Məhkəmə qərarları › İş №2-2(107)-4/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-4/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-4/2021 26.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi Ömərov Ramil Şaiq oğlunun, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “təbii qazdan istifadəyə görə yaranmış 14338,80 manat debitor borcu və 30 manat dövlət rüsumu əvəzinin cavabdehdən tutularaq ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(117)-318/2020 nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа baxaraq, müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hаkim Rüfət Məcidov) xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(117)-318/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh “xxxx” MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 14338,80 manat borc və 30 manat dövlət rüsumu əvəzinin tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmişdir. İşin hаllаrı: İddiaçı ilə cavabdeh arasında Göyçay şəhəri Mirzəhüseynli küçəsində yerləşən cavabdehə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2018-ci il tarixdə AXX-1/3550 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında debitor borc yaranmış və həmin borc ödənilməmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 1000 manat ödəniş edilsə də, hazırda xx.xx.2020-ci il tarixə borcun artaraq 14338,80 manat olduğunu bildirmiş və təbii qazdan istifadəyə görə yaranmış 14338,80 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli protokol qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “İddiaçı“ X2 X4 İdarəsinin xidməti ərazisində Göyçay şəhəri Mirzəhüseynli küçəsində yerləşən cavabdeh müvafiq qaydada qazlaşdırılmaqla qaz hesabı açılmışdır. Cavabdehə təbii qazın verilməsi üçün “Qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdeh istehlak etdiyi təbii qazın dəyərini ödəmədiyindən qaz hesabında debitor borc yaranmış, yaranmış borc bu günədək dəfələrlə müraciət edilməsinə baxmayaraq ödənilməmişdir. Cavabdehə borcun ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası MPM-in 4.3-cü maddəsinin tələbinə uyğun borclunun ünvanına pretenziya göndərilsə və həmin pretenziya rəsmi şəkildə qəbul edilsə də, keçən dövr ərzində qarşı tərəfdən heç bir ödəniş edilməmişdir. Tələb olunan borc ödənilmədiyindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Beləliklə, cavabdeh onunla bağlanılmış “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq tərəflər nümayəndələrinin iştirakını təmin etməmiş, iddiaçı ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, cavabdeh xx.xx.2020-ci il tarixdə teleqramla müraciət edərək Şəki şəhərinə girişçıxışın bağlı olması səbəbindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Şəki şəhərinə giriş-çıxışın qadağan edilməsi məhkəmə iclasına çağırılan proses iştirakçılarına aid edilmədiyindən (məhkəmə bildirişini göstərməklə məhkəmə iclasına gəlmək və getmək mümkündür) məhkəmə cavabdehin teleqramda qeyd etdiyi səbəbləri üzrsüz hesab edərək Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, abonentlərin saldoları, pretenziya məktubu, qaz sayğacının yoxlanması haqqında akt və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(117)-318/2020 nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Аpellyаsiyа şikаyətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti cavabdeh “xxxx” MMC tərəfindən onunla əsaslandırılmışdır ki, məhkəmənin sözügedən qətnaməsi əsassızdır və ləğv edilməlidir. Belə ki, İddiaçı İB tərəfindən yaranmış borc məbləğinin hesablanması zamanı müəssisəyə yerləşdirilmiş qaz sayğacı İddiaçıın müvafiq laboratoriyasına aparılaraq müayinə edilmiş və onların iştirak ilə aparılan yoxlamada sayğacın elektron hesablama sistemi ilə mexaniki hesablama sisteminin göstəriciləri arasında böyük fərqin olduğu, eyni zamanda, sayğacın mübahisəli məbləği düzgün hesablamadığı müəyyən edilmişdir. Əlavə olaraq məhkəmə araşdırması zamanı İddiaçı İB-yə yaranmış borcla əlaqədar tərəflərindən ödənilmiş 6000 manat məbləğində pul nəzərə alınmamış və borcdan silinməmişdir. Habelə, sayğacın yoxlanması zamanı sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisi biri-birinə uyğun hesablanmalı olduğu halda hesablanma doğru aparılmamış, sayğacın mexaniki hissəsi ilə elektron hissəsi arasında aparılan hesablamalarda böyük fərq müəyyən edilmişdir. Bundan başqa, hazırkı iş üzrə iddia veriləndən sonra iddiaçı tərəfindən cavabdehə göndərilmiş müvafiq aktda borc məbləğinin 14338,80 manat göstərilməsi faktı da iş üzrə iddia tələbinin şişirdilmiş rəqəmlər üzərində qurulmasının göstəricisidir... Hesab edir ki, apellyasiya şikayəti qanuni və əsaslıdır, buna görə də təmin olunmalıdır. Аpellyаsiyа instаnsiyаsı məhkəməsinin iclаsındа cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X3 аpellyаsiyа şikаyətini müdаfiə edib оnun məzmununа uyğun izаhаt verərək, apellyasiya şikayətinin təmin edilməsini və cavabdehin üzərinə qanunsuz olaraq artıq hesablanmış borcun silinməsini xahiş etdi. Аpellyаsiyа məhkəməsinin iclаsındа İddiaçı İB-nin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(117)-318/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(117)-318/2020 nömrəli qətnaməsi dəyişdirilməli və iddia tələbinin təmin olunmuş miqdarı (borc məbləği) azaldılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məlum olduğu kimi, ARDNŞ-in (SOCAR-ın) İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2009-cu il tarixli 366 nömrəli "Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" Sərəncamı ilə "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasında yaradılmışdır. İstehsalat Birliyi Azərbaycan Respublikası ərazisində təbii qazı təchizat nöqtələrindən qəbul edərək, paylanması və satışını həyata keçirir. Göründüyü kimi, Birlik təbii qazın paylanması və satışı sahəsində təbii inhisar subyekti qismində fəaliyyət göstərir. Eyni zamanda, İddiaçı təbii qazın satışını həyata keçirən və bunun nəticəsində mənfəət əldə edən kommersiya təsərrüfat subyektidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında Göyçay şəhəri Mirzəhüseynli küçəsində yerləşən cavabdehə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2018-ci il tarixdə AXX-1/3550 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürüdüyü öhdəliklərini yerinə yetirərək abonenti qaz ilə təhciz etmiş, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən onun istifadə etdiyi təbii qaza görə debitor borcu yaranmışdır. İddiaçının hesablamasına görə cavabdehin xx.xx.2020-ci il tarixə olan debitor borcu 14338,80 manat təşkil etmişdir. Ona görə də həmin borcun iddiaçının xeyrinə cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi hesablanmış borcun şişirdilmiş olması barədə dəlilini onunla əsaslandırmışdır ki, iddiaçı "İddiaçı" İB-nin nəzarətçisi 2020ci ilin may ayı üçün cavabdehin qaz sərfiyyatının sayğac üzrə göstəricilərini çıxararkən təhrifə yol vermiş, nəticədə həmin ayda cavabdeh “xxxx” MMC tərəfindən istifadə olunmuş təbii qazın miqdarı 81690 m3, dəyəri 16.338 manat hesablanmışdır. Halbuki, havaların artıq istiləşdiyi aprel-may aylarında müəssisə tərəfindən həmin miqdarda təbii qazın sərf edilməsi mümkün deyildir. Aprel ayında sərfiyyat 43740 m3, dəyəri 8748 manat olduğu halda may ayında göstəricilərin təxminən 2 dəfə artması ola bilməz. Bununla əlaqədar o, araşdırma aparmış, "İddiaçı" İB-dən “xxxx” MMC-də quraşdırılmış sənaye qaz hesablama sayğacının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün göstəricilərinin izahlı qaiməsini əldə etmişdir. Müqayisəli təhlil zamanı məlum olur ki, nəzarətçi Tural Vəliyev tərəfindən tərtib olunmuş xx xxx 2020-ci il tarixli aktda həmin tarixə sayğacın elektron göstəricisi ******* yazıldığı halda əslində bu göstərici xx.xx.2020-ci il tarixə aiddir. xx.xx.2020-ci il tarixə aid olan həqiqi göstərici isə ******* olmuşdur. Eyni zamanda, sayğacın əvvəlki ayın sonuna (xx.xx.2020-ci il tarixə) elektron göstəricisi ******* olmuş, lakin xx xxx 2020-ci il tarixli aktda həmin göstərici ******* kimi yazılmışdır. Beləliklə də, nəzarətçinin aylıq sərfiyyat aktında sayğac üzrə əvvəlki ayın göstəricisini azaltması və axırıncı göstəricini çoxaltması nəticəsində fərq süni şəkildə artırılaraq sərfiyyat qəsdən şişirdilmişdir. Cavabdehin hesablamasına görə qeyd edilən üsulla iddiaçı tərəfindən “xxxx” MMC-nin 2020-ci ilin may ayında təbii qaz sərfiyyatı 36705 m3 miqdarında şişirdilmiş və buna uyğun olaraq cavabdehin üzərinə 7.341 manat artıq borc hesablanmışdır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin təqdim etdiyi sənədləri iddiaçının nümayəndəsinin iştirakı ilə tədqiq edərək bu nəticəyə gəlir ki, cavabdehin dəlilləri qismən əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “xxxx” MMC-də quraşdırılmış sənaye qaz hesablama sayğacının xx.xx.2020-ci il tarixə olan göstəricisi həqiqətən də xx xxx 2020-ci il tarixli aylıq sərfiyyat aktında yazıldığı kimi ******* deyil, əslində 7946499, akt tərtib olunan xx.xx.2020-ci il tarixə isə ******* deyil, əslində ******* olmuşdur. Beləliklə də, 2020-ci ilin may ayında müəssisənin qaz sərfiyyatı xx xxx 2020-ci il tarixli aktda göstərilən 81690 m3 (8002***-*******) həcmində deyil, faktiki olaraq 53603 m3 (8000***-*******) həcmində olmuşdur. Nəticədə cavabdehin üzərinə 28087 m3 (81690-53603) həcmində artıq sərfiyyat və buna uyğun olaraq 5.617,40 manat məbləğində artıq borc hesablanmışdır. Göründüyü kimi, cavabdeh 2020-ci ilin may ayında 16.338,00 manat dəyərində deyil, həqiqətdə 10.720,60 manat dəyərində təbii qaz istifadə etmişdir. Ona görə də cavabdehin xx.xx.2020-ci il tarixə olan debitor borcu 5.617,40 manat məbləğində, yəni 14.338,80 manatdan 8.721,40 manata azaldılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası cavabdehin müəssisəyə məxsus qaz sayğacının sərfiyyatı düzgün olmamaqla həmişə artıq hesablaması, bunun sayğacın xx.xx.2020-ci il tarixdə yoxlamadan keçirilməsi nəticələrinə dair xx.xx.2020-ci il tarixli laboratoriya aktında da öz əksini tapması, həmin aktda sayğacın elektron göstəricisinin sərfiyyatı mexaniki göstəricisindən böyük fərqlə çox qeyd etməsinin təsdiq olunması barədə dəlilləri ilə əlaqədar hesab edir ki, həmin dəlillər yetərincə əsaslı deyildir. Belə ki, Qaz sayğacının yoxlanması haqqında xx.xx.2020-ci il tarixli Aktla müəyyən edilmişdir ki, sayğacın mexaniki hissəsi işləkdir, sızma yoxdur, temperatur və təyziq çeviriciləri normaldır, yoxlama zamanı verilən impulslar qeydə alınmışdır və impuls ötürücüsü işləyir. Minimal sərfiyyatda xəta normaya uyğun deyil, batareya tələb olunur. Göründüyü kimi, sayğacın işi və sərfiyyat göstəricisi ümumən normaldır. Şərh olunanlara əsasən məhkəmə kollegiyasının qənaətincə, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli və Şəki Kommersiya Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(117)-318/2020 nömrəli qətnaməsi dəyişdirilməli, iddiaçının 14.338,80 manat məbləğində debitor borcu tələbinin 5.617,40 manat məbləğində hissəsi əsassız olduğundan təmin edilməməli, qalan 8.721,40 manat məbləğində hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 384.0.3-cü maddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(117)-318/2020 nömrəli qətnaməsi dəyişdirilməli, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “təbii qazdan istifadəyə görə yaranmış 14338,80 manat debitor borcu və 30 manat dövlət rüsumu əvəzinin cavabdehdən tutularaq ödənilməsi tələbinə dair” iddiası qismən, yəni debitor borcuna aid hissədə 8721,40 manat məbləğində təmin edilməli, iddia tələbi borca aid qalan hissədə təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun da 10 manatı iddiaçının özünə aid edilməli, qalan 20 manat məbləği cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(117)- 318/2020 nömrəli qətnaməsi dəyişdirilsin. İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “təbii qazdan istifadəyə görə yaranmış 14338,80 manat debitor borcu və 30 manat dövlət rüsumu əvəzinin cavabdehdən tutularaq ödənilməsi tələbinə dair” iddiası qismən, yəni debitor borcuna aid hissədə 8721,40 manat (səkkiz min yeddi yüz iyirmi bir manat 40 qəpik) məbləğində və dövlət rüsumunun əvəzinə aid hissədə 20 (iyirmi) manat məbləğində təmin edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(117)-318/2020 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnаmədən surəti işdə iştirаk edən şəxslərə rəsmi qаydаdа verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikаyəti verilə bilər. Hazırkı qətnаmədən şikаyət verilmədiyi hаldа qəbul edildiyi gündən 2 аy keçdikdən sоnrа qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar