Məhkəmə qərarları › İş №2-2(105)-68/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-68/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-68/2021 05.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-416/2020 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(119)416/2020 nömrəli qətnaməsi ilə İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsi qismən təmin edilmiş və həmin qətnamə qanuni qüvvəsini aldığı üçün müvafiq qaydada icraya yönəldilmişdir. İddiaçı və Cavabdeh ayrı-ayrılıqda xx xxxxxx 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(119)-416/2020 nömrəli qətnaməsindən apelyasiya şikayətləri və “apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizələrlə məhkəməyə müraciət edərək, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(119)416/2020 nömrəli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətin keçməsini üzrlü hesab edilərək buraxılmış müddətin bərpa edilməsi və apelyasiya şikayətlərinin baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e-2-2(119)416/2020 nömrəli qərardadı ilə İddiaçı və Cavabdeh “apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizələri təmin edilməmişdir. Cavabdeh xx xxxx 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e- 2-2(119)-416/2020 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunan qətnamədən verilən apelyasiya müddətinin ötürülməsinin səbəbi məhkəmə tərəfindən üzrlü hesab olunmalıdır. Belə ki, bu qətnamə xx.xx.2020-ci il tarixdə rəsmi qaydada onlara verilmiş, qətnamədən xx.xx.2020-ci il tarixdə Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilmişdir. Lakin apelyasiya şikayəti elektron qaydada verilməməsi səbəbindən Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə geri qaytarılaraq apelyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Geri qaytarıldığına görə qeyd olunan qətnamədən MPM-nin 360-cı maddəsində nəzərdə tutulan apelyasiya şikayətinin verilmə müddəti ötürülmüşdür. Buna görə də müddətin ötürülməsi üzrlü sayılmalıdır. Apelyasiya şikayətinin elektron qaydada verilməsinin məcburiliyi qanunvericiliklə təsbit edilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2021-ci il tarixli e-2-2(119)-416/2020 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Z.Sadiqov) Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(119)-416/2020 nömrəli qətnaməsi xx xxxxxxx 2020-ci il tarixli məktubla poçt vasitəsi ilə rəsmi qaydada Cavabdeh ünvanına (iş materiallarında olan rəsmi ünvanına) göndərilmişdir (həmin kommersiya işinə aid elektron kabinet iddiaçıya məxsus olduğu üçün, cavabdehə məlum qətnamə poçt vasitəsi ilə göndərilmişdir). İş materiallarında olan Xəbərnamə ilə müəyyən olunur ki, qətnaməni Cavabdeh xx xxxxxx 2020-ci ildə rəsmi qaydada almışdır. Cavabdeh tərəfindən qətnamədən verilmiş apelyasiya şikayəti (həmin şikayət xx xxxxxx 2020-ci ildə məhkəmənin icraatına daxil olmuşdur) düzgün verilmədiyi üçün Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(119)-416/2020 nömrəli qərardadı ilə qaytarılmış və məhkəməyə qaytarılmış “Poçt göndərişinin verilməsi haqqında Xəbərnamə” ilə müəyyən olunur ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2- 2(119)-416/2020 nömrəli qərardadını və ona əlavə edilmiş sənədləri Cavabdeh xx xxxxxx 2020-ci ildə rəsmi qaydada almışdır. Kollegiya iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 10- 1.3cü və 10-1.4-cü maddələrində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Beləliklə, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-22(119)- 416/2020 nömrəli qətnaməsi Cavabdeh tərəfindən xx xxxxxx 2020-ci ildə rəsmən qəbul edildiyindən, cavabdeh üçün həmin qətnamədən apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddət bir ay sonra – yəni, xx xxxxxx 2020-ci il tarixində bitmişdir və cavabdeh tərəfindən məlum qətnamədən apelyasiya şikayəti həmin günədək verilə bilərdi. Buna baxmayaraq, Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti xx xxxxxx 2021-ci ildə, yəni apelyasiya şikayəti verilmə müddətinin son günündən iki aydan çox müddət keçdikdən sonra Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olmuş və bununla da, həmin qətnamədən apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddət buraxılmışdır. Kollegiya qeyd edir ki, iş materialları ilə apelyasiya şikayətinin verilməsi müddətinin cavabdeh tərəfindən üzürlü səbəblərə görə buraxıldığı müəyyən edilməmişdir. Cavabdehin xx xxxxxx 2020-ci ildə vermiş olduğu apelyasiya şikayətinin Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə geri qaytarılması barədə dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, Cavabdeh tərəfindən həmin qətnamədən birinci dəfə xx xxxxxx 2020-ci ildə məhkəmənin icraatına daxil olmuş apelyasiya şikayətinin qaytarılması barədə qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardadı və ona əlavə edilmiş sənədləri Cavabdeh xx xxxxxx 2020-ci ildə rəsmi qaydada almış və hətta, bu tarixdən də üç aya yaxın müddət keçdikdən sonra, yəni xx xxxxxx 2021-ci ildə hazırkı apelyasiya şikayəti verilmişdir. Yəni, cavabdeh tərəfin həmin qərardadı aldıqdan sonra xx xxxxxx 2020-ci ildə (cavabdeh üçün) bitməli olan apelyasiya şikayəti vermə müddətini buraxmadan, nöqsanları aradan qaldıraraq yenidən apelyasiya şikayətini məhkəməyə təqdim etmək imkanı və kifayət qədər müddəti olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəşmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayındə və günündə bitir. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etdiyi halda, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-416/2020 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar