Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-163/2021 15.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər İlqar Kamal oğlu Dəmirov və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh3 MMC-yə və Cavabdeh2 ASC-yə qarşı qanunsuz çəkilmiş elektrik dirəklərinin çıxarılması, mülkiyyət hüququna yaradılan məhdudiyyətlərin aradan qaldırılması və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiası üzrə Sumqayıt Kommersiya Məhkəməsinin qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə 12 oktyabr 2021-ci il tarixli e-2-2(119)-1018/2021 nömrəli qərardadından Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh3 MMC-yə və Cavabdeh2 ASC-yə qarşı qanunsuz çəkilmiş elektrik dirəklərinin çıxarılması, mülkiyyət hüququna yaradılan məhdudiyyətlərin aradan qaldırılması və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə 14 avqust 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli qərardadı ilə həmin iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi icraata qəbul edildikdən sonra iddiaçı məhkəməyə əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 27.10.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1.40 ha torpaq sahəsinin içərisindən keçən və Cavabdeh3 MMC-yə məxsus olan 10 Kv-luq elektrik hava xətti və elektrik dirəklərinin cavabdehlər Cavabdeh3 MMC-nin, Cavabdeh2 ATSC-nin və "xxxx" ASC-nin hesabına müştərək qaydada çıxarılması, mülkiyyət hüququna yaradılan məhdudiyyətlərin aradan qaldırılması və 10.000 manat miqdarında əldən çıxmış faydanın Cavabdeh3 MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 12 oktyabr 2021-ci il tarixdə keçirilən baxış iclasında Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə Cavabdeh3 MMC-yə gələn qanunsuz və özbaşına dəyişdirilmiş elektrik hava xəttini daşıyan dəmir dirəklərin 18 iyun 2012-ci il tarixdə verilmiş 09/15/747 nömrəli texniki şərtin elektrik təchizatı sxemində göstərilən əsaslarla əvvəlki yerinə qaytarılmasının müştərək qaydada "xxxx" ASC-yə və Cavabdeh2 ASC-yə həvalə edilməsinə dair qarşılıqlı iddia ərizəsi təqdim etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, e-2-2(119)- 1018/2021 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, e-2-2(119)- 1018/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 27.10.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1.40 ha torpaq sahəsinin içərisindən keçən və cavabdeh "xxxx" MMCyə məxsus olan 10 Kvluq elektrik hava xətti və elektrik dirəklərinin cavabdehlər "xxxx" MMC-nin, Cavabdeh2 ATSC-nin və "xxxx" ASC-nin hesabına müştərək qaydada çıxarılması, mülkiyyət hüququna yaradılan məhdudiyyətlərin aradan qaldırılması və 10.000 manat miqdarında əldən çıxmış faydanın cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 27.10.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1.40 ha torpaq sahəsinin içərisindən keçən və cavabdeh "xxxx" MMC-yə məxsus olan 10 Kv-luq elektrik hava xətti və elektrik dirəkləri cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-nin hesabına həmin torpaq sahəsindən çıxarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 Sumqayıt Kommersiya Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, e-2-2(119)-1018/2021 nömrəli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh3 MMC tərəfindən qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinin tələblərinə riayət edilməklə verilmişdir. Belə ki, cavabdehin nümayəndəsi və vəkili tərəfindən iddiaçı və digər cavabdehlərə verilən sualların cavablandırıla bilməməsi, enerji satışını icra edən və texniki şərtin bütün parametrlərini müəyyən və təsdiq edən qurumlar kimi qanunvericilik aktları ilə üzərinə düşən öhdəliklərin icrasından yayınmaları səbəbindən məhkəmə iclaslarında elektrik dirəklərinin yerinin dəyişdirilməsini bildirsələr, dəyişdirilməyə əsas olan sənədləri məhkəməyə təqdim etməmələrindən, həmçinin Cavabdeh3 MMC-yə gələn elektrik hava xəttini daşıyan dəmir dirəklərin 18 iyun 2012-ci il tarixdə verilmiş 09/15/747 nömrəli texniki şərtin elektrik təchizat sxemini təqdim etməmələrinə görə qarşılıqlı iddia ərizəsi 12 oktyabr 2021-ci il tarixdə məhkəmə baxışı zamanı məhkəməyə təqdim olunub. Qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə olduğundan və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələndiyindən Cavabdeh3 MMC tərəfindən verilən qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156-ci maddəsinin tələblərinə uyğun olduğundan icraata qəbul edilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli e-2-2(119)- 1018/2021 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim X.Tağıyev) Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixdə keçirilən baxış iclasında Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim etmişdir. Sumqayıt Kommersiya Məhkəməsi qarşılıqlı iddia ərizəsini geri qaytarmış və hesab etmişdir ki, cavabdeh qarşılıqlı iddianı məhkəmə baxışı başlanandan xeyli sonra vermiş və onun verilməsi üçün əsasların məhz həmin zaman yaranmasına dair sübut təqdim etməmiş, işdə iştirak edən digər şəxslər tərəfindən qarşılıqlı iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd qarşılıqlı iddia ərizəsinə əlavə edilməmiş, qarşılıqlı iddia “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 155.2.2-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Mülki Prosessual Məcəllənin 156.1-ci maddəsinə görə qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. Kollegiya qeyd edir ki, Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkilinin məhkəməyə təqdim etdiyi qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın qismən təmin edilməsini aradan qaldırmır, qarşılıqlı və ilk iddiaya birlikdə baxılması mübahisəyə daha tez baxmaqla nəticələnmir, əksinə işə baxılmasının yekunlaşdığı mərhələdə qarşılqlı iddianın icraata götürülməsi işə baxılıb yekunlaşdırılmasını süni və lüzumsuz şəkildə uzada bilər. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq qarşılıqlı iddianın verilməsi ümumi qaydada həyata keçirilir və mülki-prosessual qanunvericliyin iddia ərizəsinə dair müəyyən etdiyi tələblər qarşılıqlı iddia ərizəsinə də şamil olunur. Hazırkı qarşılıqlı iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin qarşılıqlı iddia üzrə işdə iştirak edən digər şəxslər tərəfindən alınmasını təsdiq edən hər hansı bir sənəd (sübut) iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin, qarşılıqlı iddia ərizəsi məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə təqdim edilməyərək, bilavasitə məhkəmə iclasında təqdim edlmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli e-2-2(119)- 1018/2021 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-163/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-163/2021
15.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver