Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-36/2021 28.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər X5 və X1 ibarət tərkibdə, X8 oğlunun katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-109/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək ******* nömrəli akt və tələbnamə əsasında hesablanmış 6264 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Siyəzən rayon Beşdam kəndində xx xxx 2012-ci ildən mülkiyyətində olan 0,15 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasında quşçuluq fəaliyyəti ilə məşğul olur. xx xxxxxx 2019-cu ildə Siyəzən rayon Qaz İdarəsinin əməkdaşları quşçuluq sexinə qaz sayğaclarını yoxlama məqsədi ilə daxil olsalar da, bununla bağlı iddiaçıya hər-hansı bir rəsmi sənəd təqdim etməmişlər. İddiaçı qazın istehlakı ilə bağlı hər-hansı bir nöqsanı olmadığından və sayğac əsasında istehlak olunmuş qazın dəyərini vaxtında ödədiyindən həmin şəxsləri istehsal sahəsinə buraxmışdır. Həmin dövrdə quşçuluq sexində quş olmamışdı. Sayğaclar açılıb yoxlanılaraq, ******* nömrəli akt tərtib olunmuşdur. Həmin aktdan görünür ki, sayğacda hər hansı bir qüsur yoxdur. Lakin, itirilmiş qazın bərpası barədə xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, quşçuluq sexinə quraşdırılmış G-6 markalı 28195184 nömrəli qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda, istismar edilən işlədicilərin ümumi saatlıq qaz sərfi 24,5 m3/saat olduğu aşkar edilmişdir. Mövcud sayğac qaz işlədicilərinin ümumi maksimal saatlıq sərfiyyatına uyğun deyil. Tələbnamədə qeyd olunur ki, bərpa olunmalı qazın miqdarı 31320 m3-dir. Bununla da cavabdeh hesab etmişdir ki, iddiaçı 6264 manat məbləğində ziyan vurmuşdur. Akt və tələbnamə tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazsan istifadə qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələbi əsas götürülmüşdür. Qeyd edilməlidir ki, yalnız iddiaçının təqsiri cavabdeh tərəfindən sübut olunduqda yuxarıda göstərilən halda uyğun ziyan ödənilməlidir. Cavabdeh nümayəndələri qeyd edirlər ki, G-6 markalı sayğacların maksimal buraxılış həddi ilə müəssisədə yerləşən qaz avadanlıqlarının maksimum istehlakları arasında fərq yaranıb. Cavabdehin fikirlərində məntiq yoxdur. Əvvəla, maksimum həddə qaz sayğacı və qaz avadanlıqları işlədildikdə sayğacdan keçən qaz hansı avadanlığa çatmasa, həmin avadanlıq fəaliyyətsiz qalacaq. Bu halda da iddiaçı yalnız sayğacdan keçən qazın dəyərini cavabdehə ödəməlidir. Lakin, qeyd etmək lazımdır ki, quşçuluq sexində quşlar kiçik olduqda 18 dərəcə, böyüdükcə 16-17 dərəcədə istilik lazım olur. Bu istiliyin alınması üçün qaz avadanlıqlarının maksimum həddə işləməsinə ehtiyac yoxdur. Bu baxımdan da cavabdeh təşkilatın gətirdiyi arqumentlər əsassızdır. Quşçuluq fəaliyyəti ilə məşğul olan şəxslər 40 gün saxladıqları quşların xərclərini dəqiq müəyyən edirlər. Tərtib olunmuş smetadan hər hansı kənara çıxma, nəticə etibarı ilə gələcəkdə mənfəətin azalması və ya tam itməsi deməkdir. Bu hala da yol vermək olmaz. Əks halda iddiaçının fəaliyyətinin mənası olmayacaq. Faktiki olaraq cavabdeh təşkilatın nümayəndələri qanunsuz hərəkətlərə yol verərək, iddiaçıya istifadə etmədiyi qaza görə hesab təqdim etmişlər. Cavabdehin hesabladığı borc əsassızdır və məhkəmə tərəfindən silinməlidir. Sonda iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-109/2020 saylı xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşən quşçuluq sexinə (abonent kodu: **********00000) hesablanmış 3132 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Z.Sadiqov) Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, tərəflərindən təqdim olunmuş sübutlar məhkəmə tərəfindən qiymətləndirilməmişdir. “Cavabdeh“ X3 RQİİ-nin Siyəzən xidmət Sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan İddiaçı Siyəzən rayonunun Beşdam kəndində yerləşən quşçuluq sexində quşçuluq məhsulları istehsal etmək üçün müqavilə əsasında təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə “Cavabdeh“ İstehsalat Birliyinin işçiləri tərəfindən həmin quşçuluq sexində təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman cavabdehin istifadəsində olan quşçuluq sexində quraşdırılmış G-6 markalı, 28195184 №-li qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda həmin sexdə istismar edilən qaz işlədici cihazların ümumi saatlıq qaz sərfinin 24,5 m3/saat olduğu müəyyən edilmişdir. Yəni həmin qaz sayğacı hər saatda sayğacdan keçən 14,5 m3 qaz sərfini qeydə almamışdır. Bu barədə xx.xx.2019-cu il tarixli ******* nömrəli “təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 31320 m3 və ya 6264 manat hesablanmışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 2.2.7.4 bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququna malikdir. “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilənin 2.3.3-cü bəndinə əsasən istehlakçı qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməkdir. İddiaçı quşçuluq sexində qaz xəttinin üstündə quraşdırılmış qaz sayğaclarına layihə sənədlərində nəzərdə tutulan qaz işlədici cihazlardan artıq qaz işlədici cihazları qoşaraq istismar etməklə qazdan istifadə qaydalarını təqsirli hərəkətləri ilə qəsdən pozmuşdur. Həmin Qərarın 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş üzrə tərəflərin izahatını, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdən göründüyü kimi, İddiaçı Cavabdehnə qarşı ******* nömrəli akt və tələbnamə əsasında hesablanmış 6264 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Yuxarıda təsvir olunanlar nəzərə alınmaqla, məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı xx xxxxxx 2019-cu il tarixli ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktda qeyd olunan nöqsana görə sənaye qaz qurğularından istifadə üçün nəzərdə tutulan G-6 tipli sayğacın istifadə olunan təbii qazın sərfiyyatını düzgün hesablamaması mötəbər sübutlar əsasında müəyyən olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə görə bu halı sübut etmək vəzifəsi Cavabdeh üzərinə düşür. Buna görə də, həmin Akt əsasında 90 günlük əlavə qaz sərfiyyatının müəyyən edilməsi və buna müvafiq olaraq birdəfəlik 3132 (üç min yüz otuz iki) manat məbləğində borcun hesablanması mötəbər sübutlarla təsdiq olunmur. Beləliklə də, məhkəmə araşdırması zamanı xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşən quşçuluq sexinə (abonent kodu: **********00000) itirilmiş qaz sərfiyyatına görə borcun hesablanmasının əsaslılığı təsdiq edilməmişdir. Lakin, iddiaçı iddia tələbində həmin Akt əsasında itirilmiş qaz sərfiyyatına görə 180 günlük müddətə hesablanmış 6264 manat məbləğində borcun silinməsini xahiş etmiş olsa da, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən həmin Akt üzrə aparılan hesabatın müddəti dəyişdirilərək, 90 günlük müddət üzrə itirilmiş qaz sərfiyyatına görə iddiaçıya 3132 manat məbləğində borc hesablanmışdır. Yəni, məlum Akt əsasında cavabdeh tərəfindən hesablanmış yekun borcun məbləği 3132 manat olduğu halda, iddiaçı tərəf xx xxxxxx 2020-ci il tarixli iddia ərizəsində iddia tələbi olaraq “6264 manat məbləğində borcun silinməsini” xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktdan görünür ki, xx xxxxxx 2019-cu ildə saat 11:40-da istehlakçı İddiaçı məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşən quşçuluq sexində (abonent kodu: **********00000) təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılan zaman bir ədəd “İran hava isitmə aparatı” və səkkiz ədəd “farsunka QSQ” əlavə cihazlar aşkar edilmiş və “istifadə olunan qaz cihazların saatlıq sərfiyyatı 28,5 m3, sərfiyyatı 18,5 m3 keçir” qeydi aparılmışdır (həmin Akt istehlakçı və yaxud onun nümayəndəsi tərəfindən imzalanmayaraq, “imtina etdi” qeydi aparılmışdır). İş materiallarında olan Cavabdeh İtirilmiş təbii qazın dəyərinin hesablanması Komissiyası tərəfindən tərtib və təsdiq edilmiş “Dəymiş ziyanın bərpasına dair” xx xxxxxx 2019-cu il tarixli Hesabatdan görünür ki, xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli aktda göstərilən “G-6 markalı 28195184 nömrəli qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda, istismar edilən işlədicilərinin ümumi saatlıq qaz sərfi 24,5 m3/saat olduğu aşkar edilmişdir. “Mövcud sayğac qaz işlədicilərinin ümumi maksimal saatlıq sərfiyyatına uyğun deyil” qüsuruna görə qaz işlədicilərinin saatlıq qaz sərfi 24,5 m3/saat, mövcud sayğacın maksimal ölçmə həddi 10 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə - itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın cəmi miqdarı 31320 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş xx xxxx 2019-cu ildə çap edilmiş Abonentin Saldosu (abonent kodu **********00000) ilə müəyyən olunur ki, xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli Akta əsasən istehlakçı İddiaçı məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşən quşçuluq sexinin hesabına 2019-cu ilin fevral ayında birdəfəlik 6264 manat məbləğində borc hesablanmışdır. Lakin, həmin istehlakçıya aid xx xxxx 2020-ci ildə çap edilmiş Abonentin Saldosu ilə müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşən quşçuluq sexinin hesabına xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli Akta əsasən 2019-cu ilin fevral ayında 6264 manat məbləğində hesablanmış birdəfəlik borcun yarısı silinmiş və həmin Akt üzrə ona 3132 (üç min yüz otuz iki) manat məbləğində borc hesablanmışdır. Eyni zamanda, həmin Abonent Saldolarında olan məlumatlarla müəyyən olunur ki, 2018-2019-cu illərdə “istehlakçı” tərəfindən istifadə edilən qazın hesabatı aparılaraq, aylar üzrə müəyyən məbləğlərdə ödənişlər aparılmışdır. Yəni, qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər aparılmışdır. Məhkəmə tədqiqatı və iş materialları ilə müəyyən olundu ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus Siyəzən rayonu Beşdam kəndində yerləşən quşçuluq sexində yoxlama keçirilən zaman təbii qazla təmin olunması ilə əlaqədar quraşdırılmış G-6 markalı qaz sayğacında “istifadə olunan qaz cihazlarının saatlıq sərfiyyatı “28,5 m3, sərfiyyatı 18,5 m3 keçir” nöqsanına görə xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında itirilmiş qazın miqdarı müqavilədə nəzərdə tutulmayan əlavə qaz qurğularından istifadə olunduğu üçün “31320 m3” həcmində müəyyən edilərək, birdəfəlik 6264 manat məbləğində borc hesablanmışdır. İddiaçı isə Cavabdeh hesablamış olduğu həmin borc məbləği ilə razılaşmamışdır. Sonradan 6264 manat məbləğində hesablanmış birdəfəlik borcun yarısı cavabdeh tərəfindən silinmiş və həmin Akt üzrə iddiaçıya 3132 manat məbləğində borc hesablanmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlarla yanaşı qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, iddiaçıya məxsus qeyriyaşayış sahəsində hesablanmış təbii qazın istifadə qaydalarına riayət olunubolunmamasının müəyyən edilməsi cavabdeh tərəfindən obyektdə qanunvericiliyin tələblərinə əməl edilmədən yoxlama aparılmaqla həyata keçirilmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx xxxx 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2 və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş aktdan görünür ki, Cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın hüquqi nəticəsi olaraq hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh apelyasiya şikayətində qeyd edilən dəlillərlə bağlı istinad etdiyi hallarına dair sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh apelyasiya şikayətində göstərdiyi dəlilləri sübut edə bilmədiyindən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaya bilər. Həmin məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-109/2020 saylı xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2-2(105)-36/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-36/2021
28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver