Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-38/2020 16.03.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər X1 və X2 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı xx xxxxxx 2019-cu il tarixli ******* saylı akta əsasən İddiaçı MMC-yə əsassız olaraq hesablanmış 802,67 manat məbləğində cərimənin silinməsi tələbinə dair iddia ərizəsi üzrə iddianın təmin tədbirinin tətbiq edilməsi haqqında iddiaçının MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək xx xxxxxx 2019-cu il tarixli ******* saylı akta əsasən İddiaçı MMC-yə əsassız olaraq hesablanmış 802,67 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti iddianı təmin etmə barədə ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək iddianın təmin tədbiri olaraq hazırki iş üzrə mübahisə başa çatanadək Cavabdeh İB tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən İddiaçı MMC-də qazdan istifadə ilə bağlı Cavabdeh İB tərəfindən yaradılmış məhdudiyyətin aradan qaldırılması, həmçinin hər hansı məhdudiyyətin yaradılmasının Cavabdeh İB-yə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən “İddiaçı" MMC-yə Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə cərimə hesablanaraq akt tərtib edilmişdir. Həmin akta əsasən Cavabdeh İB-nin nümayəndələri tərəfindən aktda qeyd kimi yazılmışdır ki, qaz sayğacında hesablama mexanizminin qapağı gövdədən aralanıb. Qaz keçir, sərfiyyatı qeydə almır. Yoxlama iddiaçının iştirakı olmadan qanunsuz olaraq keçirilmiş və aktlaşdırılmişdir, bundan başqa qaz sayğacı obyektin arxa tərəfində, çox əlverişsiz bir yerdə, Cavabdeh İB tərəfindən quraşdırılmışdır. Həmin ərazidə güclü küləyin təsiri nəticəsində ağac qırılaraq həmin sayğacın üstünə aşmışdır. Bununla bağlı Cavabdeh yeni sayğac quraşdırılması üçün müraciət etmişlər, çünki onların səhvi nəticəsində sayğac elə bir təhlükəli yerdə və şəraitdə quraşdırılmışdır. Sonradan bilmişlər ki, cavabdeh tərəfindən cərimə hesablanıb. Sayğac quraşdırmaq əvəzinə cərimə hesablayıb getmişlər. Göründüyü kimi, yoxlama qanunsuz olaraq iştirakları olmadan keçirilmiş, heç bir əsası olmayan hallar yazılaraq aktlaşdırılmışdır. Belə bir qanunsuz akt nəticəsində obyektdə artıq qaz kəsilmişdir və fəaliyyətlərini davam etdirə bilmirlər. Bu vəziyyət istehlakçı və mülkiyyətçi kimi hüquqlarını pozur. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-106/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iddianın təmin tədbiri kimi mülki işə mahiyyəti üzrə baxılanadək ünvan 1 ünvanda yerləşən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə (abonent kodu **********00000) təbii qazın verilməsinin dayandırılması Cavabdehnə qadağan edilmişdir. (hakim Z.Sadiqov) Qərardaddan narazı qalan Cavabdeh şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-106/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Birliyin nümayəndələri tərəfindən xx.xx.2019-cu il tarixdə iddiaçıya məxsus İddiaçınə baxış keçirilən zaman müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb, qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfiyyatı qeydə almır. Birliyin nümayəndələri tərəfindən xx.xx.2019-cu il tarixli ******* saylı akt tərtib edilərək iddiaçıya məxsus İddiaçı qaz işlədici və parametrləri əsasında dövlətə vurulan ziyan müəyyən edilərək 802,67 (səkkiz yüz iki manat 67 qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2020-ci il tarixli, e-2-2(119)-106/2020 saylı qərardad ləğv olunmalıdır. “X3”nın 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə qaz təchizatı dayandırıla bilər. İddiaçının Birliyə 802,67 manat borcu olduğundan, üstəlik təbii qazdan qanunsuz istifadə edərək dövlət əmlakını taladığından qaz təchizatının dayandırılması tam qanuni və əsaslıdır. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-106/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir.(hakim Z.Sadiqov) İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və iddianın təmin tədbiri haqqında ərizəni araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı hazırkı iddia ərizəsi ilə Cavabdeh tərəfindən hesablanmış 802,67 (səkkiz yüz iki manat 67 qəpik) manat məbləğində borcu mübahisələndirmişdir. İddiaçının ərizəsinə əsasən qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(119)-06/2020 saylı qərardadına əsasən iddianın təmin tədbiri kimi mülki işə mahiyyəti üzrə baxılanadək ünvan 1 ünvanda yerləşən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təbii qazın verilməsinin dayandırılması Cavabdehnə qadağan edilmişdir. Kollegiya qeyd edir ki, mübahisələndirilən borc məbləğinə görə hüquqi şəxs olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qeyri-yaşayış sahəsinə təbii qazın verilməsinin dayandırılması - sonuncunun sahibkarlıq fəaliyyətini həyata keçirməsinə maneələr yarada və həmin hüquqi şəxsə və digər şəxslərə zərər vura bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci və 158.1.3-cü maddələrinin tələblərinə görə, məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan edə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395- 396, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-106/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Telman Quliyev Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(105)-38/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-38/2020
16.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver