Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2-2(107)-160/2025 18.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı İddiaçı (VÖEN **********) cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Sədiyev Elvin Ilham oğlunun katibliyi, apellyasiya şikayəti vermiş iddiaçı İddiaçı və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü nümayəndə2, cavabdeh Cavabdeh Istehsalat Birliyinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, iddiaçı İddiaçı (VÖEN **********) cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tаrixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:
1. Işin halları
Iddiaçı İddiaçı (VÖEN **********) ## #### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən və iddiaçı İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsi (“çörək sexi”) üçün nəzərdə tutulmuş abonent kodu 256612700300022 olan sayğaca əsassız hesablanmış 18544 (on səkkiz min beş yüz qırx dörd) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı uzun müddətdir ki, Yevlax rayonu Yəldili kəndində yaşayır və Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən torpaq sahəsini “Daşınmaz Əmlakın Alqı- Satqı” müqaviləsinə əsasən almış və həmin torpaq sahəsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxs tərəfindən ********** nömrəli Çıxarış verilmişdir. Bundan əlavə, ##.##.2019-cu il tarixdə İddiaçı Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin kadastr göstəriciləri və əsas döngə nöqtə koordinatları göstərilmişdir. Iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur və o, mülkiyyətində olan həmin torpaq sahəsi üzərində bütün qanuni əsaslar daxilində çörəkbişirmə sexi tikərək, sahibkarlıq fəaliyyəti göstərmişdir. Çörəkbişirmə sexinin tikilisi torpağın mülkiyyət sənədində öz əksini tapmışdır. Hələ mülkiyyət sənədi almazdan əvvəl, yəni 2015-ci ildə həmin qeyri-yaşayış sahəsinə (çörək sexinə) qaz sayğacı quraşdırılmışdır. Həmin vaxt layihəyə əsasən qaz sayğacı sexə yaxın ərazidə quraşdırılmışdır. Lakin, 2022-ci ildə X8 əməkdaşları rəhbərliyinin tapşırığı ilə sex üçün nəzərdə tutulmuş qaz sayğacını sexdən təxminən 4 km aralı məsafədə quraşdırmışlar. O, hər ay qaz sayğacında olan istehlak etdiyi göstərici üzrə olan borcu ödəmiş və bəzən müəyyən hallarda aylıq borcundan kəsrlər qalmışdır. X3 Istismar Idarəsinin işçiləri tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli aktdan görünür ki, həmin qeyri-yaşayış sahəsi (çörək sexi) işlədiyi vaxtlarda istifadə edilmiş təbii qazın dəyəri hər ay sayğac göstəricisinə uyğun olaraq oxunmuşdur. 2024-2025-ci illərdə oxunma zamanı obyektdə hər ay istifadə edilmiş təbii qazın qaz sərfi sayğac götəricisinə uyğun olaraq 2500-3600 m3 arası dəyişmişdir. Lakin 2025-ci ilin mart ayında qaz sayğacının göstəricisini oxuyan zaman sayğac göstəricisinin bilinməyən səbəbdən artması məlum olmuşdur. Bir illik saldodan görünür ki, il ərzində hər ay üçün sayğacın qaz sərfiyatı 2500-3600 m3 arası dəyişir. Lakin, 2025-ci ilin mart ayında isə qazın sərfiyatının sayğac göstəricisi 65063 m3 olmuşdur. Iddiaçının bununla bağlı lazimi orqanlara müraciət etməsinə baxmayaraq, onun müraciətləri həll edilməmiş və ona məxsus çörək sexi üçün nəzərdə tutulmuş abonent kodu 256612700300022 olan sayğacda hansı səbəbdən 2025-ci ilin mart ayında qaz sərfiyatının miqdarı 2500-3600 m3 deyil, 65063 m3 olması müəyyənləşdirilməmişdir. Hətta, sayğaca baxış keçirilmiş və hətta, sayğaca müdaxilənin və kənardan xəttə qoşulmanın olmadığı da müəyyən edilmişdir. Bununla da, onun sahibkar olaraq, hüquqları kobud surətdə pozulmuş və sexə təbii qazın verilməsi dayandırılmışdır. O, vergi ödəyicisidir, hər ay vergi ödəyir və illərlə əldə etdiyi müştəriləri sexin fəaliyyətinin dayandırılması səbəbindən itirmişdir. Qeyd etdiyi kimi, ona məxsus çörək sexi üçün nəzərdə tutulmuş abonent kodu 256612700300022 olan sayğacda hər ay qaz sərfiyyatı 2500-3600 m3 olduğu halda, 2025-ci ilin mart ayında 65063 m3 olmuşdur. Buna görə də, əsassız olaraq ona məxsus Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən Çörək sexi üçün nəzərdə tutulmuş sayğaca 2025-ci ilin mart ayında 18544 (on səkkiz min beş yüz qırx dörd) manat məbləğində borc hesablamışdır Iş üzrə Şəki Kommersiya Məhkəməsində aparılan məhkəmə icraatında cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən ## ###### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə həmin iddia ərizəsinə qarşı yazılı Etirazla məhkəməyə müraciət edilərək, məhkəmədən iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı 18544 manat borcun silinməsi tələbinə dair iddiasının təmin olunmaması xahiş edilmiş və həmin Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı borcun silinməsinə dair qaldırdığı iddia tələbi əsassız olduğu üçün rədd olunmalıdır. Çünki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyi ilə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə bağlanmış müqavilənin müvafiq bəndlərini pozmaqla, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh Cavabdeh Istehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış ##.##.2025-ci il tarixli, AMX-****/** saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı” barədə müqaviləyə əsasən Yevlax rayonu Aran qəsəbəsində yerləşən qeyriyaşayış sahəsi (çörək sexi) Cavabdeh X9 X6 Idarəsinin Yevlax Xidmət Sahəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. Istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə iddiaçı tərəf müqavilənin bəndlərinə əsasən üzərinə öhdəlik götürmüşdür. Lakin, iddiaçı İddiaçı müqavilədən irəli gələn öhdəliklərinə əməl etməmiş və nəticədə İddiaçı ”Azəriqaz” Istehsalat Birliyinə 18540 manat məbləğində debitor borcu yaranmışdır. Bu səbəbdən də onun qaz təminatı dayandırılmışdır. Iddiaçı İddiaçı iddiası əsassızdır, çünki qanunvericiliyin və müqavilənin tələblərinə uyğun olaraq Istehlakçı ilə Paylayıcı arasında hesablaşma sayğac göstəricisinə əsasən aparılır. Göründüyü kimi, iddiaçıdan hər hansı əlavə məbləğ tələb olunmur və iddiaçının tələbi əsassızdır və ləğv olunmalıdır (bundan sonra həmin Etirazda “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.6-cı və 13.10-cu maddələrinə, “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** nömrəli Qərarının 5.2-ci və 5.5-ci bəndlərinə istinad olunmuşdur).
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) ## ######## 2025-ci il tarixli, e- *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı (VÖEN **********) cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “borcun silinməsi” barədə iddia tələbi təmin edilməmişdir. Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” X4 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 901013005332-***** reyestr nömrəli çıxarışdan görünür ki, Yevlax rayonu Aran qəsəbəsi ərazisində olan 0,0210 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 182,40 kv.m olan qeyri-yaşayış binası İddiaçı (xüsusi) mülkiyyətindədir. Iş materiallarına əlavə edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə ##.##.2025-ci il tarixli AMX-****/** nömrəli müqavilədən görünür ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh Istehsalat Birliyi arasında qazdan istifadəyə dair müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş *************** saylı Abonentin saldosundan görünür ki, İddiaçı (çörək sexi) 03/2025-ci il tarixə 65063 m3 təbii qazdan istifadəyə görə 18542,96 manat borc qeyd edilmişdir. Iş materiallarına əlavə edilmiş ## ### 2025-ci il tarixli *** nömrəli aktdan göründüyü kimi, Yevlax rayonu Aran qəsəbəsində yerləşən İddiaçı məxsus müəssisənin (çörək sexinin) təbii qaz təchizatı təbii qazın dəyəri vaxtında ödənilmədiyi üçün sayğacın giriş xəttinin üzərində yerləşən siyirtməsi bağlanılaraq, dayandırılmışdır. X1 Xidmət Sahəsinin nümayəndələri Ə.Həsənov, K.Abdullayev və R.Məmmədov tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X11 Filialı tərəfindən ## ###### 2025-ci il tarixli *-**-*-*/*-***/**** nömrəli məktubla Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli sorğusuna münasibət bildirilmiş və bu barədə mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Mütəxəssis rəyinə əsasən: Sözügedən məsələ ilə bağlı Agentliyin Mingəçevir filialına daxil olmuş *-**/*-İ****-*/**** nömrəli, ##.##.2025-ci il tarixli müraciətin araşdırılması məqsədilə ##.##.2025-ci il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində yerləşən İddiaçı məxsus çörək sexində istehlak olunan qazın sərfini ölçmək üçün balans mənsubiyyəti sərhədində (Aran QPS-də) quraşdırılmış G-10 markalı, 75146417 zavod nömrəli qaz sayğacına baxış keçirilmiş və sayğacın mexaniki göstəricisinin 221816 m3, elektron göstəricisinin isə 344102 m3 olduğu müəyyən olunmuşdur. Müraciətdə qeyd olunanlara dair Cavabdeh X9 X6 Idarəsinə verilən sorğuya cavab olaraq daxil olmuş araşdırma materiallarında göstərilmiş göstəricilər ilə tərəfimizdən sayğaca yerində keçirilmiş baxış zamanı müşahidə olunan sayğac göstəriciləri arasında hər hansı bir ziddiyyətin olmadığı müəyyən olunmuşdur. Bununla da yaranmış borcun faktiki olaraq sayğac göstəricisinə əsasən formalaşdığı məlum olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Eyni zamanda bu qaydaların 6.1.4-cü yarımbəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qazın verilişi dayandırılır. Bununla yanaşı Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edirlər. Mütəxəssis rəyi ilə razı deyillər, hüquqlarını müdafiə etdiyi şəxs işlətdiyi çörək sexinin qaz sərfiyyatına görə yaranmış borclarını vaxtlıvaxtında ödəmişdir. Lakin 2025-ci ilin mart ayında bilinməyən səbəblərdən istehlakçının qaz sayğacına normadan dəfələrlə artıq qaz sərfiyyatı hesablanmışdır. Bu səbəbdən Cavabdeh Istehsalat Birliyi tərəfindən qazın verilişi dayandırılmış, müvəqqəti təminat tədbiri əsasında qazın verilişi bərpa edilmişdir. Cavabdehin nümayəndəsinin bildirdiyi fərziyyələr həqiqətə uyğun deyildir. Belə ki, qaz turbaları çörək sexinin içinə doğru yerləşir, açıq qaldığı halda partlayış ola bilərdi. Bundan əlavə iddiaçı hər hansı əlavə xətt də qoşmamışdır. Bu məsələdə iddiaçının təqsiri yoxdur. Qarşı tərəfin hesabladığı borc əsassızdır və ləğv edilməlidir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, mütəxəssis rəyi ilə razıdırlar. Cavabdeh Istehsalat Birliyinin əməkdaşları hər hansı qanunsuz hərəkət etməmişlər. Iddiaçıya məxsus müəssisəyə qaz borcu istifadə edilən qaz sərfiyyatına uyğun hesablanmışdır. Sayğacın həm mexaniki, həm də elektron göstəricisi olur. Bunun səbəbi də odur ki, elektron göstərici bəzən müəyyən səbəblərdən məsələn, rütubətdən, sayğacın bateriyasının sönməsi səbəbindən nasaz olduğu, yaxud dayandığı halda onda sərfiyyatı mexaniki göstərici qeyd edir və hesablama buna uyğun həyata keçirilir. Ola bilsin ki, mart ayında başqa əlavə xətt qoşmuş yaxud qazın turbaları açıq qalmışdır. Bu səbəbdən mart ayında bu cür çox qaz sərf edilmişdir. Mütəxəssis rəyindən də görünür ki, qaza görə borc sərfiyyata uyğun hesablanmışdır. Cavabdeh Istehsalat Birliyi tərəfindən hər hansı qanunsuz hərəkət edilməmişdir. Sərfiyyata uyğun borc hesablanmışdır. Iddia əsassızdır və rədd edilməsini məhkəmədən xahiş edirlər. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilə, abonentin saldosu, akt, mütəxəssis rəyi, etiraz və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki,, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişi ilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. 6-cı bəndinə əsasən, qaz paylayıcısı, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, qazın verilməsini dayandırır. 7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qazın verilməsi bərpa edilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 8-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 11-ci bəndin 6-cı yarımbəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.1-ci bəndinə əsasən, qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə araşdırması müəyyən edildiyi kimi, tərəflər arasında təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair ##.##.2025-ci il tarixli AMX-****/** nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda abonentin saldosundan (abonent kodu 256612700300022) göründüyü kimi İddiaçı (çörək sexi) 03/2025-ci il tarixə 65063 m3 təbii qazdan istifadəyə görə 18542,96 manat borc hesablanmış, təbii qazın dəyəri iddiaçı tərəfindən vaxtında ödənilmədiyi üçün ## ### 2025-ci il tarixli *** nömrəli aktla təbii qaz təchizatı dayandırılmışdır. Iddiaçı il ərzində hər ay üçün sayğacın qaz sərfiyatının 2500-3600 m3 arası dəyişdiyini, lakin sadəcə 03/2025-ci il tarixdə qaz sərfiyyatının 65063 m3 olduğunu, bilinməyən səbəblərdən qaz sayğacına normadan dəfələrlə artıq qaz sərfiyyatı hesablandığını, bunun onun təqsiri olmadığını əsas gətirərək həmin borcun əsassız olduğunu və silinməsini xahiş etmişdir. Lakin, iş materiallarına əlavə edilmiş dəlillərdən, tərəflərin izahatlarından, eyni zamanda mütəxəssis rəyindən göründüyü kimi həmin borc cavabdeh hüquqi şəxs tərəfindən qanunsuz və əsassız şəkildə deyil, qanunvericiliyin tələblərinə uyğun olaraq və tərəflərin aralarında razılaşdıqları qaydada qaz sayğacının göstəricisinə uyğun olaraq hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X11 Filialı tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən İddiaçı məxsus çörək sexində istehlak olunan qazın sərfini ölçmək üçün balans mənsubiyyəti sərhədində (Aran QPS-də) quraşdırılmış G-10 markalı, 75146417 zavod nömrəli qaz sayğacına baxış keçirilmiş və sayğacın mexaniki göstəricisinin 221816 m3, elektron göstəricisinin isə 344102 m3 olduğu müəyyən olunmuşdur. Araşdırma materiallarında göstərilmiş göstəricilər ilə tərəflərindən sayğaca yerində keçirilmiş baxış zamanı müşahidə olunan sayğac göstəriciləri arasında hər hansı bir ziddiyyətin olmadığı müəyyən olunmuşdur. Bununla da yaranmış borcun faktiki olaraq sayğac göstəricisinə əsasən formalaşdığı məlum olmuşdur. Məhkəməyə təqdim edilmiş iş materiallarından göründüyü kimi iddiaçının əsassız hesablandığını bildirərək silinməsini tələb etdiyi 18544 manat pulun təbii qazdan istifadəyə görə yaranması öz təsdiqini tapmışdır. Qeyd edilən göstəricinin artıq olması və ya adi istifadə həcmindən artıq olmasının səbəblərinin cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi sübut edilməli olduğu halda, bu hallar sübuta yetirilmədiyindən borcun təbii qazdan istifadə nəticəsində yaranmasından başqa məhkəmənin digər qənaəti mövcud deyildir. Qeyd edilən borcun keçirilmiş yoxlama nəticəsində yazılmış akt nətiəsində əlavə sərfiyyat olaraq hesablanması da müəyyən edilmir. Belə ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Iş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. Iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən çəkilən xərclər özünə aid edilməlidir.
3. Apellyasiya şikayəti və ona etiraz
- 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Iddiaçı İddiaçı (VÖEN **********) “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçı İddiaçı mülkiyyətindəki qeyri-yaşayış sahəsi olan çörək sexi üçün nəzərdə tutulmuş *************** saylı abonent kodlu sayğaca əsassız hesablanmış 18544 manat borcun silinməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı İddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsi olan çörək sexi üçün nəzərdə tutulmuş *************** saylı abonent kodlu sayğaca əsassız hesablanmış 18544 manat borcun silinməsi” barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsinə əsasən iddiaçı İddiaçı həmin iddiasının rədd edilməsi qət edilmişdir. Lakin, həmin qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş, qanunsuz və əsassızdır. Belə ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur və o, mülkiyyətində olan həmin torpaq sahəsi üzərində bütün qanuni əsaslar daxilində çörəkbişirmə sexi tikərək, sahibkarlıq fəaliyyəti göstərmişdir. Çörəkbişirmə sexinin tikilisi torpağın mülkiyyət sənədində öz əksini tapmışdır. Hələ mülkiyyət sənədi almazdan əvvəl, yəni 2015-ci ildə həmin qeyri-yaşayış sahəsinə (çörək sexinə) qaz sayğacı quraşdırılmışdır. Həmin vaxt layihəyə əsasən qaz sayğacı sexə yaxın ərazidə quraşdırılmışdır. Lakin, 2022-ci ildə X8 əməkdaşları rəhbərliyinin tapşırığı ilə sex üçün nəzərdə tutulmuş qaz sayğacını sexdən təxminən 4 km aralı məsafədə quraşdırmışlar. O, hər ay qaz sayğacında olan istehlak etdiyi göstərici üzrə olan borcu ödəmiş və bəzən müəyyən hallarda aylıq borcundan kəsrlər qalmışdır. X3 Istismar Idarəsinin işçiləri tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli aktdan görünür ki, həmin qeyri-yaşayış sahəsi (çörək sexi) işlədiyi vaxtlarda istifadə edilmiş təbii qazın dəyəri hər ay sayğac göstəricisinə uyğun olaraq oxunmuşdur. 2024-2025-ci illərdə oxunma zamanı obyektdə hər ay istifadə edilmiş təbii qazın qaz sərfi sayğac götəricisinə uyğun olaraq 2500-3600 m3 arası dəyişmişdir. Lakin 2025-ci ilin mart ayında qaz sayğacının göstəricisini oxuyan zaman sayğac göstəricisinin bilinməyən səbəbdən artması məlum olmuşdur. Bir illik saldodan görünür ki, il ərzində hər ay üçün sayğacın qaz sərfiyatı 2500-3600 m3 arası dəyişir. Lakin, 2025-ci ilin mart ayında isə qazın sərfiyatının sayğac göstəricisi 65063 m3 olmuşdur. Iddiaçının bununla bağlı lazimi orqanlara müraciət etməsinə baxmayaraq, onun müraciətləri həll edilməmiş və ona məxsus çörək sexi üçün nəzərdə tutulmuş abonent kodu 256612700300022 olan sayğacda hansı səbəbdən 2025-ci ilin mart ayında qaz sərfiyatının miqdarı 2500-3600 m3 deyil, 65063 m3 olması müəyyənləşdirilməmişdir. Hətta, sayğaca baxış keçirilmiş və sayğaca müdaxilənin və kənardan xəttə qoşulmanın olmadığı da müəyyən edilmişdir. Bununla da, onun sahibkar olaraq, hüquqları kobud surətdə pozulmuş və sexə təbii qazın verilməsi dayandırılmışdır. O, vergi ödəyicisidir, hər ay vergi ödəyir və illərlə əldə etdiyi müştəriləri sexin fəaliyyətinin dayandırılması səbəbindən itirmişdir. Beləliklə, əsassız olaraq ona məxsus Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən çörək sexi üçün nəzərdə tutulmuş sayğaca 2025-ci ilin mart ayında 18544 manat borc hesablanmışdır. Buna görə də, o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Iddiaçının aidiyyəti orqanlara müraciət etməsinə baxmayaraq, müraciətləri həll edilməmiş və iddiaçıya məxsus çörək sexi üçün nəzərdə tutulmuş abonent kodu 256612700300022 olan sayğacda hansı səbəbdən 2025-ci ilin mart ayında qaz sərfiyatının 2500-3600 m3 deyil, 65063 m3 olması müəyyənləşdirilə bilməmişdir. Sayğaca baxış keçirilmiş, sayğaca müdaxilənin, bundan başqa da kənardan xəttə qoşulmanın olmaması müəyyən edilmişdir. Qeyd etdiyi kimi, ona məxsus çörək sexi üçün nəzərdə tutulmuş abonent kodu 256612700300022 olan sayğacda hər ay qaz sərfiyyatı 2500-3600 m3 olduğu halda, 2025-ci ilin mart ayında 65063 m3 olmuşdur. Hesablandıqda müəyyən olunur ki, ona əsassız olaraq 18544 (on səkkiz min beş yüz qırx dörd) manat borc hesablanmışdır. Lakin, cavabdeh Cavabdeh Istehsalat Birliyinin nümayəndəsi iddianı təkzib etmiş və iddianın əsassız olduğunu bildirmişdir. Bununla belə, cavabdeh hüquqi şəxsdir və borcun əsaslı olmasını sübut etmək öhdəliyi daşıyır. Halbuki, iddiaçının müraciətləri əsasında aparılan araşdırmalar zamanı qeyri-yaşayış sahəsi olan çörək sexi üçün nəzərdə tutulmuş *************** saylı abonent kodlu sayğaca hər hansı bir müdaxilənin olması müəyyən edilməmiş, sayğac qeyri-yaşayış sahəsindən 5000 metrə yaxın məsafədə quraşdırılmış, sayğacdan sonra olan boruda hər hansı bir kənara qaz çəkilişi müəyyən edilməmiş, qeyri-yaşayış sahəsində yeni avadanlıqların quraşdırılması müəyyən edilməmişdir. 2025-ci ilin mart ayı üçün bir ay ərzində hesablanmış 65063 m3 qaz sərfiyyatından başqa, digər bütün aylarda isə hər ay üçün qaz sərfiyyatı 2500-3600 m3 aralığında olmuşdur. Deməli, sayğacda artıq borcun hesablanmasında iddiaçının hər hansı təqsirinin olması mümkün deyildir. Eyni zamanda, məhkəmə öz qətnaməsində istinad etdiyi hal kimi göstərmişdir ki, “Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X11 Filialı tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən İddiaçı məxsus çörək sexində istehlak olunan qazın sərfini ölçmək üçün balans mənsubiyyəti sərhədində (Aran QPS-də) quraşdırılmış G-10 markalı, 75146417 zavod nömrəli qaz sayğacına baxış keçirilmiş və sayğacın mexaniki göstəricisinin 221816 m3, elektron göstəricisinin isə 344102 m3 olduğu müəyyən olunmuşdur. Araşdırma materiallarında göstərilmiş göstəricilər ilə tərəflərindən sayğaca yerində keçirilmiş baxış zamanı müşahidə olunan sayğac göstəriciləri arasında hər hansı bir ziddiyyətin olmadığı müəyyən olunmuşdur. Bununla da yaranmış borcun faktiki olaraq sayğac göstəricisinə əsasən formalaşdığı məlum olmuşdur. Məhkəməyə təqdim edilmiş iş materiallarından göründüyü kimi iddiaçının əsassız hesablandığını bildirərək silinməsini tələb etdiyi 18544 manat pulun təbii qazdan istifadəyə görə yaranması öz təsdiqini tapmışdır. Qeyd edilən göstəricinin artıq olması və ya adi istifadə həcmindən artıq olmasının səbəblərinin cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi sübut edilməli olduğu halda, bu hallar sübuta yetirilmədiyindən borcun təbii qazdan istifadə nəticəsində yaranmasından başqa məhkəmənin digər qənaəti mövcud deyildir. Qeyd edilən borcun keçirilmiş yoxlama nəticəsində yazılmış akt nəticəsində əlavə sərfiyyat olaraq hesablanması da müəyyən edilməmişdir. Belə ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir”. Lakin, məhkəmə araşdırması zamanı iddiaçı sübut etmişdir ki, iddiaçıya məxsus çörək sexində hər ay qaz sərfiyyatı 2500-3600 m3 olmuşdur və bu fakt iddiaçıya aid bu illik abonent saldosundan da məlum olur. Bundan başqa, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X11 Filialı tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən də görünür ki, G-10 markalı, 75146417 zavod nömrəli qaz sayğacına baxış keçirilmiş və sayğacın mexaniki göstəricisinin 221816 m3, elektron göstəricisinin isə 344102 m3 olduğu müəyyən olunmuşdur. Göründüyü kimi, mexaniki göstərici ilə elektron göstərici arasında da böyük fərq vardır. Ümumiyyətlə, məhkəmə hər hansı araşdırma etmədən, iddia əsaslı olduğu halda, iddianı rədd etmişdir. Bir sahibkar olaraq iddiaçının istifadə etdiyi, istehlak etdiyi enerjinin pulunu ödəmək vəzifəsi vardır. Lakin, iddiaçının cavabdeh Cavabdeh Istehsalat Birliyinin səhvi və yaxud sayğacın düzgün işləməməsi səbəbindən, ayda istifadə etdiyi enerjidən təxminən 20 dəfədən artıq hesablanmış enerjinin pulunu ödəmək vəzifəsi yoxdur.
- 3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Cavabdeh Cavabdeh Istehsalat Birliyi ## ###### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə apellyasiya şikayətinə qarşı yazılı Etiraz təqdim edərək, Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tаrixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci iI tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və Etirazda mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh Istehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış ##.##.2025-ci il tarixli, AMX-****/** saylı "Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən Yevlax rayonu Aran qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsi (çörək sexi) Cavabdeh X9 X6 Idarəsinin Yevlax Xidmət Sahəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. Istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf müqavilənin bəndlərinə əsasən üzərinə öhdəlik götürmüşdür. Lakin, iddiaçı İddiaçı müqavilə üzrə irəli gələn öhdəliklərinə əməl etməmiş və nəticədə İddiaçı Cavabdeh X9 X7 Idarəsinin Yevlax Xidmət Sahəsinə 18540 manat məbləğində debitor borcu yaranmışdır. Iddiaçı İddiaçı iddiası əsassızdır, çünki qanunvericiliyin və müqavilənin tələblərinə uyğun olaraq Istehlakçı ilə Paylayıcı arasında hesablaşma sayğac göstəricisinə əsasən aparılır. Göründüyü kimi, hər hansı əlavə məbləğ tələb olunmur və ona görə də, iddiaçının tələbi əsassızdır və rədd olunmalıdır.
4. Iş üzrə apellyasiya icraatı:
- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə ## #### 2026-cı il tarixinə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayətini vermiş iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü nümayəndə2 və cavabdeh Cavabdeh Istehsalat Birliyinin nümayəndəsi nümayəndə1 gəlmişlər. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş iddiaçı İddiaçı Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tаrixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tаrixli, e-*-*(***)- ***/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, o, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və onun Yevlax rayonu Aran qəsəbəsində yerləşən çörək sexi vardır. Sexdə qazla işləyən bir ədəd çörək bişirən soba, yəni kürə peçi, bir ədəd qızdırıcı radiator peçi və dördgözlü qaz plitəsi vardır. Lakin, çörək bişirən soba sexi isitdiyindən, demək olar ki, qızdırıcı radiator peçindən və dördgözlü qaz plitəsindən istifadə olunmur. Sexdə olan kürə peçində eyni vaxtda 90 ədəd çörək bişirilə bilir və sexin iş vaxtı gecələr olmuşdur. Yəni, sexdə axşamdan səhərədək çörək bişirilmiş, gündüzlər isə sex işləməmişdir. Sex 2015-ci ildən fəaliyyət göstərir və sex tam gücü ilə işlədiyi vaxtlarda da aylıq qaz sərfiyyatı təxminən 2500 – 3500 m3 aralığında olmuşdur ki, bu da hər ay üçün təxminən 700, 800 və bəzən də 900 manatadək miqdarda qaz sərfi deməkdir. Lakin, 2025-ci ilin aprel ayında ona məlum olmuşdur ki, onun çörək sexinin qaz sərfi ilə əlaqədar 2025-ci ilin mart ayında heç bir vaxt olmayan miqdarda, yəni əvvəlki aylardan təxminən 20 dəfədən çox olan 65063 m3 qaz sərfiyyatı müəyyən edilərək, həmin sərfiyyata uyğun olaraq birdəfəyə həmin mart ayına görə cəmi 18542,96 manat məbləğində qaz borcu hesablanaraq, onun abonent saldosuna daxil edilmişdir. O, dərhal bununla əlaqədar müvafiq qaz idarələrinə məlumat vermiş və onların mütəxəssisləri tərəfindən sayğacdan sonrakı boru və sexin avadanlıqları xüsusi aparatlarla yoxlanılmış və yoxlanma zamanı hər hansı bir qaz sızmasının, əlavə xəttin və eləcə də, sexdə əlavə qaz avadanlığının olmadığı müəyyən edilmişdir. Lakin, məlum olmuşdur ki, onun xəbəri olmadan qaz idarəsinin işçiləri çörək sexinin qaz sayğacının “embraun” adlanan hissəsini çıxardaraq yerə qoyublar. Bununla belə, aidiyyəti Qaz Idarəsi həmin 2025-ci ilin mart ayı üçün artıq hesablanmış borcu silməmişdir. O, hesab edir ki, 2025-ci ilin mart ayında da sayğacın qaz sərfiyatı təxminən 3000 m3 ola bilərdi və onun mart ayı üçün də həmin miqdarda, yəni 3000 m3 qaz sərfinin dəyəri olan 855 manat məbləğində borcun hesablanmasına etirazı yoxdur. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş iddiaçı İddiaçı nümayəndəsi nümayəndə2 da apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tаrixli, e- *-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, iddiaçının çörək sexi olan qeyri-yaşayış sahəsinə 2015-ci ildə layihəyə əsasən yaxın ərazidə qaz sayğacı quraşdırılmışdır. lakin, 2022-ci ildə X8 əməkdaşları sex üçün nəzərdə tutulmuş qaz sayğacını sexdən təxminən 4 km aralı məsafədə quraşdırmışlar. X3 Istismar Idarəsinin işçiləri tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli aktdan görünür ki, çörək sexi işlədiyi vaxtda istifadə edilmiş təbii qazın dəyəri hər ay sayğac göstəricisinə uyğun olaraq oxunmuşdur. 2024-2025-ci illərdə oxunma zamanı obyektdə hər ay istifadə edilmiş təbii qazın qaz sərfi sayğac götəricisinə uyğun 2500-3600 m3 aralığında olmuşdur. Lakin, 2025-ci ilin mart ayı üçün qaz sayğacının göstəricisi oxunan zaman sayğac göstəricisinin bilinməyən səbəbdən artması məlum olmuşdur. Bir illik saldodan görünür ki, il ərzində hər ay üçün sayğacın qaz sərfiyatı 2500-3600 m3 arası dəyişir. Lakin, 2025-ci ilin mart ayında isə qazın sərfiyatının sayğac göstəricisi 65063 m3, yəni əvvəlki aylardan təxminən 20 dəfədən çox olmuşdur. Eyni avadanlıqlar istifadə olunmaqla işləyən çörək sexində isə belə bir artım mümkün ola bilməzdi. Çörək sexində çörək bişirən bir ədəd peçdən başqa, işlək əlavə avadanlıq yoxdur. Ola bilsin ki, 2025-ci ilin mart ayında qaz sayğacında müvəqqəti nasazlıq olub və ona görə də, həmin ay üçün elə bir hesabat aparıb. Halbuki, sayğaca baxış keçirilmiş və sayğaca müdaxilənin olmaması müəyyən edilmişdir. Bundan başqa, kənardan xəttə qoşulma da olmamışdır. Qaz işçilərinin özü tərəfindən müəyyən olunub ki, sayğaca müdaxilə olunmayıb. Qazdan ancaq çörəyin bişirilməsi üçün avadanlıqdan istifadə olunub. Həmin avadanlıq da nə artırılıb, nə də azaldılıb. Həmçinin, qaz boruları da çörək sexinin içinə doğru yerləşir və qaz açıq qaldığı halda, sexdə partlayış ola bilərdi. Iddiaçı tərəf hesab edir ki, 2025-ci ilin mart ayında da sayğacın qaz sərfiyatı təxminən 3000 m3 ola bilərdi və iddiaçı mart ayı üçün də həmin miqdarda, yəni 3000 m3 qaz sərfinin dəyəri olan 855 manat məbləğində borcun hesablanmasına etirazı yoxdur. Məhkəmə iclasında cavabdeh Cavabdeh Istehsalat Birliyinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini qəbul etmədiyini bildirib, iddia tələbinə və apellyasiya şikayətinə qarşı verilmiş cavabdeh tərəfin yazılı Etirazlarında yazılanlara uyğun izahat verərək, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tаrixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Eyni zamanda, hazırkı apellyasiya şikayətinə baxılması ilə əlaqədar qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərаrdаdına əsasən apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq, apellyasiya şikayəti üzrə işin mübahisələndirilən hissədə hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılması və mübahisənin obyektiv həlli məqsədi ilə kommersiya işi üzrə məhkəmə texniki-trasoloji ekspertizası təyin edilmiş və həmin qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertizanın ## ###### 2026-cı il tarixli */**** nömrəli Ekspert Rəyi ilə müəyyən olunmuşdur ki, abonentin təbii qaz təchizatı üçün Yevlax rayonu Aran qəsəbəsində yerləşən iddiaçı İddiaçı məxsus qeyri-yaşayış sahəsində (çörək sexində) (abonent kodu: 256612700300022) istehlak olunan qazın sərfini ölçmək üçün quraşdırılmış qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş və qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdi. Bundan əlavə, hazırkı apellyasiya icraatı zamanı Şəki Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-texniki ekspertizası üzrə “xxxx” X4 tabeliyindəki “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilərək, ## ### 2026-cı il tarixli, *-**-*-*/*-***/**** nömrəli məktubla məhkəməyə təqdim edilmiş Rəydə göstərilmişdir ki, Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin "xxxx” PHŞ-nin tabeliyindəki "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra - MMC) ünvanladığı İddiaçı cavabdeh "Azəriqaz” Istehsalat Birliyinə qarşı "borcun silinməsi” tələbinə dair mülki iş üzrə müvafiq rəyin verilməsi barədə ##.##.2026-ci il tarixli, *-*(***)- ***/**** nömrəli (daxilolma qeydiyyatı: ##.##.2026, 3-54-2-1/1-88/2026) müraciətinə MMC tərəfindən aidiyyəti üzrə baxılmışdır. Ekspert qarşısında qoyulmuş suallara cavab olaraq bildirilir ki:
1. Qaz sayğacının istismarda olduğu dövrdə (xəttdə) nasaz olub-olmaması barədə rəy verilməsi MMC-nin səlahiyyətilərinə aid deyildir. Belə ki, MMC yalnız qaz sayğaclarının laborator şəraitdə metrologiya tələblərinə uyğunluğunu qiymətləndirir.
2. Abonentə məxsus obyektdə quraşdırılmış qaz avadanlıqlarının gücünün müəyyən edilməsi MMC tərəfindən təyin edilə bilməz, bu məsələ qazpaylayıcı təşkilatın öhdəsinə düşür.
3. G-10 markalı qaz sayğacının mexaniki hissəsinin nominal qaz keçirmə qabiliyyəti saatda 10 m3, maksimal qaz keçirmə qabiliyyəti isə saatda 16 m3-dir. Lakin elektron hissə mexaniki hissədən keçən sərfdən əlavə, həm də xətdəki qazın təzyiqini və temperaturunu nəzərə alaraq hesabat aparır.
4. Sayğacın mexaniki göstəricisindən əlavə olaraq elektron hissədə iki göstərici var: 4.1. “Vbt” göstəricisi - xətdəki qazın təzyiq və temperaturunu nəzərə alaraq hesablama aparır. 4.2. “xxxx” göstəricisi - mexaniki göstəricinin elektron təkrarıdır. - “Vbt” göstəricisi ilə mexaniki göstərici arasında fərqin olması normal haldır. Lakin “xxxx” göstərici ilə mexaniki göstərici bir-birinə bərabər olmalıdır. MMC-yə ##.##.2026-cı il tarixində növbədən kənar dövlət yoxlamasına gətirilmiş G- 10 markalı 75146417 zavod nömrəli qaz sayğacının yoxlaması zamanı aşkar olunan qüsurlar aşağıdakılardır:
1. Elektron göstərici “xxxx” mexaniki göstəricisindən 1303 m3 çoxdur.
2. Sınaq qurğusunda yoxlama nəticələrinə əsasən sayğacın minimal sərfiyyatdakı xətaları normaya uyğun deyil.
3. Batareyanın istismar müddəti azdır (29 ay).
4. Təzyiq borusunda sızma aşkar edilmişdir.
- 4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - iddiaçı İddiaçı tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçı İddiaçı mülkiyyətindəki qeyri-yaşayış sahəsi olan çörək sexi üçün nəzərdə tutulmuş *************** saylı abonent kodlu sayğaca əsassız hesablanmış 18544 manat borcun silinməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
- 4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun normaları (maddələri): “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Istehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələbləri: Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. 1.4. Istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-2-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası, iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini araşdırıb, iddia tələbinin dəlillərinə və cavabdeh tərəfin iddia tələbinə etirazının dəlillərinə, tərəflərin iddia tələbi üzrə mövqelərinə, işdə olan sübutlara və mübahisənin konkret hallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tаrixli, e-2-2(117)- 883/2025 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilib, iddiaçı İddiaçı (VÖEN **********) cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “borcun silinməsi” barədə iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs - iddiaçı İddiaçı (VÖEN **********) məxsus Yevlax rayonu Aran qəsəbəsində yerləşən qeyriyaşayış sahəsində - “çörək sexi”ndə (abonent kodu: 256612700300022) istehlak olunan qazın sərfini ölçmək üçün balans mənsubiyyəti sərhədində, yəni həmin sahibkarlıq obyektindən təxminən 4 km aralı məsafədə (“Aran” QPS-də) ## ###### 2023-cü ildə quraşdırılmış “Elster G-10 RVG EK-230” tipli, ******** nömrəli qaz sayğacı tərəfindən müvafiq olaraq 2024-cü ilin sentyabr ayında 3285 m3, oktyabr ayında 3166 m3, noyabr ayında 2664 m3 və dekabr ayında 2717 m3, 2025-ci ilin yanvar ayında 2607 m3 və fevral ayında isə 2459 m3 aylıq qaz sərfləri qeydə alınsa da, 2025-ci ilin mart ayında əvvəlki aylardan kəskin fərqlənən 65063 m3 aylıq qaz sərfi qeydə alınmışdır. Bundan sonra gələn növbəti aylarda isə, yəni aprel ayında 891 m3 və may ayında isə 1254 m3 aylıq qaz sərfləri qeydə alınmışdır. Iddiaçıya aid həmin qeyri-yaşayış sahəsinin iş materiallarına əlavə edilmiş Abonent Saldolarında olan məlumatlarla müəyyən olunur ki, ## ###### 2023-cü il tarixdən quraşdırılmış həmin sayğac tərəfindən belə bir yüksək qaz sərfi qeydi yalnız bir dəfə, yəni həmin 2025-ci ilin mart ayında olmuşdur. Digər vaxtlarda isə aylıq sərfiyyatın ən maksimum həddi təxminən 3600 m3 civarında olmuşdur. Eyni zamanda, iş materiallarında olan cavabdeh Cavabdeh X9 X6 Idarəsinin işçiləri tərəfindən tərtib olunaraq-imzalanmış ## ##### 2025-ci il tarixli aktda göstərilmişdir ki, “Yevlax rayonu Aran qəsəbəsində yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsi (çörək sexi) işlədiyi vaxtlarda istifadə edilmiş təbii qazın dəyəri hər ay sayğac göstəricisinə uyğun olaraq oxunmuşdur. 2024-2025-ci illərdə oxunma zamanı obyektdə hər ay istifadə edilmiş təbii qazın qaz sərfi - sayğac götəricisinə uyğun olaraq 2500-3600 m3 olmuşdur. Lakin, 2025-ci ilin mart ayında qaz sayğacının göstəricisini oxuyan zaman sayğac göstəricisinin bilinməyən səbəbdən artması məlum olmuşdur”. Məhkəmə iclaslarında isə iddiaçı tərəf bunu qaz sayğacında mümkün ola biləcək müvəqqəti nasazlıq, cavabdeh tərəf isə qaz nəqli borusunun sayğacdan sonrakı hissəsində, yəni iddiaçıya aid hissədə 2025-ci ilin mart ayında hər hansı bir qaz sızmasının, yəni qaz itkisinin olması və iddiaçı tərəfin bunu cavabdeh təşkilata məlumat vermədən aradan qaldırmış ola bilməsi ilə izah etmişdir. Odur ki, hazırkı apellyasiya şikayətinə baxılması ilə əlaqədar qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərаrdаdına əsasən apellyasiya şikayətinin dəlilləri və mübahisə üzrə tərəflərin mövqeləri nəzərə alınaraq, apellyasiya şikayəti üzrə işin mübahisələndirilən hissədə hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılması və mübahisənin obyektiv həlli məqsədi ilə kommersiya işi üzrə məhkəmə texniki-trasoloji ekspertizası təyin edilmiş və həmin qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertizanın ## ###### 2026-cı il tarixli */**** nömrəli Ekspert Rəyi ilə müəyyən olunmuşdur ki, abonentin təbii qaz təchizatı üçün Yevlax rayonu Aran qəsəbəsində yerləşən iddiaçı İddiaçı məxsus qeyri-yaşayış sahəsində (çörək sexində) (abonent kodu: 256612700300022) istehlak olunan qazın sərfini ölçmək üçün quraşdırılmış qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş və qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdi. Bundan əlavə, hazırkı apellyasiya icraatı zamanı Şəki Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-texniki ekspertizası üzrə “xxxx” X4 tabeliyindəki “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilərək, ## ### 2026-cı il tarixli, *-**-*-*/*-***/**** nömrəli məktubla məhkəməyə göndərilmiş Rəydə isə göstərilmişdir ki, Qaz sayğacının istismarda olduğu dövrdə (xəttdə) nasaz olubolmaması barədə rəy verilməsi MMC-nin səlahiyyətilərinə aid deyildir. Belə ki, MMC yalnız qaz sayğaclarının laborator şəraitdə metrologiya tələblərinə uyğunluğunu qiymətləndirir. Abonentə məxsus obyektdə quraşdırılmış qaz avadanlıqlarının gücünün müəyyən edilməsi MMC tərəfindən təyin edilə bilməz, bu məsələ qazpaylayıcı təşkilatın öhdəsinə düşür. G-10 markalı qaz sayğacının mexaniki hissəsinin nominal qaz keçirmə qabiliyyəti saatda 10 m3, maksimal qaz keçirmə qabiliyyəti isə saatda 16 m3-dir. Lakin elektron hissə mexaniki hissədən keçən sərfdən əlavə, həm də xətdəki qazın təzyiqini və temperaturunu nəzərə alaraq hesabat aparır. Sayğacın mexaniki göstəricisindən əlavə olaraq elektron hissədə iki göstərici var: “Vbt” göstəricisi - xətdəki qazın təzyiq və temperaturunu nəzərə alaraq hesablama aparır. “xxxx” göstəricisi - mexaniki göstəricinin elektron təkrarıdır. “Vbt” göstəricisi ilə mexaniki göstərici arasında fərqin olması normal haldır. Lakin “xxxx” göstərici ilə mexaniki göstərici bir-birinə bərabər olmalıdır. MMC-yə ##.##.2026-cı il tarixində növbədən kənar dövlət yoxlamasına gətirilmiş G-10 markalı 75146417 zavod nömrəli qaz sayğacının yoxlaması zamanı aşkar olunan qüsurlar aşağıdakılardır: Elektron göstərici “xxxx” mexaniki göstəricisindən 1303 m3 çoxdur. Sınaq qurğusunda yoxlama nəticələrinə əsasən sayğacın minimal sərfiyyatdakı xətaları normaya uyğun deyil. Batareyanın istismar müddəti azdır (29 ay). Təzyiq borusunda sızma aşkar edilmişdir. Iş materiallarında olan sənədlərlə, o cümlədən də iddiaçıya məxsus və “çörək sexi” kimi istifadə edilən sahibkarlıq obyektinin “abonent saldosu”nda olan məlumatlarla müəyyən edilmişdir ki, həmin sahibkarlıq obyektində təbii qazla işləyən bir ədəd çörək bişirən soba, bir ədəd qızdırıcı radiator peçi və dördgözlü qaz plitəsi vardır, məlum qaz sayğacına və sayğacdan sonra qaz boru xəttinə müdaxilələr müəyyən edilməmiş, obyektdə əlavə qaz cihazının, hər hansı bir kənar xəttin və ya əlavə qoşulmanın olması müəyyən edilməmişdir. Bundan əlavə, iddiaçıya məxsus sahibkarlıq obyektinin abonent saldosunda olan məlumatlarla müəyyən edilmişdir ki, sayğac tərəfindən qeydə alınmış hesabatlara görə 2015-ci ildən etibarən hər bir il üçün illik qaz sərfinin miqdarı təxminən 30000 m3 həddində olmuş və ən çox qaz istehlakı 2024-cü ildə olmuşdur ki, həmin il bütün aylar üzrə hesabatın əks olunduğu sayğaca hesabatına görə illik istehlakın həddi ümumilikdə cəmi 38268 m3 miqdarında olmuşdur. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı (VÖEN **********) məxsus Yevlax rayonu Aran qəsəbəsində yerləşən və 2015-ci ildən fəaliyyət göstərən qeyri-yaşayış sahəsində (“çörək sexi” -abonent kodu: 256612700300022) istehlak olunan təbii qazın sərfini ölçmək üçün balans mənsubiyyəti sərhədində (“Aran” QPS-də) quraşdırılmış sayğac tərəfindən ən yüksək göstərici yalnız 2024-cü ilin iyun ayında 3640 m3 miqdarında qeydə alınsa da, 2025-ci ilin mart ayından əvvəlki 6 ay ərzində sayğac tərəfindən müvafiq olaraq 2024-cü ilin sentyabr ayında 3285 m3, oktyabr ayında 3166 m3, noyabr ayında 2664 m3 və dekabr ayında 2717 m3, 2025ci ilin yanvar ayında 2607 m3 və fevral ayında isə 2459 m3 aylıq qaz sərfləri qeydə alınmışdır. Yəni, 2025-ci ilin mart ayından əvvəlki 6 ay ərzində həmin sahibkarlıq obyektində orta aylıq qaz sərfiyyatı 2816,3 m3 həddində olmuşdur (3285 + 3166 + 2664 + 2717 + 2607 + 2459 = 16898 m3 : 6 ay = 2816,3 m3 ). Ona görə də, 2025ci ilin mart ayında sayğac tərəfindən əvvəlki aylardan kəskin fərqlənən 65063 m3 aylıq qaz sərfinin, yəni əvvəlki aylar üzrə aylıq sərfiyyat miqdarından təxminən 20-21 dəfə, illik sərfiyyatdan isə təxminən 2 dəfə çox olan qaz sərfinin yalnız bir ay üzrə qeydə alınmasının mötəbər və əsaslı səbəbləri - qazpaylayıcı və təbii inhisar subyekti olaraq, cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən müəyyən edilərək, qarşı tərəfə bildirilməli idi. Lakin, cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən buna heç bir təşəbbüs göstərilməmiş və iddiaçı tərəfin təşəbbüsü ilə müvafiq cihazlarla aparılan yoxlamalar isə qeyd olunan hesabatın səbəbini müəyyən etməmiş və əsaslılığını təsdiq etməmişdir. Hətta, məhkəmə araşdırması zamanı da cavabdeh Cavabdeh Istehsalat Birliyi belə bir hesabatın səbəblərini müəyyən edən və ya, bu hesabatın texniki mümkünlüyünü və mötəbərliyini təsdiq edən əsaslı mülahizələrini və yaxud, sənəd və sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, təxminən 10 il fəaliyyət göstərən və bu illər ərzində sayğac vasitəsilə qaz sərfiyyatının mütəmadi olaraq qeydə alındığı həmin sahibkarlıq obyektində 2025-ci ilin mart ayında sayğac tərəfindən əvvəlki aylardan kəskin fərqlənən 65063 m3 aylıq qaz sərfinin, yəni əvvəlki aylar üzrə aylıq sərfiyyat miqdarından təxminən 20-21 dəfə, illik sərfiyyatdan isə təxminən 2 dəfə çox olan qaz sərfinin yalnız bir ay üzrə qeydə alınması – qaz istehlakısı olan iddiaçı tərəfdə həmin sərfiyyatın səbəbləri ilə bağlı haqlı şübhələrin yaranmasına səbəb olan haldır. Eyni zamanda, məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə ekspertizaları vasitəsi ilə də “Elster G-10 RVG EK-230” tipli, ******** nömrəli qaz sayğacı tərəfindən yalnız bir ay üzrə digər aylardan dəfələrlə çox olan və hətta, illik sərfiyyatdan da təxminən iki dəfə çox olan sərfiyyatın, yəni 2025-ci ilin mart ayı üçün 65063 m3 aylıq qaz sərfiyyatının qeydə alınmasının səbəbləri və texniki cəhətdən mümkünlüyü müəyyən edilməmişdir. Qeyd etmək lazımdır ki, məhkəmə iclasında iddiaçı tərəfin 2025-ci ilin mart ayı üçün sayğac tərəfindən qeydə alınmış 65063 m3 aylıq qaz sərfiyyatı ilə əlaqədar mövqeyi ondan ibarət olmuşdur ki, 2025-ci ilin mart ayında da sayğacın qaz sərfiyatı digər aylarda olduğu kimi təxminən 3000 m3 ola bilərdi və iddiaçı tərəf mart ayı üçün də həmin miqdarda, yəni 3000 m3 qaz sərfinin dəyəri olan 855 manat məbləğində borcun hesablanmasına etirazı etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Göründüyü kimi, işin yuxarıda qeyd olunan hallarına əsasən müəyyən olunur ki, 2025-ci ilin mart ayında da iddiaçıya məxsus sahibkarlıq obyekti fəaliyyət göstərdiyindən, həmin ayda da həmin obyektdə təbii qazdan istifadə edilməsi - işin mübahisəsiz halıdır. Lakin, 2025-ci ilin mart ayı üçün sayğac tərəfindən qeydə alınmış 65063 m3 aylıq qaz sərfiyyatının əsaslılığı və bu hesabatın mötəbərliliyi yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına görə təsdiq olunmadığından və cavabdeh tərəf bununla bağlı mötəbər sübut və sənədləri və yaxud, əsasllılğına görə mötəbərliyi şübhəli olmayan mülahizələrini məhkəməyə təqdim etmədiyindən, həmin ay üçün qaz istehlakının miqdarı - iddiaçı tərəfin “qaz sərfinin təxminən 3000 m3 ola bilməsi” barədə etirafı və həmin obyektdə son 6 ay ərzində istehlak edilən qaz sərfinin orta aylıq miqdarının cəmi 2816,3 m3 həddində olması nəzərə alınmaqla, 2025-ci ilin mart ayı üçün də sərfiyyatın ağlabatan və işin hallarına uyğun miqdarı müəyyən edilə bilər. Bu halda isə, iddiaçının məlum sahibkarlıq obyektində 2025-ci ilin mart ayında istehlak edilmiş təbii qazın dəyəri 18542,96 manat miqdarında deyil, cəmi 855 manat miqdarında müəyyən ediləcəkdir ki, bu məbləğ də abonent saldosunun məlumatlarına əsasən 2015-ci ildən fəaliyyət göstərən həmin sahibkarlıq obyektində istifadə edilən aylıq qaz sərfinin dəyərlərindən fərqlənmir (18542,96 manat : 65063 m3 = 0,285 manat x 3000 m3 = 855 manat). Odur ki, sayğacın 2025-ci ilin mart ayında qeydə aldığı 65063 m3 aylıq qaz sərfiyyatının 3000 m3 hissəsi əsaslı hesab edilərək, cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən 2025-ci ilin mart ayı üçün 65063 m3 aylıq qaz sərfinə görə hesablanaraq abonent saldosuna daxil edilmiş 18542,96 manat məbləğində borcun yalnız 855 manat hissəsi əsaslı hesab edilərək, həmin məbləğin qalan 17687,96 manat hissəsi silinməlidir (18542,96 - 855 = 17687,96 manat). Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına əsasən hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib, Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tаrixli, e-*- *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilərək, cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı İddiaçı (VÖEN **********) məxsus Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən sahibkarlıq obyektində - “çörək sexində” (abonent kodu: 256612700300022) təbii qazdan istifadəyə görə 2025-ci ilin mart ayı üçün hesablanmış 18542,96 (on səkkiz min beş yüz qırx iki manat 96 qəpik) manat məbləğində borcun 17687,96 (on yeddi min altı yüz səksən yeddi manat 96 qəpik) manat hissəsinin silinməsi barədə yeni qətnamə qəbul edilməlidir. Iddia tələbi qalan hissədə təmin edilməməli və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Həmçinin, işin halları və iddia tələbi nəzərə alınmaqla, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli və eyni zamanda, iş üzrə apellyasiya instansiyasında aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 64 (altımış dörd) manat məbləğində pul vəsaiti iddiaçı İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Iddiaçı İddiaçı (VÖEN **********) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tаrixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı İddiaçı (VÖEN **********) məxsus Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən sahibkarlıq obyektində - “çörək sexində” (abonent kodu: 256612700300022) təbii qazdan istifadəyə görə 2025-ci ilin mart ayı üçün hesablanmış 18542,96 (on səkkiz min beş yüz qırx iki manat 96 qəpik) manat məbləğində borcun 17687,96 (on yeddi min altı yüz səksən yeddi manat 96 qəpik) manat hissəsi silinsin. Iddia qalan hissədə təmin edilməsin. Iş üzrə apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altımış dörd) manat məbləğində pul vəsaiti iddiaçı İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.