonası boru kəmərinin oxunun hər iki tərəfindən 50 metr məsafədə müəyyən edilir.Mühafizə zonası xüsusi hüquqi rejim yaradır, torpaqdan istifadə hüququnu məhdudlaşdırır,təhlükəsizlik məqsədi daşıyan imperativ normadır, tərəflərin iradəsindən və razılaşmasından asılı deyildir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyət hüququ qanunla müəyyən edilmiş məhdudiyyətlər daxilində həyata keçirilir. Bu baxımdan torpaq üzərində mülkiyyət hüququ mühafizə zonası ilə məhdudlaşır.
49. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh Bağçalı Evlər MTK Abşeron rayonu, Masazır kəndində, Qurtuluş yaşayış kompleksində tikililəri inşa edərkən qanunvericilikdə müəyyən edilmiş məhdudiyyəti nəzərə almamış, əhali və ətraf mühit üçün təhlükə yaradan təhlükə potensiallı obyekt hesab edilən iddiaçının balansında olan, neft məhsulunun nəql olunduğu Dş-250 mm-lik neft boru kəmərinin oxlarının hər tərəfindən mühafizə zonası kimi müəyyən edilmiş 50 metrlik məsafədə tikililər inşa etməklə qanunvericiliyin istinad edilən normalarını pozmuşdur.
50. Bununla belə, birinci instansiya məhkəməsi hazırki qətnamənin 30-cu bəndində qeyd edildiyi kimi düzgün olaraq göstərmişdir ki, hər iki ekspert rəyi və 17 iyun 2025-ci il tarixli mütəxəssis rəyində iddiaçının balansında olan Dş-250 mm-lik neft boru kəməri ilə cavabdeh Baxçalı Evlər MTK tərəfindən inşa edilmiş tikililərin arasındakı hesablanmış məsafələr arasında əhəmiyyətli və ya nəzərəçarpacaq fərq yoxdur. Yəni həmin məsafələrin hər biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin istinad edilmiş qərarında müəyyən edilmiş 50 metrlik mühafizə zonasının sərhədləri daxilindədir. Lakin birinci instansiya məhkəməsi gəlmiş olduğu həmin nəticəni qətnamənin nəticə hissəsində tam düzgün olaraq qeyd etməmişdir.Buna görə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək qətnamənin nəticə hissəsində 50 metrlik mühafizə zonasında tikilmiş tikililərin sökülməsi qeyd olunmalıdır.
51. Bundan əlavə apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı boru kəmərinin balans sahibi olduğundan mühafizə zonasının pozulması birbaşa onun əmlak hüququna və maraqlarına toxunur. Mülki Məcəllənin 152.5, 157 və 180-ci maddələri isə mülkiyyətçinin müdafiə hüququnu tanımaqla onun iddia qaldırmaq hüququnu müəyyən edir.
52. Məhkəmə kollegiyası cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativi tərəfindən qətnamədə sökülməsi qeyd olunan binalara aid mənzillərdə yaşayan fiziki şəxslərə dair müqavilələr və mənzilə aid pay haqlarının tam ödənilməsinə dair maliyyə arayışlarının məhkəmə kollegiyasına təqdim edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bununla əlaqədar həmin şəxslər məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb olunsalar da, qeyd olunan mənzillərə dair onlar tərəfindən mülkiyyət hüququnu təsdiq edən sənəd, eləcə də, cavabdeh tərəfindən inşa olunmuş binaların istismara qəbuluna dair hər hansı rəsmi sənəd məhkəmə kollegiyasına təqdim olunmamış, cavabdehin nümayəndəsi isə binaların hal-hazırda istismara qəbul edilmədiyini qeyd etmişdir.
53. Cavabdehin nümayəndəsi binalar mühafizə zonasına düşdüyü halda DŞ-250 mm-lik neft boru kəmərinin öz vəsaitləri hesabına mühafizə zonasından kənarda çəkilməsinə razı olduğunu, iddiaçının nümayəndəsi isə buna etiraz etmədiyini məhkəmə kollegiyasının iclasında bildirmiş, bununla əlaqədar məhkəmə kollegiyası tərəfindən tərəflərə kifayət qədər vaxt verilsə də, barışıq sazişi bağlanmamışdır.
54. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tikilinin inşa edildiyi ərazidə neft boru kəmərlərinin keçməsindən cavabdeh əvvəlcədən xəbərdar olmuşdur, cavabdehin özü müvafiq normativ hüquqi aktların və tikintiyə dair sərəncamın tələblərinə uyğun davranmamış, bu barədə iddiaçı təşkilatın nümayəndələri tərəfindən ona məlumat verilərək tikintinin dayandırılması tələb olunan zaman tikili hələ tikilməmişdir. Abşeron Rayon Məhkəməsi tərəfindən 16(012)-271/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadla hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək neft boru kəmərlərinin mühafizə zonasında yerləşən ərazidə tikinti işlərinin aparılması qadağan edilsə də, cavabdeh tərəfindən tikinti işləri əsassız olaraq davam etdirilmişdir.
55. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativi tərəfindən Abşeron rayonu, Masazır kəndində, Qurtuluş yaşayış kompleksində iddiaçı Heydər Əliyev adına X23 balansında olan və neft məhsulu nəql olunan Dş-250 mm-lik neft boru kəmərinin 50 metr mühafizə zonasında inşa edilmiş hasar, başa çatdırılmış 2 ədəd hündürmərtəbəli yaşayış binası və inşası davam etdirilən hündürmərtəbəli yaşayış binası sökülməlidir.
56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2-2(119)-67/2025 nömrəli qətnaməsi iddianın təmin edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh Bağçalı Evlər Mənzil Tikinti Kooperativi tərəfindən Abşeron rayonu, Masazır kəndində, Qurtuluş yaşayış kompleksində iddiaçı Heydər Əliyev adına X23 balansında olan və neft məhsulu nəql olunan Dş-250 mm-lik neft boru kəmərinin 50 metr mühafizə zonasında inşa edilmiş hasar, başa çatdırılmış 2 ədəd hündürmərtəbəli yaşayış binası və inşası davam etdirilən hündürmərtəbəli yaşayış binası sökülsün. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.