Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-129/2022 21.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2-2(119)- 1804/2022 nömrəli və 25 oktyabr 2022-ci il tarixli 2-2(119)-1804/2022 nömrəli qərardadlarından İddiaçı tərəfindən verilmiş şikayətlərə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı 17 may 2022-ci ildə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, “İnşaatçı-2002” MənzilTikinti Koperativinin təsisçisi və qanuni təmsilçisi X3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (Abşeron rayon 1 saylı Notariat Ofisi və X6 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “mənzillərin alqı-satqı müqavilələrinin, maliyyə arayışlarının və MTK üzvlərinin ümumi iclasının qərarlarının etibarsız hesab edilməsi, həmin mənzillərin dövlət reyestrində aparılmış qeydiyyat nömrələrinin və verilmiş çıxarışların ləğv olunması və pul tələbi” barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 44 saylı 19 mərtəbəli yaşayış binasında, 6 ədəd, hər birinin sahəsi 118,19 kv.m., ümumi sahəsi 709,14 kv.m. olan - 1; 43; 55; 61; 67 və 85 saylı mənzillərlə bağlı "xxxx" MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisi X4 ilə X8 arasında bağlanmış alqı-satqı müqavilələrinin, maliyyə arayışlarının və MTK-nın üzvlərinin ümumi iclasının qərarlarının etibarsız hesab edilməsi, həmin mənzillərin dövlət reyestrində aparılmış qeydiyyat nömrələrinin və verilmiş çıxarışların ləğv olunması; "xxxx" MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisi X4 və X8 tərəfindən qeyd olunan mənzillərin özgəninkiləşdirilməsi zamanı aparılan bütün hərəkətlərin və əməliyyatların, eləcə də tapşırıq müqaviləsi üzrə öhdəliyinin tam yerinə yetirilməməsi hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və öhdəliklərin tam yerinə yetirilməsi vəzifəsinin cavabdehlər- "xxxx" MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisi X2 və X5 vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 üzərinə qoyulması; ona dəymiş 90000 manat maddi zərərin cavabdehlər - X5 vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulmaqla ona ödənilməsi; Gəlir faizi olaraq payına düşməli olan 41697 manat məbləğin tam olaraq cavabdehlər "xxxx" MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisi X1 və X5 vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulmaqla ona ödənilməsi; Məhkəmə məsrəfləri olan 425 (390+31697 x 0,1%) manat dövlət rüsumunun və 1000 manat hüquqi xidmət haqqının cavabdehlər X1 və X5 vərəsələri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulmaqla ona ödənilməsi barədə qətnamə çıxarılması, cavabdehlərin hərəkətlərində cinayət əlamətinin olmasına əsaslı şübhələr yarandığından onlar barəsində xüsusi qərardadın çıxarılması və prokurora xəbər verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsi Abşeron Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək, iş üzrə məhkəmə hazırlıq iclası təyin edildikdən sonra işin məhkəmə aidiyyəti ilə əlaqədar mübahisə yaranmış və həmin mübahisənin nəticəsi olaraq qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2(102)-4879/2022 nömrəli qərarı ilə tərəflər arasındakı mövcud mübahisə kommersiya mübahisəsi hesab edilərək, hazırkı iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2-2(119)- 1804/2022 nömrəli qərardadı ilə həmin iddia ərizəsinə dair 2-2(119)-1804/2022 nömrəli kommersiya işi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci və 259.0.13-cü maddələrinə əsasən baxılmamış saxlanılmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 24 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2-2(119)-1804/2022 nömrəli qərardadından şikayət vermiş, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədiyinə görə Sumqayıt Kommersiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2-2(119)-1804/2022 nömrəli qərardadı ilə həmin şikayət geri qaytarılmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 25 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2-2(119)-1804/2022 nömrəli və 25 oktyabr 2022ci il tarixli 2-2(119)1804/2022 nömrəli qərardadlarından şikayət vermiş və “iddia ərizəsinin baxılmamış saxlanması” barədə qəbul edilmiş 14 oktyabr 2022-ci il tarixli 2- 2(119)1804/2022 nömrəli qərardaddan şikayətin verilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu müvafiq qaydada ödənilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qərardadı ilə şikayətlər təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. (hakim Zülfüqar Sadiqov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 elektron məhkəmə informasiya sisteminə apellyasiya şikayətindən imtina haqqında ərizə ilə müraciət etmiş və bildirmişdir ki, AR MPM-nin 397.3-cü maddəsinə görə, şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. AR MPM-nin 397.3-cü maddəsinin tələbinə əsaslanaraq, şikayətdən imtina edir və müvafiq qərardadın çıxarılmasını xahiş edirlər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayətlərdən imtina qəbul edilməli və şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 397.3-cü maddəsinə əsasən, şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 398.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 369.4, 397.2, 397.3, 398.0.4, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d i: İddiaçı şikayətlərdən imtina barədə ərizəsi qəbul edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2-2(119)- 1804/2022 nömrəli və 25 oktyabr 2022-ci il tarixli 2-2(119)-1804/2022 nömrəli qərardadlarından İddiaçı tərəfindən verilmiş şikayətlər üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-129/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-129/2022
21.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Mənzil münasibətləri üzrə sair mübahisələr - Digər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver