Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-651/2025 05.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: tapşırıq müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Hüseyn Aida Əli qızı və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “tapşırıq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 20 iyun tarixli 2-2(105)-56/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kas sasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə1 (bundan sonra-“Qanuni nümayəndə1”) və Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 Firdovsi oğlu (bundan sonra-“Qanuni nümayəndə2”) arasında “WhatsApp” mobil tətbiqi vasitəsi ilə aparılmış yazışmalardan görünür ki, tərəflər arasında 9 ədəd iki nəfərlik (3 ədədinin qiyməti 715 manatdan, 3 ədədinin qiyməti 725 manatdan və 3 ədədinin qiyməti 770 manatdan) və 5 ədəd bir nəfəlik (3 ədədinin qiyməti 635 manatdan, 2 ədədinin qiyməti 695 manatdan) otaqların bron edilməsi barədə razılıq əldə olunmuşdur. Qanuni nümayəndə2 2023-cü il 11 fevral tarixində İddiaçı MMC tərəfin təqdim etdiyi siyahı üzrə xaricdəki partnyoru vasitəsi ilə otaqların bron olunduğunu, sonradan isə həmin otaqların rezerv edildiyini və ödəniş olunduğunu bildirsə də, Qanuni nümayəndə1 hotelin verdiyi məlumata əsasən həmin otaqların rezerv olunmadığını ona bildirmişdir. Lakin 2023-cü il 17 fevral tarixində Qanuni nümayəndə2 Qanuni nümayəndə1 müştərilərin adının dəyişdirilməsinə icazə verilmədiyinə görə həmin sifarişlərlə bağlı ödənilmiş pul vəsaiti batmasın deyə Cavabdeh MMC-nin xaricdəki partnyoru tərəfindən sifarişlərin ləğv olunduğunu bildirmişdir. Həmçinin həmin yazışmalardan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 400 manat məbləğində ödəniş olunduqdan sonra Qanuni nümayəndə1 15.000 manat məbləğində zərərin qarşılığında 400 manat məbləğində ödənişin az olduğunu bildirərərk Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 ödəniş etməsini tələb etmiş, sonuncu isə səhhə tində yaranan problemlə bağlı əməliyyat olunması üçün 30.000 manatdan artıq pul tələb olunduğunu, maddi imkanı çatdığı qədər ödəniş etdiyini qeyd etmiş, belə ödəniş qane etmədiyi təqdirdə Qanuni nümayəndə1 məhkəməyə müraciət etməsini bildirmişdir.
2. İddiaçı MMC tərəfindən X1 Dubay şəhərində yerləşən “X4 Habtoor City” Hotelində 2023-cü il 23 fevral - 26 fevral tarix aralığı üçün rezervasiya məqsədi ilə 2023-cü il 17 fevral tarixli 48792-00233 nömrəli invoys üzrə 1.257 ABŞ dolları (müştərilər Könül Mərdanova, Rəşad Mərdanov), 2023-cü il 17 fevral tarixli 48792-00252 nömrəli invoys üzrə 1.430 ABŞ dolları (müştəri Yaşar Həsənov), 2023-cü il 17 fevral tarixli 48792-00253 nömrəli invoys üzrə 1.470 ABŞ dolları (müştərilər Aynurə Əzizova və Naibə Həsənova), 2023-cü il 17 fevral tarixli 48792-0025 5 nömrəli invoys üzrə 2.849 ABŞ dolları (müştərilər Şəmistan Əliyev və İslam Mahalov), 2023-cü il 18 fevral tarixli 48792-00256 nömrəli invoys üzrə 1.544 ABŞ dolları (müştərilər Günay Əsədova və Xəyalə Təhməzi), 2023-cü il 18 fevral tarixli 4879200257 nömrəli invoys üzrə 1.766 ABŞ dolları (müştərilər *** və Qanuni nümayəndə1), 2023cü il 18 fevral tarixli 48792-00258 nömrəli invoys üzrə 1.559 ABŞ dolları (müştərilər * və **) məbləğlərdə ödəniş olunmuşdur (İşdə olan hesab-fakturalar (invoys)). 3. *** (müştəri-qrup rəhbəri) tərəfindən İddiaçı MMC-yə 15.980 manat məbləğində ödəniş olunmuşdur (2023-cü il 8 fevral tarixli kassa-mədaxil orderi).
4. İddiaçı MMC tərəfindən X1 Dubay şəhərində yerləşən “X4 Habtoor City” Hotelində 2023-cü il 23 fevral - 26 fevral tarixləri aralığı üçün rezervasiya məq sədi ilə 2023-cü il 17 fevral tarixində 1.453,62 ABŞ dolları məbləğində (TBA**********919 nömrəli faktura, müştəri Elnurə Salmanova, 1 ədəd “double” otaq) ödəniş olunmuşdur (2023-cü il 20 fevral tarixli efaktura).
5. Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 2023-cü il 20 iyun tarixində Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsində izahat vermiş və izahatında 2023-cü il 15 iyun tarixli izahatına əlavə olaraq bildirmişdir ki, Qanuni nümayəndə1 15.082 manat məbləğində ziyana düşməsi onun təqsiri ucbatından baş vermişdir. Qanuni nümayəndə2 həmçinin qeyd etmişdir ki, İddiaçı MMC-nin rəhbəri Qanuni nümayəndə1 tərəfindən onun rəhbərlik etdiyi Cavabdeh MMC-yə köçürülmüş 11.763 manat pul onun kart hesabına köçürülmüşdür.
6. İddiaçı MMC ilə Cavabdeh MMC arasında sifariş olunaca q otaqlar üçün ümumi ödəniş 15.623 manat məbləğində razılaşdırılmış, İddiaçı MMC tərəfindən həmin yerlər üçün cəmi 30.671,40 manat məbləğində ödəniş edilmişdir (İddiaçı MMC tərəfindən tərtib olunmuş hesabat cədvəli). 7. 2023-cü il 26 iyun tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 2023-cü il 6 iyun tarixində İddiaçı MMC-nin rəhbəri Qanuni nümayəndə1 Yasamal RPİ-nin 27-ci PB-nə şikayətlə müraciət edərək bildirmişdir ki, 2022-ci ilin dekabr ayında müştəri tərəfindən sifariş olunmuş və rəhbərlik etdiyi şirkət tərəfindən qəbul edilmiş, 2023-cü ilin fevral ayı üçün nəzərdə tutulmuş iş səyahəti ilə bağlı turun təşkilindən irəli gələn və üzərinə düşən öhdəlikləri yerinə yetirmək məqsədilə, çatışmayan 15 hotel otağının vaxtında bron etdirməsindən ötrü, əvvəl lər tanıdığı və etibar etdiyi digər turizm şirkəti olan Cavabdeh şirkətinin rəhbəri Qanuni nümayəndə2 müraciət etmişdir. Əldə edilmiş razılıq əsasında həmin 15 hotel otağının bron edilməsini Qanuni nümayəndə2 öz üzərinə götürsə də, həmçinin otaqların bron olunması üçün 11.763 manat pul vəsaiti sonuncunun plastik bank kart hesabına göndərilsə də, sonuncu son anda üzərinə düşən vəzifədən boyun qaçırmış və bununla da İddiaçı MMC-nin rəhbəri Qanuni nümayəndə1 15.082 manat maddi ziyan dəymişdir. Faktla bağlı Cavabdeh şirkətinin rəhbəri Qanuni nümayəndə2 barəsində daxil olmuş şikayətlə tanış olduqdan sonra izahatında göstərmişdir ki, şikayətdə göstərilmiş xüsusatlar əsasslı və düzgün yazılıb. O, izahatında Qanuni nümayəndə1 dəymiş 15.082 manat maddi ziyanın onun təqsir və günahı nəticəsində oldu ğunu etiraf etmiş və həmin pulu tam şəkildə ödəyəcəyinə söz vermişdir.
8. İddiaçı MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə1 ilə Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 arasında aparılmış danışıqları özündə əks etdirən səs yazıları ilə müəyyən olunmuşdur ki, Qanuni nümayəndə2 Qanuni nümayəndə1 otaqların hamısını 1 nəfərin adına bron etdiyini, rezervasiya edilmə mərhələsində Qanuni nümayəndə1 verdiyi məlumatlar üzrə otaqlarda qalacaq digər şəxslərin adlarının da rezervasiya olunacağını, həmçinin ölkə xaricində olduğu üçün internet problemi olduğunu, Qanuni nümayəndə1 verdiyi məlumatları ofisə bildirdiyini, sabah ona rezerv olunmuş yerlərin siyahısının göndəriləcəyini bildirmişdir. Bundan əlavə, Qanuni nümayəndə1 müştərilərinə ödəniş və ad dəyişikliyi üçün son tarixin 14 fevral olduğunu bildirməyini, ad və ya otaqlarla bağlı dəyişiklik olacağı təqdirdə həmin tarixə qədər bu məlumatların dəqiqləşdirilməsini istəmişdir. O, həmçinin qeyd etmişdir ki, xaricdəki partnyoruna 2023-cü il 15 fevral tarixində ödəniş edəcək. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
9. Qanuni nümayəndə1 2024-cü il 14 iyun tarixində Qanuni nümayəndə2 qarşı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Qanuni nümayəndə2 tapşırıq müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə 14.682 manat pul vəsaiti, hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 600 manat xidmət haqqı, ödənilmiş 136 manat dövlət rüsumu və 3.000 manat əldən çıxmış fayda olmaqla, cəmi 18.418 manat məbləğində pul vəsaitinin tutularaq Qanuni nümayəndə1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin qanuni təmsilçisi və rəhbəri olan Qanuni nümayəndə1 2022-ci ilin dekabr ayında müştərilər tərəfindən müraciət edilərək 2023-cü ilin fevral ayı üçün nəzərdə tutulmuş iş səyahəti ilə bağlı X1 Dubay şəhərinə turun təşkil edilməsi xahiş edilmişdir. Sifarişə əsasən tur Qanuni nümayəndə1 tərəfindən təşkil olunmuşdur. Lakin çatışmayan 15 hotel otağının bron edilməsi öhdəliyini Qanuni nümayəndə1 əvvəlcədən tanıdığı, etibar etdiyi həmkarı Cavabdeh MMC-nin rəhbəri olan Qanuni nümayəndə2 öz öhdəsinə götürmüş və Qanuni nümayəndə1 inandırmışdır ki, 15 hotel otağını bron etdirəcək. Qanuni nümayəndə1 bunun qarşılığında ilkin olaraq 323 manat, bundan əlavə 11.440 manat pulu Qanuni nümayəndə2 tələbi ilə onun 5261 6 233 3533 7128 nömrəli kart hesabına göndərmişdir. Lakin Qanuni nümayəndə2 üzərinə götürdüyü öhdəliyi icra etməmiş və nəticədə Qanuni nümayəndə1 15.082 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı 2023-cü il 6 iyun tarixində Qanuni nümayəndə2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işinin başlanmasına dair Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə şikayət ərizəsilə müraciət etmişdir. Müraciət əsasında işin faktları araşdırılaraq 2023-cü il 20 iyun tarixində Qanuni nümayəndə2 izahatı alınmışdır. Qanuni nümayəndə2 öz əlyazısı ilə izahatında da etiraf etmişdir ki, həqiqətən, qeyd olunan məbləğ onun kart hesabına köçürülüb və Qanuni nümayəndə1 dəymiş maddi ziyanın təqsirkarı odur. Həmçinin bildirmişdir ki, qeyd edilən 15.082 manat madd i ziyanı tez bir zamanda ödəyəcəkdir. Nəticədə, Qanuni nümayəndə1 ilə Qanuni nümayəndə2 arasındakı mübahisənin mülki xarakterli olması əsas göstərilərək 2023-cü il 26 iyun tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar çıxarılmışdır. Qanuni nümayəndə2 2023-cü il 4 may tarixində Qanuni nümayəndə1 istifadəsində olan 4189 8000 0020 6472 nömrəli karta dəymiş zərərin əvəzi kimi cəmi 400 manat ödəniş etmişdir. Qanuni nümayəndə2 yenə öz üzərinə götürdüyü öhdəliyi icra etməmiş, etibardan sui-istifadə etmişdir. Bu dəfə isə təkcə Qanuni nümayəndə1 yox, həmçinin hüquq-mühafizə orqanlarını da yanıltmışdır. Qanuni nümayəndə2 ilə Qanuni nümayəndə1 arasında hər iki tərəfin iradəsinə uyğun olaraq şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Qanuni nümayəndə2 öhdəliyi icra edəcəyini öz üzəri nə götürərək müqaviləyə uyğun iradəsini açıqca ifadə etmişdir və bununla da, tərəflər arasındakı şifahi tapşırıq müqaviləsi qüvvəyə minərək hüquqi nəticəyə yönəlmişdir. Beləliklə, Qanuni nümayəndə2 ilə Qanuni nümayəndə1 arasında bağlanmış şifahi tapşırıq müqaviləsinə və Qanuni nümayəndə2 öz əlyazısı ilə təsdiq etdiyi izahat ilə Qanuni nümayəndə1 münasibətdə pul ödəmə öhdəliyinin mövcud olduğu təsdiq edilir. Lakin hadisələrin üzərindən uzun müddət keçməsinə baxmayaraq, həmin şəxs öhdəliyini icra etməmişdir.
11. Sumqayıt Şəhər Məhkəməsinin 2024-cü il 25 sentyabr tarixli 2(060)-4519/2024 nömrəli qərardadı ilə Qanuni nümayəndə1 əsl İddiaçı MMC (bundan sonra-“iddiaçı”) ilə, Qanuni nümayəndə2 əsl Cavabdeh MMC (bundan sonra -“cavabdeh”) ilə əvəz edilməsi qərara alınmışdır.
12. Daha sonra Sumqayıt şəhər Məhkəməsinin 2024-cü il 25 sentyabr tarixli 2(060)4519/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası üzrə işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 13. 2025-ci il 10 fevral tarixində iddiaçı tərəfindən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək cavabdehdən 14.648 manat məbləğində dəymiş zərərin və məhkəmə xərclərinin əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
14. Həmin ərizədə qeyd olunmuşdur ki, iddiaçı 2019-cu ildən turizm fəaliyyəti ilə məşğuldur, cavabdeh isə həm fiziki şəxslərə, həm də digər turizm şirkətlərinə xidmət göstərir. Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 iddiaçı ilə aralarındakı razıla şmaya əsasən iddiaçının müştəriləri üçün 9 “double” və 5 “single” nömrə rezerv etməyi öhdəsinə götürmüş, lakin öhdəliyi yerinə yetirməmişdir. Nəticədə iddiaçı eyni nömrələri iki dəfə baha qiymətə – 30.671 manata alaraq 15.048 manat ziyana düşmüşdür. Qanuni nümayəndə2 əvvəlcə ziyan vurduğunu etiraf edib 400 manat ödəsə də, sonradan borcu ödəməkdən imtina etmişdir. Cavabdehin bu davranışı öhdəlikdən yayınmaq məqsədi daşıyır və onun izahatı əsassız hesab edilməlidir. Turizm sahəsində formalaşmış işgüzar adətlərə görə partnyor şirkət öhdəliyini yerinə yetirmədikdə digər tərəfə dəymiş ziyanı, o cümlədən əldən çıxmış faydanı ödəməlidir. Cavabdeh razılaşdırılmış nömrələri təqdim etmədiyinə görə iddiaçı 5 gün qalmış daha baha qiymətə nömrələr almağa məcbur olmuş, nəticədə həm 357 manat gəlirdən mə hrum olmuş, həm də 15.048 manat faktiki ziyana düşmüşdür. Buna görə də iddiaçı cavabdehdən 14.648 manat məbləğində ziyanın ödənilməsini tələb etmişdir.
15. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il 25 fevral tarixli 2-2(119)-129/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 14.648 manat məbləğində dəymiş zərərin və ödənilmiş 133,94 manat dövlət rüsumu əvəzinin tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur (hakim - İ.Əliyev).
16. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmış, cavabdeh iddiaçı şirkətin müştəriləri üçün ümumilikdə 15.623 manata hotel otaqları rezervasiya etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən öhdəlik lazımınca yerinə yetirilməmiş, həmin otaqlar vaxtında rezervasiya edilməmiş dir. Buna görə də iddiaçı aralarında razılaşdırılandan baha qiymətə otaqları rezervasiya etmək məcburiyyətində qalmışdır.
17. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək gecikmənin iddiaçı tərəfin öz təqsiri ucbatından olduğunu, iddiaçı vaxtında ödəniş etmədiyi üçün cavabdeh tərəfindən vaxtında razılaşdırılmış qiymətlərlə bron edilmiş otaqları rezervasiya etməyin mümkün olmadığını bildirsə də, məhkəmə araşdırması zamanı səs yazıları əsasında müəyyən olunmuşdur ki, Qanuni nümayəndə2 iddiaçının qanuni təmsilçisinə həmin otaqların rezerv olunması üçün 2023-cü il 14 fevral tarixinə qədər ödəniş edilməsinin mümkün olduğunu bildirmişdir. Lakin iddiaçı tərəfindən 2023-cü il 12 fevral tarixində artıq müvafiq ödəniş edilmiş olsa da, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə 2 sonradan - 2023-cü il 17 fevral tarixində hotel tərəfindən müştərilərin adında dəyişikliyə icazə verilmədiyinə görə xaricdəki partnyoru tərəfindən bütün sifarişlərin ləğv olunduğunu bildirmişdir. Bundan sonra iddiaçı məcbur olub müştəriləri tərəfindən sifariş olunmuş həmin otaqları baha qiymətlərlə, ümumilikdə 30.671,40 manata rezervasiya etmişdir.
18. Göründüyü kimi, cavabdeh icranı gecikdirmiş, nəticədə öhdəlik kimi üzərinə götürdüyü sifarişləri edə bilməmiş, iddiaçı məcbur olub uçuş tarixinə 5-6 gün qalmış cavabdehlə aralarında razılaşdırılmış qiymətdən 15.048,4 manat məbləğində artıq ödəniş edərək müştərilərin sifarişi üzrə hotel otaqlarını rezervasiya etmişdir. Beləliklə də, cavabdehin təqsiri nəticəsində iddiaçıya 15.048,40 manat məbləğində zərər dəymişdir.
19. Cavabdehin qanuni tə msilçisi Qanuni nümayəndə2 2023-cü il 20 iyun tarixində Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsində verdiyi izahatında bildirmişdir ki, Qanuni nümayəndə1 15.082 manat məbləğində ziyana düşməsi onun təqsiri ucbatından baş vermişdir.
20. Məhkəmə iclasında Qanuni nümayəndə2 həmin izahatı təzyiq altında yazdığını bildirsə də, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, o, polis bölməsində izahat verməzdən əvvəl 2023-cü il 10 may tarixində “WhatsApp” mobil tətbiqi vasitəsi ilə aparılmış yazışmalarda da həmin zərəri qəbul etmiş, hətta həmin məbləğin 400 manatı cavabdeh tərəfindən ödənilmişdir.
21. Cavabdehin qanuni təmsilçisi iddiaçıya edilmiş 400 manat məbləğində ödənişin həmin zərərlə bağlı deyil, viza məsələsi ilə bağlı qaytarılmış məbləğ olduğunu bildirsə də, tərəflər arasında aparıl mış yazışmalardan aydın olur ki, həmin ödənişdən sonra Qanuni nümayəndə1 15.000 manat məbləğində zərərin qarşılığında 400 manat məbləğində ödənişin az olduğunu bildirərək cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 ödəniş etməsini tələb etmiş, sonuncu isə səhhətində yaranan problemlə bağlı əməliyyat olunması üçün 30.000 manatdan artıq pul tələb olunduğunu, maddi imkanı çatdığı qədəri ilə ödəniş etdiyini qeyd etmiş, ödənişlər qane etmədiyi təqdirdə Qanuni nümayəndə1 məhkəməyə müraciət etməsini bildirmişdir.
22. Göründüyü kimi, tərəflər arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab etmişdir ki, cavabdehdən 14.648 manat məbləğində dəymiş zərərin ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundansonra–“MM”) 21.1, 21.2, 385.1, 404.1, 404.2, 425.1, 427.3,442, 445.8, 777.1, 777.2, 778.1, 778.2, 778.3, 779.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 12 aprel tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
24. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Sumqayıt Apellyasiya Məhkəməsin in Kommersiya Kollegiyasının 2025-ci il 20 iyun tarixli 2-2(105)-56/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən-məruzəçi hakim M.Hüseynov, hakimlər Z.Məmmədov və İ.Dəmirov).
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
27. Apellyasiya şikayətinin dəlili kimi cavabdeh iddianı qəbul etməyərək gecikmənin iddiaçı tərəfin öz təqsiri ucbatından baş verdiyini, iddiaçı vaxtında ödəniş etmədiyi üçün cavabdeh tərəfindən vaxtında razılaşdırılmış qiymətlərlə bron edilmiş otaqları rezervasiya etməyin mümkün olmadığını iddia etsə də, lakin məhkəmə araşdırması zamanı “WhatsApp” mobil tətbiqi vasitəsilə göndərilmiş səsli və yazı mesajları əsasında müəyyən olunmuşdur ki, cavabdehin təmsilçisi Qanuni nümayəndə2 iddiaçının təmsilçisi Qanuni nümayəndə1 həmin otaqların rezerv olunması üçün 2023-cü il 14 fevral tarixinə qədər ödəniş edilməsinin mümkün olduğunu bildirmişdir. İddiaçı tərəfindən 2023-cü il 12 fevral tarixində artıq müvafiq ödəniş edilmiş olsa da, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 sonradan - 2023cü il 17 fevral tarixində hotel tərəfindən müştərilərin adında dəyişikliyə icazə verilmədiyinə görə xaricdəki partnyoru tərəfindən bütün sifarişlərin ləğv olunduğunu bildirmişdir. Bundan sonra iddiaçı məcbur olub müştəriləri tərəfindən sifariş olunmuş həmin otaqları baha qiymətlərlə, ümumilikdə 30.671,40 manata rezervasiya etmişdir.
28. Qanuni nümayəndə2 Polis bölməsində verdiyi ilkin izahatında da Qanuni nümayəndə1 zərərə uğramasında onun təqsirinin olmamasını, dəfələrlə qarşı tərəfə hotel otaqlarının rezervasiyası üçün son ödəniş tarixinin (2023-cü il) 10-11 fevral olduğunu bildirməsini göstərmişdir.
29. Lakin Qanuni nümayəndə2 həmin izahatı işdə olan sübutlarla tamamilə təkzib olunur. Belə ki, iddiaçının təqdim etdiyi “WhatsApp” mobil tətbiqi vasitəsi ilə bir-birinə göndərilmiş səs yazıları və yazışmalardan Qanuni nümayəndə2 10 fevral tarixinədək Qanuni nümayəndə1 ödəniş tələb etməsi müəyyən olunmur. Halbuki, Qanuni nümayəndə1 08 fevral tarixində müştərilərdən hotel otaqlarına görə 15.980 manat məbləğində pulu qəbul (mədaxil) etmişdi və Qanuni nümayəndə2 tərəfindən tələb olunduğu halda həmin pulu 10 fevral tarixinədək ona göndərməsi mümkün idi. Digər tərəfdən, Qanuni nümayəndə2 y alnız 12 fevral tarixində Qanuni nümayəndə1 ona ödəniş etməsi üçün plastik bank kartının nömrəsini göndərmişdir. Əgər 10-11 fevral tarixlərində rezervasiya üçün ödəniş müddəti bitmişdisə, Qanuni nümayəndə2 nə üçün 12 fevral tarixində Qanuni nümayəndə1 rezervasiya üçün pul qəbul etməsi başa düşülən deyil.
30. Qanuni nümayəndə2 Polis bölməsində verdiyi sonrakı (əlavə) izahatında bildirmişdir ki, Qanuni nümayəndə1 15.082 manat məbləğində ziyana düşməsi onun təqsiri ucbatından baş vermişdir və həmin pulu qısa müddətdə Qanuni nümayəndə1 (iddiaçıya) ödəməyə çalışacaqdır. Buna, yəni Qanuni nümayəndə1 polisə müraciət edənə qədər də, Qanuni nümayəndə2 onun təqsirindən Qanuni nümayəndə1 dəymiş ziyanı ödəməyi öhdəsinə götürmüş, lakin 2023-cü ilin may ayınadək cəmi 400 manat ödəniş etmiş, Qanuni nümay əndə1 15.000 manata qarşı 4 ay ərzində 400 manat ödəniş edilməsinə narazılığını bildirəndə Qanuni nümayəndə2 ona cavab vermişdir ki, imkanı çatan qədər ödəyir, əgər onu qane etmirsə məhkəməyə müraciət edə bilər (2023-cü il 10 may tarixində aparılmış yazışmalar).
31. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, cavabdeh icranı gecikdirmiş, nəticədə öhdəlik kimi üzərinə götürdüyü sifarişi yerinə yetirə bilməmiş, iddiaçı məcbur olub uçuş tarixinə 5-6 gün qalmış cavabdehlə aralarında razılaşdırılmış qiymətdən 15.048,40 manat məbləğində artıq ödəniş etməklə müştərilərin sifarişi üzrə hotel otaqlarını rezervasiya etmişdir. Beləliklə də, cavabdehin təqsiri nəticəsində iddiaçıya 15.048,40 manat məbləğində zərər dəymişdir.
32. Qeyd edilən zərər məbləğindən 400 manatı cavabdeh (onun qanuni təm silçisi) tərəfindən iddiaçıya ödənilmiş, ona görə də iddiaçı tərəfindən onun xeyrinə cavabdehdən 14.648 manat məbləğində dəymiş zərərin, habelə məhkəmə xərclərinin əvəzinin tutularaq ödənilməsi məhkəmədən xahiş edilmişdir.
33. Şərh olunanlara əsasən məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında şifahi bağlanmış əvəzsiz tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdehin (vəkalət alanın) müqavilə üzrə öhdəliyini (icra üçün qəbul etmiş olduğu tapşırığı) kobud ehtiyatsızlıq (etinasızlıq və səhlənkarlıq) üzündən kifayət qədər vicdanla icra etməməsi (tapşırığı yerinə yetirə bilməməsi) nəticəsində iddiaçıya (vəkalət verənə) zərər (maddi ziyan) dəymişdir və belə vəziyyətdə cavabdeh həmin zərər (zərərin aradan qaldırılması) üçün məsuliyyət daşıyır ( MM-in 779.1-ci maddəsi). Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının ona dəymiş zərərin əvəzi kimi cavabdehdən 14.648 manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 385.1, 390.1, 399.1, 404.1, 404.2, 425.1, 427.3, 442, 445.8, 777.1, 777.2, 778.1, 778.2, 778.3 və 779.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “2021-ci il 12 aprel tarixli Qərarına və MPM-in 385.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
35. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şik ayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. MM-in 777.1-ci maddəsi üzrə - məhkəmə tapşırıq müqaviləsinin hüquqi mahiyyətindən irəli gələn əsaslara düzgün hüquqi qiymət verməmişdir. İşin faktiki halları ilə tərəflər mübahisəsiz qaydada təsdiq edir ki, cavabdeh işi icra edə bilməyəcəyini bildiyi an iddiaçıya bu barədə dərhal xəbər vermiş və iddiaçının cavabdehə ödədiyi pulu tam geri qaytarmışdır. İddiaçının cavabdehdən tələb etdiyi pul məbləği cavabdehə köçürmə yolu ilə ödənilmiş pul məbləğinin heç bir hissəsini təşkil etmir. Yəni iddiaçının pul tələbinin mahiyyətini cavabdehə köçürmə yolu ilə ödədiyi 11.440 manat pul vəsaiti təşkil etmir. Bu pul cavabdeh tərəfindən iddiaçıya tam geri qaytarılmışdır. Bu faktı iddiaçı tərəf də təsdiq edir və işin mübahisəsi z halıdır. Belə olan halda, MM-nin 777.1-ci maddəsinin tələbi ilə cavabdehin konkret nəticə əldə olunmasına təminat vermədən üzərinə götürdüyü iş üzrə cavabdehin yeganə öhdəliyi iddiaçının həmin iş üzrə ödədiyi pul vəsaitini tam geri qaytarmaqdan ibarətdir və bu fakt da işin mübahisəsiz halıdır.
37. MM-in 779.1-ci madəsi üzrə - cavabdehin iddiaçının tapşırığını vicdanla yerinə yetirməməsinə, habelə cavabdehin qəsd və ya ehtiyatsızlıqdan iddiaçıya zərər vurduğu qənaətinə məhkəmənin gəlməsinə heç bir faktiki hal, iş üzrə dəlil yoxdur. Əksinə, iş materiallarında olan tərəflər arasında olan yazışmalarla ilə təsdiq olunur ki, cavabdeh ilk gündən iddiaçıya hotel otaqlarını almaq üçün ödənişi mümkün qədər tez göndərməyi bildirmiş, hotel otaqlarını nə qədər tez alsalar cari iş üzrə baş vermiş qiym ət artımı kimi risklərdən sığortalanmış olacaqlarını bildirmiş, qiymət dəyişikliyi olan kimi iddiaçını dərhal xəbərdar etmiş, iddiaçı isə öz müştərilərinə ödənişi gec ödədikləri üçün hotel qiymətlərində dəyişiklik olduğunu izah etmək əvəzinə özünün də məhkəmədə etiraf etdiyi kimi, öz işguzar nüfuzunu qorumaq üçün könüllü olaraq hotel otaqlarını müştəriləri üçün baha qiymətə almağa razılaşmışdır. İddiaçının öz müştərilərinə qiymət dəyişimi ilə bağlı məlumat vermədən, könüllü olaraq yeni qiymətə hotel otaqları alması ilə özü tərəfindən artıq pul xərclənməsi kimi fakt zərər kimi qiymətləndirilməsi qanuni və ağlabatan deyil.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 2004-cü il 25 mart tarixli Qərarı üzrə - məhkəmə iddia tələbini təmin edərkən iddiaçının mülahizəsindən və iddiaçı tərəfin iş üzrə məhkəməyə təqdim etdiyi 2023-cü il 26 iyun tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından asılı qalmış, işə dair iddiaçının reqress qaydada hüququnun mövcudluğunu araşdırmadan sadəcə qeyd edilən təhqiqat orqanının qərarını və cavabdehin təhqiqat orqanına izahatını preyudisial əhəmiyyətli hesab etmişdir. Halbuki, cavabdehin təhqiqat orqanına yalnızca borcun etirafına dair izahatı olduğu təqdirdə izahat borcun etirafı kimi qiymətləndirilə bilər. Cari işdə isə iddiaçının tələbi reqress qaydada pul tələbidir ki, bu hal üzrə isə sadəcə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü preyudisial əhəmiyyət daşıyır. b) Kassasiya şikayətinə qarşı etirazın dəl illəri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
40. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq ed ilən hüquq
42. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçir ərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsur larla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır...” “Maddə
777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir....” “Maddə
778. Tapşırığın məzmunu 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, ta pşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.” “Maddə
779. Vəkalət alanın məsuliyyəti 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır....”
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 202 0-ci il 5 avqust tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 12 aprel tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “... Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı is tifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz....”
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
46. Cavabdehin kassasiya şikayətində qeyd etdiyi dəlillər, apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürdüyü dəlillərlə eyniyyət təşkil edir.
47. Məhkəmə kollegiyası kass asiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir.
48. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, müvafiq polis şöbəsində araşdırma zamanı iddia olunan ziyanın, özünün təqsiri üzündən vurulduğunu təs diq edən cavabdehin qanuni təmsilçisinin məhkəmə icraatı gedişindəki mövqeyi, işdə olan sübutlarla təkzib edilməklə yanaşı, «estoppel» prinsinin tələbləri ilə də uzlaşmır. 50. “...vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etm əsinin qarşısının alınması məqsədini daşıyır…» («M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı)
51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 52.MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya k ollegiyasının 2025-ci il 20 iyun tarixli 2-2(105)-56/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.