Məhkəmə qərarları › İş №2-2(108)-23/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-23/2024

14.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-23/2024 14.10.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, Cavabdeh və eyni zamanda Cavabdeh3 nümayəndəsi Nümayəndə3, Cavabdeh3 vəkili Vəkil iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Nümayəndə3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “fərdi yaşayış evindən çıxarılma və istifadə hüququnun itirilməsi tələbi” barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2-2(123)-273/2024 nömrəli qətnaməsindən Cavabdeh3 nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 28 fevral 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək, daha sonra iddiaçı 03 iyun 2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək iddia tələbinə cavabdehlər Nümayəndə3, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, **********61-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ”Kapital Bank” ASC-yə məxsus Kəngərli rayonu, Qarabağlar kəndində 0.0270 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 256.6 kvadratmetr, 221.8 kvadratme tr yaşayış, 34.8 kvadratmetr köməkçi sahədən ibarət olan fərdi yaşayış evindən çıxarılması; cavabdehlər Nümayəndə3, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-yə məxsus Kəngərli rayonu, Qarabağlar kəndində 0.0270 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 256.6 kvadratmetr, 221.8 kvadratmetr yaşayış, 34.8 kvadratmetr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi və mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat xərcin, dövlət rüsumu olaraq ödənilmiş 50 (əlli) manat rüsumun tutulması həcmində baxılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) 03 iyun 2024-cü il tarixli, e-2-2(123)-273/2024 nömrəli qətnaməsi ilə iddia tələbi əsaslı olduğundan t əmin edilmiş, cavabdehlər Nümayəndə3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 İddiaçı ASC-yə məxsus Naxçıvan MR, Kəngərli rayonu, Qarabağlar kəndində 0.0270 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 256.6 kv.m olan, 221.8 kv.m yaşayış, 34.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxarılması, cavabdehlər Nümayəndə3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 İddiaçı ASC-yə məxsus Naxçıvan MR, Kəngərli rayonu, Qarabağlar kəndində 0.0270 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 256.6 kv.m olan, 221.8 kv.m yaşayış, 34.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun və 50 (əlli) manat məbləğində ödəni lmiş ilkin mediasiya sessiyası xərcinin cavabdehlər Nümayəndə3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddiaçının ödəməkdən azad edildiyi və dövlət büdcəsinə ödənilməli olan 50 (əlli) manat məbləğində dövlət rüsumunun cavabdehlər Nümayəndə3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e2-2(123)-273/2024 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh3 nümayəndəsi Nümayəndə3 vasitəsilə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2-2(123)-273/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddiaçının tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 31 iyul 2024-cü il tarixli, 2-2(108)-18/2024 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər-Nümayəndə3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “fərdi yaşayış evindən çıxarılma və istifadə hüququnun itirilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-22(123)-273/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və iş apellyasiya şikayətinin geri qay tarılması məsələsinə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə qaytarılmışdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, e-2-2(123)-273/2024 nömrəli qərardadı ilə 01 iyul 2024-cü il tarixdə Cavabdeh3 nümayəndəsi Nümayəndə3 tərəfindən məhkəməyə elektron qaydada daxil olmuş Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2-2(123)273/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, apellyasiya şikayəti verilərkən xx.xx.2024-cü il tarixli, ********** №-li qəbz ilə ödənilmiş 50.00 AZN (Azərbaycan manatı) məbləğində dövlət rüsumunun Cavabdeh3 nümayəndəsi Nümayəndə3 geri qaytarılması, yuxarıda göstərilmiş halların aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxsin yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilməsi qərara alınmışıdır. Cavabdeh3 nümayəndəsi Nümayəndə3 05 avqust 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2-2(123)-273/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə, apellyasiya şikayəti ilə isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2-2(123)-273/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddiaçının tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, e-2-2(123)-273/2024 nömrəli qərardadı ilə Cavabdeh3 nümayəndəsi Nümayəndə3 Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-22(123)- 273/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizəsinin əsaslı olduğundan təmin edilməsi, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2- 2(123)-273/2024 saylı qətnaməsindən Cavabdeh3 nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi və apellyasiya şikayəti əsasında işin apellyasiya qaydasında baxılması üçün prosessual müddət daxilində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndəril məsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi tərəfindən kommersiya mübahisəsinə dair iş apellyasiya şikayətinə baxılması üçün 13 sentyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına göndərilmişdir. Kommersiya mübahisəsinə dair iş 16 sentyabr 2024-cü il tarixdə kollegiyaya daxil olmuşdur. Cavabdeh3 nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, 2016-cı il tarixdə iki dəfə auksion keçirilmiş, onların üçüncü auksionu 23 may 2023-cü tarixdə keçirilmişdir. Sahibkara müraciət etməmiş, sahibkara deyilməmiş bankın özünün öz iştirakı, bir də Auksion Mərkəzinin iştirakı ilə keçirilmişdir. Əmlakın birini 17850 manata, bugünkü məhkəmədə olan əmlakı da 10837 manata alıblar. Onlar üçüncü dəfə auksionu ona məlumat vermədən keçiriblər. Auksion Mərkəzinin nə marağla bu işə girdiyini bilmir. Həmçinin 24 may 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında onların evinin alınmasında 3 dəfə auksion keçirildiyini, üçüncü auksionun qanuna zidd olduğuna görə onun etirazının olduğunu, burada bir neçə saxtalıq olduğunu, əmlakının alınması ilə bağlı haqsızlıq olduğuna dair bir neçə sübutlar olduğunu, onun buna heç cür razılıq verə bilməyəcəyini, ailəsinin də, övladlarının da hamısının məhkəməyə teleqram ünvanladıqlarını, etiraz ərizələri göndərdiklərini, banka neçə dəfə müraciət etdiyini, bəlkə iyirmi dəfə müraciət edərək "Siz mənə az-az ödəməyə imkan verin" dediyini, çünki əvvəlcə işləmədiyini, indi məhkəmənin bitirilməsini, üzərinə öhdəlik götürüb hissə-hissə ödəy əcəyini bildirib. Mübahisələndirilən yaşayış evi üzrə əmlakın cavabdehin 2011-ci ildə "Kapital Bank”dan 4 il müddətinə götürülmüş 30.000 manat vəsait hesabına inşa edildiyini, kredit borcu vaxtında ödənilmədiyindən borcverənin (kreditorun) təşəbbüsü ilə 2 dəfə-19 fevral 2016-cı il və 29 aprel 2016-cı ildə hərraca çıxarıldığını, alıcısı olmadığından hərracın baş tutmadığını, hər iki hərrac barədə elanın müvafiq olaraq "Şərq qapısı” qəzetinin xx.xx.2016cı il tarixli, 15 saylı və xx.xx.2016-cı il tarixli, 70 saylı nömrələrində dərc edildiyini qeyd edib. İddiaçının mübahisələndirilən əmlaka xüsusi mülkiyyət hüququnu 26 may 2023-cü ildə həmin əmlak üzrə keçirilən 3-cü hərracın nəticəsində əldə etdiyi iş materiallarından görünür. Həmin əmlak üzrə üçüncü hərracın keçirilməsi Azərbaycan Respublika sı Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü tarixli Qərarına ziddir və özlüyündə heç bir hüquqi nəticə doğura bilməz. İddiaçı "xxxx" ASC Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən 256,6 kv.m ümumi sahəsi, 221.8 kv.m yaşayış, 34.8 kv.m köməkçi sahəsinə xüsusi mülkiyyət huququna aid çıxarışı qanunu pozmaqla əldə etdiyindən, həmin çıxarışa istinadən verilmiş iddianın rədd edilməsini xahiş edib. Qeyd olunan halları nəzərə almadan əsassız iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu hesab edir. Hesab edirlər ki, məhkəmə qeyd olunan halları tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi işin hallarına və sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olar aq düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdehlər Cavabdeh5 və Cavabdeh1 27 sentyabr 2024-cü il tarixdə, Cavabdeh2 isə 11 oktyabr 2024-cü il tarixdə kollegiyaya teleqram vasitəsilə müraciət edərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli qətnaməsindən Nümayəndə3 verdiyi apellyasiya şikayətinə iştirakları olmadan baxılmasını kollegiyadan xahiş etmişlər. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, Cavabdeh3 məhkəmə baxışı iclasında iştirak etməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinin tələbinə əsasən işə cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 v ə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh və eyni zamanda Cavabdeh3 nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2-2(123)-273/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh3 vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2-2(123)-273/2024 nömrə li qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Konstit usiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edildiyi kimi “...Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.”. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsi şikayətin dəlillərindən asılı olmayaraq yoxlanmalıdır. İş materiallarında olan sənədlərlə müəyyən olunmuşdur ki, “Banklar tərəfindən verilmiş kreditlərin təminatı olaraq fiziki və hüquqi şəxslər tərəfindən girov (ipoteka) qoyulmuş əmlakların açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları” barədə protokola əsasən 26 may 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının Hərracların təşkili üzrə Auksion Mərkəzində keçirilən hərrac nəticəsində İddiaçı ASC qalib (alıcı) kimi müəyyən olunmuş, həmçinin Kəngərli rayonu, Qarabağlar kəndində yerləşən fərdi yaşayış evinin son qiyməti 17850 (on yeddi min səkkiz yüz əlli) manat olmuşdur. Eyni zamanda, həmin protokolun: 8-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləs inin 415.5-ci maddəsinə əsasən bu protokol müqavilə qüvvəsinə malikdir. 9cu bəndindən görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 43.8-ci maddəsinə əsasən bu protokol alıcının yeni mülkiyyətçisi kimi hüququnu təsdiq edən və müvafiq dövlət reyestrinə daxil edilməsi üçün əsas hesab edilən sənəddir. 26 may 2023-cü il tarixli hərracın yekunları üzrə əmlakların alqı-satqısı barədə müqavilənin 7-ci maddəsindən görünür ki, satılan əmlaka sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi bağlandığı andan, sərəncam vermək hüququ isə əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında ********** qeydiyyat nömrəli, xx.xx.2023cü il tarixli çıx arışından görünür ki, Naxçıvan MR, Kəngərli rayonu, Qarabağlar kəndində yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin adına rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Nümayəndə3 və Cavabdeh5 Kəgərli rayonu, Qarabağlar kəndində 0.0270 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 256.60 kv.m olan fərdi yaşayış evində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlə rini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərb aycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində qeyd edildiyi kimi “O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin mə hz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin Qərarın 12-ci bəndinə əsasən “...məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.”. Həmin Qərarın14-cü bəndində qeyd edildiyi kimi “...Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusun a malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.”. Eyni zamanda həmin Qərarın 16-cı bəndinə əsasən “işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır.”. Digər tərəfdən Qərarın 18-ci bəndində qeyd edildiyi kimi, “... işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müst əsna qaydada ümumi məhkəməyə aid edir.”. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. İş materiallarının əlaqəli təhlili zamanı aydın olmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinin tələbinə əsasən mübahisənin kommersiya məhkəməsinə aidiyyəti üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri, yəni icraatda olan mübahisənin kommersiya məhkəməsinə adiyyəti üzrə qanunvericiliklə müəyyən edilmiş hər üç şərt eyni vaxtda mübahisə üzrə mövcud olmamışdır və buna görə də məhkəmə kollegiyası belə hesab edir ki, mübahisə üzrə tərəflərdən hər ikisi sahibkarlıq statusuna malik olsalar belə, hazırkı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna yol verməmişdir. İddianın predmeti cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılması olmuşdur ki, bu da kommersiya fəaliyyətindən irəli gələn mübahisə olmamışdır. Belə ki, iddiaçı iddia ərizəsində də qeyd etmişdir ki, cavabdehlərin həmin fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşamaları onun mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə əsaslı maneə yaratmışdır ki, bu da özlüyündə mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olmasını istisna etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəs inə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri adlanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.9-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadının ləğv edilməsi ü çün əsasıdır. Eyni zamanda 387.3-cü maddəsinə əsasən isə müvafiq hal, yəni işə məhkəmə adiyyəti qaydalarının pozulması ilə baxılması birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətində qeyd edilmiş, girov qoyulmuş daşınmaz əmlakın hərrac vasitəsilə satışının qanun pozuntuları ilə həyata keçirilməsi dəlillərinə münasibətdə qeyd edilməlidir ki, bu hal ümumiyyətlə bu məhkəmə baxışının predmeti deyil və cavabdeh tərəfindən ayrıca məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Buna görə də həmin dəlillərin bu icraatda müzakirə olunaraq qiymətləndirilməsi qanunvericiliklə yolverilməzdir. Kollegiya şikayətin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə hər tərəfli, tam, obyektiv araşdırıb və topla nmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, lakin işə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aidiyyəti qaydaları pozulmaqla baxıldığından Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2-2(123)-273/2024 nömrəli qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.9-cu maddəsinə əsasən ləğv edilməli və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25, 32 və 263-264, 266, 268.1, 382, 384.0.4, 402.2.5-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya qərar verdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Nümayəndə3, Cavabdeh1, C avabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “fərdi yaşayış evindən çıxarılma və istifadə hüququnun itirilməsi tələbi” barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2-2(123)-273/2024 nömrəli qətnaməsindən Cavabdeh3 nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e2-2(123)-273/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Nümayəndə3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “fərdi yaşayış evindən çıxarılma və istifadə hüququnun itirilməsi tələbi” barədə iş məhkəmə adiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinə göndərils in. Qərаrdаddаn, işdə iştirak edən şəxslərə rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Kommersiya kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar