Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-37/2021 28.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər X7 və X1 ibarət tərkibdə, X11 oğlunun katibliyi, iddiaçının nümayəndəsi-vəkili X5 və cavabdehin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-29/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən iddiaçı Quba şəhərinin C.Cabbarlı küçəsində yerləşən İddiaçı nəzdində olan “Hamam” qeyri-yaşayış sahəsinə xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli akt əsasında əsassız olaraq hesablanmış 3499,20 (üç min dörd yüz doxsan doqquz manat 20 qəpik) manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməsi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur və hal-hazırda Quba şəhərinin C.Cabbarlı küçəsində yerləşən “Hamam” qeyri-yaşayış sahəsi İddiaçı nəzdində fəaliyyət göstərir. 2015-ci ildə cavabdeh təşkilatla razılaşdırılmış formada həmin obyektin qazlaşdırılmasına dair qaz alqı-satqısı barədə müqavilə bağlanmış və həmin müqavilə imzalanarkən cavabdeh təşkilatın nümayəndələri obyektə baxış keçirərək, işlədicilərin sayı və vəziyyəti nəzərə alınmaqla müqavilə imzalanmışdır. Sayğac “Elster” tipli G-6 markalıdır və bu vaxta kimi kommunal xidmətlərlə bağlı ödəmələrdə heç bir problem olmamışdır. Cavabdeh İB-nin nümayəndələri tərəfindən xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli akt tərtib etmişlər. Belə ki, guya baxış keçirilən zaman obyektin içərisində istifadə olunan qaz cihazlarının saatlıq qaz sərfi obyektdə mövcud olan işlədicilərin qaz sərfiyyatına uyğun olmamışdır. Həmin akt əsasında ona 3499,20 manat məbləğində cərimə hesablanmışdır. Həmin cərimənin heç bir hüququ əsası yoxdur. Sayğacda problem olmamış və obyektdə əlavə qaz xətti aşkar edilməmişdir. Haqqını ödədiyi qazdan da səmərəli istifadə edir. Bu faktı bu illər ərzində ödədiyi məbləğlər də təsdiq edir. Bu aktın heç bir hüquqi əsası yoxdur və həmin aktın yazılması iddiaçının sahibkarlıq fəaliyyətimə müdaxilə etməkdən başqa bir şey deyil. Akta imza etməmiş və yoxlama onun iştirakı olmadan aparılaraq aktlaşdırılmışdır. İştirakı olmadan qanunun tələblərini pozmaqla keçirilən yoxlama nəticəsində hesablanmış cərimənin silinməsi və mübahisənin barışıq yolu ilə həll edilməsi üçün cavabdeh tərəfə müraciət edilsə də, heç bir nəticəsi olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Belə olan halda, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli və cavabdeh tərəfindən iddiaçıya hesablanmış 3499,20 manat məbləğində cərimə borcu silinməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-29/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim Z.Sadiqov) Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, tərəflərindən təqdim olunmuş sübutlar məhkəmə tərəfindən qiymətləndirilməmişdir. “Cavabdeh“ X4 RQİİ-nin Quba xidmət Sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan İddiaçı kiçik müəssisəsi Quba şəhərinin C.Cabbarlı küçəsində yerləşən hamamdan əhaliyə xidmət göstərmək üçün müqavilə əsasında təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə “Cavabdeh“ İstehsalat Birliyinin işçiləri tərəfindən həmin İddiaçındə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman cavabdehin istifadəsində olan hamamda quraşdırılmış G-6 markalı, 28260570 №-li qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda həmin sexdə istismar edilən qaz işlədici cihazların ümumi saatlıq qaz sərfinin 18,1 m3/saat olduğu müəyyən edilmişdir. Yəni həmin qaz sayğacı hər saatda sayğacdan keçən 8,1 m3 qaz sərfini qeydə almamışdır. Bu barədə xx.xx.2019-cu il tarixli ******* nömrəli “təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 17496 m3 və ya 3499,20 manat hesablanmışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 2.2.7.4 bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilənin 2.3.3-cü bəndinə əsasən istehlakçı qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməlidir. Qanuni nümayəndə hamamda qaz xəttinin üstündə quraşdırılmış qaz sayğaclarına layihə sənədlərində nəzərdə tutulan qaz işlədici cihazlardan artıq qaz. işlədici cihazları qoşaraq istismar etməklə qazdan istifadə qaydalarını təqsirli hərəkətləri ilə qəsdən pozmuşdur. Həmin Qərarın 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili X9 oğlu apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş üzrə tərəflərin izahatını, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdən göründüyü kimi, İddiaçı Quba şəhərinin C.Cabbarlı küçəsində yerləşən İddiaçı nəzdində olan “Hamam” qeyri-yaşayış sahəsinə xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli akt əsasında əsassız olaraq hesablanmış 3499,20 manat məbləğində cərimə borcunun silinməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən hesab etmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasinin Qanununun 3-cü maddəsinin 5-ci bəndinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Yuxarıda təsvir olunanlar nəzərə alınmaqla, məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı xx xxxxxx 2019-cu il tarixli 0178121 nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktda qeyd olunan nöqsanın olması və həmin nöqsana görə sənaye qaz qurğularından istifadə üçün nəzərdə tutulan G-6 tipli sayğacın istifadə olunan təbii qazın sərfiyyatını düzgün hesablamaması mötəbər sübutlar əsasında müəyyən olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə görə bu halları sübut etmək vəzifəsi Cavabdeh üzərinə düşür. Eyni zamanda, məhkəmə qeyd etməyi lazım bilmişdir ki, cavabdeh tərəf hazırkı iddia tələbinə etirazını “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə” Aktı ilə əsaslandırmış olsa da, müvafiq maliyyə sənədi kimi tərtib edilmiş həmin Aktın İddiaçı müvafiq səlahiyyətli şəxsi (direktoru, mühasibi və s.) tərəfindən imzalanması və təsdiq olunması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə” aktından görünür ki, İddiaçı xx xxxx 2019-cu il tarixinə qalıq borcu 5531,90 manat təşkil edir. Həmin Akt Q.Musabəyov tərəfindən imzalanaraq, İddiaçı möhürü ilə möhürlənmişdir. İş materiallarında olan, İddiaçı direktoru X3 tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş “Mülahizə”də İddiaçı ştat cədvəlinin yalnız direktordan ibarət olduğu qeyd edilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçınə 3499,20 manat məbləğində borcun hesablanmasının əsaslılığı müəyyən olnmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli Aktdan görünür ki, xx xxxxxx 2019-cu ildə saat 1730-da istehlakçı İddiaçı nəzdində olan Quba şəhərinin C.Cabbarlı küçəsində yerləşən “Hamam”qeyri-yaşayış sahəsində (abonent kodu: **********00000) təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılan zaman həmin hamamda layihədə nəzərdə tutulmayan 1 ədəd dəmir peç, 1 ədəd PQ-2, 1 ədəd PQ-3 və 1 ədəd 40 kv-lik kombi aşkar edilmiş və həmin Aktda “istifadə olunan qaz cihazların saatlıq sərfiyyatı 18,6 m3, sərfiyyatı 8,6 m3 keçir” qeydi aparılmışdır. İş materiallarında olan Cavabdeh İtirilmiş təbii qazın dəyərinin hesablanması Komissiyası tərəfindən tərtib və təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli aktda göstərilən “G-6 markalı qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda, istismar edilən işlədicilərinin ümumi saatlıq qaz sərfi 18,1 m3/saat olduğu aşkar edilmişdir. Mövcud sayğac qaz işlədicilərinin ümumi maksimal saatlıq sərfiyyatına uyğun deyil” qüsuruna görə qaz işlədicilərinin saatlıq qaz sərfi 18,1 m3/saat, mövcud sayğacın maksimal ölçmə həddi 10 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə - itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın cəmi miqdarı 17496 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli Aktdan görünür ki, İddiaçınə aid G6 markalı sayğacın giriş və çıxışında nöqsan aşkar edilməmişdir və faktiki sərfiyyat 18,6 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş və xx xxxx 2020-ci ildə çap edilmiş Abonentin Saldosu (abonent kodu **********00000) ilə müəyyən olunur ki, xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli Akta əsasən istehlakçı İddiaçı hesabına 2019-cu ilin yanvar ayında 3499,20 manat məbləğində borc hesablanmışdır. Eyni zamanda, həmin Abonent Saldosunda olan məlumatlarla müəyyən olunur ki, 2018-2019-cu illərdə “istehlakçı” tərəfindən istifadə edilən qazın hesabatı sayğac tərəfindən aparılmışdır. Məhkəmə tədqiqatı və iş materialları ilə müəyyən olundu ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı nəzdində olan Quba şəhərinin C.Cabbarlı küçəsində yerləşən “Hamam” qeyri-yaşayış sahəsində yoxlama keçirilən zaman təbii qazla təmin olunması ilə əlaqədar quraşdırılmış G-6 markalı qaz sayğacında “istifadə olunan qaz cihazlarının saatlıq sərfiyyatı 18,6 m3, sərfiyyatı 8,6 m3 keçir” nöqsanına görə xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında itirilmiş qazın miqdarı müqavilədə nəzərdə tutulmayan əlavə qaz qurğularından istifadə olunduğu üçün “17496 m3” həcmində müəyyən edilərək, birdəfəlik 3499,20 manat məbləğində borc hesablanmışdır. İddiaçı isə Cavabdeh hesablamış olduğu həmin borc məbləği ilə razılaşmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlarla yanaşı qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində hesablanmış təbii qazın istifadə qaydalarına riayət olunub-olunmamasının müəyyən edilməsi cavabdeh tərəfindən obyektdə qanunvericiliyin tələblərinə əməl edilmədən yoxlama aparılmaqla həyata keçirilmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx xxxx 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2 və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş aktdan görünür ki, Cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın hüquqi nəticəsi olaraq hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh apelyasiya şikayətində qeyd edilən dəlillərlə bağlı istinad etdiyi hallarına dair sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh apelyasiya şikayətində göstərdiyi dəlilləri sübut edə bilmədiyindən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaya bilər. Həmin məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-29/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2-2(105)-37/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-37/2021
28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver