Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-102/2021 01.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 Əlibaba oğlunun iştirakı ilə, Şəki Kommersiya Məhkəməsinin 03.08.2021-ci il tаrixli, e-2-2(117)-267/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı MMC-nin Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq İddiaçı MMC-nin (“Musabəyli kənd quşçuluq sexi”) 2019-cu ilin aprel, avqust və sentyabr aylarında səhvən sayğacın elektron hissəsinin sərfiyyatının bazaya daxil edilməməsi nəticəsində yaranmış 7327,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 03.08.2021-ci il tаrixli, e-2-2(117)-267/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı MMC-yə hesablanmış 7327,80 manat borcun silinməsi və ödənilməmiş 30 manat Dövlət rüsumunun Cavabdehndən tutulması qət edilmişdir. İşin faktiki halları: Ağsu rayonu Musabəyli kəndində yerləşən İddiaçı MMC-nin (“Musabəyli kənd quşçuluq sexi”) 2019-cu ilin aprel, avqust və sentyabr aylarında səhvən sayğacın elektron hissəsinin sərfiyyatının bazaya daxil eməməsi nəticəsində yaranmış 7327,80 manat borcun silinməsi ilə bağlı Azəriqaz İB-nə müraciət etmişdir. Sonuncu 04.03.2021-ci il tarixli SOCAR**********30560046X01455 nömrəli məktubla bildirmişdir ki, 2019-cu ilin aprel, avqust və sentyabr aylarında təkrar hesabat aparılması nəticəsində qaz hesabında yaranmış 7327,80 manat məbləğin tam araşdırılıb qanunamüvafiq tədbir görülənədək tələb olunmur. Qeyd olunan nöqsanla bağlı aidiyyəti üzrə cavabdeh işçilər barədə müvafiq tədbirlər də görülmüşdür. Tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, Ağsu rayonu Musabəyli kəndində yerləşən quşçuluq sexinin hesabında 7327,80 manat qeyri real borc yaranmışdır. Belə ki, 2019-cu ilin aprel, avqust və sentyabr aylarında səhvən sayğacın elektron hissəsinin sərfiyyatı bazaya daxil edilməmiş, ancaq mexaniki hissənin sərfiyyatı bazaya daxil edilmişdir. Daha sonra isə elektron hissənin sərfiyyatı bazaya daxil edilərək bazaya daxil edilərək hesabat verilmişdir. Təkrar hesabat aparılması nəticəsində quşçuluq sexinin hesabında 7327,80 manat qeyri real borc yaranmışdır. Borc məbləğində düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin hesabında düzəliş olunmamışdır. Bu səbəbdən tərəflər arasında hazırki mübahisə yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən və qətnamə çıxararkən bütün faktları ətraflı araşdırmamış Azərbaycan Respublikasının MPM-nin 385- 390-cı maddələrində təsbit olunmuş maddi və prosesual hüquq normalarının pozulması ilə əsassız qətnamə çıxarılmasına səbəb olmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış 04.03.2021c il tarixli məktubda iddiaçının qaz hesabında yaranmış borcun araşdırılacağı qeyd olunmuşdur. Lakin iddiaçı araşdırmanın nəticəsini gözləmədən məhkəməyə müraciət etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Şəki Kommersiya Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, e-2-2(117)-267/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddiaçı "xxxx" MMC-nin iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 Əlibaba oğlu apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 03.08.2021-ci il tаrixli, e-2-2(117)- 267/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Belə ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi, habelə yenidən hesabat aparılması cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, “X1” 2.2.5-ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə məxsus qaz sayğacının 2019-cu ilin aprel, avqust və sentyabr aylarında elektron hissəsinin sərfiyyatının bazaya daxil edilməməsi əsası ilə sərfiyyatı bazaya daxil etdikdən sonra 7327,80 manat borc hesablanmışdır. Göründüyü kimi, sayğacın mexaniki hissəsinin bazaya daxil edilməsi, elektron hissəsinin isə daxil edilməməsinə görə iddiaçı məsuliyyət daşımır. Belə olan halda, həmin əsasla iddiaçıya əlavə borc hesablanması qanunsuz olmuşdur. Cavabdeh İB də iddiaçıya ünvanlanmış 04.03.2021-ci il tarixli SOCAR**********30560046X01455 nömrəli məktubda bunun etiraf edərək bildirmişdir ki, 2019-cu ilin aprel, avqust və sentyabr aylarında təkrar hesabat aparılması nəticəsində qaz hesabında yaranmış 7327,80 manat məbləğin tam araşdırılıb qanunamüvafiq tədbir görülənədək tələb olunmadığını, qeyd olunan nöqsanla bağlı aidiyyəti üzrə cavabdeh işçilər barədə müvafiq tədbirlər də görülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə şikayətin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri ancaq formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iddiaçı tərəf cavabdehə müraciət ünvanlayaraq mübahisənin məhkəmədən kənar həll edilməsinə cəhd göstərsə də, cavabdeh tərəf halhazıradək, ümümilikdə 9 ay müddətində məsələ ilə bağlı lazımi tədbir görməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyаsı belə qənaətə gəlir ki, аpellyаsiyа şikаyətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs olа bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin 03.08.2021-ci il tаrixli, e-2-2(117)-267/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 03.08.2021-ci il tаrixli, e-2-2(117)-267/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-102/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-102/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver