Məhkəmə qərarları › İş №2-2(113)-77/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-77/2020

03.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-77/2020 03.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin nümayəndələri, vəkillər Vəkil2 və Vəkil3, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X10 və nümayəndəsi və vəkili Vəkil1 və nümayəndəsi Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X8 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və əşyaların qaytarılması” tələbi barədə ilkin iddia tələbi, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh X6 qarşılıqlı iddia üzrə cavabdeh, ilkin iddia üzrə İddiaçı QSC-yə qarşı pul tələbi barədə qarşılıqlı iddia tələbi üzrə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı QSC (bundan sonra - İddiaçı QSC) ilkin iddia üzrə cavabdeh X8 (bundan sonra - X10) qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və əşyaların qaytarılması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən cəmi 72 m2 olan qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehdən 12 ədəd kürsü, 8 ədəd stol, 8 ədəd ofis kreslosu, 8 ədəd kitab rəfinin alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, X10 İddiaçı QSC ilə aralarında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 157 saylı icarə müqaviləsinin şərtlərinə görə QSC özünün balansında olan ünvan 1 ünvanında yerləşən cəmi 72 m2 olan qeyri-yaşayış sahəsini T.Bağırovaya verir və o da öz növbəsində QSC-yə müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Eyni zamanda qeyri-yaşayış sahəsi ilə birlikdə QSC-yə məxsus 12 ədəd kürsü, 8 ədəd stol, 8 ədəd ofis kreslosu, 8 ədəd kitab rəfi də T.Bağırovaya istifadə üçün verilmişdir. Daha sonra həmin sahə texniki və sanitariya baxımından tam istismara yararsız vəziyyətə düşdüyündən, QSC tərəfindən orada əsaslı təmir-tikinti və abadlaşdırma işlərinin aparılması barədə qərar qəbul edilmiş və bu barədə T.Bağırovaya bir neçə dəfə məktub göndərilərək, müəyyən olunmuş şərtlərə uyğun olaraq müqavilənin pozulması bildirilmiş və sahənin boşaldılaraq, ona təhvil verilmiş əşyalarla birlikdə qanuni sahibinə təhvil verilməsi təklif edilmişdir. Lakin T.Bağırova müxtəlif bəhanələrlə öz açarı ilə bağladığı sahəni qanuni sahibinə təhvil verilməsindən boyun qaçırmışdır. Həmçinin icarə müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə bitdiyini, tərəflərindən müqavilənin şərtlərinə uyğun olaraq müqavilənin müddətinin uzadılmağı bildirilmiş və bu səbəbdən qeyri-yaşayış sahəsinin boşaldılaraq onlara təhvil verilməsi təklif edilmişdir. Lakin T.Bağırova müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. X10 İddiaçı QSC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən icarəyə götürülmüş sahədən əlavə ünvan 2 ünvanında tikilmiş 38,5 m2 qeyriyaşayış sahəsinin naturada icarəyə götürülmüş 72 m2 sahədən ayrılması, cavabdehə iddaçının həmin sahədən istifadə edilməsinə qadağa qoyulması, bu mümkün olmadığı təqdirdə isə 38,5 m2 qeyri-yaşayış sahəsinin bazar dəyəri 50000 manat İddiaçı QSC-dən tutularaq iddiaçıya ödənilməsi, 2018-ci ilin avqust ayından bu vaxtadək əldən çıxmış 6000 manat pulun İddiaçı QSC-dən tutularaq iddiaçıya ödənilməsi, 4 kisə un x 28 manat=112 manat, 3 kisə şəkər tozu x 45 manat= 135 manat, 45 kq qoz ləpəsi x 18 manat=810 manat, 30 kq fındıq ləpəsi x 12 manat =360 manat, badam ləpəsi 20 kq x 22 manat, 440 manat, fıstıq ləpəsi 10 kq x 36 manat, 360 manat, yer fındığı ləpəsi 15 kq x 7 manat=105 manat, 8 kq yer fındığı x 4 manat= 32 manat, 18 kq Ancor kərə yağı x 15 manat=270 manat, müxtəlif növ ədviyyatlar təxminən 30 manat, qatılaşdırılmış süd 4 ədəd 5 kqlıq qabda x 18 manat= 90 manat, şokalad 2,5 kqlıq x 12 ədəd x 11 manat=132 manat, cem 5 kqlıq x 20 ədəd x 12 manat=240 manat, jele şəffaf 5 kqlıq x 4 ədəd x 25 manat-=100 manat, jele ağ 5 kqlıq x 6 ədəd x 25 manat =150 manat, jelə vişnəli 5 kqlıq x 6 ədəd x 25 manat= 150 manat, jele vişnəli 2 kqlıq x 9 ədəd x 12 manat=108 manat və 1800 manat dəyərində müxtəlif növ hazır şirniyyat məhsullarının dəyərinin, cəmi 5424 manat pulun İddiaçı QSC-dən tutularaq iddiaçıya ödənilməsi, icarəyə verilmiş sahənin 72 m2 qeyriyaşayış sahəsinin əsaslı təmirinə çəkilmiş 22000 manat pulun İddiaçı QSC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, X10 ünvan 3 ünvanında yerləşən 72 kv.m. qeyri-yaşayış sahəsini qeyri-yaşayış sahəsini 21 ildən çoxdur ki, icarə müqaviləsi əsasında istifadə edir. İcarəyə götürülən qeyri yaşayış sahəsi icarəyə verilən zamanı tamami ilə yararsız halda olduğu üçün xxxxxxxxx” QSC-nin razılığı ilə ailə büdcələrinin və qardaşına məxsus evi sataraq həmin yeri tikib və əsaslı təmir etdirmişlər. Həmçinin yerli orqanların razılığı və “xxxxxxxxx” QSC-nin razılığı ilə əlavə 38.5 m2 sahə tikirək uzun illərdir ki istifadə edirlər. QSC-dən icarəyə götürülən sahədən əlavə tərəfimizdən tikilən sahə ilə birlikdə həmin sahənin hazırda ümumi sahəsi 105 m2-dir. X10 böyük bir mağaza və istehsal sahəsi yaradıb. Həmin sahə “Sünbül” adı ilə fəaliyyət göstərmişdir. T.Bağırova sahibkar kimi dövlət qeydiyyatına alınaraq həmin sahədə sahibkarlıq fəaliyyətini həyata keçirir. T.Bağırova fəaliyyət göstərdiyi müddət ərzində aylıq gəliri orta hesabla 800-900 manat olub. 2018-ci ilin avqust ayından QSC qanunsuz olaraq icarəyə verdiyi 72 m2 qeyri yaşayış sahəsi ilə birlikdə T.Bağırovanın özünün tikdiyi 38.5 m2 qeyri yaşayış sahəsinin də qapısını T.Bağırovaya xəbər vermədən bağlayaraq möhürlənmişdir. T.Bağırovanın həmin sahədən istifadə etməsinə maneçilik edərək, orada fəaliyyət göstəriməsini qeyri-mümkün etmişdir. QSC həmçinin qeyri-yaşayış sahəsində olan T.Bağırovaya məxsus yuxarıda qeyd edilən müxtəlif növ ərzaq məhsullarını ələ keçirmişdir və bu günədək həmin ərzaq məhsullarının harada olması onlara məlum deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndələri, vəkillər Vəkil2 və Vəkil3 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələblərinin tam təmin olunması, qarşılıqlı iddia tələblərinin tam əsassız olduğunu bildirərək rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən X6 nümayəndəsi və vəkili Vəkil1 izahatında ilkin iddia tələbini qəbul etmədiklərindən rədd olunmasını, qarşılıqlı iddia tələblərinin müdafiə etdiklərini bildirərək, qarşılıqlı iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X10 izahatında ilkin iddia tələbini qəbul etmədiyindən rədd olunmasını, qarşılıqlı iddia tələbinin müdafiə etdiyini bildirərək, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin icarəçisi 2018-ci ilədək həyat yoldaşı X.Bağırov olmuş və həyat yoldaşı icarəçi olduğu dövrdə sözügedən sahə əsaslı təmir edilərək, həmin sahəyə əlavə 38,5 m2 qeyri-yaşayış sahəsi tikilərək birləşdirilmişdir. Həmçinin T.Bağırova bildirmişdir ki, bir tortun qiyməti 40-70 manat civarında olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən X6 nümayəndəsi Nümayəndə da izahatında ilkin iddia tələbini rədd olunmasını, qarşılıqlı iddia tələbinin müdafiə etdiyini bildirərək, qarşılıqlı iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək, Yasamal rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinin icrası zamanı ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində İddiaçı QSC-nin nümayəndələrinin iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilmiş və həmin yerdə heç bir yeyinti məhsullarının xam malı aşkar edilmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı QSC ilə X7 arasında bağlanmış icarə müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 72 m2 olan qeyri-yaşayış sahəsini (4 nömrəli filial) X2 icarəyə verilmiş, göstərilən müqavilə xx.xx.2001-ci ildən xx.xx.2003-cü ilədək bağlanılmış və müqavilənin şərtlərinə görə, müqavilənin birtərəfli qaydada pozulmasını öz hüququnda saxlayır və bu haqda icarədarı 6 ay qabaqcadan xəbərdar edir. xx.xx.2013-cü il tarixli, 73 nömrəli icarə müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 72 m2 olan qeyri-yaşayış sahəsini (4 nömrəli filial) X2 icarəyə verilmiş, göstərilən müqavilə xx.xx.2013-cü ildən xx.xx.2018-ci ilədək bağlanılmış və müqavilənin şərtlərinə görə, müqavilənin birtərəfli qaydada pozulmasını öz hüququnda saxlayır və bu haqda icarədarı 5 gün qabaqcadan xəbərdar edir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, İddiaçı QSC-yə xüsusi mülkiyyət hüquqi ilə məxsus ümumi sahəsi 72,3 m2 olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası (4 nömrəli filial) daşınmaz əmlakın dövlət reyestrində 75 nömrəli reyestr kitabının 7150 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixli, 157 nömrəli icarə müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 72 m2 olan qeyri-yaşayış sahəsini (4 nömrəli filial) X8 icarəyə verilmiş, göstərilən müqavilə xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək bağlanılmış və müqavilənin şərtlərinə görə, müqavilənin birtərəfli qaydada pozulmasını öz hüququnda saxlayır və bu haqda icarədarı 5 gün qabaqcadan xəbərdar edir. xx.xx.2018-ci il tarixli, 18 nömrəli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı QSC tərəfindən X8 xəbərdarlıq göndərilərək xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin şərtinə əsasən 5 gün müddətində sözügedən sahənin könüllü boşaldılması təklif edilmiş, həmçinin müqavilənin uzadılmasına razı olmadıqlarını və 1 aylıq müddət bitdikdən sonra müqaviləni ləğv edilmiş hesab ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 33 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2018ci il tarixli, 112 nömrəli arayışından görünür ki, İddiaçı QSC-yə məxsus qeyri-yaşayış sahəsi hazırda ünvan 4 saylı (köhnə ünvan H.B.Əliyev küçəsi 14 olan) ünvanda yerləşir. xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 1685/19 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən İddiaçı QSC-yə məxsus ünvan 4 saylı ünvanda yerləşən və xx.xx.2018-ci il tarixli, 157 nömrəli icarə müqaviləsinə əsasən X8 icarəyə verilmiş 72m2 olan qeyri-yaşayış sahəsinə İddiaçı QSC-nin səlahiyyətli nümayəndələrinin iştirakı (X8 məlumat verilsə də o, həmin ünvana gəlməkdən imtina etmişdir) ilə baxış keçirilmiş, lakin,üzərinə həbs qoyulmuş 12 ədəd kürsü, 8 ədəd stol, 8 ədəd ofis kreslosu, 8 ədəd kitab rəfi aşkar edilməmişdir. xx xxxx 2019-cu il tarixli “xxxxxxxxxxx” MMC-nin ekspert (qiymətləndirici) rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən, tikintinin sahəsi 24,90 m2, tikilinin həcmi 84,66 m3 olan yaşayış evinin xx xxxx 2019-cu il tarixə bazar dəyəri 410000 manat təşkil edir. xx xxxxxx 2019-cu il tarixli 26696 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, sözügedən qeyri-yaşayış binasının sahəsi 100 m2 təşkil etməklə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışda göstərilən 72,3 m2 sahədən 27,7 m2 çox olduğu müəyyən edilmiş, həmçinin baxış zamanı tədqiq olunan tikilinin faktiki olaraq təmirsiz vəziyyətdə yerləşdiyi müəyyən edilmişdir. Tədqiq olunan tikilidə hər hansı təmir işlərinin aparılmasına dair smeta sənədləri iş materiallarına əlavə edilmədiyindən, həmin qeyri-yaşayış sahəsində əvvəllər aparılmış təmir işlərinin dəyərini müəyyən etmək mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İcarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21,2 385.1, 386.1, 442, 443.1, 443,4, 700.1 və 700.2-ci maddələri, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi və 13cü maddəsinin 5-ci bəndi). Göründüyü kimi İddiaçı QSC ilk dəfə və növbəti illərdə (xx.xx.2018-ci ilədək) işdə tərəf olmayan X7 ilə icarə müqavilələri bağlayaraq ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 72 m2 olan qeyri-yaşayış sahəsini X.Bağırova icarəyə vermiş, daha sonra İddiaçı QSC xx.xx.2018-ci il tarixdə X10 ilə aralarında müddəti xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan qanunvericiliyə uyğun olaraq icarə müqaviləsi bağlamış, xüsusi mülkiyyətində olan sözügedən qeyri-yaşayış sahəsini T.Bağırovaya icarəyə vermiş və müqavilənin şərtlərində nəzərdə tutulmuş qaydada T.Bağırovaya xəbərdarlıq etməklə həmin sahənin könüllü boşaldılmasını təklif etmiş, həmçinin müqavilənin uzadılmasına razı olmadıqlarını bildirərək, müqaviləyə birtərəfli qaydada xitam vermişdir. Bununla yanaşı İddiaçı QSC tərəfindən 12 ədəd kürsü, 8 ədəd stol, 8 ədəd ofis kreslosu, 8 ədəd kitab rəfinin X8 verilməsi barədə heç bir sübut təqdim edilməmiş, eyni zamanda iş materiallarında olan sənədlərlə də həmin əşyaların T.Bağırovada olması öz təsdiqini tapmamışdır (sübut olunmamışdır). Odur ki, İddiaçı QSC-nin X8 qarşı ilkin iddiası qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən cəmi 72 m2 olan qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməlidir. Qarşılıqlı iddia tələblərinə gəlincə, məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən cəmi 72 m2 olan qeyri-yaşayış sahəsinin icarəçisi 2001-ci ildən başlayaraq xx.xx.2018-ci ilədək işdə iştirak etməyən şəxs X7 olmuş, yalnız xx.xx.2018-ci il tarixdə sözügedən qeyri-yaşayış sahəsi X10 tərəfindən icarəyə götürüldüyündən, həmçinin T.Bağırovanın məhkəmə iclasında verdiyi izahatında həmin qeyri-yaşayış sahəsinin icarəçisi 2018-ci ilədək həyat yoldaşı X.Bağırov olmasını və həyat yoldaşı icarəçi olduğu dövrdə sözügedən sahə əsaslı təmir edilərək, həmin sahəyə əlavə 38,5 m2 qeyri-yaşayış sahəsi tikilərək birləşdirildiyini qeyd etdiyindən və həmçinin həmin qeyri-yaşayış sahəsinin 2018-ci ildən sonra əsaslı təmir edilməsi iş materialları ilə də sübut olunmur. Belə olan halda X6 icarəyə götürülmüş sahədən əlavə ünvan 2 ünvanında tikilmiş 38,5 m2 qeyri-yaşayış sahəsinin naturada icarəyə götürülmüş 72 m2 sahədən ayrılması, cavabdehə iddaçının həmin sahədən istifadə edilməsinə qadağa qoyulması, bu mümkün olmadığı təqdirdə isə 38,5 m2 qeyri-yaşayış sahəsinin bazar dəyəri 50000 manat pulun və icarəyə verilmiş sahənin 72 m2 qeyri-yaşayış sahəsinin əsaslı təmirinə çəkilmiş 22000 manat pulun İddiaçı QSC-dən tutularaq ona ödənilməsi hissəsində irəli sürdüyü tələblər üzrə müvafiq subyektiv hüququ olmadığına görə iddia rədd edilməlidir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Eyni zamanda T.Bağırova 2018-ci ilin avqust ayından bu vaxtadək əldən çıxmış fayda kimi 6000 manat pul hesablasa da, bununla bağlı subut təqdim etmədiyinə görə həmin hissədə də iddia tələbi rədd edilməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi yalnız şirniyyat məhsullarından 4 ədəd tortun dəyəri olan 220 manat pul hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iş materiallarında olan diskə (CD) baxış keçirilərkən, sözügedən qeyri-yaşayış sahəsində şirniyyat məhsullarından 4 ədəd tortun aşkar edildiyini və bir tortun qiymətinin təxminən 40-70 manat civarında olduğunu nəzərə alan məhkəmə qeyd edir ki, bir tortun orta qiyməti 55 manat müəyyən edilməklə 4 ədəd torta görə ümumilikdə hesablanmış 220 manat pul "İddiaçı" X5 tutularaq X8 ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin, həm də qarşılıqlı iddia qismən təmin edildiyindən ekspertiza xərci tərəflərin arasında bərabər bölünməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 50 manatı "İddiaçı" X5, 50 manatı isə “X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülməlidir. Azərbaycan Respubikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. ünvan 3 (indiki H.B.Əliyev 80C) ünvanında yerləşən cəmi 72 m2 olan qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilsin. İlkin iddia 12 ədəd kürsü, 8 ədəd stol, 8 ədəd ofis kreslosu və 8 ədəd kitab rəfinin qaytarılması hisəssində rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Hazır şirniyyat məhsulları olan 4 ədəd tortun dəyəri olan 220 manat pul "İddiaçı" X5 tutularaq X8 ödənilsin. Qarşılıqlı iddia ünvan 3 (indiki H.B.Əliyev 80C) ünvanında tikilmiş 38,5 m2 qeyriyaşayış sahəsinin icarəyə götürülmüş 72 m2 sahədən naturada ayrılması, "İddiaçı" X9 X6 həmin sahədən istifadə edilməsinə qadağan qoyulması, bu mümkün olmadıqda isə 38,5 m2 qeyri-yaşayış sahəsinin bazar dəyəri olan 50000 manat, əldən çıxmış fayda kimi 6000 manat, müxtəlif növ ərzaq məhsullarının ümumi dəyəri olan 3624 manat, hazır şirniyyat məhsullarının dəyəri olan 1580 manat və icarəyə verilmiş 72 m2 olan qeyri-yaşayış sahəsinin əsaslı təmirinə çəkilmiş 22000 manat pulun QSC-dən tutularaq X8 ödənilməsi hissəsində rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 50 manatı "İddiaçı" X5, 50 manatı isə “X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar