Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-129/2021 12.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-646/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-646/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh İB tərəfindən İddiaçı MMC barəsində tərtib edilmiş 31 may 2020-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 864 (səkkiz yüz altmış dörd) manat məbləğində borcun silinməsi qət edilmişdir. (hakim Xəqani Tağıyev) Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı MMC Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 may 2020-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi və onun əsasında hesablanmış 864 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh İB-nin İddiaçı MMC barədə tərtib etdiyi 31 may 2020-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 864 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin qeydiyyatda olduğu ünvana Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilərək, heç bir problem müəyyən olunmadan yoxlama üçün sayğac laboratoriyaya göndərilmiş və iddiaçının iştirakı olmadan sayğacın plombunun qırılması və dövlətə ziyan dəyməsi ilə bağlı rəy verilmişdir. Həmin dəymiş ziyan hesablanaraq 864 manat müəyyən edilib. İddiaçı hesab edir ki, borc düzgün hesablanmayıb. Ümumiyyətlə sayğac obyektdən kənarda yerləşdiyi üçün onda yarana biləcək hər hansı nasazlığa görə İddiaçı MMC cavabdehlik daşımır, ona görə də ona borc hesablana bilməz. Pretenziya qaydasında borcun silinməsi tələb edilsə də, müraciət cavabsız qalıb. Buna görə də, cavabdehin cəmiyyət barədə tərtib etdiyi 31 may 2020-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt ləğv edilməli və onun əsasında hesablanmış 864 manat borc silinməlidir. Belə ki, əvvəla sayğac obyektdən kənarda yerləşir. Sayğaca müdaxilə olubsa belə onun iradəsi ziddində olması ehtimalı daha çoxdur. Bundan başqa, həmin obyektdə 2020-ci il yanvar ayından təhsil mərkəzi fəaliyyət göstərmişdir. Qeyd olunan obyekt 2020-ci ilin mart ayında pandemiya ilə bağlı olaraq təhsil fəaliyyətinə icazə verilmədiyindən işləməmişdir. Ona görə ortada ziyan olsa belə, dəymiş ziyan hesablanarkən bir illik hesablanması heç bir əsasa uyğun gəlmir. Sayğac dəyişdirilən zaman əgər problem var idisə yerində akt bağlanmalı, problem olduğu bildirilməli və ya foto şəkillər çəkilməli idi. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, ünvan 1 ünvanında yerləşən İddiaçınə quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman İddiaçınə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş ******* saylı 15.01.2020-ci il tarixli aktda sayğacda qeyd olunan nöqsan “M-1(307.00),M-2(3000,00)” yazılmışdır. 15.01.2020-ci il tarixdə akt tərtib olunmaqla çıxarılmış və laboratoriyada yoxlanılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən qaz sayğacına İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin kalibirləmə laboratoriyasında baxış keçirilmiş və məişət qaz sayğacında “sayğacın klapanı bağlıdır, ekranda bağlı işarəsi var, OFF rejimindən çıxarıldı, klapan açıldı, batareya yuvasının alt hissəsi çatlayıb, xətalar normaya uyğundur, sayğacın arxiv yaddaş proqramı oxundu, 26.09.2011-ci il tarixində Alarm-1 rejimi qeydə alınıb”, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir”. Cavabdeh İB-nin nümayəndələri tərəfindən həmin İddiaçınə baxış keçirilərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib edilmişdir. Dövlətə vurduğu ziyan müəyyən edilmiş və ******* saylı 31.05.2020-ci il tarixli aktla itirilmiş qazın bərpası üçün 4320m x0,20=864,00 (səkkiz yüz altmış dörd manat) manat cərimə hesablanmışdır. Vətəndaşlar tərəfindən qaz sayğaclarına müdaxilə halları kütləvi hal almışdır. Sayğaclara müdaxilə halları hüquq mühafizə orqanlarının keçirdiyi uğurlu əməliyyat nəticəsində bir neçə dəfə qarşısı alınmış və bəzi şəxslər məsuliyyətə cəlb edilmişdir. Göstərilən faktlar kütləvi informasiya vasitələrində işıqlandırılmışdır. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı MMC-yə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh İB ilə İddiaçı MMC arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” haqqında müqavilədən görünür ki, paylayıcı istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 15.01.2020-ci il tarixli, ******* №-li “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı MMCyə məxsus smart kart tipli G-4 markalı sayğac növbəti dövlət yoxlaması nəticəsində çıxarılaraq, müvəqqəti başqa sayğacla əvəzlənmişdir. Həmin aktı istehlakçının nümayəndəsi kimi Əlimirzəyev Fərəc imzalamışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2020-ci il üzrə İddiaçı MMC-nin qalıq və aktlar üzrə 864 manat borcu vardır. İş materiallarında olan 31.05.2020ci il tarixli, ******* №-li aktdan görünür ki, G-4 markalı, 1002AQ**********3 nömrəli sayğacın klapanı bağlıdır. Ekranda bağlı işarəsi var. OFF rejimindən çıxarıldı, klapan açıldı. Batereya yuvasının alt hissəsi çatlayıb. Xətalar normaya uyğundur. Sayğacın arxiv yaddaş proqramı oxundu. 26.09.2011-ci il tarixində Alarm-1 rejimi qeydə alınıb. Birinci instansiya məhkəməsinə təqdim olunmuş İddiaçı MMC-nin direktoru S.Həsənovun ərizəsindən görünür ki, İddiaçı MMC-də Əlimirzəyev Fərəc adlı şəxs işləməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, gəldiyi nəticəni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. İşdən görünür ki, iddiaçının ünvanında quraşdırılmış qaz sayğacı yoxlama məqsədi ilə çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Çıxarılmış həmin qaz sayğacına baxış keçirilmiş və məişət qaz sayğacında “sayğacın klapanı bağlıdır, ekranda bağlı işarəsi var, OFF rejimindən çıxarıldı, klapan açıldı, batareya yuvasının alt hissəsi çatlayıb, xətalar normaya uyğundur, sayğacın arxiv yaddaş proqramı oxundu, 26.09.2011-ci il tarixində Alarm-1 rejimi qeydə alınıb”, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir”. Bununla bağlı cavabdeh tərəfindən 31.05.2020-ci il tarixli ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akta əsasən itirilmiş qazın həcmi 864 manat müəyyən edilərək iddiaçının hesabına daxil edilmişdir. Lakin Cavabdeh İB iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin göstərilən tələblərinə əməl etməmişdir. Cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İB tərəfindən reyestrdə qeydə alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi olmadığından, 864 manat məbləğində borcun silinməsi barədə iddia tələbi əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirilmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-646/2021 saylı, 27 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-129/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-129/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver