Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-89/2020 18.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil Şirzad oğlunun, cavabdehin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehin ******* nömrəli akta əsasən hesabladığı 3628.8 manat və ******* nömrəli akta əsasən hesabladığı 7430.4 manat borcun silinməsi tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e- 2-2(085)-357/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 17-xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin ******* nömrəli akta əsasən hesabladığı 3628.8 manat və ******* nömrəli akta əsasən hesabladığı 7430.4 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Siyəzən rayonu, Qarabulaq yaşayış massivində quşçuluq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx.xx.2019-cu ildə Siyəzən rayon Qaz idarəsinin əməkdaşları quşçuluq sexinə qaz sayğaclarını yoxlama məqsədi ilə daxil olmuşlar. Lakin bununla bağlı iddiaçıya hər hansı bir rəsmi sənəd təqdim etməmişlər. İddiaçı qazın istehlakı ilə bağlı hər hansı bir nöqsanı olmadığından və sayğac əsasında istehlak olunmuş qazın dəyərini vaxtında ödədiyindən onları istehsal sahəsinə buraxmışdır. Sayğaclar açılıb yoxlanılmışdır. Bununla bağlı ******* nömrəli və iddiaçıya məxsus digər sexdə olan ******* nömrəli xx.xx.2019-cu il tarixli aktlar tərtib olunmuşdur. Tərtib olunmuş aktlardan məlum olur ki, G6 markalı mexaniki sayğaclarda hər hansı bir qüsur müəyyən edilməmişdir. ******* nömrəli aktda “Sayğaca kamera vasitəsilə baxış keçirilmiş, nöqsan aşkar edilməmişdir. Faktiki sərfiyyat 27.2 kub.metr, normadan 17.2 kub.metr artıq olması” qeyd edilmişdir. ******* nömrəli aktda “Sayğaca kamera vasitəsilə baxış keçirilmişdir, nöqsan aşkar edilməmişdir. Faktiki sərfiyyat 18.5 kub.metr, normadan 8.5 kub.metr artıq olması” qeyd edilmişdir. Bununla bağlı iddiaçıya ******* saylı akta əsasən 7430.4 manat, ******* nömrəli akta əsasən 3628.8 manat qeyri qanuni borc hesablanmışdır. Cavabdeh tərəf aralarında bağlanmış xx.xx.2017-ci il tarixli 111007-17 nömrəli və xx.xx.2017-ci il tarixli 1245-10-17 nömrəli Qaz təchizatı haqqında müqavilənin 2.2.5-ci maddəsinə istinad etmişlər. Həmin maddə müəyyən edir ki, İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində cavabdehin dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ var. Yalnız iddiaçının təqsiri müəyyən olunduqda qeyd olunan bənd tətbiq olunmalıdır. Cavabdeh tərəf qeyd edir ki, G6 markalı sayğacların maksimal buraxılış həddi ilə müəssisədə yerləşən qaz avadanlıqlarının maksimum istehlakları arasında fərq yaranmışdır. Yəni maksimum həddə qaz avadanlıqlarını istifadə edilsə o halda sayğac lazım olan miqdarda qaz buraxmayacaqdır. Cavabdehin fikirlərində məntiq yoxdur. Əvvala maksimum həddə qaz sayğacı və qaz avadanlıqları işlədildikdə sayğacdan keçən qaz hansı avadanlığa çatmasa həmin avadanlıq fəaliyyətsiz qalacaq. Bu halda da iddiaçı yalnız sayğacdan keçən qazın dəyərini cavabdehə ödəməlidir. Lakin quşçuluq sexində quşlar kiçik olduqda 18 dərəcə, böyükdükcə 16, 17 dərəcədə istilik lazım olur. Bu istiliyin alınması üçün qaz avadanlıqlarının maksimum həddə işləməsinə ehtiyacı yoxdur. Bu baxımdan da cavabdehin arqumentləri əsassızdır. Quşçuluq fəaliyyəti ilə məşğul olan şəxslər 40 gün saxladıqları quşların xərclərini dəqiq müəyyən edirlər. Tərtib olunmuş smetadan hərhansı kənara çıxma nəticə etibarı ilə gələcəkdə mənfəətin azalması və ya tam itməsi deməkdir. Bu hala da yol vermək olmaz. Əks halda iddiaçının fəaliyyətinin mənası olmayacaqdır. Sahibkar qazanc əldə etməlidir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(085)-357/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı ******* nömrəli akta əsasən hesablanmış 3628.8 manat və ******* nömrəli akta əsasən hesablanmış 7430.4 manat borcun silinməsi, Cavabdehndən dövlət büdcəsinin nəfinə 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir.(hakim Zaur Pirverdiyev). Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019cu il tarixli, 2-2(105)-156/2019 saylı qətnaməsi ilə (sədrlik edən S.İ.Bəktaşi, hakimlər T.O.Quliyev və G.F.Tağızadə) Cavabdeh apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019cu il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 215-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin elan edilməsi xx xxxxxx 2020-ci il tarixə, saat 14:35-ə təxirə salınmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ “Cavabdeh“ istehsalat Birliyinin Xaçmaz RQİİ-nin Siyəzən xidmət Sahəsində qeyriəhali abonenti kimi qeydiyyatda olan Cavadov X2 rayonunun Beşdam və Qarasiyəzən kəndlərində yerləşən quşçuluq sexlərində quşçuluq məhsulları istehsal etmək üçün müqavilə əsasında təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazlari ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə “Cavabdeh“ İstehsalat Birliyinin işçiləri tərəfindən həmin quşçuluq sexlərində təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman cavabdehin istifadəsində olan Beşdam kəndində yerləşən quşçuluq sexində quraşdırılmış G-6 markalı, 28261550 №-li qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda həmin sexdə istismar edilən qaz işlədici cihazların ümumi saatlıq qaz sərfinin 18,5 m3/saat olduğu müəyyən edilmişdir. Yəni həmin qaz sayğacı hər saatda sayğacdan keçən 8,5 m3 qaz sərfini qeydə almamışdır. Bu barədə xx.xx.2019-cu il tarixli ******* nömrəli “təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 18144 m3 və ya 3628,80 manat hesablanmışdır. xx.xx.2019-cu il tarixdə “Cavabdeh“ İstehsalat Birliyinin işçiləri tərəfindən Qarasiyəzən kəndində yerləşən quşçuluq sexində təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman cavabdehin istifadəsində olan quşçuluq sexində quraşdırılmış G-6 markalı, 28256826 №-li qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda həmin sexdə istismar edilən qaz işlədici cihazların ümumi saatlıq qaz sərfinin 27,2 m3/saat olduğu müəyyən edilmişdir. Yəni həmin qaz sayğacı hər saatda sayğacdan keçən 17,2 m3 qaz sərfini qeydə almamışdır. Bu barədə xx.xx.2019-cu il tarixli ******* nömrəli “təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 37152 m3 və ya 7430,4 manat hesablanmışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 2.2.7.4 bəndinə əsasən Qazpaylayıcı istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququna malikdir. “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 2.3.3-cü bəndinə əsasən istehlakçı qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməlidir. İddiaçı quşçuluq sexində qaz xəttinin üstündə quraşdırılmış qaz sayğaclarına layihə sənədlərində nəzərdə tutulan qaz işlədici cihazlardan artıq qaz işlədici cihazları qoşaraq istismar etməklə qazdan istifadə qaydalarını təqsirli hərəkətləri ilə qəsdən pozmuşdur. Həmin Qərarın 6.5-ci bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsində Cavabdeh' İB tərəfindən İddiaçı ******* nömrəli akta əsasən hesablanmiş 3628,8 manat və ******* nömrəli akta əsasən hesablanmış 7430,4 manat borcun silinməsi qət edilmişdir. Halbuki, xx.xx.2019-cu il tarixdə Xaçmaz, RQİİ-nin Siyəzən XS-nin metrologiya xidmətinin işçiləri tərəfindən tərtib edilmiş ******* və ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktlara əsasən iddiaçıya heç bir ziyan hesablanmamışdır. Cavabdeh İB-nin işçiləri tərəfindən itirilmiş qazın ziyanı “Qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş aktlara əsasən hesablanmışdır. Buradan belə nəticəyə gəlmək olur ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi mübahisə predmetini tam, hərtərəfli, obyektiv araşdırma aparmadan iddiaçının şəxsi mülahizələrinə uyğun tələsik qətnamə qəbul etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı əhali abonenti deyil, sənaye qaz qurğularından istifadə edən abonent sayılır və quraşdırılan sayğac da qaz sərfiyyatına uyğun olmalıdır. İddiaçının fəaliyyət göstərdiyi quşçuluq sexi genişləndirilmiş, sayğaclar isə ona uyğun olaraq dəyişdirilməmişdir və nəticədə sayğac yalnız 10 kub metri qeydə almışdır. Sayğaca baxış keçirilmiş, heç bir müdaxilə faktı qeydə alınmamışdır. Sadəcə sayğac dəyişdirilməli idi. İddiaçı isə həmin aktları mübahisələndirmiş və digər aktlarla hesablanmış borcların silinməsini xahiş etmişdir. Ziyan mübahisələndirilməmiş aktlara əsasən yazılmışdır. Sayğacların çıxarılması ilə bağlı aktlarda ziyan hesablanmamışdır. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil Şirzad oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, qazdan istifadə qaydalarına əsasən sayğaca baxış, müşahidə keçirilməsi zamanı yoxlamanın qeydə alınması zəruri deyildir. Lakin həmin baxış, müşahidə ilə abonentin üzərinə hər hansı məsuliyyət qoyulursa, həmin yoxlama qeydiyyatdan keçirilməlidir. Cavabdehin nümayəndəsi ərazinin genişləndirilməsini qeyd etsə də, bu barədə heç bir sənəd, sübut yoxdur. Cavabdehin nümayəndəsi qeyd edir ki, J6 tipli sayğac maksimum istifadə edildikdə və avadanlıqlar maksimum işlədikdə sayğac 10 kub metrdən artıq keçən qazı qeydə almır. Tərəf bununla bağlı elmi arayış təqdim etməlidir ki, nə vaxt avadanlıqlar maksimum həddə istifadə olunur və hansı andan sayğac həmin sərfiyyatı qeydə almır. İddiaçı həmin ərazidə cücə saxlanması, onların böyüdülməsi ilə məşğul olur. Elə şəraitdə 15-17 dərəcə istilik tələb olunur. Ondan çox olsa cücələr tələf olar. Cavabdehin nümayəndəsinin qeyd etdiyi kimi, maksimum sərfiyyata ehtiyac yoxdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, hesab edir ki, Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 2004-cü il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır. 1110-07-17 nömrəli xx xxxx 2017-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, cavabdeh, iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehin hesabına ödəməyi öhdələrinə götürmüşlər. xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktdan görünür ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus quşçuluq sexində yoxlama keçirilən zamanı istifadə olunan qaz cihazlarının saatlıq sərfiyyatı 18.5 kub.metr, sərfiyyatı normadan 8.5 kub.metr artıq keçməsi aşkar olunmuşdur. xx xxxxxx 2019-cu il tarixli ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında aktdan görünür ki, sayğaca kamera vasitəsilə baxış keçirilmişdir, nöqsan aşkar edilməmişdir. Faktiki sərfiyyat 18.5 kub.metr, normadan 8.5 kub.metr artıqdır. xx xxxxxx 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli akta əsasən iddiaçı tərəfindən itirilmiş qaz sərfiyyatı cəmi 18144 m3 (18144 x 0,20 (1 m3 qazın dəyəri) = 3628,8 manat) müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktdan görünür ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus quşçuluq sexində yoxlama keçirilən zamanı istifadə olunan qaz cihazlarının saatlıq sərfiyyatı 27.2 kub.metr, sərfiyyatı normadan 17.2 kub.metr artıq keçməsi aşkar olunmuşdur. xx xxxxxx 2019-cu il tarixli ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında aktdan görünür ki, sayğaca kamera vasitəsilə baxış keçirilmiş, nöqsan aşkar edilməmişdir. Faktiki sərfiyyat 27.2 kub.metr, normadan 17.2 kub.metr artıqdır. xx xxxxxx 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli akta əsasən iddiaçı tərəfindən itirilmiş qaz sərfiyyatı cəmi 37152 m3 (37152 x 0,20 (1 m3 qazın dəyəri) = 7430,4 manat) müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və ona əsaslanmışdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda qanunverici yoxlayıcı orqanların apardıqları hər bir yoxlama barədə məlumatı Qanunda nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borclu olduqları öz əksini tapmışdır. Belə ki, həmin Qanunun 1.1.1-ci maddəsində qeyd edilir ki, sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Qanunun 3.1 və 3.2-ci maddələrində də həmçinin təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Həmin Qanunun 31.2 və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1- 7.3-cü, 7.5-7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.1-ci bəndində qeyd edilir ki, bu Əsasnamə «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli, 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin: - 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. - 1.6-cı bəndinə əsasən, yalnız sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar və dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. - 5.2-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. - 7.1-ci bəndinə əsasən yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Cavabdeh apelyasiya şikayətində mübahisələndirilən aktların qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında olduğunu, qeyd olunan aktlara əsasən dəymiş ziyanın tələb olunmadığını qeyd etsə də, Cavabdeh” İB-nin işçiləri tərəfindən itirilmiş qazın “Qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş aktlara əsasən hesablandığını göstərmiş və beləliklə, cavabdeh tərəfindən iddiaçıya məxsus quşçuluq sexlərində reyestrdə qeydiyyatdan keçrilmədən yoxlama həyata keçirildiyini təsdiq etmişdir. Həmin aktların iddiaçı tərəfindən mübahisələndirilməməsi ilə bağlı kollegiya qeyd edir ki, bu aktlar özlüyündə hüquqi nəticələr yaratmadığından onların ayrıca mübahisələndirilməsinə prosessual baxımdan hər hansı zərurət yoxdur. Mövcud qanunvericiliklə isə inhisarçı mövqe tutan hüquqi şəxslər -yoxlayıcı orqanlar tərəfindən istənilən araşdırmaların müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların həyata keçirilməsi müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alındıqdan sonra mümkün olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus quşçuluq sexində yoxlama keçirilən zamanı sayğaclara kamera vasitəsilə baxış keçirilmiş, nöqsan aşkar edilməmiş, faktiki sərfiyyatın normadan artıq keçməsi aşkar olunaraq müvafiq aktlar tərtib edilmiş və həmin aktlara əsasən də dəymiş ziyanın bərpasına dair tələbnamə ilə iddiaçı tərəfindən itirilmiş qaz sərfiyyatı müəyyən edilərək 3.628,8 manat və 7.430,4 manat məbləğlərində cərimələr hesablanmış və cavabdeh tərəfindən aparılan yoxlama, yuxarıda sadalanan normalara əməl edilmədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2010-cu il tarixli Fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. ARDNŞ Şurasının xx xxxx 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarına əsasən istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş təbii qazın dəyərinin hesablanması Qaydaları aşağıdakı hallarda tətbiq edilir: 1.Təbii qazın alqı-satqı müqaviləsi olmadan özbaşına qaz xəttinə qoşulma aşkar olunduqda;
2. Layihədə və müqavilədə nəzərdə tutulmuş qaz işlədən cihazlardan əlavə sayğacın nominal sərfiyyatına uyğun gəlməyən, əlavə cihaz və avadanlıqların qoşulması aşkar olunduqda;
3. Sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar olunduqda;
4. Sayğaca və plomblara hər hansı bir müdaxilə halında və ya sayğac plombsuz, həmçinin sənədi olmayan plombla möhürlənmiş olduqda. Həmin Qaydalara əsasən 3-cü və 4-cü hallarda istehlakçı tərəfindən bu hallara uyğun gələn qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabat müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olumuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, ARDNŞ Şurasının qərarı Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmədiyindən sərfiyyat məbləği əsaslı qiymətləndirilə bilməz. Odur ki, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. Yuxarıda sadalanan normativ aktların təhlili göstərir ki, yoxlayıcı orqanlar (hazırkı halda Cavabdeh İB tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlamaların reyestrdə qeydiyyata alınması üçün onlar bu barədə məlumatı Ədliyyə Nazirliyinə verməyə borcludurlar. Hazırkı işin hallarından isə görünür ki, Cavabdeh İB tərəfindən fərdi sahibkar İddiaçı məxsus obyektdə qaz sayğacına baxış keçirilməsi ilə bağlı yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan keçirilmişdir. Halbuki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi, barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və onun barəsində məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İB tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Göstərilənlərlə bağlı məhkəməkollegiyasıbelə nəticəyə gəlirki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(085)-357/2019 saylı qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işə apelyasiya qaydasında baxılması üçün Cavabdeh tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu apelyasiya şikayətinin təmin edilməməsi səbəbindən onun özünə aid edilməlidir.
NƏTİCƏ HİSSƏ
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindənverilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(085)- 357/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Məhəmmədəli Rzayev