Məhkəmə qərarları › İş №2-2(105)-67/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-67/2020

02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-67/2020 02.06.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər X1 və X2 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi üzrə iddianın təmin tədbirinin tətbiq edilməsi haqqında iddiaçının ərizəsinə dair Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-323/2020 saylı xx xxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə xx xxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “İstixana” sahəsində təbii qazdan istifadəyə görə əsassız hesablanmış 208878 (iki yüz səkkiz min səkkiz yüz yetmiş səkkiz) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə barədə ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçıya məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “istixana”ya təbii qazın verilməsinin dayandırılmasının Cavabdehnə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən borcu ödəmədiyi təqdirdə “istixanaya” qaz verilişini dayandıracaqları haqqında iddiaçıya bir neçə dəfə xəbərdarlıq edilmişdir. Bu hal hətta qısa bir vaxt üçün belə baş verərsə, mövsüm vaxtı iddiaçı üçün böyük maddi itkilərə, həmçinin “istixanada” çalışan 30-a yaxın işçinin hazırda geniş yayılmış “KORONAVİRUS” pandemiyası vəziyyətində işsiz qalmaları nəticəsində ciddi maddi sıxıntılara məruz qalmalarına gətirib çıxaracaqdır. Digər tərəfdən, cavabdeh tərəfindən “istixanaya” qazın verilişi dayandırılarsa, iddia təmin edildiyi təqdirdə bu hal məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirə bilər. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-323/2020 saylı xx xxxxx 2020ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iddianın təmin tədbiri kimi mülki işə mahiyyəti üzrə baxılanadək İddiaçı (abonent kodu: **********00041) məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “istixana”ya təbii qazın verilməsinin dayandırılması Cavabdehnə qadağan edilmişdir. (hakim Z.Sadiqov) Qərardaddan narazı qalan Cavabdeh şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-323/2020 saylı xx xxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh müqavilə əsasında İddiaçı təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə ikitərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf müqavilədə üzərinə öhdəlik götürmüşdür. Lakin müqavilə öhdəliklərinə əməl etməmiş, debitor borcunu ödəməmişdir. Belə ki, bu günə abonentin 208878 manat debitor borcu vardır. İstifadə olunmuş təbii qaza görə ödəniş aparılmamış və bununla bağlı Birliklə heç bir razılaşma barədə müraciət olunmamışdır. İddiaçı Qaz təchizatı haqqında qanunun tələblərini kobud şəkildə pozmuş və debitor borcunu ödəməyərək Birliyin maliyyə dayanıqlığına ziyan vurmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-323/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir.(hakim Z.Sadiqov) Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq icraata qəbul edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edib onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və iddianın təmin tədbiri haqqında ərizəni araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı hazırkı iddia ərizəsi ilə Cavabdeh tərəfindən hesablanmış 208878.00 (iki yüz səkkiz min səkkiz yüz yetmiş səkkiz manat 00 qəpik) manat məbləğində borcu mübahisələndirmişdir. İddiaçının ərizəsinə əsasən qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli e-2-2(119)-323/2020 saylı qərardadına əsasən iddianın təmin tədbiri kimi mülki işə mahiyyəti üzrə baxılanadək İddiaçı (abonent kodu: **********00041) məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “İstixana”ya təbii qazın verilməsinin dayandırılması Cavabdehnə qadağan edilmişdir. Kollegiya qeyd edir ki, mübahisələndirilən borc məbləğinə görə fiziki şəxs olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “İstixana”ya təbii qazın verilməsinin dayandırılması - sonuncunun sahibkarlıq fəaliyyətini həyata keçirməsinə maneələr yarada və həmin sahibkara və digər şəxslərə zərər vura bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci və 158.1.3-cü maddələrinin tələblərinə görə, məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan edə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395- 396, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-323/2020 saylı xx xxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fərmayıl Zeynallı Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar