Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-8/2020 19.11.2020 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, Kərimov Rahib Əhməd oğlunun məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili Vəkil1 Cavabdehlər “xxxx” MMC və “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil3 oğlunun iştirakları ilə İddiaçı cavabdehlər “xxxx” MMC və “xxxx” MMC-yə qarşı cəmiyyətin xalis mənfəətinin bölüşdürülməsi və ona çatası mənfəətin (gəlirin) müəyyən edilib ödənilməsi tələbi ilə əlaqədar kommersiya mübahisəsinə dair iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması haqqında Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2(123)-61/20 20 nömrəli qərardadından İddiaçı verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2(123)-61/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər “xxxx” MMC və “xxxx” MMC-yə qarşı cəmiyyətin xalis mənfəətinin bölüşdürülməsi və ona çatası mənfəətin (gəlirin) müəyyən edilib ödənilməsinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı şikayət ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə müraciət etmiş, şikayətdə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2(123)61/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Həmin şikayətə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə baxılmış və verilmiş şikayət təmin olunmadığından şikayət iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıran zaman məhkəmənin xx xxxxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixli, 2-2(087)-52/2019 və 2-2(087)-66/2019 nömrəli qərardadları ilə ərizə baxılmamış saxlanılmışdır. Sonradan qaldırılan iddia Kommersiya Məhkəməsi tərəfindən aidiyyətlə bağlı Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası qərarla işin baxılması üçün Kommersiya Məhkəməsinə qaytarmışdır. Həmin mövcud iş üzrə cavabdeh tərəfə göndərdiyi iddia ərizəsinə xx xxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli pretenziya məktublarını əlavə etmiş və bunu poçt göndərmə qəbzləri bir daha təsdiq edir. Həmin məktublarda o tələbinə cavab vermədiyi üçün təsisçi hüquqlarının qorunması məqsədilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin buna baxmayaraq məhkəmə o qənaətə gəlmişdir ki, o məhkəmədən kənar cavabdeh tərəfi xəbərdar etməmişdir. Qanunvericiliyə görə iddiaçı cavabdehə qarşı vaxtında pretenziya ilə müraciət etmişsə ərizənin baxılmamış saxlanması yolverilməzdir. Şikayət əsaslandırılarkən Azərbaycan Respublikası MPM-in 90-1.1, 90-1.2 və 259.0.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə baxışı zamanı verdiyi izahatında İddiaçı eyni dəlillərə istinad edib Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2(123)-61/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı iddiaçının vəkili Vəkil1 şikayətin təmin olunmasını və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2(123)-61/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh təşkilatların nümayəndəsi və vəkili Vəkil3 oğlu şikayətin dəlilləri ilə razılaşmayaraq Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2(123)-61/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya məruzəçinin məruzəsini, iddiaçının, onun vəkilinin və cavabdeh təşkilatın nümayəndəsi və vəkilinin çıxışlarını dinləyib şikayətin dəlillərini kommersiya mübahisəsinə dair işin materialları ilə ə laqəli şəkildə yoxlayıb onlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar həlli (pretenziya) qaydasına əməl edilmədiyini əsas gətirərək iddianı baxılmamış saxlamış, iddiaçı həmin qərardaddan verdiyi şikayətdə pretenziya qaydasına əməl etməməsi ilə bağlı göstərilənlərlə razı olmayaraq göstərmişdir ki, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıran zaman məhkəmənin xx xxxxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixli, 2-2(087)-52/2019 22(087)-66/2019 nömrəli qərardadları ilə ərizə baxılmamış saxlanılmışdır. Sonradan qaldırılan iddia Kommersiya Məhkəməsi tərəfindən aidiyyətlə bağlı Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kolleg iyası qərarla işin baxılması üçün Kommersiya Məhkəməsinə qaytarmışdır. Həmin mövcud iş üzrə cavabdeh tərəfə göndərdiyi iddia ərizəsinə xx xxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli pretenziya məktublarını əlavə etmiş və bunu poçt göndərmə qəbzləri bir daha təsdiq edir. Həmin məktublarda o tələbinə cavab vermədiyi üçün təsisçi hüquqlarının qorunması məqsədilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Qeyd olunanlarla bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Belə ki, hazırkı mübahisə üzrə məhkəməyə təqdim olunan və iş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli ərizələrin surətindən görünür ki, İddiaçı “xxxx” MMC və “xxxx” MMC-yə ərizələr göndərərək “xxxx” MMC və “xxxx” MMC-nin iştirakçısı kimi cəmiyyətdən çıxmasını və niz amnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ona ödənilməsini və ya əmlakının dəyərinin ödənilməsi barədə qərar verilməsini xahiş etmiş, “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli 2 saylı və “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli 1 saylı protokollarından görünür ki, İddiaçı “xxxx” MMC və “xxxx” MMC-nin təsisçisi kimi nizamnamə kapitalında pul şəklində olan payının natura şəklində 25 manat qaytarılması və cəmiyyətin təsisçiləri sırasından çıxarılması qərara alınmışdır. Lakin iddiaçının cəmiyyətinin xalis mənfəətinin bölüşdürülməsi və ona çatası gəlirin müəyyən edilib ödənilməsi ilə bağlı xxxx” MMC və “xxxx” MMC-yə müraciəti barədə heç bir sənəd iş materiallarında mövcud deyil. Beləliklə, iş materiallarından göründüyü kimi hazırki iş üzrə iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi üçün zəruri olan bütün tədbirləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının MPM-in 259.0., 259.0.1-ci maddələrinə əsasən məhkəmə, məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. “Ər izənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 3 nömrəli Qərarının 1.1-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. Həmin qərarın 4.1-ci bəndinə əsasən bəzi kateqoriya işlər üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə görə həmin əsasla ərizənin baxılmamış saxlanılmasına yalnız o hallarda yol verilir ki, bu ya qanunvericilikdə, yaxud da tərəflər arasında bağlanılmış müqavilə ilə həll edilmiş olur. Məsələn: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə görə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər; Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinə görə əgər qanunla müəyyən kateqoriya iqtisadi kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən o lunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra iqtisad məhkəməsinin həllinə verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Maddənin məzmunundan aydın olur ki, qanunverici xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi məsələsinin cəmiyyətin ümumi yığıncağında həll edilməsini göstərmiş, bu isə öz növbəsində həmin növ mübahisələr üçün məhkəməyə qəd ər nizamlama (pretenziya) qaydası müəyyən olunduğunu göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2017-ci il tarixli qərarında göstərilir: “Mülki Məcəllənin 90.1-ci maddəsinə görə, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. Həmin Məcəllənin 90-1.1 və 90-1.2-ci maddələrinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Bu normaların məzmunundan görünür ki, iştirakçılar arasında cəmiyyətin yalnız xalis mənfəəti bölüşdürülür. Xalis mənfəət isə c əmiyyətin təsərrüfat fəaliyyəti ilə əlaqədar bütün zəruri xərclər çıxıldıqdan sonra alınır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı nizamnamə kapitalındakı mayasına uyğun olaraq mənfəətdən pay alır. Qeyd etmək lazımdır ki, cəmiyyətin təsisçiləri cəmiyyət yaradılarkən cəmiyyətin nizamnamə kapitalına maya qoyurlar. Mülki Məcəllənin 90.4-cü maddəsinə əsasən isə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər. Bel əliklə, cəmiyyətin xalis mənfəəti iştirakçılar arasında onların bölgü aparılan günə mövcud olan mayasının dəyərinə uyğun olaraq bölünməlidir. Xalis mənfəət iştirakçılar arasında tamamilə və ya qismən bölüşdürülə bilər, bəzən isə ümumiyyətlə bölüşdürülə bilməz. Bu isə əsasən məhdud məsuliyyətli cəmiyyətin maliyyə vəziyyəti ilə əlaqədardır. Belə ki, Mülki Məcəllənin 90-1.3-cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət aşağıdakı hallarda mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul edə bilməz: - əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlirsə və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələcəksə; - əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az olacaqsa. Mülki Məcəllənin yuxarıda göstərilən normasından aydın olur ki, mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir.” İş materialları ilə iş üzrə İddiaçı mənfəətin bölüşdürülməsi üçün ümumi yığıncağın çağırılması barədə cəmiyyətə müraciət etməsi, “xxxx” MMC və “xxxx” MMC-nin ümumi yığıncağının cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin onun işti rakçıları arasında bölüşdürülməsinə dair qərar qəbul etməsi, ümumiyyətlə cavabdeh cəmiyyətlərin mənfəətin cəmiyyətin iştirakçıları arasında bölüşdürülməsi məsələsinə cəmiyyətlərin ümumi yığıncağında baxılması təsdiqlənmir. Yəni iş üzrə mübahisənin məhkəmədənkənar həlli qaydasına əməl olunmamış, haliyədə də həmin qaydanı tətbiq etmək imkanı itirilməmişdir. Odur ki, işə baxan Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi xx xxxxxxxx 2020-ci il tarixli, 2-2(123)-61/2020 nömrəli qərardad qəbul edərək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 90-1-ci maddəsinin müddəalarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.1-ci maddələrinə istinad etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən kоllegiya belə nəticəyə gəlir ki, şikayətdə gös tərilmiş dəlillər qərardadın ləğvi üçün əsas təşkil etmir və bu səbəbdən şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2(123)-61/2020 nömrəli qərardadı dəyişdirilmədən saхlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0. və 398.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq kоllegiya qərar v e r d i: İddiaçı şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2(123)-61/2020 nömrəli qərardadı dəyişdirilmədən saxla nılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədirlik edən: Əhliman Xıdırov Hakimlər: Sənan Qarayev Vüqar Quliyev Sədirlik edən: Hakimlər: Düzdür: Naxçıvan MR Ali Məhkəməsinin hakimi: “23” noyabr 2020-ci il imza Əhliman Xıdırov imza Sənan Qarayev imza Vüqar Quliyev Əhliman Xıdırov
Məhkəmə qərarları › İş №2-2(108)-8/2020
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-8/2020
19.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver