Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-56/2025 20.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “pul tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-129/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-129/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdehndən 14648 (on dörd min altı yüz qırx səkkiz) manat məbləğində dəymiş zərərin və ödənilmiş 133,94 manat (yüz otuz üç manat 94 qəpik) dövlət rüsumu əvəzinin tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir (hakim İslam Əliyev). Qətnamədən Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı Qanuni nümayəndə1 cavabdeh Qanuni nümayəndə2 Firdovsi oğluna qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Qanuni nümayəndə2 Firdovsi oğlundan tapşırıq müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə 14.682 manat məbləğində pul vəsaiti, hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 600 manat məbləğində xidmət haqqı, ödənilmiş 136 manat məbləğində dövlət rüsumu və 3000 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 18418 (on səkkiz min dörd yüz on səkkiz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Qanuni nümayəndə1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin qanuni təmsilçisi və rəhbəri olan iddiaçı Qanuni nümayəndə1 2022-ci ilin dekabr ayında müştərilər tərəfindən müraciət edilərək 2023-cü ilin fevral ayı üçün nəzərdə tutulmuş iş səyahəti ilə bağlı X3 Dubay şəhərinə turun təşkil edilməsi xahiş edilmişdir. Sifarişə əsasən tur iddiaçı tərəfindən təşkil olunmuşdur. Lakin çatışmayan 15 hotel otağının bron edilməsi öhdəliyini iddiaçının əvvəlcədən tanıdığı, etibar etdiyi həmkarı Cavabdeh MMC-nin rəhbəri olan cavabdeh Qanuni nümayəndə2 Firdovsi oğlu öz öhdəsinə götürmüş və iddiaçını inandırmışdır ki, 15 hotel otağını bron etdirəcək. İddiaçı bunun qarşılığında ilkin olaraq 323 manat, bundan əlavə 11.440 manat pulu Qanuni nümayəndə2 Firdovsi oğlunun tələbi ilə onun 5261 6233 3533 7128 nömrəli kart hesabına göndərmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmiş və nəticədə iddiaçıya 15.082 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı 06 iyun 2023-cü il tarixdə Qanuni nümayəndə2 Firdovsi oğlu barəsində AR CM-in 178.1-ci maddəsi ilə cinayət işinin başlanmasına dair Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə şikayət ərizəsilə müraciət etmişdir. Müraciət əsasında işin faktları araşdırılaraq 20 iyun 2023-cü il tarixdə cavabdehin izahatı alınmışdır. Cavabdeh Qanuni nümayəndə2 öz əlyazısı ilə izahatında da etiraf etmişdir ki, həqiqətən, qeyd olunan məbləğ onun kart hesabına köçürülüb və iddiaçıya dəymiş maddi ziyanın təqsirkarı odur. Həmçinin bildirmişdir ki, qeyd edilən 15082 manat maddi ziyanı tez bir zamanda ödəyəcəkdir. Nəticədə, iddiaçı ilə cavabdeh arasındakı mübahisənin mülki xarakterli olması əsas göstərilərək 26 iyun 2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar çıxarılmışdır. Cavabdeh Qanuni nümayəndə2 Firdovsi oğlu xx.xx.2023-cü il tarixdə iddiaçının istifadəsində olan 4189 8000 0020 6472 nömrəli karta dəymiş zərərin əvəzi kimi cəmi 400 (dörd yüz) manat ödəniş etmişdir. Cavabdeh Qanuni nümayəndə2 yenə öz üzərinə götürdüyü öhdəliyi icra etməmiş, etibardan sui-istifadə etmişdir. Bu dəfə isə təkcə iddiaçını yox, həmçinin hüquq-mühafizə orqanlarını da yanıltmışdır. Cavabdehlə iddiaçı arasında hər iki tərəfin iradəsinə uyğun olaraq şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Cavabdeh öhdəliyi icra edəcəyini öz üzərinə götürərək müqaviləyə uyğun iradəsini açıqca ifadə etmişdir və bununla da, tərəflər arasındakı şifahi tapşırıq müqaviləsi qüvvəyə minərək hüquqi nəticəyə yönəlmişdir. Beləliklə, cavabdehlə iddiaçı arasında bağlanmış şifahi tapşırıq müqaviləsinə və cavabdehin öz əlyazısı ilə təsdiq etdiyi izahat ilə iddiaçıya münasibətdə pul ödəmə öhdəliyinin mövcud olduğu təsdiq edilir. Lakin hadisələrin üzərindən uzun müddət keçməsinə baxmayaraq, həmin şəxs öhdəliyini icra etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2(060)-4519/2024 nömrəli qərardadı ilə Qanuni nümayəndə1 əsl İddiaçı MMC ilə, Qanuni nümayəndə2 Firdovsi oğlunun əsl Cavabdeh MMC ilə əvəz edilməsi qərara alınmışdır. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2024-cü il, tarixli 2(060)- 4519/2024 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddiası üzrə işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 10 fevral 2025-ci il tarixdə iddiaçı tərəfindən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək Cavabdeh MMC-dən 14.648 (on dörd min altı yüz qırx səkkiz) manat məbləğində dəymiş zərərin və məhkəmə xərclərinin əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Həmçinin həmin ərizədə qeyd olunmuşdur ki, 2019-cu ildən “X5" MMC turizm xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərir. Cavabdeh MMC də turizm sahəsində fəaliyyət göstərir və fiziki şəxslərə xidmət göstərməklə yanaşı, digər turizm şirkətlərinin sifarişlərini əvəzli olaraq icra edir. Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 aralarında olan razılığa əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə “X5" MMC-yə ziyan dəymişdir. Cavabdehin qanuni təmsilçisi əvvəl iddiaçıya ziyan vurulması faktını etiraf etsə də, sonradan mövqeyini dəyişmişdir. Son iki məhkəmə iclasında cavabdehin nümayəndəsi, cavabdehin polis orqanlarında etdiyi etirafı qəbul etməyərək onun təzyiq altında yazıldığını göstərmiş və iddia ərizəsində sözügedən sifarişlər haqqında sübutlar təqdim olunmasını xahiş etmişdir. Bundan sonra iddiaçı tərəfindən cavabdehin vurduğu ziyan məbləği yenidən hesablanmış və həmin məbləğ tam dəqiqləşdirilmişdir. Belə ki, 2022-ci ilin dekabr ayı - 2023-cü ilin fevral ayları ərzində tərəflər arasında şifahi və vatsap yazışmaları ilə razılaşmalara əsasən, Cavabdeh MMCnin qanuni təmsilçisi Qanuni nümayəndə2 iddiaçı şirkətin müştəriləri üçün 9 “double” (iki nəfərlik) + 5 “single” (bir nəfəlik) nömrə rezervasiya etməyi öhdəsinə götürmüşdür. Hətta, Qanuni nümayəndə2 nömrələrdə qonaqların yerləşmə ardıcıllığını bildirəndə, o, bu məsələdən narahat olmamağı, qonaqların istəyə uyğun şəkildə yerləşdirilə biləcəyini demişdir. Bir sözlə, cavabdeh razılaşdırılmış qiymətlərlə nömrələrin rezervasiyada olduğunu və 15 fevral 2023-cü il tarixinə kimi bronda olacağına dair üzərinə öhdəlik götürmüşdür. Ümumi olaraq iddiaçı cavabdehlə razılaşdırdığı qiymətdən faktki olaraq iki dəfə baha - bron edilməli olan eyni nömrələri müştərilərdən aldığı pulun üzərinə 15048 manat əlavə edərək 30671 manata almışdır. Nəticədə, iddiaçıya həmin əməliyyata görə 15048 manat ziyan dəymişdir. Beləliklə, cavabdehlə iddiaçı arasında olan razılaşmaya əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün ididaçı həm 357 manat gəlirdən məhrum olmuş, eyni zamanda, cavabdehin almalı və bron etməli olduğu nömrələri bron etməməsi ilə bağlı əlavə olaraq 14691 manat xərcə düşmüşdür. Deməli, cavabdehin öz üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi nəticəsində iddiaçıya 15048 manat məbləğində ziyan dəymişdir (14691+357=15048). Cavabdeh iddiaçıya 2023-cü ilin may ayında 400 manat ödəniş etdiyi üçün yekun borcu 14648 manat qalmışdır. Bu açıqlamanı ilkin iddia ərizəsində verməməsinin səbəbi Qanuni nümayəndə2 polis bölməsində izahat verməsi olmuşdur. Belə ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 öz yazdığı izahatda etiraf etmişdir ki, onun səhlənkarlığına görə iddiaçıya ziyan dəymiş və onun qarşısında ziyanın əvəzini ödəmək öhdəliyi yaranmışdır. Eyni zamanda, Qanuni nümayəndə2 polis bölməsinə çağırılana qədər də iddiaçıya vurmuş olduğu ziyanı hissə-hissə qaytaracağına söz vermiş və hətta, etirafının nəticəsi kimi 400 manat ödəniş də etmişdir. Lakin sonradan o, iddiaçıya vurduğu ziyanı, yəni borclu olduğu pulu ödəməkdən imtina etmişdir. Cavabdeh MMC-nin nümayəndəsinin məhkəmənin əvvəlki iclaslarında vermiş olduğu izahat cavabdehin polis bölməsində verdiyi izahata, cavabdehin əvvəlki davranışlarına uyğun olmadığı üçün və öhdəlikdən yayınmaq məqsədi güddüyü üçün, həmin dəlillər əsassız hesab edilməlidir. Ümumiyyətlə, turizm sahəsində fəaliyyətlə məşğul olan şirkətlər arasında formalaşmış işgüzar adətlərə əsasən turizm şirkətləri bir-biri ilə qarşılıqlı etibar əsasında fəaliyyət göstərir və bir-birinə turizm məhsullarını satır. Bütün turizm şirkətlərinin xaricdə partnyorluq etdiyi şirkətlər və hotellər var. Əgər bir şirkət xaricdə partnyorluq etdiyi hoteldə yer tapa bilmirsə, o, kömək üçün Azərbaycanda partnyorluq etdiyi digər şirkətə müraciət edir. İddiaçı şirkət cavabdeh şirkətlə uzun müddət bu qaydada işləmiş və aralarında məhz bu qaydada işgüzar münasibətlər yaranmışdır. Əgər partnyor şirkətin təqsiri üzündən digər şirkət müştəriləri qarşısında öz öhdəliklərini yerinə yetirə bilmir və məcbur olub baha qiymətə başqa partnyordan turizm məhsulunu alırsa, bu halda buna təqsirli olan şirkət vurulmuş ziyanı ödəməlidir. Vurulmuş ziyana həm əldən çıxmış fayda, həm də turizm məhsulunun öz qiyməti daxildir. Bu işgüzar adətlər hazırda Azərbaycanda fəaliyyət göstərən bütün turizm şirkətlərində formalaşmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı bron edilmiş hotel nömrələrinə görə ödəniş etmək istədiyini bildirdikdə Qanuni nümayəndə2 demişdir ki, onda 2 ədəd ikinəfərlik nömrə əvəzinə 2 ədəd 3 nəfərlik nömrələri brondadır. Buna etiraz etdikdə Qanuni nümayəndə2 partyonlarla danışacağını və həmin məsələni həll edəcəyini bildirmişdir. İddiaçı real əldə olan nömrələrə ödənış edib digərlərinə görə cavab gözlədiyi üçün ödənişi tamamlamamışdır. Lakin 11.763 manat (-323 manat) vəsait həmin gün Qanuni nümayəndə2 kart hesabına göndərilmişdir. Ancaq hesablama zamanı özünə də yazıldığı kimi, 940 dollar (1598 manat) məbləğ gözdən qaçıb və nəzərə alınmamışdır. Hər bir halda bu hal nəticəyə təsir etməyib və etməyəcəkdi. Çünki əgər Emin bron olunmuş nömrələrə görə ödəniş etmiş olsaydı, iddiaçının göndərdiyi məbləğin kifayət etmədiyini dərhal biləcəkdi və iddiaçı çatışmayan məbləği ödəyib bronu tamamlayacaqdı. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün, götürdüyü öhdəliyə məsuliyyətsiz yanaşaraq iddiaçının gözündən və nəzərindən qaçan nüansı heç görmədən ödənişi qəbul etməsinə baxmayaraq, bronu həyata keçirməmişdir. Ödənişdən sonra iddiaçı cavabdehə qeyd olaraq bildirmişdir ki, 4 “single” və 6+1 “double” nömrə üçün tam ödəniş edilmişdir. Yanlış bron etdiyi nömrələr üçün isə yekun cavab gözlənildiyindən ödəniş saxlanılmışdır. Çünki, Qanuni nümayəndə2 digər söz verdiyi otaqları da partnyorla danışıb həll etməli idi. Bütün bu narahatlıqlara baxmayaraq Qanuni nümayəndə2 nəinki verilən sifarişdə düzəliş etmiş, hətta üzərinə bir öhdəlik kimi götürdüyü real mövcud olan bronları iddiaçıya təqdim edə biliməmişdir. Bu səbəbdən iddiaçı həmin gün (uçuşa 5 gün qalmış) yenidən baha qiymətlərə nömrələr almağa məcbur olmuşdur. Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 ödənilən məbləğdən onun şirkətin əməkdaşı olan bacısı 3 nömrə almış, qalan məbləğ isə 2 gün sonra iddiaçının qanuni təmsilçisinin kartına qaytarılmışdır ki, buna da artıq 1 və ya 2 nömrə almaq mümkün idi. Qeyd olunanlara əsasən, Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2lə razılaşma əsasında alınacaq nömrələrin qiyməti - 15623 manat, sonradan iddiaçı tərəfindən alınan nömrələrin qiyməti isə 30671 manat olmuş, nəticədə 15048 manat fərq yaranmışdır. Müştəriyə satış məbləği 15980 manat olmuşdur (15980 manat - 15623 = 357 manat (əldə ediləcək gəlir)). Beləliklə, cavabdehlə əvvəlki razılaşmaya əsasən iddiaçı müştərilərə hotel otaqlarının satışından 357 manat gəlir əldə edəcəkdi. Deməli, cavabdehin üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməməsi nəticəsində iddiaçı 357 manat gəlirdən (faydadan) məhrum edilmiş və ona ziyan dəymişdir. Cavabdeh üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca yerinə yetirmədiyi üçün iddiaçı məcbur qalaraq sonradan müştərilərə daha baha (2 dəfə artıq) qiymətə hotellərdə yerlər almağa məcbur olmuşdur. Yəni, iddiaçı müştərilərlə danışdığı qiymətlə razılaşdıqdan sonra və cavabdeh həmin qiymətə oteldə otaqlar bron etməyi öhdəsinə götürdüyünə görə, iddiaçı qiymətin dəyişməsi ilə bağlı yenidən müştərilərdən əlavə pul ala bilməzdi. Bu səbəbdən iddiaçı öz nüfuzunu qorumaq, götürdüyü öhdəliyi icra etmək və turizm bazarında malik olduğu nufuzu itirməmək üçün öz büdcəsi və vəsaiti hesabına, cavabdehin məsuliyyətsizliyi nəticəsində 2 dəfə baha qiymətə hotellərdə yerlər bron etməyə məcbur qalmışdır... Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsi iş üzrə yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh MMC ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdeh MMC (vəkil Nümayəndə2) apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsi iddia tələbini təmin edərkən cavabdeh tərəfindən Mülki Məcəllənin Tapşırıq müqaviləsinə aid tələblərinin pozulmasına istinad etmiş, lakin Tapşırıq müqaviləsinin hüquqi mahiyyətindən irəli gələn əsaslara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmənin qətnaməsində də istinad etdiyi Mülki Məcəllənin 777.1ci maddəsində Tapşırıq müqaviləsi üzrə vəkalət alan şəxsin ona vəkalət verən tərəfindən tapşırılan işin və ya xidmətin nəticəsinə təminat vermədən icra etməyi öhdəsinə götürdüyü açıq və konkret olaraq təsbit edilmişdir. İşin faktiki halları ilə tərəflər mübahisəsiz qaydada təsdiq edirlər ki, cavabdeh işi icra edə bilməyəcəyini bildiyi an iddiaçıya bu barədə dərhal xəbər vermiş və iddiaçının cavabdehə ödədiyi pulu tam geri qaytarmışdır. İddiaçının cavabdehdən tələb etdiyi pul məbləği cavabdehə köçürmə yolu ilə ödənilmiş pul məbləğinin heç bir hissəsini təşkil etmir. Yəni iddiaçının pul tələbinin mahiyyətini cavabdehə köçürmə yolu ilə ödədiyi 11440 (on bir min dörd yüz qırx) manat pul vəsaiti təşkil etmir. Bu pul cavabdeh tərəfindən iddiaçıya tam geri qaytarılmışdır. Bu faktı iddiaçı tərəf də təsdiq edir və işin mübahisəsiz halıdır. Belə olan halda, MM-in 777.1-ci maddəsinin tələbinə əsasən cavabdehin konkret nəticə əldə olunmasına təminat vermədən üzərinə götürdüyü iş üzrə cavabdehin yeganə öhdəliyi iddiaçının həmin iş üzrə ödədiyi pul vəsaitini tam geri qaytarmaqdan ibarətdir və bunun da yerinə yetirildiyi işin mübahisəsiz halıdır... Digər tərəfdən, cavabdehin iddiaçının tapşırığını vicdanla yerinə yetirməməsinə, habelə cavabdehin qəsd və ya ehtiyatsızlıqdan iddiaçıya zərər vurduğu qənaətinə məhkəmənin gəlməsinə heç bir faktiki hal, iş üzrə dəlil yoxdur. Əksinə, iş materiallarında olan tərəflər arasındakı yazışmalarla təsdiq olunur ki, cavabdeh ilk gündən iddiaçıya hotel otaqlarını almaq üçün ödənişi mümkün qədər tez göndərməyi, hotel otaqlarını nə qədər tez alsalar, qiymət artımı kimi risklərdən sığortalanmış olacaqlarını bildirmiş, qiymət dəyişikliyi olan kimi iddiaçını dərhal xəbərdar etmiş, iddiaçı isə öz müştərilərinə ödənişi gec ödədikləri üçün hotel qiymətlərində dəyişiklik olduğunu izah etmək əvəzinə, özünün də məhkəmədə etiraf etdiyi kimi, öz işgüzar nüfuzunu qorumaq üçün könüllü olaraq hotel otaqlarını müştəriləri üçün baha qiymətə almağa razılaşmışdır. İddiaçının öz müştərilərinə qiymət dəyişimi ilə bağlı məlumat vermədən, könüllü olaraq yeni qiymətə hotel otaqları alması ilə özü tərəfindən artıq pul xərclənməsi faktının zərər kimi qiymətləndirilməsi qanuni və ağlabatan deyil... Bundan başqa, məhkəmə iddia tələbini təmin edərkən iddiaçının mülahizəsindən və iddiaçı tərəfin iş üzrə məhkəməyə təqdim etdiyi 26 iyun 2023-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan asılı qalmış, işə dair iddiaçının reqress qaydada hüququnun mövcudluğunu araşdırmadan sadəcə qeyd edilən təhqiqat orqanının qərarını və cavabdehin təhqiqat orqanına izahatını preyudisial əhəmiyyətli hesab etmişdir. Halbuki, cavabdehin təhqiqat orqanına yalnız borcun etirafına dair izahatı olduğu təqdirdə izahat borcun etirafı kimi qiymətləndirilə bilər. Cari işdə isə iddiaçının tələbi reqress qaydada pul tələbidir ki, bu hal üzrə isə sadəcə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü preyudisial əhəmiyyət daşıyır... Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunması, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-129/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunur. Apellyasiya baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər hazırkı məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarının heç birində iştirak etməmişdir. Məhkəmə kollegiyası, MPM-in 376.2-ci maddəsinə əsasən, tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki apellyasiya baxışı iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə1 cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin əsassız olduğunu bildirmiş, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib bu nəticəyə gəlir ki, Cavabdeh MMC (vəkil Nümayəndə2) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(119)-129/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Hazırkı işin materiallarında olan İddiaçı MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə1 və Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 Firdovsi oğlu arasında “WhatsApp” mobil tətbiqi vasitəsi ilə aparılmış yazışmalarla müəyyən olunur ki, tərəflər arasında 9 ədəd iki nəfərlik (3 ədədinin qiyməti 715 manatdan, 3 ədədinin qiyməti 725 manatdan və 3 ədədinin qiyməti 770 manatdan) və 5 ədəd bir nəfəlik (3 ədədinin qiyməti 635 manatdan, 2 ədədinin qiyməti 695 manatdan) otaqların bron edilməsi barədə razılıq əldə olunmuşdur. Qanuni nümayəndə2 xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfin təqdim etdiyi siyahı üzrə xaricdəki partnyoru vasitəsi ilə otaqların bron olunduğunu, sonradan isə həmin otaqların rezerv edildiyini və ödəniş olunduğunu bildirsə də, Qanuni nümayəndə1 hotelin verdiyi məlumata əsasən həmin otaqların rezerv olunmadığını ona bildirmişdir. Lakin 17 fevral 2023-cü il tarixdə Qanuni nümayəndə2 Qanuni nümayəndə1 müştərilərin adının dəyişdirilməsinə icazə verilmədiyinə görə həmin sifarişlərlə bağlı ödənilmiş pul vəsaiti batmasın deyə Cavabdeh MMC-nin xaricdəki partnyoru tərəfindən sifarişlərin ləğv olunduğunu bildirmişdir. Həmçinin həmin yazışmalardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 400 manat məbləğində ödəniş olunduqdan sonra Qanuni nümayəndə1 15000 manat məbləğində zərərin qarşılığında 400 manat məbləğində ödənişin az olduğunu bildirərərk Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 ödəniş etməsini tələb etmiş, sonuncu isə səhhətində yaranan problemlə bağlı əməliyyat olunması üçün 30000 manatdan artıq pul tələb olunduğunu, maddi imkanı çatdığı qədər ödəniş etdiyini qeyd etmiş, belə ödəniş qane etmədiyi təqdirdə Qanuni nümayəndə1 məhkəməyə müraciət etməsini bildirmişdir. İşdə olan hesab-fakturalardan (invoys) görünür ki, İddiaçı MMC tərəfindən X3 Dubay şəhərində yerləşən “X7 Habtoor City” Hotelində xx.xx.2023-xx.xx.2023-cü il tarix aralığı üçün rezervasiya məqsədi ilə xx.xx.2023-cü il tarixli 48792-00233 nömrəli invoys üzrə 1257 ABŞ dolları (müştərilər Könül Mərdanova, Rəşad Mərdanov), xx.xx.2023-cü il tarixli 48792-00252 nömrəli invoys üzrə 1430 ABŞ dolları (müştəri Yaşar Həsənov), xx.xx.2023cü il tarixli 48792-00253 nömrəli invoys üzrə 1470 ABŞ dolları (müştərilər Aynurə Əzizova və Naibə Həsənova), xx.xx.2023-cü il tarixli 48792-00255 nömrəli invoys üzrə 2849 ABŞ dolları (müştərilər Şəmistan Əliyev və İslam Mahalov), xx.xx.2023-cü il tarixli 48792-00256 nömrəli invoys üzrə 1544 ABŞ dolları (müştərilər Günay Əsədova və Xəyalə Təhməzi), xx.xx.2023-cü il tarixli 48792-00257 nömrəli invoys üzrə 1766 ABŞ dolları (müştərilər Dilbər Səfərova və Qanuni nümayəndə1), xx.xx.2023-cü il tarixli 48792-00258 nömrəli invoys üzrə 1559 ABŞ dolları (müştərilər Mehriban Musayeva və Könül Ağamirova) məbləğlərdə ödəniş olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli e-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən X3 Dubay şəhərində yerləşən “X7 Habtoor City” Hotelində xx.xx.2023-xx.xx.2023-cü il tarix aralığı üçün rezervasiya məqsədi ilə xx.xx.2023-cü il tarixdə 1453,62 ABŞ dolları məbləğində (TBA**********919 nömrəli faktura, müştəri Elnurə Salmanova, 1 ədəd “double” otaq) ödəniş olunmuşdur. İşdə olan 08 fevral 2023-cü il tarixli kassa-mədaxil orderindən görünür ki, Dilbər Səfərova (müştəri – qrup rəhbəri) tərəfindən İddiaçı MMC-yə 15.980 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarından görünür ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 Firdovsi oğlu 20 iyun 2023-cü il tarixdə Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsində izahat vermiş və izahatında xx.xx.2023-cü il tarixli izahatına əlavə olaraq bildirmişdir ki, Qanuni nümayəndə1 15082 manat məbləğində ziyana düşməsi onun təqsiri ucbatından baş vermişdir. Qanuni nümayəndə2 həmçinin qeyd etmişdir ki, İddiaçı MMCnin rəhbəri Qanuni nümayəndə1 tərəfindən onun rəhbərlik etdiyi Cavabdeh MMC-yə köçürülmüş 11763 manat pul onun kart hesabına köçürülmüşdür. İşdə olan idddiaçı tərəfindən tərtib edilib məhkəməyə təqdim olunmuş hesabat cədvəlindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında sifariş olunacaq otaqlar üçün ümumi ödəniş 15623 manat məbləğində razılaşdırılmış, İddiaçı MMC tərəfindən həmin yerlər üçün cəmi 30671,40 manat məbləğində ödəniş edilmişdir. İşdə olan 26 iyun 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 06 iyun 2023-cü il tarixdə İddiaçı MMC-nin rəhbəri Qanuni nümayəndə1 Yasamal RPİ-nin 27-ci PB-nə şikayətlə müraciət edərək bildirmişdir ki, 2022ci ilin dekabr ayında müştəri tərəfindən sifariş olunmuş və rəhbərlik etdiyi şirkət tərəfindən qəbul edilmiş, 2023-cü ilin fevral ayı üçün nəzərdə tutulmuş iş səyahəti ilə bağlı turun təşkilindən irəli gələn və üzərinə düşən öhdəlikləri yerinə yetirmək məqsədilə, çatışmayan 15 hotel otağının vaxtında bron etdirməsindən ötrü, əvvəllər tanıdığı və etibar etdiyi digər turizm şirkəti olan Cavabdeh şirkətinin rəhbəri Qanuni nümayəndə2 müraciət etmişdir. Əldə edilmiş razılıq əsasında həmin 15 hotel otağının bron edilməsini Qanuni nümayəndə2 öz üzərinə götürsə də, həmçinin otaqların bron olunması üçün 11763 manat pul vəsaiti sonuncunun plastik bank kart hesabına göndərilsə də, sonuncu son anda üzərinə düşən vəzifədən boyun qaçırmış və bununla da İddiaçı MMC-nin rəhbəri Qanuni nümayəndə1 15082 manat maddi ziyan dəymişdir. Faktla bağlı Cavabdeh şirkətinin rəhbəri Qanuni nümayəndə2 barəsində daxil olmuş şikayətlə tanış olduqdan sonra izahatında göstərmişdir ki, şikayətdə göstərilmiş xüsusatlar əsasslı və düzgün yazılıb. O, izahatında Qanuni nümayəndə1 dəymiş 15082 manat maddi ziyanın onun təqsir və günahı nəticəsində olduğunu etiraf etmiş və həmin pulu tam şəkildə ödəyəcəyinə söz vermişdir. Məhkəməyə təqdim olunmuş və İddiaçı MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə1 ilə Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 Firdovsi oğlu arasında aparılmış danışıqları özündə əks etdirən səs yazıları ilə müəyyən olunmuşdur ki, Qanuni nümayəndə2 Qanuni nümayəndə1 otaqların hamısını 1 nəfərin adına bron etdiyini, rezervasiya edilmə mərhələsində Qanuni nümayəndə1 verdiyi məlumatlar üzrə otaqlarda qalacaq digər şəxslərin adlarının da rezervasiya olunacağını, həmçinin ölkə xaricində olduğu üçün internet problemi olduğunu, Qanuni nümayəndə1 verdiyi məlumatları ofisə bildirdiyini, sabah ona rezerv olunmuş yerlərin siyahısının göndəriləcəyini bildirmişdir. Bundan əlavə, Qanuni nümayəndə1 müştərilərinə ödəniş və ad dəyişikliyi üçün son tarixin 14 fevral olduğunu bildirməyini, ad və ya otaqlarla bağlı dəyişiklik olacağı təqdirdə həmin tarixə qədər bu məlumatların dəqiqləşdirilməsini istəmişdir. O, həmçinin qeyd etmişdir ki, xaricdəki partnyoruna 15 fevral 2023-cü il tarixdə ödəniş edəcək. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 404.1 və 404.2-ci madələrinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 445.8-ci madəsinə əsasən, kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Həmçinin, Mülki Məcəllənin: 777.1-ci madəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 777.2-ci madəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; 778.1-ci madəsinə əsasən, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir; 778.2-ci madəsinə əsasən, tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur; 778.3-cü madəsinə əsasən, əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir; 779.1-ci madəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə kollegiyasının qənaətincə, işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və mübahisəli münasibətin yaranmasının maddi-hüquqi əsası fonunda birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, tərəflər arasında şifahi formada əvəzsiz tapşırıq müqaviləsi bağlanmış, Cavabdeh MMC (onun qanuni təmsilçisi) iddiaçı şirkətin müştəriləri üçün ümumilikdə 15623 manat məbləğində ödəniş tələb olunan hotel otaqları rezervasiya etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən öhdəlik lazımınca yerinə yetirilməmiş, həmin otaqlar vaxtında rezervasiya edilməmişdir. Nəticədə İddiaçı MMC sonradan hotel otaqlarını təxminən ikiqat baha qiymətlərlə rezervasiya etmək məcburiyyətində qalmışdır. Apellyasiya şikayətinin dəlili kimi Cavabdeh MMC iddianı qəbul etməyərək gecikmənin iddiaçı tərəfin öz təqsiri ucbatından baş verdiyini, iddiaçı vaxtında ödəniş etmədiyi üçün cavabdeh tərəfindən vaxtında razılaşdırılmış qiymətlərlə bron edilmiş otaqları rezervasiya etməyin mümkün olmadığını iddia etsə də, lakin məhkəmə araşdırması zamanı “WhatsApp” mobil tətbiqi vasitəsilə göndərilmiş səsli və yazı mesajları əsasında müəyyən olunmuşdur ki, cavabdehin təmsilçisi Qanuni nümayəndə2 iddiaçının təmsilçisi Qanuni nümayəndə1 həmin otaqların rezerv olunması üçün 14 fevral 2023-cü il tarixə qədər ödəniş edilməsinin mümkün olduğunu bildirmişdir. İddiaçı tərəfindən 12 fevral 2023-cü il tarixdə artıq müvafiq ödəniş edilmiş olsa da, Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 sonradan - 17 fevral 2023-cü il tarixdə hotel tərəfindən müştərilərin adında dəyişikliyə icazə verilmədiyinə görə xaricdəki partnyoru tərəfindən bütün sifarişlərin ləğv olunduğunu bildirmişdir. Bundan sonra iddiaçı məcbur olub müştəriləri tərəfindən sifariş olunmuş həmin otaqları baha qiymətlərlə, ümumilikdə 30.671,40 manata rezervasiya etmişdir. Qanuni nümayəndə2 Polis bölməsində verdiyi ilkin izahatında da Qanuni nümayəndə1 zərərə uğramasında onun təqsirinin olmamasını, dəfələrlə qarşı tərəfə hotel otaqlarının rezervasiyası üçün son ödəniş tarixinin 10-11 fevral (2023-cü il) olduğunu bildirməsini göstərmişdir. Lakin Qanuni nümayəndə2 həmin izahatı işdə olan sübutlarla tamamilə təkzib olunur. Belə ki, iddiaçının təqdim etdiyi “WhatsApp” mobil tətbiqi vasitəsi ilə bir-birinə göndərilmiş səs yazıları və yazışmalardan Qanuni nümayəndə2 10 fevral tarixinədək Qanuni nümayəndə1 ödəniş tələb etməsi müəyyən olunmur. Halbuki, Qanuni nümayəndə1 08 fevral tarixində müştərilərdən hotel otaqlarına görə 15.980 manat məbləğində pulu qəbul (mədaxil) etmişdi və Qanuni nümayəndə2 tərəfindən tələb olunduğu halda həmin pulu 10 fevral tarixinədək ona göndərməsi mümkün idi. Digər tərəfdən, Qanuni nümayəndə2 yalnız 12 fevral tarixində Qanuni nümayəndə1 ona ödəniş etməsi üçün plastik bank kartının nömrəsini göndərmişdir. Əgər 10-11 fevral tarixlərində rezervasiya üçün ödəniş müddəti bitmişdisə, Qanuni nümayəndə2 nə üçün 12 fevral tarixində Qanuni nümayəndə1 rezervasiya üçün pul qəbul etməsi başa düşülən deyil. Qanuni nümayəndə2 Polis bölməsində verdiyi sonrakı (əlavə) izahatında bildirmişdir ki, Qanuni nümayəndə1 15082 manat məbləğində ziyana düşməsi onun təqsiri ucbatından baş vermişdir və həmin pulu qısa müddətdə Qanuni nümayəndə1 (İddiaçı MMC-yə) ödəməyə çalışacaqdır. Buna, yəni Qanuni nümayəndə1 polisə müraciət edənə qədər də, Qanuni nümayəndə2 onun təqsirindən Qanuni nümayəndə1 dəymiş ziyanı ödəməyi öhdəsinə götürmüş, lakin 2023-cü ilin may ayınadək cəmi 400 manat ödəniş etmiş, Qanuni nümayəndə1 15000 manata qarşı 4 ay ərzində 400 manat ödəniş edilməsinə narazılığını bildirəndə Qanuni nümayəndə2 ona cavab vermişdir ki, imkanı çatan qədər ödəyir, əgər onu qane etmirsə məhkəməyə müraciət edə bilər (xx.xx.2023-cü il tarixdə aparılmış yazışmalar). İşin müəyyən olunmuş hallarından göründüyü kimi, cavabdeh icranı gecikdirmiş, nəticədə öhdəlik kimi üzərinə götürdüyü sifarişi yerinə yetirə bilməmiş, iddiaçı məcbur olub uçuş tarixinə 5-6 gün qalmış cavabdehlə aralarında razılaşdırılmış qiymətdən 15048,40 manat məbləğində artıq ödəniş etməklə müştərilərin sifarişi üzrə hotel otaqlarını rezervasiya etmişdir. Beləliklə də, cavabdehin təqsiri nəticəsində iddiaçıya 15048,40 manat məbləğində zərər dəymişdir. Qeyd edilən zərər məbləğindən 400 manatı cavabdeh (onun qanuni təmsilçisi) tərəfindən iddiaçıya ödənilmiş, ona görə də İddiaçı MMC tərəfindən onun xeyrinə Cavabdeh MMC-dən 14.648 manat məbləğində dəymiş zərərin, habelə məhkəmə xərclərinin əvəzinin tutularaq ödənilməsi məhkəmədən xahiş edilmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bir daha qeyd edir ki, tərəflər arasında şifahi bağlanmış əvəzsiz tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdehin (vəkalət alanın) müqavilə üzrə öhdəliyini (icra üçün qəbul etmiş olduğu tapşırığı) kobud ehtiyatsızlıq (etinasızlıq və səhlənkarlıq) üzündən kifayət qədər vicdanla icra etməməsi (tapşırığı yerinə yetirə bilməməsi) nəticəsində iddiaçıya (vəkalət verənə) zərər (maddi ziyan) dəymişdir və belə vəziyyətdə cavabdeh həmin zərər (zərərin aradan qaldırılması) üçün məsuliyyət daşıyır (Mülki Məcəllənin 779.1-ci maddəsi). Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı MMC-nin ona dəymiş zərərin əvəzi kimi Cavabdeh MMC-dən 14.648 manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız və qəbulolunmazdır, həmin dəlillər işdə olan sübutlarla təkzib olunur. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi təmin olunmuş tələblərə mütənasib olaraq məhkəmə xərclərinin tutulması və aidiyyəti üzrə ödənilməsi məsələlərini də qanuna müvafiq qaydada həll etmişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etmiş və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-129/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli, e-2-2(119)- 129/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-56/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-56/2025
20.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver