Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-273/2020 05.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı Hirkan Milli Parkının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Hirkan Milli Parkının cavabdeh “xxxx” ASC-yə qarşı yüksək gərginlikli naqillərin yaş kök üstə ağaclardan açılaraq dirəklərlə əvəz olunması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Hirkan Milli Parkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yüksək gərginlikli naqillərin yaş kök üstə ağaclardan açılaraq dirəklərlə əvəz olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçı Hirkan Milli Parkının cavabdeh “xxxx” ASC-yə qarşı yüksək gərginlikli naqillərin yaş kök üstə ağaclardan açılaraq dirəklərlə əvəz olunması tələbinə dair işə kommersiya məhkəməsində baxılmalı deyil. Belə ki, inzibati orqana qarşı olan inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddia (məcburetmə haqqında iddia) tələblərinə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırki tələbə kommersiya məhkəməsində baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı Hirkan Milli Parkının cavabdeh “xxxx” ASC-yə qarşı yüksək gərginlikli naqillərin yaş kök üstə ağaclardan açılaraq dirəklərlə əvəz olunması tələbinə dair iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Hirkan Milli Parkına izah edilsin ki, hazırki tələblə inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddiası (məcburetmə haqqında iddia) ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilməlidir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №2-2(113)-273/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-273/2020
05.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver