Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-63/2024 27.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azərı̇ qaz” İstehsalat Bı̇ rlı̇ yinə qarşı kommersiya işi üzrə (Açar sözlər: borcun silinməsi) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X9 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh ”zaq̇ ırəzA“ İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, e-2-2(119)-45/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı X3 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək istifadəsində olan ünvan 1 ünvanında yerləşən “Amore” İstirahət Mərkəzinə Cavabdeh tərəfindən əsassız olaraq artıq hesablanmış 2963,25 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 26 aprel 2018-ci il tarixdən ilkin icarə müqaviləsi əsasında İddiaçı məxsus ünvan 1ndə yerləşən “Amore” istirahət mərkəzini icarəçi kimi işlədir. İstirahət mərkəzini icarəçi kimi işlətdiyi 4 ildən artıq müddətdə heç bir dövlət qurumu ilə aralarında anlaşmazlıq və problem olmamışdır. “Amore” istirahət mərkəzində istifadə olunan təbii qazın dəyəri sayğac göstəricilərinə uyğun iddiaçı tərəfindən vaxtlı-vaxtında ödənilmiş, Sumqayıt Qaz İstismar Sahəsi ilə iddiaçı arasında heç vaxt hər hansı bir problem yaranmamışdır. Lakin “Amore” istirahət mərkəzində quraşdırılmış sayğacın göstəricilərinə əsasən 2022-ci ili dekabr ayında 25648 m3 qaz istifadə olunmasına baxmayaraq, “Amore” istirahət mərkəzinə 2022-ci ilin dekabr ayı üçün təqdim edilmiş hesab-fakturada qaz sərfiyyatı heç bir əsas göstərilmədən 11853 m3 artırılaraq 37501 kub metr göstərilmişdir. İddiaçıya heç bir əsas olmadan hesablanmış 11853 m3 qaza görə qeyri-qanuni tələb olunan 2963,25 manat pul vəsaitinin silinməsi ilə bağlı iddiaçının 17 yanvar 2023-cü il tarixli müraciəti üzrə Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Sumqayıt Filialı tərəfindən araşdırılma aparılmışdır. Araşdırma nəticəsində Agentlik tərəfindən Cavabdeh Sumqayıt Qaz İstismarı Sahəsinə verilmiş müvafiq sorğuya cavab olaraq təqdim edilmiş sənədlərin təhlili istehlakçının (“Amore” istirahət mərkəzinin) abonent hesabına daxil edilmiş 11853 m3 qaz həcminin əsassız olduğu öz təsdiqini tapmışdır. Məktubda göstərilir ki, “Energetika Nazirliyinə daxil olmuş, Sumqayıt şəhəri, Novxanı yolu ünvanında yerləşən “Amore” restoranının (abonent kodu **********00060, İddiaçı) abonent hesabına daxil edilmiş əlavə borc məbləği barədə müraciət X4 Agentliyinin Sumqayıt Filialı tərəfindən aidiyyəti üzrə araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, restoranın qaz xətti üzərində quraşdırılmış sayğacın göstəricilərinə əsasən 2022-ci ilin dekabr ayında 25648 m3 təbii qazdan istifadə olunmuşdur. Lakin istehlakçıya 2022-ci ilin dekabr ayı üçün təqdim edilmiş hesab-fakturada qaz sərfiyyatı heç bir əsas göstərilmədən 11853 m3 artırılaraq 37501 m3 göstərilmişdir. Bununla əlaqədar Cavabdeh Sumqayıt Qaz İstismar Sahəsinə verilmiş müvafiq sorğuya cavab olaraq təqdim edilmiş sənədlərin təhlili istehlakçının abonent hesabına daxil edilmiş 11853 m3 qaz həcminin əsassız olduğunu bir daha təsdiq etmişdir. İstehlakçının abonent hesabına daxil edilmiş əsassız borca yenidən baxılması üçün Cavabdehnə müraciət edilmiş, Cavabdeh 14-2-2-6/2-47/2023 nömrəli 13 fevral 2023-cü il tarixli cavab məktubunda sayğacın pasport göstəricilərinə uyğun istismar edilməməsinə görə uçota alınmayan qaz həcminin hesablanmasının məqsədəuyğun olduğunu bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X6”nın 5.2 bəndinin tələblərinə görə, qaz paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir, qaz paylayıcı tərəfindən verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyəri istehlakçıdan tələb edilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq Qaydaların 3 nömrəli əlavəsinə əsasən “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsində həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər.”
3. 27 dekabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iş üzrə iddiaçı X2 əsl İddiaçı ilə əvəz edilməsi qərara alınmışdır.
4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli 28 mart 2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt Qaz İstismarı İdarəsinin əməkdaşları tərəfindən İddiaçı məxsus “G 100” markalı 80110908 nömrəli qaz sayğacına yerində xidmət göstərilmişdir.
6. Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazın uçotunun pozulması haqqında” 31 dekabr 2022-ci il tarixli aktda qeyd olunur ki, “X6”nın 4.3-cü bəndinə uyğun olaraq “G100” markalı 80110908 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilmişdir. Cavabdeh SOCAR**********00040020A00513 nömrəli əmri ilə təsdiq edilmiş “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarəolunması üzrə” Təlimata əsasən uçota alınmayan qaz həcmi yenidən hesablanaraq 11853 m3 müəyyən olunmuşdur.
7. Abonent saldosundan görünür ki, 2022-ci ilin dekabr ayında akt əsasında İddiaçı məxsus abonent hesabına 2963,25 manat məbləğində borc hesablanmışdır.
8. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Sumqayıt filialının 14 fevral 2023-cü il tarixli 3-15/2- P-5-5- 142/2023 nömrəli məktubundan göstərilir ki, Energetika Nazirliyinə daxil olmuş, Sumqayıt şəhəri, Novxanı yolu ünvanında yerləşən “Amore” restoranının (abonent kodu **********00060, İddiaçı) abonent hesabına daxil edilmiş əlavə borc məbləği barədə müraciət X4 Agentliyinin Sumqayıt Filialı tərəfindən aidiyyəti üzrə araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, restoranın qaz xətti üzərində quraşdırılmış sayğacın göstəricilərinə əsasən 2022-ci ilin dekabr ayında 25648 kub metr təbii qazdan istifadə olunmuşdur. Lakin istehlakçıya 2022-ci ilin dekabr ayı üçün təqdim edilmiş hesabfakturada qaz sərfiyyatı heç bir əsas göstərilmədən 11853 kub metr artırılaraq 37501 kub metr göstərilmişdir. Bununla əlaqədar Cavabdeh Sumqayıt Qaz İstismar Sahəsinə verilmiş müvafiq sorğuya cavab olaraq təqdim edilmiş sənədlərin təhlili istehlakçının abonent hesabına daxil edilmiş 11853 kub metr qaz həcminin əsassız olduğunu bir daha təsdiq etmişdir. İstehlakçının abonent hesabına daxil edilmiş əsassız borca yenidən baxılması üçün Cavabdehnə müraciət edilmiş, Cavabdeh 14-2-2-6/2-47/2023 nömrəli xx.xx.2023-cü il tarixli cavab məktubunda sayğacın pasport göstəricilərinə uyğun istismar edilməməsinə görə uçota alınmayan qaz həcminin hesablanmasının məqsədəuyğun olduğunu bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X6”nın 5.2 bəndinin tələblərinə görə, qaz paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablanmalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir, qaz paylayıcı tərəfindən verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyəri istehlakçıdan tələb edilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi”nin 5.2-ci bəndinin tələbinə görə müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
9. Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, e-2-2(119)- 45/2024 nömrəli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddianın təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1ndə yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00060) “Təbii qazın uçotunun pozulması haqqında” 31 dekabr 2022-ci il tarixli akt əsasında hesablanmış 2963,25 (iki min doqquz yüz altmış üç manat iyirmi beş qəpik) manat məbləğində borcun silinməsi, Cavabdehndən dövlət nəfinə 49,63 (qırx doqquz manat altmış üç qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X6”nın 4.2 və 4.9-cu bəndləri, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 2.3 və 3.2-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5 və 5.2-ci bəndləri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1-1 və 9.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 218.3, 119.2, 121.1, 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, e-2-2(119)-45/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixində Cavabdeh Sumqayıt QİS-nin əməkdaşları tərəfindən ünvan 1ndə yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsində sayğaca baxış keçirərkən, sayğacda uçotu pozulmuş qaz sərfi müəyyən etmişlər. Məhkəmənin nəzərinə çatdirmaq istəyir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X6“nın 3.3-cü bəndinə əsasən sənaye qaz qurğularından istifadə edən istehlakçılar (ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan) əsas və köməkçi qaz qurğularını, nəzarət ölçü cihazlarını və avtomatik idarəetmə vasitələrini texniki cəhətdən saz səviyyədə saxlamaq üçün xüsusi razılıq (lisenziya) almaq şərtilə öz xidmət sahəsini yaratmağı və ya xüsusi razılığı (lisenziyası) olan təşkilata və ya qaz paylayıcısı ilə texnki xidmət müqaviləsi bağlamağı yeriə yetirməlidir. İstehlakçılar tərəfindən bu tələblərin yerinə yetirilməməsi qaz sayğacının istismar müddəti ərzində mexaniki hissələrinin aşınması səbəbindən real istehlak olunmuş qaz həcminin qaz sayğaclarında uçotunun pozulması ilə nəticələnir. Beləliklə, sənaye qaz qurğularından istifadə edən istehlakçılar tərəfindən X6 və qazın alqısatqısı müqaviləsi ilə müəyyən olunmuş vəzifələrin yerinə yetirilməməsinə, habelə qaz sayğacının pasport göstəricilərinə uyğun istismar edilməməsinə görə uçot alınmayan qazın həcmi hesablanır. Bununla bağlı xx.xx.2022-ci il tarixli, 010 nömrəli “Təbii qazın uçotunun pozulması haqqında” akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli, 010 nömrəli akta əsasən İddiaçı Sumqayıt QİS-nin abonent bazasındakı **********00060 nömrəli abonent koduna 8640m3 x 0,25 qəp.= 2,160 (iki min yüz altmış) manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Abonent İddiaçı abonent koduna hesablanmış 2.160 (iki min yüz altmış) manat itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Abonentlə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi Qətnamə çıxarılarkən tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız Qətnamə çıxarılmışdır. Bundan əlavə iddiaçının iddia ərizəsi və məhkəmə bildirişi də onlara təqdim olunmamışdır. İstehlakçı hazırkı vəziyyətdə dəymiş zərərin əvəzini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. İstehlakçıya hazırkı vəziyyətdə dəymiş zərərin əvəzinin ödənilməsi barəsində bildiriş göndərilmişdir. Təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğlərinin yalnız təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində yaranmış itirilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, saldo və digər sübutları düzgün təhlil etməmiş, təbii qazdan qanunsuz istifadəyə əsasən yaranmış borcu düzgün qiymətləndirməmişdir. Yaranmış borc itirilmiş qazın bərpası əsasında hesablanmışdır.“Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə”nin 2.3.1-ci yarımbəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirilən qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
15. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X6”nın: 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.9cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
18. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.
19. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
22. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus Sahil küçəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00060) “Təbii qazın uçotunun pozulması haqqında” 31 dekabr 2022-ci il tarixli akt tərtib edilmiş və aktda göstərilmişdir ki, “X6”nın 4.3-cü bəndinə uyğun olaraq “G100” markalı 80110908 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilmişdir. Cavabdeh SOCAR**********00040020A00513 nömrəli əmri ilə təsdiq edilmiş “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarə olunması üzrə” Təlimata əsasən uçota alınmayan qaz həcmi yenidən hesablanaraq 11853 m3 müəyyən olunmuşdur. İddiaçıya həmin akt əsasında 2963,25 (iki min doqquz yüz altmış üç manat iyirmi beş qəpik) manat məbləğində borc hesablanmışdır.
24. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin edilmişdir
25. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1ndə yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00060) “Təbii qazın uçotunun pozulması haqqında” 31 dekabr 2022-ci il tarixli akt əsasında hesablanmış 2963,25 (iki min doqquz yüz altmış üç manat iyirmi beş qəpik) manat məbləğində borc silinməlidir.
26. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq cavabdeh apellyasiya şikayəti vermişdir.
27. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
29. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, e-2-2(119)- 45/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
30. Kollegiya qeyd edir ki, araşdırılan mübahisə kommersiya mübahisəsi olmaqla, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialardan kassasiya şikayəti verilməsi istisna olunduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, e-2-2(119)- 45/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayət verilə bilməz.