Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-17/2020 20.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, iddiaçi İddiaçı, Cavabdeh nümayəndəsi Ömərov Ramil Şaiq oğlunun iştirakı ilə, iddiaçi İddiaçı Cavabdehnə qarşı “xx.xx.2019-cu il tarixli ******* nömrəli təbii X4nın pozulması haqqında akt əsasında hesablanmış 4917,6 manat borcun silinməsi tələbinə dair" kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2- 2(117)-61/2020nömrəli qətnaməsindən Cavabdehtərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Məcidov) iddia tələbi təmin edilərək, iddiаçı İddiaçı оğlunun istifadəsində olan Şəki şəhəri M.F.Axundov prospekti 76 ünvanında yerləşən qeyri-yaşayış sahəsində (kafedə) təbii X4nın pozulması haqqında tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* nömrəli akta əsasən аbоnent kоdunа hesablanmış 4917.60 manat (dörd min doqquz yüz on yeddi mаnаt altmış qəpik) məbləğində bоrcun silinməsi, işə baxılması ilə əlaqədar ödənilməmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdehndən dövlət gəlirinə tutulması qət edilmişdir. İşin halları xx.xx.2019-cu il tarixdə Cavabdeh nümayəndələri tərəfindən fiziki şəxs Mirəli Kərimovun istifadəsində olan, Şəki şəhəri M.F.Axundov prospekti 76 ünvanında yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış uçot dəstinə yoxlama aparılmış, yoxlama zamanı sayğacın çıxış borusunun deşik olması müəyyən edilərək, bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. Bundan sonra itirilmiş qaz 24588 m3 olmaqla dəyəri 4917,60 manat məbləğində müəyyən edilərək abonent Mirəli Kərimova dəymiş ziyanın bərpasına dair 30.03.219-cu il tarixli tələbnamə göndərilmişdir. Bununla yanaşı, xx.xx.2019-cu il tarixdə Şəki şəhəri M.F.Axundov prospekti 76 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (kafe) təbii qazın verilməsi ilə bağlı obyektin yeni istifadəçisi İddiaçı ilə Cavabdeh İB arasında AMX-674/19 nömrəli müqavilə bağlanmış və İddiaçı şəxsi hesabına obyekt Mirəli Kərimovun istifadəsində olarkən xx.xx.2019-cu il tarixli ******* nömrəli yoxlama aktı əsasında hesablanmış 4917,6 manat məbləğində borc işlənmişdir (qeyd olunmuşdur). Tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi onunla əsaslandırılmışdır ki, ona hesablanmış borc məbləği əsassız olduğundan silinməlidir. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubla iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan “Qurcana” kafesi əvvəllər Mirəli Kərimovun istifadəsində olmuş və sonradan xx.xx.2019-cu il tarixli müqavilə əsasında həmin qeyri-yaşayış sahəsinin qaz hesabı xx.xx.2020-ci il tarixdən İddiaçı adına rəsmiləşdirilmişdir. Bundan əvvəl, Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən xx.xx.2019cu il tarixdə qeyri-yaşayış sahəsində istismarda olmuş sayğaca istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilərək həmin sayğac xx.xx.2019-cu il tarixli ******* nömrəli aktla çıxarılmış və əvəzində ******* nömrəli sayğac quraşdırılmışdır. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış və xx.xx.2019-cu il tarixli tələbnamə ilə itirilmiş qazın miqdarı 24588 m3 həcmində müəyyən edilmişdir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdən müdaxilə olunduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahatında bildirmişdir ki, Şəki şəhəri M.F.Axundov küçəsində yerləşən “Qurcana” kafesinə qazın verilməsi ilə bağlı onunla Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır. Ondan əvvəl isə xx xxxx 2019-cu il tarixdə kafedə quraşdırılmış G-4 markalı 10302623 nömrəli qaz sayğacı Cavabdeh İB-nin nümayəndələri tərəfindən götürülmüşdür. Sonradan Cavabdeh İB tərəfindən həmin sayğacın çıxış borusunun deşilməsi səbəb göstərilərək 4917.60 manat itirilmiş qazın dəyəri hesablanmışdır. Mübahisəli sayğac xx.xx.2016-cı il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən quraşdırılmışdır. Sayğac açılarkən quraşdırıldığı vaxt vurulan möhürə müdaxilə olunmadığı təsdiqlənmişdir. Ondan əvvəl sayğac quraşdırılan vaxt çıxış borusunda dəlik olubsa o, buna görə obyektin sahibi cavabdehlik daşımamalıdır. İddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X3 izahatında bildirmişdir ki, İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsi əvvəllər X2 istifadəsində olmuşdur. xx.xx.2019-cu il tarixdə qaz paylayıcısı ilə istifadəçi İddiaçı arasında müqavilə bağlanmış, xx.xx.2019-cu il tarixdən qaz hesabı onun adına keçirilmişdir. xx.xx.2019-cu il tarixdə qaz sayğacına keçirilən baxış nəticəsində sayğacın çıxış borusunda dəlik aşkar edilmiş və X4nın pozulması haqda akt tərtib edilmiş, itirilmiş qazın dəyəri 4917.60 manat müəyyən edilmişdir. Həmin məbləğ abonentin borcuna işlənmişdir. Bəhs edilən borcun silinməsi barədə iddia əsassızdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Proses iştirakçıları tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: aktlar, tələbnamə, qazın alqı-satqı müqaviləsi, abonentin saldosu, etiraz ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(117)-61/2020nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Apelyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi tam, obyektiv və hərtərəfli araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, müdaxilə edilmiş G-4 markalı 10302623 nömrəli qaz sayğacının yararsız hala düşməsi hazırkı işin mübahisəsiz halıdır. Sözügedən qüsurun mövcudluğu onun standartlara uyğun işləməməsinə dəlalət edir və bu fakt eyni zamanda lobaratoriya rəyi ilə təsdiq edilmişdir, belə bir vəziyyətdə həmin sayğacdan keçən təbii qazın həcmini istehlakçının buna cavabdeh olub-olmamasından asılı olmayaraq qeydə almaması şəksizdir və bu baxımdan iddia tələbində sərfiyyatın silinməsi tələb edilə bilməz. İddiaçı sahibkarlıq etdiyi qeyriyaşayış sahəsi (“Qurcana” kafesi) əvvəllər X2 istifadəsində olmuş və sonradan xx.xx.2018-ci il tarixli AMX-674/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında xx.xx.2020-ci il tarixdə qeyri-yaşayış sahəsinin **********00076 saylı qaz hesabı fiziki şəxs İddiaçı adına rəsmiləşdirilmişdir. Bundan əvvəl isə CavabdehİB-nin mütəxəssisləri tərəfindən xx.xx.2019-cu il tarixdə qeyri-yaşayış sahəsində istismarda olmuş G4 markalı 10302623 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin (X1) iştirakı ilə kamera vasitəsilə baxış keçirilmiş, baxış zamanı sayğacın çıxış plastmas borsunun deşildiyi aşkar edilmişdir. Bununla əlaqədar olaraq həmin sayğac “Qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktla çıxarılaraq, əvəzində isə ******* saylı sayğac quraşdırılmışdır. Aşkar edilmiş qüsur vizual müşahidə edilən müdaxilə faktı olduğundan istehlakçının nümayəndəsinin iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla Təbii X4nın pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı akt tərtib etmiş və akt istehlakçının nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Beləliklə,iddiaçı tərəf onunla qaz paylayıcısı arasında bağlanılmış hüquq və öhdəliklərin müəyyənləşdirilməsinə dair “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.2, 2.3.5, 2.3.7, 2.3.8 bəndlərinin tələblərini pozmuşdur. Belə ki, müqavilə tərəfi kimi istehlakçı bu Müqavilənin və “X4”nın tələblərinə əməl etməli, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməli, “X4”nda nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Ömərov Ramil Şaiq oğlu apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(117)-61/2020 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq olunan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli e-2-2(117)-61/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə olunmuş Zaqatala RQİİ Şəki XS-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətində göstərilmişdir ki, sayğacın çıxış borusunda dəlik aşkar edilib, dəymiş ziyan hesablansın və ziyanın dəyərinin ödənilməsi təmin edilsin. İş materiallarında olan “Abonentin saldosu”ndan görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixli akt üzrə qaz sərfiyyatına (itgisinə) görə tələb olunan borcu 4917,60 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli AMX – 674/19 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsindən görünür ki, müqavilə üzrə bundan sonra Paylayıcı adlanacaq Cavabdeh İB-nin baş direktorunun satış və istismar üzrə müavini R.Y.Əliyevin şəxsində bir tərəfdən və bundan sonra istehlakçı adlanacaq fiziki şəxs İddiaçı şəxsində digər tərəfdən Azərbaycan Respublikası mülki qanunvericiliyinə və Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X4”na uyğun olaraq müqavilədə göstərilən şərtlərlə yeni müqavilə bağladılar. Göründüyü kimi, xx.xx.2019-cu il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsindən əvvəl istehlakçı qismində fiziki şəxs X5 olmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, itirilmiş qazın miqdarı 24588 m3 (və ya 4917.60 manat) həcmində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “X4”nın 2.2.5, 4.8-ci maddələrinə istinad etməklə iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş mаteriаllаrındаn göründüyü kimi, tərəflər аrаsındа təbii qаzdаn istifаdə qаydаlаrı ilə bаğlı mübаhisə yаrаnmışdır. İşin faktiki hallarına əsasən, İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsi əvvəllər X2 istifadəsində olmuşdur. xx.xx.2019-cu il tarixdə qaz paylayıcısı ilə istifadəçi İddiaçı arasında müqavilə bağlanmış, xx.xx.2019-cu il tarixdən qaz hesabı onun adına keçirilmişdir. xx.xx.2019-cu il tarixdə qaz sayğacına keçirilən baxış nəticəsində sayğacın çıxış borusunda dəlik aşkar edilmiş və X4nın pozulması haqda akt tərtib edilmiş, itirilmiş qazın dəyəri 4917.60 manat müəyyən edilmişdir. Cavabdeh həmin məbləğdə borcu abonent koduna işləmişdir. xx xxxx 2019-cu il tarixdə kafedə sayğac-uçot dəstinə baxış keçirilmiş və quraşdırılmış G-4 markalı 10302623 nömrəli qaz sayğacı Cavabdeh İB-nin nümayəndələri tərəfindən götürülmüşdür. Sonradan Cavabdeh İB tərəfindən sayğacın çıxış borusunun deşilməsi səbəb göstərilərək 4917.60 manat itirilmiş qazın dəyəri abonentin borcuna hesablanmışdır. Həmin sayğac xx.xx.2016-cı il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən quraşdırılmışdır. Sayğac açılarkən quraşdırıldığı vaxt vurulan möhürə müdaxilə olunmadığı təsdiqlənmişdir. İddiaçının mövqeyinə görə, ondan əvvəl sayğac quraşdırılan vaxt çıxış borusunda dəlik olubsa da, qaz istehlakçısı buna cavabdehlik daşımamalı və 2019-cu ilin mart ayı üçün abonent koduna hesablanmış (vurulmuş) 4917,60 manat məbləğində əlavə ödəniş oradan silinməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, sayğacda pozuntular aşkar edildikdə itirilmiş qazın dəyərinin ödənilməsi ilə bağlı cavabdehin o halda tələb hüququ yaranır ki, həmin pozuntunun baş verməsində istehlakçının təqsiri müəyyən olunsun. Belə ki, “X4”nın 2.2.5ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh nümayəndələri tərəfindən fiziki şəxs Mirəli Kərimovun istifadəsində olan, Şəki şəhəri M.F.Axundov prospekti 76 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yoxlama aparılmış, yoxlama zamanı sayğacın çıxış borusunun deşik olması müəyyən edilərək, bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. İtirilmiş qazın miqdarı 24588 m3 olmaqla dəyəri 4917,60 manat məbləğində müəyyən edilmiş və Mirəli Kərimova dəymiş ziyanın bərpasına dair 30.03.219-cu il tarixli tələbnamə göndərilmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə İddiaçı ilə Cavabdeh İB arasında Şəki şəhəri M.F.Axundov prospekti 76 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (kafe) təbii qazın verilməsi ilə bağlı AMX674/19 nömrəli müqavilə bağlanmış və onun şəxsi hesabına Mirəli Kərimovun istifadəsi dövrünə aid xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında hesablanmış 4917,60 manat məbləğində borc qeyd olunmuşdur. Göründüyü kimi, ******* nömrəli akt xx.xx.2019-cu il tarixdə tərtib edildikdən sonra iddiaçı həmin qeyri-yaşayış sahəsini icarəyə götürmüş və xx.xx.2019-cu il tarixdə Cavabdeh İB ilə aralarında həmin qeyri-yaşayış sahəsinə (kafe) təbii qazın verilməsi ilə bağlı AMX-674/19 nömrəli müqavilə bağlanmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, aktda qeyd olunan sayğacda aşkar edilmiş müdaxilənin (sayğacın çıxış borusunun deşilməsi) iddiaçının təqsirindən yaranmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4"nın 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Bundan başqa, həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fərdi sahibkar olan iddiaçının istifadəsində olan qeyri-yaşayış binasında quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməli, qaz sayğacının plastmas borusunun deşilməsi və bunun iddiaçının (istehslakçının) təqsiri ucbatından baş verməsi faktı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt əsasında hesablanmış 4917,60 (dörd min doqquz yüz on yeddi manat altmış qəpik) manat borc silinməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə gəlməsinin dəlilləri və hüquqi əsasları ilə razılaşır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdehin iddiaya qarşı etirazları formal mülahizələrə əsaslanır. Cavabdeh iddia edir ki, İddiaçı sahibkarlıq obyektinin (kafenin) əvvəlki istifadəçisi Mirəli Kərimovun adına olan abonent kodundan istifadəni davam etdirdiyindən sonuncuya aid olan 4917,60 manat məbləğində borc həmin koda işlənilmişdir (vurulmuşdur). Lakin belə yanaşma formal xarakter daşıyır. Cavabdeh mübahisəli borca görə əvvəlki istehlakçı Mirəli Kərimovun məsuliyyət daşıdığını bildiyi halda həmin borcun ödənilməsini eyni abonent kodunun sonrakı istifadəçisi İddiaçı üzərinə qoymuş və sonuncudan tələb etmişdir. İddiaçı isə ona aid olmayan borcu ödəməkdən imtina etməkdə və həmin borcun onun üzərindən silinməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən isə, sayğacda aşkar edilmiş nasazlığın xarakteri (sayğacın çıxış borusunun deşilməsi) onu deməyə əsas verir ki, həmin nasazlıq sayğacın istehsalı zamanı yaranmış zavod defektidir (qaynaq prosesində yaranması ehtimal olunur). Ona görə ki, sayğacın plombu pozulmadan (qırılmadan) onun daxilinə müdaxilə edilməsi qeyri-mümkündür. Sözügedən nasazlıq isə sayğacın məhz daxilində, plomb açılandan sonra daxilə baxış keçirilərkən aşkar olunmuşdur. Bunu bilə-bilə cavabdehin “günahkar axtarması” qəbuledilməzdir. Buna baxmayaraq, cavabdeh mübahisəli borcu ümumi qaydada Mirəli Kərimovdan tələb edə bilər. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8). Fıziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9). Mülki Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Məhkəmə kollegiyası tərəfindən apelyasiya baxışı zamanı apelyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı təmin edərək Cavabdehtərəfindən təbii X4nın pozulması haqqında xx xxxx 2019-cu il tarixli ******* saylı akta əsasən İddiaçıabonent koduna itirilmiş qaz sərfiyyatının dəyəri kimi vurulmuş 4917,60 manat borcun silinməsini qət etməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə iddianın qiyməti on min manatdan az olduğundan bu iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(117)-61/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(117)-61/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-17/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-17/2020
20.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver