Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-75/2021 30.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “17183 manat debitor borcun silinməsi” tələbi üzrə ilkin iddiaya və Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “ilkin iddia tələbinin rədd edilməsi, 41324,20 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dаir kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, e-2-2(117)- 159/2021 nömrəli qətnaməsindən iddiaçı Fəxrəddin-K” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, e-2-2(117)-159/2021 saylı qətnaməsi ilə (hakim Mübariz Hüseynov) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “17183 manat debitor borcun silinməsi” ilkin iddiası rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 27642,20 (iyirmi yeddi min altı yüz qırx iki manat iyirmi qəpik) manat məbləğində pul və 20,03 (iyirmi manat üç qəpik) manat dövlət rüsumu tutularaq Cavabdeh hesabına ödənilməsi, ödənilmiş 9,93 (doqquz manat doxsan üç) qəpik dövlət rüsumunun Cavabdehnə aid edilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus **********00180 saylı abonent koduna işlənmiş 21634 kub metr və onun dəyəri olan 17183,40 manat debitor borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndələri tərəfindən 26.09.2019-cu il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş ******* nömrəli akta əsasən sayğacın daxili çirklidir və göstəricilər arasında fərq mövcuddur. İmplus ötrücünün naqili steykerə birləşən hissədən cüzi aralanıb. 04.02.2019-cu il tarixdən 08.07.2019-cu il tarixədən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=2.35 bar, korreksiya olunmuş maksimal qaz həcmi 331 kub metr, korreksiya olunmuş azın həcmi 173 kub metr qeydə alınmışdır. İmpuls ötürücünün ştikerinin nasazlığı səbəbindən elektron göstərici mexaniki göstəricidən 21634 kub metr azdır. Həmin akt əsasında 30.09.2019-cu il tarixdə verilmiş “Dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən impuls ötürücünün ştikerinin nasazlığı səbəbindən elektron göstərici mexaniki göstəricidən 21634 kub metr azdır, mütləq təzyiq P=2,35. 21634 kub.m x 2,35=50840 kub.m x 0,20 qəpik = 10168 manat. Cavabdeh nümayəndələri tərəfindən 19.07.2019-cu il tarixdə tərtib edilmiş “Qeyriəhali qaz sayğacının yoxlanması haqqında” Akta (SS №29/1********) əsasən, yoxlama nəticəsində normal sərfiyyatda xətanın normaya uyğun olmadığı müəyyən edilmiş, şteyker yenisiylə əvəz edilmişdir. Həmin qərara əsasən, "xxxx" MMC-yə məxsus kərpic sexinin hesabında göstəricininin abonent bazasına düzgün işlənilməməsi səbəbindən 1131,80 manat borc məbləğinin silinməsi qərara alınmışdır. 23.02.2021-ci il tarixdə quraşdırılmış sayğacın göstəricilərinə əsasən hazırlanan Abonentin saldosunda 2019-cu ilin 04.02.2019-08.07.2019-cu il tarixləri ərzində işlədilən təbii qaza əsasən 8147,20 manat, iyul-avqust aylarında işlədilən təbii qaza görə 10168 manat pul hesablanmışdır. Cavabdeh İB-nin birinci instansiya məhkəməsinə ünvanladığı məktubda qeyd edilmişdir ki, abonent kodu **********00180 olan istehlakçı "xxxx" MMC-yə (kərpic istehsal edən müəssisə) verilən təbii qazın hesabatını aparan G-250 markalı 75019142 nömrəli rotor tipli elektrik qaz sayğacı layihə smeta sənədlərinə əsasən müəssisədən 5,5 kv.m məsafədə 5 saylı X3 Stansiyasında (müəssisənin ərazisində deyil) mənbədə quraşdırılmışdır. 03.06.2021-ci il tarixə Abonentin saldosundan görünür ki, qeyd edilən tarixə "xxxx" MMC-nin 27642,20 manat borcu vardır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin yanvar, fevral, mart, aprel və may aylarında fəaliyyət göstərməsinə yəni təbii qazdan istifadə etməsinə baxmayaraq, həmin aylarda sayğacın göstəricisi “0” olmuş, sərfiyyat olmaması kimi qeyd edilmiş, əvvəlki ildən qalıq borc 8426,12 manat qeyd edilmişdir. 14.04.2021-ci il tarixdə Cavabdeh "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, 41324,20 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi izahatında ilkin iddia tələbini müdafiə edərək bildirmişdir ki, təmsil etdiyi müəsissə geniş istehsal həcmli müəsissə olmaqla təbii qazdan istifadə ilə bağlı öhdəliklərini vaxtında icra edir. Onlara xidmət edən qaz sayğacı həqiqətən X3 stansiyada yerləşir. Onların həmin stansiyaya giriş imkanları həmin stansiyanı məlumatlandırmaqla onların nümayəndəsi ilə birlikdə mümkündür. Cavabdeh təşkilatın yerli qurumları tərəfindən təqdim edilən bildiriş əsasında qaz borclarını vaxtında ödəmişlər. 2019-cu ilin yanvar-iyun aylarında təmsil etdiyi müəsissə fəaliyyət göstərmiş, 2019-cu ilin sentyabr ayında mübahisələndirilən akt yazıldıqdan sonra fəaliyyəti bir müddət dayanmış və sonradan fəaliyyəti bərpa edilmişdir. Cavabdeh təşkilat onlara əsassız borc yazmış və bunu əsaslandıra bilməmişdir. İlkin iddiaçının nümayəndəsi iddialarının təmin edilməsini xahiş etmiş və qarşılıqlı iddianı 10459,2 manat hissədə qəbul etdiyini və buna uyğun qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiasını müdafiə edərək bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xidmət edən qaz sayğacı X3 stansiyada yerləşir və ikin iddiaçının həmin stansiyaya müvafiq məlumatlandırma aparmaqla ora daxil olma imkanları mövcuddur. İddiaçıya xidmət edən sayğaca baxış keçirilərkən 24.06.2019cu il tarixdə sayğacın elektron göstəricisinin sərfiyyatı qeyd etməməsi müəyyən edilmiş, sayğac çıxarılmış, çıxarılan zaman mexaniki göstəricidə qeydə alınmış qaz sərfiyyatın məbləği olan 8147,20 manat həmin təşkilatın saldosuna qeyd edilmiş və sonradan sayğacın labaratoriyada müayinəsı zamanı İmpuls ötürücünün ştikerinin nasazlığı səbəbindən elektron göstərici ilə mexaniki göstərici arasında 21634 kub metr fərq olduğu müəyyən edilmiş və həmin qazın dəyəri olan 10168 manat məbləğində vəsat onun saldosunda qeyd edilmişdir. Bundan əlavə iddiaçı təşkilat 2019-cu ilin yanvar-may aylarında fəaliyyət göstərsə də onun qaz sayğacında göstərici “0” olmuş,sayğac keçən təbii qazı qeyd etməmiş, iddiaçının analoji 2018-ci ildə, 2017-ci ildə analiji aylarda qaz sərfiyyatı iddiaçının mübahisələndirdiyi məbləğdən dəfələrlə artıq olmuşdur. Ona görə də ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Proses iştirakçıları tərəfindən icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara aktlar, tələbnamə, qazın alqı-satqı müqaviləsi, abonentin saldosu, sayğacın çıxarılması barədə aktlar, qazın dəyərinin ödənilməsi ilə bağlı akt və sənədlər və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti birinci instаnsiyа məhkəməsinin qətnаməsindən apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, qəbul olunmuş həmin qətnaməni qanunsuz, əsassız və ədalətsiz hesab edirlər. Belə ki, təmsil etdiyi müəsissə geniş istehsal həcmli müəsissə olmaqla təbii qazdan istifadə ilə bağlı öhdəliklərini vaxtında icra etmişdir. Müəsissəyə xidmət edən qaz sayğacı İsmayıllı rayonun Talıstan kəndi ərazisində qaz paylayıcı stansiyada yerləşir. Həmin stansiyaya giriş imkanları həmin stansiyanı məlumatlandırmaqla onların nümayəndəsi ilə birlikdə mümkündür. Cavabdeh yerli qurumları tərəfindən təqdim edilən bildiriş əsasında qaz borclarını vaxtında ödəmişlər. Ödənilməmiş qalan borcun ödənilməsi üçün öhdəlik götürülərək müəyyən olunmuş müddətdə bütün borcun ödənilməsi təmin olunmuşdur. 2019-cu ilin sentyabr ayında mübahisələndirilən akt yazıldıqdan sonra fəaliyyətləri bir müddət dayanmış və sonradan fəaliyyətləri bərpa edilmişdir. Cavabdeh təşkilat müəsissəmizə əsassız borc yazmış və bunu əsaslandıra bilməmişdir. Yalnız müəsissəyə bunu bildirmişlər ki,Cavabdeh tərəfindən 26.09.2019-cu il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş ******* nömrəli akta əsasən sayğacın daxili çirklidir və göstəricilər arasında fərq mövcudluğu, implus ötrücünün naqili steykerə birləşən hissədən cüzi aralanıb.04.02.2019cu il tarixdən 08.07.2019-cu il tarixədək saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=2.35 bar, korreksiya olunmuş maksimal qaz həcmi 331 kub metr, korreksiya olunmuş qazın həcmi 173 kub metr qeydə alınmışdır. Bildirmək istəyirik ki, müəsissəyə quraşdırılmış qaz sayğacının mexaniki və elektron hissəsi normal işləməməsi müəsissənin günahı deyildir. Cavabdeh guya sayğac göstəriciləri əsasında müəyyən etdiyi qaz sərfıyyatı real istifadə etdiyi qazın dəyəri kimi qiymətləndirmişdir. Halbu ki, qeyd olunmuş rəqəmlər əsassız yalan və qondarmadır. Ona görə də, Şəki Kommersiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, e-2-2(117)-159/2021 saylı qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini və ilkin iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Şəki Kommersiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, e- 2-2(117)-159/2021 saylı qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini və ilkin iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, e-2-2(117)-159/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından göründüyü kimi, Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən 19.07.2019-cu il tarixdə “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” Akt (SS №29/1640-01494) tərtib edilərək yoxlama nəticəsində normal sərfiyyatda xətanın normaya uyğun olmadığı müəyyən edilmiş, şteyker yenisiylə əvəz edilmiş və "xxxx" MMCyə məxsus kərpic sexinin hesabında göstəricilinin abonent bazasına düzgün işlənilməməsi səbəbindən 1131,80 manat borc məbləğinin silinməsi qərara alınmışdır. Cavabdeh nümayəndələri tərəfindən 26.09.2019-cu il tarixdə yenidən texniki baxış keçirilərək müəyyən edilmişdir ki, ******* nömrəli akta əsasən sayğacın daxili çirklidir və göstəricilər arasında fərq mövcuddur. Belə ki, impuls ötürücünün ştikerinin nasazlığı səbəbindən elektron göstərici mexaniki göstəricidən 21634 kub metr azdır. Həmin akt əsasında 30.09.2019-cu il tarixdə verilmiş “Dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən impuls ötürücünün ştikerinin nasazlığı səbəbindən elektron göstərici mexaniki göstəricidən 21634 kub metr azdır, mütləq təzyiq P=2,35. 21634 kub.m x 2,35=50840 kub.m x 0,20 = 10168 manat. 23.02.2021-ci il tarixdə quraşdırılmış sayğacın göstəricilərinə əsasən hazırlanan Abonentin saldosunda 2019-cu ilin yanvar-iyun ayları ərzində işlədilən təbii qaza əsasən 8147,20 manat, iyul-avqust aylarında işlədilən təbii qaza görə 10168 manat pul hesablanmışdır. 23.02.2021-ci il tarixdə quraşdırılmış sayğacın göstəricilərinə əsasən hazırlanan Abonentin saldosunda 2019-cu ilin yanvar-iyun ayları ərzində işlədilən təbii qaza əsasən 8147,20 manat, iyul-avqust aylarında işlədilən təbii qaza görə 10168 manat pul hesablanmışdır. Göründüyü kimi iddiaçı 21634 kub metr təbii qaza görə hesablanmış 17183,40 manat məbləğində təbii qazın dəyərinin onun abonent kodundan silinməsini tələb edir. Lakin qeyd edilməlidir ki, həmin 21634 kub metr təbii qazın dəyəri 17183 manat deyil, 10168 manatdır. Ona görə də iddiaçı qalan digər məbləği mübahisələndirməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Göründüyü kimi, "xxxx" MMC-yə məxsus olan sayğaca texniki baxış keçirilərkən və sayğac dəyişdirilərkən qeyd edilən normalara riayət edilmişdir. Belə ki, həmin sayğac "xxxx" MMC-nin fəaliyyət göstərdiyi sahədə deyl, 5,5 km aralıda X3 stansiya da yerləşir. Bu səbəbdən yuxarıda qeyd edilən qanununvericiliyin tələbləri pozulmamışdır. Bu faktları tərəflər və iş materialları təsdiq edir və işin mübahisələndirilməyən hallarıdır. İlkin iddia üzrə işin mübahisələndirilən halı 2019-cu ilin yanvar, fevral, may, aprel və may ayına qədər hesablanan 8147,20 manat pul, həmçinin sentyabr ayında yenidən yoxlama keçirilərkən hesablanan 10168 manat pulun əsassız hesablanması ilə bağlıdır. Birinci instansiya məhkəməsi ilk öncə 8147,20 manat pulun hesablanmasına münasibətdə qeyd etmişdir ki, əvvəla "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həmin dövrlərdə müəssisənin fəaliyyətdə olduğunu təsdiqləyir. Həmçinin, abonent saldosunda digər fəaliyyət illəri ilə müqayisə aparılan zaman da təbii qazdan həmin məbləğdə istifadə edilməsinin mümkünlüyünü ağlabatan hesab edir. Belə ki, 2014-2020-ci illərin sərfiyyat göstəricilərinə baxdıqda istənilən ilin ilk beş ayında təbii qazdan istifadənin məbləği 2019cu ilin ilk beş ayı üçün hesablanan məbləğdən xeyli çoxdur. Odur ki, həmin məbləğdə təbii qazdan istifadə edilməsi ağlabatandır. Belə ki, 2019-cu ildən əvvəlki 2018-ci ilin yanvarmay aylarında iddiaçı müəsissə qaz sərfiyyatına görə 61706 manat məbləğində vəsait ödəmişdir. Bundan əlavə 8147,20 manat 2019-cu ilin iyun ayının 24-də sayğac çıxarılarkən üzərində mexaniki göstəricinin qaz sərfi olmuş və ilk iddiaçının hesabına vurulmuşdur. Baxmayaraq ki, bu məbləğ iddiaçı tərəfindən mübahisələndirilməyib, məhkəmə bu hala da aydınlıq gətirmişdir. 2019-cu ilin fevral-iyul ayları üçün hesablanan 10168 manata münasibətdə məhkəmə qeyd edir ki, iyul ayında yeni quraşdırılan sayğacda baş verən nasazlıqlarla bağlı yenidən yoxlama keçirilərkən müəyyən edilmişdir ki, sayğacın daxili çirklidir və göstəricilər arasında fərq mövcuddur. Belə ki, impuls ötürücünün ştikerinin nasazlığı səbəbindən elektron göstərici mexaniki göstəricidən 21634 kub metr azdır. Bununla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş ******* nömrəli akt tərtib edilmişdir. Cavabdeh nümayəndələri tərəfindən 19.07.2019-cu il tarixdə aparılan yoxlama nəticəsində normal sərfiyyatda xətanın normaya uyğun olmadığı müəyyən edilmiş və "xxxx" MMC-yə məxsus kərpic sexinin hesabında göstəricilinin abonent bazasına düzgün işlənilməməsi səbəbindən 1131,80 manat borc məbləğinin silinərək bununla bağlı “Qeyriəhali qaz sayğacının yoxlanması haqqında” Akta (SS №29/1640-01494) tərtib olunmuşdur. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Cavabdeh tərəfindən 2019cu il üzrə "xxxx" MMC-yə hesablanan itirilmiş təbii qazın dəyəri ilə bağlı borc məbləği mövcud olduğundan, iddiaçı tərəfindən dolayı yolla etiraf edildiyindən, yəni, müəsissə işləyə-işləyə sayğacın 2019-cu ilin ilk beş ayı sərfiyyatı qeyd etməməsi və analoji illərin ilk beş ayında iddiaçının qaz sərfiyyatı mübahisələndirilən məbləğdən dəfələrlə artıq olduğundan, bu səbəbdən ilkin iddia əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinin nəzərdən keçirilməsini məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndnə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qeyd edilən normalardan müəyyən edilir ki, ilkin iddiaçı mütəmadi olaraq ona xidmət edən sayğacın sazlığını nəzarətdə saxlamalı və nöqsan aşkar etdiyi təqdirdə qaz xidmətini həyata keçirən təşkilatı əlumatlandırmalıdır. O cümlədən qaz təchizatını həyata keçirən şəxsin nümayəndəsi də eyni vəzifələri daşıyır. Düzdür, 2019-cu ilin ilk beş ayı ərzində sayğac göstəricisinin sərfiyyat olmaması kimi “0” qeyd etməsini CavabdehİB-nin yerli nümayəndələrinin səhlənkarlığı nəticəsində baş verməməsini istisna etmək mümkün deyildir. Lakin müəyyən edilən odur ki, faktiki olaraq istifadə edilmiş qazın dəyəri ilkin iddiaçı tərəfindən ödənilməmişdir. Qarşılıqlı iddiaya münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh İB-nin məhkəməyə təqdim etdiyi 03.06.2021-ci il tarixə “Abonentin saldosu”ndan da göründüyü kimi, "xxxx" MMC-nin həmin tarixə 27642,20 manat borcu mövcuddur. Həmin borcun olduğu sonuncu tərəfindən qismən qəbul edildiyinhən, həmçinin cavabdeh təşkilat tərəfindən iddiaçıya 26.09.2019-cu il tarixli ******* nömrəli akt əsasında 21634 kub metr təbii qaza görə hesablanmış 10168 manat, həmçinin 2019-cu ilin iyun ayının 24-də ilk iddiaçıya məxsus sayğacın yenisi ilə əvəz edilməsi üçün çıxarılarkən sayğacın mexaniki göstəricisində olan qaz sərfinin dəyəri olan 8147,20 manat məbləğində vəsaitin mövcudluğu təsdiq edildiyindən məhkəmənin ilk iddianın hüquqi qiymətləndirilməsi zamanı həmin iddia təmin edilmədiyindən cavabdehin hərəkətlərini qanuni hesab etdiyindən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia üzrə əlavə araşdırma aparılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 3 iyun 2021-ci il tarixli, e-2-2(117)-159/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 3 iyun 2021-ci il tarixli, e-2-2(117)-159/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-75/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-75/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver