Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-127/2023 28.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı̇ oğlunun cavabdeh "zaq̇ ırəzA" İ̇stehsalat Bı̇ rlı̇ yinə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X7 Məmmədov və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı̇ oğlunun cavabdeh "zaq̇ ırəzA" İ̇stehsalat Bı̇ rlı̇ yinə qarşı "borcun silinməsi" ənibələṫ dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli e-2-2(119)-585/2023 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən iddiaçıya məxsus abonent hesabına “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 avqust 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 8586 (səkkiz min beş yüz səksən altı) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağlanmış qazın alqısatqısına dair müqaviləyə əsasən iddiaçıya məxsus müəssisədə təbii qazdan istifadə edilir və istifadə edilən qazın dəyəri hər ay vaxtında ödənilir. Yay aylarında qaza olan tələbat azaldığından demək olar ki, qonaq otaqlarının isidilməsi həyata keçirilmir. İddiaçı texniki şərtə uyğun olaraq qazdan istifadə etmiş və Qaz İstismar İdarəsi ona hər hansı artıq sərfiyyatla əlaqədar irad bildirməmiş, rəsmi müraciət etməmişdir. 7 oktyabr 2022-ci il tarixdə iddiaçıya, guya, artıq sərfiyyata görə, 8586 manat borcunun olması barədə bildiriş gəlmişdir. Halbuki, onun qaz istehlakına görə heç bir borcu yoxdur. 3 oktyabr 2022-ci il tarixdə Qaz İstismar İdarəsinin əməkdaşları iddiaçıya məxsus qaz xətlərini kəsdikdən sonra ona xx.xx.2022-ci il tarixində xx.xx.2022-ci il tarixli akt təqdim olunmuşdur. Həmin aktda qeyd edilmişdir ki, guya, sayğac üzərində olan qaz avadanlıqları sayğacın maksimal sərf etmə qabiliyyətinə uyğun deyildir. İddiaçı bununla əlaqədar Mediasiya Şurasına müraciət etmiş, Cavabdeh nümayəndələri mediasiya prosesində iştirak etməmişdir. Tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 26 avqust 2022-ci il tarixli aktdan məlum olur ki, akt tərtib olunarkən iddiaçı aktı imzalamaqdan imtina etmişdir. Beləliklə, Cavabdeh İB-in əməkdaşları onun abonent hesabına əsassız akt tərtib edərək əsassız borc hesablamışdır. Göstərilənlərə əsasən tərtib edilmiş akt əsasında hesablanmış borc silinməlidir.
3. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.
4. Etiraz onunla əsaslandırılmışdır ki, “Azəriqaz“ X4 RQİİnin Quba xidmət sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan “Səməd” istirahət zonası obyektinin sahibi İddiaçı qonaqların istirahətini təşkil etmək üçün ictimai-iaşə xidməti göstərmək məqsədi ilə müqavilə əsasında təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Belə ki, xx.xx.2022ci il tarixdə “Azəriqaz" İstehsalat Birliyinin işçiləri tərəfindən həmin obyektdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman cavabdehin istifadəsində olan restoranda quraşdırılmış ELESTR tipli “G-4” markalı, **********0 nömrəli qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 6 m3 /saat olduğu halda həmin obyektdə istismar edilən qaz işlədici cihazların ümumi saatlıq qaz sərfinin 37,8 m3 /saat olduğu müəyyən edilmişdir. Yəni həmin qaz sayğacı hər saatda sayğacdan keçən 31,8 m3 qaz sərfini qeydə almamışdır. Bu barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 34344 m3 və ya 8586 manat hesablanmışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 1.3-cü bəndinə uyğun bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən qazpaylayıcı istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququna malikdir. Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 2.3.3-cü bəndinə əsasən istehlakçı qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməlidir. İddiaçı ona məxsus “Səməd” istirahət zonasının qaz xəttinin üstündə quraşdırılmış qaz sayğaclarına layihə sənədlərində nəzərdə tutulan qaz işlədici cihazlardan artıq qaz işlədici cihazları qoşaraq istrismar etməklə qazdan istifadə qaydalarını təqsirli hərəkətləri ilə qəsdən pozmuşdur. Belə ki, layihə sənədlərində və müqavilədə 1 ədəd qaz plitəsi PQ-6 (restoran tipli), 1 ədəd kombi 28 KW nəzərdə tutulduğu halda, faktiki olaraq həmin istirahət zonasında layihədən əlavə saatda 31,8 m3 qaz sərf edən qaz işlədici cihazlar quraşdırılmışdır. Həmin Qərarın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bununla da aydın olur ki, iddiaçının tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirdir. Yuxarıda göstərilənlərə iddiaçı abonent İddiaçı iddia tələbi məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir.
5. Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 avqust 2022-ci il tarixli, ******* nömrəli aktda qeyd olunur ki, İddiaçı məxsus Quba rayonu, Qəçrəş kəndində yerləşən “Səməd” istirahət zonasına baxış keçirilən zaman “obyektdə quraşdırılmış “G-4” markalı, **********0 nömrəli sayğac üzərində olan qaz avadanlıqları sayğacın maksimal sərf etmə qabiliyyətinə uyğun deyil, 31,8 m3 sərfiyyatı keçir” kimi nöqsan aşkar olunmuşdur.
6. 28 avqust 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, abonentin qaz sayğacının nominal qaz sərfinin hesabatı aparılmış, qaz sayğacının maksimal ölçmə həddi 6 m3 /saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 37,8 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın miqdarı 34344 m3 həcmində müəyyən edilmişdir.
7. “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 30 avqust 2022-ci il tarixli MS-29/1640-01708-02 nömrəli aktdan görünür ki, 28 iyul 2022-ci il tarixdə X10 İstismarı İdarəsindən dövlət yoxlamasına gətirilmiş G4 markalı zenner-mexanika tipli qaz sayğacına 23 avqust 2022-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və yoxlamanın nəticəsi kimi “xətalar normaya uyğun deyil” qeyd olunmuşdur.
8. Abonent saldosundan görünür ki, 2022-ci ilin avqsut ayında akt əsasında İddiaçı məxsus abonent hesabına 8586 manat məbləğində borc hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
9. Sumqayıt Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, e-2-2(119)- 585/2023 nömrəli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddianın təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) məxsus Quba rayonu, Qəçrəş kəndində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********00002) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 avqust 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 8586 (səkkiz min beş yüz səksən altı) manat məbləğində borcun silinməsi, Cavabdehndən dövlət nəfinə 105,86 (yüz beş manat 86 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2, 31.2 və 31.2.3-cü maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.11-2, 4.2. 4.9-cu bəndləri, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4. 1.5, 5.2-ci bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 218.3, 119.1, 119.2, 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
11. Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, e-2-2(119)-585/2023 nömrəli qətnaməsini ləğv edib, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində iddianın təmin edilməsini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbayçan Respublikası Qanununun tələblərinin pozulması ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası NK-nin 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndində qeyd edilir ki, Müqaviləyə Qaz paylayıcı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. İddiaçının qaz sayğacı balans mənsubiyyətində qoyulur. Sayğacın quraşdırıldığı yer obyektdən xeyli aralıda yerləşir. Sayğaca baxış keçirilərkən cavabdehin nümayəndələri İddiaçı işlətdiyi “Səməd” istirahət mərkəzinin ərazisinə daxil olmamışlar. Buna görə də obyektin qaz işlədici cihazlarının sayğacın qaz sərfinin qeydə alma qabiliyyətinə uyğun gəlməməsi barədə (sərfiyyatı aşma) tərtib olunmuş 26 avqust 2022-ci il tarixli, ******* nömrəli aktın tərtib edilməsi və itirilmiş qazın bərpası üçün ziyan məbləğinin hesablanması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbayçan Respublikası Qanununun tələblərini pozmur. Bu barədə Məhkəmənin qənaəti səhvdir. Belə ki, məhkəmənin istinad etdiy Azərbayçan Respublikası Prezidentyinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən: Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə monitorinq, müşahidə, təftiş, nəzarət, xrometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Qətnamədə qanunvericiliyin bu müddəasına əsaslanılmış, lakin nəyə görəsə yuxarıda kursivlə qeyd olunan hissə qətnamədə əks etdirilməmişdir. Yəni Cavabdeh İB-nin işçiləri obyektdən kənarda yerləşən sayğaca baxış keçirən və qaz işlədici cihazlara uyğun sərfiyyatın aşılmasını müəyyən edən zaman sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə getməmiş, sahibkarlıq fəaliyyəti subyektlərində heç bir yoxlama aparmamışlar. Məhkəmə cavabdehin yoxlama haqqında məlumatın reyestrə daxil etməməsinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Halbuki, abonentin qaz sayğacının maksimal qeydiyyat qabiliyyətinin obyektdəki qaz işlədici cihazların sərfiyyatından artıq olduğunu müəyyən edərkən və iddiaçının qaz sayğacı “Səməd” istirahət mərkəzinin ərazisindən kənarda yerləşdiyinə görə Cavabdeh İBnin işçiləri sayğaca baxış keçirərək qazişlədici cihazların sayğacın keçən qazı qeydə alma qabiliyyətinə uyğun olmamasını müəyyən edən zaman sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə, yəni istirahət mərkəzinin ərazisinə getməmiş, sahibkarlıq fəaliyyəti subyektlərində heç bir yoxlama aparmamışlar. Mübahisə edilən məbləğ inventar aktında qeyd olunmuş qaz işlədici cihazların qaz sərfi miqdarının qaz sayğacının maksimal qaz sərfini qeydə almasının müqayisə edilməsi ilə müəyyən edilmişdir. Buna əsasən iddiaçının hesabına itirilmiş qazın bərpası üçün qaz sərfinin miqdarı işlənilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İşdə olan laboratoriya rəyi, tərtib edilmiş aktlar, iddiaçıya verilən cavab məktubu, iddia ərizəsinə etiraz qiymətləndirilməmişdir. Məhkəmə qanunsuz yoxlamaya əsaslanaraq iddianı təmin etmişdir. Halbuki, qanunsuz yoxlama o halda hesab edilir ki, yoxlayıcı sahibkarlıq fəaliyyətinin hayata keçirildiyi yerə getsin və sahibkarlıq fəaliyyəti subyektlərində yoxlama aparsın və bu yoxlama barədə məlumatı vahid reyestrə daxil etməsin. İşdə olan sübutlardan müəyyən olunur ki, Cavabdeh İB-nin işçiləri sərfiyyatın sayğaca uyğun olmaması barədə aktı tərtib edərkən balans mənsubiyyətində hərəkət etmiş, istirahət mərkəzinin ərazisinə getməmiş və heç bir yoxlama aparmamışlar. İş materiallarından da göründüyü kimi iddiaçı iddia tələbini əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. Sayğaca baxış keçirilməsi qanunsuz yoxlama kimi qiymətləndirilə bilməz. Çünki, sayğac obyektdən kənar yerdə quraşdırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
15. İş üzrə iddiaçı tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.9cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
18. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.
19. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı məxsus Quba rayonu, Qəçrəş kəndində yerləşən “Səməd” istirahət zonasına baxış keçirilən zaman “obyektdə quraşdırılmış “G-4” markalı, **********0 nömrəli sayğac üzərində olan qaz avadanlıqları sayğacın maksimal sərf etmə qabiliyyətinə uyğun deyil, 31,8 m3 sərfiyyatı keçir” kimi nöqsan aşkar olunaraq dəymiş ziyanın hesablanması qərara alınmaqla Cavabdeh əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 avqust 2022-ci il tarixli, ******* nömrəli Akt tərtib edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya akta əsasən 8586 (səkkiz min beş yüz səksən altı) manat məbləğində borc hesablanmışdır. Bundan başqa 28 iyul 2022-ci il tarixdə X10 İstismarı İdarəsindən dövlət yoxlamasına gətirilmiş iddiaçıya məxsus “G4” markalı zenner-mexanika tipli, **********0 nömrəli qaz sayğacına 23 avqust 2023-cü il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və yoxlamanın nəticəsində “xətalar normaya uyğun deyil” kimi nöqsan aşkar olunaraq 30 avqust 2022-ci il tarixli MS-29/1640-01708-02 nömrəli akt tərtib edilmişdir.
23. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) məxsus Quba rayonu, Qəçrəş kəndində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********00002) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 avqust 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 8586 (səkkiz min beş yüz səksən altı) manat məbləğində borc silinsin qət edilmişdir.
24. Məhkəmə gəlmiş olduğu nəticəni belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, Cavabdeh tərəfindən iddiaçıya məxsus sahibkarlıq obyektinə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 avqust 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 8586 (səkkiz min beş yüz səksən altı) manat məbləğində borc silinməlidir.
25. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
27. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli e-2-2(119)-585/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
28. Kollegiya qeyd edir ki, araşdırılan mübahisə kommersiya mübahisəsi olmaqla, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialardan kassasiya şikayəti verilməsi istisna olunduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli e-2-2(119)-585/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.