Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-464/2023 05.05.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndələri X2 və X3 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin “Asan Xidmət” lə iş və Elektron idarəetmə Departamenti tərəfindən onlara məxsus transoformatora qulluq göstərilməsi ilə bağlı hesablanmış 2359 manat pulun silinməsi və ödədiyi dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə ərizə verərək, hazırki iş üzrə əsl iddiaçı olmayan "xxxx" İKF-ni əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasına zərurət olmadığından iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə hazırlıq iclasında izahatında bildirdi ki, iddiaçı Asan Xidmətə transformatora xidmət göstərilməsi üçün müraciət edib və ona göstəriləcək xidmətin ödənişli olduğu bildirilibdir. Layihə smeta sənədi tutulub və transformatora baxış keçirilib müəyyən olmuşdur ki, görüləcək işlərin qiyməti 2359 manatdır. İddiaçı müqaviləyə qol çəkməmiş və ödənişi ödəməmişdir, buna görə də xidmət göstərilməmişdir. Həmin qiymət görüləcək işlərin, xidmətlərin qiymətidir, borc deyildir. İddiaçıya hər hansı xidmət haqqı və ya borc hesablanmamışdır. İddia tamamilə əsassızdır, hüquqi əsası yoxdur. İddiaçının işığı ona görə kəsilibdir ki, təhlükəsizlik qaydalarına riayət etməmişdirlər. İddiaçı ilə hər hansı müqavilə bağlanmadığından ona borcun hesablanması da mümkün deyildir və iddiaçıdan 2359 manat 30 qəpik məbləğində xidmət haqqı tələb edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-464/2023
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-464/2023
05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver