Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-38/2021 14.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Şəki Rayon Mərkəzi Xəstəxanası” X7in cavabdeh “xxxx”xxxx“xxxx ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən əsassız olaraq hesablanmış 10092,51 manat məbləğində borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- borc tələbi, borcun silinməsi, elektrik enerjisindən istifadə hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, iddiaçı “Şəki Rayon Mərkəzi Xəstəxanası” X7in nümayəndələri Nümayəndə3 və Nümayəndə2 iştirakı ilə, Şəki Kommersiya Məhkəməsinin 23 fevral 2021-ci il tаrixli, e-2-2(117)-54/2021 saylı qətnaməsindən cavabdeh “xxxx ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “Şəki Rayon Mərkəzi Xəstəxanası” X7 cavabdeh “xxxx”xxxxiddia ərizəsi ilə (09.02.2021-ci il tarixli ərizə ilə iddia tələbinin həcmini azaltmaqla) məhkəməyə müraciət edərək “əsassız olaraq hesablanmış 10092,51 manat məbləğində borcun silinməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Kommersiya Məhkəməsinin 23 fevral 2021-ci il tаrixli, e-2-2(117)-54/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, xxxx ASC tərəfindən “Şəki Rayon Mərkəzi Xəstəxanası” X7ə 02.07.2020-ci il tarixli 007503 nömrəli akt əsasında hesablanmış 10092,51 (on min doxsan iki manat əlli bir qəpik) manat məbləğində borcun silinməsi və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfin elektrik təminatı hər iki yarımstansiyada onu təmin edən sayğac sistemində nasazlığın olması enerji təchizatında fasilələrin olması barədə cavabdehə məlumat vermiş, iddiaçının nümayəndəsinin öz iradəsinə uyğun daxil ola bilmədiyi xüsusi mühafizə olunan yarımstansiyaya 02.07.2020-ci il tarixdə daxil olaraq “xxxx” ASC-nin Nəzarət Departamentinin əməkdaşları A.Məmmədov, E.Yusifov və E.Əsgərov tərəfindən Şəki şəhəri, Z.Əliyeva küçəsi 177-də yerləşən “Şəki rayon Mərkəzi Xəstəxanasının sayğac uçot dəstinə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı Mərkəzi Xəstəxanaya məxsus 10 kv-luq yuvada gərginlik transformatorunun yerləşdiyi yuvanın qapısına vurulmuş möhürün yerində olmadığı və sayğacın alt qapaq möhürünün sim keçən dəliklərində genişlənmə olduğu aşkar edilmişdir. Kompüter vasitəsi ilə sayğacın yaddaşı oxunmuş və məlum olmuşdur ki, 07.05.2020-ci tarixindən, 03.06.2020-ci il tarixinə və 05.06.2020-ci il tarixindən, 11.06.2020-ci il tarixinə kimi gərginlik açılmaları var və sayğac həmin tarixlərdə sxemindən keçən yükü qeyd etməmişdir. Həmin baxış keçirilərkən iddiaçının nümayəndələrinin iştirakını təmin etməmişlər. Nəticədə 08.07.2020-ci il tarixli AKT Komissiyasının icra vərəqi ilə 10092,51 manat borc hesablanmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçının elektrik enerjisi ilə təchiz edilməsi iki enerji xətti vasitəsilə (35/10 kV-luq “SAS” xətti və 35/10 kv-luq Çeşməli yarımstansiyası) həyata keçirilir. Qeyd edilən hər iki xətlə elektrik enerjisi verilmədikdə iddiaçıya məxsus generatorlar vasitəsilə Şəki Rayon Mərkəzi Xəstəxanasının elektrik təchizatı təmin edilir. Texniki şərtlə bağlı sənədlərdən görünür ki, qeyd edilən Çeşməli yarımstansiyası ilə iddiaçıya məxsus xəstəxana binası arasında məsafə 4,5 km, SAS stansiyası ilə olan məsafə 1,2 km təşkil edir. İddiaçıya məxsus sayğaclar müvafiq olaraq həmin stansiyaların ərazisində xxxx ASC-nin X4 tərəfindən mühafizə olunan ərazidə yerləşir. Həmin stansiyaların ərazisinə yalnız əvvəlcədən məlumat verməklə X3 nümayəndəsinin iştirakı ilə daxil olmaq mümkündür. Cavabdehin nümayəndəsi təqdim etdiyi sübutlarla, həmçinin tərəflərin nümayəndələrinin izahatlarında həmin əraziyə elektrik stansiyasının əməkdaşlarının iştirakı və icazəsi olmadan girişin qadağan olduğunu etiraf edirlər. Tərəflər həmçinin iddiaçı tərəfindən təqdim edilən fotoların real olduğunu, iddiaçıya xidmət edən elektrik stansiyaları və orada yerləşən sayğacın xüsusi mühafizə altında olduğunu bir daha təsdiq etdilər. Eyni zamanda, X3 19.02.2021-ci il tarixli 21/098 nömrəli məktubundan da müəyyən edilir ki, iddiaçıya məxsus sayğacın yerləşdiyi yarımstansiyalar X3 balansındadır, yarımstansiyaya özbaşına giriş qeyri-qanunidir və ora yalnız X3 əməkdaşları ilə birlikdə daxil olmaq mümkündür. Tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən 16.03.2012-ci il tarixli AKT-da balans mənsubiyyəti sərhədinin 100 çarpayılıq yeni xəstəxananın enerji təchizatı üçün 35/10 kv-luq “SAS” və 35/10 kv-luq “Çeşməli” yarımstansiyasında quraşdırılmış 10 kv-luq yuvaların həmin yarımstansiyadakı 10 kv-luq şin sisteminə birləşdiyi sıxaclarda müəyyən edilmişdir. Eyni zamanda qeyd etmişdir ki, həmin enerji itkisinin iddiaçının təqsiri üzündən baş verməsi mümkün deyil, belə ki, həmin ərazi xüsusi mühafizə altındadır, həmin əraziyə xüsusi icazə ilə yalnız cavabdehin yerli nümayəndəsi ilə birlikdə daxil olmaq mümkündür. İddiaçının 02.07.2020-ci il tarixli aktda qeyd edilən “transformatorunun yerləşdiyi yuvanın qapısına vurulmuş möhürün yerində olmadığı və sayğacın alt qapaq möhürünün sim keçən dəliklərində genişlənmə olduğu, 07.05.2020-ci tarixindən 03.06.2020-ci il tarixinə və 05.06.2020-ci il tarixindən 11.06.2020-ci il tarixinə kimi gərginlik açılmalarının olmasının və sayğac həmin tarixlərdə sxemindən keçən yükü qeyd etməməsinin iddiaçının təqsiri üzündən baş verməsi qeyri-mümkündür. İddiaçının balans mənsubiyyəti sərhədi həmin yarımstansiyalarda elektrik xəttinə qoşulma sıxacları olsa da, qeyd edilən sayğaclar və həmin sıxaclar yarımstansiya ərazisində yerləşir, iddiaçının həmin əraziyə daxil olması yalnız cavabdehin yerli nümayəndələrinin iştirakı ilə mümkün ola bilər və bu daxil olma yalnız sayğac göstəricisini qeyd etməklə kifayətlənir. Bu halları cavabdehin təqdim etdiyi sübutlar, fotolar və cavabdehin nümayəndəsi təsdiq edir. Bütün bunlar cavabdehin əməkdaşları tərəfindən iddiaçıya müvafiq itirilmiş enerjinin dəyərinin hesablanması ilə bağlı fəaliyyətinin qanunsuzluğunu təsdiq edir. İddiaçının məsuliyyəti o halda ola bilərdi ki, həmin sayğaclar və birləşmə sıxacları iddiaçının balansında olsun, balans mənsubiyyəti sərhədinə, həmçinin həmin əraziyə tam nəzarət etmək imkanı olsun və baş vermiş pozuntu onun təqsiri üzündən baş vermiş olsun. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.3.2-ci, 7.7-ci, 9.1-ci, 9.4-cü, 9.19-cu bəndləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq, qanunsuz və əsassız qətnamə çıxarmışdır. Belə ki, məhkəmə iddianın təmin edilməsinin əsası kimi göstərmişdir ki, həmin enerji itkisinin iddiaçının təqsiri üzündən baş verməsi mümkün deyil, belə ki, həmin ərazi xüsusi mühafizə altındadır, həmin əraziyə xüsusi icazə ilə yalnız cavabdehin yerli nümayəndəsi ilə birlikdə daxil olmaq mümkündür. Lakin cihazların harada yerləşməsindən asılı olmayaraq abonentə təhvil verildikdən sonra ona cavabdehliyi abonent özü daşıyır. Bundan əlavə, Şəki Kommersiya Məhkəməsi tərəfindən işə baxılan zaman iddiaçının pozuntu aşkar edildikdən əvvəl və sonrakı sərfiyyatı nəzərə alınmamışdır. Lakin abonentin “abunə haqqında” məlumatında açıq-aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfiyyatı ilə sonrakı dövrdəki sərfiyyatı arasında fərq olduqca böyükdür. Əsas məsələ, qüsurun sayğacda olub-olmaması deyil, qüsurun sayğacın işinin pozulmasına səbəb olub-olmamasıdır. Odur ki, Şəki Kommersiya Məhkəməsinin 23 fevral 2021-ci il tаrixli, e-2-2(117)-54/2021 saylı qətnaməsi ləğv edilməli, apellyasiya şikayəti təmin edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən iddiaçı “Şəki Rayon Mərkəzi Xəstəxanası” X7in nümayəndələri Nümayəndə3 və Nümayəndə2 Şəki Kommersiya Məhkəməsinin 23 fevral 2021ci il tаrixli, e-2-2(117)-54/2021 saylı qətnaməsinin ləğv edilməməsini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “xxxx” İstehsalat Birliyinin nümayəndəsi heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 5.3.2-ci bəndində qeyd edilir ki, yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyriistehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. 7.7. Bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna olmaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.4-cü bəndinə əsasən istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. 9.19-cu bəndinə əsasən istehlakçının təqsirindən baş vermiş qəza nəticəsində enerjitəchizatı müəssisəsinə ziyan dəydikdə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.), istehlakçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq enerjitəchizatı müəssisəsi qarşısında maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, Şəki Kommersiya Məhkəməsinin 23 fevral 2021-ci il tаrixli, e-2-2(117)-54/2021 saylı qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayəti təmin edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 23 fevral 2021-ci il tаrixli, e-2-2(117)-54/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəf elektrik təminatı hər iki yarımstansiyada onu təmin edən sayğac sistemində nasazlığın olması enerji təchizatında fasilələrin olması barədə cavabdehə məlumat vermiş, iddiaçının nümayəndəsinin öz iradəsinə uyğun daxil ola bilmədiyi xüsusi mühafizə olunan yarımstansiyaya 02.07.2020-ci il tarixdə daxil olaraq “xxxx” ASC-nin Nəzarət Departamentinin əməkdaşları A.Məmmədov, E.Yusifov və E.Əsgərov tərəfindən Şəki şəhəri, Z.Əliyeva küçəsi 177-də yerləşən “Şəki rayon Mərkəzi Xəstəxanasının sayğac uçot dəstinə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı Mərkəzi Xəstəxanaya məxsus 10 kv-luq yuvada gərginlik transformatorunun yerləşdiyi yuvanın qapısına vurulmuş möhürün yerində olmadığı və sayğacın alt qapaq möhürünün sim keçən dəliklərində genişlənmə olduğu aşkar edilmişdir. Kompüter vasitəsi ilə sayğacın yaddaşı oxunmuş və məlum olmuşdur ki, 07.05.2020-ci tarixindən, 03.06.2020-ci il tarixinə və 05.06.2020-ci il tarixindən, 11.06.2020-ci il tarixinə kimi gərginlik açılmaları var və sayğac həmin tarixlərdə sxemindən keçən yükü qeyd etməmişdir. Həmin baxış keçirilərkən iddiaçının nümayəndələrinin iştirakını təmin etməmişlər. Nəticədə 08.07.2020-ci il tarixli AKT Komissiyasının icra vərəqi ilə 10092,51 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh apellyasiya şikayətində cihazların harada yerləşməsindən asılı olmayaraq abonentə təhvil verildikdən sonra ona cavabdehliyi abonentin daşıdığını bildirsə də, həmin enerji itkisinin iddiaçının təqsiri üzündən baş verməsi sübut edilmir. Belə ki, həmin ərazi xüsusi mühafizə altındadır, həmin əraziyə xüsusi icazə ilə yalnız cavabdehin yerli nümayəndəsi ilə birlikdə daxil olmaq mümkündür. İddiaçının 02.07.2020-ci il tarixli aktda qeyd edilən “transformatorunun yerləşdiyi yuvanın qapısına vurulmuş möhürün yerində olmadığı və sayğacın alt qapaq möhürünün sim keçən dəliklərində genişlənmə olduğu, 07.05.2020-ci tarixindən 03.06.2020-ci il tarixinə və 05.06.2020-ci il tarixindən 11.06.2020-ci il tarixinə kimi gərginlik açılmalarının olmasının və sayğac həmin tarixlərdə sxemindən keçən yükü qeyd etməməsinin iddiaçının təqsiri üzündən baş verməsi sübut olunmur. İddiaçının balans mənsubiyyəti sərhədi həmin yarımstansiyalarda elektrik xəttinə qoşulma sıxacları olsa da, qeyd edilən sayğaclar və həmin sıxaclar yarımstansiya ərazisində yerləşir, iddiaçının həmin əraziyə daxil olması yalnız cavabdehin yerli nümayəndələrinin iştirakı ilə mümkün ola bilər və bu daxil olma yalnız sayğac göstəricisini qeyd etməklə kifayətlənir. Bundan başqa cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında izahat verərək qeyd etmişdir ki, həqiqətən iddiaçı tərəfin sayğaca müdaxilə etməsi qeyri-mümkündür. Belə ki, həmin ərazi xüsusi mühafizə altındadır, həmin əraziyə xüsusi icazə ilə yalnız cavabdehin nümayəndəsi ilə birlikdə daxil olmaq mümkündür. Bununla belə aktın yazılmasına əsas sayğacın sərfiyyatı qeydə almaması olmuşdur. Mübahisə predmetinə dair aktın məzmunundan göründüyü kimi, baxış keçirilərkən və akt tərtib edilərkən istehlakçı iddiaçı tərəfin nümayəndəsinin iştirakı təmin olunmamışdır. Onların aktı imza edibetməyəcəklərindən asılı olmayaraq nümayəndənin, ən azından iştirakı təmin olunmalı idi. Göründüyü kimi elektrik enerjisindən istifadə qaydalarına əməl olunmasının vəziyyəti yoxlanılarkən və bu barədə akt tərtib edilərkən yalnız cavabdeh müəssisəsinin əməkdaşlarının iştirakı təmin olunmuş, maraqlı şəxslərin iştiraki təmin edilməli olduğu halda edilməmişdir. Halbuki, “xxxx” İstehsalat Birliyinin əməkdaşı birinci növbədə istehlakçının məsuliyyətə cəlb etməkdə maraqlı olmamasını, qərəzsiz olmasını təmin etməlidir. Onun qərəzsizliyinə şübhə yarada bilən bütün hərəkətlərdən çəkinməlidir. Əks halda onun fəaliyyəti qüsurla həyata keçirilmiş olur. Eyni zamanda, qəbul edilmiş nəticənin qanunazidd olduğunu iddia etmək imkanını istehlakçı üçün yaratmış olur. Həmçinin, cavabdeh “xxxx” İstehsalat Birliyi istehlakçıya münasibətdə daha güclü tərəfdir və mübahisələndirilən aktın qanuni və əsaslı olmasını sübut etməyə borcludur. Qəbul edilmiş aktın qanuni və əsaslı olmasını sübut edə bilmədikdə, iddianın haqlı olması halı qəbul edilir. Qeyd edilənlərin əksinə olaraq iddiaçı tərəf elektrik təminatının hər iki yarımstansiyada onu təmin edən sayğac sistemində nasazlığın olması enerji təchizatında fasilələrin olması barədə cavabdehə məlumat vermişdir. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi lazım bilir ki, hazırkı iş üzrə cavabdeh enerji satışı sahəsində təbii inhisarçı olan dövlət müəssisəsidir. Tələb cavabdehin tərtib etdiyi akt əsasında zərər qismində hesablanmış pulun silinməsi ilə bağlıdır. MPMin 77.2-ci maddəsinə əsasən həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi cavabdehin üzərində olmuşdur. Məhkəmə kollegiyası cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada abonentin iştirakı olmadan tərtib edilmiş həmin aktı mötəbər sübut hesab etməyərək belə qənaətə gəlir ki, iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Eyni zamanda kollegiya qeyd edir ki, apellyasiya şikayəti formal mülahizələr əsasında hazırlandığından əsassızdır və birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin 23 fevral 2021-ci il tаrixli, e-2-2(117)-54/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh “xxxx ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 23 fevral 2021-ci il tаrixli, e-2-2(117)-54/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Elçin Hüseynov Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2-2(107)-38/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-38/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver