Məhkəmə qərarları › İş №2-2(113)-770/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-770/2020

17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-770/2020 17.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiqoğlunun sədirliyi ilə, X1 Bağman qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı qazın dəyərinin bərpası ilə əlaqədar hesablanmış 20822,40 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı qazın dəyərinin bərpası ilə əlaqədar hesablanmış 20822,40 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh və İddiaçı iddia ərizələrinə dair kommersiya işləri bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasənhakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə icraatında iddiaçı Cavabdeh İddiaçınə qarşı borcun silinməsi barədə iddia ərizəsinə dair 2-2(113)-1678/2020 saylı kommersiya işi vardır və həmin iş ilkin olaraq məhkəmənin icraatına qəbul edilmişdir. İşlərin hər ikisində tərəflər eynidir, hər iki iş üzrə mübahəsinin predmetini istehlak edilmiş təbii qaza görə hesablanmış borc təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə predmeti eyni olan hər iki kommersiya işi üzrə bir-birinə zidd olan məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması və obyektiv araşdırılması üçün birgə baxılması məqsədilə Cavabdeh və İddiaçı iddia ərizələrinə dair kommersiya işlərin bir icraatda birləşdirilmələri məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı qazın dəyərinin bərpası ilə əlaqədar hesablanmış 20822,40 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə kommersiya işi, iddiaçı Cavabdeh İddiaçınə qarşı borcun silinməsi barədə iddia ərizəsinə dair 2-2(113)-1678/2020 saylı kommersiya işinə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar