Məhkəmə qərarları › İş №2-2(105)-32/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-32/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-32/2025 29.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi vəkil Nümayəndə1, Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 28 dekabr 2024- cü il tarixli, e-2-2(119)-1285/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.109.000 (bir milyon yüz doqquz min) manat pul vəsaitinin, həmin pul vəsaitinin tələb edilməsi üçün ödənilmiş 1345 (min üç yüz qırx beş) manat dövlət rüsumunun və hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilən 600 (altı yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 2020-ci ilin dekabr ayında dostu vasitəsilə tanış olaraq, tərəflər bir neçə dəfə görüşüb söhbət etmişdir. Həmin görüşlər zamanı Cavabdeh özünü istehsalatla məşğul olan şəxs kimi təqdim etmiş, böyük şirkətlərlə (Azza, Bolluq, Diamed və s.) çalışdığını, lakin həmin şirkətlərlə daha səmərəli işləmək üçün investora ehtiyac olduğunu, (300.000 dollar) yatırım edib onunla ortaq bizneslə fəaliyyət göstərmək və 49% şirkətin təsis paycısı olmağı təklif etmişdir. Bu arada cavabdeh özünün və atasının maddi durumunu göstərmək (iddiaçını inandırmaq) üçün iddiaçını Quba rayonuna dəvət edib atasının Qəçreş qəsəbəsində yerləşən “Aynur” restoranını, Qubada olan atasına məxsus obyektləri göstərmiş və tərəflər cavabdehin atasına məxsus “Aynur” restoranında nahar da etmişlər. Bu hərəkətləri ilə Cavabdeh özünün iş adamı olduğuna iddiaçını inandırmışdır. İddiaçı Cavabdeh tanımadan və onun fəaliyyətdə olan şirkətin Audit hesabat analizini etmədən onun təklifi ilə razılaşmışdır. Həmin məbləğdən 150.000 ABŞ dolları pul vəsaitini ilk dəfə, bir müddət sonra isə əlavə olaraq 150.000 ABŞ dollarını qısa müddət ərzində Cavabdeh hissə-hissə verilmişdir. İddiaçı bir müddət Cavabdehlə fəaliyyət göstərdikdən sonra, cavabdehin (həm fiziki, həm hüquqi şəxs kimi) külli miqdarda banklara və fərdi şəxslərə borcları olduğundan onu tələyə saldığını anlayıb. Lakin iddiaçı bundan xəbərsiz olduğu üçün ona inanmışdır. Yuxarıda qeyd edilən məbləğləri iddiaçı tərəfindən verildiyi üçün iddiaçının geri dönmə şansı qalmamış, ona görə də, cavabdeh iddiaçıdan əlavə pul vəsaiti istəyəndə iddiaçı məcbur qalaraq işi davam etdirmək üçün cavabdehə əlavə olaraq 100.000 (yüz min) ABŞ dolları və sonralar 279.000 manat pul vəsaiti vermişdir (verilən məbləğlərdən hətta bir hissəsini iddiaçının şəxsi adından şirkətə Paşa bank filialı vasitəsi ilə borc müqaviləsi əsasında yatırmışdır). Ona verilən bu pulların bir hissəsinə o öz adından şirkətin hesabına yatırıb Türkiyədən köhnə avadanlıqlar almış, digər hissəsinə şirkətin “Paşa Bank”a olan 90.000 manat borcuna, Kapital bankda olan faktorinq borclarına və bir çox fiziki şəxlərə olan borclarını ödəmiş və paralel olaraq o, borclarını düşünmədən dəbdəbəli, tüfeyli həyat sürür, şirkətin balansından, müştərilərdən gələn pulları istədiyi kimi götürərək xərcləyir və bunu normal hesab edir və bu hərəkətlə şirkətin öhdəliklərinə, maaş ödəmələrinə, xammalın alınmasına mənfi təsir göstərirdi. Cavabdeh iddiaçıya küllü miqdarda borcu olaola o, Şirkətin hesabından 120.000 manat götürərək Nardaranda yerləşən Seabreeze yaşayış komleksindən özünə ev aldı və bununla da aralarında danışılan qaydaları pozmuşdur. Bu səbəbdən axrıncı dəfə aralarında yaranan mübahisə zamanı o, ona məxsus fəaliyyət göstərdikləri obyekti bağlayıb iddiaçıya ultimatum qoyub, tələb etmişdir ki, o istədiyi qədər şirkətdən pul götürüb şəxsi xərcləri üçün xərcləyə bilər və hətta 7-8 idmançı muzdla iddiaçıya hədə-qorxu gəlməyə başlamış və cavabdeh öz istədiklərini həyata keçirərək iddiaçını bezdirib işdən uzaqlaşmağına nail olmuşdur. İddiaçı 8 ay sürən birgə fəaliyyətləri zamanı Bəhramın biznesdən anlayışı olmadığını, hamını aldadaraq dələduzluq edib əldə etdiyi pulları içkiyə, dəbdəbəli restoranlara xərclədiyini görərək onunla aralanmağa qərar vermiş və 2-3 gün ərzində mühasiblərinin köməyi ilə Bəhramla hesabatlar aparıb iddiaçının şirkətə yatırdığı vəsaitin geri qayıtma mexanizimini müəyyən ediblər. xx.xx.2021-ci il tarixdə razılaşdırılmışdır ki, iddiaçının yatırdığı vəsaitlərə alınan avadanlıqlar (735.000 manat dəyərində) dəyərləndirilsin və iddiaçıya geri qaytarılması üçün iddiaçının adına sənədləşdirilsin, alqı-satqı edilsin. Hətta bununla bağlı Berc hüquq şirkətinin əməkdaşları tərəfindən hazırlanan, lakin uzun sürən müzakirələrdən sonra Bəhramın imzalamaqdan boyun qaçırdığı sənədlər də hazırlanmışdır. Razılaşmaya və hesabata əsasən yerdə qalan borc (375.000 manat dəyərində) müəyyən edilərək iddiaçıya onun tərəfinən ayda 30.000 (otuz min) manat ödənilmə şərti ilə 12 ay ərzində hissə-hissə ödənilməsi qeyd olunmuşdur. Bu razılaşmaya əsasən o, iddiaçıya xx.xx.2022-ci il tarixindən ödəmə etmək əvəzinə iddiaçıya qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həqiqəti əks etdirməyən, şər və böhtan xarakterli ərizə yazmaqla iddiaçıya (ona hədə qorxu və təhdid ediliyini vurğulayaraq) qarşı şikayət etmişdir. Həmin idarənin müstəntiqi tərəfindən araşdırılma aparılaraq ifadələri alınandan sonra onlara aydın olmuşdur ki, Bəhram iddiaçıya borcunu ödəməmək üçün bu yola əl atıb. Lakin o, iddiaçının təqdim etdiyi sübutlar qarşısında çarəsiz qalaraq, həmin ərəfədə iddiaçıya 375.000 (üç yüz yetmiş beş min) manat borcundan 70.000 (yetmiş min) manatını ödəmiş, lakin yerdə qalan pul vəsaitini ödəməkdən yenədə boyun qaçırmağa çalışmışdır. İddiaçının yazdıqlarının təsdiqi olaraq, iddiaçıda Cavabdeh yazılarını təsdiq edən Whatsapp sosial şəbəkəsi vasitəsilə göndərdiyi səsli mesajları və digər sübutlar var. Əlavə olaraq, Cavabdeh ilə iddiaçı arasında təsis payının alqı-satqısına dair 12 mart 2021-ci il tarixli müqavilə də bağlanmışdır. Belə ki, həmin müqavilənin 1-ci bəndinə görə satıcı Cavabdeh Azərbaycan Respublikası 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixində qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********622400, hüquqi ünvanı AZ4001, Quba rayonu, Quba şəhəri, məh. 22, VÖEN:**********, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində olan Nizamnamə kapitalının məbləği 10 manat (on manat) olan Nizamnamə kapitalındakı faizi 100% olan paydan 49 faizi alıcının, yəni iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə iddiaçıya olan 1.109.000 (bir milyon yüz doqquz min) manat məbləğində borcunun ödənilməsini (verilməsini) Cavabdeh təklif edilmişdir. Həmçinin həmin məktubda qeyd edilmişdir ki, əgər 10 iyun 2024-cü il tarixədək 1.109.000 (bir milyon yüz doqquz min) manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi barədə təklifdən imtina edilsə və ya təklifdə göstərilmiş müddətdə (10 iyun 2024-cü il) ondan cavab alınmadıqda, həmin pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi barədə iddia ərizəsi ilə müvafiq birinci instansiya məhkəməsinə müraciət olunacaqdır. Cavabdehin 735.000 (yeddi yüz otuz beş min) manat və 375.000 (üç yüz yetmiş beş min) manat pul vəsaitini bu günə kimi qaytarmamasına görə iddiaçı, onun yaşadığı və ayrı-ayrı vaxtlarda olduğu ünvanlara dəfələrlə getmiş, hətta hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin o, həmin pul vəsaitini iddiaçıya qaytarmaqdan müxtəlif bəhanələr gətirirək yayınır və nəticədə iddiaçını əmlakdan məhrum edir. Cavabdehin Whatsapp mesajlaşma sistemi vəsitəsilə iddiaçıya göndərdiyi səs yazılarında özü yuxarıda qeyd edilən məbləğdə iddiaçıya borclu olmasını etiraf edir. Qeyd olunanlara əsasən, Cavabdeh 1.109.000 (bir milyon dörd yüz doqquz min) manat pul vəsaitinin, həmin pul vəsaitinin tələb edilməsi üçün ödənilən 1345 (min üç yüz qırx beş) manat dövlət rüsumunun və hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilən 600 (altı yüz) manat məbləğində pul vəsaitinin alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz ərizəsi verərək bildirmişdir ki, İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdehla münasibətləri sonuncunun karton qutu istehsal edən "xxxx" MMC-yə şərik olmaq məqsədi ilə yaranıb və yalnız bu cəmiyyətin məşğul olduğu biznes üzrə olub. Nəticədə Bayramov payın alqı-satqı müqaviləsi əsasında Cavabdeh onun 100% payının 49%-ni satın almışdır və bu günədək də buna etiraz etmir, razıdır təsisçi olmağı ilə və təsis payının satılması və payının dəyərinin pulla və ya naturada bölünüb ona verilməsi haqqında da heç bir cəhdlər göstərmir. Lakin, Bayramov faktiki olaraq mülki hüquq münasibətlərinin müstəqil subyekti olan cəmiyyətin əmlakını özbaşına bölüb və ayrıca bir şirkət adı altında bu avadanlıqlardan, xammaldan istifadə edir. Bunu onun özü Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verdiyi ərizəsində də bildirib. Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 6(005)-214/2024 nömrəli qərarında Bayramovun ərizəsinə istinad olunub və ərizədə göstərilib ki, "Bundan sonra ona verdiyi pulları geri istəmiş və pulunun bir hissəsini o avadanlıq və xammal şəklində qaytarmışdır. Lakin yerdə qalan 375.000 manat pulu isə 2022-ci ilin yanvar ayının 10-dan başlayaraq bir il ərzində qaytarmağa söz verdi”. Digər tərəfdən, məhkəməyə təqdim edilən Abşeron rayon Polis İdarəsinin 19 fevral 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, Bayramov izahatında özü bildirmişdir ki, "Avadanlıqların bir hissəsi həmin ərəfədə artıq Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsində idi. Bununla yanaşı həmin ərəfədə özü "Baku Poluqraphu” MMC təsis etmişdir. Həmin MMC-ni təsis edərək həmin ərəfədə orada işləməsinə baxmayaraq Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsində olan avadanlıqlar şəriki olduğu "xxxx" MMC-nin balansındadır. İddia ərizəsində isə Bayramov ******* manat pul tələb edir və bu məbləğə 375000 manatı da daxil edir. Lakin elə həmin ərizədə də bildirir ki, 375000 manatın 70000 ona verilib. Lakin iddia ərizəsində tələb olunan pulların həqiqətdə hansı miqdarda olduğunun, nə vaxtlarda və hansı təsdiqedici sənədlərlə verildiyi haqqında və bu məbləğə işlədikləri 2021-ci il ərzində əldə etdikləri mənfəəti də daxil edilib etmədiyi haqqında heç sübut məhkəməyə təqdim edilməyib. Ən əsası isə iddia ərizəsində göstərilir ki, Cavabdeh iddiaçıya "yatırım edib onunla ortaq bizneslə fəaliyyət göstərməyə və 49 % şirkətin təsici payını almağı təklif etdi". Bundan sonra isə iddiaçı özü bildirir ki, "şirkətin audit analizini etmədən onun təklifi ilə razılaşdım. Yəni, iddiaçının kommersiya riskləri öz üzərində olduğu bir halda, bu bizneslə artıq özü məşğul olduğu bir halda, məhkəmə vasitəsi ilə əvvəlki vəziyyəti bərpa etmək istəyir, xərclədiyi və xərcləmədiyi, hətta qazanılmış və cəmiyyətə məxsus olub xərclənmiş pulları da tələb edir. İddiaçı tələblərini ona dəymiş ziyanla (MM-nin 21.1-ci maddəsi) və eyni zamanda mülkiyyətçi özünü hesab edərək pulu mülkiyyəti kimi geri tələb edir (MM-nin 157.2-ci maddəsi). Başqa bir hüquqi əsaslarla iddia tələbləri əsaslandırılmayıb. Qanuna əsasən, zərərin yetirilməsini, zərərin həcmini və zərəri yetirən şəxsin təqsiri sübuta yetirilməlidir. İddiaçı isə bildirir ki, cəmiyyətdə pay alıb və işləyən biznesə şərik olub. Məhkəməyə təqdim edilən səyyar vergi yoxlaması aktından məlum olur ki, Bayramovun işə 2021-ci ildə daxil olmasından əvvəl, "xxxx" MMC-nin 2020-ci il üzrə dövriyyəsi 809130,01 manat olub. İstehsalat genişləndirildikdən sonra isə, 2021-ci il üzrə cəmiyyətin dövriyyəsi artıb 2278478,21 manat olub. Yəni zərərdən danışmaq olmur. Lakin 2022-ci ilin əvvəlinə cəmiyyətin işi iddiaçıya görə tam dayanıb. İddiaçı tələb etdiyi pulu öz mülkiyyəti kimi tələb edirsə də, onda sübut etməlidir ki, bu pulları ağzı bağlı qabda Cavabdeh saxlamağa verib. Bundan başqa, iddiaçı məhkəmə iclasında bildirmişdir ki, iddia tələbləri birbaşa fiziki şəxs kimi Cavabdehə qarşıdır. İşə kommersiya mübahisəsi kimi baxılmasının əsası isə o olmuşdur ki, Cavabdehn özü sahibkarlıqla məşğul olan fiziki şəxs qismində vergi orqanında qeydiyyata alınıb. Lakin, iddia ərizəsindən və iddiaçının izahatlarından aydın olur ki o, Cavabdeh haqqında danışanda yalnız onunla birlikdə "xxxx" MMC-də məşğul olduqları biznes sahəsində olan münasibətləri nəzərdə tutur. Cavabdehla iddiaçı Bayramovun münasibətləri cəmiyyətdə payın iddiaçıya Əliyev tərəfindən satılması üzrə olub, bir də cəmiyyətin direktoru kimi cəmiyyəti təmsil edən məsul şəxslə şərikli biznes üzrə münasibətlər olub. Buna baxmayaraq, iddiaçı Bayramov iddia tələblərini fiziki şəxs kimi Cavabdehə qarşı yönəldib və ona münasibətdə Əliyevin təmsil etdiyi cəmiyyəti cavabdeh hesab etmir. İddiaçının cavabdehlə münasibətləri cəmiyyətdə payın satılması ilə bağlı Cavabdehla, yəni mülki hüquq qanunvericiliyində nəzərdə tutulan insan fərdi kimi öz adından çıxış edən fiziki şəxslə olmuşdur. Bu münasibət kommersiya münasibətləri deyil. Cəmiyyətdə payın 49% -nin Bayramova satıldığını onun özü də təsdiq edir. Qeyd edilməlidir ki, satan şəxsin fərdi sahibkar olmasının bu alqı-satqıya heç bir təsiri yoxdur. Alqı-satqı müqaviləsində Əliyev fərdi sahibkar kimi qeyd olunmayıb. Yuxarıdakılara əsasən, fərdi sahibkar Cavabdeh qarşı iddiaçı Bayramovun iddia tələbləri əsassız hesab olunmalıdır və iddia təmin olunmamalıdır. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşməsinə dair ərizə verərək, Cavabdeh 1.308.963,31 (bir milyon üç yüz səkkiz min otuz bir qəpik) manat pul vəsaitinin, həmin pul vəsaitinin tələb edilməsi üçün ödənilən 1455 (min dörd yüz əlli beş) manat dövlət rüsumunun və hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilən 600 (altı yüz) manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mülki iş məhkəmənin icraatında olarkən cavabdeh tərəfindən məhkəməyə qarşılıqlı iddia və həmin idda ərizəsinə qoşma təqdim edilmişdir. Qarşlıqlı iddia ərizəsində qeyd edilmişdir ki, səyyar vergi yoxlaması nəticəsinə əsasən şirkətin 2021-ci il üzrə ümumi gəliri 2448530,38 manat olmaqla ona mənfəət vergisi olaraq 81617,68 manat hesablanmışdır. Belə olan halda həmin il üzrə şirkətin mənfəəti 408088,39 manat hesablanmışdır. Belə olan halda şirkətin qazandığı 408088,39 manatın 49%-i iddiaçıya çatmalı idi. Lakin, əldə edilmiş mənfəətin 49%-i Cavabdeh tərəfindən iddiaçıya verilməmişdir. O, bunu qarşılıqlı iddia ərizəsində də qeyd edir. Sumqayıt Kommersiya Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, e-2-2(119)- 1285/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh (VÖEN: **********) 305000 (üç yüz beş min) manat məbləğində pul vəsaitinin, habelə hüquqi yardımla bağlı ödənilmiş 600 ( altı yüz) manat məbləğində pul vəsaiti və 590 (beş yüz doxsan) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 306190 (üç yüz altı min yüz doxsan) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim İslam Əliyev). Sumqayıt Kommersiya Məhkəməsinin 28 dekabr 2024- cü il tarixli, e-2-2(119)- 1285/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin iddianın təmin edilməyən hissəsinə münasibətdə ləğv edilməsi və iddiaçının iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, e-2-2(119)- 1285/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin tamamilə ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, şirkətin qazancı olan 408088,39 manat pul vəsaitinin hamısı cavabdeh tərəfindən şirkətin hesabından çıxarılmış və öz şəxsi işlərinə xərclənmişdir. Bu halı cavabdeh özü məhkəmə iclasında da təsdiq etmişdir. Belə olan halda iddiaçı həmin pul vəsaitini 49%-ni cavabdehdən tələb etməkdə haqlı olmuşdur. İddiaçının iddia etdiyi 1.109.000 (bir milyon yüz doqquz min) manat pul vəsaitinin hamısı şirkətdə pay sahibi olana kimi cavabdehə verilmişdir. Həmin pul vəsaitinin şirkətin balansına qoyulmasını təsdiq edən heç bir sübut yoxdur. Qeyd edilən pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə verilməsi işin mübahisə olunmayan tərəfidir. Buna görə də, həmin pul vəsaitinin də cavabdehdən tələb edilməsində iddiaçı haqlıdır. Məhkəmə qətnamədə birbaşa iddiaçının xeyirinə olan sübutlarla bağlı səhv hüquqi nəticəyə gəlməsidir. Belə ki, cavabdeh özü etiraf etmişdir ki, iddiaçı tərəfindən ona qeyd edilən pul vəsaiti verilmişdir və həmin pul vəsaitinin bir qismi ilə şirkətin borclarını ödəmiş, çox hissəsinə isə avadanlıqlar almışdır. Hətta əldə olunan mənfəəti şirkətin hesabından çıxararaq öz şəxsi ehtiyaclarına xərcləmişdir. Lakin, bütün bunlara baxmayaraq, birinci insitansiya məhkəməsi iddianı tam təmin etməməklə səhv nəticəyə gəlmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və İddiaçı ilə Cavabdeh arasında baş tutmuş danışıqları özündə əks etdirən səs yazıları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən Cavabdeh 1.109.000 (bir milyon yüz doqquz min) manat məbləğində pul vəsaiti verilmiş, lakin cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində onlar arasında olan razılaşma pozulduğuna görə iddiaçı cavabdehə verdiyi pul vəsaitini tələb etmiş, cavabdeh isə həmin pul vəsaitinin 735.000 manatının əvəzində iddiaçıya avadanlıq, xammal və avtomobil təklif etmiş, həmçinin yerdə qalan 375.000 manatı isə hissə-hissə qaytarmağı, hətta bununla bağlı borc müqaviləsi bağlamağı iddiaçıya təklif etmişdir. Həmçinin iş materiallarından və tərəflərin izahatlarından da görünür ki, İddiaçı tərəfindən tələb olunan pul vəsaiti tərəflərin gələcəkdə birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün 12 mart 2021-ci il tarixli təsis payının alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl Cavabdeh verilmişdir. Belə olan halda iddia tələbində göstərilən pul vəsaitinin hamısının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilməli idi. Cavabdeh iddiaçı qarşısında göstərdiyi öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin iddia tələbində göstərilən pul vəsaitini iddiaçıya qaytarması ilə bağlı öhdəlik götürməsi işin mübahisə olunmayan halıdır. Bununla bağlı iş materiallarında kifayət qədər sübutlar var. Hətta cavabdeh özü məhkəmə iclasında iddia ərizəsində göstərilən pul vəsaitinin iddiaçıdan alınmasını təsdiq etmişdir. Lakin buna baxmayaraq məhkəmə tərəfindən iddia ərizəsi qismən təmin olunmuşdur. Bu isə kobud qanun pozuntusu kimi qiymətləndirilməlidir. İş materiallarından və tərəflərin izahatlarından da görünür ki, İddiaçı tərəfindən tələb olunan pul vəsaiti tərəflərin gələcəkdə birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün 12 mart 2021-ci il tarixli təsis payının alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl Cavabdeh verilmişdir. İş materiallarında olan 07 oktyabr 2024-cü il tarixli 3-13-6/2-9092/24 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Sumqayıt Kommersiya Məhkəməsinə ünvanladığı məktuba əsasən İddiaçı 375.000 manat pulunun Cavabdeh tərəfindən ələ keçirilməsi ilə bağlı müraciəti üzrə əvvəllər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, o, "xxxx" MMC-yə 400.000 ABŞ dolları və 279.000 manat investisiya qoyaraq həmin şirkətin təsisçisi Cavabdeh şərik olmuş, sonrakı müddətdə aralarında əldə edilən qazancın bölünməsi ilə bağlı narazılıq yarandığından İddiaçı şirkətə investisiya qoyduğu pulları geri tələb edən zaman Cavabdeh pulun bir hissəsini avadanlıq və xammal şəklində qaytarsa da, 375.000 manat borclu qaldığından İddiaçı onun barəsində şikayət etmişdir. Araşdırma zamanı Cavabdeh tərəfindən İddiaçı 70.000 manat pulun ödənilməsi təmin edilmişdir. Qeyd edilən məktubndan da görünür ki, cavabdeh iddiaçıya olan borcunu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılmış araşdırma zamanı da etiraf etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının bütün dəlilləri "xxxx" MMC-nin məşğul olduğu biznesə onunla şərik olması və həmin cəmiyyətin ona məxsus olmuş təsis payının 49 %- nin cavabdehin mülkiyyətinə verilməsi münasibətləri ilə bağlıdır. Buna baxmayaraq, şəxsi VÖEN –i olduğu üçün iddiaçı ona mülki qanunvericilikdə nəzərdə tutulmuş fiziki şəxsə qarşı kommersiya məhkəməsi qarşısında iddia qaldırıb. Bu hüququ olsa, fərdi sahibkar kimi ayrıca vergi orqanında qeydiyyatda olan sahibkar kimi onun iddiaçı ilə heç bir münasibəti olmayıb. Nəticədə isə bütün məhkəmə prosesi "xxxx" MMC-ilə bağlı yaranmış mübahisələr üzrə araşdırılmalar aparıldığına baxmayaraq, iddiaçının özü təsisçisi olduğu cəmiyyətə xərclədiyi və xərcləmədiyi pulların ödənilməsi öhdəliyi Mülki Məcəllənin 24-cü maddəsində anlayışı göstərilən fiziki şəxs kimi şəxsən onun üzərinə qoyulub. Hesab edir ki, bu qanunsuzdur. Qeydiyyata alınmış fərdi sahibkar kimi iddiaçı ilə onun heç bir biznes üzrə münasibəti olmayıb. Bu faktı iddiaçı tərəf təkzib etməyib, işə baxan məhkəmə də onun fərdi sahibkar kim araşdırılan mübahisə üzrə iddiaçı ilə münasibətinin olması haqqında qətnamədə heç bir söz yazmayıb. Cəmiyyətdə təsis payının 49% satılması isə sahibkarlıqla heç bir bağlılığı yoxdur və iddiaçı da payı satın aldığını etiraf edir. İddiaçı tələb etdiyi pulları təsis payının satışı ilə bağlı hər hansı bir narazılığının olması ilə əsaslandırmayıb. Belə olsa idi, onda da mübahisəyə ümumi məhkəmədə baxılmalı idi. İddiaçı bilavasitə özü də təsisçisi olduğu şirkətin direktoru kimi onunla ortaq biznes üzrə yaranmış mübahisəsi haqqında məhkəməyə müraciət edib. İddiaçının pul tələbi ona qarşı olduğunu və yalnız onun VÖEN –i olduğu üçün kommersiya məhkəməsinə müraciət etdiyini iddiaçı tərəfin özü bildirdiyinə baxmayaraq, məhkəmə aidiyyət qaydalarının ziddinə işə baxmaqda davam etmişdir. Təmsil etdiyi hüquqi şəxslə bağlı mübahisənin olduğu məhkəmədə müəyyən edildikdən sonra, etiraz ərizəsində və şifahi qaydada məhkəmə prosesinin hər mərhələsində bu haqqında bildirmişlər, lakin məhkəmə cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi və ya cəmiyyətin də məhkəməyə cəlb edilməsi haqqında heç bir tədbir görməmişdir. İddiaçının pretenziya məktubundan da görünür ki, pul tələbi "xxxx" MMC-dən tələb olunub. Cavabdeh kimi onun statusunun fərdi sahibkar kimi məhkəmə tərəfindən də qəbul olunduğunu gördükdən sonra iddia ərizəsində göstərilənlərə qarşı müdafiə üsulunu iddianın fərdi sahibkara qarşı qaldırıldığını nəzərə alaraq qurmuşdur. Hesab edir ki, yuxarıda göstərilənlər məhkəməyə aydın olduqdan sonra davam etdirildiyi bir halda, elə tək bu əsasa görə fərdi sahibkar kimi ona qarşı iddiaçının pul tələbi rədd olunmalı idi. Hesab edir ki, işin faktiki hallarını da məhkəmə düzgün araşdırmayıb. Belə ki, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində göstərib ki, “Belə ki, iş materiallarından və tərəflərin izahatlarından görünür ki, İddiaçı tərəfindən 375000 (üç yüz yetmiş beş min) manat pul vəsaiti 12 mart 2021-ci il tarixli təsis payının alqı-satqı müqaviləsi bağlanmamışdın əvvəl Cavabdeh verilmişdir”. Lakin “verilmişdir” sözü hansı adla, hansı sənədə əsasən, nəyə görə ona verildiyini və indi də hansı adla ondan geri tələb edildiyini heç cür aydın etmir. O, göstərmişdir ki, ondan tutulması qət olunmuş pul əldən-ələ ona və ya da onun üçün verilməyib, xərclənməyib və xərcləndiyi bir halda da birgə fəaliyyətləri zamanı olub. İddiaçının biznesə şərik olmasının məntiqi elə bundan ibarət olub ki, iddiaçının vəsaiti hesabına biznesi genişləndirək. Ona görə də iddiaçı pulları özü xərcləyirdi, cəmiyyətə faktiki rəhbərliyi də özü edirdi. O, direktor olduğuna baxmayaraq, ümumiyyətcə, şirkətin alıcıları ilə münasibətlərə cavabdeh idi. Bütün operativ idarəetmə iddiaçının özü tərəfindən aparılırdı. O, istehsalat yerinə heç gəlmirdi və buna məhkəmədə iddiaçının özü də istinad edirdi. İddia ərizəsində və bilavasitə məhkəmə iclasında iddiaçı bildirmişdir ki, 375000 manatın tərkibində bir necə fərqli əsaslarla tələb etdiyi fərqli məbləğlər var. Ümumi sözlə “pul vəsaiti verdim” dedikdən sonra, iddiaçı özü qeyd edir ki, “sonralar 279.000 manat pul vəsaiti verdim (verilən məbləğlərdən hətta bir hissəsini şəxsi adımdan şirkətə Paşa bank filialı vasitəsi ilə borc müqaviləsi əsasında yatırmışam). Ona verdiyim bu pulların bir hissəsinə o öz adından şirkətin hesabına yatırıb Türkiyədən köhnə avadanlıqlar aldı, digər hissəsinə şirkətin “Paşa Bank”a olan 90.000 manat borcuna, Kapital bankda olan faktorinq borclarına və bir çox fiziki şəxslərə olan borclarını ödədi...”. Bilavasitə məhkəmədə də iddiaçının özü iddia ərizəsində göstərdiyi hallarla tələblərini əsaslandırıb. Bundan başqa iddiaçı bildirmişdir ki, hər ay ona 10000 pul verirdi, yəni pul məsələlərini iddiaçının özü həll edirdi. Cəmi ona birlikdə işlədiyi dövrdə işindən əldə edilən vəsaitdən 80000 manat pul verilib. İddiaçı ona verilən bu pul həddində də pulu ondan özü üçün tələb edir və bu məbləğ də iddia tələbinə daxil olunub. Bundan başqa, onun etirazlarını nəzərə almadan, istehsalat ərazisində iddiaçının özü tikinti işləri aparırdı, istehsalatı genişləndirmək üçün iş görürdü. Bu məqsədlə də xərclənən pullar məhkəmənin onun üzərinə yönəltdiyi 305000 manata daxildir. Göründüyü kimi, 279000 manat və 90000 manat pul 369000 manat edir. İddia ərizəsində və məhkəmədə iddiaçı Bayramov tələb etdiyi pulları hissə-hissə olaraq 150000 ABŞ dolları və sonra yenə də 150000 ABŞ dolları, sonra isə “işi davam etdirmək üçün ona əlavə olaraq 100.000 (yüz min) ABŞ dolları...” və sonralar 279000 manatı və 90000 manatı xərclədiyini bildirmişdir. Yəni, iddiaçı ciddi sürətdə dollarla hesaba aldığı 400000 ABŞ dollarını və manatla hesaba aldığı pulları ayırır, bu manatla göstərdiyi pulların xərcləndiyi növbəliyini dəqiq bildirir. Bundan sonra, cəmiyyətdən ayrıldığı vaxtı göstərərək bildirir ki, “xx.xx.2021-ci il tarixdə razılaşdıq ki, mənim yatırdığım vəsaitlərə alınan avadanlıqlar (735.000 manat dəyərində) dəyərləndirilsin”. 735000 manat isə təxminən 432352 ABŞ dolları təşkil edir. Bu məbləğdə şirkətə məxsus avadanlıqlar artıq iddiaçının sahibliyindədir. Yəni 35000 manat fərq olan pulda iddiaçının manatla hesaba alıb mənə verdiyi haqqında dediyi məbləğə aiddir. Başqa pul məbləği haqqında iddia ərizəsində heç nə deyilmir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi ona qarşı qət edilmiş 305000 manatın guya onun təsis payının satılmasından əvvəl iddiaçıdan “...birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün...” aldığını qeyd etməklə bu məbləğin şirkətlə bağlı olmadığını əsaslandırmağa çalışmışdır. Halbuki, yuxarıda göstərildiyi kimi, iddiaçı heç özü də iş birliyi zamanı manatla hansı məqsədlərə dəqiq nə qədər xərclədiyini göstərə bilməmişdir, lakin dəqiq qeyd etmişdir ki, təsis payının iddiaçıya satılmasından sonra şirkətlə bağlı xərclənən pullardır. Bu şirkət isə əvvəlcədən ona məxsus olduğu üçün iddiaçı indi belə hesab edir ki, səhvə yol verib və geri çəkilərək özününkü hesab etdiyi pulları şəxsən ondan almalıdır. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının özü qeyd etdiyi kimi 735000 manata dəyərləndirilmiş avadanlıqlar iddiaçı Bayramovla şərikli mülkiyyətlərində olan cəmiyyətə məxsusdur və 2021-ci ilin sonundan bu günədək iddiaçı tərəfindən şəxsən özü üçün istifadə edilir və gəlir götürülür. Bundan başqa, iddiaçı cəmiyyətin təsisçisi olmağında davam edir, cəmiyyətin isə iddiaçıdan əvvəl də avadanlıqları, dövriyyəsi var idi. Yəni təsisçisi olmaq üçün və biznesinə şərik olmaq üçün xərclənmiş və xərcləndiyi adı ilə “vermişəm” sözü yetərli hesab olunaraq birinci instansiya məhkəməsi 305000 manatın iddiaçıya onun tərəfindən ödənilməli olmasını qət etmişdir, lakin nəzərə almamışdır ki, şirkətlə bağlı ona məxsus olmuş 100% təsis payının 49% iddiaçının mülkiyyətində qalmaqda davam edir. Ona görə də, hesab edir ki, onun şəxsən iddiaçıya heç bir borcu yoxdur. İddiaçı şirkətə və ona borc verməyib ki, indi də verdiyi qədər pulu geri tələb etsin. Biznes üzrə risklər isə iddiaçının özünün üzərində qalmalıdır. Ayrılmağın qanuni yolu yalnız qanun nəzərdə tutduğu qaydada təsisçilikdən çıxıb təsisçi kimi payına düşəni cəmiyyətdən tələb etməkdir. Bildirir ki, o, iddiaçı ilə əvvəldən razılaşdığı qiymətə 100% təsis payının 49% ni iddiaçıya satmışdır. Daha bir razılıq belə olmuşdur ki, satış puluna cəmiyyətin mülkiyyətinə avadanlıqlar, xammal alınacaqdır və bunlar alınmışdır. Yəni əslində o, təsis payının satışından əldə etdiyi pulu iddiaçının mülkiyyətində olan cəmiyyətin özünə xərcləmişdir. Cəmiyyətin əvvəldən özünün də avadanlıqları var idi. İddiaçı heç vaxt pulların adından cəmiyyətə borc kimi verilməsi haqqında deməmişdir. O, iddiaçını bir sıra iri şirkətlərlə işləyən gəliri olan, balansında avadanlıqlar olan şirkətin təsisçiliyinə hüquqi cəhətdən şərik etmişdir. Bundan başqa, təsis payının 49 % nin satışı üçün verilən pula o, təsisçi kimi özünün adına yox, şirkətin mülkiyyətinə avadanlıqlar, xammal almışdır. İddiaçının özü etiraf etmişdir ki, iddiaçının gəlişindən sonra alınan bu vəsaitlər 735000 manat olub. İddia ərizəsində qeyd olunub ki, “xx.xx.2021-ci il tarixdə razılaşdıq ki, mənim yatırdığım vəsaitlərə alınan avadanlıqlar (735.000 manat dəyərində) dəyərləndirilsin və mənə geri qaytarılması üçün mənim adıma sənədləşdirilsin, alqı-satqı edilsin”. Birinci instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı ona məxsus olan təsis payına şərik olmamışdır. Onun iştirakçı kimi təsis payı ayrıca olaraq 49% təşkil edir və cəmiyyətin direktoru o, olduğuna baxmayaraq, onun özü şirkəti idarə edirdi və öz şirkəti üçün xərclənən pulların digər təsisçinin hesabına qaytarılmalı olması qanunsuzdur. İddia ərizəsində iddiaçı bildirir ki, “Mən Cavabdeh tanımadan və onun fəaliyyətində olan şirkətin Audit hesabat analizıni etmədən onun təklifi ilə razılaşdım”. Yəni, iddiaçı bildirir ki, guya səhv edib, onun iddiaçını aldatdığını və ya iddiaçıdan pul borc aldığını deməmişdir. İddiaçı şirkətin müəyyən borclarının olduğunu əvvəldən bilirdi və bilmədiyi təqdirdə də bu risklər iddiaçının özünün üzərindədir. Əksinə olaraq, iddiaçı qeyd edib ki, “Mən 8 ay sürən birgə fəaliyyətimiz zamanı Bəhramin biznesdən anlayışı olmadığını,.. görərək onunla aralanmağıma qərar verdim...”. Yəni, onunla ortaq bizneslə məşğul olmaq istəmədiyi üçün iddiaçı bu biznesin hər bir incəliyini öyrənəndən sonra ayrıca işləmək qərarına gəlmişdir və hal-hazırda da bu biznes üzrə fəaliyyətini uğurla davam edir. Qətnamədə göstərilib ki o, iddiaçı ilə 370000 manata dair iddiaçı ilə borc müqaviləsi bağlamaq istədiyini etiraf etmişdir. Əvvəla, borc müqaviləsi bağlamaq istəyi hələ belə müqavilənin bağlanması deyil. Digər tərəfdən, 370000 manatla bağlı səs yazısında o, iddiaçı ilə şirkətin fəaliyyəti ilə bağlı xərclənmiş pullar haqqında şirkətin direktoru kimi danışmışdır. Yəni, şirkət həm də iddiaçının mülkiyyətindədir və digər eyni hüquqlu iştirakçı olaraq, o, şirkətin özünə aid pulu öz şəxsi hesabına ödəməli deyil. Hüquqi əsaslara gəldikdə isə, iddiaçı tələbini dəymiş zərərlə, dələduzluqla, mülkünün tələb edilməsi haqqında maddi hüquq normaları ilə əsaslandırmışdır. Lakin, zərərin nədən ibarət olduğu sübut olunmamışdır. Əksinə olaraq, cəmiyyət 2021-ci il üzrə fəaliyyətini genişləndirmişdir. Yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edildiyi hissəsində ədalətsiz qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə1 iddiaçının verdiyi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 cavabdehin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, “satıcı” Cavabdeh və “alıcı” İddiaçı arasında 12 mart 2021-ci il tarixli təsis payının alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə notariat qaydasında təsdiq edilmiş, həmin müqaviləyə əsasən satıcı təsis payının 49%-ni 4 manat 90 qəpiyə alıcıya satmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, “satıcı” Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində olan Nizamnamə kapitalının məbləği 10 (on) manat olan 100 faiz paydan 49 faizini “alıcı” İddiaçı mülkiyyətinə verir. Həmin müqavilənin 4-cü bəndinə əsasən, satıcı alqı-satqı müqaviləsi təsdiq edildiyi gün müəssisədəki payını (hissəsini) alıcının mülkiyyətinə verir. İş materiallarında olan 07 oktyabr 2024-cü il tarixli 3-13-6/2-9092/24 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Sumqayıt Kommersiya Məhkəməsinə ünvanladığı məktuba əsasən, İddiaçı 375.000 manat pulunun Cavabdeh tərəfindən ələ keçirilməsi ilə bağlı müraciəti üzrə əvvəllər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, o, "xxxx" MMC-yə 400.000 ABŞ dolları və 279.000 manat investisiya qoyaraq həmin şirkətin təsisçisi Cavabdeh şərik olmuş, sonrakı müddətdə aralarında əldə edilən qazancın bölünməsi ilə bağlı narazılıq yarandığından İddiaçı şirkətə investisiya qoyduğu pulları geri tələb edən zaman Cavabdeh pulun bir hissəsini avadanlıq və xammal şəklində qaytarsa da, 375.000 manat borclu qaldığından İddiaçı onun barəsində şikayət etmişdir. Araşdırma zamanı Cavabdeh tərəfindən İddiaçı 70.000 manat pulun ödənilməsi təmin edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş və İddiaçı ilə Cavabdeh arasında danışıqları özündə əks etdirən səs yazılarında iddiaçı aşağıdakıları bildirir: “... Borc müqaviləsi 375000-ə bağlanılır, indiki formada avadanlığa alqı-satqı eliyirik...” . Cavabdeh isə bununla əlaqədar aşağıdakıları bildirir: “... Hə, Ramil, eliyək də, elə eləyək, elə eləyək, avadanlığı alqı-satqı eləyək, indiki formada da, 370.000-nən borc müqaviləsi bağlayaq..”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Plenum Qərarına əsasən şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, İddiaçı tərəfindən 375000 (üç yüz yetmiş beş min) manat pul vəsaiti tərəflərin gələcəkdə birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün 12 mart 2021-ci il tarixli təsis payının alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl Cavabdeh verilmişdir. İşin halları ilə həmçinin müəyyən olunur ki, Cavabdeh tərəfindən həmin borc məbləğindən 70.000 (yetmiş min) manat ödənilmiş, qalan 305000 (üç yüz beş min) manat məbləğində pul vəsaiti İddiaçı ödənilməmişdir. Həmçinin, iş materiallarında olan gömrük bəyannamələrindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müxtəlif mallar alınmışdır. Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən olunmuşdur ki, 1 ədəd Qatlama DEMAK-2014, 1 ədəd Qızılı Helderberg, 1 ədəd Kəsim Heidelberg 27786 56x82, 1 ədəd Titan İX Pedal Qutu kəsim 80x110, 1 ədəd Sıvama, 1 ədəd Laminasiya avadanlığı 1010 Somtaş Avto, 1 ədəd X3 Kod: 84411000, 1 ədəd Laminasiya xammal 14 ton, 1 ədəd C41R92-80 markalı, mühərrik nömrəsi 76778584, BAN nömrəsi A21R22L0136343, şassi nömrəsi X96C41R92L2818585, ağ rəngli, **-JY-*** dövlət nömrə nişanlı qazel "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balanasına götürülmüşdür. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə həmçinin qeyd etmişdir ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnamə kapitalının 49 faizinə malikdir. İndiki halda iddiaçı Nizamnamə kapitalının 49 faiz paya malik olaraq, bunu Nizamnamə kapitalının 51 faiz paya malik olan Cavabdeh tələb etmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin 2.5-ci bəndinə əsasən, ümumi Yığıncağın qərarı əsasında vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada bölüşdürülür. İddia tələbinin “408088,39 manatın 49% hissəsinin iddiaçıya ödənilməsi” hissəsi tərəflər arasında olan şəxsi qazancların bölünməsi ilə bağlı deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xalis mənfəətinin iştirakçılar arasında olan nizamnamə kapitalındakı paylarına mütənasib qaydada bölüşdürülməsindən ibarət olduğundan və iddiaçı hazırda həmin Məhdud Məsuliyyətli Cəmiyyətin Nizamnamə kapitalının 49 faizinə malik olaraq bunu Nizamnamə kapitalının 51 faizinə malik olan Cavabdeh tələb etməsi əsassızdır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə həmçinin qeyd etmişdir ki, məhkəmə, iddiaçı tərəfindən tələb olunan “şirkətin qazancının yəni, 408088,39 manatın 49% hissəsinin iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, həmin pul tələbi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xalis mənfəətinin iştirakçılar arasında olan nizamnamə kapitalındakı paylarına mütənasib qaydada bölüşdürülməsi yolu ilə həyata keçirilməlidir. İddiaçı tərəfindən 1.308.963,31 (bir milyon üç yüz səkkiz min doqquz yüz altmış üç manat otuz bir qəpik) manat pul vəsaitinin tərkib hissəsi kimi qiymətləndirilən avadanlıqlar (dəzgahları), xammal və avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olduğundan onların 1.308.963,31 (bir milyon üç yüz səkkiz min doqquz yüz altmış üç manat otuz bir qəpik) manat pul vəsaitinin tərkib hissəsi kimi qiymətləndirilərək Cavabdeh alınması əsassızdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə mahiyyət etibarı ilə razılaşır və tərəflərin apellyasiya şikayətlərinə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmadığını, iddianın təmin olunmayan hssəsində də təmin edilərək ona ümumilikdə 1.109.000 manat, yəni qət edilmiş məbləğdən əlavə təmin edilməyən 735.000 manatın da verilməli olmasını mübahisələndirmişdir. Bununla əlaqədar kollegiya qeyd edir ki, işin hallarına əsasən müəyyən edilir ki, cavabdehdən tələb olunan ümumi pul vəsaitinin 70.000 manat hissəsi cavabdeh trəfindən iddiaçıya qaytarılmışdır. Belə ki, bu iş materiallarında olan 07 oktyabr 2024-cü il tarixli 3-13-6/2-9092/24 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Sumqayıt Kommersiya Məhkəməsinə ünvanladığı məktubla və həmçinin işin araşdırılan hallarına əsasən öz təsdiqini tapmışdır. Həmin məktubda da qeyd edilmişdir ki, cavabdeh 375.000 manat borclu qaldığından İddiaçı onun barəsində şikayət etmişdir. Araşdırma zamanı Cavabdeh tərəfindən İddiaçı 70.000 manat pulun ödənilməsi təmin edilmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş diskdə əks olunan tərəflərin səs yazıları ilə də müəyyən edilmişdir ki, iddiaçı tərəfindən hüquqi şəxs üçün avadanlıqlar alındığı və həmin avadanlıqların alqı-satqı edilərək iddiaçıya verilməsi, həmçinin qalan 375.000 manatın borc müqaviləsi kimi bağlanması ilə razılaşmaları öz təsdiqini tapır. Həmçinin məhkəmə kollegiyasının iclasında da cavabdehin nümayəndəsi iddiaçının vəsaiti hesabına alınmış avadanlıqların faktiki olaraq iddiaçıya qaytarıldığını təsdiq etmiş, bununla əlaqədar heç bir mübahisənin olmadığını bildirmişdir (xx.xx.2025-ci il tarixli məhkəmə kollegiyasının iclası, audio-video yazı, 7.52 və 11.13-cü dəqiqələr). Qeyd edilənlərə əsasən həmin avadanlıqlar faktiki olaraq tərəflərin qarşılıqlı razılığı əsasında iddiaçıya qaytarıldığı təsdiq edildiyindən iddiaçının həmin avadanlıqlara ödənilmiş pul məbləğini tələb etmək hüququ da yoxdur. Lakin bununla əlaqədar birinci instansiya məhkəməsi iddianın həmin hissədə rədd edilməli olmasını düzgün əsaslandırmasa da, həmin avadanlıqların "xxxx" MMC-nin hazırda balansında olduğunu düzgün olaraq qeyd etmişdir. Bununla əlaqədar həmin tələbə Mülki Məcəllənin aşağıda qeyd olunan hüquqi şəxsə aid maddi hüquq normalarının tələbləri baxımından qiymət verilməlidir. Cavabdeh apellyasiya şikayətinin dəlilləri kimi isə borc məbləğinin ondan deyil, hüquqi şəxsdən tutulmalı olmasını mübahisələndirmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası ilk növbədə hüquqi şəxs anlayışına münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Göründüyü kimi hüquqi şəxsin müstəqil balansı olduğundan hüquqi şəxsin nizamnamə kapitalının artırılması üçün borc verilmiş olsaydı, iddiaçı tərəfindən verilmiş 305.000 manat da onun balansına daxil edilməli idi. Belə ki, Mülki Məcəllənin 90-cı maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. Maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə nizamnamə kapitalının minimum miqdarı, onun formalaşdırılması qaydası sahəvi qanunların tələbləri nəzərə alınmaqla müəyyən edilir və məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Belə qərar yalnız cəmiyyətin ötən il üçün maliyyə hesabatlarının göstəriciləri əsasında qəbul edilə bilər. Nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılan miqdarı cəmiyyətin xalis aktivlərinin dəyəri, nizamnamə kapitalının miqdarı və cəmiyyətin ehtiyat fondu arasındakı fərqi keçməməlidir. Cəmiyyətin nizamnamə kapitalı bu maddədə müəyyən edilmiş qaydada artırıldıqda iştirakçıların mayalarının məbləği dəyişmədən bütün iştirakçıların mayalarının nominal dəyəri proporsional surətdə artır. Buna görə hüquqi şəxsin müstəqil balansı olduğundan onun nizmanamə kapitalının artırılması da ümumi yığıncağın qərarına əsasən olmalı idi.Lakin iş materiallarına əsasən bu öz təsdiqini tapmır.Həmçinin cavabdeh də bununla əlaqədar hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.Buna görə də iddiaçı həmin pulu borc şəklində əlbəəl cavabdehə verdiyindən həmin pulu da hüquqi şəxsdən deyil, cavabdehdən tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 90.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. Maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə nizamnamə kapitalının minimum miqdarı, onun formalaşdırılması qaydası sahəvi qanunların tələbləri nəzərə alınmaqla müəyyən edilir. 90.5-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Belə qərar yalnız cəmiyyətin ötən il üçün maliyyə hesabatlarının göstəriciləri əsasında qəbul edilə bilər. Nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılan miqdarı cəmiyyətin xalis aktivlərinin dəyəri, nizamnamə kapitalının miqdarı və cəmiyyətin ehtiyat fondu arasındakı fərqi keçməməlidir. Cəmiyyətin nizamnamə kapitalı bu maddədə müəyyən edilmiş qaydada artırıldıqda iştirakçıların mayalarının məbləği dəyişmədən bütün iştirakçıların mayalarının nominal dəyəri proporsional surətdə artır. 90.6-cı maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iştirakçıların əlavə payları hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Bu qərarla əlavə payların ümumi dəyəri, həmçinin iştirakçının əlavə payının dəyəri və onun payının nominal dəyərinin artırıldığı məbləğ arasındakı nisbət müəyyən edilməlidir. Həmin nisbət iştirakçının payının nominal dəyərinin onun əlavə payına bərabər və ya ondan az məbləğdə arta biləcəyi nəzərə alınmaqla müəyyən edilir. Hər bir iştirakçı əlavə payların ümumi dəyərindən artıq olmayan, həmin iştirakçının nizamnamə kapitalında olan mayasının məbləğinə proporsional olaraq əlavə pay qoymaq hüququna malikdir. İştirakçılar tərəfindən əlavə paylar, bu barədə ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya ümumi yığıncağın qərarında müəyyən edilmiş müddətdə qoyulmalıdır. Əlavə pay qoymaq üçün müəyyən edilmiş müddətin ötürülməsi nizamnamə kapitalının qeyd edilən üsulla artırılmasının baş tutmamasına səbəb olur. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş 375000 manat pul vəsaitinin, eləcə də, iddiaçının vəsaiti hesabına alınmış avadanlıqların "xxxx" MMC-nin balansının və ya nizamnamə kapitalının artırılmasına qoyulmasına dair həmin hüquqi şəxsin hər hansı ümumi yığıncağının qərarı olmadığından, həmçinin tərəflərin qarşılıqlı razılığı əsasında iddiaçının vəsaiti hesabına alınmış avadanlıqlar faktiki olaraq iddiaçıya qaytarıldığından (bunu məhkəmə kollegiyasının iclasında iddiaçı və cavabdehin nümayəndəsi də təsdiq etmişlər, (xx.xx.2025-ci il tarixli məhkəmə kollegiyasının iclası, audio-video yazı, 7.52 və 11.13-cü dəqiqələr) birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 305.000 manat borcun tutulmasına dair mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, e-2-2(119)- 1285/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar