Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1192/2021 11.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadə olunmuş təbii qaza görə yaranmış 19947,28 manat əsas borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə əsasında cavabdehi təbii qazla təchis edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf müqavilədə üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliklərinə əml etməmiş, istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmiş, bunun nəticəsində xx.xx.2018-ci il tarixə 19947,28 manat məbləğində borc yaranmışdır. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək istifadə olunmuş təbii qaza görə yaranmış 15035,71 manat borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh” MTK-dan tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tləbinin həcminn artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” MTK-dan təbii qazdan istifadəyə görə yaranmış 34519,73 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, “xxxx” MTK-nın İddiaçı İB-yə borcunun olmaması ekspert rəyi ilə də təsdiqini tapır. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı İB məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmiş, cavabdehin nümayəndəsi isə işə mahiyyəti üzrə baxılmasını tələb etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - xx xxxxxx 2014-cu il tarixli, 2500-12-14 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, iddiaçı, cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçının hesabına ödəməyi öhdələrinə götürmüşlər. - abonentin saldosundan görünür ki, cavabdehin iddiaçıya xx xxxxxx 2018-ci il tarixə olan borcu 19947,28 manat təşkil edir. - abonentin saldosundan görünür ki, cavabdehin iddiaçıya xx xxxxx 2019-cu il tarixə olan borcu 34519,73 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə - mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 15662 saylı rəyində qeyd olunmuşdur ki, iş materialarında olan sənədlərə əsasən xx xxxxxx 2014-cü il tarixdə 2500-12-14 saylı müqaviləsi üzrə “xxxx” MTK İddiaçınə olan borcunun 8069,90 manat məbləğində müəyyən olunduğu və ümumilikdə İddiaçı tərəfindən “xxxx” MTK-ya 6965,81 manat məbləğində artıq borc hesablandığı müəyyən edildiyi qeyd olunmuşdur.(15035,71-6965,81=8069,90 manat) Həmçinin rəyin qeyd hissəsində ekspertiza zamanı bank çıxarış məlumatlarından göründüyü kimi “xxxx” MTK tərəfindən xx.xx.2018-ci il tarixədək 16850 manat məbləğində ödəniş aparıldığı, lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləəğinin hesablanma tarixi xx.xx.2018-ci il tarixə göstərildiyindən 16850 manat məbləğində ödəniş nəzərə alınmadığı bildirilmişdir. Məhkəmə - mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 16957 saylı rəyində birinci sual üzrə qaz sərfinin məbləği 169247 manat, həmin sərfiyyata görə isə 169981,65 manat məbləğində ödənişin həyata keçirilməsini nəzərə alınsa, “xxxx MTK tərəfindən İddiaçı İB-yə 734,65 manat məbləində artıq ödənişin aparılması müəyyən edildiyi, ikinci sual üzrə isə iş materiallarında olan sənədlərə əsasən xx xxxxxx 2014-cü il tarixdə 2500-12-14 saylı müqaviləsi üzrə “xxxx” MTk İddiaçı İB-yə olan borcu 8069,90 manat məbəğində müəyyən olunduğu (15035,71-6965,81=8069,90 manat), ümumilikdə İddiaçı İB tərəfindən “xxxx” MTK-ya 6965,81 manat məbləğində artıq borc hesablandığı müəyyən edildiyi qeyd olunmuşdur. İşin hallarında və təqdim edilmiş ekspert rəyindən göründüyü kimi iddiaçı tərəfindən əsassız olaraq cavabdehə 6965,81 manat məbləğində artıq borc hesablanmışdır. Yəni 2016, 2017 və xx.xx.2018-ci il tarixə MTK-nın Vergi orqanından səhifəsinə daxil olunmuş vergi hesab fakturalarının cəmi 50951,81 manat, bank hesabı vasitəsilə ödənilən qaz sərfi məbləği cəmi 42881.91 manat olmuşdur. Bununlada MTK-nın cavabdehə olan borc məbləği 8069,90 manat təşkl etmişdir. Həmçinin cavabdehin xx.xx.2019-cu il tarixli saldoda olan borc məbləğinə gəldikdə isə həmin saldo üzrə qaz sərfinin məbləği ekspert rəyinə əsasən 169247 manat, həmin sərfiyyata görə isə 169981,65 manat məbləğində ödənişin həyata keçirilməsini nəzərə alındıqda, “xxxx MTK tərəfindən İddiaçı İB-yə 734,65 manat məbləində artıq ödənişin aparılması müəyyən olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalı, məhkəmə – mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 290 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə iddiası rədd edilsin. Məhkəmə – mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 290 manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2-2(113)-1192/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1192/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver