Məhkəmə qərarları › İş №2-2(105)-20/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-20/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-20/2021 26.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi İddiaçı İstehsalat Birliyinin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh X5 qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-459/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-459/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X2 (VÖEN **********) Sumqayıt şəhəri Sumqayıt-Novxanı yolunda yerləşən sahibkarlıq obyektində (abonent kodu **********00000) istifadə olunan təbii qaza görə yaranmış 938,40 (doqquz yüz otuz səkkiz manat 40 qəpik) manat borc və 5 (beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 943,40 (doqquz yüz qırx üç manat 40 qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı “İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən İddiaçı İstehsalat Birliyi apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh X5 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 tərəfindən istifadə olunan təbii qaza görə 8452,80 (səkkiz min dörd yüz əlli iki manat 80 qəpik) manat məbləğində zərər və 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və xidmət haqqı olmaqla, ümumilikdə 8483,20 (səkkiz min dörd yüz səksən üç manat 20 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh X6 arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə üzrə sonuncuya məxsus sahibkarlıq obyekti İddiaçı tərəfindən təbii qazla təchiz olunmuşdur (abonent kodu: **********00000). İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir və istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə istehlakçı tərəfin üzərinə öhdəlik qoyulmuşdur. Növbəti dövlət yoxlamasından keçirilməsi üçün sayğac çıxarılarkən xx xxxxxxxx 2017-ci il tarixli ******* saylı akt tərtib edilmiş və həmin təbii qaz sayğacı təlimata uyğun olaraq İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə Dövlət yoxlamasına göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən həmin qaz sayğacına İnformasiya Texnologiyaları və X1 Laboratoriyasında baxış keçirilmişdir. Baxış zamanı həmin qaz sayğacında “SMPDK-nin möhürü vurulmuş qurğuşun və nömrəli plomb sayğacın üzərində aşkar edilmədi, Xətalar normaya uyğun deyil” qüsurlarının olduğu müəyyən edilmiş və sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Həmin rəy İddiaçınə təqdim edildikdən sonra həmin obyektdə istifadə olunan qaz cihazlarının siyahısı tutularaq xx xxxxxx 2018-ci il tarixli akt tərtib edilmiş və həmin akt əsasında laboratoriya rəyi ilə müəyyən edilmiş qüsurlara görə Dövlətə vurulmuş ziyan müəyyən edilərək, xx xxxxxx 2019-cu il tarixli tələbnamə ilə itirilmiş qazın bərpası üzrə 8452,80 manat məbləğində cərimə hesablanmışdır. Həmin borcun ödənilməsi üçün dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh həmin borcu ödəməmişdir. Bununla da, istehlak edilmiş təbii qaza görə müqavilə üzrə müəyyən olunan öhdəlik pozulmuşdur. Tərəflər arasında bağlanmış Müqavilənin 3.4-cü bəndinə əsasən qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. “Təchizatçı”nın “İstehlakçı”ya verdiyi qazın dəyəri göstərilən müddət ərzində tam ödənilmədiyi təqdirdə, 5 gün əvvəl xəbərdarlıq etməklə qaz təminatı dayandırılır. Təbii qazın dəyəri və qaz təchizatının bərpa olunması xərcləri “İstehlakçı” tərəfindən tam ödənildikdən sonra qaz təchizatı bərpa olunur. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı İstehsalat Birliyi birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində göstərilir ki, istehlakçı X5 məxsus sahibkarlıq obyektində xx xxxxxxxx 2017-ci il tarixli akt əsasında çıxarılmış sayğacda aşkar olunan qüsurlara görə dəymiş zərər kimi əlavə sərfiyyat olaraq istehlak edilən təbii qazın həcmi müəyyən edilərək, 8452,80 manat məbləğində borc hesablanmışdır. Lakin, məlum qüsurlara görə istehlakçı X5 məxsus sahibkarlıq obyektində istifadə olunan qaz cihazları üzrə həmin əlavə sərfiyyat təchizatçı İddiaçı tərəfindən 360 gün və 180 gün müddətinə hesablanaraq, 8452,80 manat məbləğində müəyyən edilmişdir. Halbuki, istehlakçı X3 adına tərtib edilmiş abonentin saldosunda əks olunmuş məlumatlarla müəyyən olunur ki, həmin dövrdə qüsurlu sayğac tərəfindən təbii qazdan istifadənin hesabatı aparılmışdır. Ona görə də, həmin hesabat İddiaçı tərəfindən müəyyən edildiyi kimi 360 gün və 180 gün müddətinə deyil, sayğacın çıxarıldığı sonuncu ay üçün, yəni 30 gün müddətinə hesablanmalıdır. Bu halda isə, növbəti dövlət yoxlanılmasından keçirilərkən “SMDK-nın möhürü vurulmuş qurğuşun və nömrəli plomblar sayğacın üzərində aşkar edilmədi, Xətalar normaya uyğun deyil” qüsurlarının aşkar olunduğu G-6 markalı 23098407 nömrəli sayğacla əlaqədar zərər kimi hesablanmış əlavə sərfiyyatın miqdarı 8452,80 manat məbləğində deyil, bir ay müddətinə hesablanaraq 938,40 manat məbləğində müəyyən olunur. Yəni, sayğacın qüsuruna görə zərər kimi 360 gün və 180 günlük müddətə hesablanan 8452,80 manat məbləğində əlavə sərfiyyat 30 gün müddətinə hesablanaraq istehlakçıdan tələb edilməlidir. Məhkəmənin gəldiyi bu qənaəti qəbul etmirik. Xətanı təsdiq edəcək yeganə arqumentlər tərtib olunmuş aktlar və aktların iştirakçılarıdır. Lakin məhkəmə bu önəmli xüsusatları araşdırmadan mövcüd qətnaməni qəbul etmişdir. Məlumdur ki, təqsirli tərəfin müəyyən edilməsi ilə əlaqədar təhqiqatın aparılması İddiaçı funksiyalarına aid deyil. Əsasən qaldırılmış iddiaların mahiyyəti qazdan qeyri qanuni istifadə zamanı təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil (təbii, bu da vacibdir), təsbitlənmiş (foto şəkillər, sayğacın dövlət yoxlanılmasının rəyi, protokollar, aktlar və s.) müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş küllü miqdarda ziyanın ödənilməsidir. Məhkəmə qətnamədə yalnız bir ayda sayğac tərəfindən qaz sərfiyyatının hesabatının aprılmadığını qeyd etmiş və öz mülahizəsinə əsaslanan hesabat aparmışdır. Lakin, məhkəmə sonuncu dəfə düzgün hesabatın nə vaxt aparıldığını və nə vaxtdan sayğacın düzgün hesabat vermədiyini müəyyən etmədən pozuntunun yalnız son bir ayı əhatə etdiyi qənaətinə gəlmişdir. Məhkəmə tərəflərindən müəyyən edilmiş müddəti ona görə əsassız hesab etmişdir ki, hesabat müddətini 360 və 180 gün götürməklə düzgün hesabat aparmamışdırlar və bu müddət ərzində onlar istehlakçıya sayğac göstəricisinə əsasən hesabat təqdim etmişdirlər. Lakin, məhkəmə nəzərə almamışdır ki, abonentə sərfiyyat hesablanmışdır, amma bu sərfiyyat sırf sayğacın qüsurlu işləməsinə görə verilmişdir, yəni sayğac tam saz vəziyyətdə işləmiş olsaydı təbii ki, o zaman son 360 gün və 180 gün ərzində sərfiyyat artıq hesablanmış olacaqdı. Məhkəmə isə bu hallara düzgün qiymət verməmiş, hesablanmış dəymiş ziyanı kəskin şəkildə azaltmışdır. Abonentin indiki ödənişlərinə nəzər salanda sayğacın qüsurlu işləməsini hesab etdikləri dövrlə müqayisədə kəskin fərq müşahidə edilir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı İstehsalat Birliyinin nümayəndəsi X7 apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh X5 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən, mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmişdir ki, iş materialları ilə müəyyən olunur ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdeh (istehlakçı) X5 (VÖEN **********) məxsus Sumqayıt şəhəri Sumqayıt-Novxanı yolunda yerləşən qeyri-yaşayış sahəsi (sahibkarlıq obyekti) (abonent kodu **********00000) “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın aiqı-satqısına dair” bağlanmış Müqavilə əsasında iddiaçı (paylayıcı) İddiaçı tərəfindən təbii qazla təmin olunur və istehlak olunan təbii qazın hesabatı həmin sahibkarlıq obyektində quraşdırılmış qaz sayğacı vasitəsi ilə aparılır. xx xxxxxxxx 2017-ci il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istimara qəbulu haqqında” Akta əsasən İddiaçı əməkdaşları tərəfindən istehlakçı X5 məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış G-6 markalı 23098407 nömrəli sayğac növbəti dövlət yoxlanılmasından keçirilməsi üçün çıxarılmış və həmin obyektə müvəqqəti olaraq yeni sayğac quraşdırılmışdır (həmin aktı istehlakçının nümayəndəsi qismində Ələkbər Qarayev imzalamışdır). Həmin sayğac xx xxxxxx 2017-ci ildə Sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasında yoxlamadan keçirilərkən “SMDK-nın möhürü vurulmuş qurğuşun və nömrəli plomblar sayğacın üzərində aşkar edilmədi, Xətalar normaya uyğun deyil” qüsurları aşkar edilmiş və bununla əlaqədar xx xxxxxx 2017-ci il tarixli 29/1640-02420-5 nömrəli Akt tərtib edilmişdir. xx xxxxxx 2017-ci il tarixli 29/1640-02420-5 nömrəli Aktla müəyyən edilmiş qüsurlarla əlaqədar tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli akta (həmin aktı da istehlakçının nümayəndəsi qismində Ələkbər Qarayev imzalamışdır) və xx xxxxxx 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnaməyə əsasən laboratoriyada yoxlama zamanı “G-6 markalı 23098407 nömrəli sayğacda aşkar edilmiş “SMDK-nın möhürü vurulmuş qurğuşun və nömrəli plomblar sayğacın üzərində aşkar edilmədi, Xətalar normaya uyğun deyil” qüsurlarına görə istehlakçı X5 məxsus sahibkarlıq obyektində olan qaz işlədicilərindən - PQ4 qaz cihazının maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün; Kürənin maksimal saatlıq qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 360 gün; Kombinin maksimal saatlıq qaz sərfi 3m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün və digər Kombinin maksimal saatlıq qaz sərfi 3 m3 /saat, orta günlük iş rejimi 20 saat və hesabat müddəti 180 gün olmaqla hesabat aparılaraq, itirilmiş qazın sərfiyyatının cəmi 42264 m3 həcmində, yəni 8452,80 manat məbləğində olduğu müəyyən edilmişdir. İş materiallarında olan, istehlakçı X3 adına tərtib edilmiş xx xxxxxxx 2020-ci ildə çap edilmiş Abonentin Saldosu (abonent kodu **********00000) ilə müəyyən olunur ki, xx xxxxxxxx 2017-ci il tarixli ******* nömrəli Aktla çıxarılaraq Dövlət yoxlamasından keçirilmiş qaz sayğacında aşkar olunan qüsurlara görə istehlakçı X5 (VÖEN **********) məxsus sahibkarlıq obyektinin hesabına 2019-cu ilin yanvar ayında birdəfəlik 8452,80 (səkkiz min dörd yüz əlli iki manat 80 qəpik) manat məbləğində borc hesablanmışdır. Həmin abonent saldosunda olan məlumatlarla müəyyən olunur ki, 2016-2017-ci illərdə “istehlakçı” tərəfindən istifadə edilən qazın hesabatı aparılaraq, aylar üzrə müəyyən məbləğlərdə ödənişlər aparılmışdır, yəni qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər aparılmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 425.1, 430.1 və 1097.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qərarla təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qeyri-əhali qrupuna aid istehlakçıdır. İddiaçı ilə bağlanmış müqaviləyə əsasən cavabdeh təbii qazdan fasiləsiz istifadə etmək hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqaviləyə uyğun olaraq qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, istehlakçı X3 adına tərtib edilmiş abonentin saldosunda əks olunmuş məlumatlarla müəyyən olunur ki, həmin dövrdə qüsurlu sayğac tərəfindən təbii qazdan istifadənin hesabatı aparılmışdır. Ona görə də, həmin hesabat İddiaçı tərəfindən müəyyən edildiyi kimi 360 gün və 180 gün müddətinə deyil, sayğacın çıxarıldığı sonuncu ay üçün, yəni 30 gün (bir ay) müddətinə hesablanmalıdır. Bu halda isə, növbəti dövlət yoxlanılmasından keçirilərkən “SMDK-nın möhürü vurulmuş qurğuşun və nömrəli plomblar sayğacın üzərində aşkar edilmədi, xətalar normaya uyğun deyil” qüsurlarının aşkar olunduğu G-6 markalı 23098407 nömrəli sayğacla əlaqədar zərər kimi hesablanmış əlavə sərfiyyatın miqdarı 8452,80 manat məbləğində deyil, bir ay (30 gün) müddətinə hesablanaraq 938,40 (doqquz yüz otuz səkkiz manat 40 qəpik) manat məbləğində müəyyən olunur. Yəni, sayğacın qüsuruna görə zərər kimi 360 gün və 180 günlük müddətə hesablanan 8452,80 manat məbləğində əlavə sərfiyyat 30 gün müddətinə hesablanaraq istehlakçıdan tələb edilməlidir. İddia tələbinin tam təmin edilməsi ilə bağlı apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qaz paylayıcısı qanunvericiliyə əsasən istehlakçıya verdiyi qazın dəyərini sayğac göstəricilərinə əsasən hesablamalı və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Belə olan halda, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən vurulmuş zərər kimi əlavə sərfiyyatın sayğacda nöqsanın aşkar edildiyi gündən əvvəlki 30 gün müddətində hesablaması əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi düzğün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin iş üzrə 2-2(119)-459/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənləri və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.3, 392, 393, 404- 1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-459/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Fuad Məmmədov Hakimlər Zaur Məmmədov Hökümə Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar