Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-54/2020 27.04.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Kommersiya Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), X4 və X2 ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(119)-267/2020 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(119)-267/2020 saylı qərardadı ilə (hakim Z.Ə.Sadiqov) İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Mənzil- Tikinti Kooperativinə qarşı “tikilinin yerində bərpası, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət verib, qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(119)-267/2020 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh1 MMC tərəfindən qanunsuz olaraq sökülmüş tikilinin yerində bərpa edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, iddiaçıya vurulan 150000 (yüz əlli min) manat məbləğində maddi ziyanın, 50000 (əlli min) manat məbləğində mənəvi ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 200030 (iki yüz min otuz) manat məbləğində pulun cavabdehlərdən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı nümayəndəsi və vəkili Vəkil verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsi xx xxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsində göstərilən müstəsna aidiyyət qaydalarına istinad etmişdir. Halbuki hazırki iddia ərizəsinə həmin qaydaların tətbiq edilməsi üçün heç bir zərurət mövcud deyildir. İddia ərizəsi cavabdehlərin rəsmi qeydə alındığı ərazi aidiyyətinə uyğun olaraq Sumqayıt Kommersiya Məhkəməsinə verilmişdir. Məhkəmənin qeyd etdiyi müstəsna aidiyyət isə sözügedən iddia ərizəsinə aid deyildir. Həmçinin qərardadda guya iddia tələbinin dəqiq ifadə edilmədiyi və bərpa edilməli olan tikilinin ünvanının göstərilməməsi də qeyd olunmuşdur. Halbuki iddia tələbi tam və dəqiq formada göstərilmişdir. Bərpa edilməli olan tikilinin ünvanına gəldikdə isə iddia ərizəsinin məzmununda dəfələrlə həmin ünvan qeyd olunmuşdur. Bu xüsusatın iddia ərizəsinin geri qaytarılması üçün əsas kimi göstərilməsi qəbul edilməzdir. Qərardadda qeyd edilən digər bir məsələ isə guya iddia tələbinin cavabdehlərə qarşı dəqiqləşdirilməməsi ilə bağlıdır. İddia ərizəsində də göstərildiyi kimi İddiaçı tikilisi həmin ərazidə yerləşən məktəbin təmir-tikinti tenderini əldə etmiş cavabdehlər tərəfindən sökülmüşdür. Buna görə də vurulmuş ziyanın ödənilməsi və tikilinin bərpa edilməsi hər iki cavabdehdən tələb edilmişdir. Araşdırmanın gedişində isə məhkəmə həmin tələbləri cavabdehlər arasında dəqiqləşdirə bilər. İddia ərizəsində cavabdehlərin hər ikisinə eyni tələbin yönəldilməsi həmin iddia ərizəsinin geri qaytarılması üçün əsas deyildir. Bundan əlavə İddiaçı direktoru olan X3 da hal-hazırda Bakı şəhərində yaşamaqdadır. Əgər iddia ərizəsi Gəncə Kommersiya Məhkəməsində baxılarsa məhkəmə proseslərində iştirak etməsi onun üçün kifayət qədər çətinlik yaradacaq və hətta iştirak edə bilməyəcək. Hesab edir ki, ədalət mühakiməsinin operativ qaydada və humanizm prinsiplərinə zidd olmayaraq həyata keçirilməsi üçün iddia ərizəsinə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə nəticəyə gəldikdə Azərbaycan Respublikası MPM-nin 39.1, 40.1, 149.1.3, 152.1.3, 152.1.1-ci maddələrinə istinad edərək göstərmişdir ki, iddia tələbi Gəncə şəhəri, Nizami rayonu, Adilxan Ziyatxanov küçəsi, 38A ünvanda yerləşən və İddiaçınə məxsus daşınmaz əmlakla əlaqədardır. Bu halda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulan müstəsna aidiyyətlə bağlı qaydalara uyğun olaraq həmin işə ərazi aidiyyəti üzrə mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi əraziyə uyğun olaraq Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Eləcə də, iddiaçı tərəfindən iddia tələbi dəqiq və tam ifadə edilməmiş və iddia tələbində bərpa edilməli olan tikilinin ünvanı göstərilməmişdir. İddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı, xx xxxxxx 2010-cu il tarixli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Adılxan Ziyatxanov küçəsi, 38A ünvanında yerləşən ümumi sahəsi 241.4 kv.metr olan qeyriyaşayış binası İddiaçı tam mülkiyyətindədir. Verilmiş şikayət əsasında iddia ərizəsinin icraata qəbul edilməsindən imtina barədə birinci instansiya məhkəməsinin qərardadını yenidən araşdıran məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müstəsna aidiyyət qaydalarını müəyyən edən 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsi ilə tələb olunur ki, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraat qəbul etməkdən imtina etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 155, 156, 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı nümayəndəsi və vəkili Vəkil verdiyi şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(119)-267/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-54/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-54/2020
27.04.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver