Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-3/2023 03.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-15/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq İşin halları
1. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı (VÖEN **********) məxsus Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “İstixana” sahəsi üzrə 2018-ci il 23 noyabr tarixində Cavabdeh İB ilə bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı” barədə müqaviləyə əsasən təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə verilən təbii qazın hesabatının aparılması məqsədi ilə istehlakçı İddiaçı **********00041 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada “Elster” tipli “G-650” markalı sayğac quraşdırılmışdır. 2018-ci il 26 sentyabr tarixli 002-xx/xx/2018 nömrəli müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş 2018-ci il 12 dekabr tarixli 02 saylı “Qiymətlərin razılaşdırma” Protokoluna (Əlavə 2) görə, həmin protokola əsasən 2018-ci il 26 sentyabr tarixli 002- xx/xx/2018 nömrəli müqavilə üzrə satıcı X1 tərəfindən alıcı "xxxx" QSC-yə cəmi 50.400 (əlli min dörd yüz) manat dəyərində 560 (beş yüz altmış) ədəd “Kobra Led” lampasının satılması barədə razılığa gəlinmişdir.
2. Cavabdeh İB tərəfindən tərtib olunmuş “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 2019-cu il 25 dekabr tarixli SS 29/1640-02397 nömrəli aktda göstərilir ki, 2019cu il 23 oktyabr tarixli telefonoqramına əsasən Dövlət Yoxlaması aparılmış Abşeron rayon Xidmət sahəsinin ərazisində fiziki şəxs İddiaçı məxsus İstixananın (abonent kodu: **********00041) qaz xətti üzərində quraşdırılmış “G-650” markalı 83049101 nömrəli turbin tipli “Elster” qaz sayğacı 2019-cu il 25 oktyabr tarixində xətdən çıxarılmış (Forma-2 № 9016003), 2019-cu il 17 dekabr tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, “1) Sayğacın daxili çirklidir. Göstəricilər arasında fərq var. Ekranda “A” işarəsi yanır. Pərlər kiplənib. 2) 2019-cu il 8 oktyabr - 2019-cu il 22 oktyabr tarixə əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=4,97 bar, korreksiya olunmuş “mor” maksimal qaz həcmi 399 m3, korreksiya olunmamış qaz həcmi 83 m3 qeydə alınmışdır. Təzyiq həddinin aşılması nəticəsində sayğac “Alarm” rejimində işləmiş, Vbd=22672 m3, Vd=4221 m3 qeydə alınmışdır. “Alarm” zamanı sərfiyyat P=5,25 bar ilə aparılmışdır. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici Vd mexaniki göstəricidən 14143 m3 çoxdur. İmpuls ötürücüsü yoxlanıldı, yoxlama zamanı 100 impuls verildi və 100 impuls qeydə alındı. İmpuls ötürücüsü işləyir”. Yoxlamanın nəticəsi: “Xətalar normaya uyğun deyil. Batareya tələb olunur”.
3. İstehlakçı İddiaçı adına tərtib edilmiş abonentin saldosu (abonent kodu **********00041) ilə müəyyən olunur ki, istehlakçıya məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “İstixana”da istifadə edilən təbii qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər aparılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
4. İddiaçı (bundan sonra mətndə-iddiaçı) Cavabdeh İB-nə (bundan sonra mətndə-cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə (daha sonra “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə) məhkəməyə müraciət edərək, cavabdehdən Abşeron rayonu Masazır qəsəbəsində yerləşən iddiaçıya məxsus “İstixana” sahəsinə (abonent kodu: **********00041) təbii qazdan istifadəyə görə əsassız hesablanmış 235.192,20 (iki yüz otuz beş min yüz doxsan iki manat, 20 qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və hal-hazırda Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən özünə məxsus “İstixana” sahəsini işlədir. Onunla cavabdeh arasında razılaşdırılmış formada “İstixana”nın qazlaşdırılmasına dair qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilə imzalanarkən cavabdeh təşkilatın nümayəndələri obyektə baxış keçirmiş, işlədicilərin sayı, vəziyyəti və s. halları nəzərə aldıqdan sonra müqavilə imzalanmışdır. “İstixana”da “Elster” tipli “G-650” markalı sayğac quraşdırılmışdır. Qaz sərfiyyatı ilə bağlı ödəmələrdə fəaliyyət göstərdiyi müddətdə onun tərəfindən heç vaxt bir problem meydana çıxmamış, sərf olunan qazın pulu onun tərəfindən hər zaman vaxtında ödənilmişdir. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə- MM) 385.1, 442, 443.5, 445.1, 445.2, 448.1, 568.1-ci maddələrinə istinad etmişdir.
6. 2020-ci ilin mart ayında iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən Abşeron rayonu Masazır qəsəbəsində yerləşən işlətdiyi “İstixana” sahəsinə 208.878,00 manat borc məbləği hesablanmışdır. Həmin borc məbləğinin heç bir hüquqi əsası yoxdur. Belə ki, mövsümi aylarda işlətdiyi “İstixana”nın normal sərfiyyatı təxminən 20-35 min manat ətrafında olduğu halda, ona təqdim olunan abonent saldosunda 2016-2017-2018- 2019-cu illərə dair aylar üzrə ona faktiki sərfiyyat məbləğini bir neçə dəfə üstələyən əsassız borc məbləği yazılmışdır. Həmçinin, mövsüm ayları olmayan yay aylarında faktiki istifadə etmədiyi “İstixana”ya borc məbləği hesablanmışdır. Həmçinin, “İstixana”ya quraşdırılmış sayğacın problemli, yəni istehsal qüsurlu olmasıdır. Sayğac bir neçə dəfə cavabdehin Metrologiya Departamenti tərəfindən həm özü, həmçinin göstərici qeyd olunan hissəsi (“beyni”) yazılıb götürülərək, yoxlanılmış və sayğacın qüsurlu olması səbəbindən təxminən 2019-cu ilin aprel ayında 12.505 (on iki min beş yüz beş) kubmetr artıq sərfiyat qeydə alındığı müəyyən edilmişdir. İşlətdiyi “İstixana”da sayğacdankənar qaz xətti də aşkar edilməmişdir və o, haqqını ödədiyi qazdan da səmərəli istifadə edir. Bu faktı bu illər ərzində ödədiyi məbləğlər də təsdiq edir.
7. İddiaçı hesablanmış borc məbləğinin silinməsi üçün cavabdehə müraciət etsə də, nəticəsi olmamışdır. Buna görə də, o, 2020-ci ilin mart ayında olan 208.878 manat məbləğində borcun silinməsi üçün məhkəməyə müraciət etmişdir. İşə məhkəmədə baxılarkən ona məlum olmuşdur ki, cavabdeh tərəfindən ona məxsus “İstixana”ya yazılmış borc məbləğ artırılmış və “İstixana”ya 2020-ci il 31 iyul tarixinə 235.192,20 manat məbləğində borc hesablanmışdır.
8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 386.1, 1096-cı maddələrinə istinad etmişdir.
9. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
10. Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 22 sentyabr tarixli e-2- 2(119)323/2020 saylı qərardadı ilə iddiaçının vəsatəti əsasında iş üzrə məhkəmə texnikimühasibatlıq ekspertizası təyin edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Kompleks məhkəmə texniki mühasibatlıq ekspertizasının 2020-ci il 28 dekabr tarixli 9/41xx-xx/3189 №-li ekspert rəyi ilə müəyyən edilir ki, “1) Mübahisəli “Elster” G650 markalı 83049101 nömrəli turbin tipli qaz sayğacının müvafiq avadanlıqlarla təmin olunmuş yerdə (İaboratoriyada, stenddə və s.) sınaq və yoxlamalardan keçirilməsi təşkil edilmədiyinə görə, 2019-cu il 25 dekabr tarixdə təsdiq edilmiş SS 29/164002397 №-li “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akt”da yoxlamanın nəticəsi kimi qeyd olunan “Xətaların normaya uyğun olmaması” qüsuru həmin qaz sayğacının sərfiyyat üzrə düzgün hesabat aparılmasına təsir edib-etməməsini müəyyən etmək mümkün deyildir. Lakin həmin aktda göstərilən qüsurlara görə (sayğacın daxili çirkli olması, göstəricilər arasında fərqin olması, pərlərin kiplənməsi, təzyiq həddinin aşılması nəticəsində sayğacın “Alarm” rejimdə işləməsi) mübahisəli sayğacla qazın sərfiyyatının hesablanmasının düzgün aparılmaması qənaətinə gəlmək olar. Belə olan halda, ekspertizaya təqdim edilmiş iş materiallarında göstərilmiş məlumatlarda, texniki sənədlərdə və avadanlıqların gövdələrinə bərkidilmiş lövhəciklərdə (birkalarda) əks etdirilmiş texniki göstəricilərini nəzərə aldıqda, iddiaçı fiziki şəxs İddiaçı məxsus “istixana”da quraşdırılmış suqızdırıcı qazanların qış mövsümündə bir ayda orta hesabla qaz sərfiyyatı bir qazan üçün 25662 m3 , iki qazan üçün isə bu sərfiyyat 51324 m3-dir. Ekspertizaya materiallarla təqdim edilmiş abonent fiziki şəxs İddiaçı (abonent kodu: **********00041) məxsus istixana üçün verilmiş “Abonent saldosu”na görə, istehlakçı üçün 2016-cı ilin noyabr ayında 217.976 m3, 2017-ci ilin fevral ayında 158.345 m3, mart ayında 696.108 m3, noyabr ayında 113.249 m3, dekabr ayında 202137 m3, 2018-ci ilin yanvar ayında 141.083 m3, fevral ayında 260.911 m3, mart ayında 150.648 m3, aprel ayında 124507 m3, noyabr ayında 154104 m3, dekabr ayında 208.553 m3, 2019-cu ilin yanvar ayında 209.419 m3, fevral ayında 241864 m3, mart ayında 239.278 m3, noyabr ayında 234.131 m3 qaz sərfiyyatı hesablanmış və bu da “istixana”da quraşdırılmış suqızdırıcı qazanların texniki göstəricilərinə və işləmə rejiminə uyğun hesablanmış qaz sərfiyyatından (51.324 m3) artıqdır. 2) Rəyin tədqiqi hissəsində göstərildiyi fiziki şəxs İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “istixana”da quraşdırılmış suqızdırıcı qazanların qış mövsümündə bir ayda orta hesabla qaz sərfiyyatı bir qazan üçün 25662 m3, iki qazan üçün isə bu sərfiyyat 51.324 m3 olduğunu nəzərə aldıqda, bir aylıq qaz sərfiyyatının məbləği 10.264,80 manat (51.324 x 0,2=10264,80 manat) təşkil edir. Yəni, fiziki şəxs İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən istixanada quraşdırılmış suqızdırıcı qazanların aylıq qaz sərfiyyatı maksimum 10264,80 manat təşkil edir. Belə olduğu halda “Abonent saldosu”na əsasən abonent İddiaçı (abonent kodu: **********00041) məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “İstixana”nın təbii qazdan istifadəyə görə 2016-cı ilin noyabr ayında 217976 m3, 2017ci ilin fevral ayında 158345 m3, mart ayında 696108 m3, noyabr ayında 113249 m3, dekabr ayında 202137 m3, 2018-ci ilin yanvar ayında 141083 m3, fevral ayında 260911 m3, mart ayında 150648 m3, aprel ayında 124.507 m3, noyabr ayında 154.104 m3, dekabr ayında 208.553 m3, 2019-cu ilin yanvar ayında 209.419 m3, fevral ayında 241.864 m3, mart ayında 239.278 m3, noyabr ayında 234.131 m3 qaz sərfiyyatı hesablanaraq 208.878 manat borcun yaranması “istixana”da quraşdırılmış suqızdırıcı qazanların texniki göstəricilərinə və işləmə rejiminə uyğun hesablanmış qaz sərfiyyatından (51.324 m3-dan) artıqdır”.
12. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 17 yanvar tarixli e-2- 2(119)15/2021 saylı qərardadı ilə hər iki tərəfin vəsatətləri əsasında iş üzrə əlavə kompleks məhkəmə texniki-mühasibatlıq ekspertizası təyin edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə kompleks məhkəmə texniki-mühasibatlıq ekspertizasının 2021-ci il 1 iyun tarixli 9/17xx-xx/1030 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Birinci sual üzrə: Mübahisəli qaz sayğacının nasazlığı, yaxud xətalarla işlədiyi hallarda istifadə edilmiş faktiki təbii qazın sərfiyyatı hər hansı bir istixananın sahəsinə görə yox, qaz cihazların güclərinə (enerji göstricilərinə), sayına və onların işləmə rejimdən asılı olaraq hesablanır. Mübahisəli qaz sayğacının müvafiq avadanlıqlarla təmin olunmuş yerdə (laboratoriyada, stenddə və s.) sınaq və yoxlamalardan keçirilməklə onun nasaz olması, yaxud xətalarla işləməsini müəyyən etmək olar. Əgər belə sınaq və yoxlamaların keçirilməsi təşkil edilməyibsə, yaxud qaz sayğacı təmir olunubsa, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ekspertin təqdim edilmiş iş materiallarında olan məlumatlardan istifadə edilməklə rəyin verilməsi hüququ vardır. 2) İkinci sual üzrə: - Mübahisəli “G-650” markalı 83049101 nömrəli turbin tipli “Elster” qaz sayğacın müvafiq avadanlıqlarla təmin olunmuş yerdə (İaboratoriyada, stendde və s.) sınaq və yoxlamalardan keçirilməsi təşkil edilmədiyinə görə 2019-cu il 25 dekabr tarixdə təsdiq edilmiş SS 29/1640-02397 №-li “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akt”da yoxlamanın nəticəsi kimi qeyd olunan “Xətaların normaya uyğun olmaması” qüsuru həmin qaz sayğacının sərfiyyat üzrə düzgün hesabat aparılmasına təsir edibetməməsini müəyyən etmək mümkün deyildir. Lakin həmin aktda göstərilən qüsurlara görə (sayğacın daxili çirkli olması, göstəricilər arasında fərqin olması, pərlərin kiplənməsi, təzyiq həddinin aşılması nəticəsində sayğacın “Alarm” rejimdə işləməsi) mübahisəli sayğacla qazın sərfiyyatının hesablanmasının düzgün aparılmaması qənaətinə gəlmək olar. Belə olan halda, ekspertizaya təqdim edilmiş iş materiallarında göstərilmiş məlumatlarda, texniki sənədlərdə və avadanlıqların gövdələrinə bərkidilmiş lövhəciklərdə (birkalarda) əks etdirilmiş texniki göstəricilərini nəzərə aldıqda, iddiaçı fiziki şəxs İddiaçı məxsus “istixana”da quraşdırılmış suqızdırıcı qazanların qış mövsümündə bir ayda orta hesabla qaz sərfiyyatı bir qazan üçün 25662 m3, iki qazan üçün isə bu sərfiyyat 51324 m3-dur. Ekspertizaya materiallarla təqdim edilmiş abonent fiziki şəxs İddiaçı (abonent kodu: **********00041) məxsus istixana üçün verilmiş “Abonent saldosu”na görə, istehlakçı üçün 2016-cı ilin noyabr ayında 217976 m3 , dekabr ayında 59275 m3, 2017-ci ilin fevral ayında 158345 m3 , mart ayında 696108 m3, noyabr ayında 113249 m3, dekabr ayında 202137 m3, 2018-ci ilin yanvar ayında 141083 m3, fevral ayında 260911 m3, mart ayında 150649 m3, aprel ayında 124507 m3, noyabr ayında 154104 m3, dekabr ayında 208553 m3, 2019-cu ilin yanvar ayında 209419 m3, fevral ayında 241864 m3, mart ayında 239278 m3, noyabr ayında 234131 m3 qaz sərfiyyatı hesablanmış, bu da “İstixana”da quraşdırılmış suqızdırıcı qazanların texniki göstəricilərinə və işləmə rejiminə uyğun hesablanmış qaz sərfiyyatından (51324 m3-dən) artıqdır. 3) Rəyin tədqiqi hissəsində göstərildiyi fiziki şəxs İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “istixana”da quraşdırılmış suqızdırıcı qazanların qış mövsümündə bir ayda orta hesabla qaz sərfiyyatı bir qazan üçün 25662 m3, iki qazan üçün isə bu sərfiyyat 51324 m3 olduğunu nəzərə aldıqda, bir aylıq qaz sərfiyyatının məbləği 10264,80 manat (51324*0,2=10264,80 manat) təşkil edir. Yəni, fiziki şəxs İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən istixanada quraşdırılmış suqızdırıcı qazanların aylıq qaz sərfiyyatı maksimum 10264,80 manat məbləği təşkil edir. Belə olduğu halda “Abonent saldosu”na əsasən abonent İddiaçı (abonent kodu: **********00041) məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “İstixana”nın təbii qazdan istifadəyə görə 2016-cı ilin noyabr ayında 166,652 m3 yəni 33330,40 manat məbləği artıq hesablanmışdır, dekabr ayında 7951 m3 yəni 1590,20 manat məbləği artıq hesablanmışdır, 2017-ci ilin yanvar ayında 12821 m3 yəni 2564,20 manat məbləği artıq hesablanmışdır, fevral ayında 107021 m3 yəni 21404,20 manat məbləği artıq hesablanmışdır, mart ayında 554784 m3 yəni 110956,80 manat məbləği artıq hesablanmışdır, aprel ayında 25427 m3 yəni 5085,40 manat məbləği artıq hesablanmışdır, noyabr ayında 61925 m3 yəni 12385 manat məbləği artıq hesablanmışdır, dekabr ayında 150813 m3 yəni 30162,60 manat məbləği artıq hesablanmışdır, 2018-ci ilin yanvar ayında 89759 m3 yəni 17951,80 manat məbləği artıq hesablanmışdır, fevral ayında 209587 m3 yəni 41917,40 manat məbləği artıq hesablanmışdır, mart ayında 99324 m3 yəni 19864,80 manat məbləği artıq hesablanmışdır, aprel ayında 73183 m3 yəni 14636,60 manat məbləği artıq hesablanmışdır, noyabr ayında 102780 m3 yəni 20.556 manat məbləği artıq hesablanmışdır, dekabr ayında 157229 m3 yəni 31445,80 manat məbləği artıq hesablanmışdır, 2019-cu ilin yanvar ayında 158095 m3 yəni 31619 manat məbləği artıq hesablanmışdır, fevral ayında 190540 m3 yəni 38108 manat məbləği artıq hesablanmışdır, mart ayında 187954 m3 yəni 37590,80 manat məbləği artıq hesablanmışdır, may ayında 76783 m3 yəni 15356,60 manat məbləği artıq hesablanmışdır oktyabr ayında 16242 m3 yəni 3248,40 manat məbləği artıq hesablanmışdır, noyabr ayında 182807 m3 yəni 36561,40 manat məbləği artıq hesablanmışdır, dekabr ayında 245973 m3 yəni 49194,60 manat məbləği artıq hesablanmışdır. Fiziki şəxs İddiaçı (abonent kodu: **********00041) məxsus istixana üçün verilmiş “Abonent saldosu”na görə mübahisəli dövr üçün ******* m3 qaz sərfiyyatı artıq hesablanmış və həmin artıq qaz sərfiyyatının dəyəri 575.530 (beş yüz yetmiş beş min beş yüz otuz) manat təşkil edir.
14. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 14 iyul tarixli, 2-2(119)- 15/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən iddiaçıya məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “İstixana” sahəsinə (abonent kodu: **********00041) artıq sərfiyyat olaraq hesablanmış 235.192,20 (iki yüz otuz beş min yüz doxsan iki manat 20 qəpik) manat məbləğində borcun silinməsi, məhkəməyə müraciət olunması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən dövlət nəfinə tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov).
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “İstixana” sahəsinə verilən təbii qazın sərfiyyatının miqdarı müəyyən edilərkən mötəbər sübut olaraq nəzərə alınan iş üzrə keçirilmiş hər iki ekspert rəyinə əsasən, “İstixana” sahəsinə quraşdırılmış qaz sayğacı vasitəsi ilə istehlak edilən təbii qaza görə cavabdeh tərəfindən artıq sərfiyyat hesablanaraq iddiaçıdan ödənilməsi tələb edildiyi müəyyən olunur.
16. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası MM-in 385.1, 425.1, 442-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 5.2, 5.5-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 14.2, 77.1, 77.2, 88, 106.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 noyabr tarixli, 2-2(105)-134/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər F.Məmmədov (sədrlik edən-məruzəçi), İ.Dəmirov və Z.Məmmədov).
19. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən iddiaçıya məxsus istixananın qaz xətti üzərində quraşdırılmış “G-650” markalı 83049101 nömrəli turbin tipli “Elster” qaz sayğacına texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın daxili çirklidir, göstəricilər arasında fərq var və pərlər kiplənib. Sayğacdakı bu qüsurlar sərfiyyatın düzgün hesablanmamasına səbəb olmuşdur. İddiaçıya məxsus abonent saldosundan görünür ki, sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisi arasında kəskin fərq var. 2021-ci il 1 iyun tarixli ekspert rəyindən isə həmçinin görünür ki, iddiaçıya məxsus istixana üçün verilmiş abonent saldosuna görə mübahisəli dövr üçün ******* m3 qaz sərfiyyatı artıq hesablanmış və həmin artıq qaz sərfiyyatının dəyəri 575.530 manat təşkil edir. Məhkəmə ekspert rəyinin artıq hesablanmış qaz sərfiyyatı ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin sərfiyyat ekspert tərəfindən istixanada quraşdırılmış 2 qazanın sərfiyyatına görə hesablanmışdır. Lakin həmin rəyin tədqiqat hissəsində göstərilmişdir ki, 2021-ci il 28 aprel tarixdə ekspertin iştirakı ilə iddiaçıya məxsus istixanaya baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin istixanada 3 ədəd suqızdırıcı qazan quraşdırılmışdır. Həmin suqızdırıcı qazanlardan birinin odluq hissəsi yoxdur və qazan işlək vəziyyətdə deyildir. Həmçinin, işlək vəziyyətdə olmayan həmin 1 ədəd suqızdırıcı qazanın hansı vaxtdan işləməməsi barədə dəqiq məlumat olmadığından, qaz sərfiyyatı 3 suqızdırıcı qazana görə hesablansa, ekspert rəyinə əsasən iddiaçıya məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən istixanada quraşdırılmış suqızdırıcı qazanların qış mövsümündə bir ayda orta hesabla qaz sərfiyyatının bir qazan üçün 25662 m3 olduğunu da nəzərə alınsa, 3 qazan üçün aylıq qaz sərfi 76986 m3 , sərfiyyatın məbləği isə 15397,2 (25662 x 3 x 0.2=15397,2) manat təşkil edəcəkdir. Bu zaman, mövsümi olaraq çalışan istixanaya mübahisəli dövr (21 ay) üçün hesablanmış artıq qaz sərfiyyatının dəyəri 252188,8 (575530-(15397,2 x 21)=252188,8) manat olacaqdır ki, hətta bu məbləğ də iddiaçının artıq hesablandığını iddia etdiyi 235192,20 manat məbləğdən artıqdır.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 385.1, 425.1, 560, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13, Azərbaycan Respublikası MPM-in 385.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Qətnamədən cavabdeh tərəfindən 2022-ci il 2 yanvar tarixində kassasiya şikayəti verilmiş, onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(102)-156/2022 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 noyabr tarixli, 2-2(105)-134/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
23. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddia ərizəsində 2016-2017-ci ilin sentyabr ayınadək hesablanmış qaz sərfiyyatı məbləğinin artıq olduğu göstərilsə də, iddianın faktiki əsasını təşkil edən hər hansı hala istinad edilməmiş, həmin dövrlərdə də qaz sayğacının qüsurlu işləməsi ilə bağlı sübutlar təqdim edilməmiş, iddiaçının hansı səbəbdən qeyd olunan dövr üzrə hesablanmış borcu mübahisələndirməsinə aydınlıq gətirilməmişdir. Qərarda daha sonra göstərilir ki, abonent saldosundan göründüyü kimi 2017-ci ilin mart ayı üçün akt əsasında iddiaçıya 110.454,80 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. İşin materiallarından iddiaçının akt əsasında hesablanmış həmin borcu mübahisələndirməsi də müəyyən edilmir. Bundan əlavə, mübahisəli «Elster G-650» saylı qaz sayğıcı 2020-ci ilin 29 yanvar tarixindən yenidən iddiaçıya məxsus obyektdə quraşdırılmışdır. İddiaçıya məxsus abonent saldosuna əsasən 2020-ci ilin 1 fevral tarixinə iddiaçının qalıq borcu 127.479,80 manat olmuş, mübahisəli borcun qalan hissəsi 107.712,4 manatı qaz sayğacının yenidən quraşdırıldığı dövrdə yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi qaz sayğacının yenidən quraşdırıldığı tarixdən sonra da qüsurla işləməsi barədə işin materiallarında hər hansı sübutun olmamasını nəzərə almadan, həmin borcun da silinməli olması qənaətinə gəlməklə, «Qazdan istifadə Qaydalarının» 5-ci bəndinin tələblərinə zidd nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
24. Apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən İddiaçı məxsus “İstixana” sahəsində qazın alğı-satqısı barədə müqavilə əsasında təbii qazdan istifadə edilmişdir. Həmin “İstixana” sahəsində istifadə olunan təbii qazın hesabatı “Elster” tipli G-650” markalı sayğac vasitəsilə aparılmış və sayğacın hesabatı müvafiq qaydada istehlakçıya aid abonentin saldosuna daxil edilmişdir. Yəni, iddiaçıya məxsus “İstixana” sahəsində istifadə olunan təbii qazın sərfiyyatı müvafiq qaydada quraşdırılmış sayğac əsasında aparılan hesabat əsasında müəyyən edilərək abonentin saldosuna daxil edilmiş və abonentin saldosunda olan məlumatlar əsasında da istifadə edilən qazın dəyəri tarix qiymətlərinə uyğun olaraq abonentdən tələb olunmuşdur. İddiaçıya aid “İstixana” sahəsində istifadə edilən təbii qazın hesabatı sayğac tərəfindən düzgün aparıldığı üçün istehlak edilən təbii qaza görə sayğac əsasında hesablanmış sərfiyyat məbləğlərinin ödənilməsi də ondan tələb olunur. Qeyd olunan hallara məhkəmə düzgün hüquqi qiymət verməmiş, düzgün maddi hüquq normalarını tətbiq etməmiş və bununla da hüququn tətbiq edilməsində səhv buraxmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 25 mart 2012-cü il tarixli 3№-li qərarının 22-ci bəndində bildirilir ki, məhkəmələr dövlət müəssisələrinin hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərin təmin edilməsi ilə bağlı tələbin dövlət əmlakı hesabına ödənilməsi barədə qərar qəbul edərək dövlət əmlakının süni sürətdə müflisləşdirməklə əsassız olaraq özgəninkiləşdirilməsinə yol verməsinlər.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
25. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etdi.
26. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdehnə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:
1. Ümumi müddəalar 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. ...”
5. Qazın dəyərinin ödəmə şərtləri ...5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir. ...5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97. Məhkəmənin ekspertiza təyin etməsi ... 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, aşağıdakı səbəblərdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində qismən – Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən «İstixana» sahəsinə (abonent kodu: **********00041) artıq sərfiyyat olaraq hesablanmış 107.712,4 (yüz yeddi min yeddi yüz on iki manat 40 qəpik) manat məbləğində borcun silinməsi hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. …Həmin Məcəllənin 217-ci maddəsində göstərilmişdir ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarında göstərilmişdir ki, qanunvericiliyin tələblərinə görə apellyasiya məhkəməsi tam hüquqlu məhkəmə kimi, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxır. Apellyasiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual normalara riayət etməsini yoxlamaqla, Mülki Prosessual Məcəllənin 384-cü maddəsində göstərilən qərarlardan birini qəbul edir
32. İşin mübahisələndirilməyən hallarına görə tərəflər arasında 2018-ci il 23 noyabr tarixli, A1AN4/84 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, müqavilənin şərtinə görə, qaz paylayıcısı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin edilməsini öhdəsinə götürmüşdür.
33. İddiaçı iddia tələbində Cavabdeh İB-nin Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən işlətdiyi “istixana” sahəsinə əsassız olaraq hesablanmış 235.192, 2 manat borc məbləğinin silinməsini xahiş etmişdir.
34. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “İstixana” sahəsinə verilən təbii qazın sərfiyyatının miqdarı müəyyən edilərkən mötəbər sübut olaraq nəzərə alınan iş üzrə keçirilmiş kompleks məhkəmə texniki-mühasibatlıq ekspertizasının Ekspert Rəylərinə əsasən “İstixana” sahəsinə quraşdırılmış qaz sayğacı vasitəsi ilə istehlak edilən təbii qaza görə Cavabdeh tərəfindən artıq sərfiyyat hesablanaraq iddiaçıdan ödənilməsi tələb edildiyinin müəyyən olunduğunu qeyd etmişdir.
35. Cavabdehin apellyasiya şikayətinin dəlilləri məhkəmə tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməməsi, düzgün maddi hüquq normalarının tətbiq edilməməsi və hüququn tətbiq edilməsində səhv buraxmasından ibarətdir.
36. Məhkəmə kollegiyası aşağıda qeyd edilən əsaslara görə birinci instansiya məhkəməsinin Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən «İstixana» sahəsinə (abonent kodu: **********00041) artıq sərfiyyat olaraq hesablanmış 127.479,80 manat məbləğində borcun silinməsi hissəsində iddianın təmin olunması barədə mövqeyi ilə razılaşır.
37. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı tələbini əsaslandırmaq üçün ilk növbədə ona istinad etmişdir ki, mövsümi aylarda ona məxsus «İstixana»nın normal sərfiyyatı təxminən 20-35 min manat civarında olduğu halda, ona təqdim olunan abonent saldosunda 2016-2019-cu illərə dair aylar üzrə ona faktiki sərfiyyat məbləğini bir neçə dəfə üstələyən əsassız borc məbləği yazılmış, həmçinin mövsüm ayları olmayan yay ayında borc məbləği hesablanmışdır.
38. İddiaçının istinad etdiyi qeyd edilən faktiki hallar, yəni mövsümi aylarda “İstixana”nın normal sərfiyyatının təxminən 20-35 min manat civarında olması iddiaçıya məxsus abonent saldosunda öz əksini tapmışdır. Belə ki, saldoya əsasən 2017-ci lin yanvar, fevral, mart aylarında sərfiyyat müvafiq olaraq 12.829, 31.699, 10.776; 2018-ci lin yanvar, fevral, mart aylarında müvafiq olaraq 28.216, 52.182, 30.129; həmin ilin noyabr və dekabr aylarında isə müvafiq olaraq 30.820, 41.710 manat olmuşdur ki, həmin məbləğlər də iddiaçının göstərdiyi məbləğlərlə təxmini uyğunluq təşkil edir.
39. Bundan əlavə saldoya əsasən 2016, 2017 və 2018-ci lin may aylarında sərfiyyat müvafiq olaraq 3197,1684, 552,20 manat olduğu halda, 2019-cu ilin may ayı üzrə dəfələrlə çox- 25.621,40 manat manat olmuşdur ki, bu da iddiaçının cavabdeh tərəfindən mövsüm ayları olmayan yay ayında da borc məbləğinin hesablanması barədə dəlillərinin əsaslı olması qənaətinə gəlməyə əsas verir.
40. Kollegiya xüsusi olaraq qeyd edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi abonentin saldosunun məhkəmə tərəfindən nəzərə alınmaması ilə bağlı dəlili ilə əlaqədar abonentin saldosu ilə bağlı araşdırma aparılması məqsədilə məhkəmə kollegiyası tərəfindən bir neçə dəfə, o cümlədən sonuncu dəfə cavabdehin vəkilinin müraciəti nəzərə alınmaqla məhkəmə baxış iclasları təxirə salınsa da, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, cavabdeh tərəfindən əlavə araşdırma üçün hər hansı dəlil və sübut bildirməmiş, eyni zamanda apellyasiya baxışı zamanı verilmiş ekspert rəyinə dair hər-hansı dəlil və etirazlar təqdim olunmamışdır.
41. Belə ki, iddiaçının istifadəsində olan sayğacın qüsurlu olması ilə bağlı dəlilləri cavabdehin özünün “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” SS№29/1640- 02397 saylı, 2019-cu il 25 dekabr tarixli aktı ilə sübuta yetirilir. Belə ki, həmin akt üzrə işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus istixanada quraşdırılmış «G-650» markalı 83049101 saylı turbin tipli «Elster» qaz sayğacı 2019-cu il 25 oktyabr tarixində xətdən çıxarılmış, 2019-cu il 17 dekabr tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, “Xətalar normaya uyğun deyil, Batareya tələb olunur”.
42. Bununla əlaqədar olaraq işə birinci instansiya məhkəməsində baxılarkən, verilmiş xx.xx.2020-ci il tarixli “kompleks məhkəmə texniki-mühasibatlıq ekspertizasının” rəyinin kifayət qədər aydın və tam olmaması nəzərə alınaraq, əlavə ekspertiza təyin edilmiş və ekspertiza tədqiqatı məhkəmənin ekspert qarşısında qoyuduğu suala müvafiq olaraq, «Mübahisəli «Elster» G-650 markalı 83049101 nömrəli turbin tipli qaz sayğacının iddiaçıya məxsus «İstixana»da 2020-ci ilin 22 sentyabr tarixinədək istifadə edilən qazın faktiki sərfiyyatını düzgün qeydə alıb-almaması üzrə aparılmışdır.
43. Rəydə qeyd olunmuşdur ki, 2019-cu ilin 25 dekabr tarixində tərtib edilmiş aktda göstərilən qüsulara görə mübahisəli sayğacla qazın sərfiyyatının düzgün aparılmaması qənaətinə gəlmək olar. Həmin rəy əsasında 2016-cı ilin noyabr ayından 2019-cu ilin dekabr ayınadək artıq hesablamaların aparıldığı, həmin dövr üzrə bir aylıq qaz sərfiyyatının məbləğinin 10.264,80 manat təşkil etməsi qənaətinə gəlinmişdir.
44. İşdə olan kompleks məhkəmə texniki mühasibatlıq ekspertizasının 28 dekabr 2020-ci il tarixli 9/41xx-xx/3189 №-li ekspert rəyi ilə müəyyən edilir ki, “1) Mübahisəli “Elster” G650 markalı 83049101 nömrəli turbin tipli qaz sayğacının müvafiq avadanlıqlarla təmin olunmuş yerdə (İaboratoriyada, stenddə və s.) sınaq və yoxlamalardan keçirilməsi təşkil edilmədiyinə görə, 25 dekabr 2019-cu il tarixdə təsdiq edilmiş SS 29/1640-02397 №li “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akt”da yoxlamanın nəticəsi kimi qeyd olunan “Xətaların normaya uyğun olmaması” qüsuru həmin qaz sayğacının sərfiyyat üzrə düzgün hesabat aparılmasına təsir edib-etməməsini müəyyən etmək mümkün deyildir. Lakin, həmin aktda göstərilən qüsurlara görə (sayğacın daxili çirkli olması, göstəricilər arasında fərqin olması, pərlərin kiplənməsi, təzyiq həddinin aşılması nəticəsində sayğacın “Alarm” rejimdə işləməsi) mübahisəli sayğacla qazın sərfiyyatının hesablanmasının düzgün aparılmaması qənaətinə gəlmək olar. Belə olan halda, ekspertizaya təqdim edilmiş iş materiallarında göstərilmiş məlumatlarda, texniki sənədlərdə və avadanlıqların gövdələrinə bərkidilmiş lövhəciklərdə (birkalarda) əks etdirilmiş texniki göstəricilərini nəzərə aldıqda, iddiaçı - fiziki şəxs İddiaçı məxsus “istixana”da quraşdırılmış suqızdırıcı qazanların qış mövsümündə bir ayda orta hesabla qaz sərfiyyatı bir qazan üçün 25662 m3, iki qazan üçün isə bu sərfiyyat 51324 m3-dir. Ekspertizaya materiallarla təqdim edilmiş abonent fiziki şəxs İddiaçı (abonent kodu: **********00041) məxsus istixana üçün verilmiş “Abonent saldosu”na görə, istehlakçı üçün 2016-cı ilin noyabr ayında 217976 m3, 2017-ci ilin fevral ayında 158345 m3, mart ayında 696108 m3, noyabr ayında 113249 m3, dekabr ayında 202137 m3, 2018-ci ilin yanvar ayında 141083 m3, fevral ayında 260911 m3, mart ayında 150648 m3, aprel ayında 124507 m3, noyabr ayında 154104 m3, dekabr ayında 208553 m3, 2019-cu ilin yanvar ayında 209419 m3, fevral ayında 241864 m3, mart ayında 239278 m3, noyabr ayında 234131 m3 qaz sərfiyyatı hesablanmış və bu da “istixana”da quraşdırılmış suqızdırıcı qazanların texniki göstəricilərinə və işləmə rejiminə uyğun hesablanmış qaz sərfiyyatından (51324 m3) artıqdır.
45. Rəyin tədqiqat hissəsində göstərildiyi fiziki şəxs İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “istixana”da quraşdırılmış suqızdırıcı qazanların qış mövsümündə bir ayda orta hesabla qaz sərfiyyatı bir qazan üçün 25662 m3, iki qazan üçün isə bu sərfiyyat 51324 m3 olduğunu nəzərə aldıqda, bir aylıq qaz sərfiyyatının məbləği 10264,80 manat (51324 x 0,2=10264,80 manat) təşkil edir. Yəni, fiziki şəxs İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən istixanada quraşdırılmış suqızdırıcı qazanların aylıq qaz sərfiyyatı maksimum 10264,80 manat təşkil edir. Belə olduğu halda “Abonent saldosu”na əsasən abonent İddiaçı (abonent kodu: **********00041) məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “İstixana”nın təbii qazdan istifadəyə görə 2016-cı ilin noyabr ayında 217976 m3, 2017-ci ilin fevral ayında 158345 m3, mart ayında 696108 m3, noyabr ayında 113249 m3, dekabr ayında 202137 m3, 2018-ci ilin yanvar ayında 141083 m3, fevral ayında 260911 m3, mart ayında 150648 m3, aprel ayında 124507 m3, noyabr ayında 154104 m3, dekabr ayında 208553 m3, 2019-cu ilin yanvar ayında 209419 m3, fevral ayında 241864 m3, mart ayında 239278 m3, noyabr ayında 234131 m3 qaz sərfiyyatı hesablanaraq 208878 manat borcun yaranması “istixana”da quraşdırılmış suqızdırıcı qazanların texniki göstəricilərinə və işləmə rejiminə uyğun hesablanmış qaz sərfiyyatından (51324 m3 -dan) artıqdır”.
46. Hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişləri nəzərə alınaraq Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə mühasibatlıq və texniki ekspertizaları təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. 1. 25 dekabr 2019-cu il tarixdə təsdiq edilmiş SS 29/1640-02397 №-li «Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akt»da yoxlamanın nəticəsi kimi qeyd olunan «Xətaların normaya uyğun olmaması» qüsuru İddiaçı məxsus istixanada 09 sentyabr 2017-ci il tarixdə quraşdırılmış «G-650» markalı 83049101 saylı sayğacının 2017-ci ilin sentyabr ayından 2019-cu ilin 25 oktyabr tarixinədək istifadə edilən qazın faktiki sərfiyyatını düzgün qeydə alıb-almaması müəyyən edilsin. 2. 25 dekabr 2019-cu il tarixli SS 29/1640-02397 №-li “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akt”da göstərilən qüsurlar mübahisəli sayğacın müvafiq aylar üzrə faktiki qaz sərfiyyatını artıq qeydə almasına səbəb olmuşdurmu və həmin qüsurlar nəticəsində Rəydə sadalanan aylar üzrə mübahisəli sayğac tərəfindən istehlak edilən qazın sərfiyyatının “Abonent saldosu”nda qeydə alındığı miqdarda hesablanması mümkündürmü? 3. İddiaçı (abonent kodu: **********00041) məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “İstixana”da istifadə edilən təbii qazın faktiki sərfiyyatını sayğac düzgün qeydə almadığı halda, 25 dekabr 2019-cu il tarixinədək sayğac tərəfindən faktiki sərfiyyatdan artıq qeydə alınmış təbii qaz sərfiyyatının dəyəri (məbləği) hesablansın və sayğacın faktiki sərfiyyatdan artıq qeydə almış olduğu təbii qazın dəyəri (məbləği) müəyyən olunsun ? 4. 2016-2017-ci ilin sentyabr ayınadək qaz sayğacının qüsurlu işləyibişləməməsi faktı yoxlanılsın və həmin dövrlərdə hesablanmış qaz sərfiyyatı məbləği müəyyən edilsin. 5. 25 oktyabr 2019-cu il tarixdən 25 dekabr 2019-cu il tarixədək istifadə edilən qazın faktiki sərfiyyatı müəyyən edilsin.
47. 05 yanvar 01 iyun 2019-cu il tarixli 9/17xx-xx/1030 №-li Ekspert Rəyi ilə müəyyən edilmişdir ki: Birinci, ikinci və beşinci suallar üzrə: Mübahisəli qaz sayğacının nasaz olduğu, yaxud sayğacın xətalarla işlədiyi hallarda istifadə edilmiş təbii qazın sərfiyyatı hər hansı bir istixananın sahəsinə görə yox, qaz cihazların güclərinə (enerji göstəricilərinə), sayına və onların işləmə rejimindən asılı olaraq hesablanır. Mübahisəli qaz sayğacının müvafiq avadanlıqlarla təmin olunmuş yerdə (laboratoriyada, stenddə və s.) sınaq və yoxlamalardan keçirilməklə onun nasaz olması, yaxud xətalarla işləməsini müəyyən etmək olar. Əgər belə sınaq və yoxlamaların keçirilməsi təşkil edilməyibsə, yaxud qaz sayğacı təmir olunubsa, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ekspertin təqdim edilmiş iş materiallarında olan məlumatlardan istifadə edilməklə rəyin verilməsi hüququ vardır. 2017-ci ilin sentyabr ayından 2019-cu ilin oktyabr ayına qədər olan dövr ərzində, ekspertizaya materiallarla təqdim edilmiş abonent fiziki şəxs İddiaçı (abonent kodu:**********00041) məxsus istixana üçün verilmiş “Abonent saldosu”na görə, istehlakçı üçün 2017-ci ilin noyabr ayında 113249 m3 (113249-51324=61925 m3 artıq), dekabr ayında 202137 m3 (202137-51324=150813 m3 artıq), 2018-ci ilin yanvar ayında 141083 m3 (141083-51324=89759 m3 artıq), fevral 260911 m3 (260911-51324=209587 m3 artıq), mart ayında 150648 m3 (150648-51324=99324 m3 artıq), aprel ayında 124507 m3 (124507-51324=73183 m3 artıq), noyabr ayında154104 m3 (154104-51324=102780 m3 artıq), dekabr ayında 208553 m3 (208553-51324=157229 m3 artıq), 2019-cu ilin yanvar ayında 209419 m3 (209419-51324=158229 m3 artıq), fevral ayında 241864 m3 (241864- 51324=190540 m3 artıq), mart ayında 239278 m3 (239278-51324=187954 m3 artıq) qaz sərfiyyatı hesablanmış, bu da iş materiallarında olan məlumatlara əsasən istixanada quraşdırılmış su qızdırıcı qazanların texniki göstəricilərinə və işləmə rejiminə uyğun hesablanmış qaz sərfiyyatından (51324 m3-dan) artıqdır. Hazırki ekspertizanın təyini haqqında qərardadda göstərildiyi kimi, həmin dövr ərzində fiziki şəxs İddiaçı məxsus istixana üçün verilmiş “Abonent saldosu”na görə, 2020-ci ilin 1 fevral tarixinə iddiaçının qalıq borcu 127.479,80 manat olmuşdur. Qeyd olunan artıq qaz sərfiyyatları və qalıq borcu mübahisəli G-650 markalı TRZ EK-220 tipli 83049101 nömrəli qaz sayğacının SS 29/1640-02397№li “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akt”da göstərilmiş qüsurlar nəticəsində yarana bilərdi. 25 oktyabr 2019-cu il tarixdən 25 dekabr 2019-cu il tarixinə qədər olan dövr ərzində, ekspertizaya materiallarla təqdim edilmiş abonent, fiziki şəxs İddiaçı (abonent kodu:**********00041) məxsus istixana üçün verilmiş “Abonent saldosu”na görə, istehlakçı üçün 2019-cu ilin oktyabr ayında 67566 m3 (67566-51324=16242 m3 artıq), noyabr ayında 234131 m3 (234131-51324=182807 m3 artıq), dekabr ayında 297297 m3 (297297- 51324=245973 m3 artıq) qaz sərfiyyatı hesablanmış, bu da iş materiallarında olan məlumatlara əsasən istixanada quraşdırılmış suqızdırıcı qazanların texniki göstəricilərinə və işləmə rejiminə uyğun hesablanmış qaz sərfiyyatından (51324 m3-dan) artıqdır. Ekspertizaya təqdim edilmiş iş materiallarında 25 oktyabr 2019-cu il tarixdən 25 dekabr 2019-cu il tarixinə qədər olan dövr ərzində artıq qaz sərfiyyatının, eləcə də mübahisəli borcun 107.712,4 manat olan hissəsinin yaranması müxtəlif (artıq qaz qurğulardan istifadə edilməsi, qaz qurğularının rejiminin dəyişməsi, qaz sızmaların mövcud olması, qaz ölçü cihazlarda nasazlıqların yaranması və onların düzgün quraşdırılıb-quraşdırılmaması və s.) səbəbdən baş verə bilərdi. Ekspertizaya təqdim edilmiş iş materiallarında bu səbəblər barədə konkret olaraq hər hansı bir məlumatlar olmadığından və ekspert vəsatəti ilə mübahisəli qaz sayğacının sınaq və yoxlamalardan keçirilərək, həmin yoxlamaların nəticə barədə tərtib edilmiş sənəd ekspertizaya təqdim edilmədiyinə görə, 25 oktyabr 2019-cu il tarixdən 25 dekabr 2019-cu il tarixinə qədər olan dövr ərzində artıq qaz sərfiyyatının, eləcə də mübahisəli borcun 107.712,4 manat olan hissəsinin yaranma səbəbini müəyyən etmək mümkün deyildir. Bunu yarada bilən səbəblərin mövcudluğu məhkəmə tərəfindən qiymətləndirilə bilər. Dördüncü sual üzrə: 2016-2017-ci ilin sentyabr ayınadək abonent İddiaçı məxsus obyektdə (istixanada) quraşdırılmış qaz sayğacı barədə məlumat və materiallar təqdim edilmədiyinə görə, həmin sayğacın qüsurlu işləyib-işləməməsini müəyyən etmək mümkün deyildir. Həmin dövrdə hesablanmış qaz sərfiyyatının məbləği fiziki şəxs İddiaçı, (abonent kodu: **********00041) məxsus istixana üçün verilmiş “Abonent saldosu”nda aylar üzrə göstərilmişdir. Üçüncü sual üzrə: 2017-ci ilin sentyabr ayından 2019-cu ilin oktyabr ayına qədər olan dövr ərzində, İddiaçı (abonent kodu:**********00041) məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən istixanada quraşdırılmış (2 ədəd) suqızdırıcı qazanların texniki göstəricilərinə və işləmə rejiminə uyğun olaraq hesablanmış qaz sərfiyyatından, “Abonentin saldosu”nda göstərilmiş sayğac üzrə qeydə alınmış sərfiyyatlardan 1.481.323 m3 məbləğdə qaz sərfiyyatı artıq hesablanmış, həmin sərfiyyatın dəyəri isə 296.264,6 man (1.481.323 m3 x 0,2 man=296.264,6 man) təşkil edir. Hazırki ekspertizanın təyini haqqında qərardadda göstərildiyi kimi, həmin dövr ərzində fiziki şəxs İddiaçı məxsus istixana üçün verilmiş “Abonent saldosu”na görə, 2020-ci ilin 1 fevral tarixinə iddiaçının qalıq borcu 127.479,80 manat olmuşdur. 25 oktyabr 2019-cu il tarixdən 25 dekabr 2019-cu il tarixinə qədər olan dövr ərzində, ekspertizaya materiallarla təqdim edilmiş abonent fiziki şəxs İddiaçı (abonent kodu:**********00041) məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən istixanada quraşdırılmış (2 ədəd) suqızdırıcı qazanların texniki göstəricilərinə və işləmə rejiminə uyğun olaraq hesablanmış qaz sərfiyyatından, “Abonent saldosu”nda sayğac üzrə qeydə alınmış 2019-cu ilin oktyabr ayında 16.242m3 (67.566-51.324=16.242 m3), noyabr ayında 182,807 m3(234,131-51.324=182.807 m3), dekabr ayında 245,973 m3(297.297- 51.324=245.973 m3), ümumilikdə isə 445.022 m3 qaz sərfiyyatı artıq hesablanmış, həmin qaz sərfiyyatının dəyəri isə 89.004,4 man (445.022 x 0.2=89004,4 man) təşkil edir. Hazırki ekspertizanın təyini haqqında qərardadda göstərildiyi kimi, fiziki şəxs İddiaçı məxsus istixana üçün verilmiş “Abonent saldosu”na görə hesablanmış 107.712,4 manat qalıq borcunun, mübahisəli G-650 markalı TRZ EK-220 tipli 83049101 nömrəli qaz sayğacının təmirdən sonra yenidən quraşdırıldığı (yəni 25 oktyabr 2019-cu il tarixdən 25 dekabr 2019cu il tarixinə qədər) olan dövründə yaranmışdır.
48. Beləliklə, iş üzrə son ekspert rəyindən də göründüyü kimi, iddiaçıya məxsus istixana üçün verilmiş “Abonent saldosu”na görə 2020-ci ilin 1 fevral tarixinə qalıq borcu 127.479,80 manat olmuş, ondan əvvəl verilmiş rəylə isə suqızdırıcı qazanların qış mövsümündə bir ayda orta hesabla qaz sərfiyyatı bir qazan üçün 25662 m3, iki qazan üçün isə bu sərfiyyat 51324 m3 olduğunu nəzərə aldıqda, bir aylıq qaz sərfiyyatının məbləği 10264,80 manat (51324 x 0,2=10264,80 manat) təşkil etmişdir. Yəni, fiziki şəxs İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən istixanada quraşdırılmış suqızdırıcı qazanların aylıq qaz sərfiyyatı maksimum 10264,80 manat təşkil etmişdir.
49. İşin qeyd edilən halı ilə bağlı Ali Məhkəmənin qərarında istinad edilən (iddiaçının istifadə olunan qaz sərfiyyatı məbləğinin 20- 35 min civarında olduğunu təsdiq etdiyi halda, iş üzrə verilmiş ekspert rəyi ilə aparılmış nəzəri hesablamalarla həmin sərfiyyatın 10.264,80 manat təşkil etməsi, apellyasiya instansiyası məhkəməsi ekspert rəyini qiymətləndirərkən bu hala da hüquqi qiymət verilməməsi) xüsusatlarla əlaqədar olaraq kollegiya qeyd edir ki, istər hazırkı iş üzrə birinci instansiya məhkəməsində təyin edilmiş ekspertizalar, istirsə də apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın aparılması ilə əlaqədar ekspertlər 25 dekabr 2019-cu il tarixdə təsdiq edilmiş SS 29/1640- 02397 №-li «Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akt»da yoxlamanın nəticəsi kimi qeyd olunan «Xətaların normaya uyğun olmaması» qüsurunun həmin sayğacın sərfiyyat üzrə düzgün hesabat aparılmasına təsir edib-etməməsini yoxlamaq üçün həmin sayğacın müvafiq avadanlıqlarla təmin olunmuş yerdə (labaratoriyada, stenddə və s.) sınaq və yoxlamalardan keçirilməklə nəticələrinin ekspertizaya təqdim edilməsinə dair vəsatətlər verməsinə, məhkəmə tərəfindən isə həmin vəsatət cavabdehə təqdim edilməsinə baxmayaraq, cavabdeh buna müvafiq şəraiti və imkanı olduğu sayğacın müvafiq avadanlıqlarla təmin olunmuş yerdə sınaq və yoxlamalardan keçirilməsini təmin etməmişdir.
50. Bununla əlaqədar olaraq kollegiya hazırkı iş üzrə cavabdehin davranışını MPMnin 97.5-ci maddəsinə uyğun olaraq zəruri tədqiqat predmetlərini ekspertə təqdim edilməməsi kimi qiymətləndirməklə, habelə ekspert rəyinə dair hər-hansı mülahizə təqdim etməməsini nəzərə almaqla ekspert rəyində göstərilən iddiaçıya məxsus istixanada quraşdırılmış suqızdırıcı qazanların aylıq qaz sərfiyyatı maksimum 10264,80 manat təşkil etməsi barədə gəlinmiş nəticəni şübhə altına alınması üçün hər-hansı əsaslar olmadığını qeyd edir. Belə ki, ekspertin gəldiyi nəticələr müvafiq tədqiqat metodlarına və iş materiallarına əsaslandığından, cavabdeh həmin metorların və ekspertlərin müvafiq hesablamaların aparılması zamanı istinad etdikləri iş materiallarının (istixanada quraşdırılmış suqızdırıcı qazanların texniki göstəricilərinə və işləmə rejiminə dair) mötəbərliliyinə dair hər-hansı dəlil və sübut təqdim etmədiyi halda iddiaçının iddia ərizəsində aylıq sərfiyyatın məbləği barədə göstərdiyi fərqli məbləğlər öz-özlüyündə ekspert rəyinin sübut qismində əhəmiyyətini aradan qaldırmır.
51. Göründüyü kimi, son ekspert rəyi ilə qeyd olunan dövrlərdə qaz sayğacının qüsurla işləməsi, istixanada quraşdırılmış suqızdırıcı qazanların aylıq qaz sərfiyyatının maksimum 10264,80 manat təşkil etməsi, 127.479,80 manat borcun “istixana”da quraşdırılmış suqızdırıcı qazanların texniki göstəricilərinə və işləmə rejiminə uyğun hesablanmış qaz sərfiyyatından (51324 m3 -dan) artıq olması, abonentin saldosu ilə iddiaçıya aylarla hesablanmış sərfiyyat məbləğinin ekspert rəyi ilə müəyyən edilmiş məbləğdən artıq olduğu müəyyən olunduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən 127.479,80 manat hissə üzrə düzgün hüquqi nəticəyə gəlmişdir.
52. Mübahisənin 107.712,4 manat qalıq borc hissəsi ilə bağlı isə son ekspert rəyində qeyd olunmuşdur ki, fiziki şəxs İddiaçı məxsus istixana üçün verilmiş “Abonent saldosu”na görə hesablanmış 107.712,4 manat qalıq borcu, mübahisəli G-650 markalı TRZ EK-220 tipli 83049101 nömrəli qaz sayğacının təmirdən sonra yenidən quraşdırıldığı dövdə yaranmışdır. İş materialları ilə müəyyən olunur ki, mübahisəli «Elster G-650» saylı qaz sayğıcı 2020-ci ilin 29 yanvar tarixindən yenidən iddiaçıya məxsus obyektdə quraşdırılmışdır.
53. Beləliklə, mübahisəli «Elster G-650» saylı qaz sayğıcı 2020-ci ilin 29 yanvar tarixindən yenidən iddiaçıya məxsus obyektdə quraşdırılmış, iddiaçıya məxsus abonent saldosuna əsasən 2020-ci ilin 1 fevral tarixinə iddiaçının qalıq borcu 127.479,80 manat olmuş, mübahisəli borcun qalan hissəsi -107.712,4 manatı qaz sayğacının yenidən quraşdırıldığı dövrdə yaranmışdır. Birinci instansiya məhkəməsi isə qaz sayğacının yenidən quraşdırıldığı tarixdən sonra da qüsurla işləməsi barədə iş materiallarında hər hansı sübut olmadığı halda, həmin borcun da silinməli olması barədə düzgün olmayan nəticəyə gəlmişdir.
54. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək iddiaçının 107.712,4 manat məbləğində borcu qəbul etdiyini və ödəməyə hazır olduğunu bildirmişdir.
55. Ali Məhkəmənin qərarında həmçinin işdə olan abonent saldosuna istinad olunmuş və 2017-ci ilin mart ayı üçün akt əsasında iddiaçıya 110.454,80 manat məbləğində əlavə sərfiyyat hesablandığı və iş materialları ilə iddiaçının akt əsasında hesablanmış həmin borcu mübahisələndirmədiyi qeyd olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, həmin aktla hesablanmış borcu iddiaçı ümumiyyətlə mübahisələndirməmiş, hazırki mübahisənin predmetini cavabdehin pretenziya qaydasında müraciət edərək tələb etdiyi 235.192,20 manat təşkil etmişdir.
56. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, abonent saldosunda olan məlumatlara əsasən 2017-ci ilin mart ayı üçün akt əsasında iddiaçıya 110.454,80 manat məbləğində əlavə sərfiyyat hesablanmış, bununla yanaşı həmin il iddiaçıya 141.039,40 manat sərf məbləği hesablansa da, iddiaçı həmin ilin yekununda cəmi 223.150 manat ödəniş etmişdir ki, bununla da faktiki olaraq hesablanmış sərf məbləğindən artıq pul ödəməklə aktla müəyyən edilmiş 110.454,80 manat məbləğində əlavə sərfiyyatın da mübahisələndirilməyərək ödənilməsi nəticəsinə gəlməyə əsas verir.
57. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində qismən – Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən «İstixana» sahəsinə (abonent kodu: **********00041) artıq sərfiyyat olaraq hesablanmış 107.712,4 (yüz yeddi min yeddi yüz on iki manat 40 qəpik) manat məbləğində borcun silinməsi hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-15/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində qismən – Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən «İstixana» sahəsinə (abonent kodu: **********00041) artıq sərfiyyat olaraq hesablanmış 107.712,4 (yüz yeddi min yeddi yüz on iki manat 40 qəpik) manat məbləğində borcun silinməsi hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.