Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-9/2020 18.12.2020 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlu (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, e-2-2(123)-73/2020 nömrəli qərardadından iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı xx xxxxxx 2020-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə elektron qaydada müraciət edərək, cavabdeh X1 təbii qazdan istifadəyə görə yaranmış 120075 (yüz iyirmi min yetmiş beş) manat borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ**********0000002944, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBA AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(123)-73/2020 nömrəli qərardadı ilə İddiaçı İB-nin cavabdeh Sultanəli Qurbanova qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər dövlət rüsumunun ödənilməsi haqqında elektron sənəd əlavə edilmədiyindən həmçinin iddi a ərizəsi “Elektron imza və Elektron sənəd” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun imzalanmadığından geri qaytarılmışdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(123)-73/2020 nömrəli qərardadından narazı qalan İddiaçı nümayəndəsi Nümayəndə xx xxxxxx 2020-ci il tarixdə şikayətlə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(123)73/2020 nömrəli qərardadının ləğv edilərək İddiaçı İB-nin cavabdeh X2 qarşı iddia ərizəsinin icraata qəbul edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi Nümayəndə oğlunun verdiyi şikayət əsaslı hesa b edilməyərək şikayət işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına göndərilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə şikayətində iddia ərizəsinin “Elektron Məhkəmə” sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərildiyini, elektron qaydada iddia ərizəsi yükləndikdə dövlət rüsumu elektron kabinet vasitəsilə “online” və ya artıq ödənilmiş dövlət rüsumunun nömrəsinin daxil edilməklə iddia ərizəsinə əlavə edildiyini, “Elektron Məhkəmə” informasiya sistemində yüklənmiş iddia ərizəsini açdıqda ərizənin sonunda dövlət rüsumunun ödənilməsinə dair qəbzin mövcud olduğunu, İddiaçı İB tərəfindən elektron qaydada yüklənmiş iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci, 150.0 və 150.2-ci maddələrinin tələblər inə uyğun olduğunu bildirərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(123)-73/2020 nömrəli qərardadının ləğv edilərək İddiaçı İB-nin cavabdeh X2 qarşı iddia ərizəsinin icraata qəbul edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələblərinə əsasə n işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, şikayətin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir. Kollegiya iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə elektron qaydada iddia ərizəsi yükləndikdə dövlət rüsumu elektron kabinet vasitəsilə “online” və ya artıq ödənilmiş dövlət rüsumunun nömrəsinin daxil edilməklə iddia ərizəsinə əlavə edildiyi və “Elektron Məhkəmə” informasiya sistemində yüklənmiş iddia ərizəsini açdıqda ərizənin sonunda dövlət rüsumunun ödənilməsinə dair qəbzin mövcud olması ilə bağlı şikayətdə göstərdiyi dəlili əsaslı hesab etmir. Belə ki, kommersiya işinin materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi haqlı olaraq İddiaçı İB-nin cavabdeh Sultanəli Qurbanova qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri dövlət rüsumunun ödənilməsi haqqında elektron sənəd əlavə edilmədiyindən və iddia ərizəsi “Elektron imza və Elektron sənəd” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğu n imzalanmadığından geri qaytarmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda geri qaytarır. Həmçinin həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bütün bunlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və belə hesab edir ki, şikayətdə göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas deyil. Buna görə də kollegiya belə nəticəyə gəlir ki, iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə verdiyi şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(123)-73/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 397, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(123)-73/2020 nömrəli qərardadından İddiaçı nümayəndəsi Nümayəndə verdiyi şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(123)-73/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıld ığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fərman Abbasov Hakimlər: Vüqar Quliyev Mehman Allahverdiyev
Məhkəmə qərarları › İş №2-2(108)-9/2020
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-9/2020
18.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver