Məhkəmə qərarları › İş №2-2(105)-67/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-67/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-67/2021 05.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Elman Məmməd oğlu Əhmədov və Hökümə Çingiz qızı Babayevadan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 451/2021 saylı xx xxxx 2021-ci il tarixli qərardadından cavabdeh “xxxx” ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya məxsus olan Sumqayıt şəhəri Tuq-zavod qəsəbəsində yerləşən tikinti materialları mağazasına (abunə kodu: **********8) əsassız hesablanmış 1611 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə iddianı təmin etmə tədbiri barədə ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Tuq-zavod qəsəbəsində yerləşən tikinti materialları mağazası iddiaçıya məxsusdur. Cavabdeh “xxxx” İstehsalat Birliyinin əməkdaşları ona məxsus mağazaya gələrək, mağazanın işığını kəsmiş və mağazada elektrik enerjisindən istifadə edə bilmir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-451/2021 saylı xx xxxx 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə mahiyyəti üzrə baxılanadək iddianın təmin tədbiri olaraq İddiaçı məxsus Sumqayıt şəhəri Tuq-zavod qəsəbəsində yerləşən tikinti materialları mağazasına (abonent kodu: **********8) elektrik enerjisinin verilməsinin dayandırılması cavabdehə qadağan edilmişdir. (hakim Z.Sadiqov) Qərardaddan narazı qalan cavabdeh “xxxx” ASC şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-451/2021 saylı xx xxxx 2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cı il tarixdə Enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Tuq-zavod qəsəbəsində yerləşən tikinti materialları mağazasında elektrik enerjisindən istifadə qaydaları yoxlanılarkən pozuntu halı müəyyən edilmiş və bu barədə 00071 nömrəli akt tərtib olunaraq həmin istehlakçıya qarşı EEİQ-na uyğun olaraq 1448,73 manat məbləğdə yenidən hesablaşma aprılmışdır. Göründüyü kimi, iddiaçının nümayəndəsinin sözügedən ticarət obyektinə elektrik enerjisinin verilməsinin dayandırılmasına qadağa qoyulmasına dair iddianın təmin tədbiri barədə ərizəsi hüquqdan sui-istifadə xarakteri daşımaqla enerji təchizatı müəssisəsinə təzyiq və təsir göstərmək, habelə aşkar edilmiş faktı ört-basdır edərək qanunun tələbinə tabe olmamaq məqsədi daşıyır. Məhkəmə isə hazırkı qərardadı qəbul edərkən iddiaçının ərizəsinin təmin olunması üçün gəldiyi nəticənin səbəblərini əsaslandırmamışdır. Göstərilənləri nəzərə alaraq, şikayətdə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, e-2-2(119)451/2021 nömrəli qərardadının ləğv olunması xahiş edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-451/2021 saylı xx xxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və kommersiya işi ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir.(hakim Z.Sadiqov) Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ərizəni müdafiə edib onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və iddianın təmin tədbiri haqqında ərizəni araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, şikayət ərizəsi təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə cavabdeh “xxxx” ASC tərəfindən hesablanmış 1611 (min altı yüz on bir min) manat məbləğində borcu mübahisələndirmişdir. İddiaçının ərizəsinə əsasən qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2021-ci il tarixli e-2-2(119)-451/2021 saylı qərardadına əsasən İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə mahiyyəti üzrə baxılanadək iddianın təmin tədbiri olaraq İddiaçı məxsus Sumqayıt şəhəri Tuq-zavod qəsəbəsində yerləşən tikinti materialları mağazasına (abonent kodu: **********8) elektrik enerjisinin verilməsinin dayandırılması cavabdehə qadağan edilmişdir. Kollegiya qeyd edir ki, mübahisələndirilən borc məbləğinə görə fiziki şəxs olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı elektrik enerjisinin verilməsinin dayandırılması sonuncunun sahibkarlıq fəaliyyətini həyata keçirməsinə maneələr yarada və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə və digər şəxslərə zərər vura bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddianın təmini tədbiri ilə iddia arasında birbaşa əlaqə mövcuddur, tətbiq edilən müdafiə tədbri məhz iddianın təmin edilməsinə yönəlmişdir, ərizə təmin olunduğu halda, bu növ tədbirlə qorunan iqtisadi maraq iddianın hüquqi məqsədini aşmır. İddiaçı borcun qanunsuz olduğunu iddia etdiyi halda, həmin borc əsasında elektrik enerjisinin verilməsinın dayandırılması məqsədəuyğun deyil. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə uyğun olaraq, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-158.1.3-cü maddələrinə əsasən, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək ilə iddianı təmin etmə tədbiri görülə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395- 396, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh “xxxx” ASC-nin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-451/2021 saylı xx xxxx 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar