Məhkəmə qərarları › İş №2-2(105)-21/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-21/2020

19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-21/2020 19.03.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər X4 və X1 ibarət tərkibdə, X9 oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış 36533,96 manat borcun cavabdehdən tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-2(085)-322/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Kreditor ”İddiaçı” İB borclu Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək təbii qazdan istifadəyə görə **********0000 saylı qaz hesabında yaranmış 24925 manat 16 qəpik məbləğində borcun, 20 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Xaçmaz rayonu Armud-Padar kəndində yerləşən istixananın sahibi Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1412-05-14 nömrəli müqaviləyə əsasən ona məxsus istixana təbii qazla təmin edilmişdir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmiş, bunun nəticəsində xx.xx.2018-ci il tarixə Birliyə 24925.16 manat debitor borcu yaranmışdır. Borcun könüllü ödənilməsi tələbi ilə borcluya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borc tam olaraq ödənilməmişdir. Beləliklə, borclu onunla bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən borclu Cavabdeh kreditor ”İddiaçı” İB-nin xeyrinə təbii qazdan istifadəyə görə **********0000 saylı qaz hesabında yaranmış 24925 manat 16 qəpik məbləğində borcun, 20 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməsi barədə 2-2(85)-225/2018 saylı xx xxxx 2018-ci il tarixli məhkəmə əmri verilmişdir. Borclu Cavabdeh həmin əmrə etiraz edərək onun ləğv edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-225/2018 saylı xx xxxx 2018-ci il tarixli məhkəmə əmri ləğv olunmuş, iş üzrə iddia icraatına keçirilmişdir. İddiaçının nümayəndəsi B.Seyfullayev iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 36533,96 manat borcun cavabdehdən tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı İB cavabdeh Xaçmaz rayonunun Armud- Padar kəndində yerləşən istixananın sahibi Cavabdeh qarşı 24925,16 manat məbləğində sayğacla müəyyənləşdirilən debitor borcun ödənilməsi tələbi ilə iddia qaldırılmışdır. Lakin mülki icraat qaydasında işə baxılan müddət ərzində cavabdehin borcu artaraq 36533,96 manat olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-2(085)-322/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 30495.60 manat borc tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi qət edilmişdir. (hakim V.Əzizova) Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Cavabdeh əsassız mülahizələri əsasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qətnamə çıxarılmışdır. iddiaçı tərəfindən təqdim olunmuş sübutlar qiymətləndirilməmişdir. “İddiaçı“ İstehsalat Birliyi ilə Xaçmaz rayonu Armud-Padar kəndində yerləşən istixananın sahibi Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1412-05-14 nömrəli müqaviləyə əsasən ona məxsus istixana təbii qazla təmin edilmişdir. Müqavilənin şərtlərinə görə istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə almır və iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmiş, bunun nəticəsində debitor borcu yaranmışdır. Həmin borc 2014-cü ilin may ayından 2018-ci ilin fevral ayına qədər olan dövrü əhatə edir. 2014-cü ilin may ayına olan borclar istifadə olunmuş qaza nisbətdə cüzi miqdarda ödənilmişdir. Sonradan tərəflər arasında borcların qarşılıqlı üzləşdirmə aktı imzalanmışdır. Həmin üzləşdirmə aktında cavabdeh borcunu etiraf etmişdir. İş üzrə məhkəmə əmri qəbul edildikdən sonra tərəflər arasında razılaşma protokolu imzalanmışdır. Həmin razılaşma protokolunun şərtlərinə görə cavabdeh borcu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 2018-ci il üzrə 23.000 manat, 2019-cu ilin yanvar ayında 10500 manat, fevral ayında isə 4500 manat ödəniş etmişdir. Bu ödənişlər cari istifadə edilən təbii qazın istifadəsi üzrə yaranmış borcları olmuşdur. Borcun könüllü ödənilməsi tələbi ilə borcluya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borc tam olaraq ödənilməmişdir .Cavabdeh böyük qaz istehlakçısı olduğu üçün onun qaz təchizatının verilməsi dayandırılmamışdır. Lakin 2019-cu ilin fevral ayından ona qazın verilməsi dayandırılmışdır. Hal-hazırda cavabdehin debitor borcu 36533 manat təşkil edir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X6 apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağrılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən göründüyü kimi, İddiaçı İB Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış 36533,96 manat borcun cavabdehdən tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən hesab etmişdir ki, tərəflər arasında təbii qazın alqı-satqısı barədə müqavilə bağlanmış və həmin müqavilə ilə iddiaçının istehlakçı olan cavabdehi təbii qazla təmin etməsi, cavabdehin isə qazı sayğacın göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək vəzifələri razılaşdırılmışdır. İddiaçı sayğac göstəricilərinə uyğun olaraq cavabdehin təbii qazdan istifadəyə görə borcunu hesablamışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tələb olunan borcun məbləğinin 36533,96 manat olmasını iddia etsə də, abonent saldosuna görə həmin borcun məbləği 30495.60 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan İddiaçı İB ilə Cavabdeh arasında bağlanmış 21.05. 2014-cü il tarixli 1412-05-14 nömrəli və xx.xx.2016-cı il tarixli 2493-12116 nömrəli “Qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilələrin surətindən görünür ki, iddiaçı, cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçının hesabına ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan istehlakçı Cavabdeh nümayəndəsi X2 və İddiaçı İB-nin əməkdaşları tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli “istehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə razılaşma protokolun surətindən görünür ki, istehlakçının xx.xx.2018-ci il tarixə İddiaçı İB-yə olan 22925,16 manat debitor borcu vardır. Tərəflər həmin borcun ilkin ödəniş kimi 2000 manat, xx.xx.2018-ci il tarixdə 11462,50 manat, xx.xx.2018-ci il tarixə qədər 11462,50 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan X10 İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh məxsus istixananın xx.xx.2019-cu il tarixə istifadə olunan təbii qaza görə 36533 manat 96 qəpik məbləğində borcu vardır. İş materiallarında olan tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli 1412-05-14 nömrəli və xx.xx.2016-cı il tarixli 2493-121-16 nömrəli qazın alqı-satqı müqavilələrinin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. İş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçının təbii qazdan istifadəyə görə İddiaçı İB-nə 36533 manat 96 qəpik məbləğində debitor borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün öhdəliklər üçün cavabdehdir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.5-ci maddəsinə əsasən, qaz paylaylclslnln istehlakçıya verdiyi təbii qazın sayğacla müəyyənləşdirən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə tədqiqatı və iş materialları ilə müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1412-05-14 nömrəli və xx.xx.2016-cı il tarixli 2493-12116 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilələrə əsasən İddiaçı, cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçının hesabına ödəməyi öhdələrinə götürmüşlər. İstehlakçı Cavabdeh nümayəndəsi X2 və İddiaçı İB-nin əməkdaşları tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli “istehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə razılaşma protokoluna əsasən istehlakçının xx.xx.2018-ci il tarixə İddiaçı İB-yə olan 22925,16 manat debitor borcu vardır. Cavabdeh həmin borcun ilkin ödəniş kimi 2000 manat, xx.xx.2018-ci il tarixdə 11462,50 manat, xx.xx.2018-ci il tarixə qədər 11462,50 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında razılaşdırma protokolunun onun tərəfindən deyil, istixananın texniki təhlükəsizliyinə cavabdeh olan Ağababayev soyadlı işçinin imzaladığını, hazırda isə onun borcunun 10000 manatdan artıq olmadığını bildirsə də, iş materialları ilə qeyd olunan protokolun cavabdeh tərəfindən mübahisələndirilməsi müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi abonent saldosuna görə borcun məbləğinin 30495,60 manat təşkil etdiyini qeyd etsə də, saldoda həmin məbləğ öz əksini tapmamışdır. Halbuki abonent soldosundan cavabdehin qazdan istifadə etdiyi üçün yaranmış debitor borcunun məbləği 30495,60 manat deyil, 36533,96 manat müəyyən edilir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, iddia tam təmin edilməli və cavabdehdən yaranmış borc məbləği iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası hər iki tərəfin məhkəmə iclasında iştirakını, sübutlar təqdim etmək imkanını təmin etməklə onların təqdim etdikləri sübutlar əsasında işə baxaraq qətnamə qəbul edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materialları ilə sübut olunur ki, iddiaçı tərəf məhkəmədə öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları təqdim edə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsi qətnamə qəbul edərək maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı İB-nin apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-2(085)-322/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı İB-nin Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış 36533,96 manat borcun cavabdehdən tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə iddia tələbi təmin edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar