Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-134/2020 03.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər X8 və X3 ibarət tərkibdə, X19 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X9 və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(119)-106/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək xx xxxxxx 2019-cu il tarixli ******* saylı akta əsasən İddiaçı MMC-yə əsassız olaraq hesablanmış 802,67 manat məbləğində cərimənin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən İddiaçı xx xxxxxx 2007-ci ildə qeydiyyata alınmışdır. ünvan 1 ünvanda yerləşən İddiaçı MMC-yə məxsus qeyri-yaşayış obyektinə Cavabdeh əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu ildə akt tərtib edilərək, cərimə hesablanmışdır. Cavabdeh İB-nin nümayəndələri tərəfindən həmin Aktda qeyd edilmişdir ki, “rəyə görə qaz sayğacının hesablama mexanizminin qapağı gövdədən aralanmışdır, qaz keçir, lakin sərfiyyatı qeydə almır”. Həmin yoxlama iddiaçı tərəfin iştirakı olmadan qanunsuz olaraq keçirilmiş və aktlaşdırılmışdır. Bundan başqa, iddiaçıya məxsus qaz sayğacı obyektin arxa tərəfində, çox əlverişsiz bir yerdə, onların istəyinin əksinə olaraq Cavabdeh tərəfindən quraşdırılmışdır. Həmin ərazidə güclü küləyin təsiri nəticəsində ağac qırılaraq həmin sayğacın üstünə aşmış və iddiaçı tərəfindən bu barədə CavabdehİB-nə məlumat verilmişdir. Bir müddət sonra isə iddiaçıya məlum olmuşdur ki, ona cərimə hesablanmışdır. Yəni, iddiaçının təqsiri olmasa da, Cavabdeh İB tərəfindən cərimə hesablanmışdır. Göründüyü kimi, yoxlama qanunsuz olaraq, iddiaçının iştirakı olmadan keçirilmiş və heç bir əsası olmayan hallar yazılaraq aktlaşdırılmışdır. xx xxxxxx 2019-cu il tarixli ******* saylı həmin Akta əsasən İddiaçı MMC-yə 802,67 manat məbləğində cərimə hesablanmışdır. Birincisi, yoxlama qanunsuz olaraq keçirilmiş və müvafiq qanunvericiliyə əsasən həmin yoxlamanın reyestrdə qeydiyyatı aparılmamışdır. Bundan başqa, iddiaçının təqsiri olmadan baş vermiş təbiət hadisəsi nəticəsində sayğac qırılmış və bununla bağlı cavabdehə məlumat verilmişdir. Həmin cərimənin silinməsi və mübahisənin barışıq yolu ilə həll edilməsi üçün cavabdehə müraciət edilsə də, bu müraciət heç bir nəticəsi olmamışdır. Sonda iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(119)-106/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçınə (abonent kodu: **********00000) hesablanmış 820,80 (səkkiz yüz iyirmi manat 80 qəpik) manat məbləğində borcun 273,60 (iki yüz yetmiş üç manat 60 qəpik) manat hissəsi saxlanılmaqla, qalan hissəsinin silinməsi qət edilmişdir. (hakim Z.Sadiqov) Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən İddiaçı MMC-yə quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman İddiaçı MMC-yə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli Aktda sayğacın qüsuru kimi “sayğacın hesablama mexanizmi kənar təsir nəticəsində qırılmışdır’' sözləri qeyd olunmuşdur. Yararsız vəziyyətə salınmış həmin qaz sayğacı Təlimata uyğun olaraq İnformasiya Texnologiyalar və Rabitə İdarəsinə dövlət yoxlamasına göndərilmiş, Dövlət Yoxlama İdarəsinin aktına əsasən qaz sayğacına X1 baxış keçirilmiş və qaz sayğacında “sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb, qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfıyyatı qeydə almır” qüsurları aşkar edilmiş və həmin sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Cavabdeh İB-nin nümayəndələri tərəfindən həmin MMC-yə məxsus obyektə baxış keçirilərək, istifadə olunan avadanlıqların siyahısı müəyyən edilərək akt tərtib edilmişdir. Tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli aktla itirilmiş qazın bərpası üçün 820,80 manat məbləğində ziyan hesablanmışdır. Sumqayıt Kommersiya Məhkəməsi iddiaçı tərəfindən verilmiş iddia ərizəsini qismən təmin etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Nəticədə qanunsuz qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsi qeyri-obyektiv, əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Qeyd edilənlər isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Analoji işlərdə iddianın əsasını mülki hüquq pozuntusu və qeyd olunan pozuntu nəticəsində dəymiş maddi ziyan təşkil edir. Məhkəmə qətnaməsində göstərilir ki, qeyd olunan sayğac tərəfindən 2019-cıı ilin iyul ayı da daxil aylar üzrə istehlak edilən qaz sərfiyyatının müvafiq hesabatı aparılmış və buna uyğun olaraq aylar üzrə qaz sərfiyyatının həcmini əks etdirən göstərici sərfiyyata uyğun olaraq aylar üzrə artmışdır. Lakin, 2019-cu ilin avqust ayı üçün istehlakçıya aid qaz sayğacı tərəfindən qaz sərfıyyatının həcmi ilə əlaqədar heç bir hesabat aparılmamış və bu səbəbdən də xx.xx.2019-cu ildə həmin sayğac çıxarılaraq laboratoriyada yoxlanmaya göndərilmişdir. Məhkəmə bununla da müəyyən etmişdir ki, qüsurlu olduğu üçün xx.xx.2019-cu ildə şəbəkədən ayrılmış həmin sayğac tərəfindən yalnız 2019-cu ilin avqust ayı üçün qaz sərfıyyatının hesabatı aparılmamışdır. Məhkəmənin gəldiyi bu qənaəti qəbul etmirlər. Bəllidir ki, iddiaçı iddia qaldırarsa özünə qarşı olan arqumentin izlərini iddia ərizəsində xüsusi vurğulayaraq iddia qaldırmaz. Xətanı təsdiq edəcək yeganə arqumentlər tərtib olunmuş aktlar və aktların iştirakçılarıdır. Lakin məhkəmə bu önəmli xüsusatları araşdırmadan mövcud qətnaməni qəbul etmişdir. Məlumdur ki, təqsirli tərəfin müəyyən edilməsi ilə əlaqədar təhqiqatın aparılması Cavabdeh funksiyalarına aid deyil. Əsasən qaldırılmış iddiaların mahiyyəti qazdan qeyri qanuni istifadə zamanı təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil (təbii, bu da vacibdir), təsbitlənmiş (foto şəkillər, sayğacın dövlət yoxlanılmasının rəyi, protokollar, aktlar və s.) müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş küllü miqdarda ziyanın ödənilməsidir. Məhkəmə qətnamədə yalnız avqust ayında sayğac tərəfindən qaz sərfiyyatının hesabatının aparılmadığını qeyd etmişdir. Lakin, məhkəmə sonuncu dəfə düzgün hesabatın iyun ayında aparıldığını iyul ayında son sayğac göstəricisini sanki iyul ayının sonuncu günü sayğacın dayandığı kimi qəbul etmişdir. Abonent saldosuna nəzər salanda iyul və avqust aylarında eləcə də sentyabr ayında abonentə sayğac işləmədiyinə görə, yəni qaz sərfıyyatının həcmini düzgün aparmadığına görə ona normativ verilmiş və abonent saldosunda həmin aylar üzrə sayğac göstəricisinin dəyişilmədiyi öz əksini tapmışdır. Belə olan halda dəymiş ziyanın müddətinin sadəcə avqust ayı üzrə 30 gün götürülməsini əsassız hesab edirlər. Hesab edirlər ki, məsələyə məhkəmənin hesablaması ilə yanaşsalar onda bu müddət iyul, avqust aylarını və sentyabr ayının ilk 10 gününü əhatə etməli idi. Məhkəmə isə avqust ayını götürməklə kifayətlənmişdir. İyul ayında olan sayğac göstəricisinin ayın hansı günündə dəyişmədiyini müəyyən etmədən təkcə avqust ayı üçün dayanmanı müəyyən etmək əsassızdır. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Təsadüfü deyil ki, Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X10 Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığını səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir. Məhkəmə tərəfindən qeyd olunan mötəbər hallara qiymət verilməməsi və qeyd etdikləri qanunun tələblərini tətbiq etməməsi maddi və prosessual hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X13 apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X9 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X6 və X7 izahatlarında göstərmişlər ki, İddiaçı icarəyə götürərək çayxana fəaliyyəti ilə məşğul olurlar. Sayğac həmişə obyektin qarşısında olmuş və orada sayğaca heç bir təhlükə olmamışdır. Bir müddət sonra Cavabdeh işçiləri sayğacı obyektin qarşı tərəfindən götürüb arxa tərəfinə keçirtmişlər. Sayğacı qoyduqları yerdə ağac olmuşdur. Güclü külək nəticəsində ağac aşıb sayğaca dəyib yerə düşmüşdür. Sayğacın gövdə hissəsi təxminən yarım sm aralanmışdır. Onlar sayğaca nəzarət edə bilmirdilər. Sayğacda olan nasazlığı onlara göstərən Cavabdeh öz işçiləri olmuşdur. Sayğacın göstəricisi dayanmışdır. Sayğacın üzərində ağacın sürtünmə izləri qalmışdır. İşçilər sayğacın laboratoriyaya aparılmasını bildirmişdilər. Aylar üzrə sərfiyyat 50 ya da 70, qış aylarında 90 və ya 120 manat olurdu. Borcu vaxtlı-vaxtında ödəmişlər. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş üzrə tərəflərin izahatını, şahid ifadələrini, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdən göründüyü kimi, İddiaçı Cavabdehnə qarşı borcun silinməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən hesab etmişdir ki, iddiaçı və cavabdeh arasında yaranmış hazırkı mübahisənin əsasında həmin tərəflər ("istehlakçı" və "təchizatçı" olaraq) arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısına dair” bağlanmış Müqavilədə nəzərdə tutulan şərtlər dayanır və məlum xx xxxxxxxx 2019-cu il tarixli Akt və həmin Akt əsasında çıxarılmış sayğacın yoxlanılaraq, qüsurlu olmasının müəyyən edilməsi və bununla bağlı dəymiş zərər kimi əlavə sərfiyyatın hesablanması - həmin Müqavilədə nəzərdə tutulan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə əsasən icra olunmuşdur. Eləcə də, müəyyən olunur ki, cavabdeh (təchizatçı) iddiaçıya (istehlakçıya) göstərdiyi xidmətlərin qaydaları və şərtlərinə dair bağlanmış Müqavilə şərtlərinə uyğun olaraq sonuncunu təbii qazla təchiz edir və bu Müqavilə ilə əlaqədar cavabdeh tərəfindən iddiaçıya (istehlakçıya) məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğac əsasında göstərilən xidmətin vəziyyətini hesabat üçün quraşdırılmış sayğac olan ərazidə yoxlayarkən “qaz keçsə də, qüsurlu olduğu üçün sayğac tərəfindən hesabatın aparılmadığı” müəyyən olunmuşdur (məlum sayğacın qüsurlu olmasını tərəflər mübahisələndirməmişlər). Yəni, İstehlakçı tərəfindən sahibkarlıq obyektində qaz istehlak edilsə də, sayğacda yaranmış texniki qüsura görə 2019-cu ilin avqust ayında istifadə olunan təbii qazın hesabatı aparılmamışdır. Həmçinin, təsvir olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Cavabdeh “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair” bağlanmış Müqavilənin tərəfi olaraq, həmin Müqavilənin digər tərəfi olan iddiaçı «İddiaçı” MMC-yə məxsus qeyri-yaşayış sahəsində Müqavilə şərtlərinin yerinə yetirilməsi vəziyyətini yoxlayarkən hesabat sayğacının qüsurlu olmasını aşkar etmiş və bununla bağlı məlum Aktı və digər sənədləri tərtib edərək, həmin sahəni nizamlayan normativ sənədlərin tələblərinə uyğun olaraq əlavə sərfiyyatla bağlı hesabat aparmışdır. Bu fəaliyyət isə iddiaçının hər hansı bir formada sahibkarlıq fəaliyyətinin yoxlanması kimi qəbul edilə bilməz. Çünki, tədqiq olunan şəraitdə cavabdeh iddiaçının sahibkarlıq fəaliyyəti sahəsində deyil, müqavilə tərəfi olaraq təqdim etdiyi xidmətin icra olunması və hesabatını aparılması vəziyyətini yoxlamışdır ki, bu xidmət iddiaçı və cavabdeh üçün eyni dərəcədə əhəmiyyət daşıyır. Bunun əksini tələb etmək, yəni müqavilə tərəflərindən birinin digər tərəfin müqavilə şərtlərinə riayət etməsinin yoxlanması imkanlarını məhdudlaşdırması, eləcə də müqavilə tərəflərindən birinə öz hüquqları həddində müqavilə şərtlərinin icrasına nəzarət etməsinə maneələr yaradılması müqavilə tərəflərindən birinin hüquqlarının əsassız yerə məhdudlaşması ilə nəticələnə bilər. Bu baxımdan məlum Aktın tərtibi ilə nəticələnmiş hərəkətləri həyata keçirərkən cavabdeh “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun məqsədləri üzrə yoxlayıcı orqan hesab edilə bilməz. Məlum müqavilə üzrə alqı-satqını həyata keçirən hər iki tərəf sahibkarlıq fəaliyyətinin subyektidir və bu subyektlərdən biri müqavilə tərəfi olaraq digər tərəfin müqavilə şərtlərini yerinə yetirməsi hallarını müəyyən etmək üçün satılan təbii qazın hesabatını aparan sayğaca baxış keçirilməsini həyata keçirməli və həmin müqavilə üzrə hesabatı aparan ölçü cihazının mövcud vəziyyətini yoxlamalıdır. Məhkəmə hesab etmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixli Akt əsasında çıxarılmış sayğacda xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt üzrə qeyd olunmuş pozuntular məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır və həmin pozuntulara görə sayğacın hesabatını aparmadığı istehlak edilən təbii qazın həcmi müəyyən edilərək istehlakçıdan tutulmalıdır. Lakin, həmin hesabat cavabdeh tərəfindən müəyyən edildiyi kimi 90 gün (3 ay) müddətinə deyil, məlum sayğacın faktiki olaraq hesabatı yalnız 2019-cu ilin avqust ayında aparmaması nəzərə alınaraq həmin ay üçün, yəni bir ay (30 gün) müddətinə hesablanmalıdır. Bu halda isə, xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktda qeyd olunan nöqsanlara görə bir ay müddətinə hesablanan əlavə sərfiyyatın miqdarı 273,60 (iki yüz yetmiş üç manat 60 qəpik)manat məbləğində müəyyən olunur. Yəni, sayğacın qüsuruna görə 90 günlük müddətə hesablanan 820,80 manat məbləğində əlavə sərfiyyat 30 gün müddətinə hesablanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhərində yerləşən iddiaçı (istehlakçı) İddiaçınə (VÖEN **********) məxsus qeyri yaşayış sahəsi (kafe) (abonent kodu: **********00000) “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısına dair” bağlanmış Müqavilə əsasında cavabdeh (paylayıcı) Cavabdeh tərəfindən təbii qazla təmin olunur və istehlak olunan təbii qazın hesabatı quraşdırılmış qaz sayğacı vasitəsi ilə aparılır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx xxxxxxxx 2019-cu il tarixli ******* nömrəli Aktdan görünür ki, Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən istehlakçı İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış G-4 markalı sayğacı növbədən kənar Dövlət yoxlanılmasından keçirilməsi üçün çıxarılmış və həmin Aktda buna səbəb olan nöqsan kimi “sayğacın hesablama mexanizmi kənar təsir nəticəsində qırılmışdır” qüsurunun olması göstərilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli MS-29/1640-2169-11 nömrəli “Qeyriəhali qaz sayğacının yoxlanması haqqında” aktdan görünür ki, "Cavabdeh" İB-nin xx xxxxxxx 2019-cu il tarixli SOCAR**********31791640X02169 nömrəli məktubuna əsasən xx xxxxxxx 2019-cu il tarixində X16 Sahəsindən Dövlət yoxlamasına aparılmış G-4 markalı mexanika tipli qaz sayğacına xx xxxxxx 2019-cu il tarixdə X2 müayinəsi laboratoriyasında baxış keçirilərkən “sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb. Qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır” qüsurları aşkar edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli Aktdan görünür ki, xx xxxxxx 2019-cu ildə istehlakçı İddiaçınə məxsus sahibkarlıq obyektində (abonent kodu: **********00000) təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunmasının yoxlanılması ilə əlaqədar tərtib edilmiş Rəyə görə “G-4 markalı 05044261 nömrəli qaz sayğacının hesablama mexanizminin qapağı gövdədən aralanıb. Qaz keçir, sərfiyyatı qeydə almır” qüsurlarına görə dəymiş ziyanın hesablanması tələb olunmuşdur. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, “Hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb. Qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır” qüsurlarına görə İddiaçınə məxsus sahibkarlıq obyektində olan qaz işlədicilərindən - PQ-6-nın maksimal qaz sərfi 1,8 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, QSQ (20L)nin maksimal qaz sərfi 2, m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə - itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda 90 gün üçün itirilmiş qazın cəmi miqdarı 4104 m3 həcmində müəyyən edilmişdir (əsas: xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli Akt). İş materiallarında olan istehlakçı İddiaçı MMC-nin adına tərtib edilmiş xx xxxxxx 2020-ci ildə çap edilmiş Abonentin Saldosu (abonent kodu **********00000) ilə müəyyən olunur ki, xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli Akta əsasən istehlakçı İddiaçınə məxsus sahibkarlıq obyektinin hesabına 2019-cu ilin noyabr ayında birdəfəlik 820,80 (səkkiz yüz iyirmi manat 80 qəpik) manat məbləğində borc hesablanmışdır. X4 məlumatlarla müəyyən olunur ki, 2018- 2019-cu illərdə “istehlakçı” tərəfindən istifadə edilən qazın hesabatı aparılaraq, aylar üzrə müəyyən məbləğlərdə ödənişlər aparılmışdır, yəni qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər aparılmışdır. Lakin, 2019-cu ilin avqust ayında sayğac tərəfindən qaz sərfi ilə əlaqədar heç bir hesabat aparılmamışdır. Yalnız 2019-cu ilin avqust ayından sonra quraşdırılmış yeni sayğac hesabat aparmağa başlamışdır. Belə ki, qüsurlu olduğu üçün xx xxxxxxxx 2019-cu il tarixli ******* nömrəli Akt tərtib edilərək çıxarılmış qaz sayğacı tərəfindən 2019-cu ilin may ayı üçün hesabat göstəricisi 28663 m3, 2019-cu ilin iyun ayı üçün hesabat göstəricisi 28875 m3, 2019-cu ilin iyul ayı üçün hesabat göstəricisi 29052 m3 və 2019-cu ilin avqust ayı üçün hesabat göstəricisi 29052 m3 həcmində olmuşdur (xx xxxxxxxx 2019-cu ildə həmin sayğac məlum qüsurlara görə çıxarılmışdır). Göründüyü kimi, həmin sayğac tərəfindən 2019-cu ilin iyul ayı da daxil olmaqla aylar üzrə istehlak edilən qaz sərfiyyatının müvafiq hesabatı aparılmış və buna görə də, qaz sərfiyyatının həcmini əks etdirən göstərici sərfiyyata uyğun olaraq aylar üzrə artmışdır. Lakin, 2019-cu ilin avqust ayı üçün istehlakçıya aid qaz sayğacı tərəfindən qaz sərfiyyatının həcmi ilə əlaqədar heç bir hesabat aparılmamış (iyul ayı üçün müəyyən olunmuş göstərici artmamışdır) və bu səbəbdən də xx xxxxxxxx 2019-cu ildə həmin sayğac çıxarılaraq, laboratoriyada yoxlanmaya göndərilmişdir. Bununla da müəyyən olunur ki, qüsurlu olduğu üçün xx xxxxxxxx 2019-cu ildə şəbəkədən ayrılmış həmin sayğac tərəfindən yalnız 2019-cu ilin avqust ayı üçün qaz sərfiyyatının hesabatı aparılmamışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə tədqiqatı və iş materialları ilə müəyyən olundu ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçınə məxsus sahibkarlıq obyektində olan qaz sayğacın təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və yoxlanılması ilə əlaqədar tərtib edilmiş rəyə görə “G-4 markalı 05044261 nömrəli qaz sayğacının hesablama mexanizminin qapağı gövdədən aralanıb. Qaz keçir, sərfiyyatı qeydə almır” qüsurları aşkar edilmiş və bu barədə “Təbii qazın istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda 90 gün üçün itirilmiş qazın cəmi miqdarı 4104 m3 həcmində müəyyən edilmiş və 820,80 manat dəymiş ziyan hesablanmışdır. Həmçinin birinci instansiya məhkəməsində və apelyasiya instansiya məhkəməsində şahid ifadələri ilə qaz sayğacın obyektin kənarında quraşdırıldığı və güclü külək nəticəsində sınmış ağacın üzərinə düşməsi nəticəsində sayğacın gövdə hissəsinin aralandığı, buna görə də, bir neçə gün sonra həmin sayğacın dəyişdirildiyi və həmin hadisəyə görə İddiaçı MMC-yə cərimə hesablandığı məlum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Abonent saldosundan görünür ki, 2019-cu ilin may ayı üçün hesabat göstəricisi 28663 m3, 2019-cu ilin iyun ayı üçün hesabat göstəricisi 28875 m3, 2019-cu ilin iyul ayı üçün hesabat göstəricisi 29052 m3 və 2019-cu ilin avqust ayı üçün hesabat göstəricisi 29052 m3 həcmində olmuşdur. Göründüyü kimi, həmin sayğac tərəfindən 2019-cu ilin iyul ayı da daxil olmaqla aylar üzrə istehlak edilən qaz sərfiyyatının müvafiq hesabatı aparılmış və buna görə də, qaz sərfiyyatının həcmini əks etdirən göstərici sərfiyyata uyğun olaraq aylar üzrə artmışdır. Lakin, 2019-cu ilin avqust ayı üçün istehlakçıya aid qaz sayğacı tərəfindən qaz sərfiyyatının həcmi ilə əlaqədar heç bir hesabat aparılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, sayğacın hesabatı cavabdeh tərəfindən müəyyən edildiyi kimi 90 gün (3 ay) müddətinə deyil, məlum sayğacın faktiki olaraq hesabatı yalnız 2019-cu ilin avqust ayında aparmaması nəzərə alınaraq həmin ay üçün, yəni bir ay (30 gün) müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh apelyasiya şikayətində qeyd edilən dəlillərlə bağlı istinad etdiyi hallarına dair sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh apelyasiya şikayətində göstərdiyi dəlilləri sübut edə bilmədiyindən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaya bilər. Həmin məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(119)-106/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2-2(105)-134/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-134/2020
03.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver