Məhkəmə qərarları › İş №2-2(113)-81/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-81/2020

10.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-81/2020 10.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Əsədova Səma Əsəd qızının katibliyi, Cavabdehin nümayəndəsi Vəkil1 iştirakı ilə, X1 Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız sayılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dairiddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: X2 Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti “28” May metrosunun yaxınlığında yerləşən və Nəqliyyat Nazirliyinin sərəncamı ilə “xxxx” MMC-yə icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan Ticarət mərkəzinin layihəsində sahəsi 60 m2 olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsinin boşaldılaraq X5 təhvil verilməsi və iddiaçının həmin qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə xx.xx.2009-cu il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, “28 May” metrosunun yaxınlığında yerləşən və Nəqliyyat Nazirliyinin sərəncamı ilə Cavabdeh MMC icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan ticarət mərkəzinin layihəsində 60 m2 olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsi iddiaçıya aylıq 800 manat müqabilində icarəyə verilmişdir. Daha sonra tərəflər arasında eyni şərtlərlə xx.xx.2011-ci il tarixdə yeni icarə müqaviləsi bağlanılmış, lakin bu dəfə müqavilənin müddəti 30 il müəyyən edilmişdir. xx.xx.2009-cu il tarixdə ilkin icarə müqaviləsi bağlanılmasından sonra iddiaçı həmin müqavilənin tələblərinə riayət edilmiş, icarə haqqı vaxtı-vaxtında ödənilmişdir. Lakin cari 2018-ci ilin noyabr ayının əvvəlində iddiaçı ilə bağlanmış müqavilə qüvvədə olduğu və ləğv edilmədiyi halda, heç bir səbəb olmadan iddiaçı Cavabdeh MMC-nin əməkdaşları tərəfindən həmin qeyri-yaşayış sahəsindən çıxarılmış və həmin qeyri yaşayış sahəsi digər bir şəxsə icarəyə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə qarşı “xx xxxxxx 2014-cü il tarixli 67 nömrəli icarə müqaviləsinin etibarsız hesab olunması və Bakı şəhəri, Nəsimi rayonu. Cəfər Cabbarlı ünvanı meydanında yerləşən ümumi sahəsi 2854,3 kv.m olan qeyri-yaşayış sahəsinə daxil olan sahəsi 60 kv.m olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsinin boşaldılaraq X5 təhil verilməsi və iddiaçının həmin qeyriyaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması” barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə icraata qəbul edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini MPM-nin 185.5-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, X2 Cavabdeh MMC-yə qarşı “qeyri yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti “28” May metrosunun yaxınlığında yerləşən və Nəqliyyat Nazirliyinin sərəncamı ilə “xxxx” MMC-yə icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan Ticarət mərkəzinin layihəsində sahəsi 60 kv.m olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsinin boşaldılaraq X5 təhvil verilməsi və iddiaçının həmin qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin materiallarına əlavə edilmiş və tərəflər arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli icarə müqaviləsindən görünür ki, yeraltı keçid kompleksinə daxil olan Ticarət mərkəzinin layihəsində sahəsi 60 kv.m olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsi aylıq 800 manat olmaqla 30 il müddətinə X5 icarəyə verilmişdir. İşin materiallarına əlavə edilmiş və tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli icarə müqaviləsindən görünür ki, yeraltı keçid kompleksinə daxil olan Ticarət mərkəzinin layihəsində sahəsi 60 kv.m olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsi aylıq 800 manat olmaqla 4 il müddətinə X5 icarəyə verilməklə, icarə müddəti dəyişdirilmişdir. İşin materiallarına əlavə edilmiş və tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, yeraltı keçid kompleksinə daxil olan Ticarət mərkəzinin layihəsində sahəsi 50 kv.m olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsi aylıq 1000 manat olmaqla X5 icarəyə verilməklə, icarə məbləği dəyişdirilmişdir. İşin materiallarına əlavə edilmiş və tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli sub-icarə müqaviləsindən görünür ki, yeraltı keçid kompleksinə daxil olan Ticarət mərkəzinin layihəsində sahəsi 60 kv.m olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsi aylıq 1100 manat olmaqla X7 tərəfindən X4 tərəflər arasında bağlanmış və xx xxxxxx 2014-cü il tarixli icarə müqaviləsi ilə müəyyən edilmiş, icarə müdddəti daxilində xx xxxxxx 2018-ci il tarixədək sub-icarəyə verilmişdir. İşin materiallarına əlavə edilmiş mədaxil qəbzlərinin təsdiq edilmiş surətindən görünür ki, X8 tərəflər arasında bağlanmış və aylıq icarə haqqı 1000 manat olan xx xxxxxx 2017-ci il tarixli icarə müqaviləsini tam olaraq icra etmişdir. İşin materiallarına əlavə edilmiş 07\18 saylı xx xxxxxxxx 2018-ci il tarixli məktubdan görünür ki, icarədar Zaur Apayev 40 gün qabaq xəbərdar edilərək, nəzərinə çatdırılmışdır ki, tərəflər arasında bağlanmış icarə müqavilənin müddəti xx xxxxxx 2018-ci il tarixdə bitir və mülkiyyətçi müqavilə müddətini uzatmaq niyyəti olmadığından, müddətin bitməsi ilə əlaəqdar müqaviləyə xitam verəcəkdir. Qeyd olunan məktub poçt vasitəsi ilə Zaur Apayevə, eləcə də həmin mağazadan sub-icarə müqaviləsi əsasında istifadə edən Namiq Həsənova çatdırılmışdır. Məhkəmə gedişi zamanı, X1 nümayəndəsi və vəkili vəsatət verərək tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli icarə müqaviləsindəki imzanın Zaur Apayevə məxsus olub-olmamasına dair məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir və məhkəmə bu vəsatəti təmin edərərk müvafiq suallar qoyulmaqla məhkəmə xəttşünaslıq ekspertizası təyin etmişdir. İşin materiallarına əlavə edilmiş ekpert rəyindən görünür ki, xx xxxxxx 2017-ci il tarixli icarə müqaviləsindəki imza Zaur Apayev tərəfindən icra edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx xxxxxx 2014-cü il tarixli 67 nömrəli icarə müqaviləsinin etibarsız hesab olunması, Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı ünvanı meydanında yerləşən ümumi sahəsi 2854,3 kv.m olan qeyri-yaşayış sahəsinə daxil olan sahəsi 60 kv.m olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri yaşayış sahəsinin boşaldılaraq X5 təhvil verilməsi və iddiaçının həmin qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi dəqiqləşdirildikdən sonra X1 nümayəndəsi və vəkili vəsatət verərərk tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli icarə müqaviləsindəki imzanın Zaur Apayevə məxsus olub-olmamasına dair məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir və məhkəmə bu vəsatəti təmin edərərk müvafiq suallar qoyulmaqla məhkəmə xəttşünaslıq ekspertizası təyin etmişdir. İşin materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli ekpert rəyindən görünür ki, xx xxxxxx 2014-cü il tarixli icarə müqaviləsindəki imza Zaur Apayev tərəfindən icra edilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış bütün icarə müqavilələri iddiaçı Zaur Apayev tərəfindən icra olunmaqla təsdiq edilmişdir. Belə olan təqdirdə Zaur Apayev icarə müqaviləsinin bütün müddəaları ilə məlumatlı olmuş və onları heç vaxt mübahisələndirməmişdir və müqavilələr etibarlı olmaqla tərəflər tərəfindən vicdanla icra olunmuşdur. Lakin iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcmini dəyişərək tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli icarə müqaviləsini xx xxxxxx 2019-cu il tarixdə mübahisələndirərək, artıq qanunvericiliklə müəyyən olunmuş iddia müdətini buraxmışdır. Eyni zamanda iddiaçı iddiasının əsasını sübuta yetirə bilmir. Qeyd edilənlərə əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxxx 2009-cu il tarixli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, “28 May” metrosunun yaxınlığında yerləşən və Nəqliyyat Nazirliyinin sərəncamı ilə Cavabdeh MMC icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan ticarət mərkəzinin layihəsində 60 m2 olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsi iddiaçıya aylıq 800 manat müqabilində müddətsiz icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2011-ci il tarixli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, “28 May” metrosunun yaxınlığında yerləşən və Nəqliyyat Nazirliyinin sərəncamı ilə Cavabdeh MMC icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan ticarət mərkəzinin layihəsində 60 m2 olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsi iddiaçıya aylıq 800 manat müqabilində 30 il müddətində icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli icarə müqaviləsindən görünür ki, yeraltı keçid kompleksinə daxil olan Ticarət mərkəzinin layihəsində sahəsi 60 kv.m olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsi aylıq 800 manat olmaqla 4 il müddətinə X5 icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli sub-icarə müqaviləsindən görünür ki, yeraltı keçid kompleksinə daxil olan Ticarət mərkəzinin layihəsində sahəsi 60 kv.m olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsi aylıq 850 manat olmaqla X7 tərəfindən X4 tərəflər arasında bağlanmış və xx xxxxxx 2014-cü il tarixli icarə müqaviləsi ilə müəyyən edilmiş, icarə müdddəti daxilində xx xxxxxx 2018-ci il tarixədək sub-icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, “28 May” metrosunun yaxınlığında yerləşən və Nəqliyyat Nazirliyinin sərəncamı ilə Cavabdeh MMC icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan ticarət mərkəzinin layihəsində 50 m2 olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsi iddiaçıya aylıq 1000 manat müqabilində xx.xx.2018-ci il tarixədək icarəyə verilmişdir. Həmin müqavilənin 2.1.3-cu bəndinə əsasən icarəçi bu müqavilə icarə haqqı ilə bağlı öhdəliklərini tam və ya qismən yerinə yetirmədikdə 30 iş günü qabaqcadan yazılı xəbərdar etməklə müqaviləni birtəfəli qaydada ləğv etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixli sub-icarə müqaviləsindən görünür ki, yeraltı keçid kompleksinə daxil olan Ticarət mərkəzinin layihəsində sahəsi 60 kv.m olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsi aylıq 1100 manat olmaqla X7 tərəfindən X4 tərəflər arasında bağlanmış və xx xxxxxx 2017-ci il tarixli icarə müqaviləsi ilə müəyyən edilmiş, icarə müdddəti daxilində xx xxxxxx 2018-ci il tarixədək sub-icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərinin təsdiq edilmiş surətindən görünür ki, X8 tərəflər arasında bağlanmış və aylıq icarə haqqı 1000 manat olan xx xxxxxx 2017-ci il tarixli icarə müqaviləsini tam olaraq icra edilmişdir. İş materiallarına əlavə edilmiş 07\18 saylı xx xxxxxxxx 2018-ci il tarixli məktubdan görünür ki, icarədar Zaur Apayev 40 gün qabaq xəbərdar edilərək, nəzərinə çatdırılmışdır ki, tərəflər arasında bağlanmış icarə müqavilənin müddəti xx xxxxxx 2018-ci il tarixdə bitir və mülkiyyətçi müqavilə müddətini uzatmaq niyyəti olmadığından, müddətin bitməsi ilə əlaqədar müqaviləyə xitam veriləcəkdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli 27042 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş iqtisadi işin 168-170-ci vəqərələrində Cavabdeh MMC ilə X7 adlarından olan xx xxxxxx 2017-ci il tarixli 67 nömrəli icarə müqaviləsinin 3-cü vərəqəsində “İcarəçi” hissəsindəki imza qrafasındakı imza Zaur Apayev tərəfindən icra edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli 31383 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş iqtisadi işin 180-182-ci vəqərələrində Cavabdeh MMC ilə X7 adlarından olan xx xxxxxx 2014-cü il tarixli 67 nömrəli icarə müqaviləsinin 3-cü vərəqəsində “İcarəçi” hissəsindəki imza qrafasındakı imza Zaur Apayev tərəfindən icra edilmişdir. İş materiallarına əlavə edilmiş cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cavabdeh iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ayrı-ayrı vaxtlarda Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti “28” May metrosunun yaxınlığında yerləşən və Nəqliyyat Nazirliyinin sərəncamı ilə “xxxx” MMC-yə icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan Ticarət mərkəzinin layihəsində sahəsi 60 m2 olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilələr bağlanmışdır. İddiaçı xx xxxxxx 2014-cü il tarixli müqavilənin etibarsız hesab edərək, qeyd olunan müqavilə üzrə razılaşdırılmış öhdəliklərini mübahisələndirmişdir. Eyni zamanda iddiaçı qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq yenidən iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş icarə və sub-icarə müqavilələrindən göründüyü kimi həmin müqavilələr üzrə tərəf olan şəxslər tərəfindən müqavilə öhdəlikləri icra edilmişdir. Cavabdeh xx xxxxxx 2017-ci il tarixli 67 nömrəli icarə müqaviləsinin 2.1.3-cu bəndinə uyğun olaraq iddiaçıya xx xxxxxxxx 2018-ci il tarixdə məktub ünvanlayaraq müqavilənin müddəti xx xxxxxx 2018-ci il tarixdə bitdiyini və mülkiyyətçi müqavilə müddətini uzatmaq niyyəti olmadığını, müddətin bitməsi ilə əlaqədar olaraq müqaviləyə xitam veriləcəyini bildirmişdir. Bundan sonra qeyd olunan tarixdə qeyriyaşayış sahəsi boşaldılmış və digər icarəçiyə verilmişdir. Bununla razılaşmayan iddiaçı cavabdeh tərəfindən müqavilə tələblərinin pozulduğunu iddia edərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Qeyd edilən Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi iddia tələbi iki hissədən ibarətdir. Məhkəmə iddia tələbinin xx xxxxxx 2014-cü il tarixli 67 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə yuxarıda qeyd olunan maddi normalarının tələblərinə uyğundur. Eyni zamanda qeyd olunan müqavilənin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddənin məzmunundan görünür ki, əqdin etibarsızlığına əsas verən hallar əqdin bağlanmasına qədər mövcud olmalıdır. Lakin iddiaçı tərəfindən bu barədə, eləcə də, qanunvericilikdə müəyyənləşdirilmiş hansı şərtin pozulmasına dair heç bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində və məhkəmə araşdırması zamanı əqdin etibarsızlığına dair hər hansı bir hüquqi əsas göstərməmişdir. Əksinə iddiaçı qeyd olunan müqavilə üzrə qeyri-yaşayış sahəsində istifadə etdiyi müddətdə xx xxxxxx 2014-cü il tarixli 67 nömrəli icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmişdir. İddiaçı qeyd olunan müqavilənin etibarsız sayılmasını onunla əsaslandırmışdır ki, müqavilə onun tərəfindən imzalanmamışdır. Lakin iş materiallarına əlavə edilmiş iddiaçı ilə X6 ilə arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli sub-icarə müqaviləsində müddət olaraq xx xxxxxx 2014-cü il tarixli 67 nömrəli icarə müqaviləsinin şərtlərinə istinad edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Nəsimi rayonu. Cəfər Cabbarlı ünvanı meydanında yerləşən ümumi sahəsi 2854,3 kv.m olan qeyri-yaşayış sahəsinə daxil olan sahəsi 60 kv.m olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsinin boşaldılaraq X5 təhil verilməsi və iddiaçının həmin qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması hissəsinə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə uyğun qiymət verərək bildirir ki, cavabdeh “xxxx” MMC tərəfindən edilmiş hərəkətlər tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 67 nömrəli icarə müqaviləsinə əsasən əvvəlcədən razılaşdırılmış öhdəliklərə uyğun edilmişdir. Belə ki, cavabdeh “xxxx” MMC-nin tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli icarə müqaviləsinin 2.1.3-cu bəndinə əsasən icarəçi bu müqavilə icarə haqqı ilə bağlı öhdəliklərini tam və ya qismən yerinə yetirmədikdə 30 iş günü qabaqcadan yazılı xəbərdar etməklə müqaviləni birtəfəli qaydada ləğv etmək hüququ vardır. Lakin iddiaçı tərəfindən cavabdehin qanunsuz hərəkətlərini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin müəyyən edilən hallarını və sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının tələbin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyindən iddia əsassızdır və rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X1 Cavabdeh MMC-yə qarşı “xx xxxxxx 2014-cü il tarixli 67 nömrəli icarə müqaviləsinin etibarsız hesab olunması və Bakı şəhəri, Nəsimi rayonu. Cəfər Cabbarlı ünvanı meydanında yerləşən ümumi sahəsi 2854,3 kv.m olan qeyri-yaşayış sahəsinə daxil olan sahəsi 60 kv.m olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyriyaşayış sahəsinin boşaldılaraq X5 təhil verilməsi və iddiaçının həmin qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması” barədə iddia tələbi rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar