Məhkəmə qərarları › İş №2-2(105)-27/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-27/2022

01.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-27/2022 01.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə ilkin iddia ərizəsi və Cavabdeh İddiaçınə qarşı debitor borcun ödənilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair Sumqayıt Kommersiya Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, e-2-2(119)-798/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16286,46 (on altı min iki yüz səksən altı manat 46 qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 16.01.2018-ci il tarixdə yaranmışdır. Müəssisə quru meyvələrin istehsalı ilə məşğuldur. Müəssisəyə Cavabdeh İBnın Quba qaz istismar sahəsi tərəfindən qaz çəkilmiş və sayğac quraşdırılmışdır. Müəssisə mövsümi olaraq məhsul istehsal etdiyi üçün mövsüm vaxtı aylıq qaz sərfiyyatı 300-500 manat arasında dövr edir. 2020-ci ilin noyabr ayının 5-də Quba Qaz istismar idarəsinin əməkdaşları müəssisəyə gələrək quraşdırılmış qaz sayğacının işləməməsini əsas göstərib, müəssisəyə quraşdırılmış “Rotos” tipli, G 40 markalı sayğacı ******* nömrəli 05 noyabr 2020-ci il tarixli akta əsasən açmış, Aktda "xxxx" qeydi aparılmışdır. Müəssisənin nümayəndəsi müəssisəyə müvəqqəti olaraq sayğac quraşdırılmasını bildirsə də, tezliklə bu sayğacı təmir edib quraşdıracaqlarını bildirmişlər. Bundan bir ay sonra yenidən Cavabdeh İB-nə gedərək sayğacın təmir olunub-olunmaması və nə zaman quraşdırılması barədə məlumat almış, ona sayğacın çatışmayan detallarının olduğunu, onlar gələn kimi sayğacı təmir edib yerinə quraşdırıcaqlarını bildirmişlər. Bundan sonra uzun müddət gözləsə də, yenə bir xəbər çıxmamış, 2021-ci ilin fevral ayında təkrarən Cavabdeh İB-nə gedərək sayğacın nə zaman quraşdılacağı barəsində məlumat almaq istəsə də, müəssisəyə məxsus qaz sayğacı kimi başqa qaz sayğaclarının olmadığını, qaz sayğacı düzələnə kimi gözləməyi məsləhət görmüşlər. On gün əvvəl Quba qaz istismar sahəsinin əməkdaşları müəssisəyə gələrək müəssisənin 16286,46 manat borcu olduğunu, həmin borcun isə sayğacın çıxarıldığı vaxtdan aylıq hesablama üzrə may ayına kimi hesablandığını bildirmişlər. Bundan sonra isə müəssiəyə gələn qazın verilişini dayandırmışlar. Müəssisə mövsümi olaraq işləyir. Müəssisəyə məxsus sayğacın çıxarıldığı dövrdən may ayına kimi müəssisə 16286,46 manat məbləğində qaz istifadə edə bilməzdi. Qazın sərfiyyatı həddən artıq çox hesablanmışdır. Hansı ki, həmin məbləği qaz idarəsi ümumi sərfiyyat kimi aylıq olaraq hesablamışdır. Hazırda müəsisə külli miqdarda meyvə məhsulu almışdır və qazın verilməməsi nəticəsində həmin meyvələr müəssisənin anbarında qalmış, bir hissəsi xarab olmuş, digər hissəsi isə xarab olmaq üzrədir. Müəssisədə onlarla işçi işləyir, onlar ailələrinə qazanc aparırlar. Hər bir dövlət orqanının sahibkarlara, orada işləyən işçilərə kömək göstərməli olduğu bir vaxtda Cavabdeh İB-nin Quba qaz istismar sahəsinin əməkdaşları tərəfindən müəssisəyə məxsus qaz sayğacının çıxarılması, dəfələrlə yeni qaz sayğacının iddiaçının nümayəndəsi tərəfindən quraşdırılmasına və ya təmir edilməsinə hazır olduğunu bildirməyinə baxmayaraq, qazı sayğacsız müəssisəyə verməklə müəssisənin əsassız borclanmasına şərait yaradılmış, bunun nəticəsində müəssisə hazırda qazın verilməməsi səbəbindən külli miqdarda ziyana düşmüş, işçilər iş yerlərinin itirilməsi təhlükəsi ilə üzləşmişlər. Sumqayıt Kommersiya Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, e-2-2(119)- 798/2021 saylı qətnaməsi ilə, ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçınə hesablanmış 9195,08 (doqquz min yüz doxsan beş manat 08 qəpik) manat məbləğində borcun silinməsi, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 16 manatı Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən 7091,38 (yeddi min doxsan bir manat 38 qəpik) manat məbləğində borc və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 14 manatı olmaqla cəmi 7105,38 (yeddi min yüz beş manat 38 qəpik) manat pul vəsaiti tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Zahid Məmmədov). Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, e-2-2(119)-798/2021 saylı qətnaməsinin ləğv edilərək, iş üzrə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi, ilkin iddia üzrə iddaiaçı qarşılıqlı iddia üzrə cavabdeh “Qubaekoaqrar" MMC-dən təbii qazdan istifadəyə görə 01.05.2021-ci il tarixə yaranmış 16 286,46 (on altı min iki yüz səksən altı manat, qırx altı qəpik) məbləğində əsas borcun tutularaq abonentin koduna və 45 manat (30 manat birinci instansiya məhkəməsi üçün, 15 manat apellyasiya instansiya məhkəməsi üçün köçürülmüş rüsum) məbləğində dövlət rüsumunun “Azəriqaz" İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavebdehin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi normaları düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından da göründüyü kimi Cavabdeh İB "Qubaekoaqrar” MMC-yə qarşı verdiyi qarşılıqlı iddia ərizəsi ilə iş üzrə kifayət qədər sübutlar təqdim edilmişdir, iş materiallarına əlavə edilmiş sayğacsız qaz verilişi zamanı istehlak edilmiş qazın hesablanması üçün tərtib edilmiş aktlarda qarşılıqlı iddiadakı borc məbləği əsaslandırılmışdır. İş üzrə təqdim edilmiş İddiaçı MMC-nin 2020-ci ilin noyabr- dekabr və 2021-ci ilin yanvar ayında sərf etdiyi su sərfiyyatının saldosundan göründüyü kimi müəssisə həmin dövrə tam gücü ilə işləmişdir. İddiaçı MMC təbii qazdan istifadə etməklə meyvə qurudulması işi ilə məşğul olur. Bunun üçün istifadə olunan qaz sobaları sutka ərzində söndürüldükdə qurudulan meyvələrin xarab olması ilə nəticələnər. Birinci instansiya məhkəməsində həmin müəssisədə istehsal prosesi zamanı sobaların gün ərzində faktiki neçə saat işləməsi müəyyənləşdirilməmişdir. İddiaçı MMC bununla əlaqədar istifadə olunan sobaların texniki pasportlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə qətnaməsində yalnız İddiaçı MMC-nin nümayəndəsinin fərziyyələrdən və ehtimallardan ibarət ifadələrinə əsaslanaraq qaz sobalarının gün ərzində 6 saat müddətində işlək vəziyyətdə olduğu qənaətinə gəlmişdir. Bu da iş üzrə obyektiv həqiqətin üzə çıxmasına kifayət etmir. Apellyasiya şikayətində Sumqayıt Kommersiya Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, e-2-2(119)- 798/2021 saylı qətnaməsinin ləğv edilərək, iş üzrə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək Sumqayıt Kommersiya Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, e-2-2(119)-798/2021 saylı qətnaməsinin ləğv edilərək, iş üzrə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cavabdehin nümayəndəsini dinləyərək, hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 13.12.2019-cu il tarixli, AMX-9241/19 saylı müqavilədən görünür ki, ilkin iddia üzrə Cavabdeh İB İddiaçı MMC-ni keyfiyyətli qazla təmin etməyi, İddiaçı MMC isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehin hesabına ödəməyi öhdələrinə götürmüşlər. 05.11.2020-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” aktdan görünür ki, iddiaçıya məxsus sayğac növbədən kənar dövlət yoxlaması məqsədi ilə götürülmüş, “sayğacın işlək vəziyyətdə olmadığı” qeyd olunmuşdur. Qeyriəhali qaz sayğacının yoxlanılması haqqında 10.03.2021-ci il tarixli, SS № 29/1640-02246 nömrəli aktda yoxlamanın nəticəsi kimi “rotorların balansdan çıxması səbəbindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün olmadı” qeydi aparılmış, sayğacdan qaz keçdiyi, lakin hesabat aparmadığı, təzyiq borusunda sızma olmadığı, temperatur və təzyiq çeviricilərinin normal olduğu müəyyən edilmişdir. Tərəflərin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş və möhürləri ilə təsdiq edilmiş 30.10.2020-ci il tarixli, 150 saylı “Sayğacsız obyektə təbii qazın müvəqqəti verilməsi barədə” aktında göstərilmişdir ki, İddiaçı MMC-yə məxsus qaz sayğacı keçən sərfiyyatı qeydə almır və buna görə də müəssisədə 2020-ci ilin oktyabr ayı üçün qaz sərfi miqdarının hesablanması istifadə olunan qaz cihazlarına əsasən aparılacaqdır. Həmin aktla Qubaekoaqrar” MMC-nin 2020-ci ilin oktyabr ayında istifadə etdiyi qazın sərfiyyatı müvafiq cihazlar üzrə gündəlik sərfiyyat saatı 6 saat müəyyən edilməklə, oktyabr ayında olan 31 günə uyğun olaraq cəmi 11258 m3 miqdarında (3,76x*1) + (1,2*1) + (18,06*1) +37,5*1) = 60,52*31*6 = 11258) hesablanmışdır. Birinci instansiya məhkəməsinin tədqiqatı zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC-yə məxsus qaz sayğacı keçən sərfiyyatı qeydə almadığından çıxarılmış və tərəflər 30.10.2020-ci il aktla müəssisənin oktyabr ayı üçün 11258 m3 miqdarında qaz sərf etməsini öz aralarındakı aktla razılaşdırmışlar. Beləliklə, 2020-ci ilin oktyabr ayında İddiaçı MMC-nin cəmi 11258 m3 miqdarında qaz sərf etməsi işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. İlkin iddia üzrə iddiaçı iddia ərizəsində cəmi 16286,46 manat (on altı min iki yüz səksən altı manat 46 qəpik) məbləğində borcun silinməsini tələb etməsinə baxmayaraq bütövlükdə həmin məbləğin hansı əsaslarla silinməli olduğunu əsaslandırmamış və iddia tələbini tam şəkildə təsdiq edən mötəbər sübutlar, o cümlədən müəssisənin 2020-ci ilin oktyabr, noyabr, dekabr və 2021-ci ilin yanvar aylarında qaz istehlak etməməsinə dair hərhansı sübut təqdim etməmişdir. Əksinə, 30.10.2020-ci il aktın imzalanaraq təsdiq edilməsi, 30.12.2020-ci il tarixli aktda isə qaz sərfiyyatı ilə razılaşılmaması barədə qeydin edilməsi, müvafiq sahəyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşı şahid K.Hüseynovun ifadəsi ilə İddiaçı MMC-nin müvafiq dövrlərdə qazdan istifadə etməsi öz təsdiqini tapır. Belə olan halda tərəflər arasında olan mübahisənin 2020-ci ilin noyabr, dekabr və 2021-ci ilin yanvar aylarında istehlak edilmiş qazın həcminin və dəyərinin hesablanması ilə bağlı olduğu müəyyən olunur. Qarşılıqlı iddia üzrə iddiaçı bu hesablamanın müvafiq aktlar əsasında aparıldığını göstərsə də, yuxarıda qeyd edilənlərdən aydın olur ki, yalnız 30.10.2020-ci il akt qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən təsdiq edilmişdir. Belə olan halda 2020-ci ilin oktyabr ayından fərqli olaraq noyabr, dekabr və yanvar aylarında İddiaçı MMC-nin istifadəsində olan müvafiq qaz ciahzlarının gündəlik sərfiyyat saatının 6 saat deyil, 18 saat olmasını sübut etmək yükü Cavabdeh İB-nin üzərinə düşür ki, həmin tərəf də bunu təsdiq edən hər-hansı mötəbər sübut təqdim etməmiş, o cümlədən müvafiq sahəyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşı şahid K.Hüseynov ifadəsində müəssisənin gün ərzində neçə saat qazdan istifadə etdiyinin hesabatının aparılmadığını bildirmişdir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab edir ki, müvafiq dövrlər üzrə istehlak edilmiş qazın həcminin və dəyərinin hesablanması ilə bağlı mübahisə tərəflər arasında mövcud olan müqavilənin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ‘'Qazdan istifadə Qaydaları” nın tələblərinı uyğun şəkildə həll edilməlidir. Belə ki, müvafiq müqavilənin 2.1.5ci bəndinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının dəqiq uçotunu aparmaq, 2.1.15-ci bəndinə əsasən ‘'Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək paylayıcının vəzifəsidir. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndində qeyd edilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə görə, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İşin yuxarıda qeyd edilən halarına əsasən iddiaçı sayğacsız obyektə təbii qazın müvəqqəti verilməsi barədə aktlardan 30.10.2020-ci il tarixli, 150 saylı akt ilə həmin ay üçün hesablanmış sərfiyyat miqdarı ilə razılaşmışdır. Buna görə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinin tələblərinə uyğun olaraq 2020-ci ilin noyabr, dekabr və 2021-ci ilin yanvar ayları üçün istifadə edilmiş qazın həcmi və dəyəri 2020-ci ilin oktyabr ayı üçün iddiaçının sərf etdiyi qazın ümumi miqdarının 11258 m3, günlük qaz sərfiyyatının miqdarının 363,16 m3 olması (11258 m3 : 31 gün = 363,16 m3) nəzərə alınmaqla ona uyğun müəyyən edilməlidir. Cavabdeh tərəfindən təqdim edilmiş 09.08.2021-ci il tarixli, iddiaçıya məxsus abonentin saldosundan görünür ki, iddiaçıya 2021-ci ilin yanvar ayı üçün borc həmin ayın 7 gününə hesablanmışdır. Beləliklə, 2020-ci ilin oktyabr ayı üçün hesablanan sərfiyyat miqdarına uyğun olaraq, həmin tarixdən 2021-ci ilin 7 yanvarınadək iddiaçı tərəfindən sərf edilmiş qazın miqdarı 35952,84 m3-dir (dekabr ayında 31 gün olduğundan həmin ayın sərfiyyatı oktyabr ayının sərfiyyatı həcmində 11258 m3 + noyabr ayında 30 gün olduğundan 11258 m3 - 363,16 m3 =10894,84 m3 və yanvar ayı üzrə sərfiyyat 7x363,16 m3 = 2542,12 m3; 11258 m3 + 10894,84 m3 + 11258 m3 + 2542,12 m3 = 35952,84 m3). Tərəflər arasında olan 13.12.2019-cu il tarixli müqavilənin 3.1-ci bəndində qazın qiymətinin hər 1 m3 üçün 0,20 manat müəyyən edildiyindən, qeyd edilən tarixlər aralığında sərf edilmiş qazın dəyəri 35952,84 m.3 x 0,20 = 7190,6 manat olduğu müəyyən edilir. Bundan əlavə təqdim edilmiş 09.08.2021-ci il tarixli sonuncu abonent saldosundan və ona uyğun tərtib edilmiş hesabfakturadan görünür ki, iddiaçıya 2021-ci ilin iyul ayı üçün cavabdeh tərəfindən 395,20 manat məbləğində borc hesablanmış, iddiaçı 494,42 manat ödəniş etmişdir. Buna görə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əlavə olaraq ödədiyi 99,22 manat məbləğ silinməli olan borc miqdarına əlavə edilməlidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməklə düzgün hüquqi nəticəyə glinmişdir. Buna görə məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, cavabdehin apellyasiya şikayəti üzrə qarşılıqlı iddia tələbinə əsasən tutulması mübahisələndirdiyi qalan məbləğ on min manatdan azdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Sumqayıt Kommersiya Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, e-2-2(119)- 798/2021 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən İddiaçınə hesablanmış 9195,08 (doqquz min yüz doxsan beş manat 08 qəpik) manat məbləğində borcun silinməsi, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 16 manatı Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən 7091,38 (yeddi min doxsan bir manat 38 qəpik) manat məbləğində borc və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 14 manatı olmaqla cəmi 7105,38 (yeddi min yüz beş manat 38 qəpik) manat pul vəsaiti tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilməsi qət edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, e-2- 2(119)-798/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar