Məhkəmə qərarları › İş №2-2(106)-107/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-107/2023

14.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-107/2023 14.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Müşfiq Kamil oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 Bəhrəm oğlunun iştirakları ilə, Birinci iş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1nə qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, e-2-2(121)-1355/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş və İkinci iş üzrə iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 MMC-yə qarşı “müqavilə öhdəliklərinin başa çatdırılması və. s” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-2(121)-559/2022 saylı qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci iddia üzrə işin halları: İddiaçı "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "Könül-Z” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Könül-Z” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 27 iyul 2**1-ci il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının başa çatdırılması, Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə satılması və onun mülkiyyətinə keçirilməsi üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bütün hüquqi və faktiki hərəkətlərin edilməsi vəzifəsinin cavabdeh "Könül-Z” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə ünvanlayaraq, Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin mülkiyyət hüquqlarının tanınması və dövlət qeydiyyatına alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə növbəti ərizə ünvanlayaraq, Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "Könül-Z” Məhdud Məsuliyyətli Cəmiyyəti - "xxxx" firmasının hüquqi varisi ilə iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC arasında bağlanmış 01 oktyabr 2**0-ci il tarixli icarə müqaviləsinə əsasən, Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçıya subicarəyə verilmiş, daha sonra 27 iyul 2**1-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh qeyri-yaşayış sahəsini əldə edərək bankın mülkiyyətinə keçirilməsi və əmlakın ona təhvil verilməsi üzrə öhdəliyi yerinə yetirməyi, bank isə bunun müqabilində cavabdehə həmin dövrə olan manat ekvivalentində 118 milyon manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, müqaviləyə əsasən, iddiaçı qeyriyaşayış sahəsinin əldə edilməsi ilə bağlı öz adından, lakin iddiaçının hesabına və onun mənafeyi üçün əqdlər bağlamaq yolu ilə hüquqi hərəkətləri, qeyri-yaşayış sahəsinin bankın mülkiyyətinə verilməsi üçün isə onun banka satılması və təhvil verilməsi ilə bağlı hüquqi və faktiki hərəkətləri icra etməli idi. Lakin cavabdeh tərəfindən müqavilənin bir hissəsi icra edilmiş, yəni qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilmişdir. İddiaçı isə qeyriyaşayış sahəsinin əldə edilməsi üçün 31.07.2**1-ci il tarixli ödəniş tapşırığına əsasən cavabdehə müqavilə üzrə razılaşdırılmış pul vəsaitini ödəmişdir. Müqavilə bankın tapşırığı ilə sonradan əldə edilmiş qeyri-yaşayış sahəsinin bankın mülkiyyətinə verilməsi ilə bağlı hissədə cavabdeh tərəfindən icra edilməmişdir. Qeyri-yaşayış sahəsi subicarəyə verildiyi 01.10.2**0-ci il tarixindən hal-hazırki tarixədək iddiaçının Kürdəmir filialı Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşir, həmin əmlak qeyd edilən tarixdən iddiaçının faktiki sahibliyində və istifadəsində olmuş, həmçinin iddiaçı tərəfindən müvafiq vergilər ödənmişdir. Bundan əlavə, iddiaçı nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxs olduğu üçün ona məxsus olan əmlaklar barəsində müvafiq hesabatlar, o cümlədən hər il “Dövlət təsisatının balansında olan dövlət əmlakının siyahısı” Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilmiş və həmin siyahıda 2**1-ci ildən bugünədək qeyri-yaşayış sahəsi iddiaçının balansında olan əmlak qismində göstərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2-2(106)-68/2020 nömrəli qətnaməsi və Ali Məhkəmənin 16 mart 2021-ci il tarixli, 2-2(102)-64/2021 nömrəli qərarında da əmlakın iddiaçının qanuni sahibliyində və istifadəsində olması faktı öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanmasında əsas məqsəd cavabdeh tərəfindən qeyri-yaşayış sahəsini öz adından, lakin iddiaçının mənafeyi üçün əldə etməklə bankın mülkiyyətinə keçirilməsini təmin etməkdən ibarət idi. Cavabdeh, iddiaçı tərəfindən ödənilmiş pul vəsaiti (31.07.2**1-ci il tarixli ödəniş tapşırığına əsasən həmin dövrə olan manat ekvivalentində 118 milyon manat məbləğində) hesabına Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ilə bağladığı 23 avqust 2**1-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 12 fevral 2**4-cü il tarixində isə qeyri-yaşayış sahəsinə dair həmin dövlət orqanı tərəfindən verilən **1571 nömrəli şəhadətnamə almış və qeyri-yaşayış sahəsini öz mülkiyyətinə keçirmişdir. Buna baxmayaraq, cavabdeh iddiaçı ilə bağladığı müqaviləyə əsasən, qeyriyaşayış sahəsinin bankın mülkiyyətinə keçirilməsi ilə bağlı öhdəliyini icra etməmişdir. Beləliklə, cavabdeh aşkar formada müqavilə öhdəliklərini pozmaqla, bankdan həmin əmlakın dəyəri qismində əldə etdiyi pul vəsaitindən öz mənafeyi üçün istifadə etmiş və qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu əldə etdikdən sonra onun qanunvericiliklə müəyyən edilmiş qaydada bankın xeyrinə özgəninkiləşdirilməsi üzrə öhdəliyini icra etməmişdir. Bu hallar məhkəmə qərarları ilə də sübut edilmişdir. Xüsusi olaraq qeyd edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsi iddiaçı və cavabdeh arasında bağlanmış müqavilənin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olduğunu müəyyən etmiş, müqavilə üzrə iddiaçının öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, cavabdehin əmlakın iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı öz vəzifəsini icra etmədiyini təsdiq etmişdir. "Könül-Z” MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin icra edilməməsi "Azərbaycan Beynəlxalq Bankı” ASC-ni tam mülkiyyət hüquqlarının həyata keçirilməsi maraqlarına ziyan vurmuşdur və iddiaçı əmlakla bağlı mülkiyyət hüquqlarının qeydə alınmasını həyata keçirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəməyə müraciət olunmuşdur. İkinci iddia üzrə işin halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1nə qarşı (Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən 27 iyul 2**1-ci il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının başa çatdırılması, Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin əlavə ödəniş edilmədən iddiaçı "xxxx" ASC-yə verilməsi və onun mülkiyyətinə keçirilməsi üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bütün hüquqi və faktiki hərəkətlərin edilməsi vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması vəzifəsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 - "xxxx" firmasının hüquqi varisi (bundan sonra - Cavabdeh) ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - İddiaçı) arasında bağlanmış 01 oktyabr 2**0-ci il tarixli İcarə müqaviləsinə əsasən Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (bundan sonra – Qeyri-yaşayış sahəsi) iddiaçıya sub-icarəyə verilmiş, daha sonra 27 iyul 2**1-ci il tarixli Alqı-satqı müqaviləsinə (bundan sonra – Müqavilə) əsasən Cavabdeh Qeyri-yaşayış sahəsini əldə edərək Bankın mülkiyyətinə keçirilməsi və əmlakın ona təhvil verilməsi üzrə öhdəliyi yerinə yetirməyi, Bank isə bunun müqabilində Cavabdehə həmin dövrə olan manat ekvivalentində 118 milyon manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, Müqaviləyə əsasən İddiaçı Qeyri-yaşayış sahəsinin əldə edilməsi ilə bağlı öz adından, lakin İddiaçının hesabına və onun mənafeyi üçün əqdlər bağlamaq yolu ilə hüquqi hərəkətləri, Qeyri-yaşayış sahəsinin Bankın mülkiyyətinə verilməsi üçün isə onun Banka satılması və təhvil verilməsi ilə bağlı hüquqi və faktiki hərəkətləri icra etməli idi. Cavabdeh tərəfindən Müqavilənin bir hissəsi icra edilmiş, yəni Qeyri-yaşayış sahəsi İddiaçıya təhvil verilmişdir. İddiaçı isə Qeyri-yaşayış sahəsinin əldə edilməsi üçün 31.07.2**1-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdehə Müqaviləsi üzrə razılaşdırılmış pul vəsaitini ödəmişdir. Müqavilə Bankın tapşırığı ilə sonradan əldə edilmiş Qeyri-yaşayış sahəsinin Bankın mülkiyyətinə verilməsi ilə bağlı hissədə Cavabdeh tərəfindən icra edilməmişdir. Qeyri-yaşayış sahəsi sub-icarəyə verildiyi tarixdən - 01.10.2**0-ci il tarixindən hal-hazırki tarixədək İddiaçının Kürdəmir filialı Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşir, həmin əmlak qeyd edilən tarixdən İddiaçının faktiki sahibliyində və istifadəsində olmuş, həmçinin İddiaçı tərəfindən müvafiq vergilər ödənmişdir. Bundan əlavə, İddiaçı nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxs olduğu üçün ona məxsus olan əmlaklar barəsində müvafiq hesabatlar, o cümlədən hər il “Dövlət təsisatının balansında olan dövlət əmlakının siyahısı”nı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilmiş və həmin siyahıda 2**1-ci ildən bugünədək qeyri-yaşayış sahəsi İddiaçının balansında olan əmlak qismində göstərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2-2(106)-68/2020 nömrəli qətnaməsi və Ali Məhkəmənin 16 mart 2021-ci il tarixli, 2-2(102)-64/2021 nömrəli qərarında da əmlakın İddiaçının qanuni sahibliyində və istifadəsində olması faktı öz təsdiqini tapmışdır. İddiaçı ilə Cavabdeh arasında Müqavilənin bağlanmasında əsas məqsəd Cavabdeh tərəfindən Qeyri-yaşayış sahəsini öz adından, lakin İddiaçının mənafeyi üçün əldə etməklə Bankın mülkiyyətinə keçirilməsini təmin etməkdən ibarət idi. Halbuki, Cavabdeh İddiaçı tərəfindən ödənilmiş pul vəsaiti (31.07.2**1-ci il tarixli ödəniş tapşırığına əsasən həmin dövrə olan manat ekvivalentində 118 milyon manat məbləğində) hesabına Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ilə bağladığı 23 avqust 2**1-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 12 fevral 2**4-cü il tarixində isə qeyri-yaşayış sahəsinə dair həmin dövlət orqanı tərəfindən verilən **1571 nömrəli Şəhadətnamə almış və Qeyri-yaşayış sahəsini öz mülkiyyətinə keçirmişdir. Buna baxmayaraq, Cavabdeh İddiaçı ilə bağladığı Müqaviləyə əsasən Qeyri-yaşayış sahəsinin Bankın mülkiyyətinə keçirilməsi ilə bağlı öhdəliyini icra etməmişdir. Beləliklə, Cavabdeh aşkar formada müqavilə öhdəliklərini pozmaqla, Bankdan həmin əmlakın dəyəri qismində əldə etdiyi pul vəsaitindən öz mənafeyi üçün istifadə etmiş və Qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu əldə etdikdən sonra onun qanunvericiliklə müəyyən edilmiş qaydada Bankın xeyrinə özgəninkiləşdirilməsi üzrə öhdəliyini icra etməmişdir. Bu hallar yuxarıda qeyd edilən məhkəmə qərarları ilə də sübut edilmişdir. Xüsusi olaraq vurğulamaq istəyirlər ki, Şirvan Apellyasiya Məhkəməsi İddiaçı və Cavabdeh arasında bağlanmış müqavilənin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olduğunu müəyyən etmiş, Müqavilə üzrə İddiaçının öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, cavabdehin əmlakın İddiaçının mülkiyyətinə verilməsi ilə bağlı öz vəzifəsini icra etmədiyini təsdiq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci iddia üzrə Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 Bəhrəm oğlu məhkəmə iclasında izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 nümayəndəsi iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, e-2-2(121)1355/2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh qarşı (Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) mülkiyyət hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İkinci iddia üzrə Birinci instansiya məhkəməsində Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 Bəhrəm oğlu iddia müddəti keçdiyindən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 nümayəndəsi iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, e-2-2(121)-559/2022 saylı qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1nə qarşı (Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) müqavilə öhdəliklərinin icrasının başa çatdırılması və s. tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətlərinin və ona etirazın dəlilləri b)Apellyasiya şikayətlərinin dəlilləri: Birinci iddia üzrə: İddiaçı "xxxx" ASC Şirvan Kommersiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, e- 2-2(121)1355/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Məhkəmə tərəfindən hazırkı iş üzrə Mülki Məcəllənin 402-ci maddəsinin normalarının tətbiq edilməsini düzgün hesab etmirlər. Belə ki, Bankla cavabdeh arasında bağlanan 27 iyul 2**1-ci il tarixli müqavilə (bundan sonra - Müqavilə) ilkin müqavilə hesab edilə bilməz. Birincisi həmin tarixli müqavilə (bundan sonra - Müqavilə) ilkin müqavilə hesab edilə bilməz. İkincisi həmin müqavilə notariat qaydasında təsdiq edilməmişdir. Belə ki, daşınmaz əmlakla bağlı ilkin müqavilə Mülki Məcəllənin tələblərinə əsasən notariat qaydasında təsdiq edilməlidir, əks halda müqavilə əhəmiyyətsiz əqd hesab edilir. İddia tələbində də göstərildiyi kimi, Müqavilə üzrə tərəflər arasında münasibətlər tapşırıq xarakterli olduğundan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tapşırıq müqaviləsini tənzimləyən normalar hazırkı iş üzrə tətbiq edilməlidir. Bundan əlavə Şirvan Apelyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(106)-68/2020 saylı qətnaməsinə əsasən həmin Müqavilə hüquqi əsası olan müqavilə qismində qiymətləndirilmiş və onun əsasında Bankın müvafiq hüquqları (qanuni sahiblik və s.) tanınmışdır. Göründüyü kimi, Apellyasiya Məhkəməsi tərəfindən də Müqavilənin bağlanması və onun hüquqi qüvvəsinin tanınması həmin müqavilənin əhəmiyyətsiz olmadığını göstərir. İddia tələbində də qeyd edildiyi kimi Bankla Cəmiyyət arasında Müqavilənin bağlanmasında əsas məqsəd Cəmiyyət tərəfindən qeyri-yaşayış sahəsini öz adından, lakin Bankın mənafeyi üçün əldə etməklə Bankın mülkiyyətinə keçirilməsini təmin etməkdən ibarət olmuşdur. Halbuki, Cəmiyyət Bank tərəfindən ödənilmiş pul vəsaiti hesabına qeyri-yaşayış sahəsini öz mülkiyyətinə keçirmiş, lakin bağlanmış Müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin Bankın mülkiyyətinə keçirilməsi ilə bağlı öhdəliyini icra etməmişdir. Məhkəmənin mövqeyi əsas götürülsə, bu halda məhkəmələr tərəfindən bütün tapşırıq xarakterli müqavilələr ilkin müqavilə hesab edilməli idi. Bu hal isə Mülki Məcəllənin tələblərinə uyğun deyil, çünki tapşırıq xarakterli müqavilələri tənzimləyən normalar ayrıca maddələrlə tənzimlənir və həmin müddəaları tətbiq edərkən Mülki Məcəllənin 402-ci maddəsi əsas götürülmür. Eyni zamanda Şirvan Kommersiya Məhkəməsinin istinad etdiyi Apellyasiya Məhkəməsinin qətnaməsində tərəflər arasında bağlanmış müqavilənin birbaşa mülki qanunvericilikdə nəzərdə tutulmuş müqavilə olmadığı qeyd edilmişdir və ilkin müqavilə ilə bağlı hər hansı hüquq normasına isə istinad edilməmişdir. Məlum olduğu kimi, mülki hüquq subyektləri qanunvericiliklə qadağan edilməyən istənilən formada müqavilə bağlaya bilərlər. Lakin həmin müqavilə üzrə mübahisə yarandıqda oxşar xarakterli münasibətləri tənzimləyən hüquq normaları məhkəmələr tərəfindən tətbiq edilməlidir. Bunu nəzərə alaraq isə qeyd edirlər ki, Şirvan Kommersiya Məhkəməsi tərəfindən müqavilənin məzmun və mahiyyəti ilə oxşar xarakter daşıyan tapşırıq müqaviləsi üzrə mülki hüquq normaları tətbiq edilməli idi. Beləliklə, Məhkəmə tərəfindən yalnış maddi hüquq normasının tətbiq edilməsi Bankın hüquqlarının pozulması və qanuni əsası olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Mülki Məcəllənin 372-ci maddəsi Şirvan Kommersiya Məhkəməsi tərəfindən Mülki Məcəllənin iddia müddəti ilə bağlı hüquq normaları düzgün olmayaraq tətbiq edilmişdir. Belə ki, birincisi Mülki Məcəllənin 402.4-cü maddəsində nəzərdə tutulan müddət iddia müddəti deyildir. Digər tərəfdən Məhkəmə hazırkı iş üzrə Müqaviləni səhv qənaətə gələrək ilkin müqavilə hesab etmiş və bununla da Mülki Məcəllənin 402.4-cü maddəsinə əsasən bir illik müddəti tətbiq etməklə Bankın hüquqlarını pozmuş və düzgün olmayan qətnamə qəbul etmişdir. İddia tələbində də qeyd edildiyi kimi, müqavilədə icra müddəti göstərilmədiyi üçün Cəmiyyət Bank tərəfindən ona göndərilmiş xx.xx.2021-ci il tarixli “Öhdəliyin icrası barədə” bildirişə əsasən Müqavilə üzrə vəzifəsini icra etməli idi. Eyni zamanda qeyd edirlər ki, Apellyasiya məhkəməsinin xx.xx.2020-ci iltarixli, 2-2(106)- 68/2020 saylı qətnaməsinə və Ali Məhkəmənin həmin iş üzrə qərarına əsasən Bankın qanuni sahib kimi hüquqları tanınmışdır. Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən isə qanuni sahibin hüquqlarının hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. Beləliklə, Şirvan Kommersiya Məhkəməsi tərəfindən qanuni əsası olmadan hazırkı iş üzrə iddia müddəti tətbiq edilmişdir. Mülki Məcəlllənin 336.1-ci maddəsi: (Əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasındahəyatakeçirilir.) Şirvan Kommersiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, Mülki Məcəllənin 336.1-ci maddəsinin hazırki işə aidiyyəti yoxdur, belə ki, Cəmiyyət hər hansı hüququn dövlət qeydiyyatından boyun qaçırmamışdır. Hesab edirlər ki, məhkəmənin mövqeyi düzgün əsaslandırılmamışdır. Nəzərə çatdırırlar ki, Bank tərəfindən Cəmiyyətə göndərilmiş xx.xx.2021-ci il tarixli “Öhdəliyin icrası barədə” bildirişə əsasən Cəmiyyətlə Bank arasında bağlanmış Müqavilə üzrə bütün faktiki və hüquqi hərəkətlərin (yəni mübahisəli əmlak üzrə Bankın mülkiyyət hüquqlarının əldə edilməsi üçün notariat qaydasında müqavilənin bağlanması, həmin müqavilənin dövlət qeydiyyatına alınması və s.) icra edilməsi tələb edilmişdir. Buna baxmayaraq, Cavabdeh tərəfindən hər hansı hərəkət edilməmiş, yəni Bankın mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından boyun qaçırılmışdır. Qeyd edilən hal isə Bankın müqavilədən irəli gələn hüquqlarının pozulması ilə nəticələnmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alındıqdan sonra yaranır. Cavabdeh isə Müqavilə üzrə daşınmaz əmlakı Bankın mülkiyyətinə verməyi, bununla əlaqədar zəruri olan bütün işləri yerinə yetirməyi “məcburi öhdəlik” qismində öhdəsinə götürsədə, hərəkətsizlik göstərməklə Bankın əmlak üzərində mülkiyyət hüquqlarının əldə edilməsinə qəsdən maneə yaratmışdır. Mülki prosessual Məcəllənin 82.3-cü maddəsi: Şirvan Kommersiya məhkəməsi 26 avqust 2020-ci il tarixli qanuni qüvvəyə minmiş Apelyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(106)-68/2020 saylı qətnaməsinə və Mülki Prosessual Məcəllənin 82.3cümaddəsinə istinad edərək bildirmişdir ki, tərəflər arasında olan müqavilə ilkin müqavilə xarakteri daşıyır və tərəflərin niyyəti əmlakın gələcəkdə alqı-satqısı ilə bağlı olmuşdur və bu başa çatmamış alqı-satqı müqaviləsi kimi qiymətləndirilməlidir. Qeyd etmişlər ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsi bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmədiyini və yenidən sübut edilmədiyini göstərir. Bildirirlər ki, Apellyasiya Məhkəməsinin istinad etdiyi hal işin faktiki halı ilə əlaqədar deyildir, işin faktiki halı qismində Apellyasiya Məhkəməsi tərəflər arasında adıçəkilən müqavilənin bağlanmış olması faktını tanımışdır. Həmin faktın Apellyasiya Məhkəməsi tərəfindən tanınması isə o deməkdir ki, sözügedən müqavilə hüquqi əsası olan müqavilə kimi qiymətləndirilmişdir. Belə ki, ilkin müqavilə kimi qiymətləndirilsəydi, həmin müqavilə əhəmiyyətsiz müqavilə hesab edilərdi, çünki Mülki Məcəllənin 402.2-ci maddəsinə əsasən əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanmayan ilkin müqavilə əhəmiyyətsiz müqavilə hesab edilir. Əhəmiyyətsiz müqavilə isə hər hansı qanuni əsası olan hüquqi nəticənin yaranmasına səbəb ola bilməz. Əlavə olaraq qeyd edirlər ki, Apellyasiya Məhkəməsi tərəfindən məhz həmin müqavilə əsasında Bankın əmlak üzərində qanuni sahib kimi hüquqları tanınmışdır. Beləliklə, Məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə hazırkı iş üzrə düzgün istiqamətdə istinad verilməmişdir. İkinci iddia üzrə: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləvğ edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birinci istansiya məhkəməsində işə baxılarkən Mülki Məcəllənin 390.3, 427.4-cü, MPM-nin 82.3-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan müvafiq faktiki hallar aydınlaşdırılmamış, işin hallarına, o cümlədən qətnamənin digər hissələrinə uyğun gəlməyən nəticələr göstərilmişdir. Hesab etmişlər ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(121)-559/2022 nömrəli qətnaməsi ilə "xxxx"ASC-nin iddiasını rədd edərkən Mülki Məcəllənin 149.2-ci maddəsini tətbiq etməyərək kobud şəkildə "xxxx" ASC-nin hüquqlarını pozmuşdur. İşin faktiki hallından göründüyü kimi, "xxxx"ASC ilə Cavabdeh1 arasında bağlanmış tapşırıq müqaviləsinə uyğun olaraq Cavabdeh1 MMC tərəfindən Bankın xeyrinə və sonuncunun vəsaiti hesabına qeyri-yaşayış sahəsi alınmalı və Bankın mülkiyyətinə verilməliydi, lakin cavabdeh (Cavabdeh1 MMC) alınmış qeyri-yaşayış sahəsinə Bankın mülkiyyətinə verməmiş və heç bir hüquqi əsası olmadan öz adına qeydiyyat şəhadətnaməsini almışdır. Mülki Məcəllənin tapşırıq müqavilələrini tənzimləyən 782.1-ci maddəsinə görə vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur, yəni cavabdeh (Cavabdeh1 MMC) "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 27 iyul 2**1-ci il tarixli tapşırıq müqavilənin icrası zamanı əldə etmiş Kürdəmir şəhəri, Azadlıq küçəsi 14 ünvanında yerləşən qeyriyaşayış sahəsini öz adına almaqla həm müqavilə üzrə öhdəliklərinin həm də Mülki Məcəllənin 782.1-cimaddəsini kobud şəkildə pozmuşdur. Məhkəmə bəhs edilən qətnaməsində Mülki Məcəllənin 157.8-ci maddəsini tətbiq etməyərək səhv nəticəyə gəlmiş və "xxxx" ASC-nin iddiasını rədd etmişdir. Göründüyü kimi, Şirvan Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixli, e-2-2(121)-559/2022 nömrəli qətnaməsində işə formal yanaşaraq, analiz etməyərək, qeyri-yaşayış sahəsinin əldə olunma tarixçəsinə qiymət verməyərək "xxxx" ASC-nin MM-nin 157.8-ci maddələrinə uyğun olaraq mülkiyyətçi hüquqlarının olub olmamasını araşdırmamış və "xxxx" ASC-nin iddiasını rədd etmişdir. Məhkəmə bəhs edilən qətnaməsində Mülki Məcəllənin müvafiqnormalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə Mülki Məcəllənin 373.2-ci maddəsini tətbiq etmişdir (müqavilə üzrə 3 illik iddia müddəti), halbuki işin materiallarından aydın olur ki, burada Mülki Məcəllənin 384.0.4-cü maddəsi tətbiq edilməli idi, yəni məhkəmə müvafiq neqator iddialara aid normaları pozmuşdur. Bu normaya (384.0.4) əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti tətbiq edilmir. “Müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi mülkiyyətçinin ("xxxx" MMC) sahibliyindən onun iradəsinə zidd olaraq çıxmamışdır, bina icarəyə verənin, sonra satıcının razılığı ilə Bankın sahibliyinə verilmişdir, Bank mülkiyyətçi olmasa da son vaxtadək əmlakdan iddiaçının etiraz olmadan, vicdanla, açıq və fasiələsir istifa edir. Bina əvvəldən (hər halda, ən azı tərəflər arasında icarə müqaviləsi bağlanan vaxtdan) Bankın qanunsuz sahibliyində olmamışdır (Sahiblik qanunsuz olmamışdır). Belə olan halda sahibliyin itirilməsi əsası ilə əmlakın tələb edilməsi əsası aradan qalxır”. Qeyd olunan qətnamədə məhkəmə "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 27 iyul 2**1-ci il tarixli müqaviləni Mülki Məcəllənin 402.1-ci maddəsini səhv tətbiq etməklə ilkin müqavilə kimi qiymətləndirilmişdir. Halbuki Mülki Məcəllə ilkin müqaviləni aşağıdaki kimi təsvir edir: “ilkin müqaviləyə görə tərəflər müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər”. Lakin "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 27 iyul 2**1-ci il tarixli müqavilədə gələcəkdə hər hansı müqavilənin bağlanması barədə razılaşma yoxdur. Müqavilənin kompleks təfsiri zamanı aydın olur ki, tərəflər arasında bağlanılmış müqavilə tapşırıq müqaviləsidir. Hesab etmişlər ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 351.4-cü,407.1-ci və 409.4-cü maddələrinin tələblərini pozub. Belə ki, Mülki Məcəllənin 351.4-cü maddəsinə əsasən əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 409.4-cü maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. 21 iyul 2**1-ci il tarixli müqavilə həm "xxxx" ASC həm də Cavabdeh1 MMC tərəfindən təsdiqlənib. Bu təsdiqlər onların hərəkətində ehtiva olunub. Belə ki, "xxxx" ASC bu müqaviləyə əsasən Cavabdeh1 MMC-yə müvafiq ödənişi edib. Cavabdeh1 MMC isə üzərinə düşən öhdəliklərdən müvafiq daşınmaz əmlakın "xxxx" ASC-nin sahibliyinə və istifadəsinə verilməsini həyata keçirib, amma digər öhdəlikləri (rəsmiləşdirməni tamamlamaq) yerinə yetirməyib. Hesab etmişlər ki, Şirvan Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixli, e-2- 2(121)- 559/2022 nömrəli qətnaməsində MülkiProsessual Məcəllənin 82.3-cü maddəsinin tələblərini pozaraq, bu maddə ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməməsinin və Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərə əməl etməyərək nəticədə müvafiq normanın düzgün tətbiq etməmişdir. Qeyd etmişlər ki, Şirvan Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixli, e-2-2(121)- 559/2022 nömrəli qətnaməsində tərəflər arasında bağlanılmış müqaviləni “ilkin müqavilə” hesab edərək kobud pozuntulara yol vermiş, qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 26 avqust 2020-ci il tarixli, 2-2(106)-68/2020 saylı qətnaməsi və Ali Məhkəmənin 16 mart 2021-ciil tarixli, 2-2(102)-64/2021 saylı qərarında müəyyən edilmiş faktlara və hüquqi münasibətlərə qanuni əsasının olmamasına baxmayaraq münasibət bildirib, onları yenidən şərh edərək yeni qənaətə gəlmişdir. X3 Məhkəməsinin belə bir hüququ qanunvericiliyə görə yoxdur, əksinə məhkəmənin belə davranışı qanunvericilikdə qadağan edilib. Çünki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsindəki norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin hesab etmişlər ki, Şirvan Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixli, e- 2-2(121)-559/2022 nömrəli qətnaməsində tərəflər arasında bağlanan müqaviləyə tapşırıq müqaviləsi kimi deyil, alğı-satqı müqaviləsi kimi qiymətləndirib və səhvən alğı-satqı müqaviləsinə aid müddəaları, o cümlədən formaya dair tələbləri (notarait təsdiq tələbi) tətbiq etmişdir. İşdə olan sübutlardan aydın olur ki, tərəflər arasında bağlanılmış 21 iyul 2**1-ci il tarixli müqavilə alqı-satqısı müqaviləsi deyil, tapşırıq müqaviləsidir. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Sözü gedən müqavilə ilə "xxxx" ASC Cavabdeh1 MMC-yə tapşırıq verib ki, müəyyən şərtlərə uyğun gələn daşınmaz əmlakı Bankın xeyrinə alınmasını təmin etsin, yəni bu müqavilə ilə Bank Könül- Z MMC-ni öz nümayəndəsi kimi də təyin edib, yəni Könül-Z şirkəti sözügedən qeyriyaşayış sahəsini Bankın adından, onun agenti kimi Bankın xeyrinə almalıydı. Göründüyü kimi, Bank vəkalət verən olaraq müqavilədə nəzərdə tutulmuş öhdəliklərini icra etmiş, yəni vəsaiti ödəmiş, lakin Cavabdeh1 MMC isə müqaviləyə riayət etməmiş, aldığı tapşırığı vicdanla yerinə yetirməmiş, Bankın vəsaiti hesabına öz adına əmlak əldə etmiş və "xxxx" ASC-nin mülkiyyətinə keçirilməsin tiəmin etməmişdir. Həmçinin qeyd etmişlər ki, Şirvan Kommersiya Məhkəməsi xx.xx.2022-ci iltarixli, e-2- 2(121)-559/2022 nömrəli qətnaməsində özü-özünü təkzib etmiş, bir-birinə uyğun gəlməyən fikirlər bildirmişdir. Belə ki, Şirvan Kommersiya Məhkəməsi xx.xx.2022-ci iltarixli, e-2-2(121)-559/2022 nömrəli qətnaməsinin əsaslandırıcı hissəsində bir yerdə qeyd etmişdir ki, “Tərəflərin niyyəti əmlakın gələcəkdə alqı-satqısı barəsində olmuşdur. Bu, başa çatmamış alqı-satqı müqaviləsi kimi qiymətləndirilməlidir”, elə bu qətnamənin digər hissəsində isə qeyd edilmişdir ki, “Məhkəmə həmin tələblə bağlı ilk öncə qeyd edir ki, tərəflər arasında 27 iyul 2**1-ci il tarixində bağlanılmış müqavilə alqı-satqı müqaviləsi deyil, alqı-satqı zəmnində bağlanılmış müqavilədir, yəni ilkin müqavilədir. Göründüyü kimi məhkəmə eyni müqaviləyə bir yerdə “ilkin müqavilə”, digər yerdə isə “başa çatmamış alqısatqı” müqaviləsi kimi qiymət vermişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehin apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d)Apellyasiya instansiyası məhkəməsində birinci iddia üzrə birinci icraat: Birinci işə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər T.Heydərov, T.Kərimov, Z.Zeynalov) 11 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 13 oktyabr 2021ci il tarixli, e-2-2(121)1355/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. e)Kassasiya instansiyası məhkəməsində birinci iddia üzrə birinci icraat: İşə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər K.Abiyeva, B.Qəribov, V.Həsənov) 14 sentyabr 2022-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2-2(106)-23/2022 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. e)Apellyasiya instansiyası məhkəməsində birləşdirilmiş işlər üzrə icraat: Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər Z.Allahyarov, M.Həsənov, O.İsmayılov) 29 noyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 MMC-yə qarşı “müqavilə öhdəliklərinin başa çatdırılması və.s” tələbinə dair 2- 2(106)-132/2022 saylı kommersiya işi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 MMC-yə qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası üzrə 2-2(106)-149/202 saylı kommersiya işi birlikdə baxılmaları üçün bir icraatda birləşdirilmiş, birləşdirilmiş kommersiya işində 2-2(106)-149/2022 qeydiyyat nömrəsinin saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər N.Mirzəyev, S.Mayılov, İ.Əsədov) 22 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Şirvan Kommersiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli e-2-2(121)-1355/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, e-2-2(121)-1355/2021 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, "xxxx" ASC-nin Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları tanınması qət edilmiş, eyni zamanda həmin qətnamə ilə iddiaçı "xxxx" ASC-nin Şirvan Kommersiya Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, e-2-2(121)-559/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, e-2-2(121)-559/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. e) Birləşdirilmiş kommersiya işləri üzrə Ali Məhkəmədə icraat: Birləşdirilmiş işə iddiaçı və cavabdeh tərəfin vermiş olduğu kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin (hakimlər İ.Dadaşov, M.Əhmədova, İ.Şəfiyev) 12 iyul 2023-cü il tarixli qərarı ilə iddiaçının və cavabdehin kassasiya şikayətləri qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 22 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyanın iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 birinci iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, e-2-2(121)-1355/2021 saylı qətnaməsindən, həmçinin ikinci iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-2(121)-559/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin dəlilləri üzrə izahat vermiş, apellyasiya şikayətlərini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qətnamələrinin ləğv edərək hər iki iddialarının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən cavabdehin nümyəndəsi və vəkili Nümayəndə1 Bəhrəm oğlu keçirilən məhkəmə iclasında iştirak edərək verilmiş apellyasiya şikayətlərinin dəlillərinə sifahi etiraz edərək apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab etmiş, buna görə də həm Şirvan Kommersiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, e-2- 2(121)1355/2021 saylı qətnaməsinin, həm də Şirvan Kommersiya Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-2(121)-559/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2nə qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş, üzürlü səbəb olmadan məhkəmə baxışı iclasında iştirak etməmişlər. Odur ki, MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılması məqsədə müvafiq hesab edilmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı hər iki apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnamələrinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnamələrinin iddiaçıya münasibətdə, apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı dövlət qeydiyyatı üçün əsas hesab olunur. 139-1.1.5-ci maddəsinə əsasən, 2**6-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 335.1 və 335.2. Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir (Maddə 24 iyun 2**5-ci il 949- İİQD nömrəli Qanunla çıxarılanadək olan redaksiya). 335.2-ci maddədə göstərilirdi ki, Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. 335.3-cü maddədə qeyd edilirdi ki, Əqdin notariat qaydasında təsdiqlənməsindən əsassız boyun qaçıran tərəf əqdin bağlanmasının ləngidilməsi nəticəsində dəyən zərərin əvəzini digər tərəfə ödəməlidir. 336.1-ci maddəsinə görə Əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. 384.0.4-cü maddəsinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, tələblərə iddia müddəti şamil edilmir. 372.1-ci maddəyə görə Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəyə görə ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. 375.2-ci maddəyə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 390.1-ci maddəyə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 394-ci maddəyə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəyə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

İşdə mövcud olan və təqdim edilən sübutlar: İş materiallarında olan dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 27 sentyabr 2**0-ci il tarixli, 2416 saylı icarə müqaviləsinin surətindən görünür ki, Kürdəmir şəhəri, Azadlıq küçəsi 14 ünvanında yerləşən, ümumi sahəsi 389,61 m2 təşkil edən Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin sərəncamında olan qeyriyaşayış sahəsini xidmət məqsədilə icarəçinin müddətli istifadəsinə verir. Müqavilənin 3.1-ci bəndinə əsasən, icarə müqaviləsinin müddəti 15.09.2**0-ci il tarixdən 31.12.2**0-ci il tarixədək müəyyən edilir. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" Firması arasında bağlanmış 27 iyul 2**1ci il tarixli müqavilədən görünür ki, "xxxx" Firmasına məxsus binanın "xxxx" ASC-yə satılması barədə tərəflər razılığa gəlmişlər. Müqaviləyə əsasən"xxxx" ASC 118.**0.**0 manat pulu "xxxx" Firmasının hesabına köçürülməsini, "xxxx" Firması isə pulu aldıqdan sonra binanın "xxxx" ASC-yə təhvil verilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 31.07.2**1-ci il tarixli, 52 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialı tərəfindən "xxxx" Firmasının hesabına 27 iyul 2**1-ci il tarixli müqaviləyə əsasən binanın alınması üçün 118.**0.**0 manat pulun köçürülməsinə dair ödəniş tapşırığı verilmişdir. İş materiallarında olan icarəyə verilmiş əmlakın 23 avqust 2**1-ci il tarixli, 96 saylı alqısatqı müqaviləsindən görünür ki, satıcı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən Kürdəmir şəhəri, Azadlıq küçəsi 14 ünvanında yerləşən, ümumi sahəsi 375,8 m2 təşkil edən qeyri-yaşayış sahəsi 33.344.**0 manata alıcı "xxxx" Firmasına satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilən Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 12.02.2**4-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, ünvan 3 ünvanındakı ikimərtəbəli binada yerləşən 375,8 kv.m qeyri-yaşayış sahəsi "xxxx" firmasının toxunulmaz mülkiyyətində olması təsdiq edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 26 avqust 2020-ci il tarixli 2-2(106)-68/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı "Könül-Z” MMC-nin nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, e-2- 2(086)567/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi - "xxxx" ASC-nin (Kürdəmir filialının) əmlakları ilə birlikdə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti (keçmiş Azadlıq küçəsi) 14 ünvanında yerləşən iddiaçı "Könül-Z” MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin "xxxx" ASC tərəfindən "Könül-Z” MMC-yə təhvil verilməsi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2-2(102)-64/2021 saylı qərarının surətindən görünür ki, həmin qərar ilə iddiaçı "Könül-Z” MMC-nin nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 26 avqust 2020-ci il tarixli 2-2(106)-68/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 18 may 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 14 (keçmiş Azadlıq küçəsi-14) ünvanında yerləşən qeyri-yaşayış binası 20-ci əsrin 60-cı illərində inşa edilmiş və həmin binada 20-ci əsrin 90-cı illərinin axrına kimi “Aqrar Sənaye” bankı fəaliyyət göstərmişdir. Hazırda həmin ünvanda 2**1-ci ildən etibarən Azərbaycan Beynəlxalq Bankının Kürdəmir filialı fəaliyyət göstərir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən 20 may 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə təqdim edilən ərizə ilə “iddiaya etiraz və iddia müddətinin tətbiqi barədə ərizəyə” münasibət bildərərək, Cavabdeh1 tərəfindən 27 iyul 2**1-ci il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının başa çatdırılması, Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin əlavə ödəniş edilmədən iddiaçı "xxxx" ASC-yə verilməsi və onun mülkiyyətinə keçirilməsi üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bütün hüquqi və faktiki hərəkətlərin edilməsi vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması vəzifəsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 03 may tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş Daşınmaz Dövlət Əmlakının Qeydiyyat Vərəqəsinin, “Dövlət təsisatı haqqında məlumatı” və “Dövlət təsisatının balansında olan daşınmaz dövlət əmlakının siyahısın”dan görünür ki, "xxxx" ASC-nin balansında olan Kürdəmir filialı 306.684.89 manat balans dəyəri ilə iddiaçının balansındadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin 09 iyul 2020-ci il tarixli, 20362**01306 saylı məktubundan görünür ki, Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçının nümayəndəsi tərəfidən təqdim edilmiş "xxxx" maliyyə menecmentləri departamentinin 26 avqust 2020-ci il tarixli arayışından görünür ki, "xxxx" ASC-nin mövcud ünvan 9 ünvanında yerləşməklə 01 oktyabr 2**0-ci il tarixdən şöbə kimi fəaliyyətə başlamış, 31 iyul 2**1-ci il tarixdən balansa götürülmüş və bu günə kimi Kürdəmir filialı kimi fəaliyyət göstərir. İşdə olan 27 iyul 2**1-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə alqı-satqı zəminində Könül firması ilə Azərbaycan Beynəlxalq Bankı arasında Könül firmasına məxsus binanın Beynəlxalq Banka satılması barədə bağlanmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, apellyasiya şikayətləri qismən təmin olunmalı, Şirvan Kommersiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, e-2-2(121)1355/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə "xxxx" ASC-nin Cavabdeh1 MMC-nə qarşı Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddiası təmin edilməməli, həmçinin Şirvan Kommersiya Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-2(121)- 559/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1nə qarşı (Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) Cavabdeh1 tərəfindən 27 iyul 2**1-ci il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının başa çatdırılması, Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin əlavə ödəniş edilmədən iddiaçı "xxxx" ASC-yə verilməsi və onun mülkiyyətinə keçirilməsi üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bütün hüquqi və faktiki hərəkətlərin edilməsi vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması vəzifəsinin müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş, mübahisələndirilməyən hallarına görə tərəflər arasında 27 iyul 2**1-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, cavabdehə məxsus binanın iddiaçıya satılması barədə tərəflər razılığa gəlmişdir. Müqaviləyə əsasən, iddiaçı 118.**0.**0 manat pulun cavabdehin hesabına köçürülməsi, cavabdeh isə pulu aldıqdan sonra binanın iddiaçıya təhvil verilməsi barədə öhdəlik götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilərək, cavabdehin hesabına 31 iyul 2011-ci il tarixli ödəniş tapşırığına əsasən, 2**1-ci il 27 iyul tarixli müqavilə üzrə binanın alınması üçün 118.**0.**0 manat pulun köçürülməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddiaçı birinci iddia üzrə tələbində cavabdeh tərəfindən 27 iyul 2**1-ci il tarixli alqısatqı müqaviləsi üzrə Kürdəmir rayonu, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyriyaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının tanınmasını xahiş edir. İddiaçı ikinci iddia üzrə tələbində Cavabdeh1 MMC-i tərəfindən 27 iyul 2**1-ci il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının başa çatdırılması, Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin əlavə ödəniş edilmədən iddiaçı "xxxx" ASC-yə verilməsi və onun mülkiyyətinə keçirilməsi üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bütün hüquqi və faktiki hərəkətlərin edilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması vəzifəsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnaməsində MM-nin 402-ci maddəsinin tələblərini nəzərə alaraq tərəflər arasında ilkin müqavilə bağlandıqdan sonra əsas müqavilənin bağlanmaması əsası ilə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası MM-nin 402-ci maddəsinin hazırki mübahisəyə tətbiqi ilə bağlı işə baxan birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakı qaydada qiymətləndirilmənin aparılmasını zəruri hesab edir. Belə ki, baxılan iş üzrə hər iki tərəfin iştirak etdiyi, başqa kommersiya mübahisəsi üzrə qəbul edilmiş, qanuni qüvvədə olan məhkəmə aktları ilə (Şirvan Apellyasiya Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2-2(106)-68/2020 nömrəli qətnaməsi və Ali Məhkəmənin 16 mart 2021-ci il tarixli, 2-2(102)-64/2021 nömrəli qərarı) sözügedən qeyriyaşayış sahəsindən iddiaçının (ABB) çıxarılmasına dair cavabdehin (Könül-Z) tələbi təmin edilməmiş və müəyyən edilmişdir ki, 27 iyul 2**1-ci il tarixli müqaviləyə görə bank binanın dəyərini pulla ödəməyi, iddiaçı (hazırki iş üzrə cavabdeh) isə binanı bankın mülkiyyətinə keçirməyi öz öhdəsinə götürmüşdür. Qeyd edilməlidir ki, tərəflər arasında 27 iyul 2**1-ci il tarixli Müqavilə, bina özəlləşməmişdən əvvəl bağlanmışdır və həmin vaxt iddiaçı satıcı olaraq tərəflər arasında bağlanmış əqdin subyekti ola bilməzdi. Lakin bu cür müqavilə bağlanması qanunvericilikdə qadağan da edilməmişdir. Müqavilə üzrə tərəflər üzərlərinə öhdəlik götürmüşlər, cavabdeh öz öhdəliyini yerinə yetirmiş, lakin iddiaçı öz öhdəliyini yerinə yetirməmişdir. İddiaçının öz öhdəliyini yerinə yetirməməsi səbəbindən tərəflər arasında sonradan alqı-satqı müqaviləsi rəsmiləşdirilməmiş, lakin təxminən 18 il ərzində cavabdehin əmlakdan istifadəsinə etirazını bildirməmişdir. Aydın olduğu kimi, bina əvvəldən, yəni tərəflər arasında icarə müqaviləsi bağlanan tarixdən cavabdehin qanunsuz sahibliyində olmamış, daha sonra tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmış və bank müqavilə üzrə öhdəliklərini yerinə yetirmişdir. Belə olan halda, cavabdehin faktiki olaraq sahibliyi və istifadəsində olan qeyri-yaşayış sahəsindən qanunsuz istifadə etməsi barədə iddiaçının dəlilləri əsassız olmuşdur. Göründüyü kimi, qanuni qüvvədə olan məhkəmə aktlarına əsasən tərəflərin sözügedən qeyri-yaşayış sahəsinin alqı-satqısı üzrə əldə etdikləri razılığa əsasən əmlakın alıcıya təqdim edilməsi, alıcının 2**1-ci ildən faktiki olaraq əldə etdiyi əmlaka görə dəyərini satıcıya ödəməsi, lakin satıcının həmin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı öhdəliyini yerinə yetirməməsi, başqa sözlə, alqı-satqı münasibətlərinin başa çatmaması müəyyən edilmişdir. Birinci instansiya məhkəmələrin mübahisəli hüquq münasibətinə tətbiq etdikləri MM-in 402.2-ci maddəsinin dispozsiya şərtləri isə qeyd olunan qaydada faktiki icra edilmiş müqavilə münasibətlərini tənzimləmir. MM-nin 402-ci maddəsinin tələbləri baxımından ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Hazırki halda isə, qanuni qüvvədə olan məhkəmə aktları ilə, tərəflər arasındakı müqavilə münasibətlərinin etibarsızlığı müəyyən edilməmiş, əksinə sözügedən qeyri-yaşayış sahəsinin alıcısının (iddiaçı Bankın) həmin əmlakdan keçən 18 il ərzində istifadəsinin qanuni olması, sonuncunun həmin sahədən çıxarılması üçün əsasların olmaması müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin iddia tələbini tərəflər arasında ilkin müqavilədən sonra, əsas müqavilənin bağlanmaması səbəbindən təmin etməməsi, artıq qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmiş hallara zidd olmuş, MPM-nin 82.3-cü maddəsinin tələbləri pozulmuş, MM-nin 402-ci maddəsinin tələbləri işin müəyyən edilmiş faktiki hallarına düzgün tətbiq edilməmişdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Konstitusiya Məhkəməsi Plenumunun məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. (Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli və 2022-ci il 18 iyul tarixli qərarları) Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarına əsasən, tərəflər arasında 2**1-ci il 27 iyul tarixli müqavilə bağlandıqdan sonra əsas müqavilə bağlanmamış və əsas müqavilənin bağlanması ilə bağlı tərəflər məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Daşınmaz əmlakın alqı-satqısına dair notarial qaydada təsdiq edilmiş müqavilə bağlanılmadan isə Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyriyaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınması, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyasının qənaətinə görə, qanuni hesab edilə bilməz. İş materiallarına əsasən, mübahisəli daşınmaz əmlak iddiaçının maneəsiz istifadəsindədir, qeyri-yaşayış sahəsinin iddiaçının sahibliyində və istifadəsində olması faktı isə həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün yetərli qanuni əsas hesab oluna bilməz. Belə ki, iddiaçının istinad etdiyi ilkin müqavilədə əmlakın iddiaçıya təhvil verilməsi nəzərdə tutulmuş, tərəflər arasında pul məbləğinin ödənildiyi, pul məbləğinin Könül-Z-nin hesabına köçürülməsi mübahisə doğurmasa da tərəflər arasında sonradan qanunvericiliklə müəyyən edilmiş qaydada alqısatqı müqaviləsi bağlanmadığından, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnun müəyyən edilməsi üçün iş materialları ilə hüquqi əsas müəyyən edilmir. Tərəflərin niyyəti əmlakın gələcəkdə alqı-satqısı olsa belə, bu hal nəticə etibarilə onlar arasında alqı-satqı müqaviləsinin bağlanmasını özündə ehtiva etmir və iş materiallarına əsasən tərəflər arasında sonradan notariat qaydasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Baxılan iş üzrə iddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması barədə iddiasını MM-in 336.1-ci maddəsinə istinadla qaldırmışdır. Lakin həmin maddə tərəflər arasında əqd bağlandıqdan sonra, əqddən əmələ gələn hüququn qeydiyyatı ilə bağlı yaranan mübahisəni tənzimləyir. Hazırkı halda isə qanuni qüvvədə olan məhkəmə aktları ilə iddiaçının notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi icra etməsi, digər tərəfin isə həmin əqdin notariat qaydasında təsdiq edilməsindən boyun qaçırması, alqı-satqı münasibətlərinin başa çatmaması müəyyən edilmişdir. MM-in tərəflər arasında münasibətlərin yarandığı 2**1-ci ildə qüvvədə olmuş (Azərbaycan Respublikasının 2**5- ci il 4 iyun tarixli, 949-İİQD nömrəli Qanunu ilə MM-dən çıxarılmış) 335.2-ci maddəsinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İşin materiallarından isə iddiaçının Mülki Məcəllənin zamana görə qüvvədə olmuş 335.2-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia qaldırması müəyyən edilmir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ikinci tələbi isə Cavabdeh1 tərəfindən 27 iyul 2**1-ci il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının başa çatdırılması, Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin əlavə ödəniş edilmədən iddiaçı "xxxx" ASC-yə verilməsi və onun mülkiyyətinə keçirilməsi üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bütün hüquqi və faktiki hərəkətlərin edilməsi vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması vəzifəsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsindən ibarətdir. Kollegiya iddiaçının ikinci tələbi üzrə aşağıdakıları qeyd edir: Müəyyən edilir ki, 27 sentyabr 2**0-ci il tarixli, 2416 saylı icarə müqaviləsinə əsasən, Kürdəmir şəhəri, Azadlıq küçəsi 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 15.09.2**0-ci il tarixdən 31.12.2**0-ci il tarixədək "xxxx" Firmasına icarəyə verilmiş, "xxxx" Firması isə həmin qeyri-yaşayış sahəsini 01 oktyabr 2**0-ci il tarixli icarə müqaviləsinə əsasən 01.10.2**0-ci il tarixdən 31.12.2**0-ci il tarixədək "xxxx" ASC-nin Kürdəmir rayon filialına subicarəyə vermişdir. Daha sonra "xxxx" ASC ilə "xxxx" Firması arasında alqı-satqı zəmnində 27 iyul 2**1-ci il tarixli, müqavilə bağlanılmış, tərəflər "xxxx" Firmasına məxsus binanın "xxxx" ASC-yə satılması barədə razılığa gəlmişlər. Həmin müqavilədən görünür ki, müqavilə tərəflər arasında imzalanaraq möhürlənmişdir. Müqaviləyə əsasən "xxxx" ASC 118.**0.**0 manat (KAZM) məbləğində pulun "xxxx" Firmasının hesabına köçürülməsi, "xxxx" Firması isə pulu aldıqdan sonra binanın "xxxx" ASC-yə təhvil verilməsi barədə öhdəlik götürmüşlər. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialı tərəfindən "xxxx" Firmasının hesabına 27 iyul 2**1-ci il tarixli müqaviləyə əsasən binanın alınması üçün 118.**0.**0 manat pulun köçürülməsinə dair 31.07.2**1-ci il tarixli, 52 saylı ödəniş tapşırığı verilmişdir. Bundan sonra, 23 avqust 2**1-ci il tarixli, 96 saylı alqı-satqı müqaviləsi ilə sözügedən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən 33.344.**0 manata (KAZM) alıcı "xxxx" Firmasına satılmış, "xxxx" Firmasına bununla bağlı dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında **1571 saylı şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən, Kürdəmir şəhəri, Azadlıq küçəsi 14 ünvanında ikimərtəbəli binada yerləşən, ümumi sahəsi 375,8 m2 qeyri-yaşayış sahəsi "xxxx" Firmasının (Cavabdeh1 MMC-nin) toxunulmaz mülkiyyətidir. Azərbaycan Respublikası MM-nin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə görə isə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.3-cü maddəyə əsasən Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 394-ci maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. MM-in 139-1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı əsas hesab olunur. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında qeyd edilən mübahisəli Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi barəsində azad və könülülük prinsipinə uyğun olan müqavilə bağlanmamışdır. Həmçinin tərəflər arasında belə bir müqavilə bağlanmadığından tərəflərdən hər hansısa birini müqavilə bağlamağa məcbur edilməsi qanunla yolverilməzdir. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmalı və həmin müqavilə notarial qaydada təsdiq edilməlidir. Hazırkı halda isə tərəflər arasında qanunvericiliklə müəyyən olunan formada tərtib edilmiş və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi mövcud olmadığından mübahisəli əmlakın iddiaçının mülkiyyətinə keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada bütün hüquqi və faktiki hərəkətlərin edilməsi vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması vəzifəsinin müəyyən edilməsi qanunvericiliyin tələblərinə əsasən qanuni hesab edilə bilməz. Tərəflər arasında bağlanılmış müqavilədə cavabdehə məxsus binanın iddiaçıya təhvil verilməli olduğu qeyd olunsa da, həmin bina ilə bağlı məlumatlar, yəni qeyri-yaşayış binasının yerləşdiyi ünvan, binanın sahəsi, koordinatları və digər zəruri məlumatlar göstərilməmiş, başqa sözlə həmin müqavilədə, yəni ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə onun digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər nəzərdə tutulmamışdır. Bundan başqa kollegiya diqqətə çatdırır ki, iddiaçı "xxxx" ASC Cavabdeh1nə qarşı hazırda Şirvan Kommersiya məhkəməsinə yeni bir iddia ilə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 375.8 kv/m təşkil edən qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı əqdin etibarlı sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş hal-hazırda Şirvan Kommersiya məhkəməsinin icraatındadır. Məhkəmə kollegiyası hesab edir ki, maddi hüquq normalarının tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti işin müəyyən edilmiş hallarına uyğun olmamış, həmçinin məhkəmə Mülki Prosessual Məcəllənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi barədə tələblərinə əməl edilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, məhkəmə işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən halları müəyyən etməmişdir. Məhkəmə iddiaçının iddia tələbinin faktiki əsası kimi istinad etdiyi hallara dair düzgün hüquqi dəyərləndirmə aparmamışdır. Belə olan halda qətnamələr qanuni və əsaslı sayıla bilməz. Hər iki iddia təmin edilmədiyindən həmin işlər üzrə ödənilmiş dövlət rüsumları iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, e-2-2(121)1355/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni əsasla qətnamə qəbul edilərək "xxxx" ASC-nin Cavabdeh1 MMC-nə qarşı Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddiası təmin edilməməli, həmçinin Şirvan Kommersiya Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-2(121)- 559/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni əsasla qətnamə qəbul edilməli və İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1nə qarşı (Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) Cavabdeh1 tərəfindən 27 iyul 2**1ci il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının başa çatdırılması, Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin əlavə ödəniş edilmədən iddiaçı "xxxx" ASC-yə verilməsi və onun mülkiyyətinə keçirilməsi üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bütün hüquqi və faktiki hərəkətlərin edilməsi vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması vəzifəsinin müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Birinci iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, e-2-2(121)1355/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. "xxxx" ASC-nin Cavabdeh1 MMC-yə qarşı Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddiası təmin edilməsin.

İkinci iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-2(121)-559/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1nə qarşı (Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) Cavabdeh1 tərəfindən 27 iyul 2**1-ci il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının başa çatdırılması, Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin əlavə ödəniş edilmədən iddiaçı "xxxx" ASC-yə verilməsi və onun mülkiyyətinə keçirilməsi üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bütün hüquqi və faktiki hərəkətlərin edilməsi vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması vəzifəsinin müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Hər iki iddia üzrə ödənilmiş dövlət rüsumları "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar