Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-18/2022 25.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı vəkili Vəkil1, cavabdehlər "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, cavabdeh “Azərenerji" ASC-nin nümayəndəsi Vəkil3 və cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı qanunsuz çəkilmiş elektrik dirəklərinin çıxarılması, mülkiyyət hüququna yaradılan məhdudiyyətlərin aradan qaldırılması və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 12.10.2021-ci il tarixli, e-2-2(119)-1018/2021 nömrəli qətnaməsindən cavabdehlər "xxxx" MMC və "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh X3 qarşı Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 27.10.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1.40 ha torpaq sahəsinin içərisindən keçən və cavabdehə məxsus olan 10 kv-luq elektrik hava xətti və elektrik dirəklərinin cavabdehin hesabına çıxarılması, mülkiyyət hüququna yaradılan məhdudiyyətlərin aradan qaldırılması və 10.000 manat miqdarında əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Daha sonra iddiaçı məhkəməyə əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 27.10.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1.40 ha torpaq sahəsinin içərisindən keçən və cavabdeh "xxxx" MMC-yə məxsus olan 10 kv-luq elektrik hava xətti və elektrik dirəklərinin cavabdehlər "xxxx" MMC-nin, Cavabdeh2 ATSC-nin və "xxxx" ASC-nin hesabına müştərək qaydada çıxarılması, mülkiyyət hüququna yaradılan məhdudiyyətlərin aradan qaldırılması və 10.000 manat miqdarında əldən çıxmış faydanın cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 27.10.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla iddiaçının xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1.40 ha torpaq sahəsinin içərisindən dirəklər vasitəsilə iddiaçıya məxsus olmayan yüksək gərginlikli elektrik xətləri keçməkdədir. Hazırda iddiaçı sözügedən torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı üçün təmir-tikinti işləri aparmaq niyyətində olsa da, həmin dirəklər və elektrik xətləri bu işlərin aparılmasını qeyri-mümkün edir. Buna görə də, Abşeron rayonu, Saray qəsəbəsində 27.10.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla onun xüsusi mülkiyyətində olan 1.40 ha torpaq sahəsindən keçən elektrik xətlərinin və dirəklərin həmin ərazidən çıxarılması üçün iddiaçı tərəfindən 10.01.2020-ci il tarixli məktubla "xxxx" ASC-yə müraciət olunmuşdur. "xxxx" ASC-nin 29.01.2020-ci il tarixli məktubu əsasında məlum olub ki, ərazidən keçən 10 kv-luq elektrik hava xətti Bakı-Sumqayıt yolunun sağ tərəfində yerləşən restoranlardan birinin elektrik təchizatı üçün quraşdırılmış transformatoru qidalandıran xətdir. Həmçinin, "xxxx" ASC öz məktubunda bildirmişdir ki, elektrik enerjisi istehlakçılarına məxsus elektrik şəbəkələrində hər hansı elektrik quraşdırma işlərinin aparılması səlahiyyəti yoxdur və qeyd edilən problemin torpaq sahibi ilə elektrik hava xəttinin mənsub olduğu abonent arasında həll edilməsi məqsədəuyğundur. Əlavə araşdırma əsasında müəyyən edilib ki, iddiaçıya məxsus torpaq sahəsindən keçən elektrik hava xətti X3 məxsus restoranın elektrik təchizatı üçün quraşdırılmış transformatoru qidalandıran xətdir. Bundan sonra, iddiaçının torpaq sahəsindən keçən elektrik xətlərinin və dirəklərin 10 gün ərzində həmin ərazidən çıxarılması və torpaq sahəsindən qanunsuz istifadə nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə 21.02.2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət olunmuşdur. İddiaçının müraciətindən sonra cavabdehə məxsus restoranı işlədən şəxslər şifahi formada məsələni qısa müddət ərzində həll edəcəklərini və bu barədə artıq "xxxx" ASC ilə danışıqlara başladıqlarını bildirmişdir. Lakin, bu danışığın üstündən aylarla vaxt keçməsinə baxmayaraq, nə cavabdeh, nə də "xxxx" ASC elektrik dirəklərinin və xətlərinin iddiaçının ərazisindən çıxarılması istiqamətində tədbir görüblər. Ölkədə tətbiq olunan karantin rejiminə görə ləngimələri nəzərə alaraq, işin məhkəmədənkənar qaydada həll olunması üçün kifayət qədər vaxt verilmişdir. Lakin, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən qanunsuz istifadə etməklə, öz restoranına elektrik xətti çəkdirməsi nəticəsində həmin torpaq sahəsini (iddiaçının xüsusi mülkiyyətini) zəbt etməsi və ona faktiki sahiblənməsi iddiaçının həmin torpaq sahəsindən gəlir və fayda götürməyini qeyrimümkün etmişdir. Əgər cavabdeh tərəfindən həmin torpaq sahəsinin istifadəsinə maneçilik törədilməsə idi, iddiaçı da öz torpaq sahəsinin normal istifadəsini həyata keçirib, gəlir əldə edə bilərdi. Buna görə də, cavabdehin iddiaçının mülkiyyətinə etdiyi maneçilik nəticəsində bu müddət ərzində gəlir əldə edə bilməmiş, nəticədə 10.000 manat fayda əldən çıxmışdır və bu hal hələ də davam etməkdədir.
4. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində iddiaçıya məxsus olan torpaq sahəsindən 10 kv-luq yüksək gərginlikli elektrik xətləri keçir. Dörd ədəd elektrik dirəyi 1.40 ha-lıq torpaq sahəsinin içərisinə düşür. Elektrik xətləri torpaq sahəsindən təxmini 200 metr aralıda yerləşən "xxxx" MMC-nin elektrik xəttidir. Xüsusi mülkiyyətdə olan torpaq sahəsindən elektrik xətti marşrutunun yalnız mülkiyyətçinin razılığı ilə keçirilməsinə yol verilir. Lakin mülkiyyətçinin belə bir razılığı olmayıb. İddiaçı tərəfindən bu məsələ ilə bağlı cavabdeh "xxxx" ASC-yə müraciət edilib. "xxxx" ASC-nin nümayəndələri gəlib əraziyə baxış keçiriblər. Müəyyən olunub ki, elektrik dirəklərinin ordan çıxarılması müəyyən xərcə səbəb olur və bu xərc elə böyük deyil, təxminən 10.000 manata başa gəlir. Xərclərlə bağlı "xxxx" MMC-yə müraciət edəndə onlar bildirib ki, bu bizim prolemimiz deyil, biz vaxtında lazımi xərcləri ödəmişik, Cavabdeh2 ATSC də bizə texniki şərt verib. Qısası, çəkiləcək xərcləri ödəməyə razılaşmayıblar. Buna görə də, tərəflər arasında məhkəmə mübahisəsi yaranıb. Abşeron Rayon Məhkəməsində işə baxılanda elektrik dirəklərinin iddiaçıya məxsus torpaq sahəsindən keçib-keçmədiyinin müəyyənləşdirilməsi ilə bağlı ekspertiza keçirilib. Verilmiş ekspert rəyindən də birbaşa görünür ki, elektrik dirəkləri və üzərindən keçən elektrik xətləri iddiaçıya məxsus torpaq sahəsinə düşür. Bununla bağlı cavabdehlərə müraciət olunduqda "xxxx" ASC tərəfindən onun elektrik enerjisi istehlakçılarına məxsus elektrik şəbəkələrində hər hansı elektrik quraşdırma işlərinin aparılması səlahiyyətinin olmadığı və qeyd edilən problemin torpaq sahibi ilə elekrik hava xəttinin mənsub olduğu abonent arasında həll edilməsinin məqsədəuyğun olduğu bildirilib. Cavabdeh2 ASC tərəfindən isə 10 kv-luq elektrik hava xətlərinin istismarı "xxxx" ASC-nin fəaliyyət sahəsinə daxil olduğundan həmin təşkilata müraciət olunmasının məqsədəuyğun olduğu qeyd olunub. Cavabdeh "xxxx" MMC-nin yanaşması isə ondan ibarətdir ki, elektrik dirəkləri və onun üzərindən keçən elektrik xətlərinin çıxarılmasına etiraz etmirlər, lakin bununla əlaqədar xərci ödəməyi öhdələrinə götürmürlər.
5. Məhkəmədə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, elektrik xətləri "xxxx" MMC-nin balansında olsa da, xəttin marşrutunu müəyyən edən ya "xxxx" ASC, ya da Cavabdeh2 ASC-dir. Elektrik xətti ilk dəfə çəkiləndə texniki şərtə uyğun olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsindən keçməyib, xəttin yeri sonradan dəyişdirilib. Elektrik hava xətlərinin və dirəklərinin yeri dəyişdiriləndə bundan "xxxx" MMC-nin rəhbərliyinin məlumatı olmayıb. Xətlərin və dirəklərin yerinin nə vaxt dəyişdirirldiyi onlara dəqiq məlum deyil. Hər bir müəssisənin enerji təhcizatını tənzimləyən əlavə ehtiyatı generator var. Elektrik hava xətlərinin və dirəklərinin yeri dəyişdirilərkən "xxxx" MMC-yə elektrik enerjisi verilməsi bir neçə saatlıq dayandırıbsa da, həmin ərazidə o dövrdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar tez-tez işıqların sönməsi halı yaşandığından "xxxx" MMC-yə elektrik enerjisi verilişinin dayandırılmasının xətlərin və dirəklərin çıxarılması səbəbindən olduğu müəssisəyə məlum olmamışdır. "xxxx" ASC və ya Cavabdeh2 ATSC özü sübut etməlidir ki, elektrik xəttinin istiqaməti dəyişdirilərkən MMC-yə yazılı və ya şifahi formada məlumat verilib. "xxxx" MMC tərəfindən texniki şərtə görə maliyyə vəsaiti ödənilib. Eyni hərəkətə görə niyə iki dəfə ödəniş edilməlidir? Buna görə də, məsuliyyət digər iki cavabdeh qurumun üzərinə düşür. "xxxx" MMC-nin müştərək qaydada məsuliyyət daşımağı əsassızdır. Maddi ziyan vurulması məsələsi isə həqiqətən sübut olunmur. İddiaçıya məxsus torpaq sahəsinə baxış keçiriləndə məlum olmuşdur ki, həmin ərazidə icarə müqaviləsi əsasında fəaliyyət həyata keçirilir. Elektrik dirəklərinin və hava xətlərinin oradan keçməsi iddiaçının fəaliyyətinə heç bir maneə törətmir.
6. Məhkəmədə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, sözügedən elektrik xətti "xxxx" MMC-nin balansındadır və onların istifadəsindədir. Tərəflər məhkəmə iclasında bildiriblər ki, xətt əslində ilk dəfə müəyyənləşdirilən ərazidən keçməyib, sonradan yeri dəyişdirilərək iddiaçıya məxsus torpaq sahəsindən keçmişdir. Lakin bunun "xxxx" ASC tərəfindən həyata keçirildiyini təsdiq edən heç bir sübut təqdim etməyiblər. Xəttin yerinin dəyişdirilməsi ilə bağlı "xxxx" ASC-də heç bir məlumat yoxdur. Çəkilmə xərcləri, yəni görüləcək işlərin haqqı cavabdeh "xxxx" MMC tərəfindən ödənildiyi halda "xxxx" ASC elektrik hava xətti və elektrik dirəklərinin həmin torpaq sahəsindən çıxarılmasına etiraz etmir. Ona görə də, iddia tələbi cavabdeh "xxxx" MMC-yə münasibətdə təmin olunmalıdır. Qeyd olunanları nəzərə alaraq Nümayəndə iddia tələbinin "xxxx" ASC-yə münasibətdə təmin edilməməsini xahiş etmiş və iddia tələbinin əldən çıxmış fayda ilə bağlı hissəsində təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
7. Cavabdeh2 ASC-nin nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ilkin olaraq hər hansı bir qeyri-yaşayış sahəsinə elektrik enerjisi verilməsi müəyyənləşdirilərkən Cavabdeh2 ASC tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq texniki şərt verilir. Texniki şərtin verilməsində əsas məqsəd həmin qeyri-yaşayış sahəsinin elektrik enerjisi ilə təchiz edilməsi ilə bağlı tələb olunan elektrik gücünün həcminin müəyyən olunması və həmin gücə uyğun olaraq hansı mənbədən qoşulmasının daha məqsədəmüvafiq aydınlaşdırılmasıdır. Xətlərin çəkilməsi və dirəklərin quraşdırılması işləri və sonrakı işlərlə Cavabdeh2 ASC-nin əlaqəsi olmur. Bu işləri "xxxx" ASC həyata keçirir. Bundan əlavə, "xxxx" MMC-nin vəkili və nümayəndəsinin bildirdiyinə görə "xxxx" ASC elektrik hava xətti və dirəklərinin yerinin dəyişdirilməsinə razılıq verir, lakin texniki şərtdə dəyişiklik edilməsini tələb edir. Lakin texniki şərtdə yox layihədə dəyişiklik edilməlidir. Layihədə elektrik xətti marşrutu daha müfəssəl göstərilir. Texniki şərtdə də dəyişiklik olmayacağına görə burada Cavabdeh2 ASC-yə aid bir iş yoxdur. Qeyd olunanlara əsasən Vəkil3 bu məsələnin Cavabdeh2 ASC-yə və ərazidən keçən yeraltı kommunikasiya xətlərinin aid olduğu qurumlara məlumat verilməklə "xxxx" ASC tərəfindən həyata keçirilməli olduğunu bildirmişdir.
8. Sumqayıt Kommersiya Məhkəməsinin 12.10.2021-ci il tarixli, e-2-2(119)- 1018/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 27.10.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1.40 ha torpaq sahəsinin içərisindən keçən və cavabdeh "xxxx" MMC-yə məxsus olan 10 kv-luq elektrik hava xətti və elektrik dirəkləri cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-nin hesabına həmin torpaq sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Sumqayıt Kommersiya Məhkəməsinin 25.10.2021-ci il tarixli, e-2-2(119)- 1018/2021 nömrəli əlavə qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" MMCyə və Cavabdeh2 ASC-yə qarşı Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 27.10.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1,40 ha torpaq sahəsinin içərisindən keçən və cavabdeh "xxxx" MMCyə məxsus olan 10 Kvluq elektrik hava xətti və elektrik dirəklərinin cavabdehlər "xxxx" MMC-nin, Cavabdeh2 ASC-nin və "xxxx" ASC-nin hesabına müştərək qaydada çıxarılması, mülkiyyət hüququna yaradılan məhdudiyyətlərin aradan qaldırılması və 10.000 manat miqdarında əldən çıxmış faydanın cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iş üzrə məhkəmə xərclərinin 50%-i iddiaçıya, 50%-i müştərək qaydada cavabdehlər "xxxx" ASC-yə və "xxxx" MMC-yə aid edilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumuna görə müştərək qaydada cavabdehlər "xxxx" ASC-dən və "xxxx" MMC-dən 15 manat tutularaq, İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza xərcini təşkil edən 50 manat məbləğin 25 manatının İddiaçı, 25 manatının isə müştərək qaydada cavabdehlər "xxxx" ASC-dən və "xxxx" MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iş üzrə mütəxəssis rəyinin verilməsi üçün çəkilən xərcin - 99 manat məbləğin 49,5 manatının İddiaçı, 49,5 manatının isə müştərək qaydada cavabdehlər "xxxx" ASC-dən və "xxxx" MMC-dən tutularaq “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi”nin hesabına keçirilməsi qət edilmişdir. (hakim Xəqani Tağıyev)
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə hər iki cavabdeh - "xxxx" MMC və "xxxx" ASC iddia tələbini elektrik hava xətlərinin və dirəklərinin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılması hissəsində qəbul edirlər, yalnız bu işin onların hesabına görülməsinə etiraz edirlər. Məhkəmə hesab etmişdir ki, iş üzrə cavabdeh "xxxx" MMC elektrik hava xətlərinin və dirəklərinin sahibi və istifadəçisi olduğu üçün, digər cavabdeh "xxxx" ASC isə həmin elektrik hava xətlərinin və dirəklərinin istismarına cavabdehlik daşıyan təşkilat olduğu üçün iddia onlara münasibətdə əsaslıdır. Məhkəmə iddia tələbinin mülkiyyət hüququna yaradılan məhdudiyyətlərin aradan qaldırılması hissəsi ilə bağlı qeyd etmişdir ki, elektrik hava xətlərinin və dirəklərinin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılması elə mülkiyyət hüququna yaradılan məhdudiyyətlərin aradan qaldırılmasını da özündə ehtiva etdiyi üçün iddia tələbinin mülkiyyət hüququna yaradılan məhdudiyyətlərin aradan qaldırılması hissəsində təmin edilməsinə zərurət qalmır. İddia tələbinin 10.000 manat miqdarında əldən çıxmış faydanın cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyi üçün iddia həmin hissədə təmin olunmamalıdır. Bundan başqa, məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsini icarəyə verir və həmin sahədən fayda götürür, lakin əldən çıxmış faydanın mövcudluğunu məhkəmədə sübuta yetirməmişdir.
11. Qətnamədən cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qətnaməsinin Cavabdeh3nə aid olan hissədə tamamilə ləğv edilməsi, iddia tələbinin Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə münasibətdə olan hissəsinin tamamilə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Qətnamədən "xxxx" ASC apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 12.10.2021-ci il tarixli, e-2-2(119)-1018/2021 saylı qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin cavabdeh "xxxx" ASC-yə münasibətdə təmin olunmuş hissəsində dəyişdirərək, iddia tələbinin həmin hissədə əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2(119)-1018/2021 nömrəli işlə bağlı Sumqayıt Kommersiya Məhkəməsində keçirilən məhkəmə iclaslarında tərəflərin verdiyi izahatlardan və məhkəməyə təqdim edilən sənədlərdən məlum olur ki, X5 (X9 Məsuliyyətli Cəmiyyətinin təsisçilərindən biri olmuşdur) hazırkı Cavabdeh3nə məxsus iaşə obyektinə verilmiş 18 iyun 2012-ci il tarixli 09/15/747 nömrəli texniki şərtin elektrik təchizat sxemində göstərilənlərin əksi olaraq Cavabdeh3nə gələn elektrik hava xəttini daşıyan dəmir dirəklərin yerləri həqiqətən dəyişdirilib, İddiaçı xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1.40 ha torpaq sahəsinin içərisindən keçən elektrik hava xəttini daşıyan dəmir dirəklərin yerlərinin dəyişdirilməsini özbaşına və qanunsuz olaraq cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və ya "xxxx" Açıq Səhmdar Cəmiyyəti icra etmişdir. Məhkəmə iclaslarının fasiləsiz olaraq audio və video yazısı aparılıb. Məhkəmə qətnaməsində iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında göstərilir ki, elektrik dirəklərin yerinin dəyişdirilməsi ilə bağlı Cavabdeh3 10.000 manat pulun verilməsindən imtina etmiş, vaxtında texniki şərtə görə pul ödədiklərini bildirmiş, bir sözlə xərclərin onlar tərəfindən ödənilməsinə razılaşmayıblar. Mübahisənin məhkəmədən kənar həlli ilə bağlı iddiaçının nümayəndəsi, vəkili Vəkil1 və İlkin adlı şəxsin, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Xırdalan şəhərində yerləşən, Xırdalan (Abşeron) Elektrik Şəbəkəsi İdarəsində Nizami adlı məsul şəxslə görüş keçirmişdirlər. Görüşdə 4 ədəd elektrik dirəyinin yerinin dəyişdirilməsi, yeni sxemin tətbiqi ilə bağlı əlavə 4 ədəd elektik dirəyinin, elektrik naqillərə və digər xərclərə görə 10.000 manata yaxın pul tələb olunduğu bildirilmişdir. Ödənişin iddiaçı və Cavabdeh3 arasında bərabər bölünməsini razılaşmışdırlar. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 tələbinə əsasən mövcud və razılaşdırılan dəyişikliklərin icrası ilə bağlı texniki şərtin elektrik təchizat sxemi bölməsinə yeni düzəlişlərin edilməsi və müvafiq qaydada arayış verilməsi bildirilmişdir. Lakin Xırdalan (Abşeron) Elektrik Şəbəkəsi İdarəsindən belə bir sənədlərin verilməsinin mümkünsüz olduğunu bildirmişlər. İdarədə olan görüşdə onu da bildirmişdirlər ki, Cavabdeh3nə gələn elektrik hava xəttini daşıyan dəmir dirəklərin yerləri həqiqətən dəyişdirilib, dəyişdirilmə texniki şərtin elektrik təchizat sxeminə zidd olaraq icra edilmişdir. Belə bir görüşün olmasını, yuxarıda sadalanan qaydada danışıqlar aparılmasını, danışıqların iştirakçısı olan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 özü məhkəmə iclasında da təsdiq etmişdir. Bundan əlavə, qətnamənin 3-cü səhifəsində Cavabdeh3 MMC-nin vəkili və nümayəndəsinin bildirdiyinə görə "xxxx" ASC elektrik hava xətti və dirəklərinin yerinin dəyişdirilməsinə razılıq verir, lakin texniki şərtdə dəyişiklik edilməsini tələb edir. Lakin texniki şərtdə yox layihədə dəyişiklik edilməlidir. Layihədə elektrik xətti marşrutu daha müfəssəl göstərilir. Texniki şərtdə də dəyişiklik olmayacağına görə burda Cavabdeh2 ASC-yə aid bir iş yoxdur. Məhkəmə iclas protokolları ilə tanış olanda izahatlarında, məhkəməyə təqdim etdiyi yazılı sənədlərdə və hazırkı qətnamənin digər hissələrində aşağıdakı məzmuna oxşar olması müəyyən edildi. İddiaçı cavabdehlər Cavabdeh3nə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qanunsuz çəkilmiş elektrik hava xəttinin və elektrik dirəklərinin xüsusi mülkiyyətdə olan torpaq sahəsindən çıxarılması, mülkiyyət hüquqlarına yaradılan məhdudiyyətin aradan qaldırılması və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə tələbin Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə münasibətdə olan hissəsini qəbul edirlər, iddia üzrə digər iddia tələblərini qəbul etmirlər. Sumqayıt Kommersiya Məhkəməsinə məhkəmənin 12 oktyabr 2021-ci il tarixli, e-2-2(119)-1018/2021 nömrəli qətnaməsində buraxılmış yanlışlıqların düzəldilməsi barədə tərəflərindən ərizə ilə müraciət edilmişdir. Məhkəmə daha sonra məhkəmə qətnaməsini əsaslandırmaq üçün qanunvericilik aktlarına deyil, həmçinin Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlik daşımaması üçün Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil3 ifadələri ilə kifayətlənmişdir, məhkəmə qətnaməsində ifadələrə istinadlarla qanunvericilik aktları tamamilə təhrif olunmuşdur. Oxşar yanaşma "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 29 yanvar 2020-ci il tarixli məktubuna istinadda və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə ifadələrinə yanaşmada da təhrif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2017-ci il tarixli 1313 nömrəli fərmanının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 234 nömrəli qərarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarının tələbindən məlum olur ki, hazırkı iddia üzrə cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti X4 (Cavabdeh3 təsisçilərindən biri olmuşdur) hazırkı Cavabdeh3 elektrik enerjisi ilə təmin edilməsi üçün enerji mənbəyini, həmin mənbədən tikinti obyektinə elektrik enerjisinin (gücünün) verilməsi üçün optimal trassanı (yolu) və həmin trassa (yol) üzrə elektrik xətlərinin çəkilməsi üçün rəyi tələb olunan qurumları müəyyənləşdirir. Bu qaydalarda göstərilən şərtlərə əməl edilmədən texniki şərt verilə bilməz və istismara qəbul edilə bilməz, həmçinin İddiaçı yazılı razılıq alınmadan onun mülkiyyətində olan torpaq sahəsindən elektrik xətləri çəkilə bilməzdi. 18 iyun 2012-ci il tarixdə verilmiş 09/15/747 nömrəli texniki şərtin əldə edilməsi, layihə sənədlərinin və elektrik xəttinin çəkilməsi üçün elektrik təchizat sxeminin hazırlanması bununla bağlı avadanlıq və qurğuların alınması, tikinti quraşdırma işlərinin və xidmətlərin icrası ilə bağlı, bir sözlə qoşulma haqqı ilə bağlı bütün maliyyə xərclərini Cavabdeh3 icra etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli e-2-2(119)-1018/2021 nömrəli qətnaməsində iddianın qismən təmini hissəsinin hansı əsaslarla Cavabdeh3 hesabına ödənilməsini və 18 iyun 2012-ci il tarixdə verilmiş 09/15/747 nömrəli texniki şərtə görə yenidən təkrar ödənişə cəlb edilməsi hallarına hüquqi qiymət verməmişdir. Bu barədə Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında öz izahatlarında bildirmişdir.
14. Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən elektrik xətti Cavabdeh3 MMC-nin balansında olmaqla onlara xidmət edir. Məhkəmə prosesi zamanı məlum olmuşdur ki, sözügedən xətt qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş marşrut üzrə çəkilmişdir. Daha sonra "xxxx" ASC-nin məlumatı olmadan elektrik dirəklərinin yeri dəyişdirilərək hazırki torpaq sahəsinə salınmışdır. Bu isə İddiaçı və Cavabdeh3 MMC-nin icazəsi olmadan mümkün deyildir. Belə olan halda müəyyən olunur ki, cavabdeh "xxxx" ASC-nin əlavə xərc çəkərək Cavabdeh3 MMC-yə məxsus dirəklərin yerinin texniki şərtdə görstərilən ərazidən çıxarılaraq başqa yerə köçürülməsi mümkün deyildir. Həmçinin xəttin qanuni yerinin dəyişdirilməsini təsdiq edən sənəd "xxxx" ASC tərəfindən verilməmişdir və bunun əksini sübut edən heç bir sənədi tərəflər məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə isə qeyd olunanlara münasibət bildirmədən iddia tələbinin cavabdeh "xxxx" ASC-yə qarşı münasibətdə təmin etmişdir. Halbuki, iddia tələbi Cavabdeh3 MMC-yə münasibətdə təmin edilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 149-cu maddəsinə əsasən “İddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif, iddia bir neçə cavabdehə yonəldildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir”.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətlərinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Azərenerji" ASC-nin nümayəndəsi Vəkil3 birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdeh “Azərenerji" ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitusiyası:
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
21. Azərbaycan Respublikasl Torpaq Məcəlləsi: Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydaları:
2. Elektrik qurğularının şəbəkəyə qoşulması üçün texniki şərtlər 2.1. Yeni, yaxud yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan, həmçinin enerji təchizatı sxemini dəyişən istehlakçıların (sifarişçilərin), o cümlədən məişət abonentlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və elektrik şəbəkəsinə qoşulması qaydaları və onlara dair tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na, “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na əsasən müəyyən edilir. Müstəqil enerji istehsalçısının bərpa olunan enerji mənbələri üzrə elektrik qurğularının şəbəkəyə qoşulmasına dair texniki şərtlər müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi arasında bağlanılmış şəbəkəyə qoşulma müqaviləsi ilə müəyyən olunur və bu zaman şəbəkəyə qoşulma həmin müqavilənin tələblərinə uyğun həyata keçirilir.
23. “Energetika haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 8. Enerjinin, energetika materiallarının və məhsullarının səmərəli istifadəsinə tələblər
1. Hər hansı bir hüquqi və fiziki şəxs qanunvericiliyə müvafiq olaraq enerjinin, energetika materiallarının və məhsullarının səmərəli istifadəsinə, enerji resurslarından istifadə qaydalarına riayət edilməsinə və normadan artıq tullantılara yol verilməməsinə görə məsuliyyət daşıyır. Bu məsuliyyət eyni dərəcədə enerji aqreqatlarının və qurğularının layihələşdirilməsinə, quraşdırılmasına və istismarına da aid edilir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri
384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər...
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 28.02.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsi Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 27.10.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan, ümumi sahəsi 1.40 ha torpaq sahəsinin içərisindən keçən və cavabdeh "xxxx" MMC-yə məxsus olan 10 Kv-luq elektrik hava xətti və elektrik dirəklərinin cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-nin hesabına həmin torpaq sahəsindən çıxarılması hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. İş materiallarında olan 27.10.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 1.40 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
28. İş materiallarında olan "xxxx" ASC-nin 29.01.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı ərizəsinə cavab olaraq "xxxx" ASC-nin elektrik enerjisi istehlakçılarına məxsus elektrik şəbəkələrində hər hansı elektrik quraşdırma işlərinin aparılması səlahiyyəti olmadığı və qeyd edilən problemin torpaq sahibi ilə elektrik hava xəttinin mənsub olduğu abonent arasında həll edilməsinin məqsədəuyğun olduğu bildirilmişdir.
29. İş materiallarında olan Cavabdeh2 ASC-nin 24.10.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 sorğusuna cavab olaraq 10 kv-luq elektrik hava xətlərinin istismarı "xxxx" ASC-nin fəaliyyət sahəsinə daxil olduğundan həmin təşkilata müraciət olunmasının məqsədəuyğun olduğu bildirilmişdir.
30. İş materiallarında olan 30.03.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı, sahibkarlıq məqsədi ilə İddiaçı mülkiyyətinə verilmiş (27.10.2011-ci il tarixdə **********86 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış) 1.40 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları faktik vəziyyətdə müəyyənləşdirilərək məlum olunub ki, mübahisə olunan 10 kv-luq elektrik hava xətti və dörd ədəd elektrik dirəkləri həmin torpaq sahəsinin daxilinə düşür. Mübahisə olunan 10 kv-luq elektrik hava xətti və dörd ədəd elektrik dirəkləri iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneəçilik edib-etməməsinin aydınlaşdırılması mütəxəssisin səlahiyyətlərinə aid deyildir.
31. 04.05.2021-ci il tarixli, 10/1760 nömrəli ekspert rəyindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı, sahibkarlıq məqsədi ilə İddiaçı mülkiyyətinə verilmiş (27.10.2011-ci il tarixdə **********86 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış) 1.40 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları faktik vəziyyətdə müəyyənləşdirilərək məlum olunub ki, mübahisə olunan 10 kv-luq elektrik hava xətti və dörd ədəd elektrik dirəkləri həmin torpaq sahəsinin daxilinə düşür. Mübahisə olunan 10 kv-luq elektrik hava xətti və dörd ədəd elektrik dirəkləri iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneəçilik edib-etməməsinin aydınlaşdırılması ekspertin səlahiyyətlərinə aid deyildir.
32. İş materiallarından müəyyən olunur ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 1.40 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh "xxxx" MMC-yə məxsus olan 10 kv-luq elektrik hava xətti və elektrik dirəkləri iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsindən keçir. Bu isə iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə törədir. İddiaçı mülkiyyət hüquqlarını həyata keçirməsinə törədilən maneənin aradan qaldırılması üçün cavabdehlərə müraciət etmiş, lakin həmin maneə aradan qaldırılmamışdır.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, Cavabdeh2 ASC tərəfindən X5 (Cavabdeh3 MMC-nin təsisçilərindən biri olmuşdur) 18 iyun 2012-ci il tarixdə verilmiş 09/15/747 nömrəli texniki şərtlə müəyyən olunan elektrik enerjisinin verilməsi üçün elektrik təchizat sxeminə əsasən elektrik hava xəttini daşıyan dəmir dirəklərin layihə-plan sxeminin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi, sonradan həmin elektrik hava xəttini daşıyan dəmir dirəklərin yerinin və ya sxeminin dəyişdirilib-dəyişdirilməməsi, dəyişdirilibsə dəyişdirilməyə səbəb olan əsaslar barədə məlumat verilməsi barədə Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində olan X1 Agentliyinə sorğu vermişdir. Həmin sorğuya Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyinin Sumqayıt filialının 11 aprel 2022-ci il tarixli, AERA-21- 757/22 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Elçin Mahmudova məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən iaşə obyektinin elektrik təchizatı üçün quraşdırılmış elektrik qurğuları Cavabdeh2 ASC-nin 09/15/747 nömrəli 18 iyun 2012ci il tarixli texniki şərtinə uyğun olaraq quraşdırılmış, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Dövlət Enerji Nəzarət İdarəsinin 22 aprel 2013-cü il tarixli 150009- 01-4-25 nömrəli “X6” ilə istismara verilmişdir. Sonradan qəbul edilmiş qanunvericilik aktlarına uyğun olaraq Agentliyə yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək səlahiyyəti verilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 avqust 2013-cü il tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 3.2-1-ci bəndinə görə X2 Agentliyi tərəfindən 150 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi müvafiq sənədlər əsasında keçirilir. “Elektrik enerjisinin istehsalı və elektrik qurğularının istismara buraxılışı üçün güc hədlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2016-cı il tarixli 482 nömrəli Qərarının 2-ci hissəsi ilə istismarına buraxılış aktı verilən elektrik qurğularının gücü 150 kilovatdan yuxarı həddə müəyyən edilmişdir. Bu baxımdan sözügedən tikinti obyektinin tələb olunan elektrik gücünün 150 kVt-dan aşağı olduğunu (həmin tikinti obyektinin tələb olunan elektrik gücü 60 kVt təşkil edir) nəzərə alaraq, 23 avqust 2013-cü il tarixdən sonra həmin tikinti obyektinin qidalandırıcı hava elektrik verilişi xəttini daşıyan dəmir dirəklərin yerinin və ya sxeminin dəyişdirilməsi barədə filiala məlumat daxil olmamışdır. Bundan əlavə bildirilmişdir ki, elektrik enerjisinin verilməsi üçün elektrik təchizatı sxeminə əsasən elektrik hava xəttini daşıyan dəmir dirəklərin layihə plan-sxemi filialda saxlanılmamışdır.
34. Cavabdeh3 MMC-nin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə məxsus elektrik hava xətti və elektrik dirəklərinin 4 ədədinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşməsi işin mübahisəsiz halıdır. Cavabdeh həmin xəttin və dirəklərin onun xəbəri olmadan yerinin dəyişdirildiyinə istinad etsə də, həmin halı təsdiq edəcək hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir.
35. Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırda qeyd olunan elektrik hava xətlərinin və dirəklərinin istismarına cavabdeh təşkilat "xxxx" ASC olduğundan iddia tələbinin ona münasibətdə təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh "xxxx" MMCyə məxsus olan 10 kv-luq elektrik hava xətti və elektrik dirəkləri iddiaçının mülkiyyətində olan torpaq sahəsindən keçdiyindən, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi üçün həmin xətt və dirəklər cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-nin hesabına torpaq sahəsindən çıxarılmalıdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 12.10.2021-ci il tarixli 2-2(119)-1018/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.