Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-108/2025 10.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X2 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” kоmmersiyа mübаhisəsi üzrə Şəki Kоmmersiyа Məhkəməsinin 18 iyun 2025-ci il tаrixli, e-2-2(117)-757/2025 saylı “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması” barədə qərаrdаdındаn İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsin ********** saylı Qeydiyyat nömrələrinə əsasən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsi çörək sexi üçün nəzərdə tutulmuş abonent kodu **********00022 olan sayğaca əsassız hesablanmış 18544 manat borcun silinməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) 18 iyun 2025-ci il tаrixli, e-2-2(117)-757/2025 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiаçı İddiaçı nümayəndəsi və vəkili Vəkil Şəki Kоmmersiyа Məhkəməsinin 18 iyun 2025-ci il tаrixli, e-2-2(117)-757/2025 saylı qərardadından şikаyət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad maddi hüquq normalarının və vətəndaş hüquqlarının pozulması ilə qəbul edilmiş, işə baxılmasını gecikdirməklə, vətəndaşın AzərbaycanRespublikası MPM-nin 4.1-ci maddəsinin, müdafiə üçün məhkəməyə müraciət etmək hüququnun kobud pozulması ilə qəbul edilmişdir. X1 18 iyun 2025-ci il tarixli, e-2-2(117)-757/2025 saylı qərardadında Azərbaycan Respublikası MPMnin 150.1.2 və 152.1.5-ci maddələrinin tələblərinin pozulması ilə iddia ərizəsinin verilməsi göstərilmişdir. Qaz paylayıcısı və istehlakçıya qaz qurğusu istifadəçisi arasında qazın alqısatqı AMX 1179/2025 saylı müqaviləsindən görünür ki, Cavabdeh istehlakçı-İddiaçı istehsalçkı qismində 14 fevral 2025-ci il tarixdə müqavilə bağlamışdır. Müqavilədən də göründüyü kimimən istehlakçıdır, enerjidən istifadə edən şəxsdir, çörək sexi onun şəxsi mülkiyyətidir, icarəçi deyil, şəxsi təlabatını ödəməklə bərabər, çörəyin satışı ilə məşğuldur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxs tərəfin verilmiş ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Yevlax rayonu Aran qəsəbəsi 0.0210 hektar torpaq sahəsi və onun üzərində olan 182.40 kvmtikili xüsusi mülkiyyət hüquqi əsasında yaşayış məntəqələrinin torpağı olaraq İddiaçı mükiyyətindədir. Torpaq üzərində olan çörək sexindən başqa yaşamaq üçün tikilidə nəzərdə tutulmuşdur. Ona əsassız olaraq hesablanmış borc üçün dövlət rüsumu niyə ödəməlidir, ödənilmiş dövlət rüsumunu büdcə təşkilatından necə alacaqdır. Məhkəmənin diqqətinə çatdırıb ki, əsassız olaraq ona məxsus Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən Çörək sexi üçün nəzərdə tutulmuş sayğaca 2025-ciilin mart ayında 18544 manat borc hesablamışdır. İstehlakçı kimi onun hüquqları kobud surətdə pozulmuşdur. X1 18 iyun 2025-ci il tarixli, e-2-2(117)757/2025 saylı qərardadı maddi və prosessual hüquq normalı pozulmaqla bərabər vətəndaşın məhkəməyə müraciət etmək hüququnu da pozmaqla qəbul edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 18 iyun 2025-ci il tаrixli, e-2- 2(117)-757/2025 saylı qərardadının ləğv edilməsi, İddiaçı CavabdehİB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsini xahiş edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 21 iyun 2025-ci il tаrixli, e-2-2(117)-757/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, iddiаçı tərəfindən verilmiş şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 18 iyun 2025-ci il tаrixli, e-2-2(117)-757/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı “mülkiyyətində olan qeyri-yaşayış sahəsi çörək sexi üçün nəzərdə tutulmuş abonent kodu **********00022 olan sayğaca əsassız hesablanmış 18544 manat borcun silinməsi tələbi” barədə hazırkı iddia ərizəsi müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədən məhkəməyə təqdim olunmuş və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə təqdim olunan həmin iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasında isə "Bu ödəniş rüsumdan azaddir: istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar" kimi qeyd olunmuşdur. Yəni, hazırkı iddia ərizəsinin məhkəməyə təqdim olunması üçün iddiaçı tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmiş və bu - həmin iddia ərizəsinin “istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar” verilməsi ilə əsaslandırılmışdır. Lakin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsində nəzərdə tutulan əsasla, yəni “istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddialar üzrə” dövlət rüsumu ödəməkdən azad olunması üçün iddiaçı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən “istehlakçı” statusunda olmalıdır. Halbuki, İddiaçı vergi orqanında vergi ödəyicisi kimi uçota alınmış və fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan kommersiya hüquqi şəxsidir. “İstehlakçı” isə - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir (“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi). Göründüyü kimi, qanunvericilikdə “İstehlakçı”ya “şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs” kimi anlayış verilmiş olduğundan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olan iddiaçı " İddiaçı “qazdan istifadə etməsi” ilə əlaqədar mövcud münasibətləri – “şəxsi tələbatını ödəmək məqsədi” daşımadığına görə, “istehlak münasibətləri” və həmin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin özü isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan “İstehlakçı” hesab edilə bilməz. İddiaçı təbii qazdan şəxsi təlabatını ödəmək məqsədi ilə yox, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə etmək məqsədi ilə istifadə etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı istehlakçı deyildir. Nəticə etibarı ilə dövlət rüsumunun ödənilməsindən azad olmamışdır. Qeyd olunanlara əsasən kollegiya bu nəticəyə gəlir ki, iddia tələbi iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə hesablanmış borcla bağlı olduğundan - iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilə bilməz. Ona görə də, hazırkı iddia ərizəsində verilən iddia tələbi üzrə İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəməlidir. Hazırkı iş üzrə iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu xx.xx.2021ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 145,63 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108-ci maddəsinin tələblərinə görə, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir (108.1.1-ci maddə), məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir (108.2-ci maddə) və dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir (108.3cü maddə). Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyini qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Şəki Kommersiya Məhkəməsinin 18 iyun 2025-ci il tаrixli, e-2-2(117)-757/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiаçı İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 18 iyun 2025-ci il tаrixli, e-2-2(117)- 757/2025 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-108/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-108/2025
10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver