Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-33/2023 18.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi) ilə, X7 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı (İddiaçı İB) nümayəndəsi Salahov Xəqani Əhməd oğlunun iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2-2(121)-2204/2022 saylı qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı İB-nin Cavabdeh istixanada təbii qazdan istifadə etdinə görə yaranmış 25959 manat 20 qəpik məbləğdə əsas borcun və mediasiya üçün ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı İB-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2-2(121)-2204/2022 saylı qətnaməsi ilə (hakim Namidar Misirzadə) İddiaçı İB-nin Cavabdeh qarşı iddiası qismən təmin edilərək iddiaçı Cavabdeh 11138,2 manat məbləğində borc, 80 manat mediyasiya xərci, cəmi 11218,2 manat məbləğində pul vəsaitinintutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. İddiaçı İB tərəfindən Şirvan Kommersiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2- 2(121)-2204/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək, Şirvan Kommersiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2-2(121)-2204/2022 saylı qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın tam təmin olunması xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı İB tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” AMX-306/19 nömrəli xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı İB üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, cavabdeh həmin müqavilənin şərtlərini pozaraq Sabirabad rayonu Məmişlər kəndində yerləşən istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və xx.xx.2021-ci il tarixinə iddiaçıya 25959,2 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına, hesab-faktura təqdim olunmasına və pretenziya göndərilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilənin 3.4cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. İlkin mediasiya sesiyasında iştirak üçün iddiaçının etibarnamə üzrə nümayəndəsi X6 tərəfindən mediator X2 hesabına 200 manat məbləğində ödəniş edilmişdir. Hazırkı iş üzrə məhkəməyə müraciət etmək üçün dövlət rüsumu 167,88 manat təşkil edir. Mediasiya sesiyasında isə 200 manat dövlət rüsumu ödənilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı İB-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Məhkəmə qətnamədə iddia tələbinin qismən təmin edilməsini 14821 manat məbləğində borcun sayğacla müəyyən olunmasına dair hər hansı bir mötəbər sübutun təqdim edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edərkən səhv qənaətə gəlmişdir. Belə ki, Sabirabad rayonu Məmişlər kəndində yerləşən və Cavabdeh məxsus istixanada təbii qazdan istifadə olunması üçün qaz paylayıcısı ilə istehlakçı arasında xx.xx.2019-cu il tarixli AMX-306/19 nömrəli qazın alqı-satqısı müqaviləsi bağlanılmışdır. xx.xx.2021-ci il tarixinə istixananın qaz sayğacının mexaniki göstəricisi 156917 m3 , elektron göstəricisi 164689 m3 və borc məbləğinin isə 17367,8 manat olduğu müəyyən olunur. Borcdan 6229,2 manat məbləği akta əsasən yaranmışdır. xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarxinədək G160 tipli qaz sayğacının göstəricilərinin saldoya təkrar daxil edildiyi, iyun ayında isə sayğac göstəricilərinin oxunduğu, mexaniki göstəricinin 217759 m3, elektron göstəricinin 238795 m3 və qaz sərfiyyatının 74105 m3 məlum olmuşdur. Bu qaz sərfiyyatı barədə xx.xx.2021-ci il tarixli 146 nömrəli sərfiyyat aktı abonentə təqdim olunmuşdur. Sayğac göstəricilərinin fərqi 74105 m3 dəyəri 14821 manat məbləği abonentin hesabına daxil edilmişdir. Qeyd olunan 14821 manat məbləğində borc abonentin qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyəridir və qaz sərfiyyatı istər sayğac göstəricilərində istərsədə abonent saldosunda öz təsdiqini tapır. Qeyd olunan borcu təsdiq edən bütün sübutlar məhkəməyə təqdim edilmişdir. Eyni zamanda, sayğacın arxiv məlumatı da məhkəməyə təqdim olunmuşdur. Arxiv məlumatlarında istifadə olunmuş qaz sərfi öz təsdiqini tapır. Lakin məhkəmə qeyd olunanları nəzərə almamış, cavabdehin mülahizələri əsasında iddia tələbini qismən təmin etmişdir. Azərbaycan RespublikasıNazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətlər həmin “Qazdan istifadə Qaydaları” ilə tənzimlənir və Qaydaların 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İddiaçı İB tərəfindən adıçəkilən Qaydaların 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir və qazın alqı-satqısı müqaviləsinin 2.1.6-cı yarımbəndinə uyğun olaraq istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotu aparılır. Təqdim edilmiş saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. İddiaçı İB-nin nümayəndəsi Salahov Xəqani Əhməd oğlu məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Şirvan Kommersiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2-2(121)-2204/2022 saylı qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, İddiaçı İB-nin Cavabdeh istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 25959 manat 20 qəpik məbləğdə əsas borcun və mediasiya üçün ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı İBnin hesabına ödənilməsi xahiş edilmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinini izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli Şirvan Kommersiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2-2(121)-2204/2022 saylı qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmaldır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan AZE № 0******* olan vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Sabirabad rayonu Qaralar kəndində qeydiyyatdadır. İşdə olan tərəflər arasında xx.xx.2019-cu il tarixli AMX-306/19 saylı Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İşdə olan abonent saldosundan görünür ki, verilən qaz xətti üzrə abonent kodu **********00064 olan Cavabdeh qeydiyyata alınmışdır. Şabirabad rayonu Məmişlər kəndi ünvanında qaz sayğacı quraşdırılmışdır. İşdə olan iddiaçı cavabdehə borcunu ödəməsinə dair xx.xx.2021-ci il tarixdə pretenziya məktubu göndərmişdir. Həmin məktubla ona məxsus qeyri-yaşayış sahəsində təbii qazdan istifadəyə görə xx.xx.2022-ci il tarixə yaranmış 25959,20 manat məbləğində borcunun 3 gün müddətində İddiaçı hesabına ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdeh xəbərdar edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Şirvan filialının 14 noyabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, Sabirabad rayonu Məmişlər kəndində yerləşən Cavabdeh məxsus istixanada təbii qazdan istifadə olunması üçün qaz paylayıcısı ilə istehlakçı arasında xx.xx.2019-cu il tarixli AMX-306/19 nömrəli qazın alqı-satqısı müqaviləsi bağlanılmışdır. İstixananın qaz təchizatı sayğacla müəyyən olunmuş borcun ödənilməməsi səbəbindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək müxtəlif vaxtlarda qapayıcı plomb vasitəsilə 4 dəfə dayandırılmışdır. Belə ki, xx.xx.2020-ci il tarixində 54/1415 nömrəli akt tərtib olunaraq istixananın qaz xəttinin üzərindəki bağlayıcıya 20055281 nömrəli plomb vurulmaqla qaz təchizatı dayandırılmışdır. Aktda G160 markalı 21780376 nömrəli qaz sayğacının mexaniki göstəricisi 156917 m3 , elektron göstəricisi 164689 m3 dayandırılma səbəbi razılaşma protokoluna əsasən müəyyən olunmuş sərfiyyatdan əlavə olaraq 1500 manat məbləği ödəmədiyi qeyd olunmuşdur. İstixananın qaz təchizatı xx.xx.2021-ci il tarixində növbəti dəfə qaynaq vasitəsilə dayandırılmış, 54/283 nömrəli akt tərtib olunmuşdur. Aktda qazın dayandırılma səbəbi 32188,8 manat borc məbləğinin ödənilməməsi, istixananın qaz xəttinin üzərində quraşdırılmış G160 markalı 21780376 nömrəli qaz sayğacının mexaniki göstəricisi 217760 m3 , elektron göstəricisi 238794 m3 qeyd olunmuşdur. Azəriqaz İB-nin xx.xx.2022-ci il tarixli 01553 nömrəli müraciətinə əsasən Cavabdeh məxsus istixananın qaz xəttinin üzərində quraşdırılmış G160 markalı rotor tipli 21780376 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına aparılması məqsədilə çıxarılmış, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib olunmuşdur. Aktda qaz sayğacının mexaniki göstəricisi 217759 m3, elektron göstəricisi 238795 m3, eləcə də, korrektorun (sayğacın elektron hissəsinin) nömrəsi (1********), sayğacın üzərindəki flyansdan, eləcə də, termoyuvadan çıxarılan plombların nömrələri qeyd olunmuşdur. Qaz xəttinin üzərində müvəqqəti qaz sayğacı quraşdırılmamış və qaz təminatı bərpa olunmamışdır. Bundan sonra G160 markalı qaz sayğacına İddiaçı İB-nin Metrologiya Departamenti tərəfindən xx.xx.2022-ci il tarixli SS 29/1640-01553-5 nömrəli akta əsasən laboratoriyada texniki baxış keçirilmiş, aktda sayğacın daxilinin çirkli olduğu, implus ötürücüsünün daxildə olduğu, hesablama mexanizminin işlədiyi, sonuncu rəqəminin diyircəyinin sıçrayışla işlədiyi, termoyatağın gövdənin üzərində aşkar olunmadığı qeyd olunmuşdur. Həmçinin aktda xx.xx.2021-ci il tarixindən 05 07.2022-ci il tarixinədək olan dövrdə saatlıq arxivə əsasən maksimal mütləq təzyiqin P=1,03 bar olduğu və qaz həcminin qeydə alınmadığı qeyd olunmuşdur. Yoxlamanın nəticəsi olaraq, minimal sərfiyyatda sayğacın xətasının normaya uyğun olmadığı, batareya və təzyiq çeviricisinin tələb olunduğu barədə qərar verilmişdir. Abonent saldosuna əsasən xx.xx.2021-ci il tarixinə istixananın qaz sayğacının mexaniki göstəricisi 156917 m3, elektron göstəricisi 164689 m3 və borc məbləğinin isə 17367,8 manat olduğu müəyyən olunur. Borcdan 6229,2 manat məbləği akta əsasən yaranmışdır. xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarxinədək G160 tipli qaz sayğacının göstəricilərinin saldoya təkrar daxil edildiyi, iyun ayında isə sayğac göstəricilərinin oxunduğu, mexaniki göstəricinin 217759 m3, elektron göstəricinin 238795 m3 və qaz sərfiyyatınin 74105 m3 məlum olmuşdur. Bu qaz sərfiyyatı barədə xx.xx.2021-ci il tarixli 146 nömrəli sərfiyyat aktı abonentə təqdim olunmuşdur. Sayğac göstəricilərinin fərqi 74105 m3 dəyəri 14821 manat məbləği saldoya daxil edilmiş və xx.xx.2021-ci il tarixinə 32188,8 manat ümumi borc məbləği yaranmışdır. Saldoda 2022-ci ilin dekabr ayında bu borcdan 6229,6 manat məbləğin ödənildiyi və ya silindiyi görünür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011 -ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qaydaların 5.5-ci bəndinə əsasən Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Yekun olaraq, qaz təchizatının dayandırılması barədə tərtib olunmuş xx.xx.2021-ci il tarixli 54/283 nömrəli aktdan, qaz sayğacının çıxarılması barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan, qaz sayğacının laboratoriyada yoxlanılması zamanı tərtib olunmuş xx.xx.2022-ci il tarixli SS 29/1640-01553-5 nömrəli aktdan və xx.xx.2021-ci il tarixli 146 nömrəli sərfiyyat aktından sayğacın mexaniki göstəricisinin 217759 m3, elektron göstəricisinin 238795 m3 olduğu məlum olur. 11138,2 (17367,8 - 6229,6) manat məbləği sayğacla müəyyən olunmuş sərfiyyatın dəyərinə uyğun yaranmışdır və 14821 manat məbləğinin sayğacla müəyyən olunduğunu dəqiqləşdirmək üçün elektron hissəsinin (180900197 nömrəli korrektorun) yaddaş arxivi məlumatlarının xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr üçün (qaz sərfi barədə aylıq, günlük məlumatlar) təqdim olunması məqsədəuyğun hesab edilir. İşdə olan Cavabdeh iddiaya etirazına görə iddia tələbinin 11138 manat 20 qəpik məbləğ hissəsini qəbul etsə də, 14821 manat məbləğ hissəsini qəbul etmir. O, Sabirabad rayonu ərazisində yerləşən istixanada tərəvəz məhsullarının istehsalı ilə məşğuldur. İstixanada quraşdırılmış qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edir. İstifadə etdiyi təbii qazın dəyərini həmişə vaxtında ödəmişdir. 2020-ci ilin oktyabr ayında istixanaya qaz açılmışdır. 2020-ci ilin oktyabr-dekabr ayları ərzində 9687,80 manat dəyərində qazdan istifadə etmiş, 9497 manat ödəniş etmişdir. İstixanada əkilən şitillər xəstəlik səbəbindən korlanmışdır. Bu səbəbdən xeyli miqdarda ziyana məruz qalmışdır. İddiaçı İB-nin Salyan qaz idarəsinin nümayəndələri onun hesabında yaranmış borcun ödənilməsini tələb edirdilər. Böyük məbləğdə ziyan etdiyi üçün borcu ödəyə bilməmişdir. İddiaçı İB nümayəndələri tərəfindən 2020-ci ilin dekabr ayında istixananın qazı kəsilmişdir. İstixananın qazı kəsilərkən hesabında 17367,80 manat borc olmuşdur. Borcun 6229,60 manat hissəsi cərimə olmuş və həmin cərimə 2021-ci ilin dekabr ayında hesabından silinmişdir. Onun iddiaçıya 11138,20 manat borcu qalmışdır. İddiaçı tərəfindən 2021-ci ilin iyun ayında onun hesabına 14821 manat əsassız borc yazılmışdır. İddiaçı həmin borcun sayğaca əsasən hesablandığını bildirir. Qeyd etdiyi kimi onun istixanasının qazı 2020-ci ilin dekabr ayında kəsilmişdir. Sayğac istixanadan uzaq məsafədə yerləşir. İddiaçının işçiləri ayda 3-4 dəfə sayğaca baxırlar, göstəricisini qeyd edirlər. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabat cədvəlindən görünür ki, 2021-ci ilin yanvar ayından 2021-ci ilin iyun ayına qədər sayğacın göstəricisi 156917 olmuşdur. Amma iyun ayında sayğac göstəricisini 217760 qeyd etmişlər. Əgər o, 14821 manat qaz işlətmişdisə, onda iddiaçının işçiləri hər ay sayğaca azı 4-5 dəfə baxdığı halda 5 ay ərzində həmin borcu niyə qeyd etməmişdilər. İstixanada aprel ayından etibarən qazdan istifadə olunmur, əgər həmin qazı o, istifadə etmişsə, iyun ayında 14821 manat dəyərində qazı necə işlədə bilərdi. Qeyd etdikləri iddiaçın iddia tələbinin 14821 manat borcun tələb olunması hissəsində əsassız olmasını təsdiq edir. Qeyd olunanlara əsasən İddiaçı İB-nin iddia tələbinin 14821 manat hissəsində təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. “Qaz təchizatı haqqında” Qanunun 8-1-ci bəndinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 1999-cu il tarixli 87 saylı qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci maddəsinə görə qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, kollegiya iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə əsasən diqqətə çatdırır ki, işdən də göründüyü kimi, tərəflər arasında xx.xx.2019-cu il tarixli AMX- 306/19 saylı qazın alqı-satqısı barədə müqavilə bağlanmış və həmin müqavilənin tələbinə uyğun olaraq paylayıcı müəyyən edilmiş şərtlərlə istehlakçını təbii qazla təmin etmiş, ancaq istehlakçı aldığı və istifadə etdiyi təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Şirvan filialının 14 noyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, sayğacın mexaniki göstəricisinin 217759 m3, elektron göstəricisinin 238795 m3 olduğu məlum olmuşdur ki, 11138,2 (17367,8 - 6229,6) manat məbləği sayğacla müəyyən olunmuş sərfiyyatın dəyərinə uyğun yaranmışdır. Habelə, həmin rəydə iddia tələbində göstərilən 14821 manat məbləğinin sayğacla müəyyən olunduğunu dəqiqləşdirmək üçün elektron hissəsinin (180900197 nömrəli korrektorun) yaddaş arxivi məlumatlarının xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr üçün (qaz sərfi barədə aylıq, günlük məlumatlar) təqdim olunması məqsədəuyğun hesab edilmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, tələb edilən və təmin edilməyən digər hissə borcu – 14821 manat məbləği təsdiq edən sübut - sayğacın arxiv məlumatı da birinci instansiya məhkəməsinə təqdim edilmişdir ki, həmin arxiv məlumatlarında istifadə olunmuş qaz sərfi öz təsdiqini tapsa da, məhkəmə bunları nəzərə almamışdır. Apellyasiya instansiyasında cavabdehə məxsus sayğacın qeyd edilən arxiv məlumatı əsasında əldə edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Şirvan filialının 11 aprel 2023-cü il tarixli mütəxəssis rəyindən aşkar olur ki, Cavabdeh aid abonent saldosuna əsasən xx.xx.2021-ci il tarixinə istixananın qaz sayğacının mexaniki göstəricisi 156917 m3, elektron göstəricisi 164689 m3 və borc məbləğinin isə 17367,8 manat olduğu müəyyən olunur. Borcdan 6229,2 manat məbləği akta əsasən yaranmışdır. xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarxinədək G160 tipli qaz sayğacının göstəricilərinin saldoya təkrar daxil edildiyi, iyun ayında isə sayğac göstəricilərinin oxunduğu, mexaniki göstəricinin 217759 m3, elektron göstəricinin 238795 m3 və qaz sərfiyyatının 74105 m3 olduğu məlum olmuşdur. xx.xx.2020-ci il tarixində qazın dayandırılması barədə tərtib edilmiş 54/1415 nömrəli aktda elektron göstərici 164689 m3 qeydə alınmış, təqdim edilmiş sayğacın yaddaş arxivi cədvəlinə əsasən sayğacın göstəricisi xx.xx.2021-ci il tarixinə 169854 m3-dək, xx.xx.2021-ci il tarixinə isə 238794 m3dək artmışdır. Nəticədə sayğacda xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 74105 m3 (238794 m3-164689 m3) qaz sərfiyyatı qeydə alınmış və dəyəri 14821 manat məbləğ təşkil etmişdir. Saldo üzrə xx.xx.2021-ci il tarixinə 32188,8 manat ümumi borc məbləği yaranmış, 2021-ci ilin dekabr ayında bu borcdan 6229,6 manat məbləği ödənilmiş və ya silinmiş, xx.xx.2021-ci il tarixinə istehlakçının qazdan istifadəyə görə 25959,2 manat məbləğində borcu olmuşdur. Kollegiya nəzərə çatdırır ki, Energetika Nazirliyi Enerji X1 Şirvan filialının 11 aprel 2023-cü il tarixli mütəxəssis rəyinin tərtib edilməsi üzrə Cavabdeh məxsus sayğacın arxiv məlumatı barədə göstəricilər birinci instansiya məhkəməsində təqdim olunmuş və işə əlavə edilmişdir. Ancaq həmin sübut araşdırılmamış və iş üzrə digər sübutlarla yanaşı tədqiq edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində mütəxəssis qismində dindirilmiş Energetika Nazirliyi Enerji X1 Şirvan filialının əməkdaşı Əşrəf Salmanov 11 aprel 2023-cü il tarixli mütəxəssis rəyində olan mövqeyini müdafiə etmişdir. Beləliklə, məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi hərtərəfli araşdırma apararaq işin faktiki hallarına düzgün qiymət verməmiş və yekun olaraq yanlış nəticəyə gəlmişdir. Beləcə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2-2(121)-2204/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Habelə, “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 77.2, 217.2, 372, 385, 386, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2-2(121)-2204/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh qazdan istifadəyə görə borc qismində 25959 (iyirmi beş min doqquz yüz əlli doqquz) manat 20 (iyirmi) qəpik məbləğdə və mediasiya xərci qismində 200 (iki yüz) manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı İB-nin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-33/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-33/2023
18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver