Məhkəmə qərarları › İş №2-2(105)-87/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-87/2020

11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-87/2020 11.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” X10rşı “borcun silinməsi” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(119)-54/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 10-xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh “xxxxxxxx” X10rşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli 006696 saylı akta əsasən İddiaçınə əsassız olaraq hesablanmış 14826,24 manat cərimənin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «İddiaçı” X2 Xaçmaz rayonu Yergüc kəndində yerləşən soyuducu anbarını işıqla təmin etmək üçün işıq sayğacı quraşdırılmış və bununla bağlı müvafiq müqavilə bağlanılmışdır. Cavabdeh “xxxxxxxx” X12 əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu ildə Xaçmaz rayonu Yergüc kəndində yerləşən İddiaçı MMCnin soyuducu anbarlarında qanunsuz olaraq yoxlama aparılmış və yoxlama nəticəsində xx xxxxxx 2019-cu il tarixli 006696 saylı akt tərtib edilmişdir. Aktda sayğacın elektrik enerjisini düzgün qeyd etmədiyi, gərginliklərin düzgün işləməməsi qeyd olunmuş və həmin Akta əsasən İddiaçı MMC-yə 14,826.24 AZN məbləğində cərimə hesablanmışdır. Birincisi, həmin yoxlama qanunsuz olaraq keçirilmişdir. Çünki müvafiq qanunvericiliyə əsasən yoxlama keçirilməsi üçün reyestrdə qeydiyyat aparılmamışdır. Bundan başqa, "xxxxxxxx" ASC X8 Nəzarət İdarəsinin əməkdaşları tərəfindən həmin baxış keçirilərkən qayda pozuntusu deyil, texniki uyğunsuzluq aşkar edilmişdir. Soyuducu anbarın işlədiyi dövrdə “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən vaxtaşırı elektrik cihazları olan sahədə yoxlamalar keçirilmişdir. Bu yoxlamaların heç birində sayğacla əlaqədar təklif və irad bildirilməmişdir. Akt tərtib olunarkən sayğacın transformatorlarına və digər bağlantılarına iddiaçının əməkdaşları tərəfindən baxılması mümkün olmamışdır. Yüksək gərginlik altında bir neçə insanın sərbəst işləməsi qeyri-mümkündür və iddiaçının əməkdaşı fərqli peşə sahibi olduğundan, həmin akta qeyri-ixtiyari olaraq qol çəkmişdir. Akt tərtib olunduqdan sonra sayğacın transformatorlarının dəyişdirilməsi cavabdehin əməkdaşları tərəfindən təklif olunmuşdur. Bu təkliflə əlaqədar zəruri ehtiyat hissələri iddiaçının hesabına əldə olunmuş və "xxxxxxxx" ASC əməkdaşları tərəfindən quraşdırılaraq yoxlanılmış və plomblanmışdır. İddiaçı tərəfin "xxxxxxxx" ASC X8 Nəzarət İdarəsinə xx xxxxxx 2019-cu il tarixli şifahi müraciəti əsasında yeni quraşdırılmadan sonra sərfiyyatı ölçmək üçün sayğacdan sərfiyyat götürülmüş və "xxxxxxxx" ASC tərəfindən xx xxxxxx 2019-cu ildə götürülən sərfiyyatla fərqləndirilmişdir. Sayğacın 4 günlük sərfiyyat rejimi iddiaçının əməkdaşları tərəfindən izlənilərək çıxarılan nəticəyə əsasən məlum olur ki, iddiaçıya aid sayğacın sərfiyyat rejimi əvvəlki haldakı sərfiyyat rejimindən heç də fərqlənmir. Bunu nəzərə alaraq, açılan sayğac transformatorları yoxlanılmaq üçün "xxxxxxxx" ASC-nin gərginlik transformatorları laboratoriyada sınaqdan keçirilmiş və sınaq nəticəsində mütəxəssislər transformatorların hər üçünün normal rejimdə işlədiyini müəyyən edərək, rəsmi olaraq protokollaşdırmışlar. 6 illik təhlil cədvəli də "xxxxxxxx" ASC X8 Nəzarət İdarəsinə təqdim edilmişdir. Çünki qeydiyyatsız sərfiyyatı üzə çıxarmaqdan ötrü çoxillik sərfiyyat rəqəmlərini ilbəil bir-biri ilə müqayisə etmək daha məqsədəuyğundur. xx xxxxxx 2019-cu il tarixli 006696 saylı akta əsasən hesablanmış cərimənin silinməsi və mübahisənin barışıq yolu ilə həll edilməsi üçün cavabdehə müraciət edilsə də, heç bir nəticəsi olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən “yoxlamaların vahid məlumat” reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. İş materiallarında olan və nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh məlum yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş və cavabdeh tərəfindən aparılan yoxlama “yoxlamaların vahid məlumat” reyestrində qeydə alınmamışdır. Cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan, onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Cavabdeh “xxxxxxxx” X12 iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu ildə iddiaçıya məxsus soyuducu anbara quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirilən zaman sayğacın “C” fazasında gərginliyin olmaması, “A” və “B” fazalarında isə gərginliyin nominaldan kiçik olması, bu səbəbdən elektrik hesabat sayğacının sərf olunan elektrik enerjisini düzgün qeyd etməməsi halı aşkar edilmişdir. Bununla əlaqədar xətdən axan yük ampermaşa ilə ölçülmüş və elektrik hesabat sayğacının naqildən keçən yükü düzgün qeyd etməməsi təsdiqlənmişdir. Yəni, faktiki xətdən axan yükün 219 kvt olmasına baxmayaraq (Pfaktiki=219 kvt), sayğacın qeydə aldığı yük 106 kvt (Psayğac=106kvt) olmuş və ölçmə zamanı sayğacın 51% xəta ilə işləməsi halı bir daha təsdiqlənmişdir. Qeyd olunan faktlarla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (bundan sonra - EEİQ) pozulması haqqında xx xxxxxx 2019-cu il tarixli NDQ 006696 saylı akt tərtib edilmişdir. Həmin Akt iddiaçının nümayəndəsi Alovşah Abdulmanafovun iştirakı ilə tərtib edilmiş və o, aktı imzalayaraq aşkar olunmuş halları təsdiqləmişdir. EEİQ-nin 8.16-cı bəndinə əsasən istehlakçının təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Eyni zamanda, iddiaçının xx xxxxxx 2020-ci il tarixə elektrik enerjisindən istifadəyə görə 11826,18 manat məbləğində borcu yaranmışdır. İddiaçı isə iddia ərizəsində 14826,24 manat borcu olduğunu qeyd edərək, həmin məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi məbləğin onun faktiki borcuna hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Yuxarıda sadalananlara əsasən iddiaçının EEİQ-nin tələblərini açıq-aşkar pozduğu, onun öz vəzifələrini yerinə yetirməyərək, hüquqlarından istifadə etməsi, həmçinin onun məhkəməyə müraciət etməsi məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyi nəzərə alınaraq iddiaçının iddia tələbi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmçinin, iddiaçı iddia ərizəsində yoxlamanın vahid məlumat reyesterində qeydə alınmadığını əsas göstərərək, aktın bu əsasla ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Bununla əlaqədar məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, cavabdehin apardığı yoxlama onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış və cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və EEİQ-nə riayət olunub-olunmaması vəziyyətinə baxış keçirmişdir. Həmçinin, “xxxxxxxx” ASC-nə məxsus elektrik hesabat sayğaclarına, nasaz elektrik hesabat sayğaclarına qarşı münasibətdə onları təmir etmək məqsədi ilə sökmək və ya onun göstəricilərinin götürülməsi tədbirləri, həmçinin sayğacın bütövlüyünə, sayğaca hər-hansı kənar müdaxilənin olunub - olunmamasına nəzarət etmək - yoxlama hesab olunmamalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Hazırkı halda “xxxxxxxx” ASC yoxlayıcı orqan hesab olunmadığına görə iddiaçının həmin Qanuna əsaslanaraq tərtib olunmuş akt əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesablanmış borcun silinməsi barədə iddiası təmin olunmamalıdır. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(119)-54/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, xx xxxxxx 2019-cu il tarixli 006696 nömrəli Akt əsasında cavabdeh “xxxxxxxx” X18 tərəfindən İddiaçınə (abonent kodu: **********4) hesablanmış 14826,24 (on dörd min səkkiz yüz iyirmi altı manat 24 qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir. (hakim Z.Sadiqov). Qətnamədən narazı qalan cavabdeh «xxxxxxxx” X18 tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 215-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin elan edilməsi xx xxxxxx 2020-ci il tarixə, saat 12:35-ə təxirə salınmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki, sayğaca və həmin transformatora hər hansı bir kənar müdaxilənin olması halı müəyyən olunmamış və məlum aktda qeyd olunan qüsurlar iddiaçının iradəsindən asılı olmayan texniki səbəblərə görə yaranmışdır. İddia tələbinə dair etiraz təqdim edilərkən, həmçinin məhkəmə çıxışında bildirilmişdir ki, sözügedən akt EEİQ-nın 8.16-cı bəndinin tələblərinin pozulması ilə tərtib edilmişdir. Yaranmış qüsurun məhz iddiaçı tərəfindən törədildiyi barədə hər-hansı bir iddia yoxdur. Buna baxmayaraq məhkəmə “qüsurun iddiaçının müdaxiləsi nəticəsində yarandığını cavabdeh tərəfin sübuta yetirə bilmədiyini” əsas göstərərək iddia tələbini təmin etmişdir. Həmçinin məhkəmə qətnaməni onunla əsaslandırmışdır ki, soyuducu anbar mövsümi işlədiyinə görə akt üzrə hesabatın aparıldığı (xx.xx.2019-xx.xx.2019-ci il) dövrlərdə sərfiyyatda kəskin fərqlər yaranmışdır. Lakin məhkəmə bir daha nəzərə almamışdır ki, kəskin fərqin yaranmış olduğu həmin dövrlər çoxluqla yay aylarına təsadüf edir, hansı ki, soyuducu anbarın imkanlarından həmin aylarda daha çox istifadə olunur. Göründüyü kimi, məhkəmə yanlış nəticəyə gələrək iddia tələbinin təmin edilməsi barədə qətnamə qət etmişdir ki, bu halda da enerji haqqlarının yığımının 100 %-ə çatdırılması barədə “xxxxxxxx” ASC qarşısında qoyulmuş tapşırıqlarının icrasına maneə yaratmışdır. Həmçinin, birinci instansiya məhkəməsində iddia tələbi üzrə tərəflərindən məhkəməyə təqdim edilmiş etiraza əlavə olunmuş aktdan və abunə haqqında çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə iddiaçıya məxsus soyuducu anbara quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirilən zaman sayğacın “C” fazasında gərginliyin olmaması, “A” və “B” fazalarında isə gərginliyin nominaldan kiçik olması, bu səbəbdən elektrik hesabat sayğacının sərf olunan elektrik enerjisini düzgün qeyd etməməsi halı aşkar edilmişdir. Bundan əlavə daha da obyektiv araşdırma aparılması məqsədi ilə xətdən axan yük amper maşa ilə ölçülmüş, elektrik hesabat sayğacının naqildən keçən yükü düzgün qeyd etməməsi təsdiqlənmişdir. Belə ki, faktiki xətdən axan yükün 219 kvt olmasına baxmayaraq (Pfaktiki 219 kvt) sayğacın qeydə aldığı yük 106 kvt (Psayğac=106kvt) olmuşdur. Ölçmə zamanı sayğacın 51% xəta ilə işləməsi halı bir daha təsdiqlənmişdir. Qeyd olunan faktlarla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (bundan sonra EEİQ) pozulması haqqında xx.xx.2019-cu il tarixli, NDQ 006696 saylı akt tərtib edilmişdir. Akt iddiaçının nümayəndəsi Alovşah Abdulmanafovun iştirakı ilə tərtib edilmiş və o aktı imzalayaraq aşkar olunmuş halları təsdiqləmişdir. Göründüyü kimi, iddiaçı tərəfin nümayəndəsi aktın tərtibatı zamanı orada iştirak etmiş və aşkar olunmuş faktları bir daha öz imzası ilə təsdiq etmişdir. Məhkəmə isə təqdim edilmiş bu hala, qətnamə çıxararkən həmin sübutlara münasibət bildirməmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X16 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçıya hər ay borc məbləği ilə bağlı bildiriş verilmişdir. Müvafiq qanunvericilik aktlarına əsasən yoxlamalar keçirilərsə, bu yoxlamalar müəyyən müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmalıdır. Təhlillər barədə sənəddən də göründüyü kimi, sərfiyyatlar arasında demək olar ki, heç bir fərq yoxdur. Bu da təsdiq edir ki, sayğaca müdaxilə olunması qeyri-mümkündür. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, hesab edir ki, cavabdeh “xxxxxxxx” X18 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Vergilər Nazirliyi kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2003-cü ildə qeydiyyata alınmışdır. “xxxxxxxx” X18 ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 005414 nömrəli “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra-abonent) arasında elektrik enerjisinin alqısatqısının birtipli” Müqaviləsindən görünür ki, iddiaçının Xaçmaz rayonunun Yergüc kəndində yerləşən qeyri-yaşayış sahəsi elektrik enerjisi ilə təchiz edilmiş və həmin ünvana **********4 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. xx xxxxxx 2019-cu il tarixli 006696 nömrəli aktdan görünür ki, Xaçmaz rayonunun Yergüc kəndində yerləşən istehlakçı «İddiaçı” X4 məxsus soyuducu anbara quraşdırılmış elektrik hesabat sayğacına “paylayıcı” «xxxxxxxx” X12 əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu ildə baxış keçirilərkən sayğacın quraşdırıldığı transformatorun “C” fazasında gərginliyin olmaması, “A” və “B” fazalarında isə gərginliyin nominaldan kiçik olması, bu səbəbdən də elektrik hesabat sayğacının sərf olunan elektrik enerjisini düzgün qeyd etməməsi halı aşkar edilmişdir. Belə ki, faktiki xətdən axan yükün 219 kvt olmasına (Pfaktiki=219 kvt) baxmayaraq, sayğacın qeydə aldığı yük 106 kvt (Psayğac=106kvt) olmuş və sayğacın 51,5% xəta ilə işləməsi halı müəyyən edilmişdir. Abunə haqqında Məlumatdan görünür ki, xx xxxxxx 2019-cu il tarixli 006696 nömrəli akta əsasən istehlakçı İddiaçınə 14826,24 (on dörd min səkkiz yüz iyirmi altı manat 24 qəpik) manat məbləğində borc hesablanmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 bildirmişdir ki, o, İddiaçı icraçı direktorudur, cavabdeh “xxxxxxxx” X12 əməkdaşları 2019-cu ilin noyabr ayında ona transformatorun işləməməsini bildirərək, transformatorun yerləşdiyi yerə dəvət edib, transformatora baxış keçirərək akt tərtib etmişlər, həmin vaxt ona transformatorda çat olduğunu və bir fazasının qeydə almadığını bildirmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 bildirmişdir ki, o, İddiaçı icarəyə götürmüş və onların “xxxxxxxx” ASC ilə heç vaxt problemləri olmamışdır. Məlum yoxlamadan 1-2 ay əvvəl transformatorda paslanmış hissələri rəngləmək qərarına gəlsə də, həmin transformator yüksək gərginlikli avadanlıq olduğu üçün buna icazə verilməmişdir. 2019-cu ilin noyabr ayında “xxxxxxxx” ASC-nin nümayəndələri sayğacı yoxlamağa gəldikdən sonra hesab təqdim ediləndə, bununla razılaşmamış və beş illik işıq sərfiyyatının çıxarışını alandan sonra sərfiyyatda fərqin olmadığını başa düşmüşdür. Çünki elə zaman kəsiyi olub ki, bir ay ərzində müəssisədə kompressorlar işlək olmayıb və elektrikdən yalnız ətrafı işıqlandırmaqdan ötrü istifadə olunmuşdur. Onlara transformatorların yandığını bildirdikdən sonra həmin avadanlıqları “xxxxxxxx” ASC-nin Labaratoriyasında yoxlatdırmış və həmin yoxlama zamanı nəticə etibarı ilə ona transformatorların üçünün də işlək vəziyyətdə olduqlarını bildirmişlər. Sayğacın transformatorları dəyişdirildikdən sonra sərfiyyatda artım olmamışdır. Sayğac və transformatorlar dəmir qutunun içindədir, qutunun açarı isə cavabdeh tərəfin işçilərində olur və onlar transfarmatorları yoxlamaya 6 aydan bir gəlirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmişX21 oğlu bildirmişdir ki, o, “xxxxxxxx” X12 X13 aparıcı mühəndis vəzifəsində işləyir. xx xxxxxx 2019-cu ildə Xaçmaz rayonunun Yergüc kəndində soyuducu anbar kimi fəaliyyət göstərən İddiaçınə məxsus obyektdə quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirilən zaman sərf olunan elektrik enerjisinin düzgün qeydə alınmadığı aşkar edilmişdir. Elektrik sayğacı yüksək gərginliklə quraşdırıldığından ölçü transformatorları vasitəsi ilə şəbəkəyə qoşulur və ölçü transformatorları ölçü cihazların həddini artırır, yüksək gərginlikdən məsafəni saxlayır. Elektrik sayğacın həcmi isə kiçik olur və bunun nəticəsində əmsal alınır. Sayğacın yazdığı kvt 1000 əmsalına vurulur. Ölçü transformatorları da iki cür olur: cərəyan transformatorları və gərginlik transformatorları. Cərəyan transformatorları qidalandırıcı xəttə ardıcıl qoşulur. Gərginlik transformatorları şəbəkəyə qoruyucu vasitə ilə qoşulur. Bu qoruyuculardan hər hansısa biri sıradan çıxdıqda, cərəyan transformatorların çıxış gərginliyində olur və xətt gərginliyi 100 kvt təşkil edir. Həmin baxış zamanı məlum olmuşdur ki, C fazasında gərginlik olmadığından gərginlik 58 kvt yox, 48 kvt-a düşmüşdür. Bu səbəbdən də sayğac sərf olunan elektrik enerjisini düzgün qeydə almamışdır. Faktiki xətdən axan elektrik yükü 219 kvt olmasına baxmayaraq, sayğacın qeydə aldığı yük 106 kvt olmuşdur. Buna görə də, xx xxxxxx 2019-cu il tarixli qüsur aktı tərtib edilmişdir. Sayğac və transformator iddiaçıya məxsus obyektin daxilindədir və onlar sadəcə xəttin üstündəki şəbəkələri yoxlayırlar. Məlum yoxlama zamanı transformatorun C fazasında gərginlik olmadığı müəyyən olunmuşdur. Səbəb isə qoruyucunun birinin yanması olmuşdur. Akt tərtib olunan zaman sayğacın ekranı göstərirdi. Sayğacın qutusunu ancaq elektrik aça bilər. İstehlakçı qoruyucunun yandığını bilməyə də bilərdi. Akt tərtib olunan zaman transformator aparılmamışdır. Gərginlik qismən itmişdir və sayğac az hesabat aparmışdır. Kənar qoşulma olmamışdır və istehlakçı sərfiyyatın azalmasını hiss edə bilərdi. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Xaçmaz rayonunun Yergüc kəndində yerləşən istehlakçı «İddiaçı” X4 məxsus soyuducu anbara quraşdırılmış elektrik hesabat sayğacına xx xxxxxx 2019-cu ildə baxış keçirilən zaman sayğacın quraşdırıldığı transformatorun “C” fazasında gərginliyin olmaması, “A” və “B” fazalarında isə gərginliyin nominaldan kiçik olması, bu səbəbdən də elektrik hesabat sayğacının sərf olunan elektrik enerjisini düzgün qeyd etməməsi halı aşkar edilmiş və bu qüsurla əlaqədar tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli 006696 nömrəli akta əsasən istehlakçıya 14826,24 manat məbləğində borc hesablanmışdır. İş materiallarından və şahid X11 ifadəsindən görünür ki, transformator kənar şəxslərin müdaxilə etməsini istisna edən müvafiq qaydada quraşdırılmış və onun mütəmadi olaraq yoxlanılması və nəzarət edilməsi cavabdeh «xxxxxxxx” X12 mütəxəssislərinin səlahiyyətində olmuşdur. Həmçinin cavabdeh apelyasiya şikayətində iddiaçı tərəfindən sayğaca və həmin transformatora hər hansı bir kənar müdaxilənin olması barədə mövqeyinin olmadığını bildirmişdir. “xxxxxxxx” ASC-nin İzolyasiya Test və Kabel Xidmətinin xx xxxxxx 2019-cu il tarixli 5683 saylı bir fazalı gərginlik transformatorun sınağına dair protokolundan görünür ki, soyuducu anbarın gərginlik transformatorları sınaqdan keçirilmiş, onların transformasiya əmsalının pasport göstəricilərinə uyğun olması və sınağın nəticələrinin norma daxilində olması müəyyən edilmişdir. Yalnız 120044 və 120052 nömrəli gərginlik transformatorında mexaniki zədələnmə (çat) olduğundan dəyişməsi tövsiyə olunmuşdur. Hətta transformatorun qoşulmuş olduğu elektrik hesabat sayğacı da işlək vəziyyətdə olmuş və elektrik sərfiyyatının qeydiyyatını aparmışdır. Kollegiya qeyd edir ki, aktda qeyd olunan qüsurun məhz iddiaçının təqsirli hərəkəti nəticəsinə yaranması iş materialları və şahid ifadələri ilə təsdiqlənmir. Cavabdeh tərəf sərfiyyatda fərqin soyuducu anbarların fasilələrlə təyinatı üzrə istifadə olunmamasına görə deyil, məhz məlum Aktda qeyd olunan qüsura görə yaranmasını sübuta yetirə bilməmişdir. Bundan başqa, «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2010-cu il tarixli Fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.1-ci bəndində qeyd edilir ki, bu Əsasnamə «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli, 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin: - 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. - 1.6-cı bəndinə əsasən, yalnız sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar və dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. - 5.2-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. -7.1-ci bəndinə əsasən yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Kollegiya qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda da qanunverici eyni məqsəd güdmüş, yoxlayıcı orqanların apardıqları hər bir yoxlama barədə məlumatı Qanunda nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borclu olduqları öz əksini tapmışdır. Belə ki, həmin Qanunun 1.1.1-ci maddəsində qeyd edilir ki, sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra-yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Qeyd edilən Qanunun 3.1 və 3.2-ci maddələrində də həmçinin təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2 və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Yuxarıda sadalanan normativ aktların təhlili göstərir ki, yoxlayıcı orqanlar (hazırkı halda «xxxxxxxx» ASC tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlamaların reyestrdə qeydiyyata alınması üçün onlar bu barədə məlumatı Ədliyyə Nazirliyinə verməyə borcludurlar. Hazırkı işin hallarından isə görünür ki, “xxxxxxxx” ASC tərəfindən İddiaçı MMC-yə məxsus soyuducu anbarda işıq sayğacına baxış keçirilməsi ilə bağlı yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan keçirilmişdir. Halbuki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi, barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və onun barəsində məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Cavabdehin nümayəndəsi Əhmədov N.V məhkəmə kollegiyasının iclasında cavabdehin əməkdaşları tərəfindən iddiaçının soyuducu anbarında sayğaca keçirilən baxışın yoxlama olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1- 7.3-cü, 7.5-7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, “xxxxxxxx” ASC tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Göstərilənlərlə bağlı məhkəməkollegiyasıbelə nəticəyə gəlirki, cavabdeh “xxxxxxxx” X18 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(119)-54/2020 saylı qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işə apelyasiya qaydasında baxılması üçün «xxxxxxxx” X18 tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu apelyasiya şikayətinin təmin edilməməsi səbəbindən onun özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh «xxxxxxxx” X18 tərəfindənverilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(119)-54/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh «xxxxxxxx” X18 tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar