Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-24/2020 10.03.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Kommersiya Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), X3 və X2 ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(085)-564/2019 saylı qətnaməsindən Cavabdeh1 fərdi şirkətinin direktoru S.N.Məmmədsaadovun verdiyi apelyasiya şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(085)-564/2019 saylı qətnaməsi ilə (hakim V.E.Əzizova) İddiaçı1 MMC-nin Cavabdeh1 fərdi şirkətə qarşı borcun ödənilməsi və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh1 fərdi şirkətdən 9042,19 manat əsas borc, 500 manat penya və 25 manat dövlət rüsumu “xxxx” MMC-nin xeyrinə tutulması və iddia ərizəsinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh1 fərdi şirkətinin direktoru S.N.Məmmədsaadov apelyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı1 MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 345/13 saylı alqı-satqı müqaviləsinə əsasən sonuncu dəyərinin bir hissəsini malların verilməsindən 30 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsulların satışı ilə məşğul olmuşdur. Belə ki, cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəsə də, xx.xx.2016-cı il tarixdə imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması aktı” tərtib edilərkən o, yaranmış borcu etiraf etmiş və razılaşmaya əsasən qalan borcu yaxın vaxtlarda tam ödəməyi öz üzərinə götürmüşdür. Buna baxmayaraq cavabdeh 9042,19 manat borcunu könüllü olaraq ödəməmişdir. Ona görə də, 9042,19 manat əsas borc, 500 gün ərzində gecikdirmənin hər gününə görə 0.2 % həcmində hesablanmaqla 9042,19 manat penya və 30 manat ödənilmiş dövlət rüsumu, olmaqla, ümumilikdə 18114,38 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh1 fərdi şirkətinin direktoru S.N.Məmmədsaadov verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin, Azərbaycan Respublikası MPM-nin 9, 14.2, 76.1, 77.1, 97.1, 106, 217.4, 220-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini qismən təmin edərkən hesab etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı öz üzərinə götürdüyü öhdəliyi icra edərək müqavilənin tərtib hissəsi olan malları cavadehə vermiş olsa da, cavabdeh müqavilədən irəli gələn öhdəliklərin icrası kimi ona satışının hıəyata keçirilməsini nəzərədə tutan malların pulunu tam ödəməmişdir. Gəldiyi nəticənin əsası kimi birinci instansiya məhkəməsi göstərmişdir ki, iş materiallarında olan İddiaçı1 MMC və Cavabdeh1 fərdi şirkəti arasında xx.xx.2013-cü il tarixli, 345/13 saylı alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya göstərilən malları satmağı, alıcı isə həmin malı almağı və malın dəyərini satıcıya ödəməyi öz üzərinə götürür. Müqavilənin 1.2-ci bəndinə görə məhsulun çeşidi, kəmiyyəti və qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma protokolunda öz əksini tapır. 3.2-ci bəndinə görə ödəniş alıcı və satıcı arasında ödənişlər malın qəbul edilməsindən 30 (otuz) gündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirilir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli borcların qarşılıqlı üzləşdirilməsinə dair aktdan görünür ki, Cavabdeh1 İddiaçı1 MMC-yə xx.xx.2016-cı il tarixə 9042,19 manat borcu yaranmışdır. İddiaçı1 MMC-nin xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh1nə ümumilikdə 919911,44 manat dəyərində mal satılmış, həmin məbləğdən xx.xx.2014-cü il tarixə 910869,25 manat ödəniş edilmiş, 9042 manat 19 qəpik ödənilməyən borc qalmaqdadır. Verilmiş apelyasiya şikayəti əsasında tərəflər arasında yaranmış mübahisə üzrə işin tədqiq edilən hallarından bir daha müəyyən olur ki, İddiaçı1 MMC və Cavabdeh1 fərdi şirkəti arasında xx.xx.2013-cü il tarixli, 345/13 saylı alqı-satqı müqaviləsi əsasında sonuncu satışını həyata keçirdiyi malların dəyərini istehsalçıya ödəcəyinə dair öhdəlik götürmüşdür. Sonradan həmin müqavilə əsasında İddiaçı1 MMC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh1nə ümumilikdə 919911,44 manat dəyərində mal satılmış, həmin məbləğdən xx.xx.2014-cü il tarixə 910869,25 manat ödəniş edilmiş, 9042 manat 19 qəpik ödənilməyən borc qalmaqdadır. Məhkəmə kollegiyası nəzərə alır ki, cavabdeh iddiaçı tərəfindən tələb edilən borcun əsas borcun şişirdildiyini və cərimənin artıq hesablandığını qeyd etsə də, müqavilə tərəflərin razılığı ilə onların iradəsi ilə imzalamış, borcun mğvcud olacağı və vaxtında ödənilmədiyi halda xx.xx.2013cü il tarixli, 345/13 saylı alqı-satqı müqavilənin 6.2-ci bəndinə əsasən alıcının hər gecikdirilmiş gün üçün gecikdirilən öhdəliyin 0,2 % həcmində penya ödənilməsi nəzərdə tutulmuşdur. İşin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin şərtləri hər iki tərəfin razılığı ilə imzalanmış və onların iradəsinin ziddinə heç bir qanun pozuntusuna yol verilməmişdir. Hazırki vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməsi, müqavilə üzrə ödəmələri vaxtında və lazımınca icra etməməsi, müqaviləni əhəmiyyətli dərəcədə pozması və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halı olmaqla, həmin faktlar apelyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci madəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, cavabdeh həmin müqavilə əsasında aldığı əşyaların dəyərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Əşyaların ona verilməsinə baxmayaraq, cavabdeh onun dəyərinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmiş, öhdəliyə əməl etməmişdir. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, İddiaçı1 MMC tərəfindən Cavabdeh1 fərdi şirkətindən alğısatqı müqaviləsinin vaxtında və lazımınca yerinə yetirilmədiyinə görə 9042,19 manat əsas borcun 500 gün ərzində gecikdiydiyinə görə 9042,19 manat penya hesablanmışdır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, alqı-satqı müqaviləsi üzrə dəbbə borcunun 500 manata endirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin Cavabdeh1 fərdi şirkətinə münasibətdə apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 fərdi şirkətinin direktoru S.N.Məmmədsaadovun apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(085)-564/2019 saylı qətnaməsi Cavabdeh1 fərdi şirkətinə münasibətdə dəyişdirilmdən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Zaur Məmmədov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(105)-24/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-24/2020
10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver