Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-5/2021 27.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 12 mart 2020-ci il tarixli, e-2-2(119)-78/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə sadələşdirilmiş icraat qaydasında cavabdeh X6 qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 5726,20 manat təbii qazdan istifadəyə görə yaranmış borc, 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı olmaqla, cəmi 5756,60 manat pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X8 29 yanvar 2020-ci ildə həmin sadələşdirilmiş icraat qaydasında verilmiş kiçik mübahisələr üzrə iddia ərizəsinə qarşı etirazla məhkəməyə müraciət edərək, həmin iddia tələbinə öz etirazını bildirmiş və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh X6 qarşı verilmiş “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır Daha sonra İddiaçı “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi istirahət mərkəzində təbii qazdan istifadəyə görə yaranmış 6548,80 manat debitor borcun və məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 30,40 manat dövlət rüsumu və xidmət haqqının tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azəriqaz“ X4 X11 İdarəsi ilə cavabdeh X8 (VÖEN **********) arasında bağlanmış 13 oktyabr 2016-cı il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilə əsasında Şamaxı rayonu Avaxıl kəndində yerləşən cavabdehə məxsus “Qızıldaş” ailəvi istirahət mərkəzi müvafiq qaydada Ağsu RQİİ-nin Şamaxı Xidmət Sahəsi tərəfindən qazlaşdırılmışdır (abonent kodu **********00008). Lakin cavabdeh tərəfindən istehlak edilmiş təbii qaza görə həmin Müqavilə üzrə müəyyən olunmuş öhdəliklər pozulmuş və hal-hazıradək cavabdehin “Qızıldaş” ailəvi istirahət mərkəzində istehlak edilən təbii qaza görə 6548,80 manat məbləğində debitor borcu yaranmışdır. İddiaçı nümayəndələri tərəfindən Şamaxı rayonu Avaxıl kəndində yerləşən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X6 məxsus qeyri-yaşayış obyekti olan “Qızıldaş” ailəvi istirahət mərkəzində təbii qazın uçotu və TQİQ-na riayət edilməsi yoxlanılmış və yoxlama zamanı müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış sahəsində 1 ədəd PQ-4 tipli qeyri-standart qaz peçindən, 1 ədəd QSQ-32 litr, 1 ədəd Kombi 40 KV, 1 ədəd Kombi 32 KV və 1 ədəd Kombi 24 KV-dan istifadə edilir. Keçirilmiş baxışın nəticəsi ilə bağlı Birliyin nümayəndələri tərəfindən 30 aprel 2019-cu il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Aktın tərtibatında həmin obyektin icarədarı X10 da iştirak etmişdir. Baxış zamanı aşkar edilmiş hallara görə həmin qeyri-yaşayış obyektində istifadə edilən qaz cihazlarının maksimal saatlıq qaz sərfi 28670 m3, istifadə edilən qazın dəyəri isə 5734 manat məbləğində hesablanaraq cavabdehin Ağsu RQİİ-nin Şamaxı Xidmət Sahəsindəki **********0008 saylı abonent hesabına işlənmişdir. Yəni, qaz işlədicilərindən restoran tipli PQ-4 maksimal saatlıq qaz sərfi 6,18 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3,2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, 40 KV-lik kombinin maksimal saatlıq qaz sərfi 4,3m3/saat, orta günlük iş rejimi 20 saat və hesabat müddəti 90 gün, 32 KV-lik kombinin saatlıq qaz sərfi 3,4 m3/saat, orta günlük iş rejimi 20 saat və hesabat müddəti 90 gün, 24 KVlıq kombinin maksimal saatlıq qaz sərfi 2,6 m/saat, orta günlük iş rejimi 20 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılaraq “Qızıldaş” ailəvi istirahət Mərkəzinin **********0008 saylı abonent hesabına işlənmişdir. “Qızıldaş” ailəvi istirahət Mərkəzi ilə bağlanmış 13 oktyabr 2016-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” haqqında müqavilənin 4-cü hissəsi (qaz qurğularına dair tələblər) ilə obyektdə 2 ədəd SQ kombi 24 KV-dən və PQ-4 tipli Qaz Plitəsindən istifadə edilməsi nəzərdə tutulmuşdur. Lakin keçirilən baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh həmin müqavilənin tələblərini pozaraq, obyektdə əlavə qaz cihazlarından istifadə etmişdir. Cavabdeh etirazında əsassız olaraq mübahisə predmeti olan hallara heç bir aidiyyəti olmayan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununa istinad etmişdir. Çünki, “Qızıldaş” ailəvi istirahət mərkəzi ilə Ağsu X11 İdarəsi arasında bağlanmış 13 oktyabr 2016-cı il tarixli Müqavilənin 2.1.3-cü bəndinə əsasən İstehlakçını ildə bir dəfədən az olmayaraq (qaz qurğularının istismara verilməsi və ya son texniki baxış tarixindən etibarən) qazdan istifadə qaydalarının tələblərinə əsasən təlimatlandırmaq nəzərdə tutulmuşdur. Həmçinin Müqavilə şərtlərinə əsasən aşkar olunmuş nöqsanları və digər qanun pozuntularını rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək, eləcə də dəymiş ziyanın ödənilməsini istehlakçıdan tələb edilməsi nəzərdə tutulmuşdur. İddiaçı nümayəndələri tərəfindən Şamaxı rayonu Avaxıl kəndində yerləşən fiziki şəxs Azər Dadaşova məxsus qeyri-yaşayış obyektində təbii qazın uçotu və TQİQ-na riayət edilməsi yoxlanılması cavabdehlə Ağsu X11 İdarəsi arasında bağlanmış 13 oktyabr 2016-cı il tarixli müqavilənin tələbləri əsasında aparılmışdır. İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş təbii qazın dəyərinin bərpasının hesablanması Qaydaları isə təbii qazın alqı-satqısı müqaviləsi olmadan özbaşına qaz xəttinə qoşulma aşkar edildikdə, layihədə və müqavilədə nəzərdə tutulmuş qaz işlədən cihazlardan əlavə sayğacı nominal sərfiyyatına uyğun gəlməyən, əlavə cihaz və avadanlıqların qoşulması aşkar edildikdə, sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar edildikdə və yaxud sayğaca, plomblara hər hansı bir müdaxilə halında və ya sayğac plombsuz, həmçinin sənədi olmayan plombla möhürlənmiş olduqda tətbiq edilir. Hazırkı iş üzrə cavabdehə məxsus qeyri-yaşayış obyektində müqavilədə nəzərdə tutulmuş qaz cihazlarından əlavə başqa qaz cihazlarından da istifadə halı aşkar edilmişdir. Eyni zamanda, 12 aprel 2019-cu ildə Birliyin əməkdaşları tərəfindən “Qızıldaş” ailəvi istirahət mərkəzində gedən qaz xətti üzərində quraşdırlmış G-6 markalı 28256576 nömrəli qaz sayğacı yoxlanılarkən sayğacın çıxış plastmas borusunda deşik aşkar edilmiş və buna görə də, qaz sayğacı xətdən açılaraq yeni G-6 markalı ******* nömrəli sayğac qaz xətti üzərində bağlanılmışdır. Açılmış qaz sayğacına Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğaca kənar təsir nəticəsində çıxış plastmas boru deşilmiş və plasmas qapağın ön tərəfi kiçik bir hissəsi sınmışdır. Cavabdeh onunla bağlanılmış “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin şərtlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 12 mart 2020-ci il tarixli, e-2-2(119)-78/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X3 (VÖEN **********) Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi istirahət mərkəzində (abonent kodu **********00008) istifadə olunan təbii qaza görə yaranmış 6548,80 (altı min beş yüz qırx səkkiz manat 80 qəpik) manat borc və 30,40 (otuz manat 40 qəpik) manat ödənilmiş dövlət rüsumu və xidmət haqqı olmaqla, cəmi 6579,20 (altı min beş yüz yetmiş doqquz manat 20 qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı “X2 xeyrinə tutulması qət edilmişdir (hakim Z.Sadiqov). Qətnamədən narazı qalan cavabdeh X8 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, obyektdə heç bir qazda kənarlaşma olmayıb. Akt əsassızdır, düzgün tərtib edilməyib və heç bir əsası yoxdur. Sayğac 12 aprel 2019-cu il tarixdə açılıb, yerinə yeni qaz sayğacı bağlanıb. İddiaçı İB nümayəndələri ******* nömrəli 30 aprel 2019-cu il tarixli aktda guya Şamaxı rayonu, Avaxıl kəndində 28256576 nömrəli sayğacı yoxlayıblar. Halbuki həmin sayğac 12 aprel 2019-cu il tarixdə açılıb. Həmçinin qaz sayğacdan keçib, heç bir əlavə cihaz quraşdırlmayıb və buna dair heç bir sübut belə yoxdur. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması hallarının qarşısının alınması məqsədi ilə müvafiq tədbirlərin görülməsi haqqında qanunun tələbləri kobud şəkildə pozulmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası qanununun 1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində yoxlamalar 2021-ci ilin yanvar ayının 1-dək dayandırılmışdır. İddiaçı İB-nin Ağsu X11 İdarəsinin Şamaxı Qaz İdarəsi ilə bağlanan müqavilənin də şərtlərini pozmuşlar. Belə ki, iddiaçı Şamaxı Qaz İdarəsinə şifahi olaraq müraciət edərkən bildiriblər ki, obyektdə yoxlama apararkən müqavilənin 2.1.15-ci bəndinə əsasən qazlaşdırılmış ərazidə və ya yaşayış sahəsində olan qaz qurğusuna yoxlama keçiriləcəyi barədə istehlakçı 3 gün əvvəl xəbərdar edilməlidir. Lakin bu hal baş verməmiş, heç bir bildiriş göndərilməmişdir. Aktın tərtibatından müəyyən olunur ki, guya obyektdə əlavə cihazlar vardır. Halbuki, artıq cihazlardan istfadə olunmayıb. Akt üzrə hesabat 3 ay müddətində aparılıb. Halbuki, iddiaçının nümayəndəsi tərəfindən obyektin qaz sayğacına və cihazlarına hər ay ərzində 2 dəfə baxış keçirilib və bununla bağlı verilən bildiriş əsasında hesablanan məbləğ ödənilib. Əgər obyektdə artıq cihaz olsaydı, nümayəndə bunu mütləq şəkildə görməli idi. Məhz bu halda 3 ay hesabat aparılması düzgün qəbul edilə bilməz. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, hesab edir ki, cavabdeh X5 apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 12.03.2020-ci il tarixli e-2-2(119)-78/2020 saylı qətnaməsi qismən-iddianın 5734 manat məbləğdə təmin edilmiş hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli, qətnamə apelyasiya şikayəti üzrə mübahisələndirilən 845,20 manat hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, “paylayici” İddiaçı Ağsu X11 İdarəsi ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “istehlakçı” X8 (VÖEN **********) arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” 13 oktyabr 2016-cı il tarixli Müqaviləyə əsasən sonuncunun Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi istirahət mərkəzi təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə **********00008 saylı abonent kodu verilməklə, müvafiq qaydada G-6 tipli qaz sayğacı quraşdırılmışdır. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək, qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilati-texniki tədbirləri yerinə yetirmək və təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayacıya dəymiş zərəri ödəmək - istehlakçının vəzifələri kimi müəyyən edilmişdir. Həmin Müqavilənin tələblərinə görə İstehlakçının təbii qazla təchiz edilən “Qızıldaş” ailəvi istirahət mərkəzində 2 ədəd su qızdırıcı-kombi 24 KV-dən və PQ-4 tipli Qaz Plitəsindən istifadə edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 30 aprel 2019-cu ildə təsdiq edilmiş ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 12 aprel 2019-cu ildə saat 11:02 radələrində İddiaçı nümayəndələri tərəfindən istehlakçı X6 məxsus qeyri-yaşayış obyekti olan Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi istirahət mərkəzində təbii qazın uçotu və TQİQ-na riayət edilməsi İstehlakçının nümayəndəsi X7 iştirakı ilə yoxlanılmış və yoxlama zamanı həmin qeyri-yaşayış sahəsində 1 ədəd PQ-4 tipli Qeyri-Standart qaz peçindən, 1 ədəd QSQ-32 litr, 1 ədəd Kombi 40 KV, 1 ədəd Kombi 32 KV və 1 ədəd Kombi 24 KV-dan istifadə edildiyi və eyni zamanda, sayğacın plasmas borusunun deşilmiş olduğu müəyyən edilmişdir. Həmin Aktın məzmunu ilə müəyyən olunur ki, 12 aprel 2019-cu ildə aparılan yoxlama zamanı tərəflər arasında qaz təchizatı ilə əlaqədar bağlanmış 13 oktyabr 2016-cı il tarixli Müqavilədə nəzərdə tutulmayan qurğulardan istifadə edildiyi aşkar olunmuş və bununla bağlı qaz sərfiyyatının hesablanması qərara alınmışdır. İş materiallarında olan 12 aprel 2019-cu il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” Aktdan görünür ki, İddiaçı əməkdaşları tərəfindən istehlakçı X6 məxsus qeyri-yaşayış obyekti olan Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi istirahət mərkəzində quraşdırılmış qaz sayğacına və borulara İstehlakçının nümayəndəsi X7 iştirakı ilə baxış keçirilən zaman sayğacın çıxış plasmas borusunda deşik aşkar olunmuş və sayğac götürülmüşdür. İş materiallarında olan Abonentin saldosu ilə müəyyən olunur ki, 2020-ci ilin fevral ayına istehlakçı X5 (VÖEN **********) Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi istirahət mərkəzində (abonent kodu **********00008) istifadə olunan təbii qaza görə 6548,80 (altı min beş yüz qırx səkkiz manat 80 qəpik) manat məbləğində borcu yaranmışdır. İş materialları ilə müəyyən olunur ki, cavabdeh X1 rayonu Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi istirahət mərkəzində istifadə olunan təbii qaza görə yaranmış borcun ödənilməsi üçün müvafiq qaydada xəbərdar edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsi sadalanan iş materiallarına istinad etməklə “Qızıldaş” ailəvi istirahət mərkəzində (abonent kodu **********00008) istifadə olunan təbii qaza görə yaranmış cəmi 6579,20 (altı min beş yüz yetmiş doqquz manat 20 qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı “X2 xeyrinə tutulması qənaətinə gəlmişdir. Hazırki iş Sumqayıt Apelyasiya Məhkəməsinin icraatında olarkən iddiaçı X8 cavabdeh İddiaçınə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı İB tərəfindən Şamaxı rayonu Avaxıl kəndində olan “Qızıldaş” ailəvi istirahət mərkəzində təbii qazdan istifadə qaydalarının pozulması haqqında fiziki şəxs X8 (VÖEN **********) barəsində tərtib edilmiş 30.04.2019-cu il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 5734 (beş min yeddi yüz otuz dörd manat) borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu səbəbdən Sumqayıt Apelyasiya Məhkəməsinin 2-2(105)-72/2020 saylı qərardadı ilə iddiaçı X5 cavabdeh İddiaçınə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair işə Sumqayıt Kommersiya Məhkəməsində baxılıb nəticə verilib, həmin qərar qanuni qüvvəyə minənə qədər hazırkı kommersiya işi üzrə icraat dayandırılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-591/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh İddiaçı İB tərəfindən “Qızıldaş” ailəvi istirahət mərkəzində təbii qazdan istifadə qaydalarının pozulması haqqında fiziki şəxs X5 barəsində tərtib edilmiş 30.04.2019-cu il tarixli, ******* №-li akt əsasında hesablanmış 5734 manat məbləğində borcun silinməsi, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi, cavabdehdən 30 manat dövlət rüsumunun əvəzinin tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 17 may 2021-ci il tarixli, 2-2(105)-102/2021 saylı qətnaməsi ilə Sumqayıt Kommersiya Məhkəməsinin e-2- 2(119)-591/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minmişdir. Beləliklə işin sadalanan halları ilə müəyyən olunur ki, İddiaçı cavabdeh X6 Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi istirahət mərkəzində istifadə olunan təbii qaza görə cəmi 6579,20 (altı min beş yüz yetmiş doqquz manat 20 qəpik) manat pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X8 isə aktla hesablanmış 5734 manat məbləğində borcu mübahisələndirmiş və həmin məbləğdə borcun silinməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi də 5734 manat məbləğində borcun silindiyini bildirsə də, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Göründüyü kimi, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-591/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi ilə 30.04.2019-cu il tarixli, ******* №-li akt əsasında hesablanmış 5734 manat məbləğində borc silindiyindən, Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 17 may 2021-ci il tarixli, 2-2(105)-102/2021 saylı qətnaməsi ilə Sumqayıt Kommersiya Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanıldığından və qətnamə qanuni qüvvəyə mindiyindən 5734 manat məbləğlə bağlı artıq tərəflər arasında mübahisə mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, həmin borc artıq mübahisə predmeti olmadığından cavabdehin hazırki mübahisə ilə bağlı borcu 845.20 manat məbləğində müəyyən edilməlidir. (6579,20 manat-5734 manat=845,20 manat) MPM-nin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X5 apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 12.03.2020-ci il tarixli e-2-2(119)-78/2020 saylı qətnaməsi qismən-iddianın 5734 manat məbləğdə təmin edilmiş hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli, qətnamə apelyasiya şikayəti üzrə mübahisələndirilən 845,20 manat hissəsində dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh X5 apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 12.03.2020-ci il tarixli e-2-2(119)-78/2020 saylı qətnaməsi qismən-iddianın 5734 manat məbləğdə təmin edilmiş hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamə apelyasiya şikayəti üzrə mübahisələndirilən 845,20 manat hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-5/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-5/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver