Məhkəmə qərarları › İş №2-2(105)-2/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-2/2020

18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-2/2020 18.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər X10 və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi X7, Cavabdeh “Mahmud” X8 nümayəndəsi X2 iştirakı ilə İddiaçı İB-nin cavabdeh “Mahmud” X3rşı borcun tutulması tələbinə dair ilkin iddiası və cavabdeh “Mahmud” X5 İddiaçı İB-yə qarşı borcun silinməsi və qaz sayğaclarının quraşdırılması tələbinə dair qarşılıqlı iddiasına dair iqtisadi iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-2(085)-05/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı İB cavabdeh «Mahmud» X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə olunmuş təbii qaza görə yaranmış 84727,20 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək 421391,12 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh «Mahmud» X9 İddiaçı İB-nə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sökülmüş qaz sayğaclarının iddiaçının hesabına quraşdırılması, eləcə də “Mahmud” X6 hesablanmış borcun yenidən hesablaraq tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra cavabdeh qarşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək ekspert rəyinə əsasən 179.710,60 manat və qaz təchizatı haqqında arayışlara əsasən 19027,60 manat məbləğində pulun çıxılması və qalan 225.179,35 manat məbləğin cavabdehdən tutulması və «Mahmud» X9 və onun xidmət göstərdiyi məktəblərdə İddiaçı İB-nin işçiləri tərəfindən sökülmüş qaz sayğaclarının İddiaçı İB-nin hesabına quraşdırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia onunla əsasladırılmışdır ki, cavabdeh “Mahmud” X9 İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla “Qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Cavabdeh fasiləsiz olaraq təbii qazdan istifadə etməsinə baxmayaraq istifadə edilmiş təbii qazın dəyəri tam ödənilməmiş və hal-hazırda cavabdehin İddiaçı İB-nə debitor borcu yaranmış, bununla da cavabdeh üzərinə götürdüyü müqavilə öhdəlikləri yerinə yetirməmişdir. Hətta xx.xx.2018-ci il tarixdə tərəflər arasında razılaşma protokolu tərtib edilmiş və cavabdeh tərəf 616.542.0 manat məbləğində borcu etiraf etmiş və hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, “Mahmud” kəndli fermer təssərüfatının xidmət göstərdiyi məktəblərdə təbii qaz sərfiyyatı quraşdırılmış qaz sayğaclarının göstəricilərinə əsasən hesablanmalıdır. Lakin həmin sayğaclar 2016cı ildə İddiaçı İB-nin əməkdaşları tərəfindən sökülərək aparılmışdır. Həmin dövrdən etibarən, o cümlədən 2016 və 2017-ci illər üçün təbii qaza görə olan borc aylıq orta qaz sərfiyyatı həcminə uyğun hesablanmalı olduğu halda, sərfiyyatın həcmi süni şəkildə şişirdilmiş, istifadə edilmiş qazın miqdarı artıq göstərilmişdir. Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı”na görə 2014-cü ildə illik ümumi qaz sərfiyyatı 945232 kub metr olsa da, 2017-ci ilin təkcə 4 ayına görə 980383 kub metr hesablanmışdır ki, qaz sayğacı olmadığı halda bu qədər orta sərfiyyat həcminin göstərilməsi absurddur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-2(085)- 05/2019 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdeh “Mahmud” X4 təbii qazdan istifadəyə görə yaranmış 244746,95 manat borcun İddiaçı İB-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, “Mahmud” X9 və onun xidmət göstərdiyi məktəblərdə İddiaçı İB tərəfindən sökülmüş qaz sayğaclarının İddiaçı İB-nin hesabına quraşdırılması, ekspertiza tədqiqatı üçün sərf edilmiş 390 manatın 300 manat hissəsinin “Mahmud” X4, 90 manat hissəsinin İddiaçı İB-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. (hakim V.Əzizova) Həmin qətnamədən İddiaçı İB apelyasiya şikayəti verərək, qətnamənin ilk iddia üzrə təmin edilməmiş hissədə, qarşılıqlı iddia üzrə təmin edilmiş hissədə ləğv edilib, ilk iddia tələbinin tam, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı müqavilə əsasında “Mahmud” X5 xidmət göstərdiyi müəssisələri təbii qazla təchiz edir. İstehlak olunmuş təbii qazın dəyəri müəssisələrdə quraşdırılmış qaz sayğacı vasitəsi ilə hesablanaraq cavabdehə hesab fakturalar təqdim edilmişdir. Sayğacın olmadığı dövrlərdə isə istehlakçı olunmuş təbii qazın dəyəri müəssisələrdə istifadə olunmuş qaz cihazlarının saatlıq qaz sərfinə uyğun olaraq hesablanmışdır. Məhkəmə ilk iddia tələbini qismən təmin edərkən ekspert rəyinə istinad etmiş, guya cavabdeh tərəfindən müxtəlif illərdə təbii qazdan deyil, dizel yanacağından istifadə edilmişdir ki, buna görə də həmin illər üçün təbii qazın dəyərinin hesablanmasını əsassız hesab etmişdir. Məhkəmə və ekspert bu nəticəyə cavabdehlər tərəfindən birtərəfli qaydada tərtib edilmiş aktlara istinad olunmuşdur. Cavabdeh tərəfindən həmin dövrlərdə dizel yanacağından istifadə edilməsi tamamilə əsassızdır. Eyni zamanda müəssisələrdə təbii qazın təzyiqinin aşağı olması və buna görə də dizel yanacağından istifadə etmək məcburiyyətində qalmaları barədə cavabdehin İddiaçınə hər hansı bir müraciəti olmamışdır. Belə olan halda cavabdeh tərəfindən guya dizel yanacağından istifadə edilməsi barədə birtərəfli qaydada tərtib etdikləri akt sübut növü sayıla bilməz. Eləcə də hər ay istehlak olunmuş təbii qazın dəyəri barədə cavabdehə hesab-fakturalar göndərilmişdir ki, əgər doğrudan da təbii qazdan istifadə etməmiş olsaydılar, bu barədə İddiaçı İB-yə rəsmi müraciət edərdilər. Lakin məhkəmənin iş materiallarında cavabdehin hər hansı bir rəsmi müraciətləri yoxdur. Həmçinin məhkəmə tərəflər arasında tərtib edilmiş qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktlarına ümumiyyətlə hüquqi qiymət verməmişdir. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktına əsasən cavabdeh təşkillatın İddiaçınə 421936,92 (dörd yüz iyirmi bir min doqquz yüz otuz altı manat, doxsan iki qəpik) manat borcunun olduğu öz təsdiqini tapmışdır. xx.xx.2018-ci il tarixli razılaşma protokoluna əsasən cavabdehin xx.xx.2018-ci il tarixə 616542,90 manat borcu olduğu və həmin borcu xx.xx.2018-ci il tarixədək ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Həmçinin “Mahmud” KFT-nın İddiaçı İB-yə ünvanladığı xx.xx.2018-ci il tarixli, 44 saylı məktubda borc etiraf edilmiş, borcun ödəniləcəyinə zəmanət vermişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən “Mahmud” KFT-nın nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəfləri dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Hazırki işin hallarından görünür ki, tərəflər arasında mübahisə təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədədir. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı İB və “Mahmud” X9 arasında xx.xx.2017-ci il tarixli “Qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Həmin müqavilənin məzmunundan görünür ki, paylayıcı (İddiaçı İB) bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını (“Mahmud” X9) keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan sonra tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, ***-**-** saylı məlum müqaviləyə 1 saylı əlavə ilə protokol təsdiqlənmiş, bununla da tərəflər siyahıda göstərilən, istehlakçıya aid olan strukturlar tərəfindən istifadə olunan təbii qaz sərfiyyatı haqlarının ödənilməsi ilə bağlı münasibətlərin ***-**-** saylı müqavilə çərçivəsində tənzimlənməsi barədə razılığa gəlmişlər. Protokolda əks olunmuş siyahıda təyinatı müxtəlif olan 79 müəssisə (məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları, müxtəlif idarəetmə orqanların inzibati binaları, mədəniyyət evləri və s.) qeyd olunmuşdur. (iş materiallarının 1-ci cildi, 22-26-cı səhifələr) Hazırda iddiaçı iddia edir ki, o müqavilə üzrə üzərinə düşən vəzifəsinə yetirsə də, cavabdeh öhdəliyinin icrasından yayınmışdır. Yəni iddiaçı cavabdehin tabeliyində olan müxtəlif təyinatlı müəssisələri qazla təmin etsə də, cavabdeh təbii qazdan istifadəyə görə yaranmış borcu ödəmir. Qarşılıqlı iddia ərizəsinin məzmunundan görünür ki, cavabdeh də iddiaçıya borcunun olduğunu inkar etmir, lakin borcun məbləğini mübahisələndirir. Belə ki, ilkin iddia üzrə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərkən ilk öncə cavabdehin tabeçiliyində olan 7 məktəb üzrə yaranmış 84.727,2 manat məbləğində olan borcu tələb etmiş, sonradan tələbinin həcmini artıraraq cavabdehdən, ümumilikdə yaranmış 421.391,12 manat məbləğində borcu tələb etmişdir. Buna qarşılıq olaraq cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 2016-cı və 2017-ci illər üzrə sayğaclar olmadığından təbii qazdan istifadəyə görə yaranmış borc aylıq orta qaz sərfiyyatı həcminə uyğun hesablanmalı olduğu halda, sərfiyyatın həcmi süni şəkildə şişirdilmiş, istifadə edilmiş qazın miqdarı artıq göstərilmişdir. Beləliklə cavabdeh 225.179,35 manat məbləğində borcun olduğunu qəbul edir, lakin ekspert rəyinə əsasən 179.710,60 manat və qaz təchizatı haqqında arayışlara əsasən 19027,60 manat məbləğində pulun çıxılmasını tələb edir. Qarşılıqlı iddia ərizəsinin məzmunundan da göründüyü kimi cavabdeh sayğac olmadığı dövrlərdə hesablanmış borc məbləğini mübahisələndirmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. 22916 saylı, xx xxxxxxx 2018-ci il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, xx xxxxxx 2017-ci il tarixli ***-**-** saylı müqavilə üzrə “Mahmud kəndli fermer” təsərrüfatının İddiaçı İstehsalat Birliyinə olan borcu 244.746,95 manat məbləğində müəyyən olunur. Ümumilikdə İddiaçı tərəfindən “Mahmud kəndli fermer” təsərrüfatına 179.710,60 manat məbləğində artıq borc hesablandığı müəyyən edilmişdir. (iş materiallarının 5-ci cildi, 94-112-ci səhifələr) Həmin rəy iddiaçı tərəfindən mübahisələndirilmiş və işə çoxsaylı hesab fakturalar, üzləşdirmə aktları və s. sənədlər əlavə edilmişdir. Bundan sonra birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. (iş materiallarının 5-ci cildi, 258-259-cu səhifələr) Lakin 34171 saylı, xx.xx.2019-cu il tarixli əlavə məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilkin verilmiş 22916 saylı, xx xxxxxxx 2018-ci il tarixli rəyi olduğu kimi təkrarlamış, təqdim edilmiş sənədlər üzrə əlavə tədqiqat aparılmadan yenə də eyni nəticə (borcun 244.746,95 manat məbləğində müəyyən olunması, 179.710,60 manat məbləğində artıq borc hesablanması) verilmişdir. İş üzrə rəy vermiş ekspertlər bu nəticəni onunla əsaslandırmışlar ki, rəydə göstərilən dövr ərzində qeyd olunan müəssisələrdə qaz boru kəmərində qazın təzyiqi aşağı olduğundan elektrik kombisi və ya dizel yanacağından istifadə edilmişdir. Bu səbəbdən sərfiyyat şişirdilmişdir. İşdən görünür ki, iş üzrə rəy vermiş ekspertlər iş materiallarına əlavə edilən cavabdehlə tabeliyinə verilmiş müəssisələr arasında qaz boru kəmərində qazın təzyiqi aşağı olduğundan elektrik kombisi və ya dizel yanacağından istifadə edilməsi barədə tərtib edilmiş aktlara istinad edərək bu nəticəyə gəlmişlər. İşə baxan məhkəmə ekspert rəyi ilə razılaşaraq cavabdeh “Mahmud” X4 təbii qazdan istifadəyə görə yaranmış 244746,95 manat borcun İddiaçı İB-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi nəticəsinə gəlmişdir. İddiaçı isə bu mövqeyi o əsasla mübahisələndirmişdir ki, məhkəmə ilk iddia tələbini qismən təmin edərkən ekspert rəyinə istinad etmiş, guya cavabdeh tərəfindən müxtəlif illərdə təbii qazdan deyil, dizel yanacağından istifadə edilmişdir ki, buna görə də həmin illər üçün təbii qazın dəyərinin hesablanmasını əsassız hesab etmişdir. Cavabdeh tərəfindən guya dizel yanacağından istifadə edilməsi barədə birtərəfli qaydada tərtib etdikləri akt sübut növü sayıla bilməz. Həmçinin məhkəmə tərəflər arasında tərtib edilmiş qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktlarına ümumiyyətlə hüquqi qiymət verməmişdir. Eləcə də xx.xx.2018-ci il tarixli razılaşma protokoluna əsasən cavabdehin xx.xx.2018-ci il tarixə 616542,90 manat borcu olduğu və həmin borcu xx.xx.2018-ci il tarixədək ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmış və hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilən ekspertiza tədqiqatları natamam, yarımçıq, səthi aparılmışdır. Verilmiş rəylər hazırki mübahisə üzrə yekun nəticəyə gəlmək üçün yetərli olmamışdır. İşdən görünür ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən ilkin olaraq məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və ekspert qarşısında «Mahmud» X5 xidmət göstərdiyi məktəblərin sayğac olduğu dövrdə - 2014-2015-ci illərdə və sayğac olmadığı dövrdə – 2016-2017-ci illərdə istifadə etdikləri qazın illik orta sərfiyyat həcmi, eləcə də həmin məktəblərin 2016-cı ildə və 2017-ci ilin 30 aprel tarixinə qədər istifadə etdikləri qaza görə borcun məbləğinin müəyyən edilməsi ilə bağlı suallar qoyulmuşdur. Göründüyü kimi məhkəmə tərəfindən ekspertə yalnız cavabdehin xidmət göstərdiyi məktəblərlə bağlı tədqiqat aparılması tapşırılmışdır. (iş materiallarının 5ci cildi, 12-13-cü səhifələr) 22916 saylı, xx xxxxxxx 2018-ci il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyindən isə görünür ki, qeyd edildiyi kimi ekspertə yalnız məktəblərlə bağlı tədqiqat aparılması tapşırılsa da, ekspert sualdan kənara çıxaraq həm məktəblər, həm də digər müəssisələrlə bağlı, ümumilikdə 44 müəssisə ilə bağlı araşdırma apararaq rəy vermişdir. Həmin ekspert rəyindən görünür ki, xx xxxxxx 2017-ci il tarixli ***-**-** saylı müqavilə üzrə “Mahmud kəndli fermer” təsərrüfatının İddiaçı İstehsalat Birliyinə olan borcu 244.746,95 manat məbləğində müəyyən olunur. Ümumilikdə İddiaçı İstehsalat Birliyi tərəfindən “Mahmud kəndli fermer” təsərrüfatına 179.710,60 manat məbləğində artıq borc hesablandığı müəyyən edilmişdir. (iş materiallarının 5-ci cildi, 94-112-ci səhifələr) Əlavə məhkəmə mühasibatlıq ekspertizası üzrə verilmiş ekspert rəyindən isə görünür ki, məhkəmə bütün müəssisələrlə bağlı tədqiqat aparılmasını tapşırsa da, ilkin rəydə qeyd olunmuş yalnız 44 müəssisəylə bağlı araşdırma aparılmışdır. Rəydən həmçinin görünür ki, ekspert bəzi müəssisələrlə bağlı ümumiyyətlə araşdırma aparmamış, araşdırma aparıldığı bir neçə müəssisə bağlı isə mübahisə predmetinə aid olmayan, mübahisələndirilməyən dövrlərlə bağlı (məsələn Ceyranbatan qəsəbə 1 saylı uşaq bağçası ilə bağlı 2012-ci ilin may ayında, Mehdiabad Bələdiyyəsi ilə bağlı 2010 dekabr ayından 2011-ci ilin mart ayına qədər, Məmmədli kənd həkim məntəqəsi ilə bağlı 2011-ci ilin fevral-dekabr aylarında, Görədil uşaq bağçasında 2011-ci ilin oktyabr-noyabr aylarında və s. sərfiyyatın artıq yazıldığını qeyd etmişdir) rəy vermişdir. Halbuki qarşısında qoyulmuş suallara əsasən ekspert 2014-2015-ci illərdən etibarən araşdırma aparmalı idi. Bundan əlavə ekspert səlahiyyət həddindən kənara çıxaraq xüsusi bilik tələb etməyən hallara-işə əlavə edilmiş aktlara (müəssisələrdə qaz təzyiqinin aşağı olması səbəbindən qazdan deyil, alternativ yanacaq növlərindən (əsasən dizel yanacaq növü və elektrik kombisi) istifadə olunması ilə bağlı) hüquqi qiymət verərək onları sübut qismində qəbul etmiş və həmin aktlar əsasında təbii qazdan istifadə ilə bağlı rəy vermişdir. Qeyd olunan səbəblərdən işə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) «Mahmud» X5 xidmət göstərdiyi müəssisələrin (iş materiallarının 1-ci cildi, 22-26-cı səhifələrdə qeyd olunmuş 79 müəssisə) 2015-ci il aprel ayından 2017-ci ilin aprel ayına qədər təbii qazdan istifadəyə görə (həmin müəssisələrə sayğacın quraşdırıldığı və çıxarıldığı dövrlər daxil olmaqla) yaranmış borcu nə qədər təşkil etmişdir? (hər bir müəssisə üzrə nəticələr ayrı-ayrılıqda göstərilməklə) 2) Həmin müəssisələrin təbii qazdan istifadəyə görə sayğac olduğu dövrdə 2015-ci il aprel ayından 2017-ci ilin aprel ayına qədər yaranmış və ödənilməmiş borcu (hər bir müəssisə ayrı-ayrılıqda göstərilməklə) nə qədər təşkil etmişdir? 3) Həmin müəssisələrin təbii qazdan istifadəyə görə sayğacın olmadığı və yaxud işləmədiyi dövrdə 2015-ci il aprel ayından 2017-ci ilin aprel ayına qədər yaranmış və ödənilməmiş borcu (hər bir müəssisə ayrı-ayrılıqda göstərilməklə) nə qədər təşkil etmişdir? 4) «Mahmud» X5 xidmət göstərdiyi müəssisələrdə (iş materiallarının 1-ci cildi, 22-26-cı səhifələrdə qeyd olunmuş 79 müəssisə) sayğac çıxarıldıqdan sonra 2017-ci ilin aprel ayına qədər təbii qazdan istifadə ilə bağlı sərfiyyat hansı qaydada aparılmışdır? (hər bir müəssisə üzrə nəticələr ayrı-ayrılıqda göstərilməklə) 5) «Mahmud» X5 xidmət göstərdiyi müəssisələrdə (iş materiallarının 1-ci cildi, 22-26-cı səhifələrdə qeyd olunmuş 79 müəssisə) sayğac olmadığı və ya işləmədiyi dövrdə təbii qazdan istifadə ilə bağlı sərfiyyat müvafiq əvvəlki ilin cari ayının orta günlük sərfiyyatına uyğun hesablandığı təqdirdə həmin müəssisələrin təbii qazdan istifadə ilə bağlı borcu nə qədər təşkil edərdi? Belə olan təqdirdə artıq hesablamaya yol verilmişdirmi? Verilmişdirsə yaranmış fərq nə qədər təşkil edir? (hər bir müəssisə üzrə nəticələr ayrı-ayrılıqda göstərilməklə) 6) Qeyd olunan müəssisələrdə alternativ yanacaq növündən istifadə edilməsi şərti olaraq qəbul edildiyi təqdirdə 2015-ci ilin aprel ayından 2017-ci ilin aprel ayınadək alternativ yanacaqdan istifadə edən müəssisələrdə təbii qazdan istifadə ilə bağlı əsassız olaraq hesablanmış borcun ümumi məbləği nə qədər olmuşdur?(hər bir müəssisə üzrə nəticələr ayrı-ayrılıqda göstərilməklə) Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş xx xxxx 2020-ci il tarixli, 30187 nömrəli ekspert rəyindın görünür ki, iş materiallarında olan sənədlərə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi ***-**-** saylı müqaviləsi üzrə “Mahmud kəndli fermer” Təsərrüfatının İddiaçınə qazdan istifadə etməyən müəssisələr üzrə 135.062, 30 manat məbləğində artıq borc hesablandığı müəyyən edilir. Ümumilikdə xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər Mahmud X5 İddiaçınə olan borcu 163,914.00 manat hesablandığı müəyyən edilir. Sonuncu ekspert rəyindən də göründüyü kimi ekspert bu dəfə də qarşısında qoyulmuş sualları tam olaraq cavablamamış, cavabdehin tabeliyində olan 29 müəssisə üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi qazdan istifadə edilmədiyi, 50 müəssisə üzrə isə qaz borcunu müəyyən etmişdir. Bu nəticəyə gələrkən ekspert yenə də ona əsaslanmışdır ki, rəydə göstərilən dövr ərzində qeyd olunan müəssisələrdə qaz boru kəmərində qazın təzyiqi aşağı olduğundan elektrik kombisi və ya dizel yanacağından istifadə edilmişdir. Bu səbəbdən sərfiyyat şişirdilmişdir. Beləliklə də müəyyən olunur ki, ekspert səlahiyyət həddindən kənara çıxaraq xüsusi bilik tələb etməyən hallara-işə əlavə edilmiş aktlara (müəssisələrdə qaz təzyiqinin aşağı olması səbəbindən qazdan deyil, alternativ yanacaq növlərindən (əsasən dizel yanacaq növü və elektrik kombisi) istifadə olunması ilə bağlı) hüquqi qiymət verərək onları sübut qismində qəbul etmiş və həmin aktlar əsasında borc məbləği ilə bağlı rəy vermişdir. Doğrudur, qarşısında qoyulmuş sualların sonuncusu bununla bağlı olmuşdur. Lakin həmin sualda da alternativ yanacaq növündən istifadənin şərti olaraq qəbul edildiyi qeyd edilmişdir. Bu isə o deməkdir ki, bu istifadənin qəbuledilənliyi sadəcə bir ehtimaldır və təsdiqi hüquqi tövsif tələb edən məsələdir və hələ məhkəmənin iş üzrə yekun nəticəyə gələrkən həmin aktları sübut qismində qəbul edib-etməyəcəyi də bəlli deyil. Lakin işə baxan ekspert məhkəmənin əvəzinə bu işi görüb həmin aktlara hüquqi qiymət verərək onları sübut qismində qəbul etmiş, tədqiqatını yalnız bu istiqamətdə aparmışdır. Halbuki ekspert qarşısında həmçinin 79 müəssisə üzrə sayğac olmadığı və ya işləmədiyi dövrdə təbii qazdan istifadə ilə bağlı sərfiyyat müvafiq əvvəlki ilin cari ayının orta günlük sərfiyyatına uyğun hesablandığı təqdirdə həmin müəssisələrin təbii qazdan istifadə ilə bağlı borcun nə qədər təşkil etməsi, belə olan təqdirdə artıq hesablamaya yol verilməsi, verilmişdirsə yaranmış fərqin nə qədər təşkil etməsi barədə də sual (5-ci sual) qoyulmuşdur ki, ekspert bu suala ümumiyyətlə cavab verməmişdir. İddiaçı isə bu məsələni mübahisələndirərək apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh tərəfindən həmin dövrlərdə dizel yanacağından istifadə edilməsi tamamilə əsassızdır, sayğacın olmadığı dövrlərdə istehlak olunmuş təbii qazın dəyəri müəssisələrdə istifadə olunmuş qaz cihazlarının saatlıq qaz sərfinə uyğun olaraq hesablanmışdır. İddiaçı bununla bağlı iş materiallarına çoxsaylı aktlar əlavə etmişdir ki, həmin aktlarda sayğac olmadığı dövrlərdə istehlak olunmuş təbii qazın dəyərinin hesablanması qaydası göstərilmişdir. Həmin aktlar həm iddiaçının, həm də cavabdehin nümayəndəsi tərəfindən imzalanmışdır. (iş materiallarının V cildi, i.v.148-255) Belə olduqda kollegiya hesab edir ki, nə birinci instansiya məhkəməsinin icraatı zamanı keçirilmiş ekspertizalar, nə də apellyasiya baxışı zamanı verilmiş ekspert rəyi hazırki mübahisə üzrə yekun nəticəyə gəlmək üçün yetərli deyildir. Azərbaycan Respublikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Sübutların qiymətləndirilməsi və bununla əlaqədar nəyi rəhbər tutması qaydası AR MPM-in 88-ci maddəsində verilir-məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Nəzərdən qaçırmaq olmaz ki, ekspert rəyi xüsusi biliyə əsasən iş üzrə məhkəmənin müəyyən etdiyi sualların və təqdim etdiyi materialların tədqiqatı nəticəsində ekspertin gəldiyi nəticədir. Lakin hazırki iş üzrə verilmiş ekspert rəyində, qarşısında qoyulmuş suallar cavablandırılarkən həmin sualların tamlığı mühafizə olunmur. Ekspert bütün suallara cavab vermir. İş üzrə dəfələrlə (ilkin, əlavə və təkrar) ekspertiza keçirilsə də, heç bir ekspert rəyi yekun nəticəyə gəlmək üçün yetərli deyil. Bu səbəbdən də məhkəmə kollegiyası hazırki iş üzrə verilmiş ekspert rəylərini sübut qismində qəbul etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə edilmiş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktlarından görünür ki, “Mahmud” KFT-nin İddiaçı İB-yə borcu aşağıdakı kimi olmuşdur: -2014-cü ilin 31 dekabr ayına qalıq borcu 172.601,77 manat; -2015-ci ilin 31 dekabr ayına qalıq borcu 75.097,70 manat; -2016-cı ilin 31 dekabr ayına qalıq borcu 225.860,32 manat; -2017-ci ilin aprel ayına qalıq borcu 421.936,92 manat. Həmin aktlardan görünür ki, aktlar hər iki tərəfin rəhbərliyi və mühasibi tərəfindən imzalanmış,“Mahmud” KFT-nin möhürü ilə təsdiqlənmişdir. (iş materiallarının İ cildi, i.v. 53-56) İstinad olunan aktların iş materiallarında olan nüsxəsi kserosurət olsa da, aktların və onlardakı imzaların həqiqiliyi hər iki tərəfin səlahiyyətli nümayəndələri təsdiq etmişlər. Bundan əlavə “Mahmud” KFT-nin nümayəndəsi tərəfindən məhkəməyə həmin aktların onda qalan nüsxələrinin əsli təqdim edilmişdir. Həmin aktlar İddiaçı İB-nin məsul şəxsləri-rəhbərliyi, baş mühasibi, rəis müavini tərəfindən imzalanmış və İddiaçı İB-nin möhürü vurulmuşdur. “Mahmud” KFT-nin nümayəndəsi bu məsələyə belə aydınlıq gətirmişdir ki, həmin aktlar iki nüsxədə tərtib olunmuşdur. İddiaçı İB-də saxlanılan nüsxəyə “Mahmud” KFT-nin möhürü, “Mahmud” KFT-da saxlanılan nüsxəyə İddiaçı İB-nin möhürü vurulmuşdur. Həmin aktlar isə nümayəndəsi olduğu şəxs tərəfindən mübahisələndirilmir. Məzmununa istinad edilən bu aktlardan görünür ki, “Mahmud” KFT-nın İddiaçı İB-yə əvvəlki illərdə də borcu olmuş, hər ilin sonunda hər iki tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı ilə üzləşdirmə aktı tərtib olunmuş və borcun məbləği müəyyənləşmişdir. Son olaraq isə 2017-ci ildə bağlanmış üzləşdirmə aktında “Mahmud” KFT İddiaçı İB-yə 2017-ci ilin aprel ayına qalıq borcunun 421.936,92 manat olduğunu qəbul etmiş və onu imzası və möhürü ilə təsdiq etmişdir. Cavabdehin borc məbləğini mübahisələndirdiyi halda, hansı səbəbdən üzləşdirmə aktına ardıcıl illər üzrə (2014-cü ildən etibarən) borcunu imza etməsini və bununla da borcunu etiraf etməsinin səbəbini aydınlaşdırdıqda, cavabdehin nümayəndəsi, aktları imzalamadıqları təqdirdə, təbii qazın verilişinin dayandırılması ilə izah etmişdirdi. İş materiallarına əlavə edilmiş istehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə xx.xx.2018-ci il tarixli razılaşma protokolundan görünür ki, “Mahmud” KFT-nin xx.xx.2018-ci il tarixə İddiaçı İB-yə 616542,90 manat borcu olduğu və ilkin olaraq 261500 manat ödəniş edəcəyi, xx.xx.2018-ci il tarixədək isə yerdə qalan məbləği ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Həmin protokol hər iki tərəfin rəhbərliyi tərəfindən imzalanmışdır. (iş materiallarının V cildi, i.v. 135) Eləcə də iş materiallarına çoxsaylı aktlar, abonentin saldosu sənədləri əlavə edilmişdir ki, həmin sənədlərdə təbii qazdan istifadə ilə bağlı göstəricilər əks olunmuşdur. Beləliklə, iddiaçı ilkin iddia tələbinin əsasını təşkil edən sübutlar kimi məhkəməyə çoxsaylı abonentin saldosu, aktları, eləcə də borcun mövcudluğu və etirafına dair qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktını və istehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə xx.xx.2018-ci il tarixli razılaşma protokolunu əlavə etmişdir, hansı ki sonuncu iki sənəd cavabdehin səlahiyyətli nümayəndəsi-rəhbərliyi tərəfindən imzalanaraq təsdiqlənmişdir. AR MPM-in 106.3-cü maddəsində deyilir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İş materiallarına əlavə edilmiş (müəssisələrdə qaz təzyiqinin aşağı olması səbəbindən qazdan deyil, alternativ yanacaq növlərindən (əsasən dizel yanacaq növü və elektrik kombisi) istifadə olunması ilə bağlı aktlara münasibətdə kollegiya qeyd edir ki, istinad olunan aktlardan, bununla bağlı tərtib olunmuş arayışlardan görünür ki, bu aktlarda qeyd edilən dövrlər ərzində təbii qazdan istifadə edilməmiş və əslində sərfiyyatın hansı qaydada hesablanmalı olduğu, lakin iddiaçı tərəfindən hansı həddə şişirdildiyi qeyd edilmişdir. (iş materiallarının İV cildi) Kollegiya iş materiallarına əlavə edilmiş həmin aktları nəzərdən keçirib, işin digər halları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, göstərilən aktlar hazırki mübahisə üzrə sübut əhəmiyyətli sənədlər kimi çıxış edə bilməz. Əvvəla ona görə ki, bütün aktlar birtərəfli qaydada tərtib olunmuş, həmin aktlarda İddiaçı İB-nin səlahiyyətli nümayəndəsinin imzası və ya hər hansı qeydi yoxdur. Yəni cavabdehin göstərilən müəssisələrdə qeyd olunan dövrlər ərzində həqiqətən də təbii qazdan deyil, alternativ yanacaq növündən istifadə etməsinə dair tərtib olunmuş aktlarda iddiaçının iradəsi görünmür. Aktlardan görünür ki, bu, qısa zaman ərzində deyil, illərlə yaranmış problem olmuşdur. Belə olduğu təqdirdə cavabdehin iddiaçı ilə müqavilə münasibətlərini davam etdirməsi ağlabatan deyil. Bundan əlavə, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı sayğacın olmadığı dövrlərdə istehlak olunmuş təbii qazın dəyərinin müəssisələrdə istifadə olunmuş qaz cihazlarının saatlıq qaz sərfinə uyğun olaraq hesablandığını bildirmiş, bununla bağlı iş materiallarına çoxsaylı aktlar əlavə etmişdir ki, həmin aktlarda sayğac olmadığı dövrlərdə istehlak olunmuş təbii qazın dəyərinin hesablanması qaydası göstərilmişdir. Həmin aktlar həm iddiaçının, həm də cavabdehin nümayəndəsi tərəfindən imzalanmışdır. (iş materiallarının V cildi, i.v.148-255) Həmin aktlar cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Eləcə də iş materiallarına əlavə edilmiş çoxsaylı abonentin saldolarından görünür ki, cavabdeh mübahisələndirilən dövr ərzində iddiaçıya ödənişlər etmişdir. İşin halı həqiqətən də cavabdehin iddia etdiyi kimi idisə, yəni həqiqətən də cavabdeh təbii qazdan istifadə etmirdisə, onda cavabdehin hansı səbəbdən iddiaçıya ödənişlər etməyi davam etdirməsi anlaşılan deyil. Nəhayət, iddiaçı işə borcun mövcudluğu və etirafına dair qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktını və istehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə xx.xx.2018-ci il tarixli razılaşma protokolunu əlavə etmişdir, hansı ki sonuncu iki sənəd cavabdehin səlahiyyətli nümayəndəsi-rəhbərliyi tərəfindən imzalanaraq təsdiqlənmiş və həmin sənədlərin mötəbərliyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Əgər cavabdeh borcun məbləğini mübahisələndirirsə və iddiaçının tələb etdiyi həddə borcu qəbul etmirsə, cavabdehin rəhbəri borcunun olduğu və ödənilməsinə zəmanət verilməsi barədə üzləşdirmə aktlarını və razılaşma protokolunu imzalaması cavabdehin dəlilləri ilə uyğunluq təşkil etmir. Həmçinin bununla bağlı qeyd edilməlidir ki, üzləşdirmə aktına ardıcıl illər üzrə (2014-cü ildən etibarən) borcun olduğuna dair cavabdehin imza etməsini cavabdehin nümayəndəsi, əks təqdirdə, iddiaçının təbii qazın verilməsini dayandırması ilə izah etmişdir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, demək iddiaçı cavabdehin tabeliyinə verilmiş müəssisələri təbii qazla təmin edib ki, cavabdeh bu prosesin dayandırılmasını istəməmişdir. Deməli əgər təbii qazla təminat olmuş olmasaydı, təbii qazın verilməsinin dayandırılması da cavabdehin mənafeyinə toxunmamalı idi. Başqa sözlə, əgər cavabdeh həqiqətən də təbii qazdan deyil, alternativ yanacaq növündən istifadə etmişdirsə, təbii qazın verilməsinin dayandırılması da onun hüququnu pozmamalı idi. Kollegiya həm də nəzərə alır ki, tərəflər arasında razılaşma protokolu xx.xx.2018-ci il tarixdə, yəni ki, məhkəmə mübahisəsi gedən dövrdə imzalanmışdır. Yəni cavabdeh bilirdi və məlumatlı idi ki, iddiaçı ona qarşı mövcud iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması gedə-gedə, hələ məhkəmə yekun nəticəyə gəlmədən cavabdehin istinad olunan sənədi təsdiq etməsi cavabehin həqiqətən də göstərilən həddə borcunun olduğuna dəlalət edir. Beləliklə də işin hallarından müəyyən olunur ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcud olmuş, hər iki tərəf müqavilədən doğan öhdəlikləri yerinə yetirməyi öz üzərinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən vəzifəsini yetirsə də, cavabdeh öhdəliyinin icrasından yayınmışdır. Yəni iddiaçı cavabdehin tabeliyində olan müxtəlif təyinatlı müəssisələri qazla təmin etsə də, cavabdeh təbii qazdan istifadəyə görə yaranmış borcu ödəməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci maddəsinə əsasən, qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin Qaydaların 5-ci bəndinə əsasən, qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mənzil Məcəlləsinin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.(Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehin iddiaçıya həqiqətən də borcu olduğunu, eləcə də borcun, iddia tələbində göstərilən həddə olduğuna dair əsaslı dəlillər təqdim edərək sübut edə bilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh müqavilə öhdəlilklərini tam icra etmədiyindən birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, ilkin iddia tam təmin olunaraq 421391,12 manat məbləğində əsas borc cavabdeh «Mahmud» X4 tutularaq İddiaçı İB-yə ödənilməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh məhkəmədən iki məsələni istəmişdir: 1) ekspert rəyinə əsasən 179.710,60 manat və qaz təchizatı haqqında arayışlara əsasən 19027,60 manat məbləğində pulun çıxılması və qalan 225.179,35 manat məbləğin cavabdehdən tutulmasını; 2) «Mahmud» X9 və onun xidmət göstərdiyi məktəblərdə İddiaçı İB-nin işçiləri tərəfindən sökülmüş qaz sayğaclarının İddiaçı İB-nin hesabına quraşdırılmasına dair qətnamə çıxarılmasını. Qarşılıqlı iddia tələbinin birinci hissəsinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin borcunun nə qədər təşkil etməsi və ondan nə qədər məbləğ tutulmalı olması ilə bağlı məsələyə yuxarıda qiymət verilmiş və müəyyən edilmişdir ki, 421391,12 manat məbləğində əsas borc cavabdeh «Mahmud» X4 tutularaq İddiaçı İB-yə ödənilməlidir. Bu səbəbdən də kollegiya təkrarən eyni məsələlərə istinad etmədən qeyd edir ki, qarşılıqlı iddianın bu hissəsi təmin edilə bilməz. «Mahmud» X9 və onun xidmət göstərdiyi məktəblərdə İddiaçı İB-nin işçiləri tərəfindən sökülmüş qaz sayğaclarının İddiaçı İB-nin hesabına quraşdırılması tələbinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. -4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İstinad olunan normadan görünür ki, sənaye qaz qurğularının istifadəsi üçün qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir, eləcə də hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşıyırlar. Belə olduğu təqdirdə qanunvericiliklə cavabdehin, özünün vəzifəsi olan bir məsələnin iddiaçının üzərinə öhdəlik qoyulmasını məhkəmədən xahiş etməsi əsaslı hesab edilə bilməz və bu hissədə qarşılıqlı iddia tələbini təmin edən məhkəmə düzgün nəticəyə gəlməmişdir. MPM-in 218.1-ci maddəsinin tələbinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsiişin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia təmin edilməli, cavabdeh «Mahmud» X4 421391,12 manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borc tutularaq İddiaçı İB-yə ödənilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119.1 və 119.5-ci maddələrinin tələblərinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Eləcə də keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 535 manat pul cavabdeh «Mahmud» X4 tutularaq dövlət büdcəsinə ödənilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-2(085)- 05/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia təmin edilsin. «Mahmud» X4 421391,12 (dörd yüz iyirmi bir min üç yüz doxsan bir manat on iki qəpik) manat məbləğində təbii qazdan istifadəyə dair yaranmış borc tutularaq İddiaçınə ödənilsin. “Mahmud” X5 İddiaçınə qarşı borcun silinməsi və qaz sayğaclarının quraşdırılması tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu «Mahmud» X4 tutularaq İddiaçınə ödənilsin. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 535 manat cavabdeh «Mahmud» X4 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE********************) hesabına köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:imza Hakimlər:imzalar Əsli ilə düzdür: Hakim: Hökümə Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar