Məhkəmə qərarları › İş №2-2(106)-11/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-11/2023

09.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-11/2023 09.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X15 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X10 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 90.000 manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, 70.5 kv.m sahədən istifadəyə görə 36.000 manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, 70.5 kv.m sahənin boşaldılıb təhvil verilənədək hər ay üçün 500 manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, 15.000 manat pulun Cavabdeh1 iddiaçının xeyrinə tutulması tələbinə dair Şirvan Kommersiya Məhkəməsinin e 2-2(121)-1522/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 90.000 manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, 70.5 kv.m sahədən istifadəyə görə 36.000 manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, 70.5 kv.m sahənin boşaldılıb təhvil verilənədək hər ay üçün 500 manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, 15.000 manat pulun Cavabdeh1 iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Lənkəran rayonu, Şiləvar kəndində yerləşən bir mərtəbəli ümumi sahəsi 115,9 kv.m sahənin müvafiq olaraq tikintialtı sahə 0,00506 ha, ümumi sahə 45.4 kv.m - Cavabdeh1 və tikintialtı sahə 0.00782 ha, ümumi sahə 70.5 kv.m İddiaçı mülkiyyətindədir. Sahəyə qeydiyyat hüququ 2014-cü ildən yaranmışdır. 2008-ci ildən həmin qeyri-yaşayış sahəsində “Xəzər” inşaat materialları mağazası fəaliyyət göstərir. Mağazaya iddiaçı və cavabdehlər tərəfindən birgə vəsait sərf edilsə də, cavabdehlər əldə etdikləri gəliri qoyulmuş vəsaitə mütənasib şəkildə bölüşdürməyərək özləri üçün sərf etmişlər. Müxtəlif banklardan kredit və fiziki şəxslərdən borc alaraq mağazanın dövriyyəsini artırılmış, həmçinin Bakı şəhərində yerləşən topdan satış mərkəzlərindən mal-mateiral alaraq mağazaya göndərilmişdir. Ancaq cavabdehlər bunun müqabilində ona pul verməmişlər. Bu məbləğ 90.000 manat təşkil edir və cavabdehlərdən müştərək qaydada həmin məbləğ tutulmalıdır. Belə ki, Cavabdeh1 tərəfindən "xxxx" ASC-dən alınmış kredit üzrə müxtəlif vaxtlarda 170,34, 14.000, 1.023, 187,96, 2.350, 254,91, 32 manat və müxtəlif vaxtlarda 2.690,10 və 17 ABŞ dolları tərəfindən kredit borcu ödənilmiş, həmçinin "xxxx" ASC-yə 3.761 manat kredit borcu və digər xərclər olmaqla, 4.154 manat pul ödənilmişdir. Həmin pullar cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İkinci tələb üzrə cavabdehlər iddiaçıya məxsus 70.5 kv.m sahədən 2014-cü ildən istifadə edirlər, bəhrələnirlər, lakin həmin sahədən istifadəyə görə heç bir şey ödəməmişlər. Həmin sahə icarəyə verilsəydi, hazırki vaxtadək xeyli miqdarda gəlir əldə edilərdi. Sahənin bir aylıq icarə haqqı 500 manat təşkil edir. 2014-cü ildən 2021-ci ilədək müddət üzrə ümumi məbləğ (500 manat x 12 ay = 6000 manat x 6 il = 36.000 manat) 36.000 manat təşkil edir. Həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Üçüncü tələb üzrə: Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli və həmin qətnamənin qüvvədə saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 Hüseyn oğlunun bank qarşısında kredit borcu üzrə X1 məxsus Şilavar kəndi ərazisində yerləşən yaşayış sahəsi bank qarşısında girov qoyulmuş və Gülağa Hüeseynov evin onun adına rəsmiləşdirilməsinə dair verilmiş vədə inanaraq banka olan borcu ödəmiş və sahəni qızının adına keçirmişdir. Lakin cavabdehlər sonradan vədlərinə əməl etməyərək sahənin geri alınması ilə bağlı iddia qaldırmışlar və onların iddiası təmin edilmişdir. Belə olan halda Gülağa Heseynov tərəfindən sahənin girovdan azad edilməsi üçün ödənilmiş cavabdehlərin etiraf etdiyi 10.000 və əməliyyatın aparılması üçün çəkilmiş xərc olan 5.000 manat, ümumilikdə 15.000 manat pulun cavabdehlərdə qalması üçün heç bir əsas yoxdur. Bu pul kredit öhdəliyi olan Cavabdeh1 tutulmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-2446/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilməsi, Cavabdeh1 10.000 manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-2446/2021 saylı qətnaməsindən İddiaçı xx.xx.2022-ci il tarixdə və Cavabdeh1 xx.xx.2022-ci il tarixdə apellyasiya şikayətləri vermişlər və Lənkəran Rayon Məhkəməsinin qərardadlarına əsasən apellyasiya şikayətləri işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-1177/2022 saylı qərardadına əsasən, İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)- 2446/2021 saylı qətnaməsi ləğv edilmiş, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh2 onun atası, digər cavabdeh isə qardaşıdır. ünvan 1 ünvanında yerləşən «Xəzər» inşaattikinti materialları mağazasının 70 kv.m ona, 45 kv.m isə Cavabdeh2 məxsusdur. Mağazanın qeyd edilən sahəsinə mülkiyyət hüququ 2014-cü ildən yaranmışdır. «Xəzər» inşaat-tikinti materialları mağazası onların mülkiyyətində olmasına baxmayaraq həmin mağazanı Cavabdeh1 işlədir. Mağaza 2008-ci ildən fəaliyyət göstərir. Mağazanın fəaliyyəti zamanı o, cavabdehlərlə birlikdə mağazaya vəsait qoymuşdur. Bunun üçün müxtəlif banklardan kredit və fiziki şəxslərdən borc alaraq mağazanın dövriyəsini artırmış, həmçinin Bakı şəhərində yerləşən topdan satış mərkəzlərindən mal-mateiral alaraq mağazaya göndərmişdir. Cavabdeh1 tərəfindən "xxxx" ASC-dən alınmış kredit üzrə müxtəlif vaxtlarda 170.34, 14000, 1023, 187.96, 2350, 254.91, 32 manat və müxtəlif vaxtlarda 2690, 10 və 17 ABŞ dolları tərəfindən kredit borcu olaraq ödənilmiş, həmçinin "Bank of Baku” ASC-yə 3761 manat kredit borcu və digər xərclər olmaqla, 4154 manat pul ödənilmişdir. Ancaq cavabdehlər əldə etdikləri gəliri qoyulmuş vəsaitə mütənasib şəkildə bölüşdürməyərək özləri üçün sərf etmişlər, bunun müqabilində ona çatası pulu ona verməmişlər. Bu məbləğ 90.000 manat təşkil edir və hesab edir ki, cavabdehlərdən müştərək qaydada həmin məbləğ onun xeyrinə tutulmalıdır. Bundan əlavə cavabdehlər ona məxsus 70.5 kv.m sahədən 2014-cü ildən istifadə edirlər, bəhrələnirlər, lakin ona həmin sahədən istifadəyə görə heç nə ödəməmişlər. Həmin sahə icarəyə verilsəydi, hazırki vaxtdək xeyli miqdarda gəlir əldə edərdi. Sahənin bir ayrlıq icarə haqqı 500 manat təşkil edir. 2014-cü ildən 2021-ci ilədək müddət üzrə ümumi məbləğ (500 manat x 12 ay = 6000 manat x 6 il = 36.000 manat) 36.000 manat təşkil edir. Hesab edir ki, həmin məbləğ də cavabdehlərdən onun xeyrinə tutulmalıdır. Bundan əlavə Cavabdeh1 2011-ci ildə "xxxx" KB ASC-dən kredit götürərək atasına məxsus Lənkəran rayonu, Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv metr olan fərdi yaşayış evi və 0.12712 ha torpaq sahəsini ipotekaya qoymuşdur. Qabil krediti tam ödəyə bilmədiyindən "xxxx" KB ASC onlara qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Lənkəran rayon məhkəməsinə müraciət etmiş və Lənkəran rayon məhkəməsi iddia tələbini təmin etmişdir. Atasına məxsus olan evin hərrac vasitəsilə satılması məsələsi ortaya çıxdığından atası və qardaşı ona müraciət edərək evin satılmasının qarşısını almaq məqsədilə ondan kredit borcunun ödənilməsi və bunu müqabilində həmin evi ona verəcəklərini bildirmişlər. O, razılıq verdikdən sonra atasını və anasını Lənkəran rayon 1 saylı notariat kontoruna gətirmiş, 05 fevral 2020-ci il tarixdə onlar mülkiyyətlərində olan evi ona vəsiyyət etmələri barədə vəsiyyətnamə yazmışlar. O, da cavabdehlərin vədinə inanaraq Cavabdeh1 "xxxx" KB ASC-yə kredit borcu hesabına 10.000 manat, əməliyyatların aparılması üçün 5000 manat, cəmi 15000 manat ödəyərək evi girovdan çıxartmışdır. Bundan sonra o, həmin evi qızının adına rəsmiləşdirmişdir. Lakin cavabdehlər sonradan vədlərinə əməl etməyərək sahənin geri alınması barədə iddia qaldırmışlar və onların iddiası təmin edilmişdir. Cavabdehlər həmin məhkəmə iclasında onun kredit borcu hesabına 10000 manat ödədiyini etiraf etmişlər. Belə olan halda onun tərəfindən sahənin girovdan azad edilməsi üçün ödənilmiş cavabdehlərin etiraf etdiyi 10.000 manat və əməliyyatın aparılması üçün çəkilmiş xərc olan 5000 manat, ümumilikdə 15000 manat pul Cavabdeh1 onun xeyrinə tutulmalıdır. İddiaçı və onun vəkili Vəkil2 iddia ərizəsi və ona dair izahatın məzmununa uyğun izahat verib, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyib bildirmişdir ki, iddiaçı onun oğludur. O, hazırda "Xəzər" inşaat-tikinti materialları mağazasında sahibkarlıq fəaliyyətini həyata keçirir. Həmin mağazanın yerləşdiyi ümumi sahəsi 115.9 kv.m olan qeyri yaşayış sahəsi əvvəllər onun tam mülkiyyətində olmuş, lakin sonradan 70,5 kv.m olan hissəsini iddiaçının adına keçirtmişdir. Kiçik oğlu Qabil isə onun istəyi ilə həmin mağazada satıcı işləyir. İşlədikləri müddətdə mağaza ziyanla işləmiş, onlar mağazanı işlətmək üçün müxtəlif banklardan kredit götürmüş, mağazadan gələn gəlir hesabına kredit borclarını ödəmiş, qalan cüzi məbləği isə özlərinə xərcləmişlər. İddiaçı 2013-2014-cü illərdə həmin mağazanı işlətmiş, lakin ziyana düşərək mağazadə fəaliyyətini dayandıraraq Bakı şəhərinə getmiş və orada tikinti malları mağazası açaraq işlətmişdir. İddiaçı tərəfindən təqdim olunmuş qaimələr onun Lənkəranda mağazanı işlətdiyi dövrü və Bakı şəhərində işlətdiyi dövrləri əhatə edir. Onlar mağazanı işlətdiyi dövrdə iddiaçı tərəfindən mağazaya heç bir vəsait qoyulmamışdır. Ümumiyyətlə onlar mağazanın işlədilməsindən mənfəət götürməmişlər və iddiaçının iddia ərizəsində tələb etdiyi fantastik rəqəmin heç bir əsası yoxdur. İddiaçının tələb etdiyi 70,5 kv.m sahədən istifadəyə görə 36.000 manat, həmin sahə boşaldılıb ona təhvil verilənədək hər ay üçün 500 manat tələb etməsinin də heç bir hüquqi əsası yoxdur. Belə ki, onlar arasında həmin sahədən istifadə etməyə görə icarə haqqı ödənilməsinə dair heç bir razılaşma olmamış və iddiaçı istədiyi vaxt həmin sahədən sərbəst şəkildə istifadə edə bilər. Bundan əlavə o, inşaat materiallarının satışı mağazasını təmiri və mal-material ilə təmin etmək məqsədi ilə 2011-ci ildə "xxxx" KB ASC-dən övladları Cavabdeh1, İddiaçı, həyat yoldaşı X6, gəlini X9 və eləcə də tanışı, Lənkəran şəhər sakini X2 adına kredit götürmüşdür. Kreditin təminatı olaraq ona məxsus Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv metr olan fərdi yaşayış evi və 0,12712 ha torpaq sahəsini ipotekaya qoymuşdur. Kreditin müəyyən miqdarı tərəfindən ödənilsə də, tam ödəyə bilmədiyindən "xxxx" KB ASC onlara qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, Lənkəran Rayon Məhkəməsi, Şirvan Apelyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsində həmin işə baxılaraq yekun vurulmuş və son nəticədə onların banka cəmi 49.000 manat borcu qalmışdır. Oğlu İddiaçı 2020-cı ilin fevral ayında ona müraciət edərək təklif etmişdir ki, o digər oğlanlarından fərqli olaraq ona köməklik etmək istəyir. Köməkliyin nədən ibarət olduğunu soruşduqda Gülağa bildirmişdir ki, banka borclu olduğu pulu nəğd olaraq ödəyəcək, o da yaşadığı evi ona vəsiyyət etsin. O fikirləşmişdir ki, oğludur, o öləndən sonra qoy ev onun adına keçsin. Bu məqsədlə İddiaçı onu və anasını Lənkəran rayon 1 saylı notariat kontoruna gətirmiş və 05 fevral 2020-ci il tarixdə ona və həyat yoldaşı X3 vəsiyyətnamə yazdırmışdır ki, onlar öləndən sonra mülkiyyətlərində olan evi ona vəsiyyət etsinlər. Onlar vəsiyyətnamə verdikdən sonra çıxıb evə getmişlər. O, onlarla öz arasında şərt kəsmişdir ki, ipotekada olan evin pulunu tam olaraq banka ödədikdən sonra ipotekaya qoyulmuş evin sənədlərini bankdan alıb gətirib ona verəcəkdir. Ancaq o, evin sənədlərini alıb gətirib ona verməmişdir. O bu barədə ondan soruşduqda məlum olmuşdur ki, İddiaçı hansı yollasa evi öz adına keçirmişdir. Dərhal başa düşmüşdür ki, İddiaçı hansısa bir saxtakarlıq edərək, o, sağ ola-ola evi adına keçirmişdir. Bunu eşidib dərhal Lənkəran rayon 1 nömrəli notariat kontoruna gedib 03 mart 2020-ci il tarixdə İddiaçı adına verdirdiyi 05 fevral 2020-ci il tarixli vəsiyyətnaməni ləğv etdirərdi. Həmin vaxta kimi adından İddiaçı baş etibarnamə verilməsindən heç bir xəbəri olmamışdır. Daha sonra o bu barədə vəziyyətnaməni necə onun sağ olmasına baxmayaraq necə icra etdiyi soruşduqda, İddiaçı ona bildirmişdir ki, vəsiyyətnamə verərkən ona baş etibarnaməyə də imza etdirmişdir ki, həmin etibarnaməyə əsasən evi bağışlama yolu ilə adına keçirmiş, sonra isə çıxarış almışdır. Yalnız həmin vaxt ona o da məlum olmuşdur ki, Güloğlan Hüseynov vəsiyyətnamə verərkən aldadaraq eyni zamanda banka pulu ödəmək bəhanəsi ilə baş etibarnamə də yazdırıb onlara imza etdirmişdir. Nəhayət hadisələrin sonrakı gedişatı göstərmişdir ki, onun min bir əziyyətlə böyüdüb boyabaşa çatdırdığı, universitetdə oxutdurduğu, toyunu etdiyi, ev-eşik sahibi etdiyi, bir valideynin övladı üçün edə biləcəyi bütün hərəkətləri etdiyi halda doğma övladı onun savadsızlığından və ona etibarından istifadə edərək özünün 2 mərtəbəli, hər bir şəraiti olan evi olduğu halda evinə göz dikmiş, onu aldatmış, ona verdiyi baş etibarnamədən istifadə edərək qanunun yol vermədiyi halda ona məxsus olmaqla yuxarıda qeyd etdiyi, Lənkəran rayonu Şilavar kəndi ərazisində 0,12712 ha torpaq yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv metr olan fərdi yaşayış evini guya onun tərəfindən ona bağışlanılmasına dair 13 avqust 2020-ci il tarixli Daşınmaz Əmlakın bağışlanılması müqaviləsi almışdır. Daha sonra İddiaçı onun mülkünü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində öz adına qeydiyyata aldıraraq ona bu barədə 01 sentyabr 2020-ci il tarixli çıxarış verilmişdir. İddiaçı öz qeyri qanuni əməllərindən əl çəkməmiş, bununla da kifayətlənməmiş və həmin mülkü qızı X7 bağışlanılmasına dair 08 sentyabr 2020-ci il tarixli Daşınmaz Əmlakın bağışlanılmışı, eləcə də həmin mülklə əlaqədar X7 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 21 sentyabr 2020-ci il tarixli çıxarışın verilməsinə nail olmuşdur. O İddiaçı bu hərəkətlərini eşidib yenidən Lənkəran rayon 1 nömrəli notariat kontoruna gedib 09 sentyabr 2020-ci il tarixdə həmin baş etibarnaməni də ləğv etdirmişdir. Daha sonra o da ona məlum olmuşdur ki, cavabdeh onu yenidən aldadaraq banka olan 49000 manat pulun yalnız 10.000 manatını ödəmişdir. Borcun qalan hissəsini də digər oğlu Cavabdeh1 banka ödəyərək qaydaya salmışdır. O, hər birhalda İddiaçı övladı olduğu üçün ona təklif etmişdir ki, gəl ödədiyin 10.000 manat pulu sənə qaytarım və evi əvvəlki qaydada adıma keçirt ki, qohum-qonşu, tanıyanlar bu biabırçılığı bilməsinlər. Ancaq cavabdeh İddiaçı daha da irəli gedərək onun özünü və ailə üzvlərini min bir əziyyətlə tikdirdiyi evindən çıxartmaq istəyir. Ona görə də o, İddiaçı və qeyrilərinə qarşı Lənkəran rayonu, Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv metr olan fərdi yaşayış evinin və 0,12712 ha torpaq sahəsinin cavabdeh İddiaçı bağışlanılmasına dair 13 avqust 2020-ci il tarixli Daşınmaz Əmlakın bağışlanılması müqaviləsinin, həmin mülkün İddiaçı adına qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 01 sentyabr 2020-ci il tarixli çıxarışının, İddiaçı tərəfindən həmin mülkün qızı X7 bağışlanılmasına dair 08 sentyabr 2020-ci il tarixli Daşınmaz Əmlakın bağışlanılması müqaviləsinin, eləcə də həmin mülklə əlaqədar X7 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 21 sentyabr 2020-ci il tarixli çıxarışının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Lənkəran rayon məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuşdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və onun şikayəti təmin olunmamışdır. Bundan sonra o, apellyasiya məhəkəməsinin qərarından kassasiya şikayəti vermişdir. Cülağa Hüseynov kassasiya şikayətindən imtina edəcəyi təqdirdə ödədiyi 10000 manat pul ona qaytarılacaqdır. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyib Cavabdeh2 izahatına uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil1 iddiaçının tələblərinin heç bir hüququ əsasının olmadığını, tərəflər arasında münasibətlərin 2020-ci ildən korlanması səbəbindən bu iddianın qaldırıldığını, ümumiyyətlə iddiaçı tərəfindən tələbini təsdiq və sübut edəcək heç bir dəlilin təqdim edilmədiyini bildirib iddianın rədd olunmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, e-2-2(121)-1522/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 10.000 manat alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, tikini materiallan mağazasının fəaliyyətə başlaması və dövriyyəsinin artırılması ilə bağlı tərəflərin şifahi razılaşması olmuş, bundan irəli gələrək iddiaçı mağazanın dövriyyəsinin artırılması və fəaliyyətinin gücləndirilməsi məqsədilə həm maddi vəsaiti mədaxil etmiş, həm də tərəfdaşlarla müqavilələrin bağlanmasını, mallann alınması, qəbul edilməsi və bundan irəli gələn digər hərəkətləri etmiş, bəzi dövrlərdə isə birbaşa olaraq mağazada satışda iştirak etmişdir. İddiaçı bildirir ki, mağazada onun da payı var (dövriyyə artırılıb və o, mağazanın ərsəyə gəlməsində iştirak edib), lakin cavabdehlər ona çatası payı ona verməyiblər, dolayısı ilə iddiaçı, ona çatası gəlirdən məhrum olmuşdur. Ancaq məhkəmə iddia tələbi üzrə qiymətləndirmə apararkən hazırki paragraf üzrə istinad olunan maddi hüquq normalanının düzgün tətbiq edilməyərək mübahisəni düzgün olmayan formada həll etmişdir. Cavabdehlərin iddiaçıya məxsus sahədən istifadəsi qanunsuz olmuşdur, çünki iddiaçı bunun mübahisələndirir və bu mübahisənin qanuni əsasını mülkiyyətin müdafiəsi təşkil edir. İddiaçının bu cür mübahisənin başladığı andan cavabdehlər həmin sahədən istifadəni dayandırmalı idilər. Ancaq işdən görünür ki, onlar sahədən istifadə etməklə bəhər əldə edirlər, cavabdehlərin həmin sahədən bəhərlənməsi iddiaçını bundan məhrum edir. Hazırda cavabdehlərin qanunsuz sahibliyi davam edir, iddiaçının tələblərinə məhəl qoylmur, dolayısı ilə cavabdehlərdən sahədən istifadəyə görə ziyan tələbi qanuni və işin hallanna uyğundur. Bundan başqa, iddiaçının cavabdehlərin həmin sahədən Çıxanlmasına dair iddiası üzrə məhkəmə qətnaməsi heç bir əsas olmadan cavabdehlər tərəfindən mübahisələndirilir və qətnamənin icrası gecikdirilir. Bu baxımdan iddiaçının sahəni boşaldılıb təhvil verilənədək əvəzin ödənilməsi barədə tələbi də mülkiyyət hüququn müdafiəsindən irəli gəlməklə bu hüququn realizəsi ilə birbaşa bağlıdır. Lakin məhkəmə bu tələblər üzrə ümumiyyətlə səthi araşdırma aparmış və həmin tələblər üzrə iddiaçının dəlillərinə hüquqi qiymət verməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edib onun dəlillərinə oxşar olan izahat verərək iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidir. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Lənkəran rayonu, Şiləvar kəndində yerləşən ümumi sahəsi 115,9 kv.m olan qeyri-yaşayış sahəsinin 45,4 kv.m hissəsi üzərində Cavabdeh2, 70,5 kv.m hissəsi üzərində isə İddiaçı mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş qaimə fakturaların surətindən görünür ki, İddiaçı müxtəlif adlarda tikinti materialları almışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Lənkəran filialı tərəfindən verilmiş qəbzlərin surətlərindən görünür ki, İddiaçı müxtəlif vaxtlarda Cavabdeh1 kredit borcları hesabına ödənişlər etmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran rayon məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(049)-2566/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlak» tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran rayon məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(049)-361/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, X7, Bakı şəhəri 14 saylı notariat Ofisinə, Lənkəran Rayon 1 saylı Notariat Ofisinə, DƏDRX-nin Lənkəran şəhər Ərazi İdarəsinə qarşı Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv metr olan fərdi yaşayış evinin və 0,12712 ha torpaq sahəsinin cavabdeh İddiaçı bağışlanılmasına dair 13 avqust 2020-ci il tarixli Daşınmaz Əmlakın bağışlanılması müqaviləsi, həmin mülkün İddiaçı adına qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 01 sentyabr 2020-ci il tarixli çıxarışın, İddiaçı tərəfindən həmin daşınmaz əmlakın qızı X7 bağışlanılmasına dair 08 sentyabr 2020-ci il tarixli Daşınmaz Əmlakın bağışlanılması müqaviləsi, eləcə də həmin daşınmaz əmlakla əlaqədar X7 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 21 sentyabr 2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Sübutetmə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, “hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”. Məhkəmə araşdırmaları zamanı müəyyən etmişdir ki, Lənkəran rayonu, Şilavar kəndində yerləşən ümumi sahəsi 115,9 kv.m olan qeyri-yaşayış sahəsinin 45,4 kv.m hissəsi üzərində Cavabdeh2, 70,5 kv.m hissəsi üzərində isə İddiaçı mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin sahəni «Xəzər» inşaat-tikinti materialları mağazası kimi işlətmişlər. Cavabdeh2 inşaat materiallarının satışı mağazasının təmiri və mal-material ilə təmin etmək məqsədi ilə 2011ci ildə "xxxx" KB ASC-dən övladları Cavabdeh1, İddiaçı, həyat yoldaşı X6, gəlini X9 və eləcə də tanışı, Lənkəran şəhər sakini X2 adına kredit götürmüşdür. Kreditin təminatı olaraq Cavabdeh2 məxsus Lənkəran rayonu, Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv metr olan fərdi yaşayış evi və 0,12712 ha torpaq sahəsini ipotekaya qoymuşdur. Kreditin müəyyən miqdarı ödənilsə də, tam ödəyə bilmədiyindən "xxxx" KB ASC onlara qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, Lənkəran rayon məhkəməsidə həmin işə baxılaraq iddia tələbini təmin etmişdir. İddiaçı 2020-cı ilin fevral ayında Cavabdeh2 müraciət edərək təklif etmişdir ki, ona köməklik etmək istəyir. Köməkliyin nədən ibarət olduğunu soruşduqda Gülağa bildirmişdir ki, banka borclu olduğu pulu nəğd olaraq ödəyəcək, o da yaşadığı evi ona vəsiyyət etsin. Cavabdeh2 razılıq verdikdən sonra notariusa gedərək özünə məxsus evin İddiaçı verilməsi barədə vəsiyyətnamə yazmışdır. Bundan sonra İddiaçı "xxxx" KB ASC-nə gedərək Cavabdeh1 adına olan kredit borcu hesabına 10000 manat ödəyərək Cavabdeh2 məxsus Lənkəran rayonu, Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv metr olan fərdi yaşayış evi və 0,12712 ha torpaq sahəsini ipotekadan azad edərək əvvəlcə öz adına, sonradan isə qızı X4 adına rəsmiləşdirmişdir. Cavabdeh2 bunu bildikdən sonra İddiaçı və qeyrilərinə qarşı Lənkəran rayonu, Şilavar kəndi ərazisində yerləşən ümumi sahəsi 130.0 kv.metr, yaşayış sahəsi 71.8 kv metr olan fərdi yaşayış evinin və 0,12712 ha torpaq sahəsinin cavabdeh İddiaçı bağışlanılmasına dair 13 avqust 2020-ci il tarixli Daşınmaz Əmlakın bağışlanılması müqaviləsinin, həmin mülkün İddiaçı adına qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 01 sentyabr 2020-ci il tarixli çıxarışının, İddiaçı tərəfindən həmin mülkün qızı X7 bağışlanılmasına dair 08 sentyabr 2020-ci il tarixli Daşınmaz Əmlakın bağışlanılması müqaviləsinin, eləcə də həmin mülklə əlaqədar X7 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 21 sentyabr 2020-ci il tarixli çıxarışının etibarsız hesab edilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Lənkəran rayon məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuşdur. İddiaçının iddia tələbinə nəzər saldıqda aydın olur ki, onun tələbi 4 hissədən;

1. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 90.000 manat pulun müştərək qaydada tutlması;

2. Cavabdehlərin 6 il ərzində mağazanın 70.5 kv.m hissəsindən istifadə etmələrinə görə 36.000 manat pulun onlardan müştərək qaydada tutulması;

3. Cavabdehlərin mağazanın 70.5 kv.m hissəsindən həmin sahəni boşaldılıb təhvil verilənədək hər ay üçün 500 manat icarə haqqının cavabdehlərdən müştərək qaydada tutulması;

4. 15.000 manat pulun Cavabdeh1 onun xeyrinə tutulması hissələrindən ibarətdir. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, o, tikini materiallan mağazasının fəaliyyətə başlaması və dövriyyəsinin artırılması ilə bağlı tərəflərin şifahi razılaşması olmuş, bundan irəli gələrək iddiaçı mağazanın dövriyyəsinin artırılması və fəaliyyətinin gücləndirilməsi məqsədilə həm maddi vəsaiti mədaxil etmiş, həm də tərəfdaşlarla müqavilələrin bağlanmasını, mallann alınması, qəbul edilməsi və bundan irəli gələn digər hərəkətləri etmiş, bəzi dövrlərdə isə birbaşa olaraq mağazada satışda iştirak etmişdir. Kollegiya iddiaçının bəhsi gedən apellyasiya dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı qeyd edilən tikinti mağazasının fəaliyyətə başlaması və dövriyyəsinin artırılması ilə bağlı onunla cavabdehlər arasında şifahi razılaşmanın olması, mağazanın dövriyyəsinin artırılması və fəaliyyətinin gücləndirilməsi məqsədilə həm maddi vəsaiti mədaxil etməsi, həm də tərəfdaşlarla müqavilələrin bağlanmasını, mallann alınması göstərsə də məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, mal-material onun tərəfindən alındığı təqdirdə belə həmin mal-materialın məhz cavabdehə məxsus mağazada satılması ilə bağlı əsaslı sübutunu təqdim edə bilməmişdir. Apellyasiya şikayətinin dəlillərindən digəri isə cavabdehlərin mağazanın ona məxsus 70.5 kv.m hissəsindən istifadəsi ilə bağlıdır. Qeyd edir ki, cavabdehlər həmin hissədən qanunsuz istifadə etmiş və hazırda da istrifadə etməkdədirlər. Beləliklə də cavabdehlər 6 il boyunca ona aid hissədən istifadə etməklə bəhər əldə etmiş, onların həmin sahədən bəhərlənməsi iddiaçını bundan məhrum etmişdir. Hazırda cavabdehlərin qanunsuz sahibliyi davam edir, iddiaçının tələblərinə məhəl qoylmur, dolayısı ilə cavabdehlərdən sahədən istifadəyə görə ziyan tələbi qanuni və işin hallanna uyğundur. Apellyasiya şikayətinin qeyd edilən dəlilləri iddia tələbinin İİ və İİİ tələbini əhatə edir. Kollegiya qeyd edir ki, qeyd edilən mübahisəli mağaza üzərində iddiaçının 70.5 kv.m hissədə mülkiyyət hüququ olsa da həmin pay naturada bölünməmiş, beləliklə də mağazanın hansı hansı hissəsinin konkret olaraq iddiaçının mülkiyyətində olması müəyyənləşdirilməmişdir. Hazırda qeyd edilən mübahisəli mağaza vahid tam olamqla tərəflərin payları naturada bölünməmişdir. Belə olan halda iddiaçı ona aid hansı hissədən cavabdehlərin istifadə etməsini konkret göstərə bilmir. İşin müəyyən olunan mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birinci instansiya məhkəməsində bildirmişlər ki, iddiaçı onların banka olan borcundan "xxxx" KB ASC-yə 10.000 manat ödəməsini bildirmişdir. Buna görə də kollegiya iddianı qismən, 10.000 manat hissədə təmin edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalaranın pozulması və düzgün tətbiq edilməməsi, habelə qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması fikri yanlışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393, 405, 442, 445.1, 445.2, 448.1, 448.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin e2-2(121)-1522/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kasasiya şikayəti verilə bilər. Kasasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar