Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-83/2021 07.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə İddiaçı “Mahmud” X2rşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması haqqında ilk iddia tələbinə və “Mahmud” X4 İddiaçınə qarşı təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi və qaz sayğaclarının quraşdırılması haqqında qarşılıqlı iddia tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)- 05/2019 saylı, 13 may 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 may 2019-cu il tarixli, 2-2(085)- 05/2019 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdeh “Mahmud” X3 təbii qazdan istifadəyə görə yaranmış 244746,95 manat borcun İddiaçı İB-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, “Mahmud” X8 və onun xidmət göstərdiyi məktəblərdə İddiaçı İB tərəfindən sökülmüş qaz sayğaclarının İddiaçı İB-nin hesabına quraşdırılması, ekspertiza tədqiqatı üçün sərf edilmiş 390 manatın 300 manat hissəsinin “Mahmud” X3, 90 manat hissəsinin İddiaçı İB-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. (hakim V.Əzizova) Qətnamədən İddiaçı İB apellyasiya şikayəti verərək, qətnamənin ilk iddia üzrə təmin edilməmiş hissədə, qarşılıqlı iddia üzrə təmin edilmiş hissədə ləğv edilib, ilk iddia tələbinin tam, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 18 sentyabr 2020-ci il tarixli, 2-2(105)-2/2020 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi Hökümə Babayeva, hakimlər Zaur Məmmədov və Məhəmmədəli Rzayev) apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 may 2019-cu il tarixli, 2-2(085)- 05/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ilkin iddianın təmin edilməsi, “Mahmud” X3 421391,12 (dörd yüz iyirmi bir min üç yüz doxsan bir manat on iki qəpik) manat məbləğində təbii qazdan istifadəyə dair yaranmış borcun tutularaq İddiaçınə ödənilməsi, “Mahmud” X4 İddiaçınə qarşı borcun silinməsi və qaz sayğaclarının quraşdırılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh “Mahmud” X8 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 84/2021 saylı, 09 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi Azər Hüseynov, hakimlər Sevda Hüseynova və Bəhram Məmmədli) kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(105)- 2/2020 saylı 18.09.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ: İddiaçı İB cavabdeh “Mahmud” X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə olunmuş təbii qaza görə yaranmış 84727,20 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək 421391,12 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Mahmud” X8 İddiaçı İB-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sökülmüş qaz sayğaclarının iddiaçının hesabına quraşdırılması, eləcə də “Mahmud” X7 hesablanmış borcun yenidən hesablanaraq tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, cavabdeh qarşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək ekspert rəyinə əsasən 179.710,60 manat və qaz təchizatı haqqında arayışlara əsasən 19027,60 manat məbləğində pulun çıxılması və qalan 225.719,35 manat məbləğin tutulması və “Mahmud” X8 və onun xidmət göstərdiyi məktəblərdə İddiaçı İB-nin işçiləri tərəfindən sökülmüş qaz sayğaclarının İddiaçı İB-nin hesabına quraşdırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “Mahmud” X8 İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla “Qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə” müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Cavabdeh fasiləsiz olaraq təbii qazdan istifadə etməsinə baxmayaraq istifadə edilmiş təbii qazın dəyəri tam ödənilməmiş və hal-hazırda cavabdehin İddiaçı İB-yə debitor borcu yaranmış, bununla da cavabdeh üzərinə götürdüyü müqavilə öhdəlikləri yerinə yetirməmişdir, hətta 15.11.2018-ci il tarixdə tərəflər arasında razılaşma protokolu tərtib edilmiş və cavabdeh tərəf 616.542.0 manat məbləğində borcu etiraf etmiş və hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, “Mahmud” X5 xidmət göstərdiyi məktəblərdə təbii qaz sərfiyyatı quraşdırılmış qaz sayğaclarının göstəricilərinə əsasən hesablanmalıdır, lakin həmin sayğaclar 2016-cı ildə İddiaçı İB-nin əməkdaşları tərəfindən sökülərək aparılmışdır. Həmin dövrdən etibarən, o cümlədən 2016-cı və 2017-ci illər üçün təbii qaza görə olan borc aylıq orta qaz sərfiyyatı həcminə uyğun hesablanmalı olduğu halda, sərfiyyatın həcmi süni şəkildə şişirdilmiş, istifadə edilmiş qazın miqdarı artıq göstərilmişdir. Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktına görə 2014-cü ildə illik ümumi qaz sərfiyyatı 945232 kub metr olsa da, 2017-ci ilin təkcə 4 ayına görə 980383 kub metr hesablanmışdır, qaz sayğacı olmadığı halda bu qədər orta sərfiyyat həcminin göstərilməsi absurddur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Qətnamədən İddiaçı İB apellyasiya şikayəti verərək, qətnamənin ilk iddia üzrə təmin edilməmiş hissədə, qarşılıqlı iddia üzrə təmin edilmiş hissədə ləğv edilib, ilk iddia tələbinin tam, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı müqavilə əsasında “Mahmud” X4 xidmət göstərdiyi müəssisələri təbii qazla təchiz edir. İstehlak olunmuş təbii qazın dəyəri müəssisələrdə quraşdırılmış qaz sayğacı vasitəsi ilə hesablanaraq cavabdehə hesab fakturalar təqdim edilmişdir. Sayğacın olmadığı dövrlərdə isə istehlakçı olunmuş təbii qazın dəyəri müəssisələrdə istifadə olunmuş qaz cihazlarının saatlıq qaz sərfinə uyğun olaraq hesablanmışdır. Məhkəmə ilk iddia tələbini qismən təmin edərkən ekspert rəyinə istinad etmiş, guya cavabdeh tərəfindən müxtəlif illərdə təbii qazdan deyil, dizel yanacağından istifadə edilmişdir ki, buna görə də həmin illər üçün təbii qazın dəyərinin hesablanmasını əsassız hesab etmişdir. Məhkəmə və ekspert cavabdehlər tərəfindən birtərəfli qaydada tərtib edilmiş aktlara istinad etmişdir. Cavabdeh tərəfindən həmin dövrlərdə dizel yanacağından istifadə edilməsi tamamilə əsassızdır. Eyni zamanda müəssisələrdə təbii qazın təzyiqinin aşağı olması və buna görə də dizel yanacağından istifadə etmək məcburiyyətində qalmaları barədə cavabdehin İddiaçınə hər hansı bir müraciəti olmamışdır. Belə olan halda cavabdeh tərəfindən guya dizel yanacağından istifadə edilməsi barədə birtərəfli qaydada tərtib etdikləri akt sübut növü sayıla bilməz. Eləcə də hər ay istehlak olunmuş təbii qazın dəyəri barədə cavabdehə hesab-fakturalar göndərilmişdir, əgər doğrudan da təbii qazdan istifadə etməmiş olsaydılar, bu barədə İddiaçı İB-yə rəsmi müraciət edərdilər. İş materiallarında cavabdehin hər hansı bir rəsmi müraciəti yoxdur. Məhkəmə tərəflər arasında tərtib edilmiş qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktlarına hüquqi qiymət verməmişdir. Belə ki, tərəflər arasında imzalanmış 30.04.2017-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktına əsasən cavabdeh təşkillatın İddiaçınə 421936,92 (dörd yüz iyirmi bir min doqquz yüz otuz altı manat, doxsan iki qəpik) manat borcunun olduğu öz təsdiqini tapmışdır. 15.11.2018-ci il tarixli razılaşma protokoluna əsasən cavabdehin 15.11.2018-ci il tarixə 616542,90 manat borcu olduğu və həmin borcu 20.12.2018-ci il tarixədək ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. “Mahmud” KFT-nın İddiaçı İB-yə ünvanladığı 11.12.2018-ci il tarixli, 44 saylı məktubda borc etiraf edilmiş, borcun ödəniləcəyinə zəmanət verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-05/2019 saylı, 13 may 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilməlidir. İşə əlavə edilmiş 19.07.2017-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı İB yaranmış borc məbləğinin müəyyən edilmiş müddətə qədər ödənilməsi həyata keçirilməzsə xəbərdarlıq edilmədən qaz təchizatının dayandarılacağı və məhkəməyə müraciət olunacağını cavabdeh “Mahmud” KFT-yə bildirmişdir. İddiaçı İB və “Mahmud” X8 arasında 05.01.2017-ci il tarixli “Qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən stehlakçı arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmışdır. Həmin müqavilənin məzmunundan görünür ki, paylayıcı (İddiaçı İB) bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını (“Mahmud” X8) keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktlarından görünür ki, “Mahmud” KFT-nin İddiaçı İB-yə borcu aşağıdakı kimi olmuşdur: 2014-cü ilin 31 dekabr ayına qalıq borcu 172.601,77 manat; 2015-ci ilin 31 dekabr ayına qalıq borcu 75.097,70 manat; 2016-cı ilin 31 dekabr ayına qalıq borcu 225.860,32 manat; 2017-ci ilin aprel ayına qalıq borcu 421.936,92 manat. Həmin aktlardan görünür ki, aktlar hər iki tərəfin rəhbərliyi və mühasibi tərəfindən imzalanmış, “Mahmud” KFT-nin möhürü ilə təsdiqlənmişdir. (iş materiallarının İ cildi, i.v. 53-56) Tərəflər arasında bağlanmış 15.11.2018-ci il tarixli razılaşma protokoluna görə istehlakçının 15.11.2018-ci il tarixinə İddiaçı İB-yə 616542.90 manat məbləğində borcu vardır. İstelakçı həmin məbləğin 261500 manatını ilkin ödəniş kimi, 180.000 manatını 29 noyabr 2018-ci il tarixə qədər, 175.042.90 manatını isə 20 dekabr 2018-ci il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 19 oktyabr 2018-ci il tarixli 22916 saylı rəyindən görünür ki, 05 yanvar 2018-ci il tarixli ***-**-** saylı müqavilə üzrə “Mahmud” X4 İddiaçınə olan borcu 244.746,95 manat məbləğində müəyyən olunur. Ümumilikdə, İddiaçı tərəfindən “Mahmud kəndli fermer” təsərrüfatına 179.710,60 manat məbləğində artıq borc hesablandığı müəyyən edilmişdir. İş üzrə keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 34171 saylı 13.03.2019-cu il tarixli ekspert rəyindən görünür ki, 05 yanvar 2017-ci il tarixli ***-**-** saylı müqavilə üzrə “Mahmud kəndli fermer” təsərrüfatının İddiaçı İstehsalat Birliyinə olan borcu 244.746,95 manat məbləğində müəyyən olunur. Ümumilikdə, İddiaçı İstehsalat Birliyi tərəfindən “Mahmud kəndli fermer” təsərrüfatına 179.710,60 manat məbləğində artıq borc hesablandığı müəyyən edilmişdir, o cümlədən Xırdalan şəhər 1 saylı orta məktəb üzrə 15374.40 manat, Xırdalan şəhər 2 saylı orta məktəb üzrə 9646.80 manat, Xırdalan şəhər 3 saylı tam orta məktəb üzrə 9357.50 manat, Xırdalan şəhər 5 saylı orta məktəb üzrə 4927.40 manat, Xırdalan şəhər 10 saylı orta məktəb üzrə 2562.0 manat, Saray 1 saylı orta məktəb üzrə 5173.80 manat, Saray 2 saylı orta məktəb üzrə 3517.20 manat, Saray 3 saylı orta məktəb üzrə 1420,0 manat, Mehdiabad qəsəbə 3 saylı orta məktəb üzrə 8972.40 manat, Ceyranbatan qəsəbə 1 saylı orta məktəb üzrə 8785.10 manat, Ceyranbatan qəsəbə 2 saylı orta məktəb üzrə 3134.30 manat, Masazır 2 saylı orta məktəb üzrə 5444.60 manat, Novxanı qəsəbə 1 saylı orta məktəb üzrə 11560.80 manat, Novxanı qəsəbə 2 saylı orta məktəb üzrə 2200 manat, Hökməli qəsəbə orta məktəb üzrə 4087.87 manat, Qobu qəsəbə 1 saylı orta məktəb üzrə 12338.30 manat, Qobu qəsəbə 2 saylı orta məktəb üzrə 342.0 manat, Məmmədli kənd orta məktəb üzrə 5472.20 manat, Güzdək qəsəbə orta məktəb üzrə 8207.80 manat, Qobustan qəsəbə orta məktəb üzrə 3600.0 manat, Çaylı qəsəbə orta məktəb üzrə 515.80 manat, Xırdalan şəhər 17 saylı uşaq bağçası üzrə 1178.40 manat, Xırdalan şəhər 22 saylı uşaq bağçası üzrə 2141.60 manat, Xırdalan şəhər 23 saylı uşaq bağçası üzrə 234.10 manat, Xırdalan şəhər 24 saylı uşaq bağçası üzrə 2031 manat, Saray qəsəbə 14 saylı uşaq bağçası üzrə 4255.80 manat, Ceyranbatan qəsəbə 1 saylı uşaq bağçası üzrə 982.90 manat, Göradil uşaq bağçası üzrə 360.0 manat, Qobu qəsəbə 11 saylı uşaq bağçası üzrə 2405.20 manat, Güzdək qəsəbə uşaq bağçası üzrə 200.20 manat, Saray qəsəbə xəstəxanası üzrə 24971.30 manat, Göradil həkim məntəqəsi üzrə 1009.20 manat, Masazır poliklinikası üzrə 4447.90 manat, Hökməli qəsəbə həkim məntəqəsi üzrə 48.20 manat, Qobu qəsəbə xəstəxanası üzrə 1030.80 manat, Məmmədli həkim məntəqəsi üzrə 192.30 manat, Güzdək həkim məntəqəsi üzrə 893.20 manat, Aşağı Güzdək qəsəbə həkim məntəqəsi üzrə 983.80 manat, Qobustan qəsəbə həkim məntəqəsi üzrə 82.50 manat, Xırdalan şəhər nümayəndəliyi üzrə 741.70 manat, Mehdiabad bələdiyyəsi üzrə 123.80 manat, Fatmayı kənd kitabxanası üzrə 665.60 manat, Novxanı bələdyyəsi üzrə 374.40 manat məbləğində artıq borc hesablandığı müəyyən edilmişdir. Bundan başqa Xırdalan şəhər 10 saylı məktəbə 16 yanvar 2015 ci ildə üzərində 25646 m3 göstəricisi olan qaz sayğacı qurlaşdırlmış və həmin aya 25620 m3 qaz sərfiyyatı Mahmud KFT-nın hesabına yazılmışdır (25620 m3 x 0-10=2562,00 manat), Xırdalan şəhər 23 saylı uşaq bağçasında istilik olmayan dövrdə 2013-cü ilin may və oktyabr aylarına 2341 m3 qaz sərfiyyatı yazılmışdır (2341m3 x 0-10=234,10 manat), Mehdiabad bələdiyyəsində 2010-cu ilin dekabr ayından 2011-ci ilin mart ayına qədər sayğac göstəricisi ilə hesablandıqda 63 m3 qaz sərfiyatı olduğu halda, həmin dövrə 1301m3 artıq qaz sərfiyyat yazılmışdır (1301m3- 63=1238 m3x 0-10=123,80 manat), Fatmayı qəsəbə uşaq bağçasında istilik olmayan dövrdə 2011-ci ilin iyul ayına 2448m3 qaz sərfiyyatı yazılmışdır (2448m3 x 0-10=244,80 manat), Ceyranbatan qəsəbə 1 saylı uşaq bağçasında istilik olmayan dövrdə 9829m3 qaz sərfiyyatı yazılmışdır (9829m3 x 0-10=982,90 manat), Goradil uşaq bağçasında 2011-ci ilin oktyabr-noyabr aylarını sayğac göstərici ilə hesablandıqda 14m3 qaz sərfiyati olduğu halda 3614m3 qaz sərfiyyatı yazılmışdır (3614m3 -14m3=3600 x 0-10=360,00 manat), Novxanı Bələdiyyəsində 2011-ci ilin iyul ayına istilik olmayan dövrə 3744m3 əssasız qaz sərfiyyatı yazılmışdır (3744m3 x 0-10=374,40 manat), Hökməli qəsəbə həkim məntəqəsinin 2017-ci ilin iyul ayına istilik olmayan dövrə 241m3 əssassız qaz sərfiyyatı yazılmışdır (241m3 x 0-20=48,20 manat), Məmmədli kənd həkim məntəqəsinin 2011-ci ilin 01 fevral tarixindən 31 dekabr tarixinə qədər sayğac göstəricisi ilə hesablandıqda 533 m3 qaz sərfiyyatı olduğu halda, həmin dövrə 2456 m3 qaz sərfiyyatı yazılmışdır (2456m3 - 533m3=1923m3 x 0-10=192,30 manat), Güzdək qəsəbə uşaq bağçasına 2015 ilin iyun ayına istilik olmayan dövrə 2002m3 qaz sərfiyyatı yazılmışdır (2002-10=200,20 manat), Aşağı Güzdək həkim məntəqəsinin 2013-cü ilin noyabr ayında istilik olmamışdır, lakin həmin aya 9838 m3 qaz sərfiyyatı yazılmışdır (9838 x 0-10=983,80 manat), Qobustan qəsəbə həkim məntəqəsinin 2014-cü ilin may ayında istilik olmayan dövrə 825 m3 əsassız qaz sərfiyyatı yazılmışdır (825 x 0-10=82,50 manat) təşkil edir. Birinci instansiya məhkəməsi qeyd olunan sənədlərə istinad edərək ilk iddianı qismən, qarşılıqlı iddia tələbini tam təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsaən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə 09 mart 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda (istehlakçının təqsiri olmadığı halda) çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaydalarda qeyd edilmiş bu üsul sayğacdan kənar qaz sərfiyyatının hesablanmasına dair yeganə üsuldur ki, iddiaçı İstehsalat Birliyi tərəfindən tətbiq edilən digər üsullar, o cümlədən “əvvəlki ilin müvafiq aylarının sərfiyyatı nəzərə alınmaqla”, habelə “mövcud olan qaz işlədici qurğuların gücü əsas götürülməklə” və ya “qaz cihazlarının saatlıq qaz sərfi əsas götürülməklə” qaz sərfiyyatının hesablanması bu Qaydalara ziddir, ona görə də qanuni sayıla bilməz. Həmin qərarda həmçinin göstərilmişdir ki, işə baxmış apellyasiya instansiyası məhkəməsinin qətnaməsində cavabdeh KFT-nin iddiaçı İstehsalat Birliyi qarşısında qazdan istifadəyə görə müəyyən edilən borc məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə uyğun olmayan üsulla hesablanmış, ona görə də əsaslı və qanuni deyil. Bu baxımdan hazırki mübahisənin ədalətli və qanuni həlli üçün apellyasiya instansiyası məhkəməsində araşdırmanın davam etdirilməsinə zərurət yaranır. İş üzrə yenidən müvafiq ekspertiza aparılmaqla qeyd edilən Qaydalara uyğun borc məbləği müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin göstərişini nəzərə alan məhkəmə kollegiyası iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2021-ci il tarixli, 9/3942 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan sənədlərə əsasən 15.04.2015-ci il tarixdən 15.04.2017-ci il tarixə kimi ***-**-** saylı müqaviləsi üzrə “Mahmud” X4 İddiaçınə qazdan istifadə etməyən müəssisələr üzrə 135.062,30 manat məbləğində artıq borc hesablandığı müəyyən edilir. Ümumilikdə, 15.04.2015-ci il tarixdən 15.04.2017-ci il tarixə qədər “Mahmud” X4 İddiaçınə olan borcu 163.914,00 manat hesablandığı müəyyən edilir. İlk iddia tələbindən görünür ki, “ Azəriqaz” İB cavabdehdən 421391,12 manat məbləğində əsas borcun tutularaq iddiaçının hesabına ödənilməsini tələb edir. Ekspert rəyindən isə müəyyən olunur ki, “Mahmud” X1 istifadə etməyən müəssisələr üzrə 135.062,30 manat məbləğində artıq borc hesablanmışdır. Məhkəmə kollegiyası artıq hesablanmış borc hissəsində ekspert rəyi ilə razılaşsa da, “Mahmud” X4 İddiaçınə olan borcunun 163.914,00 manat olması ilə razılaşmır. Belə ki, iş materiallarına əlavə edilmiş istehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə 15.11.2018-ci il tarixli razılaşma protokolundan görünür ki, “Mahmud” KFT-nin 15.11.2018-ci il tarixə İddiaçı İB-yə 616542,90 manat borcu olduğu və ilkin olaraq 261500 manat ödəniş edəcəyi, 20.12.2018-ci il tarixədək isə yerdə qalan məbləği ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Həmin protokol hər iki tərəfin rəhbərliyi tərəfindən imzalanmışdır. (iş materiallarının V cildi, i.v. 135) İş materiallarından görünür ki, məhkəmə-mühasibatlıq ekspertizasının 19 oktyabr 2018-ci il tarixli 22916 saylı rəyinə əsasən 05 yanvar 2018-ci il tarixli ***-**-** saylı müqavilə üzrə “Mahmud” X4 İddiaçınə olan borcu 244.746,95 manat məbləğində müəyyən olunmuş, iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 may 2019-cu il tarixli qətnaməsi ilə “Mahmud” X3 təbii qazdan istifadəyə görə 244.746,95 manat İddiaçı İB-nin xeyrinə tutulmuş, lakin cavabdeh “Mahmud” X8 həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Digər tərəfdən, “Mahmud” X6rşılıqlı iddia tələbində ondan 225.179,35 manat məbləğin tutulmasını tələb etmişdir. Göründüyü kimi cavabdeh “Mahmud” X8 təbii qazdan istifadəyə görə 244.746,95 manat məbləğində borcun mövcudluğunu qəbul edir, ilk iddia tələbi üzrə İddiaçı İB isə 421391,12 manat məbləğində borcun ödənilməsini tələb etsə də, ekspert rəyinə əsasən 135.062,30 manat məbləğində artıq borc hesablandığı müəyyən olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “Mahmud” X3 təbii qazdan istifadəyə görə yaranmış 286.328,82 manat məbləğində borc (421.391,12 - 135.062,30) İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh “Mahmud” X3 təbii qazdan istifadəyə görə 286328,82 manat borc İddiaçı İB-nin xeyrinə tutulmalı olduğundan və bu məsələyə yuxarıda münasibət bildirildiyindən, borcun silinərək 225.719,35 manat məbləğin tutulması hissəsində qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinin “Mahmud” X8 və onun xidmət göstərdiyi məktəblərdə İddiaçı İB-nin işçiləri tərəfindən sökülmüş qaz sayğaclarının İddiaçı İB-nin hesabına quraşdırılması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sənaye qaz qurğularının istifadəsi üçün qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir, eləcə də hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qaz sayğaclarının quraşdırılması istehlakçının vəsaiti hesabına həyata keçirildiyindən qarşılıqlı iddia tələbi qeyd olunan hissədə də təmin edilməməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini təmin edərək düzgün nəticəyə gəlməmiş, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-05/2019 saylı, 13 may 2019-cu il tarixli qətnaməsi qismən - cavabdeh “Mahmud” X3 təbii qazdan istifadəyə görə yaranmış 244746,95 manat borcun İddiaçı İB-nin xeyrinə tutulması, “Mahmud” X8 və onun xidmət göstərdiyi məktəblərdə İddiaçı İB tərəfindən sökülmüş qaz sayğaclarının İddiaçı İB-nin hesabına quraşdırılması hisssələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməli, “Mahmud” X3 təbii qazdan istifadəyə görə yaranmış 286328,82 (iki yüz səksən altı min üç yüz iyirmi səkkiz manat səksən iki qəpik) manat məbləğində borc İddiaçı İB-nin xeyrinə tutulmalı, qarşılıqlı iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təkrar məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat məhkəmə xərci “Mahmud” X3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-05/2019 saylı, 13 may 2019-cu il tarixli qətnaməsi qismən - cavabdeh “Mahmud” X3 təbii qazdan istifadəyə görə yaranmış 244746,95 manat borcun İddiaçı İB-nin xeyrinə tutulması, “Mahmud” X8 və onun xidmət göstərdiyi məktəblərdə İddiaçı İB tərəfindən sökülmüş qaz sayğaclarının İddiaçı İB-nin hesabına quraşdırılması hisssələrində ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə qəbul edilsin. “Mahmud” X3 təbii qazdan istifadəyə görə yaranmış 286328,82 (iki yüz səksən altı min üç yüz iyirmi səkkiz manat səksən iki qəpik) manat məbləğində borc İddiaçı İB-nin xeyrinə tutulsun. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat “Mahmud” X3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-83/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-83/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver