Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-18/2024 31.07.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X1 (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh3 nümayəndəsi Cavabdeh4 və vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər - Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “fərdi yaşayış evindən çıxarılma və istifadə hüququnun itirilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-273/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 nümayəndəsi Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına Naxçıvan Muxtar Resp ublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC 28 fevral 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər - Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, **********61-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçəya məxsus Kəngərli rayonu, Qarabağlar kəndində 0.2516 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 256.6 m2, 221.8 m2 yaşayış, 34.8 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evindən çıxarılmaları, cavabdehlərin həmin fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi və mediasiy a xərci olaraq ödənilmiş 50 manatın, dövlət rüsumu olaraq ödənilmiş 50 manatın tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) e-2-2(123)-273/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin əsaslı olduğundan təmin edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 iddiaçı "Kapital Bank” ASC-yə məxsus Naxçıvan MR Kəngərli rayonu, Qarabağlar kəndində 0.0270 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 256.6 m2 olan, 221.8 m2 yaşayış, 34.8 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxarılmaları, cavabdehlərin həmin fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödən ilmiş 50 manat dövlət rüsumu və 50 manat ödənilmiş ilkin mediasiya sessiyası xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddiaçının ödəməkdən azad edildiyi və dövlət büdcəsinə ödənilməli olan 50 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh3 nümayəndəsi Cavabdeh4 vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2- 2(123)-273/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçının tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmiş, kommersiya mübahisəsinə dair iş apelyasiya şikayətinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh3 gəlməmiş, iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki-Prosessual Məcəllə) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi Cavabdeh4 və vəkili Vəkil verdikləri izahatlarında apelyasiya şikayətinin qanuni formada tərtib olunub yenidən verilməsi üçün geri qaytarılmasını xahiş et dilər. Apelyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edildi ki, Cavabdeh3 nümayəndəsi Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti Mülki-Prosessual Məcəllənin 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (2 saylı Əlavə) tərtib edilməmişdir. Mülki-Prosessual Məcəllənin 361.1-ci maddəsində apelyasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 2 saylı Əlavədə göstərilmişdir. Həmin forma onu nəzərdə tutur ki, apelyasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməl idir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apelyasiya şikayətlərinin müəyyən edilmiş forma tələblərinə əməl edilməklə verilməsinin məcburiliyi onunla bağlıdır ki, məhkəmə aktlarından verilən apelyasiya şikayətinin formasını müəyyən edən “2 saylı Əlavə” “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021ci il 9 iyul tarixli Qanunu ilə təsdiq olunmuş və Mülki-Prosessual Məcəlləyə daxil edilmişdir. Bundan əlavə, apelyasiya şikayətinin sözügedən 2 saylı Əlavədə nəzərdə tutulmuş formada verilməsi, məhz Mülki-Prosessual Məcəllənin 361.1-ci maddəsinin tələbidir. Həmin normada Mülki-Prosessual Məcəllə ilə müəyyən edilmiş formada verilən apelyasiya şikayətinə dair tələblər göstərilmiş, Məcəllənin digər 363.1 və 363.1.1-1-ci maddələri isə 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmiş apelyasiya şikayətinin geri qaytarılmalı olduğunu müəyyən etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh3 nümayəndəsi Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyrimümkün hesab edilməli və iş apelyasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 361, 363, 366, 402.2402.2.1, 405.0 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər - Cavabdeh4, Cavabdeh1, Cava bdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “fərdi yaşayış evindən çıxarılma və istifadə hüququnun itirilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-273/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 nümayəndəsi Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və iş apelyasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti
Məhkəmə qərarları › İş №2-2(108)-18/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-18/2024
31.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver