Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-30/2024 17.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Аpellyаsiyа Məhkəməsinin Kommersiya Kоllegiyаsı-hаkimlər Quliyev Nuru Nаdir оğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmаyıl qızından ibаrət tərkibdə, X4 оğlunun kаtibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh İstehsаlаt Birliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh İB-yə qarşı Cavabdeh Tərtər X3 İdarəsinin Mingəçevir Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında hesablanan 4981,46 manat borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, e-2-2(117)-1183/2023 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi :
1. Şəki Kommersiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, e-2-2(117)-1183/2023 saylı qətnaməsi ilə (hakim Rüfət Məcidov) İddiaçı ASC-nin Cavabdeh İB-yə qarşı Cavabdeh Tərtər X3 İdarəsinin Mingəçevir Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında hesablanan 4981,46 manat borcun silinməsi tələbinə dair iddiasının rədd edilməsi, ödənilməmiş 59,81 manat dövlət rüsumunun İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
2. Həmin qətnаmədən nаrаzı qаlаn İddiaçı ASC apellyasiya şikayəti verərək Şəki Kommersiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, e-2-2(117)-1183/2023 saylı qətnaməsinin tam ləğv edilməsini, iddia tələbinin təmin edilərək iddiaçı Kür-Çörək ASC-yə cavabdeh ”Azəriqaz” X1 X3 İdarəsinin Mingəçevir Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında hesablanan 4981,46 manat borcun silinməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
İ İşin hаllаrı
3. İddiaçı ASC Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh Tərtər X3 İdarəsinin Mingəçevir Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında hesablanan 4981,46 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC olaraq 1997-ci ildən fəaliyyət göstərirlər. İndiyədək fəaliyyət göstərdikləri zavodda təbii qazdan istifadə etmiş və vaxtlıvaxtında aylıq ödənişləri etmişlər. Bu müddət ərzində qaz sayğacı normal şəkildə işləsə də, onun yeri və dayanıqlığı barədə Cavabdeh Tərtər RQİİ-nin Mingəçevir Xidmət Sahəsinə dəfələrlə rəsmi müraciətlər edilmiş, lakin bütün müraciətlər cavabsız qalmışdır. Dəfələrlə müraciət ediləndən sonra 04 aprel 2023-cü ildə sayğac yoxlanılmaq üçün Bakı şəhərinə göndərilmişdir. 12 may 2023-cü ildə iddiaçının iştirakı ilə sayğaca texniki baxış keçirilmiş və bildirilmişdir ki, sayğacda texniki problemlər vardır. Elə həmin anda o əməkdaşlardan soruşmuşdur ki, sayğacdakı problemin səbəbi onunla bağlıdır?, yəni həmin problemlər onun təqsirindənmi yaranıb? Qaz idarəsinin əməkdaşları suallara cavab olaraq bildirmişlər ki, “onlarlıq bir şey yoxdur”. Hətta həmin vaxtı o soruşmuşdur ki, bu məsələ ilə bağlı onlara əlavə cərimə və ya penya hesablanacaqdır? Cavabdeh tərəfindən bildirilmişdir ki, heç bir əlavə cərimə və ya ödəniş olmayacaq. 04 iyul 2023-cü ildə sayğacı yerinə quraşdırmış və ona akt vermişlər ki, sayğacın daxilində problemlər var və bu problemləri onlar aradan qaldırmalıdırlar. Onlar həmin aktı əsassız və qanunsuz hesab etmiş və imzalamamışlar. Bundan əlavə, Mingəçevir Xidmət Sahəsinin əməkdaşları üzləşdirmə aktı da tərtib edib ona təqdim etmişlər və həmin aktda 4981,46 manat cərimə borcunun olması qeyd edilmişdir, lakin həmin aktda da mübahisəli borcun ona aid olmadığını bildirmişdir. Bundan sonra, o, Mingəçevir Xidmət Sahəsinə zəng edib, əməkdaşları zavoda çağırmış və problemin aradan qaldırılmasını tələb etmişdir. Mingəçevir Xidmət Sahəsinin əməkdaşları hər dəfə müxtəlif bəhanələr gətirərək problemin həllindən yayınmışlar. 23 may 2023-cü ildə Mingəçevir Xidmət Sahəsinin əməkdaşları sayğaca baxış keçirmiş və “Təbii X2nın pozulması haqqında” ******* saylı akt tərtib etmişlər. Həmin aktda qeyd edilmişdir ki, “sayğacın daxilinin çirkli olduğu müəyyən edilmişdir”. Sayğaca baxış keçiriləndə və akt tərtib olunanda sayğacın məhz onun və ya zavod işçilərinin müdaxiləsi nəticəsində yararsız vəziyyətə salınmasına dair hər hansı bir əsasın olub-olmamasını soruşanda bu suala belə cavab vermişdilər ki, “təbii səbəbdir, abonentin günahı deyil”. Bundan sonra, Mingəçevir Xidmət Sahəsinin əməkdaşları yeni sayğac quraşdıracaqlarını və məsələnin həll olunacağını bildirmişlər. Lakin iyul-avqust aylarının borc xəbərdarlığı gələndə məlum olmuşdur ki, 4981,46 manat borc vardır. Həmin borcun hansı səbəbdən yaranmasını öyrəndikdə bildirmişlər ki, “problem köhnə problemdir, əvvəllər sayğacda problem yarandığına görə tərtib olunan akta görə cərimə yazılmışdır”. Hətta həmin vaxtı belə problemin səbəbini izah etməmişlər. İndiyə kimi qazdan istifadə ödənişlərini vaxtlı-vaxtında etmiş, yəni əvvəlki aylardan və ya dövrdən borcu yığılmamışdır. Bunu ərizəsinə əlavə etdiyi abonent saldosundan da görmək olar.
5. Cavabdeh İB xx.xx.2023-cü il tarixdə iddia tələbinə qarşı etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ASC onunla bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin bəndlərini pozmaqla götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən iddiaçının müəssisəsinə quraşdırılmış ona məxsus G-25 markalı 75096324 nömrəli rotor tipli Elestr qaz sayğacına baxış keçirilmiş və sayğacın elektron göstəricisinin işləməməsi səbəbindən istehlakçının iştirakı ilə ******* nömrəli akt tərtib edilmişdir. Sayğac yeni əvəzləyici qaz sayğacı ilə əvəzlənərək növbədən kənar yoxlamaya göndərilmişdir. Metrologiya Departamentinin sayğacın müayinəsi laboratoriyasında ilkin baxış zamanı sayğacın daxilinin çirkli olduğu müəyyən edilmiş, korrektorun xx.xx.2022-ci il tarixdən sönməsi, P=1,1325 var, T=20 C0, V=1737111 m3, V1=1635375 m3 əks olunmuşdur. Batareya yoxlanılmış, gərginliyi OV müəyyən olunmuş, korrektorun pozulması nəticəsində arxivin pozulması, mexaniki hissədən keçən 106774 m3 qaz həcminin elektron hissədə qeydə alınmaması müəyyən edilmişdir. İstehlakçının istifadə etdiyi təbii qazın sayğacda qeyd olunmayan həcmi 22643 m3 müəyyən olunmuşdur. Tarif Şurasının qərarına uyğun olaraq 22643 m3 * 0,25 qəpik = 4981,46 manat məbləğ hesablanmışdır. İddiaçının cavabdehlik daşıdığı qaz sayğacına nəzarətin düzgün aparılmaması sayğacın işləməsində nisbi xətaya gətirib çıxarmışdır. İstehlakçı təbii qazdan istifadə etmiş, lakin sayğac keçən qazı tam qeyd etməmişdir. Həmin qeyd olunan məbləğ İddiaçı ASC-nin Cavabdeh İB-yə 4981,46 manat qazdan istifadə edib ödəmədiyi borcudur. İddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir.
6. İş üzrə birinci instаnsiyа məhkəməsi tərəfindən yuxаrıdа göstərilən qətnаmə çıxаrılmışdır.
İİ Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı ASC birinci instаnsiyа məhkəməsinin qətnаməsindən verdiyi аpellyаsiyа şikаyətini оnunlа əsаslаndırmışdır ki, qaz sayğacının yeri və dayanıqlığı barədə Cavabdeh Tərtər RQİİ-nin Mingəçevir Xidmət Sahəsinə dəfələrlə rəsmi müraciətlər etmiş, lakin bütün müraciətləri cavabsız qalmışdır. Onun dəfələrlə müraciətindən sonra 4 aprel 2023-cü ildə sayğac yoxlanılmaq üçün Bakı şəhərinə göndərilmişdir. 12 may 2023-cü ildə onun iştirakı ilə sayğaca texniki baxış keçirilmiş və bildirmişlər ki, sayğacda texniki problemlər var. Yəni sayğacda problemin kimin təqsirindən baş verməsi hələ də aydın deyil. Bir sözlə, bu barədə məhkəməyə mötəbər bir sübut təqdim edilməmişdir. 23 may 2023-cü ildə Mingəçevir Xidmət Sahəsinin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və “Təbii X2nın pozulması haqqında” ******* saylı akt tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, “sayğacın daxili çirkli olduğu müəyyən edilmişdir”. Sayğaca baxış keçirilərkən və akt tərtib olunarkən sayğacın məhz onun və ya zavod işçilərinin müdaxiləsi nəticəsində yararsız vəziyyətə salınmasına dair hər hansı bir əsasın olub-olmamasını soruşduqda belə cavab vermişlər ki, “təbii səbəbdir, abonentin günahı deyil”. Yəni sayğaca kimin müdaxilə etməsi və ya ümumiyyətlə müdaxilə nəticəsində xarab olmasına dair də sübut yoxdur. 04 iyul 2023-cü ildə sayğacı yerinə quraşdırmışlar. Ona akt verilmiş və sayğacın daxilində problemlərin olduğu, bu problemlərin onun aradan qaldırmalı olduğu bildirilmişdir. O, həmin aktı əsassız və qanunsuz hesab etdiyindən imzalamamışdır. Onun imzalamadığı, razılaşmadığı sənədə məhkəmənin istinad etməsi də absurddur. Bundan əlavə, Mingəçevir Xidmət Sahəsinin əməkdaşları üzləşdirmə aktı da tərtib edib ona təqdim etmişlər. Həmin aktda onun 4981.46 (dörd min doqquz yüz səksən bir manat qırx altı qəpik) manat cərimə borcunun olması qeyd edilmişdir. Lakin həmin aktda da o mübahisəli borcun ona aid olmadığını bildirmişdir. Məhkəmə gedişində o, dəfələrlə bildirmişdir ki, bu iş üzrə ekspertiza təyin edilməlidir, çünki tərəflərdən birinin təqdim etdiyi sənədə (özü də o sənədə ki, mübahisə doğurur və qarşı tərəf də razılaşmır) əsasən işə baxıb qərar çıxarmaq ən azından “Çəkişmə” prinsipinə ziddir. Lakin işə baxan hakim cavabdehin təqdim etdiyi etirazı və həmin sənəddə yazdıqları riyazi və mexaniki hesablamaları əsas götürməklə birtərəfli qaydada işə baxmış, iddiaçıya qarşı qərəzlilik etmiş və beləcə ədalətsiz qətnamə qəbul etmişdir. Hesab edir ki, belə hallarda tərəflərin mübahisələndirdiyi sübuta deyil, neytral mənbələrdən əldə edilən sübutlara (məsələn, Ədliyyə Nazirliyinin ekspert rəyinə) istinad edilməsi daha məqsədəuyğun olardı. Məhkəmə gedişində cavabdehin nümayəndəsi bildirmişdir ki, hesablanmış 4981,46 manat borc zərər və s. deyildir. Həmin borc istehlak edilmiş, lakin sayğacda hesaba alınmamış qazın dəyəridir, lakin bu fikrini heç bir sübutla əsaslandırmır. Təəssüflər olsun ki, işə baxan hakim də qəbul etdiyi qətnamənin əsaslandırma hissəsində məhz həmin əsassız ifadəyə istinad etmiş, həmin ifadəyə sübut qiyməti vermişdir.
8. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Lakin məhkəmə gedişində də cavabdeh tərəf apardığı yoxlamaların qeydə alınıb-alınmamasına dair hər hansı bir sübut təqdim etməmişdir.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Göründüyü kimi, məhkəmənin baxışında olan bu iş məhz adıçəkilən Qanunun tənzimetmə predmetinə daxildir. Lakin nəyə görə isə, işə baxan hakim bu hala fikir verməmişdir.
10. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. İşə baxan məhkəmə isə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən bu Qanuna istinad edilməsi düzgün deyil. Halbuki, cavabdeh orqan qaz sayğacında baş verən problemi vaxtında gəlib aşkar etməli və zəruri texniki tədbirlər görməli idi.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Eyni zamanda, bu Qaydaların 1.2-ci bəndində “istehlakçı” dedikdə, alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs nəzərdə tutulur. Göründüyü kimi, bu Qaydalar istehlakçının fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq, əsas meyar kimi “təqsir” məsələsini önə çəkir. İşə baxan məhkəmə qərəzli şəkildə bu məsələləri nəzərə almamışdır.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsinə baxanda da görünür ki, cavabdeh məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
13. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Lakin məhkəmə iddianın əsaslı olmasını göstərən və məhkəməyə təqdim edilən heç bir sübuta istinad etməmişdir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Bu işdə borcun kimin təqsirindən yaranması, sayğaca müdaxilənin olub-olmaması ilə bağlı heç bir hal müəyyən edilməmiş, heç bir araşdırma aparılmamışdır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Bu işdə zərurət olduğu üçün, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-texniki ekspertizası da təyin edilməli idi.
16. Hesab edir ki, məhkəmə sübutlara obyektiv qiymət verməmiş, eyni zamanda qərəzli mövqe tutmuşdur. Belə ki, yalnız cavabdehin təqdim etdiyi etiraz, mübahisəli riyazi hesablamalar və əsassız fikir və etirazlarının nəzərə alınması prosessual hüquq pozuntusudur.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh etirazına dair hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki cavabdeh öz ifadəsində müxtəlif hallara istinad etmişdir. Belə ki, cavabdeh qeyd edir ki, hesablanmış 4981,46 manat borc zərər və s.deyildir. Həmin borc istehlak edilmiş, sayğacda hesaba alınmamış qazın dəyəridir. Lakin bu fikrini heç bir sübutla əsaslandırmır.
18. Məhkəmə bildirmişdir ki, sayğacın zədələnməsi məhz iddiaçının təqsirinə görə baş vermişdir, lakin bu fikrini heç bir sübutla əsaslandırmır.
19. Məhkəmə qeyd etmişdir ki, hesablanmış 4981,46 manat borc zərər və s.deyil, istehlak edilmiş, lakin sayğacda hesaba alınmamış qazın dəyəridir. Lakin bu fikrini heç bir sübutla əsaslandırmır.
20. Məhkəmə göstərmişdir ki, sayğacın saz vəziyyətdə olmasına istehlakçı olan hüquqi şəxs nəzarət etməli idi. Lakin Məhkəmə qanunvericiliyin istehlakçının fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq, əsas meyar kimi “təqsir” məsələsini önə çəkməsini nəzərə almamışdır. İşə baxan məhkəmə qərəzli şəkildə bu məsələləri nəzərə almamışdır.
21. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasındakı mübahisə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun təsir dairəsinə daxil deyildir. Lakin “X2”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarının 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Göründüyü kimi, məhkəmənin baxışında olan bu iş məhz adıçəkilən Qanunun tənzimetmə predmetinə daxildir. Lakin nədənsə, işə baxan hakim bu hala fikir verməmişdir.
22. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, e-2-2(117)-1183/2023 saylı qətnaməsinin tam ləğv edilməsini, iddia tələbinin təmin edilərək İddiaçı ASC-yə cavabdeh ”Azəriqaz” X1 X3 İdarəsi Mingəçevir Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında hesablanan 4981,46 manat borcun silinməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
İİİ Prоses iştirаkçılаrının izаhаtlаrı
23. Məhkəmə kollegiyasının 13 mart 2024-cü il tarixli iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsində işə düzgün baxılmamışdır. Belə ki, əgər sayğaca hər hansı bir müdaxilə yoxdursa, bu zaman baş verən hallara görə istehlakçı məsuliyyət daşımır. Bu vəziyyətlə onlar iki dəfə qarşılaşmışlar. Birinci dəfə 2017-ci ildə bu hadisənin əksi baş vermişdi. O zaman mexaniki göstərici qaz sərfini elektron göstəricidən daha çox hesablamışdır. 2022-ci ildə isə elektron hissə qaz sərfini mexaniki hissədən çox hesablamışdır. Onlar hər ay verilmiş bildiriş əsasında ödəniş etmişlər. Sayğac 2022-ci ilin avqust ayından işləməyib. Həmin vaxtdan mexaniki göstərici nə göstərmişsə həmin borcu ödəmişlər. Cavabdeh tərəfin qeyd etdiyi göstərici düzgün deyil. Məhkəməyə qədər sazlaşdırma idarəsindən onlara sayğaclarının niyə xarab olması, nəyə görə işləməməsi barədə hər hansı sənəd daxil olmamışdır. Məhkəmədən sonra onlara bir sənəd daxil olmuşdur. Sayğac dayanan dövr ilə sayğacın aparılma dövründə olan rəqəmlər həmin sənəddə şişirdilmişdir. Qaz sərfi təqribən 10500 m3-dən artıq yazılmışdır. Digər tərəfdən mexaniki göstərici işləmiş, onlar da ona əsasən ödəniş etmişlər. Sayğacın qapağını onlar açmır. Sayğaca hər hansı müdaxilələri olmur. Sayğac qapının ağzında girişdədir. Qaz idarəsinin nümayəndəsi gəlir, sayğacın qapağını qaldırır, üstündə olan göstəricini yazır. Onun əsasında da onlar ödənişləri edirlər. Hər ay onlara hesab-faktura verilir. Dəfələrlə sayğacın elektron hissəsinin işləməməsi barədə rəsmi müraciət etsələr də, müraciətlərinə baxılması 8 ay gecikdirilmişdir. Bundan başqa, elektron sayğacın batareyaları mövcuddur. Həmin batareyaların işləmə müddəti 36 aydır. Həmin müddətdə batareya tam gücü ilə işləyir. Həmin müddətdən sonra batareya ola bilər ki, 1 və ya 5 ay sonra xarab olsun. Əvvəl də analoji hadisə baş vermişdir. Həmin vaxt batareyanın birinin zəifləməsi itkiyə səbəb olmuşdu. Lakin həmin vaxt qeyd edilən hal öz təsdiqini tapmamışdır. 2017-ci ildən sonra cavabdeh niyə 3 il sonra deyil, 5 il sonra gəlib onun sayğacını yoxlamalıdır. Sayğac 3 ildən bir sayğac sazlama idarəsinə göndərilməlidir. Sayğac işləmədiyi 8 ay ərzində onlara həmin dövr üzrə borc hesablamışlar. Sayğac işləmədiyi halda onlar necə borc hesablayıblar bilinmir. Cavabdeh tərəfindən ümumilikdə aktlar üzrə 10500 m3 qaz artıq yazılmışdır.
24. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 izahatına əlavə olaraq isə bildirdi ki, 31 iyul 2022-ci il tarixli aktın cavabdeh tərəfindən onlara surəti təqdim edildiyi üçün o da məhkəməyə həmin sənədin surətini təqdim etmişdir. Onların 4981,46 manat borcları mövcud deyildir. Çünki həmin qazı onlar işlətməmişlər. Bu barədə aktda da qeyd etmişlər. 2017-ci ildə cavabdeh tərəf mexaniki göstəricinin düz işləyib elektron göstəricinin düz işləməməsinə, yəni qaz sərfini az göstərməsinə görə onlara qarşı məhkəmədə iddia qaldırmış və iddiaları təmin edilməmişdir. Sazlama idarəsinin yazdığı rəqəmlər yanlışdır. Düzgün rəqəmlər onun hesabladığıdır. 909972-ni 817189-a böləndə əmsal 1,12 edir. 1,20 etmir. Həmçinin qeyd edir ki, sayğacın açarı qapının ağzında mühafizənin otağındadır. Cavabdehin nümayəndəsi gəldiyi vaxt sayğacın qapağını qaldırır, sonra bağlayıb açarı təqdim edir. Bundan başqa sayğacın daxilinə toz dola bilməz. Çünki sayğacın içərisində filtir var. Toz gəlib həmin filtirə yığılmalıdır. Sayğac çıxarılan vaxta qədər sayğacın işləməməsi barədə iki dəfə yazılı şəkildə, bir neçə dəfə də şifahi şəkildə müraciət etmişlər.
25. Məhkəmə kollegiyasının 03 aprel 2024-cü il tarixli iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 bildirdi ki, əgər sayğaca hər hansı bir müdaxilə yoxdursa, bu zaman baş verən hallara görə istehlakçı məsuliyyət daşımır. Sayğac sazlaşdırma idarəsinə gedən kimi bu cür problemlər ortaya çıxır. 2017-ci ildə bu hadisənin əksi baş vermişdi. O vaxt iddia edirdilər ki, mexaniki göstərici elektron göstəricidən daha çox hesablayır. 2022-ci ildə isə qeyd edirlər ki, elektron hissə mexaniki hissədən çox yazıb. Lakin 2017-ci ildə həmin vaxt qeyd edilən hal öz təsdiqini tapmamışdı. 2017-ci ildən sonra cavabdeh niyə daha qısa müddət ərzində deyil, 5 il sonra gəlib onların sayğacını yoxlamalıdır. Cavabdehə yazılı şəkildə ilk dəfə 2022-ci ilin avqust ayında müraciət etmişlər. Müraciəti elektron qaydada etmişlər. Diqqətsizlik edərək həmin müraciəti məhkəməyə təqdim etmək üçün gətirməmişdir.
26. Məhkəmə kollegiyasının 17 aprel 2024-cü il tarixli iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 bildirdi ki, cavabdehə müraciətlərindən sonra sayğacda yaranmış problemlə bağlı müraciətin surəti onlara təqdim edilmişdir. Müraciət 11 avqust 2022-ci il tarixdə edilmişdir. Bundan başqa qeyd etdi ki, cavabdeh tərəfindən əmsal hesablanarkən səhvə yol verilmişdir. Əmsal tapılarkən elektron göstərici mexaniki göstəriciyə bölünmüşdür. Bu zaman əmsal 1.12 etdiyi halda, cavabdeh tərəf bunu 1.20 olaraq göstərmişdir. Ümumiyyətlə cavabdeh tərəf hesablamanı düzgün aparmamışdır. Bundan başqa elektron göstərici ilə mexaniki göstərici arasında 101736 m3 fərq olmuşdur. Həmin fərqin məbləği onlar tərəfindən ödənilmişdir. Həmçinin cavabdehin qənaətinə görə elektron göstəricinin mexaniki hissəsi ilə elektron göstərici arasında heç bir fərq yoxdur. 2022-ci ilin avqust ayında olan göstəricidən isə görünür ki, elektron göstəricinin mexaniki hissəsi ilə elektron göstərici arasında 101736 m3 fərq vardır. Həmin fərq elektron göstəricinin mexaniki hissəsi ilə elektron göstərici arasında olan fərqdir. Sazlama idarəsi 2017-ci ilin sayğac göstəricisini götürərək 1737111-dən çıxır. Bundan sonra müəyyən hesblamalar edərək 106425 m3 həcmi alırlar. Cavabdeh tərəf əmsalı müəyyənləşdirərkən səhvə yol vermişdir. Ümumiyyətlə hesablamalar düzgün aparılmamışdır. Cavabdeh tərəfindən onlara təqdim edilmiş hesab-fakturalarda sayğacın hər iki göstəricisi əksini tapıb. Sayğacın elektron göstəricisi dayanana qədər onlara təqdim edilən bildirişlər əsasında elektron göstəriciyə əsasən ödənişləri etmişlər. Sayğacın elektron göstəricisi dayandığı 2022-ci ilin avqust ayından etibarən ödənişləri mexaniki göstərici əsasında etmişlər. Bundan başqa, sazlama idarəsi tərəfindən hesablanma ilə bağlı onlara hər hansı məlumat daxil olmamışdır. Qeyd edilən hesablamanı onlar cavabdeh tərəfə müraciət edib almışlar. Nəticədə 106425 m3 fərq yaranmışdır. Cavabdeh tərəf nəzərə almır ki, 2022-ci ilin avqust ayında elektron göstərici sönərkən 101736 m3 fərqin məbləği onlar tərəfindən ödənilmişdir. Bundan başqa əmsal fərqi 1.12 edir. Həmin əmsalla hesablama apardıqda borc 3000 manatdan bir qədər artıq edir. Təxminən 1800 manata qədər fərq yaranır. Həmçinin həmin borc da onların deyildir. Onlar ilk müraciətlərini 11 avqust 2022-ci il tarixində etmişlər. Cavabdeh tərəf həmin vaxt sayğacı yoxlamaya göndərsəydi bugünkü problemlərin heç biri yaranmayacaqdı. Sayğacın elektron göstəricisi dayanan vaxt elektron göstərici ilə mexaniki göstərici arasındakı fərq 101736 m3 olmuşdur. Həmin məbləğ onlar tərəfindən ödənilmişdir. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
27. Məhkəmə kollegiyasının 13 mart 2024-cü il tarixli iclasında Cavabdeh İstehsаlаt Birliyinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, elektron göstərici ilə mexaniki göstərici arasında hər zaman fərq olur. Ona görə də onlar hər zaman elektron göstəricini əsas götürürlər. Onların əməkdaşları sayğac göstəricisini yoxlayan zaman sayğacın üzərində müvafiq düymələri vurmaqla həm elektron, həm də mexaniki göstəricini görə bilir. Sayğacın dəyişdirilməsi Cavabdeh İB-nin ayrıca qurumu tərəfindən həyata keçirilir. Sayğacda müəyyən problem yarandığı vaxt onun gəlib yoxlanılması, çıxarılması müəyyən vaxt aparır. Əməkdaşlar yaxınlaşıb sayğacın göstəricisini oxuyan zaman əgər elektron göstərici işləmirsə hesablamanı mexaniki göstərici əsasında aparırlar. Əgər elektron göstərici işləmirsə, deməli sayğac itki ilə işləyir. Bu zaman abonentə mexaniki göstərici əsasında pul ödətdirilir. Bundan sonra ödənilən pulu aparılmış hesabat zamanı müəyyən edilmiş məbləğdən çıxdıqdan sonra yerdə qalan itkini abonentdən tələb edirlər. Tələb olunan 4981,46 manat borc 8 ay ərzində istehlak olunmuş, lakin sayğacda qeydiyyatdan keçməyən qazın puludur. Onlar sayğac işlədiyi dövrdə sayğacın həm mexaniki, həm də elektron göstərici əsasında sərfiyyatının əmsalını müəyyən edirlər. Yəni sayğacın quraşdırıldığı 2017-ci ildən dayandığı müddətə qədər sayğac hansı əmsalla işləmişdir. Sayğac yoxlamaya gedən zaman aktda sayğacın hər iki göstəricisi qeyd edilir. İlk növbədə sayğac göstəricilərinin elektron hissəsində elektron və mexaniki göstəricilərin fərqi müəyyən edilir. Bunun üçün sayğacın elektron hissəsində elektron göstəricinin dayandığı göstəricisi ilə sayğac sonuncu dəfə yoxlamadan keçirilərkən olan göstəricisi arasında, həmçinin sayğac sonuncu dəfə yoxlamadan keçirilərkən mexaniki göstəricilər arasında olan fərq müəyyən edilmişdir. 1.20 əmsal fərqi alınmışdır. Bundan sonra həmin əmsal əsasında müvafiq hesablama aparılmışdır. Qarşı tərəf istehsalçıdır. Sayğac işləmədiyi dövrdə ona qazın verilməsinin dayanmaması üçün onlar hesablamanı mexaniki göstərici əsasında aparırlar. Lakin daha sonra qeyd etdiyi hesablama əsasında sərfiyyatı müəyyən edirlər. Qarşı tərəf sayğacın işlək vəziyyətdə saxlanması üçün cavabdehdir. Bunun məsuliyyəti qarşı tərəfin üzərindədir. Onlar qarşı tərəfin müraciəti əsasında müəyyən hərəkətləri edirlər. Saz vəziyyətdə saxlama dedikdə onu nəzərdə tuturlar ki, sayğac kənar təsirlərdən, toz və sairdən qorunsun. Sayğac qarşı tərəfin mülkiyyətidir. Sayğacı qarşı tərəf almış, onlar da quraşdırmışlar. Sayğacda hər hansı zədə mövcud olmamışdır. Yalnız batareyası istismar müddəti bitdiyi üçün işləməmişdir. Sayğac 2023-cü ilin mart ayında çıxarılmışdır. Sayğac 2023-cü ilin iyul ayında yerinə quraşdırılmışdır. Onlar sayğacın quraşdırıldığı 2017-ci il tarixdən 2022-ci ilin avqust ayına qədər olan dövr ərzində olan sərfiyyatın əmsalını çıxarırlar.
28. Məhkəmə kollegiyasının 03 aprel 2024-cü il tarixli iclasında Cavabdeh İstehsаlаt Birliyinin nümayəndəsi Nümayəndə2 bildirdi ki, sayğac 2023-cü ilin aprel ayında çıxarılmışdır. Onların əməkdaşları sayğacın elektron göstəricisi sönmədiyi halda həm elektron, həm də mexaniki göstəricini görə bilir. Tələb olunan borc sayğacın quraşdırıldığı tarixdən çıxarıldığı tarixə görə hesablanmış məbləğ deyildir. Qeyd edilən məbləğ sayğacın elektron göstəricisinin işləmədiyi 8 ay ərzində istehlak olunmuş sayğacda qeydiyyatdan keçməyən qazın puludur. Sayğacın işlədiyi dövrdə onlar tərəfindən əsas göstərici kimi elektron göstərici götürülür. Çünki elektron göstərici temperatur, çəki və təzyiqi düzgün müəyyən edir. Ona görə də elektron göstərici əsas götürülür. Elektron və mexaniki göstərici arasında həmişə fərq olur. Bu fərq bəzi aylarda az, bəzi aylarda çox olur. Elektron hissənin içində də mexaniki göstərici vardır. Elektron hissənin içindəki mexaniki göstərici, elektron göstəricinin tənzimlənməsi üçün olan sistemdir. Sayğacın elektron göstəricisi 2022-ci ilin avqust ayında dayanmışdır. Elektron hissənin içindəki mexaniki göstərici, elektron göstərici ilə eyni olur. Sayğacın elektron göstəricisinin işləmədiyi 8 ay ərzində hesabat mexaniki göstərici əsasında aparılmışdır. Ödəniş mexaniki göstəriciyə əsasən edilmişdir. Sayğacın dəyişdirilməsi Cavabdeh İB-nin ayrıca qurumu tərəfindən həyata keçirilir. Sayğacda müəyyən problem yarandığı vaxt onun gəlib yoxlanılması, çıxarılması müəyyən vaxt aparır.
29. Məhkəmə kollegiyasının 17 aprel 2024-cü il tarixli iclasında Cavabdeh İstehsаlаt Birliyinin nümayəndəsi Nümayəndə2 bildirdi ki, iddiaçı onlara rəsmi şəkildə müraciət etməmişdir. Sadəcə şifahi şəkildə müraciət etmişdir. Sayğacın elektron göstəricisinin işləməməsi onların əməkdaşları tərəfindən qarşı tərəfin iştirakı ilə müəyyən edilmişdir. Bundan sonra sayğacın növbəti dövlət yoxlamasına göndərilməsi barədə Cavabdeh Tərtər X3 İdarəsinin Mingəçevir Xidmət Sahəsi tərəfindən Cavabdeh Tərtər X3 İdarəsinə, Cavabdeh Tərtər X3 İdarəsi tərəfindən isə müvafiq olaraq Cavabdehnə müraciət olunmuşdur. Qarşı tərəfin məhkəməyə təqdim etdiyi 16 aprel 2024-cü il tarixli məktubda qeyd etdiyi ******* rəqəmi elektron göstəricinin mexaniki hissəsinə aiddir. Mexaniki hissənin göstəricisi başqadır. Abonentin saldosuna baxdıqda görünür ki, onlar hesablama apararkən həm elektronun sərfiyyatını, həm də mexanikanın sərfiyyatını nəzərə alırlar. Həmiçinin qeyd edir ki, müəyyən etdikləri əmsal fərqinin, yəni 1.20-nin səhv olması ilə bağlı iddiaçı tərəfin fikri ilə razılaşır. Əmsal həqiqətən də 1.12 olmalıdır. Həmin əmsalla hesablama apardıqda məbləğ 3102.22 manat edir. Bunun üçün əvvəlcə 106774-ü 1.12 əmsala vuraraq 119586 almışlar. Bundan sonra 128128-dən 119586-nı çıxaraq 8542i almışlar. 22643-dən də 8542-ni çıxaraq 14101 m3-i almışlar. Daha sonra 14101m3-i 0,22yə vuraraq 3102.22 manat itirilmiş qazın məbləğini müəyyən etmişlər. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin qismən təmin edilməsini, iddiaçının borc məbləğinin 4981,46 manat deyil, 3102.22 manat olmasının nəzərə alınmasını xahiş etdi.
30. İzahatına əlavə olaraq isə bildirdi ki, sayğac yoxlamaya göndərilən zaman onun yerinə başqa əvəzləyici sayğac quraşdırılır. Səpələnmiş məbləğ sayğacın işləmədiyi 8 ayı əhatə edir. Qeyd edilən borc məbləği həmin müddətdə mexaniki göstərici ilə elektron göstərici arasında yaranmış məbləğdir. Onlar tərəfindən hesablama aparılarkən iddiaçı tərəfindən sayğacın mexaniki göstəricisinə görə ödənilmiş məbləğ elektron göstəriciyə əsasən hesablanıb ödənilməli olan məbləğdən çıxılmışdır. Həmçinin qeyd etdi ki, G-25dən böyük sayğaclara texniki baxış və onların dəyişdirilməsi Cavabdeh Tərtər X3 İdarəsi tərəfindən həyata keçirilmir. Bunlar Cavabdeh səlahiyyətinə aiddir. Ondan aşağı ölçülü sayğacların dəyişdirilməsi isə Cavabdeh Tərtər X3 İdarəsi tərəfindən həyata keçirilir. Sayğacın elektron göstəricisinin işləmədiyi dövrdə borc mexaniki göstərici əsasında hesablanmış, ödənişlər onun əsasında aparılmışdır. 106425 m3 həcmindəki qaz sayğacın elektron göstəricisinin işləmədiyi müddət ərzində aylar üzrə mexaniki göstəricisi üzrə qeydə alınan sərfiyyatların cəmini təşkil edir. Həmin sərfiyyatı hesablama zamanı ümumi hesabdan çıxmışlar. Həmin sərfiyyatı yenidən borc kimi hesablamamışlar. İddiaçının məhkəməyə ünvanladığı məktubda qeyd etdiyi ******* m3 elektronun mexaniki hissəsidi. Elektron göstərici ilə onun mexaniki hissəsində olan fərq ona görə yaranıb ki, mexaniki hissədə müəyyən fasilə yaranmışdır. İddiaçı tərəfindən elektron göstəricinin dayandığı vaxtdan etibarən ödənişlər mexaniki göstəriciyə əsasən edilmişdir. Bu zaman onlar hesablamanı elektron göstəriciyə əsasən aparmadıqlarına görə 8 ay ərzində itkiləri olmuşdur. Sayğac bərpa edildikdən sonra sayğacın elektron hissəsində elektron göstəricinin dayandığı vaxt olan göstəricisi ilə sayğac sonuncu dəfə yoxlamadan keçirilərkən olan göstəricisi arasında, həmçinin 2022-ci ilin iyul ayında olan mexaniki göstəricisi ilə 2017-ci ilin noyabr ayında olan göstəricisi arasında olan fərq müəyyən edilmişdir. Həmin əmsal əsasında itirdikləri qazın həcmi müəyyən edilmişdir.
İV Hüquqi məsələlər
31. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
32. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun:
13-cü maddəsinin 8-ci bəndinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlаkçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir; 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla, bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir; 9-сu bəndinə əsаsən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın:
1.2-ci bəndinə əsasən istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir; 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir; 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlаkçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir.
34. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
35. İş mаteriаllаrındа оlаn və məhkəmə kоllegiyаsının iclаsındа tədqiq оlunmuş: xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı ASC-nin fəaliyyət göstərdiyi ünvanda quraşdırılmış G-25 markalı 75096324 nömrəli qaz sayğacının elektron göstəricisinin işləməməsi səbəbindən istehlakçının iştirakı ilə sayğac yeni əvəzləyici qaz sayğacı ilə əvəzlənərək çıxarılıb növbədən kənar yoxlamaya göndərilmişdir; xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” SS № 14-2-2/3-5-3815 nömrəli aktdan görünür ki, sayğacın daxili çirklidir, korrektor işləmir, impuls ötürücüsü normaldır, sayğaca hava vurulmuş, hesablayıcı mexanizm işləyir. Sayğac yuyulmuş, təmizlənmiş, hava vurulmuş, mexaniki hissə işləkdir. Ehtiyat batareya quraşdırılmış, korrektorun xx.xx.2022-ci il tarixdən sönməsi, P=1,1325 bar, T=20 C0, V=1737111 m3, V=1635375 m3 əks olunmuşdur. Batareya yoxlanılmış, gərginliyi OV müəyyən olunmuş, korrektorun pozulması nəticəsində arxivin pozulması, mexaniki hissədən keçən 106774 m3 qaz həcminin elektron hissədə qeydə alınmaması müəyyən edilmiş və elektronla mexaniki göstəricilər arasında qeydə alınmamış 22643 m3 təbii qazın sərfiyyatı müəyyən edilmişdir; “Təbii X2nın pozulması haqqında” ******* nömrəli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə “qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” SS № -14-2-2/3-5-3815 nömrəli akta istinad olunaraq həmin aktla müəyyən olunan hallar qeyd olunmuşdur; Tərəfər arasında xx.xx.2023-cü il tarixdə tərtib edilmiş iddiaçının 8249,56 manat borcunun olması ilə bağlı qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, 4981,46 manat borc iddiaçı tərəfindən qəbul edilməmiş, bu barədə akta qeyd daxil edilmişdir; Tərəflər arasında bağlanmış qazın alqı-satqısına dair 10 mart 2021-ci il tarixli, AMX- 1294/21 nömrəli müqavilədən görünür ki, müqavilənin 2.1.11-ci bəndinə əsasən istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirmək paylayıcının (Cavabdeh İB) vəzifəsidir; İddiaçı ASC-yə dair abonentin saldosundan görünür ki, istehlakçı tərəfindən 2017-ci il ərzində 154324 kubmetr, 2018-ci il ərzində 164552 kubmetr, 2019-cu il ərzində 175547 kubmetr, 2020-ci il ərzində 232028 kubmetr, 2021-ci il ərzində 207719 kubmetr, 2022-ci il ərzində 189765 kubmetr, 2023-ci ilin 11 ayı ərzində isə 176174 kubmetr qazdan istifadə edilmiş və dəyəri ödənilmişdir; Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 29/1640-01286/2 nömrəli “Sayğacın istifadəyə yararlığı haqqında” arayışdan görünür ki, Cavabdeh İB-nin sifarişi əsasında İddiaçı ASC-nin fəaliyyət göstərdiyi ünvanda quraşdırılmış G-25 markalı 75096324 nömrəli sayğac xx.xx.2017-ci il tarixdə dövlət yoxlamasından keçmiş və növbəti yoxlama tarixi xx.xx.2020-ci il müəyyən olunmuşdur.
36. Məhkəmə kоllegiyаsı qeyd edir ki, İddiaçı ASC аpellyаsiyа şikаyətində birinci instаnsiyа məhkəməsinin qətnаməsinin tаmаmilə ləğv оlunmаsını və yeni qətnаmə çıxаrılmаsını xаhiş etdiyindən məhkəmə kоllegiyаsı hazırkı icraat çərçivəsində birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsaslılığını tam olaraq yoxlayır.
37. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə ”Azəriqaz” İB-nin Mingəçevir Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı ASC-nin qaz sayğacı cəmiyyətin nümayəndəsinin iştirakı ilə dövlət yoxlamasına göndərilmək məqsədilə açılaraq götürülmüşdür. Müəssisədən açılmış qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, iddiaçının iddia ərizəsində etiraf etdiyi kimi nümayəndəsinin iştirakı ilə yoxlanılaraq müəyyən edilmişdir ki, sayğacın daxili çirklidir, korrektor işləmir, impuls ötürücüsü normaldır, sayğaca hava vurulmuş, hesablayıcı mexanizm işləyir. Sayğac yuyulmuş, təmizlənmiş, hava vurulmuş, mexaniki hissə işləkdir. Ehtiyat batareya quraşdırılmış, korrektorun xx.xx.2022-ci il tarixdən sönməsi, P=1,1325 bar, T=20 C0, V=1737111 m3, V=1635375 m3 əks olunmuşdur. Batareya yoxlanılmış, gərginliyi OV müəyyən olunmuş, korrektorun pozulması nəticəsində arxivin pozulması, mexaniki hissədən keçən 106774 m3 qaz həcminin elektron hissədə qeydə alınmaması müəyyən edilmiş və elektronla mexaniki göstəricilər arasında qeydə alınmamış 22643 m3 təbii qazın sərfiyyatı müəyyən edilmişdir. Azəriqaz İB tərəfindən tərtib edilmiş qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında akta əsasən ******* nömrəli “təbii X2nın pozulması haqqında” akt tərtib edilərək istehlak olunmuş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-yə göndərilmiş, həmin akta əsasən Cavabdeh İB-nin istehlakçılara satılan qaza nəzarət şöbəsində iddiaçı cəmiyyətin Mingəçevir Xidmət Sahəsinin abonent bazasındakı **********00000 nömrəli abonent koduna 22643 m3 qazın dəyəri (4981,46 manat) cavabdehin etirazında bildirdiyi kimi 0,25 manat hesabı ilə deyil, 0,22 manat hesabı ilə hesablanaraq vurulmuşdur. Göründüyü kimi, iddiaçıya xidmət edən sayğacın işlək vəziyyətdə saxlanılmasına özü cavabdehlik daşımasına baxmayaraq iddiaçı cəmiyyətə xidmət edən sayğacda qüsur aşkar edilərək mübahisə predmeti olan istehlak olunmuş qazın dəyərinə görə borc hesablanmışdır. Hesablanmış borc akt əsasında hesablanmış cərimə deyil, iddiaçının istehlak etdiyi qazın dəyəridir. Məhkəmə baş vermiş qüsurda iddiaçı cəmiyyətin təqsirli olub-olmamasına münasibətdə qeyd etmişdir ki, yuxarıda sadalanan qanunvericiliklə müəyyən edilmiş qaydada sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hüquqi şəxs birbaşa cavabdehlik daşıdığı üçün sayğacda baş verən xətalara, nöqsanlara görə də məsuliyyəti iddiaçı daşıyır. Bunlardan başqa məhkəmə qeyd etmişdir ki, “X2”nın tələbinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilməsi müəyyən edilmişdir. Eyni zamanda qaydalara əsasən bu yoxlamanın istehlakçının arzusu ilə dövlət yoxlamasından keçirilməsi nəzərdə tutulmuşdur. Bu isə onu deməyə əsas verir ki, istehlakçının arzusu ilə sayğacın, onun texniki pasportunda göstərilmiş müddət bitmədən növbədən kənar yoxlamaya göndərilməsi imkanı nəzərdə tutulmuşdursa, sayğacda hər hansı xətanın aradan qaldırılması üçün onun növbədən kənar sazlanmaya göndərilməsi də istisna deyildir. İddiaçı iddia ərizəsində sayğacın yeri və dayanıqlığı barədə Cavabdeh Tərtər RQİİ-nin Mingəçevir Xidmət Sahəsinə dəfələrlə rəsmi müraciətlər edildiyini, lakin bütün müraciətlərinin cavabsız qaldığını bildirmişdir. Dəfələrlə müraciət ediləndən sonra 04 aprel 2023-cü ildə sayğac yoxlanılmaq üçün Bakı şəhərinə göndərilmişdir. Eyni zamanda sayğacın elektron göstəricisinin işləməməsi işin mübahisəsiz halı olmaqla yanaşı, cavabdeh də bu halın müəyyən olunduğunu və sayğacın növbədən kənar yoxlamaya göndərildiyini bildirir. Məhkəmə hesab etmişdir ki, sayğacın elektron göstəricisinin işləməməsi səbəbindən həm iddiaçının müraciəti, həm də cavabdehin bu halı aşkarlaması nəticəsində sayğacın növbədən kənar dövlət yoxlamasına göndərilməsi və sazlanması qanunvericiliklə istisna olunmadığından sayğacın növbədən kənar dövlət yoxlamasına göndərilməsi qanunsuz olmamışdır. İddiaçının bu hala istinad etməsi əsassızdır. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İddiaçı tərəfindən istinad olunan “X2”nın 4.9-cu bəndi istehlak olunmuş, lakin sayğac tərəfindən qeydə alınmamış təbii qaza görə hesablaşmanı deyil, sayğacın təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi ilə bağlı məsələləri tənzimləyir və tərəflər arasında yaranmış mübahisəyə aidiyyəti yoxdur. Belə ki, hazırkı mühahisə sayğacın sazlanması zamanı onun təmiri üçün pul vəsatinin tələb olunması və ya hesablanması ilə bağlı deyil, istehlak olunaraq sayğacda hesaba alınmamış təbii qazın dəyəri ilə bağlıdır. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddiaçı “X2”nın 4.9-cu bəndinə istinad etməkdə haqlı olmamışdır. Bundan başqa, itirilmiş qazın dəyərinin hesablanması ilə bağlı iddiaçının münasibəti olmasa da, məhkəmə hesablanma qaydasına aydınlıq gətirilməsini zəruri hesab edərək qeyd etmişdir ki, hesablama qaydası düzgündür. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğacın elektron göstəricisi xx.xx.2022-ci il tarixdən sönmüş və arxivi silinmişdir. Bunun üçün sayğacın elektron hissəsinin elektron göstərişi müəyyən edilmiş və nəticədə elektron göstərici olan 129068 m3 - dən mexaniki hissənin göstəricisi çıxılmaqla 22643 m3 uçota alınmayan qazın həcmi müəyyən edilmişdir. 22643 m3 təbii qazın dəyəri isə 0,22 manat hesabı ilə 4981,46 manat təşkil edir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı ASC tərəfindən sayğacın işlək vəziyyətdə saxlanılması ilə bağlı tədbirlər görülmədiyindən qaz sayğacının yoxlanılması zamanı pozuntular aşkarlanmış və haqlı olaraq ASC-yə borc hesablanmışdır. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
38. Məhkəmə kоllegiyаsı аpellyаsiyа şikаyətinin dəlillərini iş üzrə tоplаnmış sübutlаrlа əlаqəli şəkildə tədqiq edib, аpellyаsiyа şikаyətində göstərilmiş xüsusаtlаrı аrаşdırаrаq hesаb edir ki, birinci instаnsiyа məhkəməsi tətbiq оlunmаlı mаddi hüquq nоrmаlаrını tətbiq etməmiş, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti оlаn bütün fаktiki hаllаrı аrаşdırmаmış və məhkəmənin gəldiyi nəticə tərəflərin qаrşılıqlı münаsibətlərinə uyğun оlmаmışdır. Bunа görə də, аpellyаsiyа şikаyəti təmin edilməli, birinci instаnsiyа məhkəməsinin qətnаməsi tamamilə ləğv edilməli, yeni qətnаmə çıxаrılаrаq iddiа tələbi təmin edilməlidir.
39. Belə ki, qanunvericiliyə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə istehlakçının vəsaiti hesabına həyata keçirilməli, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması “X2”nın 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.
40. İş materiallarından və tərəflərin nümayəndələrinin izahatından aydın olur ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının fəaliyyət göstərdiyi ünvanda quraşdırılmış qaz sayğacının göstəricisinin oxunması zamanı həmin sayğaca müdaxilə (plombun qoparılması, baxış şüşəsinin sındırılması, gövdəsinin zədələnməsi və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallar), habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma halları müəyyən edilməmişdir.
41. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” SS seriyalı 14-2-2/3-5-3815 nömrəli aktdan görünür ki, sayğacın elektron göstəricisinin elementi bitsə də, hesablayıcı mexanizm işləyir, mexaniki hissə işləkdir. Yəni sayğacda əmələ gələn nasazlıq (elektron göstəricinin elementinin bitməsi) iddiaçının təqsiri üzündən baş verməmişdir. Əksinə olaraq məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh təşkilat iddiaçının fəaliyyət göstərdiyi ünvanda quraşdırılmış qaz sayğacını xx.xx.2020-ci il tarixdə növbəti dövlət yoxlamasına göndərməli olduğu halda, bu öhdəliyini yerinə yetirməmiş, nəticədə sayğacın elektron göstəricisinin elementi bitmiş və elektron göstərici 2022-ci ilin iyul ayında sönmüşdür. Cavabdeh təşkilatın əməkdaşları xx.xx.2022-ci il tarixdə iddiaçının fəaliyyət göstərdiyi ünvanda quraşdırılmış qaz sayğacının göstəricisinin oxunması zamanı sayğacın elektron göstəricisinin işləmədiyini aşkar etmiş, lakin bu barədə hər hansı tədbir görməmiş və xx.xx.2023-cü tarixədək, yəni qaz sayğacının çıxarılaraq yoxlamaya göndərildiyi tarixədək qazın dəyərini qaz sayğacının mexaniki göstəricilərinə əsasən hesablayaraq bu barədə istehlakçıya məlumat (hesab) təqdim etmiş və iddiaçı təşkilat həmin məlumat əsasında istehlak etdiyi qazın dəyərini ödəmişdir.
42. Göründüyü kimi cavabdeh təşkilat iddiaçının fəaliyyət göstərdiyi ünvanda quraşdırılmış qaz sayğacını qanunvericiliklə müyyən olunmuş qaydada və tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq xx.xx.2020-ci il tarixdə növbəti dövlət yoxlamasına göndərilməli olduğu halda bu öhdəliyini yerinə yetirməmiş, nəticədə sayğacın elektron göstəricisinin elementi bitmiş və qaz paylayıcısı tərəfindən yol verilmiş bu səhvə görə qazın dəyəri düzgün hesablanmamışdır.
43. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “X2”nın 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
44. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan halına diqqət yetirməyərək iddia tələbini rədd etməkdə düzgün hüquqi nəticəyə gəlməmiş, qəbul edilmiş qətnamə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamışdır.
45. Məhkəmə kоllegiyаsı eyni zаmаndа qeyd edir ki, Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilməlidir. İş mаteriаllаrındаn görünür ki, məhkəmə xərcləri 59,81 manat dövlət rüsumundan ibаrətdir. Məhkəmə kоllegiyаsı hesаb edir ki, iddiа tələbi təmin edildiyindən ödənilməmiş 59,81 manat dövlət rüsumu Cavabdeh İB-dən tutulub dövlət büdcəsinə keçirilməlidir.
46. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin: 14.2-ci mаddəsinə görə, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir; 77.1-ci mаddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir; 217.4-ci mаddəsinə görə, məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır; 372.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə işdə оlаn və əlаvə təqdim оlunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır; 372.6-cı mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və оnа etirazlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır; 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır; 384.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni tаmаmilə və yа qismən ləğv edə bilər və birinci instаnsiyа məhkəməsində müəyyən edilmiş hаllаr və yа əlаvə təqdim оlunmuş sübutlаr əsаsındа yeni qətnаmə qəbul edə bilər; 385-ci mаddəsinə əsаsən, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və düzgün tətbiq edilməməsi, məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
47. Beləliklə, məhkəmə kоllegiyаsının gəldiyi qənаətə görə, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, e-2-2(117)- 1183/2023 saylı qətnаməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə İddiaçı ASC-nin Cavabdeh İB-yə qarşı Cavabdeh Tərtər X3 İdarəsinin Mingəçevir Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında hesablanan 4981,46 manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh İB tərəfindən hesablanmış 4981,46 manat borc İddiaçı ASC-nin hesabından silinməli, ödənilməmiş 59,81 manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 385, 392, 393 və 402-407-сi maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ:
İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, e-2-2(117)-1183/2023 saylı qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin Cavabdeh İB-yə qarşı Cavabdeh Tərtər X3 İdarəsinin Mingəçevir Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında hesablanan 4981,46 manat borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İB tərəfindən hesablanmış 4981,46 manat borc İddiaçı ASC-nin hesabından silinsin. Ödənilməmiş 59,81 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.